5/09/2014

Binəqədi rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə gül bayramı keçirildi

Binəqədi rayonunda  Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə gül bayramı keçirildi.
 Mayın 6-da rayonun Heydər Əliyev adına istirahət parkında keçirilən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, millət vəkilləri Madər Musayev, Rafael Cəbrayılov, RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri, rayon hüquq mühafizə orqanları və icra strukturlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
 Bayram tədbirində təbii güllər və çiçəklərdən hazırlanmış, ölkənin və rayonun sosial-iqtisadi inkişafını simvolizə etdirən kompozisiyalar nümayiş etdirildi. İqtisadiyyat, gənclər, idman, turizm, təhsil, ordu, səhiyyə, mədəniyyət, neft sənayesi kimi ölkə həyatının müxtəlif sahələrini əks etdirən, eləcə də Azərbaycan diasporasını və əzəli yurd yerimiz olan Qarabağı, Şuşa qalasını təcəssüm etdirən tər çiçəklərdən quraşdırılmış kompozisiyalar öz orijinallığı ilə seçilirdi. Bu kompozisiyaların hazırlanmasında 100 mindən çox təbii gül və çiçəkdən istifadə olunub.
 Rayon rəhbərliyi və qonaqlar xüsusi zövqlə hazırlanmış Xalça muzeyi, Bakı Aeroportu, neft buruqlarını əks etdirən kompozisiyaların önündən keçərkən Ulu öndər Heydər Əliyevin müdrik kəlamlarının  səsləndirilməsi bayram tədbirinə əlavə rəng qatdı. Ümummilli Lider Heydər Əliyevin portreti və imzasını əks etdirən kompozisiya xüsusi maraqla qarşılanan komponentlərdən oldu.
 Rayonun bütün orta məktəblərinin şagirdləri, eləcə də uşaq bağçalarının körpə fidanları tərəfindən hazırlanmış güllərlə bəzədilmiş stendlər də bayram şənliyinin gedişində nümayiş etdirildi. Həmçinin, tədbir zamanı bir qrup istedadlı əlillərin hazırladıqları əl işləri də iştirakçıların böyük marağına səbəb oldu. Qarabağa həsr olunmuş kompozisiyanın önündə məktəblilərin ifasında səsələnən vətən həsrəti və yurd yanğısını tərənnüm edən “Xarı bülbül” mahnısı qonaqlar tərəfindən maraqla qarşılandı. Həmçinin, Qarabağdan gətirilmiş xarı bülbül gülü də qonaqlara təqdim edildi.
 Bayram tədbirində təqdim olunan kompozisiyalar və kolleksiyalar gözlər önündə gül-çiçəklərdən ibarət əsrarəngiz bir aləm canlandırırdı. Müxtəlif növ çiçək və bitkilərdən hazırlanan və ifadəliyi ilə seçilən rəngarəng kompozisiyaların görünüşü sakinlərdə xoş ovqat yaratdı.
 Rayon rəhbərliyi və qonaqlar kompozisiyalara baxış keçirdikdən sonra Ulu öndərin anadan olmasının 91 illiyinə həsr olunan konsert proqramına tamaşa etdilər. Parkın mərkəzində qurulan səhnədə respublikanın tanınmış incəsənət ustalarının ifasında Azərbaycana və Ulu öndərə həsr olunan, könül oxşayan mahnılar və şeirlər səsləndirildi. Əsl bayram əhval-ruhiyyəsinin hiss olunduğu tədbirin sonunda səmaya 5 min şar buraxıldı.
 Axşam Heydər Əliyev adına istirahət parkında reallaşdırılan konsertdə xaricdən dəvət olunmuş incəsənət ustaları-neonlu davul çalanlar-qeyri-adi konsert proqramı ilə çıxış etdilər. Geniş rayon ictimaiyyətinin iştirakı ilə keçirilən konsert proqramının gedişində “91” adlı fləşmob keçirildi. Fləşmobda rayon sakinləri tərəfindən Ulu Öndərin anadan olmasının 91 illiyi münasibətilə 91 ədəd uçan fənər havaya buraxıldı. Sonda Müslüm Maqomayevin Azərbaycan kompozisiyasının sədaları altında qeyri-adi atəşfəşanlıq nümayiş etdirildi.
V.Əvəzov adına 300 nömrəli məktəbdə öz işləri ilə bu tədbirdə iştirak etdi.









Комментариев нет:

Отправить комментарий