AZƏRBAYCAN TARİXİ





              AZƏRBAYCAN TARİXİ

II cild

AZƏRBAYCANIN III-VII ƏSRLƏRDƏ ƏRAZİSİ VƏ 
ƏHALİSİ 

§ 1. ALBANİYA. SİYASİ-İNZİBATİ VAHİDLƏR VƏ 
ETNİK SƏRHƏDLƏR 
V-VIII əsrlər erməni yazılı mənbələrindəki məlumatlara və alban müəllifi 
Moisey Kalankatlıya görə I-VII əsrlərdə Albaniya Şimalda Qafqaz sıra dağlarından 
cənubda Araz çayına, qərbdə İberiyadan Şərqdə Xəzər dənizinədək geniş bir ərazini 
tuturdu. Təbii sərhədlər bu ərazini çoxsaylı bölgələrə ayırmışdı. İnzibati-ərazi 
baxımından Albaniya vilayətlərə - qavarlara və əyalətlərə -nəhənglərə bölünürdü. 
Albaniyanın Kürün sol sahilini tutan ərazisi inzibati baxımdan ancaq 
qavarlara - vilayətlərə bölünürdü. VII əsr " Erməni coğrafiyası"na görə sol sahil 
Albaniyası on bir vilayətdən ibarət idi. Yerli alban mənbəyi onlardan həm ərazi,
həm də siyasi baxımdan daha əhəmiyyətli olan Qəbələni, Şəkini, Kambisenanı və 
Ecerini qeyd edir. Bunlardan Qəbələ, Şəki və Kambisena kilsə-inzibati vahidi olan 
yepiskopluq yeparxiyası idi; onların nümayəndələri olan yepiskoplar bütün alban 
məclislərində təmsil olunurdular. Adları çəkilən qavarlarla yanaşı sol sahil 
Albaniyasına heç də həmişə Albaniya dövləti tərkibində olmayan Lpiniya və Çoqa 
(Çola və ya.Çora) ölkələri də daxil idi. Hələ V əsrin ikinci yarısında bu ölkələr 
özünəməxs ııs daxili muxtariyyəti saxlayan ucqar vilayət idi. Lakin 488-ci ildən 
sonra alban hökmdarı III Vaçaqanın dövründə Lpiniya və Çoqa qəti olaraq Alban 
dövləti tərkibinə daxil oldu, Çoqa vilayəti eyni adlı və ya Dərbənd keçidindən 
cənuba doğru - Baş Qafqaz sıra dağlarının şərq qolunun Xəzər dənizinə lap 
yaxınlaşdığı yerədək (təxminən Beşbarmaq dağınadək) olan Xəzərsahili zolağı 
əhatə edirdi. 
Bu vilayətdə tabasaranlılar, albanlar, çilblər (silvlər), leqlər, maskutlar, 
xəzərlər, hunlar yaĢayırdılar. Vilayətin əsas şəhərləri Çoqa, Dərbənd və Sri idi. 
Çoqa vilayəti mühüm strateji əhəmiyyətli ərazini tuturdu. Baş Qafqaz 
silsiləsi ilə Xəzər dənizi arasında olan və Albaniya qapıları adlanan keçid burada 
yerləşirdi. ġimal istiqamətindən gələn, nəinki Albaniya, eləcə də İran Sasani 
dövləti və Bizans imperiyası üçün təhlükə təşkil edən müxtəlif köçəri tayfalar 
məhz bu qapıdan soxula bilərdilər. Ona görə bu keçidin qorunmasında albanlarla 
yanaşı, o dövrün iri dövlətləri olan Sasani İranı və Bizans da maraqlı idi. 
Çoqadan qərbdə, onunla ġəki arasında Lpiniya vilayəti yerləşirdi. Burada 
albanlar, lpinlər və başqa etnik qruplar yaşayırdılar. 
Alban tarixçisi lpinləri (lupenləri) müasir Dağıstanın dağlıq hissəsində, 
silvlərlə (çilblərlə) yanaşı yerləşdirir. Bəzi tədqiqatçılar (S.Yeremyan, K.Əliyev )
lpinləri Samur çayının yuxarı və orta hissəsində və ya Alazan çayı vadisində 
yerləşdirirlər. Görünür, lpinlər Samur çayının mərkəzi hissəsindən Alazan 
vadisinədək şərqdən qərbə doğru uzanan ərazidə məskunlaşmışdılar. 
Kambisena (Kambecan) vilayəti Albaniyanın Ģimal-qərbində Ġberiya 
sərhədində yerləĢmiĢdi. O, Ģimal-qərbdə Alazan çayının orta axarından və Ġoridən 
tutmuĢ cənubda Kür çayınadək, Ģərqdə isə Alazan, Ġori və Kür çaylarının 
qovĢağınadək olan ərazini əhatə edirdi. Bu vilayət daĢlı ġirak yaylasının y arısını 
tuturdu. Burada albanlar, lpinlər, skif, ya sak tayfaları nəsillərindən olanlar və 
nəhayət, savirlər yaĢayırdılar. Bəzi tədqiqatçılar (məsələn, A.Yanovski) Alazan 
çayı vadisində çilbləri (silvləri) də yerləĢdirirlər. 
Eceri (Heceri) vilayətinin adı müasir Ucar Ģəhərinin adında qorunub 
saxlanmıĢdır. Mənbələrdən ("AĢharatsuys") görünür ki, bu vilayət DəĢti-Bazqan da 
adlanırdı. O, Qəbələ vilayətindən cənubda, Qarasu və Girdiman çayları aras ındakı 
ərazidə yerləĢirdi, cənub sərhədi Kür çayına çatırdı. 
Qəbələ vilayəti tarixi Eceri vilayətindən Ģimalda, ġəki və Çoqa vilayətləri 
arasında yerləĢirdi. Antik və erkən orta əsrlər A lban dövlətinin ilk paytaxtı olan 
Qəbələ Ģəhəri bu vilayətdə idi. Sasanilərin təyin etdikləri mərzbanların 
iqamətgahına çevrilən Qəbələ bununla əlaqədar "Vostani Mərzban" adlanmağa 
baĢlayır. Bu vilayətin Ģimalında xeçmataklar, ijimaxlar, qluarlar, qatlar, cənubunda 
isə albanlar, xəzərlər, hunlar, bıılqarlar, barsillər yaĢayırdılar. K.V.Treverin 
fikrincə, tavasparlar, xeçmataklar, quqarlar, qluarlar, qatlar Qafqaz etnosu idilər. 
Tarixi ġəki (Şako, Şake) vilayəti eyni adlı mərkəzi ilə (ġake, gürcü 
mənbələrində Nuxpato) Albaniyanın Ģimal-qərbində, Qafqaz sıra dağlarının 
ətəyində, Qəbələ vilayətindən Ģimal-qərbdə yerləĢirdi; bu vilayət qərbdən və 
cənub-qərbdən tarixi Kambisena vilayəti ilə, Ģimal-Ģərqdən Lpiniya, cənub-Ģərqdən 
isə Qəbələ ilə həmsərhəd idi. 
Belə güman edirlər ki, antik dövrdə Ay - Selena ilahəsinin məbədi ġəki 
vilayətində yerləĢirdi. ġəkidə albanlarla yanaĢ ı, qədim skif və ya sak tayfalarının 
nəsilləri (bu öz əksini ġəki toponimində tapmıĢdır), eləcə də zekenlər (tsekan), 
xenuklar (henioxlar) yaĢayırdılar. 
Sağ sahil Albaniyası isə siyasi-inzibati baxımdan dörd iri nəhəng əyalətə 
bölünürdü: Arsax, Utik, Paytakaran və Sünik. Onların hər biri öz növbəsində 
həmçinin kilsə-inzibati vahidləri də olan qavarlara - vilayətlərə ayrılırdı. 
Azərbaycanın cənub-Ģərq hissəsində yerləşən Paytakaran (yunan-Roma 
mənbələrində Kaspiana, fars-ərəb mənbələrində Balasakan, Balasacan) əyaləti Mil 
və Muğan düzlərinin bir hissəsini, Kür çayından aşağıda olan ərazini tııtur, şərqdə 
Xəzər dənizinədək u zanırdı. 
Məlumdur ki, e.ə. II əsrdə erməni hökmdarı I Artaşes tərəfindən işğal 
olunmuş Kaspiana - Paytakaran e.ə. 55-ci ilə qədər Ermənistanın tərkibində 
qalmışdı. Bundan sonra Kaspiana (Paytakaran) siyasi baxımdan gah Albaniyaya, 
gah da Atropatenaya meyil göstərmiş, gah birincinin, gah da ikincinin tərkibində 

olmuşdur. Eramızın IV əsrinin ikinci yarısından Kaspiana - Paytakaran qəti olaraq 
alban vilayəti oldu. Bu vilayətin mərkəzi eyni adlı Paytaka ran - Beyləqan şəhəri 
idi. Vilayət ara-sıra özünəməxsus daxili muxtariyyətdən də istifadə edirdi. I 
ġapurun fars yazısında (III əsr) onun fəth etdiyi ölkələr sırasında Paytakaran
vilayətinin adı Albaniya, İberiya və Ermənistanla yanaşı çəkilir. VII əsr erməni 
coğrafiyasında Balasakan ġimali Qafqaz kustuna daxil olan ölkələr sırasında 
xatırlanır. Paytakaran vilayətində kaspilər, balasiçlər, balaslar, hunlar, xəzərlər, 
akasirlər, aynianlar yaşayırdılar. 
Bəzi tədqiqatlar kaspiləri dil cəhətdən Ön Asiya xalqlarına qohum hesab 
edir, digərləri isə Dağıstan tayfalarına aid edirlər. 
Kür çayının sol sahilində yerləşən tarixi Utik (yunan mənbələrində Otena) 
vilayəti şərqdən Paytakaran, cənubdan Arsax, şimaldan Kür çayı arasındaydı;
vilayətin qərb hüdudları Albaniyanın İberiya ilə sərhədinə qədər uzanırdı. 
Albaniyanın ikinci və sonuncu paytaxtı olan Bərdə (Partav) şəhəri bu vilayətdə 
yerləşirdi. 551-ci ildən Bərdə Albaniya katolikosunun (patriarxının), 630-cu ildən 
isə Mihranilər sülaləsindən olan ilk alban hökmdarı Varaz Qriqorun iqamətgahına 
çevrilir. Uti əyaləti - qavarı öz növbəsində inzibati vahidlərə bölünürdü; onlardan 
ən mühümü Sakasena (şakaşen) və Qardman (Girdiman) idi. 
Utidə məskunlaşmış utilər, qarqarlar, savdeylər ənənəyə görə albanların 
əfsanəvi əcdadı Aranın nəslindən hesab olunurdular. Bu, onların alban ittifaqı 
tərkibindəki ən qədim yerli tayfalardan olduğunu söyləməyə əsas verir. Avtoxton 
(yerli) əhali ilə yanaşı, Sakasenada saklar, Girdimanda iran mənşəli Mihranilər
məskunlaş mışdılar. Bu tayfaların adları öz əksini toponimlərdə tapır. Qarqarların 
adları isə Qarqar düzündə (indiki Mil düzü) qalır. Mənbələr V-VI əsrlərdə burada 
yaşayan kəngərlər və savirlər haqqında da məlumat verir. 
Tarixi Arsax (antik mənbələrdə Orxistana) vilayəti sağ sahil Albaniyasının 
(Hazırda Qarabağın dağlıq hissəsi və Mil düzü) əyalətlərindən biri idi. "Erməni 
coğrafiyası"na görə bu əyalət öz növbəsində 12 kiçik inzibati vahidə bölünürdü. 
Arsax əhalisini albanlar, qarqarlar, hunlar, xəzərlər, barsillər təşkil edirdi. 
Alban dövlətinin süqutundan sonra patriarxlığın mərkəzi Arsaxa keçir. 
Mənbələrdə Arsax " möhkəmləndirilmiş vilayət", "möhkəm ölkə" adlanırdı. 
Sünik (Sisakan, Sisəcan) vilayəti Albaniyanın lap cənubunda, Arazın sol 
sahilində yerləşirdi. K.V.Trever haqlı olaraq Sünikin etnik, siyasi və mədəni 
cəhətdən Ermənistandan daha çox Albaniya və Atropatena ilə bağlılığını qeyd edir. 
Bu vilayət müəyyən dövrlərdə (Ermənistan 387-ci ildə Ġran və Bizans arasında 
bölüşdürüldükdən sonra) siyasi cəhətdən gah Albaniyanın, gah da Atropatenanın 
tərkibində olmuşdu. Sünik - Sisakan əhalisi əsasən avtoxton idi, V əsrdə burada 
kəngərlər məskən saldılar. 
Bu alban vilayətlərinin hər biri daha kiçik inzibati vahidlərə bölünürdü. 
Siyasi sərhədlər. Elmdə belə bir fikir var ki, qədim və erkən orta əsrlər 
dövrlərində Albaniya Kürdən şimala doğru ərazini tııtur, yəni ancaq Kürün sol 

sahilini əhatə edirdi. Həmin rəyə görə Kür və Araz çayları arasındakı ərazi 
ermənilərə məxsus olmuĢ, yalnız 387-ci ildən sonra Albaniyaya keçmiĢ, lakin buna 
baxmayaraq etnik, siyasi və mədəni cəhətdən Ermənistanın Ģərq vilayətləri hesab 
olunmaqda davam etmiĢdi. 1784-cü ildə irəli sürülən bu iddia erməni alimi 
M.Çamçyana məxsusdur. Bu fikri əsaslandırmaq üçün sonralar bir sıra cəhdlər 
edilmişdir. Bəziləri (S.T.Yeremyan, K. V.Trever) belə hesab edirlər ki, Kürün sağ 
sahilindəki alban vilayətləri e.ə. II əsrdə erməni hökmdarı I Artaşes tərəfindən işğal 
edilmiş və 387-ci ilə kimi Ermənistanın tərkibində qalmışdır. Digərləri ("Erməni 
xalqının tarixi", 1951) bu hadisəni erməni hökmdarı II Tiqranın e.ə. I əsrdə baş 
vermiş işğalları ilə bağlayırlar. Daha başqalarının (A.P.Novoseltsev, 
A.ġ.Mnatsakanyan, B. A. Ulubabyan) fikrincə, bu ərazilər (Arsax, Uti və 
Paytakaran) əzəldən erməni məmləkətinin vilayətləri olmuş, yalnız 387-ci il 
müqaviləsinə görə Albaniyaya birləşdirilmişdilər. 
Birinci iki nöqteyi-nəzərin müəllifləri, başlıca olaraq, Strabonun 
"Coğrafiya"sının, V əsr erməni müəllifi Favstos Buzandın və "VII əsr erməni 
coğrafiyası"nın məlumatlarına əsaslanmışlar. Strabonun məlumatlarının 
öyrənilməsi göstərir ki, erməni hökmdarı I A rtaşes alban vilayətlərindən yalnız 
Paytakaran - Kaspiananı işğal etmişdir. II Tiqranın işğallarına gəldikdə isə, yunan 
və Roma mənbələrinin araşdırılması bu işğalların alban torpaqlarına toxun-
madığını sübut edir. E.ə. 70-ci illərdə bilavasitə erməni torpaqlarından başqa 
Atropatena, ġimali Mesopotamiya, Korduena, Suriya, Adiabena, Finikiya, Kilikiya 
da II Tiqran dövrü Ermənistanının tərkibinə daxil idi (Y.A.Manandyan, 
M.M.Dyakonov). Lukull və Pompey tərəfindən II Tiqranın məğlub edilməsi onun 
dövlətini süquta yetirdi. E.ə. 66-cı ildə bağlanmış sülh müqaviləsinə görə II Tiqran 
işğal etdiyi bütün ərazilərdən imtina etməli oldu. Mənbədəki məlumata görə, 
Pompey Tiqrana irsən çatmış məmləkəti onda saxladı, ələ keçird iyi torpaqları isə 
ondan aldı. şşğal edilmiş torpaqlardan yalnız ġimali Mesopotamiya və Korduena 
Ermənistanın tabeliyində qaldı. Beləliklə, erməni dövləti məhz Ermənistan yaylası 
hüdudlarında saxlanıldı. Alban vilayətlərinin II Tiqran tərəfindən fəth olunması 
ehtimalını qəbul etsək belə, onun dövlətinin süqutundan sonra həmin vilayətlər 
işğal edilmiş başqa ərazilərlə birlikdə Ermənistandan təcrid olunmalı idilər. 
Ermənistan ərazisini, onun sərhədlərini rəs mi təsdiq edən e.ə. 66-cı, eramızın 37-ci
və 298-ci illər müqavilələrində alban vilayətləri haqqında heç bir söz deyilmir. 
Albaniyanın Kür çayı boyunca keçən cənub sərhədi haqqında sonuncu 
nöqteyi-nəzər başlıca olaraq yunan-Roma müəlliflərinin (Strabon, Plutarx, 
Pompey, Dion Kassi, Appian) və V-VIII əsrlər erməni tarixçilərinin məlumatlarına 
əsaslanır. Onu da qeyd etmə liyik ki, bu nöqteyi-nəzərin müəllifləri ilkin qaynaqlara 
həddindən çox inanır, onlara münasibətdə tənqidilikdən uzaq idilər. Nəzərə almaq 
lazımdır ki, antik müəlliflərin məlumatları Cənubi Qafqaza yaxşı bələd olmayan 
Patrokl və Eratosfendən, eləcə də məqsədləri Albaniyanı öyrənmək deyil, Pont 
hökmdarı Mitridatı təqib etmək olan romalı yürüş iştirakçılarından əldə edilmişdir. 
Bizi maraqlandıran məsələdə antik müəlliflərin təsadüfi, ziddiyyətli xarakter 
daşıyan məlumatlarına kor-koranə yanaşmaq, onları yerli mənbələrdən daha üstün 
tutmaq, sözsüz ki, səhv nəticələrə səbəb olardı. O da şübhə doğurmur ki, Moisey 
Kalankatlı öz ölkəsinin tarixini və coğrafiyasını Pont hökmdarına qarşı 
qısamüddətli yürüşdə iştirak edən romalılardan daha yaxşı bilmiş və öyrənmişdi. 
Alban tarixçisi Moisey Kalankatlının və "erməni tarixinin atası" Movses Xorenat-
sinin məlumatlarına görə, eramızın I əsrində Albaniyanın cənub sərhədi Araz çayı 
boyunca keçirdi. 
İndi də Ermənistan və Albaniyanın o dövrdəki real vəziyyətinə nəzər 
salaq; e.ə. 66-cı ildən eramızın 387-ci ilinədək baş verən hadisələrin gedişatının 
Ermənistan və Albaniyanın taleyinə necə təsir etdiyini müşahidə edək. 
Məlumdur ki, e.ə. 66-cı ildən sonra II Tiqranın varisi II Artavazdın 
dövründə Ermənistan özünü "Roma xalqının dostu və müttəfiqi" elan etməyə 
məcbur olmuşdu ki, bu da faktiki olaraq Romadan asılılığı boynuna almaq idi. 
E.ə. 30-20-ci illərdə Ermənistanın siyasi həyatı haqqında qiymətli məlumatları 
numizmatik abidələr verir; ilk dəfə məhz onlar Ermənistanın işğal olun ması, 
məmləkətin süqut etməsi haqqında xəbər verir, romalıların Ermənistan üzərində 
qələbəsini vəsf edir. İmperator Avqust zamanında Roma qoşunlarının Ermənistanı 
işğal etmələri münasibətilə kəsilmiş sikkələr üzərində alleqorik olaraq məğlub 
olmuş öküz, yaxud əlləri və qolları bağlı əsir, gənc erməni döyüşçüsünün aman 
diləyən şəkli həkk edilmişdir (X.A.Muşeqyan). 
E.ə. I əsrdən eramızın II əsrinə qədər olan uzun müddət ərzində işğalçı 
Roma qoşunları Ermənistanda qalmış, həmin qoşunların başçıları isə ölkənin 
faktiki sahibi olmuşlar. Onların köməyi ilə 59-cu ildən erməni hökmdarları gah 
Romanın, gah da Parfiyanın tərəfini tutmuşlar. 63-cü ildə Roma ilə Parfiya
arasında bağlanılmış müqaviləyə əsasən Ermənistan ikiqat tabeliyə düşmüşdü. 
Albaniyada isə e.ə. I əsrdən eramızın 63-64-cü illərinə kimi yerli 
hökmdarlar hakimlik etmişlər. Plutarxın və Appianın məlu matlarına görə, romalılar 
Albaniyanı öz əyalətlərinə çevirə bilmədilər. 63-cü ildən sonra arşakilər sülaləsinin 
kiçik qolu A lbaniyada möhkəmləndi. Alban hökmdarları öz sikkələrini zərb 
etdirdilər. 
Eramızın 114-cü ilinə qədər parfiyalıların asılılığında qalan Ermənistan 
onlardan təcrid edilərək, 115-ci ildə Roma əyaləti elan edildi. Trayanın xələfi 
Adrian arşakilər sülaləsini erməni taxtında bərpa etdi. Bununla belə, Roma 
qoşunları 185-ci ilədək Ermənistanda qaldılar, imperiya əsgərləri isə hətta erməni 
hökmdarı Papın (369-374) vaxtında da hökmdar sarayında yaşayırdılar. Ermənistan
358-ci ilə kimi Roma imperiyasına vergi verməkdə davam edirdi (N.Q.Qarsoyan). 
III əsrə kimi Ermənistanın arşaki hökmdarları irsi hakimiyyətə malik 
deyildi. Onlar Romanın razılığı ilə erməni taxtını tutan Parfiya məmləkətinin 
nümayəndələri idilər. 
Albaniyanın o dövrdəki vəziyyəti Ermənistanda olduğundan 


müqayisəedilməz dərəcədə üstün idi. Parfiya oriyentasiyasını tutsa belə, Albaniya 
öz müstəqilliyini heç vaxt əldən verməmişdi. Bütün bu dövrlərdə (e.ə. I əsrdən e. 
IV əsrinədək) Ermənistanın xarici və daxili siyasi vəziyyəti onun üçün əlveriĢli 
deyildi. Belə bir vəziyyətdə (yəni, Ermənistanın özünün asılı olduğu bir zamanda) 
onun sərhədlərinin dəyişməz qalması az inandırıcıdır. Hətta alban vilayətləri olan 
Utik, Arsax və Paytakaranın Ermənistan tərəfindən həqiqətən işğal edildiyini qəbul 
etsək belə, onda da, Ermənistanın siyasi cəhətdən zəif olduğu bir zamanda həmin 
vilayətlər ondan ayrılardı, yaxud alban hökmdarları onları geri qaytarardılar. 
İndi isə tədqiqatçıların istinad etdikləri V-VII əsrlər erməni müəlliflərin in 
də məlumatlarını nəzərdən keçirək. Favstos Buzandın yazdığına görə ermənilərin 
iranlılarla müharibəsi qurtaran kimi, erməni sərkərdəsi Muşeq erməni hökmdarına 
qarşı üsyan edənləri darmadağın etməyə başladı. Onun 371-ci ildə guya "geri 
aldığı" ölkələr içərisində İberiya ilə yanaşı alban vilayətləri Arsax, Utik, Sakasena, 
Girdiman və Paytakaranın da adları çəkilir. Muşeqin "Kür çayını əvvəlki kimi öz 
ölkəsi ilə Albaniya arasında sərhədə çevirdiyini" iddia edən Favstos Buzan d açıq-
aşkar ifrata varır. A xı e.ə. 66-cı il, e. 37-ci il və 298-ci il müqavilələrinə görə 
Ermənistan işğal etdiyi bütün ərazilərdən məhrum olmuşdu. Mənbəyə görə, guya 
"Muşeq tərəfindən dağıdılmış" Atropatena, İberiya və alban vilayətləri əslində heç 
də erməni işğalına məruz qalmamış, əksinə, Atropatena və İberiya hökmdarları 
bəzi hallarda erməni taxtında oturmuşdular. Bununla yanaşı, yuxarıdakı 
məlumatdan gördüyümüz kimi, I-IV əsrlər Ermənistanının real vəziyyəti də öz 
əsərini V yüzilin sonunda, Ermənistan öz dövlətçiliyini itirəndən, erməni 
arşakilərinin hakimiyyəti ləğv ediləndən sonra yazmış Favstos Buzandın 
məlumatlarını inkar edir, hər halda aydın olur ki, onun məlumatları öyrənilərkən, 
yaşadığı dövr nəzərə alınmalı, əsərinin meydana çıxma məqsədi və tarixi zəminləri 
aşkarlanmalıdır. Belə ki, əhalini qarşıdakı antiiran üsyanına (481-484) ideoloji 
cəhətdən hazırlamaq üçün elə bir əsər yaratmaq lazımdır ki, orada Ermənistanın 
qüdrəti, onun ərazi bütövlüyü, əlbəttə, daha mübaliğəli şəkildə təsvir edilsin. Lakin 
ərazini öz əvvəlki sərhədlərində bərpa etmək artıq mümkün deyildi, çünki tarixi 
Ermənistan torpaqları o dövrün iki iri imperiyası - Bizans və İran arasında bölüş-
dürülmüşdü. Belə bir şəraitdə Ermənistan sərhədlərinin Bizans və İranın vassal 
asılılığında olan qonşu ölkələrin - İberiya, Atropatena və Albaniyanın hesabına 
genişləndirilməsini mümkün hesab edən orta əsr erməni tarixçilərinin iddiaları 
qəribə səslənir. Elə bu məqsədlə Favstos Buzand başqa yerlərlə yanaşı sağ sahil 
Albaniyasının Utik, Arsax və Paytakaran vilayətlərini də Ermənistanın tərkibinə 
(371-ci ildə) daxil edir. 
Elmdə hakim olan rəyə görə, Ermənistan 387-ci il müqaviləsi ilə İran və 
Roma arasında bölüşdürülmüşdü. Ananiy ġirakatsinin verdiyi xəbərə görə, elə 
həmin vaxt Sasani hakim dairələrinin həyata keçirdiyi inzibati bölgüyə görə, guya 
"erməni vilayətləri olan Arsax, Paytakaran və Utik Albaniyaya, Quqark isə 
Gürcüstana birləşdirilmişdi". Hər şey bir yana, Favstos Buzandın və Ananiy 

ġirakatsinin gətirdiyi məlumatlar alban müəllifi Moisey Kalankatlının e. I əsrində 
Albaniyanın cənub sərhədinin Araz çayı boyunca keçməsi məlumatına zidd gəlir. 
Bir də ki iki imperiya arasında bölüşdürülmüş Ermənistanın sərhəd vilayətləri öz 
müstəqilliklərini saxlasalar da, həmin imperiyaların nüfuz dairələrində qalan qonşıı 
Albaniya və İberiyaya verilməsini təsdiq etmək məntiqdən uzaq gorünür. Bu ancaq 
bir şərtlə ola bilərdi ki, həmin vilayətlər əzəldən ermənilərin deyil, albanların və 
iberlərin torpaqları olsun. 
Bütün deyilənlər məsələnin bu qoyuluşunun, yəni 387-ci ilədək Utik, 
Arsax və Paytakaran vilayətlərinin sabit olaraq Ermənistanın tərkibində olması 
iddiasının tamamilə əsassız olduğunu göstərir. Əlbəttə, sözsüz ki, Ermənistan -
Albaniya, eləcə də Ermənistan-İberiya sərhədləri faktiki olaraq dəyişilə bilərdi və 
görünür, bu ölkələrin daxili siyasi və xarici vəziyyətindən asılı olaraq dəyişirdi də. 
Ancaq bu məqamlar dəqiq aşkar olunmalı və əks edilməlidir. Beləliklə, mənbələrin 
və Albaniyanın real vəziyyətinin tədqiqi təsdiq edir ki, I -IV əsrlərdə Albaniyanın 
cənub sərhədi Araz çayı boyunca olnıuşdur. 
Albaniyanın qərb sərhədləri məsələsi ədəbiyyatda öz əksini gürcü alimləri 
N.A.Berdzenaşvili, Q.N.Çubinaşvili, T.S.Papuaşvilinin tədqiqatlarında tapıb. 
D.L.Mus xelişvilinin "ġərqi Gürcüstanın tarixi coğrafiyası (ġəki və Qoqarena)" adlı 
kitabında irəli sürdüyü tamamilə zəminsiz, elmi cəhətdən əsası olmayan iddiasına 
görə, guya sağ sahil Albaniyasının şimal-qərbində yerləşən Kambisena və ġəki, 
eləcə də sol sahil Albaniyasının cənub-qərbində yerləşən Girdiman və Sakasena 
vilayətləri ta qədimdən, XIV əsr də daxil olmaqla, əzəli gürcü torpaqları, yəni 
ġərqi Gürcüstanın vilayətləri olmuĢdur1. Tədqiqatlar sübut edir ki, Alban
dövlətinin e.ə. III əsrdən qərarlaĢ mıĢ siyasi sərhədləri eramızın VIII əsrinədək, 
demək olar ki, sabit qalmıĢ, min il ərzində yalnız bəzi siyasi hadisələr onun 
ərazisinin artıb-azalmasına səbəb olmuĢdur. 
Albaniyanın dövrün qüdrətli Roma-Bizans və Ġran imperiyalarından 
coğrafi uzaqlığı, tutduğu strateji mövqe (döyüĢkən köçərilərin keçə bildiyi Qafqaz 
keçidlərinin, o cümlədən Dərbəndin mövcudluğu), eləcə də Cənubi Qafqaz 
ölkələrində yaranmıĢ xarici və daxili siyasi Ģərait alban sərhədlərində 
təhlükəsizliyin sabitləĢməsinə kömək edirdi. 

§ 2. ADURBADAQAN. SƏRHƏDLƏRİ VƏ ŞƏHƏRLƏRİ

Orta fars (pəhləvi) abidələrində Adurbadaqan (hərfən "odun himayəsində 
olan ölkə") adlanan qədim Atropatena III yüzildən dünyanın yeni imperiyası - 
Sasani dövlətinin tərkibinə onun ayrılmaz hissəsi kimi daxil olur. 
Müxtəlif xalqların tarixlərinin üzvü bağlılığına gətirib çıxaran bu birlik 
tədqiqatçını Adurbadaqan - Cənubi Azərbaycan tarixinin bu və ya digər aspektini 
əlahiddə iĢıqlandırmaq məsələsində çətinliklərlə üzləĢdirir. Məhz buna görə 
Sasanilər dövründə imperiyanın bir parçası olmuĢ güney Azərbaycanı tarixinin 
müxtəlif yönlərini ümumi Sasani dövləti tarixi baxımından öyrənmək özünü doğ-
ruldur. 
Dövrümüzə yetiĢmiĢ III—VII əsr mənbələrində erkən Sasani dövründəki 
Adurbadaqanın sərhədləri haqqında dəqiq məlumat yoxdur. Yalnız gümanla 
ehtimal etmək olar ki, bu vilayətin hüdudları elə Sasanilərə qədərki Parfiya 
dövlətinin tərkibində olan Atropatena hüdudları ilə üst-üstə düşürdü. Mənbələr 
ancaq Sasanilərin son dövrlərində - I Xosrov Ənuşirəvanın (531-579) vaxtında 
inzibati-ərazi bölgüsünə dair olan məlumatı qoruyub saxlamışdır. Məlumatda I 
Xosrov Ənuşirəvanın inzibati islahatlarından sonra geniş ərazili "ġimal" canişinliyi 
olan Adurbadaqan (Azərbaycan) "tərəfinə" - kustuna daxil edilmiş vilayətlərin 
adları çəkilir. Bilavasitə Adurbadaqan sərhədləri isə daha çox sonrakı fars 
materiallarını da özündə əks etdirən IX-X əsr ərəb coğrafıyaĢünaslarının 
məlumatları əsasında müəyyənləşdirilir. Bu materiallara görə Adurbadaqanın şimal 
sərhədi Araz boyunca idi. Cənubda sərhədlər Zəncana və Dinəvər düzünə yetişir, 
Xulvan düzü və ġəhrə zurdan keçərək, Dəclə çayına çatan əraziyə kimi uzanırdı. 
Bu dövr Adurbadaqan şəhərləri haqqında əsas məlumatı da ərəb 
mənbələrindən alır, buna orta fars (pəhləvi), Bizans və siryani qaynaqlarından 
götürdüyümüz adda-budda xəbərləri də əlavə edirik. 
VI əsrə aid "şəhristaniha-i İran" ("İran şəhərləri") adlı kiçik coğrafi 
traktatda Sasani dövlətinin ġimal - Adurbadaqan canişinliyinin tərkibinə daxil olan 
iki A zərbaycan şəhərinin adları çəkilir. 
Birinci Ģəhər - bütün "Adurbadaqan tərəfin" mətndə adı çəkilməyən 
paytaxtı Ərdəbildir; verilən məlumata görə, "Adurbadaqanın paytaxtını 
Adurbadaqan spahbədi Eranquşnasp tikdirmişdir" (bu ad, çox güman, I Xosrov 
Ənuşirəvanın sərkərdəsi və vəziri olmuş Quşnasp - Quşasp, Cuşnas ilə bağlıdır). 
ġəhərin digər Bazan Feyruz adı ərəb mənbələrində qorunub s axlanmışdır. Həmin 
məlumata görə bu ad Sasani şahənşahı Perozun (459-484) şəhəri tikdirməsi ilə 
bağlıdır. Bu şahın adı Adurbadaqanın başqa şəhərlərinə ( məsələn, ġad Peroz-
Feyruz) dair məlumatlarda da çəkilir. 
Ərdəbil adı, şübhəsiz, Sasani üsuli-idarəsi tərəfindən verilən Bazan -
Feyruz adından daha erkən hesab olunmalıdır. Tədqiqatçıların fikrincə, bu sözün 
birinci "Ərdə" - hissəsi qədim Ġranın düzlük və kosmik nizam ilahəsi Arta ilə 
əlaqədardır. 
"Ġran Ģəhərləri" əsərində adı çəkilən ikinci şəhər "Turanlı Əfrasiyabın 
Adurbadaqan kustunda tikdirdiyi Qanzak"dır. 
Ərəb müəllifləri öz coğrafi əsərlərində Qanzakı (Cənzə, Qazna) 
Dinəvərdən Marağaya, oradan isə Urmiya gölünə tərəf gedən yolun üstündə, 
Marağadan 6 fərsəx (1 fərsəx təqr. 5-6 km) cənubda təsvir edirlər. 
Adurbadaqanın ilk paytaxtı Qanzakın - Cənzənin yerinin müəyyən 
edilməsində uzun müddət ziddiyyətli fikirlər söyləmiş tədqiqatçılar, nəhayət, 
yekdil rəyə gəlmişlər: qədim Qanzak müasir Leylan rayonunda, Caqatu çayının sağ 
qolu üstündə, Urmiya gölündən cənub-şərq istiqamətdə yerləşmişdi. 
Ərəblərə qədərki köhnə adı Əfraharud olan qədim Marağa Səhənd 
dağından cənubda, öz mənbəyini bu dağdan götürən Səfiçayın sahilindədir. 
Sasanilər dövründə, görünür, orada yerləşən qədim atəşpərəstlik məbədinə 
görə Azərabad adlanan Təbriz şəhəri mühüm mərkəz və Sasani ordusunun bazası 
idi; şahənşahın saraylarından biri burada yerləşirdi. 
Sonrakı ərəb qaynaqlarında Təbrizin kiçik yaşayış məntəqəsi və kənd 
kimi xatırlanması onun son Sasanilər dövründə tənəzzül etdiyini, əvvəlki
əhəmiyyətini itirdiyini və yalnız VIII yüzildən sonra dirçəlməyə başladığını 
göstərir. 
Adurbadaqan caniĢinliyinə daxil olan Muğan vilayətinin adı ilk dəfə 
Sasani şahı Narsenin (293-302) 293-cü ilə aid Payqulu (Kürdüstanda) yazısında
çəkilir. Yazının sonunda Narsenin şahənşah elan olunması mərasimində iştirak 
edənlər sırasında "Muğanşahın" adı çəkilir. Bu titul IX yüzil ərəb müəllifi ibn 
Xordadbehin məlumatı ilə də təsdiq olunur. 
Azərbaycanın tarixi coğrafiyası üçün əhəmiyyət kəsb edən Payqulu 
yazısında Narsenin şahənşah elan edildiyi III əsrin sonu üçün maskut hökmdarı 
Porsamanın (və ya Forsamanın), Sikamşahın, eləcə də Cor (Çor, Çoqa) 
hökmdarının adları çəkilir. Yazının sonunda isə deyilir: "...və onlar bizdən 
asılılıqlarını və bizə xidmət etmək istədiklərini bildirmək üçün gəldilər". 
Mənbələrin məlumatına görə, Sasanilərin ġimal caniĢinliyi tərkibinə daxil 
etdikləri Balasakan vilayətinin adı ilk dəfə "ZərdüĢt Kəbəsi"ndə (Ġstəxr 
yaxınlığındakı NəqĢi Rüstəmdə) aşkar edilmiĢ 262-ci ilə aid I ġapurun üçdilli 
kitabəsində, daha sonra isə baş kahin Kartirin 290-293-cü illərə aid kitabələrində 
çəkilir. 
Adurbadaqanın III-VII əsrlərə aid yaşayış məskənləri içərisində Marağa - 
Urmiya yolu üstündə yerləşən Cabravanın, onunla Urmiya şəhəri arasında olan 
Nerizin də adları çəkilir. 
Orta çağ ərəb müəllifləri (əl-Bəlazuri, ibn Xordadbeh və b.) "qədim 
şəhər" kimi təqdim etdikləri Urmiyanı atəĢpərəstlərin dili ilə "Zərdüştün şəhəri" 
adlandırırlar. Mənbələrdə Sasani dövrü Adurbadaqan şəhərlərindən Sələmas 
(Səlmas), Bərzə, Sərat, Meyməd (Miməz), Dəhxərqan (Dihxərrəqan, Dehnəxircan), 
Bacarvan və b. haqqında da məlumat vardır.



§ 3. YERLİ VƏ GƏLMƏ TAYFALAR, XALQLAR, 
ONLARIN QARŞILIQLI MÜNASİBƏTLƏRİ 
Ta qədim zamanlardan müxtəlif istiqamətli karvan yollarının kəsişdiyi 
torpaqları özündə birləşdirən Azərbaycan ərazisinin coğrafi mövqeyi bu yerlərin 
əsrlər boyu köçəri tayfa və xalqların hücumlarına məruz qalmasına səbəb olmuĢdu. 
Aylar, illər, əsrlər biri digərini əvəz etmiş, müxtəlif dilli, ləhcəli yaxın -uzaq tayfa 
və xalqlar hərə bir məqsədlə yurdumuza gəlmiş, əksəriyyəti istədiyini əldə edəndən 
sonra geri, öz elinə qayıtmış, bir qismi isə Azərbaycan torpağını məskən edərək, 
yerli əhali ilə qaynayıb-qarımış, buralarda məskən salmışdı. Çox qədim 
zamanlardan davam edən bu proseslər Azərbaycanın uzun əsrlər boyu mürəkkəb 
etnik tərkibini və mədəni simasını müəyyənləşdirmişdi. 
Mənbələrin məlumatına görə, eramızın ilk əsrlərində tarixi Azərbaycan 
ərazisinin şimal hissəsini əhatə edən Albaniyanın qədim əhalisini albanlar, utilər, 
kaspilər, girdimanlar, tsavdeylər, leqlər, gellər, çilblər, qarqarlar və b. təşkil 
edirdilər1. 
Eramızın I—III əsrlərində Albaniyaya massagetlər (maskutlar), sarmatlar, 
alanlar və b. axıĢ mağa baĢladılar. Erkən erməni mənbələri albanla rın Ģimal-Ģərq 
qonĢuluğunda təĢəkkül tapmıĢ "maskutlar məmləkəti" haqqında məlumat verir. Bu 
dövrdə Dərbənddən AbĢeronadək Xəzərsahili bölgədə irandilli tayfalar da 
məskunlaĢ mıĢdı. Sonrakı əsrlərdə, Sasanilərin köçürmə siyasəti ilə əlaqədar, həmin 
ərazidə yaĢayan irandillilərin sayı getdikcə artır; onların o zaman danıĢdıqları, indi 
"tat" adlandırılan dil, eləcə də cənub-qərb bölgəsində yayılmıĢ talıĢ dili bu bölgə 
azərbaycanlılarının bu gün də iĢlətdikləri ana dilləridir. 
Dövrün tədqiqatçılarının fikrincə, çoxləhcəli Albaniya, görünür, üs tün 
dialektdən yaranmıĢ vahid ümumi dilə (koyneyə) də malik idi. III əsrdə bu dildə, 
əvvəllər olduğu kimi, ümumalban bayramları və mərasimləri keçirilir, çoxsaylı 
dövlət-inzibati qurum institutları fəaliyyət göstərir, ordu idarə edilirdi və s. 
Albanlar üçün bu dil sonrakı əsrlərdə də tayfalararası ünsiyyət vasitəsi olmuĢ, V 
əsrin əvvəllərində onun əsasında alban yazısı yaradılmıĢdı. Mənbələrin yazdığına 
görə, kilsə ayinlərinin bu dildə icra edilməsi ilə əlaqədar "Ġncil" və b. dini kitablar 
alban dilinə tərcümə edilmiĢ, orijinal ədəbiyyat yaradılmıĢ, məktəblər və digər 
mədəni-maarif idarələri fəaliyyət 

Bu tayfa və xalqlardan bəzilərinin mənĢələrinə dair fikir ayrılığına 
gətirib çıxaran mülahizələri "Azərbaycan xalqının formalaĢmasının baĢa 
çatması"na həsr edilmiĢ XIV fəsildə təqdim edəcəyik. 
göstərmiĢdi.
Cənubi Azərbaycan (Adurbadaqan) əhalisinin III-VII əsrlərdə etnik tərkibi və 
dilləri haqqında sinxron ədəbiyyat, demək olar ki, heç bir məlumat vermədiyi üçün 
bu barədə əsas mənbə əvvəlki və sonrakı dövrlərə aid antik və ərəb müəlliflərinin 
əsərləridir. Mənbələrin təhlili göstərir ki, Sasanilər dövründə imperiyanın 
vilayətlərindən biri olan Albaniyadan fərqli olaraq özünün müstəqil inzibati-idarə
sistemi olmayan Adurbadaqanın ərazisi əsasən türkdilli və irandilli tayfalarla
məskun idi. Əhalinin bir hissəsi Ġran dilləri qrupunun ləhcə və dialektlərində 
danıĢsa da, həmin dil qrupundan olan hakim orta fars -pəhləvi dili geniĢ xalq 
kütlələrinin danıĢıq dili ola bilməmiĢ, yalnız ka rgüzarlıqda iĢlədilmiĢ, hakim 
təbəqənin dili olmuĢdu. Bunu Cənubi Azərbaycan ərazisində (MiĢkinĢəhrdə və 
Taxtı Süleymanda) bu vaxtadək həmin dövrə aid yalnız orta farsdilli yazılı 
abidələrin aĢkar edilməsi də təsdiq edir. Onu da qeyd etmək lazımdır ki, tarixi 
toponimiya, bu dil və dialekt lərin Cənubi Azərbaycanda bu gün də qalan qalıqları,
eləcə də həmin dillərdə yazılmıĢ və bizə gəlib çatmıĢ orta əsr yazılı ədəbiyyatının 
nümunələri sübut edir ki, Adurbadaqanın Ġran dialektləri orta fars dilindən kəskin 
seçilirdi. X əsrin ortalarında yazmıĢ görkəmli ərəb alimi və səyyahı əl-Məsudi 
Azərbaycan əhalisinin bir hissəsinin danıĢdığı azəri dilini fars dilinin dari və 
pəhləvi kimi xüsusi ləhcəsi hesab edirdi; həmin əsrin sonlarında Azərbaycanda 
olmuĢ baĢqa bir ərəb coğrafiyaçısı əl-Müqəddəsi bu dilin Ġran dilləri qrupuna daxil 
olduğuna etiraz etməsə də, onun çətin anlaĢıldığını, ağır olduğunu, bəzi sözlərin isə 
xorasanlılarınkına oxĢadığını təsdiq edir1. 
Ġran dialektlərinin bu daĢıyıcıları ilə yanaĢı, həmin dövrdə Cənubi 
Azərbaycan ərazisinin bəzi yerlərində həm Adurbadaqan dialektlərindən, həm də 
orta fars dilindən fərqli dialektdə danıĢan kürdlər də yaĢayırdılar; bunu ərəb 
iĢğalları prosesində azərbaycanlılarla (mənbədə: Azərbaycan əhalisi ilə) bağlanılan 
müqavilədə Balasakan və Savalan kürdlərinin adlarının çəkilməsi təsdiq edir. 
III əsr Azərbaycan ərazisinə türkdilli tayfaların axını ilə əlamətdardır. Hələ Dionisi 
Periyeqet (e. II əsri) Xəzərsahili xalqlar haqqında məlumatında yazırdı: "...ġimal-
qərb tərəfdən baĢlasaq... Xəzər dənizi sahilində birinci yaĢayanlar skiflərdir..., 
sonra unnlar (yəni hunlar - N. V.), onlardan sonra kaspilər, daha sonra dağlıq 
ölkədə yaĢayan döyüĢkən albanlar və kadusilər, onlara yaxın mərdlər,kirkanlar və 
tapirlərdir...” 
Dionisinin bu məlumatı artıq II əsrdə Ģimallı-cənublu Azərbaycan
ərazisində Qafqaz, Ġran və türk (unnlar-hunlar) etnik komponentlərinin 
mövcudluğuna dəlalət edir. 
Erməni tarixçisi Movses Xorenatsinin yazdığına görə, hökmdar ValarĢın 
(Volokezin) (197-215/6) dövründə "xəzir (xəzər) və basil (barsil) kütlələri 
birləĢərək öz hökmdarları Vnasep Surxapın baĢçılığı ilə Kür çayını keçdilər və 
onun bu biri sahilinə səpələndilər". Çoxsaylı ordu ilə köçərilərin qarĢısını kəsən 
ValarĢ Çorayadək onları qaytara bilsə də, özü "qüdrətli oxatanların əlində" həlak 
olur. Ondan sonra hakimiyyət baĢına keçən Xosrovun (217-236) dövründə 
mənbələrin (Aqafangel və b.) hunlar adlandırdığı həmin türk tayfaları yenidən 
Cənubi Qafqaz ərazisində görünürlər. Bu dəfə onlar Sasanilər sülaləsinin ilk 
hökmdarı ĢahənĢah I ƏrdəĢirə (224-241) qarĢı arĢakilərdən olan Xosrovun təĢkil 
etdiyi koalisiyanın tərkibində muzdlu döyüĢçülər kimi çıxıĢ edirdilər. 
Bundan sonrakı 80 ildə mənbələr ġimali Qafqaz ərazisində yaĢayan köçəri 
tayfaların bu dağ silsiləsinin cənub ətəklərinə hücumu faktını qeydə almayıblar. 
Tədqiqatçılar bunu, bir tərəfdən köçəri tayfaların ġərqi Qafqazyan ı ərazidə 
yerdəyiĢmələri və hunların o dövrdən "hunların torpağı" adlandırılan ġimali 
Dağıstan ərazisində möhkəmlənmələri ilə (bu ərazi Bizans mənbələrində o dövrdə 
görünür daha ön mövqe tutan barsillərin - xəzərlərin adı ilə Barsiliya kimi məĢhur 
idi), digər tərəfdən, məhz bu illərdə (III əsrin II yarısında), gürcü mənbələrindəki 
məlumata görə, alanların Cənubi Qafqazın qərb zonasına, o cümlədən Ġberiyaya 
hücumlarının fəallaĢ ması ilə bağlayırlar. 
IV əsrin ilk dekadasında, mənbənin "Ģimal hökmdarı Tedrexon" 
adlandırdığı baĢçının rəhbərliyi ilə Dərbənd keçidini aĢan barsillər yenidən 
Albaniya ərazisinə hücum etdilər, lakin Qarqar düzündə basıldılar. Görünür, məhz 
bu məğlubiyyət hunların öz cənub qonĢuları maskutlardan (Cənubi Dağıstan və 
Azərbaycanın həmhüdud bölgəsində məskun idilər) siyasi asılılığın ı təmin edir. 
Tarixçi Favstos Buzand IV əsrin 30-cu illərində maskut hökmdarı Sanesanın 
(Movses Xorenatsi onu Sanatruk adlandırır) "öz baĢçılığı altında hunlardan, 
paxlardan, tavasparlardan, xeçmataklardan, ijmaxlardan, qatlar və qluarlardan, 
quqarlardan, çilblərdən (cilvlərdən), balasiçlər və yeqersvanlardan ibarət böyük 
qoĢun" toplayaraq Ermənistana yürüĢ etdiyi haqqınd a məlumat verir. Yerli 
mənbələrdə hun və alan tayfalarının həmin əsrin 60-cı illərində Cənubi Qafqaz 
hadisələrində iĢtirakı haqqında da məlumat vardır. Lakin elə bu mənbələr Cənubi 
Qafqaz ərazisində bu vaxtadək baĢ verən bütün hərbi əməliyyatlarda fəal iĢtirak 
edən Ģimal tayfalarının sonrakı mühüm hadisələrdə, xüsusilə birləĢmiĢ erməni-
Roma qoĢunu ilə iranlılar arasındakı Dzirav döyüĢündə (371-ci il) iĢtirak 
etmədiklərini təsdiq edir. Tədqiqatçılar bunu ġimali Qafqazda, məhz, bu dövrdə 
baĢ verən və nəticə etibarilə bütün Avropa dünyasını sarsıdan tarixi hadisələrlə 
bağlayırlar. Belə ki, IV əsrin 60-cı illərinin lap sonlarında hunların Asiyadan 
Avropaya ikinci və əsas hərəkatı baĢlanır; Volqanı adlayan yeni hun tayfaları 
ġimali Qafqaz düzlərinə yayılırlar. Onların Azov dənizi ilə Xə zər dənizi arasında 
köç edən alanlarla toqquĢmaları sonuncuların nəhayət ram edilmələri ilə baĢa çatır. 
377-378-ci illərdə hunlar artıq Pannoniyada (indiki Macarıstanda) möhkəmlənə 
bildilər. 
Əsas hun tayfalarının 371-ci ildə ġimali Qafqaz düzlərindən qərbə - Qara 
dənizə, sonra isə Dunay sahillərinə getmələri heç də o demək deyildi ki, onlar 
Qafqaza, o cümlədən Azərbaycan ərazisinə daha hücum etmədilər. Mənbələrdə 
395-ci ildə Dunay sahillərindən Cənubi Qafqaza və Ön Asiyaya doğru yönəldilən 
dağıdıcı hun yürüĢləri haqqında çoxsaylı məlumat vardır. Bizans yazıçı-diplomatı, 
hun hökmdarı Attilanın Dunaydakı iqamətgahında olmuĢ Panili Priskin (V əsr) 
məlumatına görə, Basix və Kursix adlı iki sərkərdənin baĢçılıq etdikləri hun 
qoĢunları "hansısa bir gölü" (Azov dənizini) keçərək, " 15 günlük yoldan sonra bir 
dağı (Qafqazı - N. V.) aĢdılar və Midiya ərazisinə yetiĢdilər". Hadisələrin canlı 
Ģahidi olmuĢ latın yazıçısı Yevseviy Ġyeronim gördüyü dəhĢətləri belə təsvir edirdi: 
"...bütün ġərq, Qafqazın vəhĢi tayfalarının qabağını kəsən Ġskəndər bəndini aĢan, 
...Meotidanın ucqarlarından qopub gələn hun dəstələrinin cəld atlarda oraya-buraya 
çaparaq, hər yeri qırğın və dəhĢətə düçar etmələri haqqındakı qəfil xəbərdən 
lərzəyə gəldi". Sasanilərin və bizanslıların tabeliyində olan bir çox yerləri, o 
cümlədən Suriya, Kappadokiya, Finikiya, Fə ləstin, Misir və s. Ölkələri çalıb-çapıb 
geri qayıdan hunlar, bu dəfə yollarını Xəzər sahili boyunca, AbĢerondan saldılar, 
"sualtı qayanın dibindən qalxan alovun" yanından keçərək, Dərbənd keçidi
vasitəsilə öz yerlərinə döndülər. 
Hunların ġimali Qafqazda qalan hissəsi V əsrin əvvəllərində onoqur 
(onoğıız - ?) tayfasının baĢçılığı ilə hun-bulqar tayfa birliyini yaratdı. Erməni 
tarixçisi YeqiĢenin (YeliĢe, V əsr) əsərində bu tayfa haylandur adı ilə qeydə alınıb. 
Onun məlumatma görə "honların ölkəsi", "haylandurların ölkəsi" "honların 
qapısı"ndan - Çora (Dərbənd) qalasından Ģimala doğru ərazini tuturdu. 
Yerli mənbələrin təhlilindən belə nəticə çıxarmaq olur ki, onoqurların 
(haylandurların) V əsrin əvvəllərindən yenidən baĢlamıĢ yürüĢləri ilə Ģimal 
tayfalarının Azərbaycan ərazisinə əsas məqsədləri talan və qənimət olan hücumları 
davam etdirilir. 
Azərbaycan ərazisinə bu dövrdə hücum edən tayfalar arasında onoqurlarla 
yanaĢı, Ģübhəsiz, mənbələrin bəzən ümumi "hun" adı ilə birləĢdirdiyi oğur (oğuz), 
saraqur (sarı oğuz), akatsir (ağac ər, ağ xəzər - ?), bardur (bayundur?), kutriqur, 
kəngər və b. tayfalar da vardı. 
Moisey Kalankatlı "II Yəzdigərdin [438-454] hakimiyyətindən iyirmi il 
əvvəl", yəni V əsrin 20-ci illərində Albaniyanın Sünik vilayətinə "böyük ordu ilə" 
gələrək, burada yurd salmıĢ, sözsüz ki, oğuz (oğur) türklərinin "adlı-sanlı nəslindən 
olan Qor və Qazan adlı iki qardaĢ" haqqında məlumat verir. V əsr erməni tarixçisi 
Parblı Lazar indiki Naxçıvan, Cənubi Azərbaycan və onlara yaxın ərazilərdə 

məskunlaĢ mıĢ kəngərlərin yaĢadıqları yeri "Kəngərlərin vilayəti", oradakı dağı 
"Kəngərlərin dağı" adlandırırdı. 
Əsasən Çora - Dərbənd keçidindən olan bu axının qarĢısını almaq üçün 
Sasanilər burada güclü müdafiə qurğuları yaratmıĢ, Albaniyada nizami atlı 
dəstələri yerləĢdirmiĢdilər. 
Ġstər Ġran, istərsə də Bizans, bəzən isə Albaniyanın özü də Qafqaz 
keçidlərini hun-bulqar birliyindən olan tayfalardan qorusalar da, yeri gələndə 
onlardan öz hərbi məqsədləri üçün istifadə edirdilər. 450-451-ci illər hərəkatı 
dövründə "alban hökmdarları nəslindən olan Vahanın" vasitəçiliyi ilə onoqurlarla 
bağlanmıĢ sülh müqaviləsi Ġrana qarĢı mübarizədə onların da iĢtirakını təmin etməli 
idi. Lakin vədlərinə xilaf çıxan onoqurlar Sasanilərin qələbəsi ilə nəticələnən 
Avarayr döyüĢündən yalnız bir il sonra, 452-ci ildə, yenidən Cənubi Qafqaz 
ərazisinə hücum edib, təkcə Ġranın deyil, Bizansın da torpaqlarını talan edərək, 
Mesopotamiyayadək irəlilədilər. 
Onoqur - haylandurlar haqqında Azərbaycanla bağlı yeni məlu mat alban 
hökmdarı Vaçenin üsyanının yatırılmasında onların bu dəfə Sasanilər tərəfində 
çıxıĢ etmələri ilə əlaqədardır. 
V əsrin 60-cı illərində onoqurlar Albaniya ərazisində olarkən, ġimali 
Qafqazdakı siyasi vəziyyət kəskin surətdə dəyiĢdi. Buna hunların sabirlər adı ilə 
tanman yeni qüdrətli tayfasının Xəzərin Ģimal-qərb sahillərinə gəlməsi səbəb oldu. 
ĠrtıĢyanı torpaqlardan türk-avar tayfalarının sıxıĢdırıb çıxardıqları sabirlər 
("Sibir" toponimi onların adını özündə saxlamıĢdır) öz növbələrində Kalmık 
çöllərində yaĢayan saraqurları, daha sonra isə Azərbaycandan qayıtmıĢ onoqurları 
onların yurd yerlərindən qovub çıxartdılar. Bu hadisə Volqadan Dunayadək geniĢ 
bir ərazidə məskən salmıĢ müxtəlif türk tayfalarının bir-birinə qənim kəsilməsinə, 
yeni yerdəyiĢmələrə səbəb oldu. 
V əsrin sonlarında ġərqi Qafqazyanı düzlərdə sabirlərin baĢçılıq etdiyi 
köçəri tayfalar ittifaqı yarandı. Məhz, bu ittifaq onoqurların baĢçılıq etdiyi hun-
bulqar tayfalarının ilk iri birliyinin parçalan masına və nəhayət dağılmasma gətirib 
çıxartdı. 
Qafqazın Ģimalında cərəyan edən bu proseslərin əks-sədası onun 
cənubunda baĢ verən hadisələrin inkiĢafına da təsir etməyə bilməzdi. 481-ci ildə 
Sasanilərə qarĢı çıxıĢ edən albanlar kömək üçün yenə də hunlara müraciət etdi lər. 
Bu hadisələr haqqında daha geniĢ məlumat verən Parblı Lazar ümumi "hon" 
terminini iĢlətdiyi üçün, köməyin konkret hansı hunlardan göndərildiyini açmaq 
mümkün deyil. Lakin artıq 466-cı ildə öz təĢəkkül prosesinin ilk mərhələsinə 
qədəm qoymuĢ yeni hun-bulqar hərbi-siyasi ittifaqı məhz sabirlərin baĢçılığı ilə 
meydana çıxmıĢdı. Onların elə bu dövrdən baĢlayan cənuba doğru ekspansiyaları 
haqqında yerli və baĢqa mənbələr çoxlu məlumat verir. Bu mənbələrin təhlili 
göstərir ki, öz hakimiyyətlərini Cənubi Qafqaz ərazisinə də yaymaq istəyən, VI 
əsrin əvvəllərində artıq qüdrətli tayfa ittifaqının baĢında duran sabirlər, görünür, 

503-cü ilin sonunda Sasanilərin müdafiə etdiyi Dərbənd keçidini aĢaraq 
Albaniyaya, sonra isə Ġberiyaya hücum etmiĢ, qısa müddətdə bu zəngin və strateji 
baxımdan mühüm ölkələri ələ keçirdilər. 504-cü ilin yazında ĢahənĢah Kavadın 
(488-531) baĢçılıq etdiyi qüvvələrin müharibəyə qoĢulmasına baxmayaraq, hərbi 
əməliyyatlar yalnız 508-ci ildə baĢa çatdırılmıĢ, Sasanilər Qafqazın hər iki keçidinə
tam sahib ola bildilər. 515-ci ildə sabirlər yenidən Cənubi Qafqaza (bu dəfə 
Sasanilərin müqavimətlərini qıra bildikləri Dəryal keçidindən) hücum etdi,
Mesopotamiya və Kiçik Asiyayadək irəliləyə bildilər. 
Sasani imperiyasının Ģimal hüdudları ilə həmsərhəd olan ərazidə, qüdrətli 
sabir birliyinin yaranması bütün bunlarla yanaĢı, dövrün iki böyük, lakin rəqib 
imperiyalarını muzdlu qüvvə mənbəyi ilə də təmin etdi; əvvəlki dövrlərdə olduğu 
kimi indi də sabirlər öz sələflərinin yolu ilə gedərək ardı-arası kəsilməyən Ġran-
Bizans müharibələrində, rəqiblərin Cənubi Qafqaz və Mesopotamiya ərazilərində 
apardığı döyüĢlərdə fəal iĢtirak edirdilər. Mənbələrin məlumatına görə, 552-ci ilin
əvvəlində çoxsaylı sabir dəstələri Bizansa qarĢı Ġran ordusu sıralarında döyüĢərkən 
hun-bulqar birliyinin baĢqa bir qrupu, az qala 45 illik fasilədən sonra, yenidən 
Albaniya ərazisinə qarətkar yürüĢ etdi. Moisey Kalankatlı bu yürüĢün baĢında 
xəzərlərin durduğunu qeyd edirdi. Tədqiqatçıların fikrincə, Ġranın tabeliyində olan 
Albaniyaya edilən bu hücumu hunların bizanspərəst qrupları (sabirlərdən asılı olan 
xəzərlər, barsillər, eləcə də sabirlərin Ġrana qarĢı əks mövqe tutan hissəsi) təĢkil 
edirdilər. Eyni hadisələrin ərəb tarixçisi ət-Təbəri tərəfindən təqdim edilən 
təsvirində yürüĢ iĢtirakçıları arasında xəzərlərlə yanaĢı bulqar, bələncər (barsil) və 
alan tayfalarının da adları çəkilir. Müəllifin verdiyi xəbərə görə, məğlub edilmiĢ 
köçərilərdən alınmıĢ 10 min əsir A zərbaycanın Ģimal torpaqlarında yerləĢdirilirdi. 
VI yüzilin ikinci yarısında ġimali Qafqazın etnosiyasi xəritəsi hunların 
yürüĢündən sonra baĢ vermiĢ ikinci mühüm dəyiĢikliyə uğradı; Qafqazyanı düzlərdə 
yaĢayan hun birliklərinə son qoyan bu dəyiĢiklik ġimali Monqolustanda Türk 
xaqanlığının (551-744) yaranması ilə əlaqədar qərbə yeni köçəri axınının - avar 
tayfalarının yönəlməsi nəticəsində baĢ verdi. 
588-ci ildə məhz avarlar sabirlərin baĢçılıq etdiyi hun birliyinə son qoydular 
və az sonra Dunay sahillərində məskən saldılar. Darmadağın edilmiĢ sabirlərin Cənubi 
Qafqaza keçən böyük bir hissəsi Xosrov ƏnuĢirəvan tərəfindən Kürün sol sahilində, 
indiki ġəmkirlə Ağstafadan Ģimala tərəf, tarixi Kambisena ərazisində yerləĢdirildi. 
Sabirlərin Ġberiya ilə sərhəddə məskunlaĢdırılması Sasani Ġran dövlətinin daxili siyasət 
sahəsində ardıcıl atdığı növbəti addım olmaqla yanaĢı, imperiyanın narahat Ģimal-qərb 
sərhədlərinin möhkəmləndirilməsi kimi də qiymətləndirilə bilər. 
Bizans tarixçisi Menandr (VI əsr) məhz bu dövrdə Kürün sol sahilində 
sabirlərlə yanaĢı yaĢayan, sonralar isə sağ sahilə köçürülən alanlar haqqında da 
məlumat verir. Bu tarixçinin yazdığına görə, VI əsrin 70-ci illərində Bizansın 
Albaniya ərazisinə hücumundan sonra rumların tərəfini saxlamağa məcbur edilmiĢ 
sabirlər və alanlar Kürün sağ sahilinə köçürülmüĢ, lakin sonradan yenidən iranpərəst 
mövqelərini qoruya bilmədilər. 
ġimali Qafqaz sabirlərin Albaniyaya köçməyən qalıqları isə Dağıstan 
ərazisində yaĢayan köçəri və yarımköçəri tayfalarla qarıĢaraq, barsillər və baĢqa etnik 
qruplarla birlikdə paytaxtı Varaçan (Bələncər) olan "Hunlar məmləkəti"ni yaratdılar. 
VI əsrin II yarısından baĢlayaraq sabir, bulqar, barsil və b. türkdilli Qafqaz 
tayfaları ilə birlikdə Monqolustandan Qara dənizədək böyük bir ərazini əhatə edən 
Türk xaqanlığının tərkibinə daxil olmuĢ xəzərlər həmin tayfalar arasında aparıcı rol 
oynamağa baĢladı. VII əsrin 20-ci illərində Bizans imperatoru Ġraklinin (610-641) Ġrana 
yürüĢü zamanı xəzərlər Bizansın tərəfində Cənubi Qafqaza soxulmuĢ türk qoĢunları 
arasında əsas qüvvəni təĢkil etdilər. Dərbəndi, Tiflisi, o cümlədən bütün Albaniyanı 
iĢğal edən xəzərlər Türk xaqanlığında ara müharibələri baĢlananadək (630-cu ildə) bu 
yerləri əllərində saxladılar. Elə buna görə də bir müddət sonra buralara gəlmiĢ ərəblər 
çox vaxt bu ölkələri Azərbaycanla birlikdə "Xəzərlər (yəni türklər) ölkəsi" 
adlandırırdılar. 
Bütün deyilənlər VII əsrə yaxın Azərbaycan əhalisinin tərkibində, əvvəllər 
olduğu kimi, türkdilli, irandilli və qafqazdilli komponentlərin olduğunu təsdiq edir; 
lakin VI yüzilin sonlarından baĢlayaraq bu tərkibdəki türk komponenti bir qədər də 
üstünləĢir, türkdilli əhalinin yayılma arealı daha da geniĢlənir. Tədricən bu dil bütün 
azərbaycanlıların daxili ünsiyyət dilinə çevrilir. 
Çoxsaylı tarixi və eləcə də linqvistik faktlar (V-VII əsrlərə aid yerli Qafqaz 
mənbələrində türkizmlər, Azərbaycanın türkdilli toponimikası və s.) sübut edir ki, VII 
əsrin sonlarında qafqazdilli, irandilli, türkdilli olmalarından asılı olmayaraq bütün 
azərbaycanlılar arasında funksional birincilik artıq türk dillərinə məxsus idi. Məhz bu 
dövrdən, mövcud tayfa, eləcə də dialekt və ləhcə fərqləri zəminində ümumxalq 
Azərbaycan-türk dili formalaĢmağa baĢladı; məhz bu dövrdə az sonra yeni tarixi 
birliyin - Azərbaycan xalqının təĢəkkülünə gətirib çıxaran etnik, ictimai-iqtisadi və 
mədəni dəyiĢikliklər üçün ilkin Ģərtlər hazırlandı. 

§ 4. I VARAZ TİRİDATIN HAKİMİYYƏTİ VƏ
AZƏRBAYCANIN QƏTİ OLARAQ XİLAFƏTİN TƏRKİBİNƏ
QATILMASI

Moisey Kalankatlının sözləri ilə desək, "dörd xalqın padĢahlıq edən
hökmdarlarının hörmət və izzətini qazanmıĢ" CavanĢirin hakimiyyəti dövründə
Azərbaycanın Ģimal hissəsi - Albaniya (Arran) hələ bir müddət özünün nisbi siyasi
müstəqilliyini qoruyub saxlaya bildi. Buna, CavanĢirin Ģəxsi nüfuzu və
Albaniyanın tutduğu mühüm strateji mövqe ilə yanaĢı, bu zaman Xilafətin daxi-
lində və xaricində baĢ verən hadisələr - Əli ilə ġam hakimi Müaviyə arasında
səltənət uğrunda gedən mübarizə, hakimiyyətə gəlmiĢ Müaviyənin Bizansla
apardığı müharibələr də Ģərait yarat mıĢdı.
Lakin CavanĢirin siyasi müstəqillik naminə ərəblərə güzəĢt siyasəti bəzi
bizanspərəst yerli hakimlərin narazılığına səbəb oldu. 680-ci ilin sonlarında (və ya
681-ci ilin əvvəllərində) CavanĢir həmin hakimlərin təĢkil etdikləri qəsd
nəticəsində xaincəsinə öldürüldü. Onun qardaĢı Varaz Perozun oğlu Varaz Tiridat
alban taxtında əmisini əvəz etdi. Elə bu zaman xəlifə olmuĢ I Yəzid (680 -683)
Varaz Tiridatı "ġərq vilayətlərinin caniĢini, Alban padĢahlığının və Uti əyalətinin
hakimi" təsdiq etdi.
CavanĢirin qətli onun qayınatası, Xəzər xaqanı Alp Ġlitvərə qisas almaq
bəhanəsi ilə A lbaniyaya qoĢun çəkmək imkanı verdi. Tezliklə onun baĢçılıq etdiyi
Xəzər ordusu Albaniya hüdudlarına soxulub, yol boyu rastına çıxan kənd və
Ģəhərləri talan edə-edə Uti əyalətinə yetiĢdi. Xəzərlər burada çoxlu əsir tutaraq,
üstəlik, xeyli qənimət ələ keçirtdilər. Sonra isə Lpink vilayətinə qayıdaraq, orada
düĢərgə saldılar.
681-ci ildə I Varaz Tiridat alban katolikosu Yeliazarı Xəzər xaqanının
yanına danıĢıqlara göndərdi. Katolikos, CavanĢirin qətlində albanların əli
olmadığına xaqanı inandırmalı idi. Verilən tapĢırığı müvəffəqiyyətlə yerinə yetirən
katolikos, hətta xəzərlərlə "sülh və qırılmaz dostluq" münasibətlərinin bərpas ına da
nail oldu. Lakin Yeliazarın bu uğurlu elçiliyi alban-xəzər münasibətlərinin
yaxĢılaĢdırılması istiqamətində atılmıĢ yalnız ilk addım idi. Ġkinci addım
Metskoqman yepiskopu Ġsrailin baĢçılıq etdiyi nümayəndə heyətinin Alp Ġlitvərin

Varaçanda yerləĢən qərargahına göndərilməsi oldu. Hörmətlə qarĢılanmıĢ yepiskop
Ġsrail xəzərlərlə sülh bağlaya bildi. Moisey Kalankatlının Ģəhadətinə görə, Ġsrailin
təbliğatından sonra, xaqan baĢda olmaqla, xəzərlərin bir hissəsi xristianlığı qəbul etdi. I
Varaz Tiridata göndərdiyi məktubunda xəzər xaqanı Ġsrailin onun ölkəsində yepiskop
kimi qalmasını xahiĢ etdi. O, I Varaz Tiridatı əmin edirdi ki, yalnız din birliyi "bizim
barbar xalqların Albaniyaya basqınlarının qarĢısını ala bilər". Eyni xahiĢlə Xəzər xaqanı
albanlarla həmdin olan erməni knyazı Qriqori Mamikonyana və erməni katolikosu
Səhəkə də müraciət etdi. Xəzərlərə göndərdiyi cavab məktubunda katolikos Səhək
yazırdı: "Biz onun (Ġsrailin) həmiĢə sizinlə olmasına razılıq vermək istərdik. Lakin
bu məsələnin həll olunmasında müstəsna hüquq Albaniya patriarxı katolikos Yeliazara
məxsusdur. Bu, onun iĢidir".
Beləliklə, I Varaz Tiridat Ġsrailin Xəzər xaqanlığı ilə Albaniya arasında yalnız
vasitəçi rolunu oynamasına razılıq vermiĢdi.
Lakin Ġsrailin xəzərlərlə sülh münasibətləri yaratmaq naminə göstərdiyi
fəaliyyəti onların Cənubi Qafqaz ərazisinə yeni basqınlarının qarĢısını ala bilmədi.
Çətinliklə əldə edilmiĢ sülh pozuldu: mərkəzdəki qeyri-sabitlik nəticəsində ucqar Ģimal
vilayətləri üzərində ərəb nəzarətinin zəifləməsindən istifadə edən xəzərlər, 685-ci ildə
yenidən Albaniya, Ermənistan və Ġberiya (Kartli) torpaqlarına daxil oldular, bir çox
vilayətləri tutub böyük qənimət və xeyli əsir əldə etdilər. Yerli qaynağın məlumatına
görə, "döyüĢ zamanı onlar knyaz Qriqori Mamikonyanı, xeyli gürcü və alban əyan və
knyazlarını qətlə yetirdilər".
Bu mürəkkəb dövrdə Xilafətdəki hakimiyyət Əməvilər sülaləsinin
Mərvanilər qolunun banisi, cəmi bir il xəlifəlik edə bilən I Mərvanın (684-685) əlinə
keçdi. Məhz bu zaman Xilafət mərkəzində yaranmıĢ müvəqqəti qarıĢıqlıqdan istifadə
edən albanlar qonĢuluqda yaĢayan xalqlar kimi əsasən vergi verməklə ifadə olunan
"otuzillik itaətdən sonra", "ərəblərə vergi ödəməkdən imtina etdilər". Lakin bu vəziyyət
çox çəkmədi. VII əsrin 80-ci illərinin ortalarından baĢlayaraq Cənubi Qafqaz
xəzərlərin, ərəblərin, bizanslıların at oynatdıqları iri döyüĢ meydanına çevrildi. Onlar
əhalini amansızcasına qarət edir, əsir aparır, maddi dəyərləri məhv edirdilər. Yalnız
80-ci illərin sonlarına yaxın ərəb xəlifəsi Əbdülməlik ibn Mərvanla Bizans
imperatoru II Yustinian arasında barıĢıq əldə edildi. ġərtə görə, Qafqaz
ölkələrindən gələn bütün vergilər iki imperiya arasında bərabər bölünməyə
baĢlanıldı. Lakin bu barıĢıq da uzun çəkmədi. 692-ci ildə ərəblərlə bağlanmıĢ sülh
müqaviləsini pozaraq, ġam üzərinə hücum edən II Yustinian məğlubiyyətə uğradı.
Əldə edilmiĢ qələbə ərəblərin Qafqazdakı mövqelərini möhkəmləndirdi. 693-cü
ildə xəlifə öz qardaĢı Məhəmməd ibn Mərvanı əl-Cəzirə, Azərbaycan və
Ərminiyənin (Albaniya - Arran və Gürcüstanın bir hissəsi ilə birlikdə) hakimi təyin
edir.
Lakin Xilafətin bölgədəki hakimiyyəti hələ də kifayət qədər möhkəm
deyildi; Albaniya - Arran isə ərəblərdən baĢqa bizanslılara və xəzərlərə də vergi
ödəmək məcburiyyətində idi.

Bu dözülməz vəziyyət xəzərlərlə münasibətləri qaydaya sala bilmiĢ I
Varaz Tiridatı imperatorla danıĢıq aparmaq üçün oğlanları Qaqik və Vardanla 699-
cu ildə Konstantinopola getməyə vadar edir. Lakin arzu edilən müsbət nəticə
əvəzinə, Xilafətlə əlaqədə günahlandırılan alban hökmdarı zindana atılaraq, 705-ci
ilədək Bizans paytaxtında saxlanılır.
Məhz bu zaman Albaniyanın özündə elə hadisələr baĢ verir ki, onlar bu
vaxtadək yalnız vergi almaqla kifayətlənən Xilafət üsuli-idarəsinin ölkənin daxili
iĢlərinə daha fəal müdaxilə etməsinə səbəb olur. Belə ki, katolikos Yeliazar
öləndən bəri (688-ci ildən) onun yerini tutmuĢ keçmiĢ Girdiman yepiskopu Nerses
Bakur hələ də Konstantinopolda saxlanılan Varaz Tiridatın arvadı Sparamanın
təĢviqi ilə Bizans kilsəsinin etiqad etdiyi xalkidon təlimini A lbaniyada da yaymaq
və bu addımla albanların Xilafətə deyil, Bizansa daha çox meyl göstərdiklərini
əyan etmək istəyir. Xalkidonluğun Albaniyadakı əleyhdarları, baĢda alban knyazı
ġeroy olmaqla Qəbələ, A maras və HoĢ yepiskopları, eləcə də ölkənin nüfuzlu
feodalları erməni katolikosu Ġliaya (Eliaya) müraciət etdilər, onun Partava
(Bərdəyə) gəlməsini, "yaralarını sağaltmasını" xahiĢ etdilər.
Erməni kilsəsinin Albaniyadakı mənafeyinin gerçəkləĢdirilməsi
məqamının yetiĢdiyini anlayan katolikos Ġlia xəlifə Əbdülməlikə göndərdiyi
məktubunda bildirirdi: "Partav taxtında oturan indiki alban katolikosu Rum
imperatoru ilə saziĢə girib, öz ibadətlərində onun adını çəkir və ölkəni məcbur edir
ki, hamı dini etiqadda ona qoĢulsun, onun himayəsini qəbul etsin". Məktubun sonunda
"Allaha qarĢı günah iĢlətmiĢ" alban katolikosunun və "onunla həmfikir olan kübar
qadının" cəzalandırılması xahiĢ edilirdi.
Təbiidir ki, Bizansın Qafqazdakı mənafeyinə zərbə endirə biləcək hər bir
əməl Xilafət üçün sərfəli idi. Alban kilsəsinin Bizansın yardımına arxalanması heç də
ərəblərin ürəyincə deyildi. Buna görə də, erməni katolikosunun xahiĢlərini həvəslə
yerinə yetirən xəlifə bu addımı ilə həm Bizansın Cənubi Qafqazdakı mənafelərinə zərbə
endirir, həm də özlərinin Albaniyadakı maraqlarını güdən qriqorian ruhanilərinin
simasında müttəfiq tapırdı. Məhz bu siyasəti güdərək, "öz sadiq nökərini çoxsaylı
qoĢunun baĢında" Albaniyaya göndərən xəlifə erməni katolikosuna cavab məktubunda
qəbul etdiyi qərar haqqında belə yazırdı: " Biz əmr etdik ki, bizim ağalığımıza qarĢı
çıxmıĢ albanların [etiqadında] sizin dinə uyğun düzəliĢlər edilsin". Məktubun sonunda
xəlifə Ġliaya Bərdədə kilsə məclisi çağırmaq, dəmir qandallarla buxovlanmıĢ Nerses və
Sparamanı oraya gətirmək əmrini verir. Xilafət nümayəndələrinin də iĢtirak etdiyi bu
kilsə məclisində Nerses lənətlənir. Yerli müəllifin yazdığına görə, bundan sonra aclıq
elan edən Nerses, ġeroyu lənətləyərək 8 gündən sonra ölür. I Varaz Tiridatın arvadı
Sparama isə qaladakı həbsxanaya salınır. Xəlifənin əmri ilə baxıĢlarına görə etibarsız
sayılan və xüsusi siyahıya daxil edilən baĢqa alban knyazları da cəzaya məruz
qalırlar.
Erməni katolikosunun baĢçılıq etdiyi kilsə məclisi Dvin taxtının keçmiĢ
arxidyakonu Simeonu Albaniyanın katolikosu seçir. Simeon "Nersesin bidət dolu
kitablarını sandıqlara doldurub, Trtu (Tərtər) çayına" ataraq ölkədəki hərc-mərcliyə son
qoydu. Alban kilsəsi erməni kilsəsinə tabe edildi.
Elə bu zaman beĢillik Bizans əsirliyindən çətinliklə azad ola bilən I Varaz
Tiridat Albaniyaya qayıdır. Onun vətənə qayıtması ərəb-Bizans döyüĢlərinin yenidən
baĢlanması, ərəblərin Qafqazda zor siyasəti yürüdən Mərvan ibn Məhəmmədi böyük
qoĢunla Ermənistana və Albaniyaya göndərməsi ilə bir vaxta düĢür. I Varaz Tiridat
"yalnız taciklərə" (ərəblərə) vergi ödəyərək, Xilafətin süzerenliyini qəbul etsə də,
ölkənin iflasının qarĢısını ala bilmir. Albaniyaya gələn Mərvan xəlifə Əbdülməlikin
xüsusi siyahısına düĢmüĢ ġeroyu və baĢqa alban knyazlarını tutaraq, onları
Xilafətin mərkəzinə - ġama göndərir.
Bundan sonra xəlifə caniĢinləri ölkəni Ģəriksiz idarə etməyə baĢladılar.
CaniĢinin yanında bir növ məĢvərətçiyə çevrilən alban knyazı və katolikosu
müstəqil qərar qəbul etmək imkanlarından məhrum oldular. Bu zamandan, yəni
705-ci ildən etibarən Albaniya hətta vassallıq mövqeyini də əldən verir, Ģimallı-
cənublu bütün Azərbaycan qəti Ģəkildə ərəblərin tabeliyinə keçir.




VII FƏSİL

AZƏRBAYCAN ƏRƏB XİLAFƏTİ TƏRKİBİNDƏ
§ 1. ƏRƏB-XƏZƏR MÜHARİBƏLƏRİ VƏ ONLARIN
AZƏRBAYCAN ÜÇÜN NƏTİCƏLƏRİ

VIII əsrin əvvəllərində Ərəb xilafəti özünün ən qüdrətli dövrünü keçirirdi.
Onun əsas rəqiblərindən olan Bizans mövcud hərbi-siyasi vəziyyətlə əlaqədar
Qafqazdakı mövqelərini əldən vermiĢdi. Yeni Ģəraitdə Azərbaycan kimi mühüm
strateji bazada möhkəmlənmək üçün ərəblərə yalnız onları dəfələrlə ağır vəziyyətə
salan xəzərlər üzərində qələbə lazım idi. Bu iĢdə xəlifə Əbdülməlikin 693-cü ildən
Azərbaycan, Ərminiyə və əl-Cəzirənin caniĢini təyin etdiyi qardaĢı Məhəmməd ibn
Mərvan xüsusi fəaliyyət göstərdi. Onun VIII əsrin əvvəllərində, tab eliyində olan
Cənubi Qafqaz ərazisində apardığı zor siyasəti ərəblərin bu ərazidə mövqeyini
daha da möhkəmlətdi, xəzərlərə qarĢı yürüĢə çıxmaq imkanı yaratdı.
707-708-ci ildə Məhəmməd ibn Mərvanın qardaĢı oğlu, o zaman
hakimiyyət baĢında olan xəlifə I Validin (705-715) qardaĢı Məsləmə ibn
Əbdülməlik Bizansda apardığı müvəffəqiyyətli döyüĢlərdən sonra Dərbəndi ələ
keçirmiĢ xəzərlərin üzərinə göndərildi. A zərbaycanın boyun əyməyən bütün qala
və Ģəhərlərini ələ keçirən Məsləmə Dərbəndə çatdı. La kin alınmaz divarlar Ģəhəri
tutmağa mane oldu.
Xəzərlərə qarĢı uğursuzluqla baĢa çatan yeni yürüĢ iki il sonra baĢ verdi.
Elə həmin il Məhəmməd ibn Mərvanın yerinə Xilafətin Ģimal vilayətlərinin
caniĢini təyin edilən Məsləmə, eyni zamanda Bizansa qarĢı mübarizəni təĢkil
etməyi lazım bildi. Çünki, məhz Bizans ərəblər əleyhinə mübarizədə xəzərlərin
müttəfiqi idi. Nəhayət, 714-cü ildə, gərgin mübarizədən sonra Məsləmə Dərbəndi
tuta bildi. Onun qoĢunları Ģəhəri talan edərək, Xəzər xaqanlığının ərazisinə
soxuldular, lakin xəzərlərin təzyiqi altında geri çəkilməli oldular. Moisey
Kalankatlının məlumatına görə, ərəb hərbi qüvvələrinin geriyə hərəkətini alban batriki
AranĢahik Vaçaqanın baĢçılıq etdiyi yerli qoĢun dəstəsi himayə etdi. Məhz bu dəstənin
köməyi ilə xəzərlər basıldı.
Beləliklə, Məsləmə Dərbəndi xəzərlərdən alaraq, böyük qənimətlər və
Dərbəndin alınma xəbəri ilə DəməĢqə yollandı. Ərəb ordusunun Ģəhəri tərk etməsi
xəbərini eĢidən xəzərlər isə yenidən Dərbəndə qayıdaraq, əvvəlki mövqelərini tutdular.
717-ci ildə, xəlifə II Ömərin hakimiyyəti (717-720) dövründə ilk böyük
həmlə ilə Azərbaycan ərazisinə soxulan xəzərlər qarĢılaĢdıqları azsaylı ərəb hərbi
dəstəsini darmadağın edib, ġirvanda ağalığa baĢladılar. Lakin Xatim ibn Numan əl-
Bəhilinin baĢçılığı ilə xəlifənin göndərdiyi qoĢun xəzərləri darmadağın etdi.
721-722-ci illərdə xəlifə II Yəzidin hakimiyyəti zamanı (720-724) qıpçaq
və baĢqa türk tayfaları ilə birləĢmiĢ 30 minlik xəzər ordusu yeni həmlə ilə
Azərbaycanın Ģimal hissəsinə hücum etdi, bütün Arran torpaqlarını keçərək Ermənistan
ərazisinə daxil oldu, orada olan ərəb hərbi hissələrini məğlub etdi. Azərbaycan və
Ərminiyənin yeni caniĢini əl-Cərrah ibn Abdullah əl-Həkəmi xəlifənin əmrinə əsasən
25 minlik qoĢunla xəzərlərə qarĢı çıxıĢ etdi. Yeni ərəb ordusunun hücumu xəbərini
alan xəzərlər Dərbəndə doğru geri çəkildilər. Onları təqib edən əl-Cərrah tezliklə Kür
çayını keçərək, Dərbəndə yaxınlaĢdı və Ģəhərdən cənubda axan Rubas çayı sahilində
düĢərgə saldı. BaĢ vermiĢ döyüĢdə xəzərlər ərəblərə qarĢı xaqan oğlunun baĢçılığı altında
40 minlik qoĢun çıxarsalar da məğlub edildilər. Dərbəndi ələ keçirən ərəblər Ģimala -
xəzərlərin bir sıra qala və Ģəhərlərinə hücum edib, onları və o cümlədən paytaxt olan
Bələncəri tutdular. Əl-Cərrah əsir tutduğu xəzərləri hələ əvvəldən ətrafında xeyli xəzər
məskəni olan Qəbələ tərəfə köçürtdü.
Əl-Cərrahın Ģimala, Səməndərə doğru hərəkəti, ərəblərin əvvəlki
döyüĢlərdə əsir düĢmüĢ ailəsini özünə qaytardıqları Bələncər hakiminin xəbərdarlığı ilə
dayandırıldı. Onun verdiyi xəbərə görə, ərəblərin təzyiqini dəf etməyə hazır olan
xəzərlər yeni qüvvələr səfərbər etmiĢdilər. Azərbaycana qayıdan əl-Cərrah qıĢı ġəki
vilayətində keçirtdi. Elə buradan da xəlifəyə qasid göndərib kömək istədi. II Yəzidin
ölümündən sonra hakimiyyət baĢına gəlmiĢ yeni xəlifə HiĢam kömək
göndərəcəyini vəd etdi, lakin bununla yanaĢı əl-Cərrahın yerinə əvvəllər bu
vəzifədə olmuĢ öz qardaĢı Məsləməni təyin etdi.
726-727-ci illərdə xaqan oğlunun baĢçılığı altında yenidən Arranı keçərək
Azərbaycana soxulan xəzərlər, Xəzərin cənub sahili vilayətlərində ağalıq etməyə
baĢladılar. Lakin çox keçmədən əks-hücumla irəli atılan ərəblər rəqiblərini Araz
çayının o tayına qovaraq, onları geri çəkilməyə məcbur etdilər.
Sonrakı iki ildə Məsləmə Azərbaycan ərazisindən Dəryal keçidi vasitəsilə
xəzərlərə qarĢı iki dəfə yürüĢ təĢkil etdi və qənimətlə geri qayıtdı. 729-cu ildə xəlifə
onu geri çağıraraq, Azərbaycan və Ərminiyənin caniĢini vəzifəsinə yenidən əl-Cərrahı
təyin etdi. Beləliklə, VIII əsrin 20-ci illəri qarĢılıqlı hücumlar Ģəraitində keçdi.
730-731-ci ildə xəzərlər və baĢqa türk tayfaları xaqanın oğlunun baĢçılığı ilə
300 minlik qoĢunla Dərbənd, Dəryal və baĢqa keçidlərdən Azərbaycan ərazisinə
soxulub, yolları üstündə olan Ģəhər və kəndləri yandırmağa, hər yeri qarət etməyə
baĢladılar.
Hələ də kömək ala bilməyən əl-Cərrah ġəki vilayətindən çıxaraq Bərdəyə,
oradan Beyləqana yollanır, sonra Araz çayını keçərək, Varsan və Bacarvan vasitəsilə
Ərdəbilə yetiĢir. Burada düĢərgə salan əl-Cərrah kiçik həmlələrlə xəzər dəstələrinə
hücumlar edir, sonra isə yenidən Ərdəbilə qayıdırdı.
Ərəb qoĢunlarının qərargahı haqqında bir gürcü knyazından məlumat ala
bilmiĢ xaqan oğlu öz ordusunu Kür və Araz çaylarından keçirərək Varsana gəlir, Ģəhəri
tutaraq, bütün əhalini qılıncdan keçirtdirir. Yol boyu qarĢılarına çıxan hər yeri və hər Ģeyi
qarət edib yandıran xəzərlər, nəhayət, ərəb qoĢunlarının yerləĢdiyi Ərdəbilə
yaxınlaĢırlar. Xəlifənin yardım göndərmək vədinə hələ də ümidini itirməyən əl-Cərrah,
ordusunu Ərdəbildən çıxarır. Savalan dağı yaxınlığında bir neçə gün davam edən qanlı

döyüĢdə xəzər istilasından təngə gəlmiĢ yerli sakinlərin köməyinə baxmayaraq, ərəblər
üstün rəqib qüvvəsi tərəfindən məğlubiyyətə uğradıldılar; əl-Cərrah baĢda olmaqla bütün
qoĢun məhv edildi. Onun bütün əmlakı, arvad-uĢağı, xidmətçiləri düĢmən əlinə keçdi.
Neçə günlük mühasirədən sonra çətinliklə ram edilən Ərdəbil iĢğal olundu, igid
müdafiəçiləri qətlə yetirildi, Ģəhərin qadın və uĢaqları isə əsir aparıldı. Qısa bir
müddətdə Azərbaycanın, Arranın və Ermənistanın bir çox Ģəhər və kəndlərini ələ
keçirən xəzərlər, orta əsr ərəb salnaməçisinin yazdığına görə, "öldürməyə, qarət
etməyə, yandırmağa və zorakılığa" baĢladılar. Xilafət üçün yaranmıĢ bu təhlükə
bütün qüvvələri səfərbərliyə almağa, xəlifəni xəzərlərə qarĢı yeni ordu yaratmağa
məcbur etdi.
Bu zaman Mənbicdə (ġam) olan sərkərdə Səid əl-HəraĢi 30 minlik (əl-Kufinin
məlumatına görə 50 minlik) qoĢunla və 100 min dirhəm xərcliklə təmin edilərək
Cənubi Qafqaza göndərildi. Ərəb qoĢunlarının yeni baĢçısı "müqəddəs" müharibədə
iĢtirak etmək istəyən bütün könüllüləri öz ordusuna dəvət etdi. Əl-Cərrahın ordusunun
qalıqları da Səidə qoĢuldular. Onların keçmiĢ xidmətlərini nəzərə alan Səid bu
döyüĢçülərin hər birinə 100 dinar pul verdi. Böyük bir qüvvə ilə əl-Cəzirədən keçən
Səid, bir neçə günlük mühasirədən sonra Xilat qalasını xəzərlərdən təmizlədi, sonra isə
düĢmən əlində olan baĢqa qalaları da bir-birinin ardınca fəth edərək, hələ də xəzərlərin
əlində olan Bərdəyə çatdı. Gevondun məlumatına görə, ərəblər xəzərləri "tamam
əzərək, sələflərinin cəsurluğu Ģərəfinə hələ indi də əl-HəraĢinin dəstəsində
saxlanılan təsvirli mis bayrağı onların əlindən aldılar". Bərdədə, habelə Azərbaycanın
baĢqa yerlərində Səidin ordusuna xeyli könüllü qoĢuldu. Xəzər talanından, ardı-arası
kəsilməyən müharibədən cana doymuĢ adamlar əllərindən gələn köməyi ordudan
əsirgəmədilər. Çox keçmədən Səidin qoĢunları Bərdədən Beyləqana, ordan isə Var-
sana çəkilmiĢ xəzərləri izləyə-izləyə əvvəl Beyləqanı, sonra isə Varsanı azad etdilər.
Ərəblərin yaxınlaĢdığından xəbər tutan xəzərlər Balasacan düzündən keçərək
Bacarvana doğru geri çəkildilər. Varsan və Bərzəndi arxada qoyub Ərdəbildə
qərarlaĢan ərəblər, bütün əyalətin ərazisinə səpələnmiĢ, xeyli əsir və qənimətlə müsəl-
man ordusundan uzaqlaĢmağa çalıĢan xəzərləri izləməyə baĢladılar. Səidin
döyüĢçüləri xəzər qoĢunlarının bir neçə dəstəsini ləğv edib, onların əsir tutduqları
müsəlmanları və qarət etdikləri qəniməti geri aldılar. Xəzərlərə qarĢı mübarizəyə
Varsandan, Beyləqandan, Bərdədən, Qəbələdən və Azərbaycanın baĢqa yerlərindən
çoxsaylı könüllü dəstələri qoĢuldular. Ərəblərlə xəzərlər arasında həlledici döyüĢlərdən
biri Bərzənd yaxınlığında baĢ verdi. Qələbə qazanan Xilafət qoĢunları əsir alınmıĢ
bütün müsəlmanları azad etdilər. Beyləqan yaxınlığında çay sahilində baĢ verən qanlı
döyüĢ pərən-pərən dəstələrdən yığılmıĢ xəzər ordusunun məğlubiyyəti ilə
nəticələndi; onların baĢçısı - xaqan oğlu öldürüldü. Ərəblər dənizə doğru qaçan
xəzər ordusunun qalıqlarını yalnız ġirvan torpaqlarınadək təqib etdilər. Buradaca
qərarlaĢaraq, xəlifə HiĢamın əmrini gözləməyə baĢladılar.
Elə həmin il xəlifə öz qardaĢı Məsləməni yenidən Azərbaycan və
Ərminiyə caniĢini təyin etdi. Yeni əmr və tapĢırıqla Bərdəyə gələn təzə caniĢin

dərhal ġirvana doğru hərəkət edib ərəblərə tabe olmaq istəməyən ġabran qalasını
mühasirəyə aldı. Neçə gün davam edən mühasirədən sonra əlləri hər Ģeydən
üzülmüĢ Ģabranlılar aman istədilər. Verilən vədə baxmayaraq qalaya buraxılmıĢ
ərəblər bütün kiĢiləri qılıncdan keçirdilər, qadın və uĢaqları isə ətraf kəndlərə
səpələdilər.
Buradan Dərbəndə yollanan Məsləmə Ģəhər divarları yanında düĢərgə
saldı. ġəhər hakimi ərəbləri qarĢılamağa çıxdı. Dərbəndin qalasında yerləĢmiĢ
xəzər qoĢun hissələri isə heç bir maneəyə rast gəlmədən Ģəhəri tərk etdilər.
Xəzərləri sərhədyanı zonadan da çıxarmağa nail olan Məsləmə ətraf yer lərin dağlı
hakimlərindən xərac alaraq, öz qoĢunlarını Xilafətin ġimal vilayətlərindən olan
Arranın hüdudlarından kənara - xəzərlərin Bələncər, Vəbəndər və Səməndər
Ģəhərlərinə tərəf yeritdi. Ərəblər və xəzərlər arasında qanlı döyüĢ bir neçə gün
davam etdi və ərəblərin qələbəsi ilə baĢa çatdı. Geri qayıdan ərəblər yenidən
Dərbənd qalasında sığınacaq tapmıĢ min xəzər ailəsini mühasirəyə aldılar. Uzun
mühasirədən sonra qala ərəblərin əlinə keçdi. Məsləmə bu dəfə də qaladakı xəzər
ailələrinin Dərbənddən çıxıb getməsinə maneçilik törətmədi.
Dərbənd sərhəd vilayətində ərəblərin mövqeyini möhkəmlətmək
məqsədilə Məsləmə Dərbəndi dörd qismə (sektora) bölüb, bunların hər birində
DəməĢqdən, Himsdən, eləcə də Fələstin, ġam və əl-Cəzirənin baĢqa yerlərindən
olan 24 min ərəb döyüĢçüsü yerləĢdirdi. Məsləmənin tapĢırığı ilə
möhkəmləndirilmiĢ, silah və ərzaqla təchiz edilmiĢ Dərbənddə müsəlman
icmasının baĢçısı Mərvan ibn Məhəmməd təyin olunur. 732-733-cü ildə Azər-
baycan, Ərminiyə və əl-Cəzirənin amili vəzifəsi də ona tapĢırılır. Məsləmə özü isə,
görünür, növbəti hesabat üçün DəməĢqə, xəlifə sarayına yollanır. Əl-Kufinin
məlumatına görə, Məsləmənin getməsindən xəbər tutan xəzərlər yenidən
Dərbənddən Ģimalda olan torpaqlarına qayıdırlar.
Yeni caniĢin Mərvan ibn Məhəmməd 40 minlik qoĢunla Bələncərə hücum
edib, xəzərləri əzir, böyük qənimətlə Dərbəndə qayıdıb, qıĢın sonunadək orada qalır.
Burada baĢ verən hadisələrin ən yaxĢı Ģərhçisi olan əl-Kufi xəzərlərə qarĢı yaz
əməliyyatını Mərvanın deyil, bu vəzifədə onu müvəqqəti əvəz edən Səid əl-HaraĢinin
baĢlaması haqqında məlumat verir. BaĢqa mənbələrlə təsdiq olunmayan bu məlumat,
ziddiyyətli də olsa, mümkün bir fakt kimi nəzərə alınmalıdır. Əl-Kufiyə görə, ġamdan
Dərbəndə çağırılmıĢ Səid xəzərlərin üzərinə elə tez-tez hücum edirdi ki, "atının yəhəri
heç vaxt qurumurdu". Lakin görmə qabiliyyətinin pozulması onun istefa xahiĢi ilə
xəlifəyə müraciət etməsinə səbəb olur, Mərvan isə yenidən əvvəlki vəzifəsinə
qaytarılır.
Xəzərlərlə qalibiyyətli müharibə aparmaq üçün arxa cəbhənin möhkəmliyinin
vacib olduğunu dərk edən Mərvan, Cənubi Qafqazın Xilafətin real müttəfiqinə
çevrilməsi zərurətini də yaxĢı baĢa düĢürdü. Bu baxımdan onun Xilafətin Ģimal ərazisi
hesab edilən Qafqazda apardığı siyasət əvvəlki caniĢinlərinkindən fərqlənirdi. Erməni
və alban knyazlarının tam itaətinə nail olmuĢ Mərvan, çox keçmədən, zor gücünə baĢqa

Cənubi Qafqaz xalqlarını (gürcüləri, lakzları - ləzgiləri və b.) da özünə tabe edir. Arxa
cəbhədən nigarançılığı üzülən Mərvan 120 minlik qoĢunla Bərdənin 40, Tiflisin isə 20
fərsəxliyində yerləĢən, mənbələrdə Kasak (Kasal) adlandırılan yerdə düĢərgə salır.
737-ci il ərəb-xəzər müharibələri tarixinə ən gərgin dövrün baĢlanğıcı kimi
daxil olur. Ərəblərin Ģimala doğru hücum əməliyyatlarına baĢçılıq edən Mərvan
xəzərlərin üzərinə iki istiqamətdən - Dərbənd və Dəryal keçidlərindən yürüĢ təĢkil
etmək qərarına gəlir. Dərbənd qoĢununa Ģəhərin rəisi Üseyd (Əsəd) ibn Zafir əs-
Sulami, Kasakdan Dəryal keçidi vasitəsi ilə hücum edən qoĢuna isə Mərvan özü baĢçılıq
edirdi. Yolboyu yerləĢən qala və yaĢayıĢ məntəqələrini darmadağın edən qoĢunlar
Səməndər Ģəhəri yanında birləĢdilər və oradan Volqa çayının sağ sahilində yerləĢən
Xəzər paytaxtı əl-Beyda Ģəhərinə hücuma keçdilər. Xəzər xaqanı bu Ģəhərdə
möhkəmlənmiĢdi. Hücum ərəblərin tam qələbəsi ilə nəticələndi. Aman istəyən xaqan
hətta islam dinini qəbul etməyə də razılıq verdi. Ərəb mənbələrinin məlumatına görə
(əl-Bəlazuri, əl-Kufi və b.) ərəblər nəinki xəzərlərin yaĢadıqları ərazini tutdular, eləcə də
Xəzər ölkəsi hüdudlarından çıxaraq, onun qonĢuluğunda yaĢayan əs-səkləb
tayfalarına və baĢqa "kafirlərə" hücum etdilər. Əl-Kufi yazırdı: Mərvan "daha
sonra səkləblərə və onlarla qonĢuluqda yaĢayan baĢqa cinsdən olan kafirlərə hücum
etdi, onlardan 20 min ev adam əsir tutdu, sonra irəli gedərək, Sə kalib (hərfən:
Səkləblərin) çayına yetiĢdi".
Xəzər xaqanı islam dinini qəbul etməyə boyun olsa da, müsəlmançılıq
burada yayılmadı. Belə ki, Mərvanın əsas məqsədi heç də xəzərləri doğru din
yoluna gətirmək deyil (bunun üçün heç lazımi imkan da yox idi), onların belini
qırmaq, gözlərini qorxutmaq, Xila fətin Qafqazdakı iĢğal zonasından onların
ayağını kəsmək idi. Beləliklə, Xilafətin xəzərlər üzərində qəti qələbəsini nümayiĢ
etdirən 737-ci il döyüĢü baĢa çatır. 40 mindən çox xəzər əsiri evindən-eĢiyindən
edilib, Samur və ġabran çayları arasındakı əraziyə köçürülür.
QıĢı Kasakda keçirən Mərvan 738-ci ilin yazında Kürü keçərək ġəkiyə
gəlir. Bu səfərdən də məqsəd ərəblərə boyun əymək istəməyən Qafqaz dağlılarını
ram etmək idi. Mərvanın "dağ hökmdarlarına" qarĢı baĢladığı yürüĢlər
müvəffəqiyyətlə nəticələnir: dağlardakı qalalar çətinliklə də olsa, uzun
mühasirələrdən sonra fəth olunur. Bu mühasirələrdən bəzisi bir ay, bəzisi is ə Sərir
hökmdarının iqamətgahı kimi bir il, Ġbn əl-Əsirin dili ilə desək, "bütün yayı və
qıĢı" çəkirdi; alınan qalalar dağıdılır, yerlə yeksan edilirdi.
Ardı-arası kəsilməyən hücumlar, ağır vergi boyunduruğu yerli əhalini
qorxuya salmıĢdı. Mənbələrin yazdığına görə, 738-ci ildə bağlanılan müqaviləyə
əsasən Mərvan "Qumux və Tumandan ildə 100 qul, 100 kəniz, 20 min batman
buğda, Kür və Miskincdən 14 min batman buğda və 40 min dirhəm pul, ġirvandan
20 min batman buğda və 50 min dirhəm pul alırdı. Bütün bu vəs ait xüsusi
mühafizəxanalarda saxlanılır və Dərbənd Ģəhəri əsgərlərinin maaĢına sərf
olunurdu".
QıĢı Dərbənddə keçirən Mərvan yazağzı ətraf yerlərin - ġirvanın,

Layzanın, Filanın, Təbərsəranın, Lakzın və b. hökmdarlarını yanına çağırtdırdı.
Lakzın hökmdarından baĢqa dəvət edilmiĢ bütün dağlılar Mərvanın çağırıĢına səs
verdilər. ÇağırıĢa hay verməyən Lakz hökmdarının ölkəsi dağıdılır, özü isə
öldürülür.
741-ci ildə Mərvan ġirvanı keçərək Muğan, Gilan və Talakana (Deyləmdə)
soxulur, çoxlarını qırır, bir çoxlarını da əsir alır. Qayıdan baĢ Bərdəni də tutaraq,
beləliklə, ərəblərin Azərbaycandakı, eləcə də bütün Qafqazdakı hakimiyyətlərini
yenidən möhkəmləndirə bilir.
Sonrakı 20 il boyu xəzərlər ərəblərin nəzarəti altında oldular. Yalnız
Əməvilər sülaləsi devrildikdə Xilafətdə baĢ verən hadisələrdən istifadə edən xəzərlər
Bizansın təhrikilə Xilafətin xaqanlıqdakı nümayəndəsini öldürdülər və bu yolla
müvəqqəti müstəqillik qazandılar.
Xilafətdə baĢ verən qarıĢıqlıq və çəkiĢmələrdən istifadə edən Bizans da 752-
ci ildə sərhədyanı Suğur vilayətinə hücum edərək, onun bir sıra Ģəhərlərini iĢğal edir,
bununla yanaĢı Cənubi Qafqazda hərbi və diplomatik fəallığını gücləndirir. 754-cü ildə
hakimiyyətə gələn xəlifə əl-Mənsur (754-775) rəqib imperiyaya qarĢı əks tədbirlər
gördü, bizanslıların dağıtdıqları bəzi istehkamları bərpa etdirdi. 759-cu ildə xəlifə əl-
Mənsur, Yəzid ibn Useyd əs-Sulamini Azərbaycan və Ərminiyənin caniĢini təyin edir.
Xəzər hücumlarından ehtiyat edən yeni caniĢin Bab əl-Lan (Dəryal) keçidini ələ
keçirib, orada özünə sadiq xüsusi muzdlu qoĢun dəstəsi yerləĢdirir. Xəzərləri
təhlükəsizləĢdirmək üçün Yəzid, xəlifənin məsləhəti ilə, Xəzər xaqanının qızı Xatunla
evlənir. Əl-Kufinin dediyinə görə, caniĢin yüz min dirhəmlik baĢlıq verməli olur. Əl-
Kufi yazır: "Xatunu onun qohumlarından olan on min xəzər müĢayiət edirdi: ona dörd
min əla madyan, min qatır, min qul, on min "xəzəri" cinsindən olan alçaq dəvə, min baĢ
"türki" cinsindən olan ikihürgüclü dəvə, iyirmi min baĢ qoyun, qapıları və üstü qızıl və
gümüĢ lövhələrdən düzəldilmiĢ, içərisinə samur xəzi döĢənmiĢ və ipək çəkilmiĢ on
furqon, qızıl və gümüĢ əĢyalar, qab-qacaq yüklənmiĢ iyirmi araba və baĢqa Ģeylər
qoĢulmuĢdu".
Təmtəraqla Bərdəyə gətirilən gəlin islamı qəbul etdi, Quranı öyrəndikdən
sonra Yəzidin arvadı olmağa razılıq verdi. Lakin iki il keçmiĢ onun özü və Yəziddən olan
iki oğlu vəfat etdi.
Xaqan qızının qəfil ölümü ərəblərə qarĢı yenidən inamsızlıq yaratdı. Bu iĢdə
Yəzidi və onun yaxın adamlarını günahlandıran xəzərlər 763-764-cü ildə böyük bir
qoĢunla Cənubi Qafqaz ərazisinə hücum edib, alban və gürcü vilayətlərini, o
cümlədən yerli salnaməçinin alban vilayətləri sırasında adlarını çəkdiyi Hecerini
(Ecerini), Kambehcanı (Kambisenanı), ġakeni (ġəkini), Xozması (Xaçmazı),
Balasakanı və b. yerləri tutdular, saysız-hesabsız sürü və ilxıları apardılar.
Xəzərlərin bu, dəfəki hücumları olduqca güclü idi. Çox keçmədən ġirvan
torpağında xəzərlərlə üzləĢən Yəzid, ona kömək göndərilməsinə baxmayaraq,
məğlub edilir və Bərdəyə qaçır.
Bu xəbər xəlifəyə çatanda o, Yəzidə bir daha kömək göndərir. Yəzid yeni
qüvvələrlə Kürü adlayaraq Dərbəndə doğru istiqamət götürür və Ģəhərin
müdafiəsini təĢkil etmək qərarına gəlir. Az qala bütün Arranı fəth edən xəzərlər
ərəblərin Dərbənddəki müdafiə xətlərini yara bilmədilər, qala ərəblərin əlində
qaldı, xəzərlər isə Cənubi Qafqazı tərk etməli oldular.
O dövrün salnaməçiləri və tarixçiləri VIII əsrin 60-cı illərinin ortalarında
xəzərlərin Cənubi Qafqaz ərazisinə daha bir neçə yürüĢü haqqında məlumat
vermiĢlər. Bundan sonra VIII əsrin sonlarınadək xəzərlər bu ərazidə görünmədilər.
Yalnız həmin yüzilin lap son ilində, xəlifə Harun ər-RəĢidin (786-809) hakimiyyəti
dövründə, xəzərlər Arran ərazisinə yenidən müdaxilə etdilər, kiçik ərəb hərbi
dəstələrinin müqavimətini qıraraq, Kür çayının sahillərinədək irəlilədilər.
Mənbələrdəki məlumata görə, xəzərlər burada 70 gün qaldılar, sonra isə ölkəni
talan edərək, 100 mindən artıq əsir apardılar. Ərəb tarixçisi əl-Kufi xəzərlərin bu
müdaxiləsini o zaman Dərbənddə baĢ verən hadisələrlə əlaqələndirir: Dərbənd
əhalisi Ģəhər hakiminin baĢçılığı ilə qiyam qaldırmıĢ, ərəblərə xərac verməkdən
imtina etmiĢ, nəhayət xəzərləri yardıma çağırmıĢdı. Dövrün digər mənbələri (ət-
Təbəri, Ġbn əl-Əsir və b.) bu rəvayəti baĢqa cür iĢıqlandırsalar da, fakt özlüyündə
qalır: VIII əsrin son ilində xəzərlər ərəblər üzərində son ciddi qələbəyə nail ola
bilirlər.
Ġki gəlmədən biri üçün qələbə, digəri üçün məğlubiyyət olan belə qanlı
döyüĢlər torpaqları yağı tapdağı altında qalan yerli əhali üçün zülm, iztirab və
əziyyətdən baĢqa bir Ģey deyildi.
Bununla da xəzərlərin bir əsrdən çox ardı-arası kəsilməyən soyğunçu
yürüĢlərinə demək olar son qoyulur. Yalnız hələ də xəzərlərin qüdrətinə inanan
yerli hakimlər ara-sıra köhnə müttəfiqlərini ərəblərə qarĢı birgə mübarizəyə dəvət
edirdilər. Hətta IX əsrin sonları, X əsrin əvvəllərində, Cənubi Qafqaz ərazisində
müstəqil feodal dövlət qurumlarının yarandığı dövrdə də baĢ verən lokal xarakterli
bu çıxıĢlar nəticə etibarı ilə Xilafətin Qafqazdakı mövqeyini sarsıdan amillərdən
oldu. Beləliklə, obyektiv olaraq, müsəlmanların Ģimala doğru yollarını bağlamıĢ
Xəzər xaqanlığı, rusların və digər xalqların da ġimali Qafqaz tərəfdən müsəlman
torpaqlarına müdaxilə etmələrinə mane olmuĢ, bufer dövləti rolunu oynamıĢdır.






149
§ 2. XİLAFƏTİN AZƏRBAYCANDA İNZİBATİ
SİYASƏTİ, İDARƏETMƏ SİSTEMİ
VƏ KÖÇÜRMƏ SİYASƏTİ

İspaniyadan Hindistanadək bir ço x ölkə və xalqları tabe etmiĢ ərəblər,
iĢğal etdikləri yerlərdə yeni tipli idarə sistemi qura bilmədiklərindən, bu yerlərin
əvvəlki idarə sistemlərini saxlamalı oldular. Müxtəlif xalqlardan alınan və idarə
iĢini yüngülləĢdirmək məqsədilə çox vaxt köhnə coğrafi və ya inzibati adını
saxlayan bu ərazilər müstəqil və ya asılı ölkədən Xilafətin çoxsaylı vilayətlərinə
çevrildilər. Bu vilayətlər, adətən həmin yerləri fəth etmiĢ sərkərdənin və ya
yürüĢün bilavasitə iĢtirakçısının idarəsi altında ərazicə yaxın torpaqları özlərində
birləĢdirirdi.
Ərəblərin iĢğalı ərəfəsində tarixi A zərbaycan torpaqları ilə yanaĢı, ġərqi
Gürcüstanı və ġərqi Ermənistanı, Ġranın bir sıra vilayət və Ģəhərlərini (Təbəristan,
Gilan, Dihistan, Rey və b.) də özündə birləĢdirən Sasanilərin Ģimal kustakı (kustu)
- əyaləti olan Adurbadaqan (Azərbaycan) bir inzibati vahid kimi cənubda
Həmədan, Əbhar və Zəncandan Ģimalda Dərbəndədək uzanırdı; tədqiqatçıların
(Y.Paxomov, K.Trever, V.Henninq və b.) əksəriyyətinin 567/568-ci ilə aid
etdikləri Dərbənd divarlarındakı pəhləvi yazısı imperiyanın Ģimal sərhədinin
Dərbənddən keçdiyini bir daha təsdiq edir.
Ərəblərin Qafqaza hücumları zamanı Süniklə birlikdə Albaniya, eləcə də
Gürcüstanın bir hissəsi xəzərlərin əlində idi. BaĢ vermiĢ ərəb iĢ ğalı bu ölkələrin
tarixi-coğrafi ərazi bütövlüyünü saxlasa da onların inzibati adını dəyiĢdirdi. Ġlk
çağlar Azərbaycanın cənub hissəsi olan Adurbadaqan Albaniya, Ermənistan, ġərqi
Gürcüstan və əl-Cəzirə vilayəti ilə birlikdə yeni yaranmıĢ gənc ərəb dövlətinin beĢ
vilayətindən birini təĢkil edirdi. VIII əsrin baĢlanğıcında Qafqazın iĢğal olunmuĢ
torpaqlarında ərəblərin tam hakimiyyətinin bərqərar olması ilə vassallığını da itirən və bir
dövlət kimi ləğv edilən Albaniya ərəb vilayəti Arrana (ar-Ran, Aran) çevrildikdə,
"Ərminiyə" adlı yeni ərəb inzibati adı yarandı. Bu adı daĢıyan ərəb vilayəti öz tərkibində
təkcə Cənubi Qafqazın qalan hissəsinin fəthindən bir neçə il əvvəl iĢğal olunmuĢ
bilavasitə Ermənistanı deyil, eləcə də keçmiĢ Albaniya və Ġberiya ərazilərini də
birləĢdirirdi. Yeni ərəb inzibati termininin yuxarıda adı çəkilən ölkələrə də Ģamil edilməsi
Bizans imperatoru I Yustinianın (527-565) islahatları nəticəsində VI əsrin ortalarında
yaranmıĢ Bizans Ermənistanı inzibati vahidinin adı ilə bağlı idi. Ərəblərəqədərki inzibati
quruluĢdan miras qalmıĢ "Ərəb Ərminiyəsi" inzibati adının yaranmasına baĢqa obyektiv
səbəblər də təsir edib: əvvəla, ərəblər hələ Azərbaycan torpaqlarına qədəm basmamıĢ,
artıq 639-640-cı illərdə, Mesopotamiya yürüĢü zamanı Bizansın tabeliyində olan
erməni torpaqlarını ələ keçinniĢ, ikincisi isə ərəb iĢğal zonasını idarə edən caniĢinin
qərargahını ermənilərin baĢ Ģəhəri Dəbildə -Dvində yerləĢdirmiĢdilər. Təbii ki,
özlərindən əvvəlki Bizans inzibati-idarə sisteminə varis çıxmıĢ ərəblər, baĢqa yerlərdə
olduğu kimi, burada da köhnə dövrə aid "Ərminiyə" adını saxlamıĢdılar. O da təbiidir ki,

iĢğal prosesində əllərinə keçən yeni həmhüdud yerləri də onlar artıq tabeliklərində olan
zonaya qatmıĢ, bir bölgədə yerləĢən bu torpaqları birlikdə "Ərminiyə" adlandırmıĢ ,
bütün Cənubi Qafqazdakı iĢğal zonasının idarəsini Dəbildə oturan ərəb caniĢininə -
amilinə həvalə etmiĢdilər. Bu obyektiv səbəblərlə yanaĢı, qədim kitablardan faydalanan
erkən ərəb müəlliflərinin (Ġbn Xordadbeh, Ġbn əl-Fəqih və b.) islamaqədərki siryani
xristian ədəbiyyatından (məsələn, VI yüzildə yaĢamıĢ Mitilen Zaxarinin əsərindən)
istifadə etmələri də mümkündür; bu ədəbiyyatdan olan məlumata görə Qurzan
(Gürcüstan) və Aran (Albaniya) hələ ərəblərəqədərki dövrdə "Ermənistanda olan torpaqlar"
adlanırdı (bu dövrün ən yaxĢı tədqiqatçılarından azərbaycanlı alim Z.M.Bünyadov və
erməni alimi A.N.Ter-Gevondyan bunu haqlı olaraq kilsə birliyi kimi qəbul edirlər).
VII əsrin axırlarında ərəblərlə əks cəbhədə olan Bizansa qarĢı ideoloji
mübarizə aparan erməni din xadimlərinə etdikləri xidmət müqabilində xəlifənin
göstərdiyi iltifat və yürütdüyü qərəzli siyasət bu inzibati adın bir qədər də
möhkəmlənməsinə səbəb oldu.
Beləliklə, Sasanilər dövründə Xəzəryanı Ġran vilayətləri ilə yanaĢı, bütün
Cənubi Qafqaz vilayətlərini özündə birləĢdirən inzibati Adurbadaqan - Azərbaycan adı
ərəb hakimiyyətinin ilk dövründə Xilafətin yalnız Cənubi Qafqazda iĢğal etdiyi yerlərə
verilən inzibati Ərminiyə adı ilə əvəz olundu. Alban kilsəsinin erməni kilsəsinə tabe
edilməsi və bununla əlaqədar bütün Arran və Ermənistan xristianlarına real rəhbərliyin,
müvəqqəti də olsa, erməni katolikosunun əlində cəmlənməsi, VIII yüzilin baĢlanğıcında
Albaniyanın özünün də bir dövlət kimi süqutu xəlifə Əbdülməlik ibn Mərvanın (685-
705) baĢladığı yeni inzibati islahatın nəticəsi olan bu inzibati bölgü sisteminin həyata
keçirilməsinə Ģərait yaratdı. Onu da qeyd etməliyik ki, VI əsrdə imperator I Yustinianın
Qərbi Ermənistanda, yəni coğrafi baxımdan ərəb Ərminiyəsindən fərqlənən yerdə
həyata keçirdiyi bu inzibati bölgü (o cümlədən bu bölgünün daha kiçik vahidləri olan I-
IV Bizans Ermənistanı adları) yalnız bilavasitə ermənilərin yaĢadıqları əraziyə aid idisə,
"Ərəb Ərminiyəsi" vilayətləri indiki kimi azərbaycanlıların, gürcülərin, ləzgilərin və b.-
nın yaĢadıqları və ermənilərə dəxli olmayan Cənubi Qafqaz torpaqlarını əhatə edirdi.
Vaxtilə Bizansın tabeliyində olan erməni torpaqları kimi, ənənəvi olaraq onlar da I-IV
Ərminiyə adı ilə dörd hissəyə bölünürdü.
Xilafət qoĢunlarının ələ keçirdikləri və müəyyən inzibati bölgü daxilində öz
köhnə adlarını saxlayan bu qondarma ərazilər haqqında yalnız erkən ərəb mənbələri
məlumat verir. Maraqlı burasıdır ki, ərəblərəqədərki Bizans inzibati bölgüsü haqqında
ətraflı məlumat verən sinxron erməni mənbələri ərəblərin bu inzibati bölgüsü haqqında
heç bir xəbər vermir. Çox güman, bu "məlumatsızlıq" bütün bölgə ərazisinin süni
Ģəkildə Ərminiyə adı ilə birləĢdirilməsindən, bu birləĢmənin isə dövrün real tarixi
coğrafiyasını əks etdirməməsindən irəli gəlirdi. Məhz buna görə bu dövr haqqında
məlumat verən ərəb mənbələri erməni torpaqları ilə birlikdə ermənilərə aid olmayan
qonĢu torpaqları da əhatə edən yeni "Ərminiyə" inzibati vahidi ilə yanaĢı,
ərəblərəqədərki Sasani inzibati vahidi "Azərbaycanın" (Adurbadaqanın) da adını
çəkirlər. Son Sasanilər dövründə Albaniya və Atropatena ilə birlikdə imperiyanın

bütün ġimal kustunu əhatə edən bu ad, ərəb hakimiyyəti dövründə, Ģimalda
Dərbənddən cənubda Zəncana qədər olan bilavasitə tarixi Azərbaycan ərazisinə aid
edilirdi. Bu yerlərdə olmuĢ X əsr müəllifi Ġbn Havqəl özünün tərtib etdiyi Xəzər
dənizinin xəritəsində həmin dövrün tarixi coğrafiyasını əks etdirən məhz bu təsviri
vermiĢ, Dərbənddən Gilanadək ərazini Azərbaycan adlandırmıĢdı1. Onun Cənubi
Qafqaz bölgəsini təsvir edən digər xəritəsində bölgə vilayətlərinin dəqiq hüdudları
göstərilir. Cənubi A zərbaycan - Adurbadaqan Arran - Albaniyadan Araz çayı ilə
ayrılır, bilavasitə Ermənistan isə Xilat (Van) gölü ilə Araz çayının yuxarı axarı
arasında yerləĢdirilir.
Orta əsr ərəb müəlliflərinin (Ġbn Xordadbeh, əl-Bəlazuri, əl-Yəqubi, Ġbn
əl-Fəqih və b.) ərəb inzibati-ərazi bölgüsü barədə təqdim etdikləri material bir
qədər qarıĢıq olsa da, biri digərini tamamlayan bu məlumatlara görə, I Ərminiyə
adlanan ərazi öz tərkibində ərəblərin Arran adlandırdıqları qədim Albaniya tor-
paqlarını (Sünik - Sisəcan - Sisakan ilə birlikdə) birləĢdirirdi. Ərəb Arran
vilayətinin tərkibinə Albaniyanın bilavasitə özündən baĢqa 644-cü ildən 1122-ci
ilədək müsəlmanların tabeliyində olan Tiflis və onun civarları da daxil idi.
II Ərminiyə adlandırdıqları hissəyə ərəb inzibati hakim dairələri Curzanı
(Gürcüstanın bir hissəsini), Tiflis yaxınlığında, Kür çayı sahilində yerləĢən
Suğdəbil Ģəhərini, Dərbəndin yaxınlığındakı Bab Feyruz Qubad Ģəhərini, eləcə də
Lakz vilayətini daxil edirdilər. Yalnız III və IV Ərəb Ərminiyəsi ermənilərin
Dəbildən ġimĢatadək yaĢadıqları yerləri əhatə edirdi.
Beləliklə, Xilafətin Cənubi Qafqazdakı I və II Ərminiyə inzibati bölgüləri
Ģimalda Tiflis və Dərbənddən cənubda Araz çayınadək, qərbdə Kiçik Qafqaz
dağlarından Ģərqdə Xəzər dənizinədək olan sahəni əhatə edir və əsasən ərəblərin
Arran adlandırdıqları qədim Albaniya torpaqlarını özündə birləĢdirirdi.
VIII yüzilin sonu - IX yüzilin I yarısında Xilafətin daxilində baĢ verən
hadisələr ərəb iĢğal dairələrinin Cənubi Qafqaz ərazisində yaratdıqları süni
"Ərminiyə" inzibati birləĢ məsinin faktiki olaraq ləğvinə gətirib çıxartdı. Çox
keçmədən, bu dövrdə həm də Bizansla müharibə aparan Xilafətin zəifləməsi onun
yerlərdəki hakimiyyətini də nominallaĢdırdı. Məhz buna görə formal olaraq
Azərbaycan, Arran və Ermənistanı birləĢdirən vahid Qafqaz caniĢinliyi - vilayəti
yaradılsa da, əslində Xilafətin Qafqazdakı siyasi nüma-yəndəsinə - valiyə tabe olan
və ona vergi verən yerli feodallar öz mülkləri daxilində hakimiyyət v ə imtiyazlarını
qoruyub saxlaya bilmiĢdilər.
X əsrin müxtəlif illərində Azərbaycan torpaqlarında da olmuĢ əl-Ġstəxri,
Ġbn Havqəl, əl-Müqəddəsi və b. artıq köhnə inzibati bölgünün adını çəkmir, müxtə-
Bu məlumatın Azərbaycanın tarixi coğrafiyası üçün əhəmiyyətini yaxĢı dərk
edən qərəzli rus alimi A.P.Novoseltsev Xəzər dövlətinə həsr etdiyi kitabın (VI., 1990) üz
cildində dərc etdirdiyi Ġbn Havqəlin xəritəsindəki bütün coğrafi adların ərəb dilindən rus
dilinə tərcüməsini də vermiĢ, yalnız ərəb qrafikası ilə qeyd edilmiĢ, Gilandan Dərbəndədək
uzanan "Azərbaycan" sözünü açmamıĢdır.

lif gəlmə və yerli sülalələrin hakimiyyətləri altında olan Cənubi Qafqaz ölkələrini -
Azərbaycan, Arran və Ermənistanı "yalnız bir məlik - hökmdar idarə etdiyi" üçün
"vahid ərazidə" birləĢdirirdilər. Əsrin 80-ci illərində Qafqazda olmuĢ əl-Müqəddəsi
bu yerlərin hamısını birlikdə "ər-Rihab iqlimi" (yəni bölgəsi) adlandırır. Onun
sözlərincə, "ər-Rihab geniĢ və səfalı iqlimdir. Meyvə və [xüsusilə] üzümü boldur.
Qiymətlər ucuzdur... Biz bu yerləri birləĢdirə biləcək ümumi ad tapa bilmədiyimiz
üçün onu ər-Rihab adlandırdıq" (məzmununa görə bu söz "geniĢ yer" kimi açıqlana
bilər, N. V.).
Yenə onun məlumatına gorə, ər-Rihab iqliminin üçdə birini təĢkil edən
Arran Xəzər dənizi ilə sərhəddə axan Araz çayı arasında adaya bənzəyir, əl-Məlik
(Kür) çayı onu ikiyə bölür. Yeri gəlmiĢkən, onu deyək ki, Kür çayı Arranı sağ və
sol sahillərə böldüyü üçün Ġbn Havqəl buranı "iki Arran" adlandırırdı. BaĢqa ərəb
mənbələri də tarixi A lbaniya ilə tarixi Adurbadaqan arasında ayrıcın Araz çayı
boyunca keçdiyini təsdiq edirlər. Belə ki, X əsr müəllifi əl-Məsudiyə görə, ər-Ras
çayı " xürrəmi Babəkin Azərbaycanda sahib olduğu əl-Bəzzeyn adlı yerlə Arrana
aid olan Əbu Musa (Qarabağ - N V.) dağı arasında axır".
Ərəblərin Arran ərazisində tabe etdikləri vilayətlər sırasında erkən ərəb
müəllifləri (əl-Bəlazuri, əl-Yəqubi və b.) alban vilayət və nahiyələri Sakas enanın
(ġakaĢenanın), Kambisenanın (Kəmbiranın), Utinin, Sisakan-Sünikin (Sisəcanın),
Xaçının, Mets Ġrankın (əl-Məsiranın), Mets Kuenkin (əl-Miskuanın), ġəkinin, eləcə
də ġirvanın, Layzanın, Məsqətin, Xursanın, ġabranın, Təbəsaranın, Muğaniyənin
və b.-nın adlarını çəkirlər.
Ərəblərin iĢğalına qədər Cənubi Azərbaycanın paytaxtı Ərdəbil idi; ancaq ərəb-
xəzər müharibələrinin baĢlanması ilə Ərdəbil və onun ətraflarının gərgin döyüĢ
meydanına çevrilməsi Mərvan ibn Məhəmmədin valiliyi dövründə (732-744) paytaxtın
yenidən bərpa edilmiĢ Marağaya köçürülməsinə səbəb oldu. IX əsrin sonunadək, yəni
Yusif ibn Əbu-s-Sacın Ərdəbili paytaxt etməsinədək bu yer vilayətin baĢ Ģəhəri oldu.
Arranın baĢ Ģəhəri isə Həbib ibn Məsləmənin ikinci yürüĢündən sonra (654-cü ildən)
bütün Qafqaz ərəb caniĢinliyinin yeni iqamətgahına çevrilmiĢ Bərdə idi.
Fütuhatın ilk çağlarında iĢğal olunmuĢ əraziyə nəzarət məqsədilə, adətən
həmin yeri fəth etmiĢ ordunun baĢçısı vali təyin edilirdi. ĠĢğalın davam etdiyi bu illərdə
həmin baĢçılar bəzən obyektiv səbəblər üzündən iĢğal etdikləri yerin idarəsini, əlbəttə
xəlifənin razılığı ilə, silahdaĢlarından birinə həvalə edir, özləri isə mərkəzin iĢğal
siyasətini davam etdirirdilər. Məsələn, Azərbaycana yürüĢün ilk iĢtirakçılarından olan
sərkərdə Bukayr, yuxarıda gördüyümüz kimi, Ģimala hərəkət əmri aldığından öz yerinə
Utba ibn Farkadı təyin edir. Həmin dövrdə amil titulu daĢıyan Utba ibn Farkad Xilafətin
Azərbaycandakı nümayəndəsi kimi Azərbaycan mərzbanı ilə müqavilə bağlayır. Amil
titulunu əsasən vergiyə nəzarət edən xəzinə qulluqçuları daĢıyırdılar. Lakin Xilafətin
siyasi tabeliyini qəbul etmiĢ iĢğal zonalarında baĢlıca məqsədin vergi yığmaq olduğu bu
ilk dövrdə həm mülki, həm hərbi hakimiyyət çox vaxt eyni adama - o yerləri fəth etmiĢ
hərbi baĢçıya həvalə edildiyi üçün amil - "vergiyə nəzarət edən" və əmir - "hərbi baĢçı"

titulları vali -"caniĢin" titulunu əvəz edirdi (məsələn, Azərbaycanla bağlanılan
müqavilədə Utba ibn Farkad amil adlanırdı). ĠĢğalın geniĢ Ģəkil aldığı sonrakı illərdə
artıq əmir, amil və eləcə də qazı (hakim) vəzifələri ayrı-ayrı Ģəxslər arasında
bölüĢdürüldü. Vilayətin idarəsi əmir və ya valinin baĢçılıq etdiyi və vilayətin baĢ
Ģəhərində yerləĢən divan[xana] vasitəsilə həyata keçirilməyə baĢladı: amil -vergi
iĢlərini idarə edən mülki hakim, qazı isə məhkəmə iĢlərinə baxan dini hakim idi.
ĠĢğal gedə-gedə təyin olunan ilk caniĢinlər əvvəlki yerli hakimlərlə müqavilə
bağlayır, onlardan siyasi asılılıq və cizyə tələb edir, əvəzində isə keçmiĢ imtiyazlarını
saxlamağa boyun olur və hətta bəzən müqavimətsiz tabe olmuĢları öz köhnə
yerlərində saxlayırdılar. ĠĢğal olunmuĢ Azərbaycanda da vəziyyət belə idi: əl-
Bəlazurinin məlumatına görə, Ərdəbildə iqamətgahı olan keçmiĢ Sasani mərzbanı
ərəb üsul-idarəsinə tabe olduqdan sonra öz əvvəlki iqa mətgahını və imtiyazlarını
saxlayır, əhalidən yığdığı vergiləri isə artıq Xilafət xəzinəsinə göndərirdi.
Ərəblərin siyasi hakimiyyətini qəbul edən və vergi ödəməyi öhdəsinə götürən
Albaniya iĢxanı CavanĢir də yalnız bu yolla öz əvvəlki imtiyazlarını qoruya
bilmiĢdi. Pul və natura ilə toplanmıĢ vergi xəlifə xəzinəsi agenti vasitəsilə ərəb
caniĢininə çatdırılırdı. Məhz bu dövrdə iĢğal zonalarının idarəsində yerli hakimlərlə
yanaĢı, yüksək rütbəli ruhanilər - Adurbadaqanda - mobed, Albaniyada isə
katolikos iĢtirak edirdilər. Yerli üsuli-idarəyə verilən bu sərbəstlik mərkəzi
hakimiyyətin zəiflədiyi dövrlərdə ərəblərlə bağlanılan müqavilələrin pozulmasına
və vergilərdən imtina edilməsinə səbəb olurdu. Belə bir hadisə Azərbaycanda da
baĢ verdi: fütuhatdan düz bir il sonra, Azərbaycanda baĢ verən çıxıĢlar müqavilənin
pozulmasına, bu isə torpaqlarımızın yeni iĢğalına gətirib çıxartdı. Elə o vaxt Həbib
ibn Məsləmənin və Salman ibn Rəbiənin baĢçılıq etdiyi ərəb qoĢunları bütün tarixi
Azərbaycan ərazisini, eləcə də, Cənubi Qafqazın qalan vilayətlərini tuta
bilmiĢdilər. Adətən, yeni müqavilənin Ģərtləri daha ağır olurdu, ancaq
azərbaycanlılar köhnə müqavilənin təsdiqinə müvəffəq oldular və onun Ģərtlərinə
əməl edəcəklərini bildirdilər. ĠĢğal etdikləri ərazidə əsasən iri Ģəhərləri və mühüm
qovĢaqları tutan ərəblər bu yerlərdə rabitəçi dəstələri yerləĢdirir, qalanları isə
yürüĢü davam etdirirdilər. Ərəblərin fəal hərbi ekspansiya apardığı ilkin çağlarda
daha çox fəaliyyət göstərən belə qarnizonlarda (rabatlarda) əsgərlər dördillik
icbari xidmət keçməli idilər. Fütuhat tam baĢa çatdıqdan, Azərbaycanın həm
cənub, həm Ģimal hissələri bütövlükdə ərəb iĢğalı dairəsinə daxil olduqdan sonra,
belə əsgəri hissələr iri Ģəhərlərlə yanaĢı, həmçinin sərhəd zonalarında, xüsusilə
Xilafətin təhlükəli Ģimal hüdudlarında yerləĢdirildi. Belə ki, Dərbəndi tutan ərəblər
ilk növbədə onun mühüm strateji mövqeyinə diqqət yetirdilər və burada
xəzərlərdən qorunmaq üçün güclü qarnizon yerləĢdirdilər. Elə bu dövrdə Kasak
(Qazax) kimi sonralar möhkəmləndirilmiĢ Ģəhərlərə çevrilən hərbi düĢərgələr, dağ
keçidlərində isə "bab" (qapı, darvaza) adlanan xüsusi məntəqələr yaradıldı.
Ərəblərin möhkəmləndirdiyi və hərbi hissələr yerləĢdirdiyi bu düĢərgə və
məntəqələrin əksəriyyəti hələ Sasanilər dövründən qalma idi.
Qarnizonda yerləĢən dəstələr nəinki hərbi xidmət göstərir, eləcə də təsərrüfat
iĢlərinə baxır, tabeliklərində olan ərazilərə nəzarət edir, müqavilədə nəzərdə tutulan
vergilərin toplanmasına, mükəlləfiyyətlərin yerinə yetirilməsinə göz olurdular.
Qarnizonların saxlanılması onsuz da Xilafətin ağır vergi boyunduruğuna düĢmüĢ yerli
əhalinin üstündə idi.
Xilafətin Ģimal hüdudlarının möhkəmləndirilməsi xəlifələr tərəfindən həyata
keçirilən köçürmə siyasəti ilə müĢayiət edildi: özlərindən əvvəlki iĢğalçıların
(iranlıların və b.) yolu ilə gedən ərəblər böyük miqdarda ərəb əhalisini həmin
vilayətlərdə məskunlaĢdırdılar.
Azərbaycanın münbit torpaqları, gözəl təbiəti çox yerdə sərt iqlim Ģəraitində
yaĢayan ərəbləri cəlb edir, öz yerlilərinin burada xəlifə qulluğunda olmasından istifadə
edənlər axıĢıb Azərbaycana gəlirdilər. Mənbələrin (əl-Bəlazuri, Ġbn əl-Fəqih və b.)
məlu matına görə hələ "Əli ibn Əbu Talib (656-661) əl-ƏĢas ibn Qeysi Azərbaycana
hakim təyin etdikdə... o, Ərdəbildə əta və divan siyahısına salınmıĢ ərəblərdən
yerləĢdirdi... Ərəblər Azərbaycanda məskən saldıqda, onların Kufədən, Bəsrədən və
ġamdan olan qohumları da buraya axıĢdılar. Hər biri bacardığı qədər torpaq zəbt etdi, bir
hissəsi isə əcəmlərin torpağını satın aldı. Kəndlər həmin ərəblərin himayəsinə keçdi,
belə ki, ərəblər onları müdafiə etməli idilər, kəndlilər isə ərəblərin yardarına
çevrildilər".
VIII yüzilin 30-cu illərinin baĢlanğıcında Azərbaycan və Ərminiyəyə yenidən
hakim təyin edilmiĢ Məsləmə ibn Əbdülməlik Dərbənd sərhəd vilayətində ərəblərin
mövqeyini daha da möhkəmləndirmək məqsədilə, artıq qeyd etdiyimiz kimi, Dərbəndi
dörd zonaya bölüb, burada Fələstin, ġam və əl-Cəzirəhin bir çox yerlərindən olan
iyirmi dörd min ərəb döyüĢçüsünü yerləĢdirdi. Bundan bir neçə il sonra, 736-cı ildə,
xəlifə HiĢam dövründə Dərbəndin hakimi təyin edilmiĢ Əsəd ibn Zafir əs-Suləmi,
"Dərbəndnamə"nin məlumatına görə, xəlifənin ona qoĢduğu dörd yüz silahdaĢı və
müxtəlif ərəb qəbilələrindən olan adamlarla birlikdə Ģəhərə göndərildi.
Əsasən Ģimal ərəb tayfalarına iltifat göstərən Əməvi xəlifələri ilk ərəb
kolonistlərinə Azərbaycanda torpaq ayırarkən, onları oturaq həyata keçirərkən iki məqsəd
güdürdülər: əvvəla xəzinəni təqaüd xərcindən xilas edir, ikincisi, iĢğal olunmuĢ ərazilərdə
ərəblərin hakimiyyətini möhkəmləndirirdilər. Əməvilər sülaləsinin süqutundan (750) az
sonra sonuncu Əməvi xəlifələrinin arxalandıqları Ģimal ərəb tayfaları öz imtiyazlarından
məhrum oldular. Cənub ərəb tayfalarına arxalanan Abbasilər Ģimal tayfalarını tədricən
Azərbaycan və Arrandakı məskənlərindən sıxıĢdırmağa baĢladılar. A zərbaycanın
cənubunda - Təbrizdə rəvvadilər, anic və Cilbayədə həmdanilər, Bərzədə avdilər,
Nerizdə tailər,Səratda kindilər və s. məskunlaĢdılar. Beləliklə, əl-Yəqubinin sözləri
ilə desək, " Yəməndən olan [cənub] qəbilələri [Ģimallı] nizarilərin yerlərini
tutdular".
Ancaq Ģimalda, Arranda yeni sülalənin nümayəndələri orada məskunlaĢmıĢ
Ģimal tayfaları tərəfindən düĢmənçiliklə qarĢılandılar. Beyləqanda, eləcə də Bərdə,
Qəbələ, Dərbənd və bir çox baĢqa yerlərdə Abbasilərə güclü müqavimət göstərildi. Bu

müqavimətə yalnız Yəzid ibn Məzyəd əĢ-ġeybaninin Azərbaycan və Arranda hakimliyi
dövründə qəti olaraq son qoyuldu. Orta çağ müəllifinin sözlərinə görə, o, "ölkədə qayda
yaratdı və nizariləri (yəni Ģimal tayfalarını - N. V.) yəmənlilərlə (yəni cənub tayfaları ilə - N.
V.) bərabərləĢdirdi".
Ərəblərin Azərbaycana köçürmə siyasəti IX yüzilin birinci rübünə qədər
davam etdi. Ancaq Harun ər-RəĢidin dövründə baĢ qaldıran və əl-Məmun dövründə ən
yüksək zirvəsinə çatan xürrəmilər hərəkatı, eləcə də bir çox ərazilərin Xilafət tərkibindən
çıxması ərəb tayfalarının Qafqaza mühacirətinə təsir etdi və nəhayət, onu tamamilə
dayandırdı. Bu tayfalar haqqında indi yalnız müasir Azərbaycanın bəzi yaĢayıĢ
məntəqələrinin həmin tayfalar üçün ümumi olan "ərəb" sözünün qaldığı adları xəbər
verir məsələn, Ərəbkeymuraz, Ərəbhacı, Ərəblər, ƏrəbuĢağı, ƏrəbĢahverdi, Ərəbbəsrə,
Ərəbocaq və b.).





§ 3. AZƏRBAYCANDA DİNİ PROSESLƏR VƏ ONLARIN
YERLİ ƏHALİ ÜÇÜN NƏTİCƏLƏRİ

Ərəb iĢğalının ilk dövründə yerli əhali ilə ərəblər arasındakı münasibət
çox mürəkkəb idi və əsasən iĢğal prosesində bağlanılmıĢ müqavilələrlə
tənzimlənirdi. Bu müqavilələrin məzmunundan görünür ki, Ərəbistanın özündə v ə
baĢqa fəth edilən yerlərdə olduğu kimi, A zərbaycanda da yalnız bütpərəstlər zorla,
lazım gəlsə qılınc gücünə müsəlmanlaĢdırılırdılar, yerdə qalan əhaliyə isə əvvəlki
etiqad və adətlərə əməl etmək icazəsi verilirdi. "Əhli Kitab" xalqlar (yəni,
müqəddəs dini kitabları olan yəhudilər və xristianlar), o cümlədən ilk çağlar
atəĢpərəst olan azərbaycanlılar da əvvəlki etiqadlarında qalır, əvəzində isə can
vergisi - cizyə verirdilər. Müsəlman icmasının qəbul etdiyi qaydaya görə, cizyəni
yalnız sağlam kiĢilər ödəyir, "uĢaqlar, qadınlar, xroniki xəstələr", eləcə də "heç bir
vəsaiti olmayan, adamsız və heç bir gəliri olmayan zahidlər" verginin bu növündən
azad olunurdular.
Ərəblər hələ Məhəmməd dövründən etibarən "əhli Kitab" adlandırdıqları
baĢqa dinə etiqad edənləri, ümumiyyətlə, dinsiz hesab etdikləri bütpərəstlərdən
fərqləndirir, sonuncuları zorla da olsa dini baxımdan da ram etməyə çalıĢır, vahid
Allaha inam gətirib, ona öz qaydalarına əsasən etiqad edən xristian və yəhudilərə
qarĢı iltifatlarını əsirgəmirdilər.
Yeni dini nəyin bahasına olursa-olsun dinsizlər arasında yaymağı
qarĢısına məqsəd qoymuĢ Məhəmməd peyğəmbər və onun ardıcılları islamı silah
gücünə qəbul etmiĢ bəzi adamlara, xüsusilə bədəvilərə inanmır, yeni dini etiqadın

ürəklərdə hələ tam möhkəmlənmədiyi bu dövrdə həmin adamlarla ehtiyatlı olmağı
tövsiyə edirdilər. Quranda "Əl-hücurat" ("Hücrələr") surəsinin aĢağıdakı ayəsi
buna sübutdur: "Bədəvi ərəblər dedilər: Biz iman gətirdik. [Onlara] de: - Siz iman
gətirmədiniz, ancaq [belə] deyin: biz təslim olduq, belə ki, iman hələ sizin
ürəklərinizə daxil olmayıb və əgər Allaha və onun rəsuluna itaət etsəniz, o, sizin
iĢlərinizdən heç bir Ģey əskiltməz. [Çünki] Allah bağıĢlayan və rəhm edəndir" (4 9,
14).
Məhz buna görə iman gətirənləri "muminuna", yəni "möminlər", Allaha
inamla yeni dini qəbul edənləri - təslim olanları ("əsləmə") isə "muslimuna" -
müsəlmanlar, yəni "təslim olmuĢlar, tabe olmuĢlar" adlandırdılar.
Ġlk müqavilələrin Ģərtlərinə görə, atəĢpərəstlərə verilən güzəĢt və amana
baxmayaraq, islamın verdiyi maddi və mənəvi üstünlüklər, o cümlədən
müsəlmanlardan can vergisi - cizyənin alınmaması, müsəlman icmasının atəĢpərəst
Sasani cəmiyyətində olduğu kimi zümrələrə bölünməməs i və s. ZərdüĢtün
azərbaycanlı ardıcıllarını da yeni dini qəbul etməyə sövq etdi. Bu iĢdə, çox güman,
islamı hələ peyğəmbər dövründə qəbul etmiĢ, əvvəllər atəĢpərəst olmuĢ iranlıların
çağırıĢları da az rol oynamadı. Ət-Təbərinin məlumatına görə, hələ xəlifə I Ömər
(634-644) dövründə iĢğal edilmiĢ Sasani vilayətlərinin dehqanları könüllü surətdə
islamı qəbul etmiĢdilər. Müəllifin fikrincə, ərəb hərbi sərkərdəsi müsəlman Zuhra
ilə Ġran sərkərdəsi atəĢpərəst Rüstəm arasında aparılan danıĢıqlarda Zuhranın
mənəvi üstünlük qazanması bir çoxlarının islamı qəbul etməsinə səbəb olmuĢdu.
Bütpərəstlərə qarĢı (o cümlədən xristianlığı qəbul etməmiĢ bütpərəst
albanlara və Azərbaycanın bütpərəst türk əhalisinə) zor iĢlədən ərəblərin "əhli
Kitab"ı xristian və yəhudilərlə yanaĢı, "əhli Kitab" hesab etmədikləri atəĢpərəstlərə
də iĢğalın ilk dövründə iltifat göstərmələri daha çox siyasi baxımdan, yəni
Qafqazın Bizansa qarĢı mübarizədə mühüm strateji əhəmiyyəti ilə də izah oluna
bilər. Lakin çox keçmədən islam bütpərəstliklə yanaĢı, atəĢpərəstliyi də aradan
götürdü. Tədqiqatçıların fikrincə, Allah qarĢısında bütün müsəlmanların
bərabərliyini elan edən yeni ideologiya Sasani imperiyasının qeyri-iranlı əhalisi, o
cümlədən azərbaycanlılar arasında daha tez yayıldı. Tarixçi əl-Bəlazurinin
məlumatını ĢiĢirdilmiĢ fakt kimi qəbul etməsək, Cənubi Azərbaycan əhalisi artıq
xəlifə Əlinin dövründə (656-661) islamı qəbul etmiĢ, Quran oxuyurdu.
Lakin köhnə dindən dönmə və yeni dinə gəlmə prosesi sürətli olmamıĢ,
azərbaycanlıların atəĢpərəst, bütpərəst və ya xristian ulu babaları ərəblərin çox
yerdə zor gücünə qazandıqları siyasi üstünlüyə baxmayaraq, əvvəlki etiqadlarından
xoĢluqla, birdəfəlik üz döndərməmiĢdilər. ġimali və Cənubi A zərbaycanın xristian
əhalisi ilə yanaĢı, ölkənin aran və dağ yerlərinin atəĢpərəs t və bütpərəst əhalisi də
islamaqədərki etiqadlarında qalmıĢdılar. Əl-Ġstəxrinin məlumatına görə, onun bu
yerlərdə olduğu vaxt, yəni təqribən X əsrin 20-30-cu illərində də Qabh (Qafqaz)
dağında bir çox müxtəlif dilli "kafirlər" yaĢayırdılar. XII əsrin 30-40-cı illərində
Azərbaycanın bir sıra Ģəhər və kəndlərini gəzmiĢ əndəluslu Əbu Həmid əl-Qərnati
157
Dərbənd yaxınlığındakı dağ kəndlərində "islamı qəbul etməmiĢ, hətta cizyə də
verməyən", dəfn mərasimlərinə görə atəĢpərəst olduqları görünən adamlara rast
gəlmiĢdi. Ġslamı qəbul etmiĢ xalqlar, o cümlədən azərbaycanlılar arasında bəzi dağ
kəndləri sakinlərinin nəinki öz etiqadlarını, hətta dillərini də qoruyub saxlaya bilmə
səbəbini XIV əsrin ikinci yarısı, XV əsrin əvvəlində yaĢayan ərəb tarixçi-filosofu Ġbn
Xəldunun fikri ilə izah etmək olar. Onun rəyincə, "ərəblər dağlıq yerlərə deyil, düzən
yerlərə hücum etməyə meyillidirlər. Çünki dağlıq yerlərdə öz məqsədlərinə nail olmaq
onlar üçün asan olmur".
Tədqiqatçıların fikrincə, islamın erkən çağında onu ilk növbədə ərəblərin
simasında özlərinə arxa tapmaq istəyən yerli əyanlar qəbul edirdilər. Ġslamı qəbul
etməklə onlar öz mülklərini və torpaqlarını da qorumuĢ olurdular. Mənbələrin və
arxeoloji materialların öyrənilməsi sübut edir ki, islam Azərbaycanın Ģimalında,
cənubunda olduğundan daha gec mənimsənilmiĢdi. ġəhərlilər islamı kəndlilərə nisbətən
daha həvəslə qəbul edirdilər. Akademik Z.Bünyadovun yazdığına görə, ərəb iĢğalı
dövründə kəndlilərə nisbətən daha ağır cizyə ilə yüklənmiĢ Ģəhərlilərin, xüsusilə tacir
və sənətkarların islamı ilk növbədə qəbul etmələri onların öz varidatlarını qorumaq
cəhdindən, ərəb üsul-idarəsinin isə tacir və sənətkarlara daha böyük güzəĢtlər
verməsindən irəli gəlir. X əsr mənbələri (əl-Məsudi) müsəlman Ģəhərlilər və xristian
kəndlilər haqqında məlumat verirlər. Görünür, buna görə də xəlifə I Ömərin fərmanına
görə, islamı qəbul etmiĢ kəndli, hətta xəzinədən mükafat da alırdı. Bundan baĢqa, islamı
qəbul etmək həmin adamları nəzəri olaraq müsəlman ərəblərlə bərabərləĢdirirdi. Yeni
dinə keçənlərin böyük bir hissəsi müsəlman ordusuna yazılır, bununla da ərəblərlə
bağlanılmıĢ müqavilələrin Ģərtinə görə cizyədən azad edilir, müharibə qənimətlərindən
ərəblərlə bərabər istifadə edirdi. Ġslamı qəbul etmiĢ qeyri-ərəblər yerli əhalinin
"məvla" (cəmdə - "məvali") adlandırılan qrupunu təĢkil edirdilər. Hələ islamaqədərki
Ərəbistanda geniĢ yayılmıĢ bu istilah əslində "kimdənsə asılı" mənasında iĢlədilirdi, özü
də yalnız qan qohumluğu ilə bağlı olanlar deyil, baĢqa qəbilədən hamiliyə götürülənlər
də nəzərdə tutulurdu. Ərəb iĢğalı dövründə isə bu termin yalnız "kiminsə qeyri-ərəb
adamı" mənasını verir, həmin adam ya müəyyən bir Ģəxsin (mütləq ərəbin) və ya
qəbilənin (mütləq ərəb qəbiləsinin) adamı - məvlası olurdu. Məvalilər onlara hamilik
edən adamın və ya qəbilənin yanına köçür, hərbi yürüĢlərdə onları müĢayiət edirdilər.
Azərbaycan iĢğal edildikdən sonra Arran əhalisinin bir hissəsi, Cənubi
Azərbaycan əhalisinin böyük hissəsi islamı qəbul etməyə baĢladı. Məvalilərin sayı
gündən-günə artırdı. Lakin islamın Azərbaycanın xüsusilə Ģimal hissəsində sidq-ürəklə
mənimsənilməsi və baĢdan-baĢa qərarlaĢması uzun çəkən bir proses oldu. Bu prosesin
birinci mərhələsində islamı yayan əsas qüvvə baĢlıca olaraq ərəblərin özləri idisə,
islamın mədəni gücünün artdığı IX əsrin sonu -X əsrin əvvəllərində bu iĢi islamı
qəbul etmiĢ yerli əhali özü görürdü. Yuxarıda gördüyümüz kimi, iĢğal prosesində
bağlanılmıĢ müqavilələrə görə, ərəblərin siyasi hakimiyyətini qəbul etmiĢ "əhli Kitab"
yerli əhali könüllü olaraq istədiyi dini seçə bilərdi; lakin ilk ərəb təcavüzündən bir neçə il
keçmiĢ, xəlifə Əlinin dövründə Azərbaycanın iĢğal edilmiĢ torpaqlarında yerləĢdirilmiĢ
158
ərəblər yerli əhalini islama dəvət etmək tapĢırığını aldılar. Məhz həmin dövrdə Cənubi
Azərbaycanın baĢ Ģəhəri elan edilmiĢ Ərdəbildə o zaman Azərbaycanın hakimi təyin
edilmiĢ əl-ƏĢas ibn Qeys məscid tikdirdi. Ġlk vaxtlar belə məscidlər ancaq ərəb
qəbilələrinin yerləĢdirildikləri Ģəhərlərdə fəaliyyət göstərirdisə, sonralar Azərbay-
canın hər bir yaĢayıĢ məntəqəsində kiçik və böyük məscidlər tikildi. Artıq X əsrdə
Azərbaycanın demək olar, bütün Ģəhərlərində came (ellik) məscidləri vardı. Hətta X əsrin
məĢhur coğrafiyaĢünas-səyyahı əl-Müqəddəsi Ģəhəri kənddən fərqləndirən əsas
cəhəti məhz hər hansı yaĢayıĢ yerində came məscidin olmasında görürdü.
"Dərbəndnamə"nin məlumatına görə, 733/734-cü ildə əməvi sərkərdəsi Məsləmə ibn
Əbdülməlik Dərbənddə olan came məscidindən baĢqa daha yeddi məhəllə məscidi
(Xəzər, Fələstin, DəməĢq, Qeysəri, əl-Cəzirə və Mosul) tikdirməyi əmr etdi. Ayrı-ayrı
millətlərin, daha doğrusu, tayfaların yaĢadığı məhəllələrdə tikilən bu məscidlərə
ərəblərlə yanaĢı, islamı qəbul etmiĢ qeyri-ərəblər -məvalilər də gəlirdilər.
Mənbələrin məlumatına görə, məhz Dərbənd islamı "kafirlərin" yaĢadıqları ətraf
dağlıq ölkələrə yayırdı. 869-cu ildə Dərbənddə məskunlaĢmıĢ ərəb nəslindən olan
HaĢim əs-Suləmi bu Ģəhər-dövləti müstəqil elan edib, Dərbənd əmirliyinin əsasını
qoyduqdan sonra vaxtaĢırı qonĢu qeyri-müsəlman dağlılar üzərinə dini bayraq altında
iĢğalçılıq yürüĢləri təĢkil edirdi. Dağ yerlərində islamlaĢma uzun proses Ģəklini alsa da, bu
yürüĢlər bəzi dağlıların zorla, bəzilərinin isə könüllülük prinsipi əsasında gec-tez
müsəlmanlaĢmasına gətirib çıxartdı.
Öz əvvəlki dini etiqadını saxlayan "zimmi" adlandırılan yerli əhali "dövlətlinin
dövlətinə görə, varlının varına görə, kasıbın kasıblığına görə" can vergisi verirdi. Lakin
artıq Əməvilər Xilafəti dövründə çox vaxt öz Ģəxsi mənfəətlərini güdən xəlifə
caniĢinləri Quranın (9, 29) cizyənin yalnız zimmilərdən tutulması haqqında buyuruğunu
pozaraq, yeni müsəlmanlardan - məvalilərdən də vergi almağa baĢladılar. Beləliklə, baĢqa
dinə mənsub olanlardan tutulan can vergisi-cizyə həm müsəlmanlardan, həm də qeyri-
müsəlmanlardan alınan adi vergiyə çevrildi. Belə siyasət xalq kütlələrinin narazılığına və
bunun nəticəsi olaraq xəlifə II Ömərin (717-720) caniĢinlərə yeni müsəlmanlardan
cizyə toplanmasını dayandırmaları göstəriĢini verməsinə səbəb oldu. Ancaq II Ömərin
ölümündən sonra can vergisinin alınması yenidən bərpa edildi, onu ödəməyənlərə
qarĢı müxtəlif cəza tədbirləri görüldü.
Ġslam bütpərəstliyin və çoxallahlılığın bütün formalarına qarĢı müharibə elan
etdi, səcdə məqsədilə canlı varlığın Ģəklini çəkməyi yasaq etdi. Məhz bu addım islamın
yayılması ilə Azərbaycanda təsviri incəsənətin tətbiq dairəsinin məhdudlaĢmasına gətirib
çıxartdı.
Beləliklə, ilk ərəb iĢğalından keçən təqribən üç əsr ərzində bütün
Azərbaycan əhalisinin əksəriyyəti islamlaĢdı, azərbaycanlılarla yanaĢı, ərəb iĢğal
dairəsinə düĢmüĢ qonĢu xristian xalqları isə öz əvvəlki dinlərini saxladılar; bunun əsas
səbəbi Azərbaycan ərazisində - həm Ģimalda və həm də cənubda, dini etiqadca büt-
pərəst və atəĢpərəst olan qeyri-xristian albanların, türkdilli və irandilli tayfa və xalqların
üstünlük təĢkil etməsi idi. Məhz onlar, öz xoĢları ilə islamı qəbul etmiĢ dönmə

xristianlarla birlikdə Qafqazın ilk müsəlmanları oldular. ĠslamlaĢdırmanın ilk
mərhələsində xoĢ-güc qəbul edilmiĢ din yalnız müəyyən vaxt keçdikdən sonra, xüsusilə
islamın mədəni gücünün təsirilə sidq-ürəklə qavranılmıĢ və mənimsənilmiĢ inama
çevrildi.
Albaniya əhalisinin xeyli hissəsi hakim sülalənin nümayəndələri
Mihranilərlə birlikdə dövlət dini elan edilmiĢ xristianlığa etiqad edirdilər. QonĢu
xristian ölkələrində olduğu kimi, burada da yunan diofizi dini etiqadından kənara
çıxan müxtəlif bidətçi cərəyanlar fəaliyyət göstərirdi; bu cərəyanların qriqorian
təriqətinə düĢmən olan üzvləri bu dövrdə amansızlıqla təqib olunurdular. Alban
kilsəsinin təqib olunmasında, onun sərbəstlik və müstəqillik hüququnun
pozulmasında erməni qriqorian kilsəsi xüsusi rol oynayırdı. Alban kilsəsini öz
nüfuzuna tabe etmək istəyən erməni katolikosları məqsədlərinə çatmaq üçün,
Sasanilər dövründə olduğu kimi, ərəb hökmranlığı dövründə d ə Xilafətin hərbi
qüvvələrinin köməyinə əl atırdılar. Cənubi Qafqazda özlərinə arxa axta ran
Əməvilər ermənilər və albanlar arasındakı təfriqəçilikdən bacarıqla istifadə edərək,
alban kilsəsinin erməni kilsəsinə tabe olunması üçün Ģərait yaratdılar.
Sonralar diofiziliyə qarĢı hər yerdə mübarizə aparan erməni kilsəs i alban
ruhanilərini öz mövqelərindən sıxıĢdırıb çıxartdı və ölkənin ərəblər üçün əlçatmaz
dağ yerlərində yaĢayan alban əhalisini qriqorianlaĢdırmağa baĢladı. Bu proses
nəticəsində, ərəb müəlliflərinə görə, hələ X əsrdə də Bərdə və onun ətraflarında
iĢlədilən alban-arrani dili, eləcə də alban ədəbiyyatı abidələri tədricən yoxa çıxdı.
Ancaq qriqorianlaĢdırma prosesi və bunun nəticəsi olan erməniləĢdirmə
albanların kəskin müqaviməti ilə üzləĢdi. XIII əsrdə Gəncədə yaĢamıĢ, mənĢəcə
alban olan tarixçi Kirakos yazırdı ki, yalnız alban "rəislərinin", yəni zadəganların
çoxu erməni dilini bilir və bu dildə danıĢırdılar. Deməli, hətta XIII əsrdə belə,
Albaniya əhalisinin hamısı erməni dilini bilmir və öz ana dilində danıĢırdı.
Ġ.P.PetruĢevskinin haqlı qeydinə görə, erməni kilsəsi Albaniyada "ölkəni
erməniləĢdirmək aləti olmuĢdu. Onun bu rolu VIII əsrin baĢlanğıcın dan etibarən,
yəni erməni monofizi [kilsəsinin] katolikosu Yeqiya (Ġliya) xəlifənin köməyi ilə
xalkidonçuluq (diofizilik) mövqeyində duran alban katolikosu Nersesi devirdikdən
və ermənipərəstlər - monofizilər tərəfindən Albaniyada xalkidonçuluq (pravoslav
yunanpərəst və gürcüpərəst) hərəkatı yatırıldıqdan sonra xüsusüə nəzərə çarpırdı,
bu hərəkat ruhanilər və knyazların bir hissəsi tərəfindən alban kilsəsinin erməni
kilsəsindən müstəqilliyini qorumaq cəhdini əks etdirirdi".
Bu vaxtdan etibarən, xristian qaydası ilə ruhanilərin baĢına əl qoyub,
onları keĢiĢliyə keçirmək hüququ alban katolikoslarından erməni katoli koslarına
keçir; Moisey Kalankatlının yazdığına görə, Albaniyada bundan sonra
xalkidonçuluğa rəğbət bəsləyən hər kəs "qılıncla və əsarətdə məhv edilməli" idi.
Bəzi tədqiqatlarda iĢlədilən "erməni A lbaniyası", "erməni albanları" ifadələri elə
buradan törənmiĢdir.
Beləliklə, keçmiĢ alban vilayətləri, o cümlədən Arsax (indiki Qarabağın

dağlıq hissəsi) Ġ.P.PetruĢevskinin gəldiyi nəticəyə görə, "heç bir zaman erməni
mədəniyyəti mərkəzlərinə mənsub olmamıĢdır". MəĢhur erməni tədqiqatçısı
N.Adontsun fikrincə. "Arsax həmiĢə erməni nüfuz dairəsindən kənarda olmuĢdur".
Ġ.P.PetruĢevskinin yazdığına görə, "erməni kilsəsi Arran xalqlarının erməniləĢmiĢ
nəsilləri arasında heç olmazsa Sünikdə Orbelyanların nahararlığı dövründə və
sonralar göstərdiyi mədəni təsiri göstərə bilmədi".
Beləliklə, erməni kilsəsi, ərəb iĢğalçılarının köməyilə, VIII əsrin
baĢlanğıcından etibarən ərəb vilayəti Arrana çevrilən keçmiĢ Albaniyanın xristian
əhalisini qriqorianlaĢdırmağa baĢladı. Çox uzun sürən bu proses Eçmiadzinin
dəfələrlə müraciətindən sonra alban katolikosluğunun çar Rusiyası tərəfindən
1836-cı ildə ləğv edilməsi ilə baĢa çatdı. Bu gün tarixi Azərbaycan ərazisinin
(tarixi Sünik, Arsax, Xaçın, eləcə də müasir Sisyan, Basarkeçər və s. yerlərin) bəzi
kəndlərinin köklü (sonradan köçüb gəlmə yox) erməni əhalisi "erməni kilsəsinin
etiqadına qoĢulmuĢ və ermənilərə qarıĢ mıĢ" (A.Ġoannesyan) albanların
nəsillərindəndir. Bu yaxın laradək onların qonĢuluğunda yaĢayan, indi isə erməni
təcavüzü nəticəsində qaçqına çevrilən azərbaycanlıların bir qis mi isə müxtəlif
səbəblərdən islamı qəbul etmiĢ, hə min ermənilərdən yalnız dilləri ilə fərqlənən
qədim alban soylarındandır.

VIII FƏSİL 

VII-X ƏSRLƏRDƏ AZƏRBAYCANDA SOSİAL-
İQTİSADİ MÜNASİBƏTLƏR 
§1. ƏKİNÇİLİK VƏ MALDARLIQ 

Əkinçilik. VII əsrin II yarısı - X əsrdə Azərbaycanın iqtisadi həyatında 
əkinçilik və maldarlıq aparıcı yer tutmaqda idi. Azərbaycanda əkinçiliyin daha da 
inkiĢaf etməsində, onun məhsuldarlığının artmasında müxtəlif quruluĢlu Ģum 
alətləri böyük rol oynamıĢdır. Torpağın daha dərin və keyfiyyətli Ģumlanması 
təkmilləĢdirilmiĢ kotanların tətbiqi sayəsində mümkün olmuĢdu. Orta əsrlərdə 
tətbiq olunan bəzi kotanların quruluĢu arxeoloji və etnoqrafik materialların yardımı 
ilə bərpa edilir. Mütəxəssislər bu materiallar əsasında torpağın becərilməsi zamanı 
ağac kotanın iĢ prosesini aydınlaĢdıra bilmiĢlər. Adətən kotan iki, bəzən isə dörd 
öküzün qüvvəsi ilə hərəkətə gətirilirdi. Torpaqdan asılı olaraq kotan vasitəsilə 0,25 
hektaradək sahəni Ģumlamaq olurdu. VII-X əsrlərdə adi kotan torpağın becərilməsi 
zamanı baĢlıca alət idi və tarixi A zərbaycanın bütün ərazisində geniĢ surətdə 
istifadə edilirdi. Lakin torpağı daha dərin, daha yaxĢı Ģumlamağa imkan verən ağır 
və yaxud qara kotanın meydana gəlməsi əkinçilik təsərrüfatında baĢ vermiĢ böyük 
hadisə oldu. Dağlıq yerlərdə iqlim Ģəraiti, relyef xüsusiyyətləri, yumĢaq tor-
paqların olması ilə əlaqədar dərin Ģuma ehtiyac yox idi. Buna görə də qara kotan 
daha çox dağətəyi və aran bölgələrində tətbiq edilirdi. Belə kotanların köməyi ilə 
əkinçilər həmin bölgələrdə çox böyük sahələri daha yaxĢ ı Ģumlamaq imkanı əldə 
edirdilər. Ağır kotan xam torpaqların istifadə edilməsi zamanı xüsusi əhəmiyyət 
kəsb edirdi. 
Cənubi Qafqazda, o cümlədən Azərbaycanda VIII-IX əsrlərdən məlum 
olan qara kotan əkinçilik alətlərinin inkiĢafı baxımından ən təkmilləĢ miĢ Ģum aləti 
hesab edilir. 
Orta əsr Azərbaycan Ģəhəri olan Beyləqanda (Örənqala Ģəhərgahında) aparılan 
arxeoloji qazıntılar zamanı IX-X əsrlərə aid təbəqələrdə ağır kotanın kifayət dərəcədə 
geniĢ gavahını, ağır kotanda kəsici vəzifəsini yerinə yetirən bəsit kotan önünün böyük 
hissəsi aĢkar edilmiĢdi. 
VII-X əsrlərdə əvvəlki dövrlərdən fərqli olaraq əkinçiliyin müxtəlif 
sistemləri geniĢ surətdə yayılmıĢdı. Bu dövrdə Azərbaycanda torpağın dincə qoyulması 
sistemi geniĢ tətbiq edilirdi. Yazlıq və payızlıq səpini keçirilən ikitarlalı və üçtarlalı 
əkin sahələri mövcud idi. MeĢə bölgələrində əkin üçün ayrılmıĢ sahələr ağaclardan 
təmizlənirdi. Aran yerlərində və qismən də dağlarda süni suvarma tətbiq olunurdu. 
Dövrümüzədək qalmıĢ mürəkkəb sistemlər, suvarmanın müxtəlif üsul və vasitələri, 
qədim kanallar və digər suvarma qurğuları (quyular, kəhrizlər, su anbarları və s.), 
habelə zəngin terminologiya, əfsanə və rəvayətlər Azərbaycanda suvarma sisteminin 

yüksək səviyyəsindən xəbər verir. 
Azərbaycanın təbiəti, torpaq-iqlim Ģəraiti və becərilən bitkilərin 
çoxnövlülüyü öz növbəsində suvarma sistem və üsullarının müxtəlifliyinə də səbəb 
olmuĢdur. Süni suvarmaya əsaslanan əkinçilik təsərrüfatı əsasən iri və kiçik çaylardan 
götürülən kanal və ana arxlar vasitəsilə suvarılmıĢdır. Bu məqsədlə də çaylardan kanal 
və ana arxlar ayrılır. Həmin ana arxlardan ayrı-ayrı kəndlərin əkin sahələrini suvarmaq 
üçün iri və ya kiçik qol arxlar çəkilirdi. Ana arxların çəkilməsi, bəndlər tikilməsi, dəhnə 
basılması çox zəhmət tələb edən ağır proses idi. Ona görə də bu iĢdə sudan istifadə edə-
cək bütün el-oba iĢtirak edirdi. Erkən orta əsrlərdə bu iĢdə əsir düĢmüĢ adamların 
əməyindən də geniĢ istifadə olunurdu. 
Kəhriz suvarma sistemi də Azərbaycan əkinçiliyində mühüm rol oynamıĢdı. 
Suvarma mənbə və vasitəsi kimi bulaqlardan, göl və nohurlardan, quyulardan, su 
anbarlarından və istillərdən istifadə olunmuĢdur. 
Azərbaycanda taxıl bitkiləri arasında buğda, darı, çəltik və arpa daha geniĢ 
yayılmıĢdı. VII əsrə aid bir mənbədə Albaniya ərazisində çoxlu arpanın becərildiyi 
xəbər verilir.
Moisey Kalankatlı Kür çayı boyunca çoxlu taxıl bitkilərinin becərildiyini qeyd 
edir. Bu məlumat arxeoloji dəlillərlə də təsdiq edilir: Ġsmayıllı rayonunun Yekəxana 
kəndi yaxınlığında arxeoloqların aĢkar etdikləri taxıl qalıqlarının tədqiqi onların 
əsasən çoxcərgəli mədəni arpanın müxtəlif növlərindən birinə aid olduğunu 
göstərir. Bunlarla yanaĢı ikicərgəli yabanı arpa toxumları da aĢkar edilmiĢdir. Elə 
orada tapılmıĢ buğda toxumları isə yumĢaq növə aiddir. Mingəçevir arxeoloji 
qazıntıları zamanı da xeyli arpa, buğda və darı qalıqları tapılmıĢdır. Beyləqanda IX 
- X əsrlərə aid buğda, arpa və digər taxıl qalıqları aĢkar edilmiĢdir. Həmin 
qalıqların tədqiqi göstərmiĢdir ki, bu dövrdə Mil düzündə yumĢaq və bərk buğda 
növləri becərilirdi. Əski dövrlərdən fərqli olaraq orta əsrlərdə darı daha geniĢ 
yayılmıĢdı. 
Bu dövrdə əsas və yardımçı biçin alətlərinin daha mükəmməl və daha 
rahat müxtəlif növləri artmıĢdı. Qiymətli tapıntılar - oraq lar, əlcəklər, dəryazlar 
bunu təsdiq edir. DiĢli oraqlar və lülə sümükdən hazırlanmıĢ barmaqlıq xüsusilə 
geniĢ miqyasda istifadə olunan alətlərdən idi. 
Əvvəllər ləng yayılan, VIII-IX əsrlərdən baĢlayaraq coĢqun inkiĢaf yoluna 
qədəm qoyan çəltikçilik Azərbaycan əhalisinin iqtisadi həyatında daha mühüm rol 
kəsb etdi. Beyləqanda, X əsrə aid olan mədəni təbəqədə düyü qalıqları aĢkar 
edilmiĢdir. IX-X əsrlərdə çəltikçilik ġabran, ġirvan, ġəki, Muğan-TalıĢ 
bölgələrində geniĢ yayılmıĢdı. Texniki bitkilərdən kətan və pambıq daha çox 
becərilirdi. Muğan, Mil və baĢqa düzlərdə süni suvarmanın tətbiqi VIII-X əsrlərdə 
kənd təsərrüfatının baĢlıca sahələrindən birinə çevrilən pambıqçılığın inkiĢafı üçün 
xüsusilə əlveriĢli Ģərait yaratmıĢdı. Həmin dövrün qaynağında Azərbaycanda 
becərilən "sonsuz miqdarda", "yaxĢı keyfiyyətli" pambıqdan danıĢılır. Sonrakı 
dövrün mənbələrində pambığın istehsal olunduğu yerlər - Bərdə, Naxçıvan, 

Beyləqan, Marağa və baĢqa Ģəhərlərin ətrafları da göstərilir. 
Mingəçevirdəki III-VIII əsrlərə aid 3 saylı yaĢayıĢ yerindən aĢkar olunmuĢ 
pambıq toxumlarının mütəxəssislər tərəfindən öyrənilməsi nəticəsində məlum 
olmuĢdur ki, həmin dövrdə Azərbaycanda əkilən pambıq müasir pambıq növlərinə 
çox yaxındır. Gəncə, Naxçıvan, Bərdə, Təbriz, Xoy və baĢqa Ģəhərlərdə bu pam-
bıqdan müxtəlif parçalar toxunurdu. 
Bu dövrdə becərilən texniki bitkilər arasında hələ qədim zamanlardan 
Azərbaycanda əkilən qızıl boya (qırmız) özünəməxsus yer tuturdu. Ġbn Havqəlin 
yazdığına görə " Varsan, Bərdə, Bab əl-Əbvab nahiyələrində və Xəzər dənizinin 
ortasında (baĢqa mənbələrə görə Kür çayı mənsəbinin qarĢısında - red.) yerləĢən adada 
qırmız var. O Xəzər dənizi vasitəsilə Curcana, oradan isə quru yolu ilə Hind ölkəsinə 
göndərilir. Qırmız Bab əl-Əbvabın hüdudlarından Tiflisədək bütün Arranda və Arras 
çayı yaxınlığından Curzan nahiyələrinədək hər yerdə vardır". 
Ölkənin Ģimal vilayətlərində (əsasən Bakı və Dərbənd ətraflarında) yaxĢı 
keyfiyyətli, xarici ölkələrə də aparılan zəfəran becərilirdi. 
Bu dövrdə bir sıra Azərbaycan Ģəhərlərində toxuculuğun inkiĢafı ilə əlaqədar 
təsərrüfatın digər sahələri ilə yanaĢı, ipəkçilik də artdı və bəzi vilayətlərdə hətta aparıcı 
yer tutdu. Mənbələrdə Arranın bir çox yerlərində, o cümlədən ġirvan və ġabranda ipəyin 
bol olması haqqında məlumatlar vardır. Həmin məlumatlara görə, xeyli ipəyin istehsal 
edilərək ixrac olunduğu Bərdədə çoxlu ellik tut ağacları bitirdi. Erkən orta əsrlər 
dövründə ipəkçiliyin inkiĢafı haqqında yerli və ərəb mənbələrində təqdim edilən material 
arxeoloji tapıntılarla da təsdiq edilir. Mingəçevirdə VII əsrə aid edilən ipək parça 
qalıqları aĢkar olunmuĢdur. 
Mingəçevir, Qəbələ, Örənqala və Gəncədə aparılan arxeoloji qazıntılarda 
müxtəlif toxumların tapılması Azərbaycanda bostançılığın inkiĢaf edib yayıldığını, onun 
bu dövrdə artıq təsərrüfatın müstəqil sahəsinə çevrildiyini təsdiq edir. Bu yerlərdə 
yetiĢən bol tərəvəz, göyərti, paxlalı bitkilər haqqında məlumat verən X əsrin ərəb 
coğrafiyaçı-səyyahları "azdaqri-ərdhəri" adı ilə məĢhur olan Marağa qovununu xüsusi 
qeyd etmiĢdilər. 
Bu dövrdə bağçılıq da xeyli inkiĢaf etmiĢdi. Bu barədə bir çox mənbələrdə 
dəyərli məlumat vardır. Ərəb səyyahı Əbu Düləfin yazdığına görə, Araz çayının 
sahillərində bitən narın heç bir ölkədə tayıbərabəri yoxdur. Ġbn Havqəl Bərdədə yetiĢən 
Ģabalıd, zoğal və əncirdən bəhs edir, hətta ərəb dilində yazdığı bu əsərində "Ģabalıd" və 
"zoğal"ı öz yerli adları ilə verir. Bu dövrün müəlliflərinin əsərlərində dəfələrlə xurma, 
püstə, badam, naringi, alma, armud, albalı, qovun, tut, gavalı, heyva, qoz və fındığın 
adları çəkilir, bu meyvələrin yaĢ və qurusunun yaxın ġərqin bir çox ölkələrinə ixrac 
edilməsindən danıĢılır. Subtropik bitkilərdən isə Azərbaycanda bu dövrdə daha çox 
yayılanı zeytun idi. 
Tədqiq olunan dövrün arxeoloji materialı bağçılığın da xeyli inkiĢaf 
etdiyini təsdiq edir. Qazıntılar zamanı Mingəçevirdə nar, Ģaftalı qalıqları, Gəncədə 
qoz və fındıq qabıqları, armud və alma tumları, gavalı, badam, albalı, qaysı və 

baĢqa meyvələrin tumları aĢkara çıxarılmıĢdır. 
Bağçılıqla yanaĢı, Azərbaycanda bu dövrdə üzümçülük də inkiĢaf etmiĢdi. 
Yayılmaqda olan islam dini Ģərabçılığın tərəqqisinə yerlərdə ləngidici təsir göstərsə 
də, azərbaycanlıların təsərrüfat fəaliyyətlərinin mühüm sahəsi olan üzümçülüyün 
inkiĢafını saxlaya bilmədi. 
X yüzildə buraya gələn səyyahlar Azərbaycanın, demək olar, bütün 
Ģəhərlərində üzümün bol olduğunu göstərir, onun yaĢ və qurusunun Yaxın ġərq 
ölkələrinə aparıldığını qeyd edirlər. 
Arxeoloji dəlillər də üzü mün bolluğu barədəki mənbə məlu matlarını 
təsdiq edir. Bir çox abidələrin arxeoloji tədqiqatı zamanı aĢkar edilmiĢ üzüm 
tumları, Ģərabın hazırlanması və saxlanmas ı üçün zəruri olan gil qablar, tuluqlar, 
Ģərab çöküntüsü və s. həmin dövrdə üzümçülük və Ģərabçılığın xeyli inkiĢaf 
etdiyini bir daha sübut edir. 
Maldarlıq. VII-X əsrlərdə Azərbaycanda maldarlığın oturaq və köçmə 
formaları yayılmıĢdı. Lakin bununla yanaĢ ı, bu dövrdə yarımköçəri maldarlıq da 
meydana gəlmiĢ və tədricən inkiĢaf etməyə baĢlamıĢdı. Qeyd etmək lazımdır ki, 
Azərbaycanda yarımköçəri maldarlığın yayılmasında müxtəlif vaxtlarda ölkəyə 
gəlmiĢ köçəri tayfaların mühüm rolu olmuĢdur. Düzənlik bölgələrdə əlveriĢli 
Ģəraitin olması da Azərbaycanda yarımköçəri maldarlığın formalaĢ masında mühüm 
rol oynamıĢdır. Bəzi tədqiqatçıların fikrincə, erkən orta əsrlər dövründə meydana 
gəlmiĢ yarımköçəri maldarlıq XI-XII əsrlərdə bitkin Ģəklə düĢmüĢdür. 
Yarımköçəri maldarlar təsərrüfatın yalnız bir sahəsi - maldarlıqla, daha 
çox qoyunçuluqla məĢğul olurdular. Lakin təsərrüfatın bu forması Azərbaycanda 
geniĢ intiĢar tapa bilməmiĢ, yalnız ġirvan və Qarabağ, Muğan və Mil düzləri 
əhalisinin müəyyən qismində qeydə alınmıĢdı. Bununla yanaĢı, Böyük və Kiçik 
Qafqazın dağ və dağətəyi yerlərinin əhalisi qıĢda öz sürülərini Mu ğan, Mil, ġirvan 
düzlərində otarır, yayda isə həmin sürüləri dağlara, zəngin alp çəmənliklərinə 
qovurdular. Bəzi orta çağ mənbələrinin məlumatlarına əsaslanaraq erkən orta əsrlər 
dövründə Azərbaycanda olan yaylaqlara qonĢu vilayətlərdən böyük sürülər gətirildiyini 
mülahizə etmək olar. 
VII-X əsrlərdə əkinçiliyin intensiv təkamülü maldarlığın inkiĢafına xüsusi 
təsir göstərir. Arxeoloji materiallar Azərbaycanda o zaman çoxsaylı xırdabuynuzlu mal-
qara sürülərinin olduğunu təsdiq etməyə imkan yaradır. Azərbaycanda qoyunçuluğun 
yüksək inkiĢaf səviyyəsi Ġbn Havqəlin məlumatı ilə bir daha təsdiqlənir; onun yazdığına 
görə, Ərdəbil yaxınlığındakı Kulsurə bazarında eyni vaxtda 100 min qoyun satılırdı. 
Bu dövrdə atçılığın inkiĢafı yazılı mənbələrdəki məlumatla təsdiq edilir. 
Həmin məlumata görə, 764-cü ildə xəzərlər ölkədən çoxsaylı at ilxıları aparmıĢdılar. IX-
X yüzil ərəb müəllifləri Azərbaycanın qıvraq davamlı at cinsləri ilə məĢhur olduğu 
haqqında məlumat vermiĢlər. Bu atlara Ġraq və ġamda daha yüksək qiymət verilirdi. Yerli 
cinslər arasında Qarabağ atları daha geniĢ Ģöhrət qazanmıĢdı. Ərəblər Azərbaycanı iĢğal 
etdikdən sonra burada ərəb atlarının bəslənilib-yetiĢdirilməsi baĢlandı. Cins ərəb atlarının 

yerli at cinsləri ilə cütləĢdirilməsi nəticəsində daha yüksək keyfiyyətlərə malik yeni at 
cinsi meydana gəldi. 
Ticarətin inkiĢafı əsas nəqliyyat vasitəsi kimi dəvəçiliyin yüksəliĢinə də xeyli 
təsir etdi. Dəvə ağır Ģeylərin daĢınması üçün əvəzolunmaz yük heyvanı idi. Arxeoloji və 
yazılı mənbələr Azərbaycanın yarımköçəri maldarlıq formasının hakim olduğu düzən 
yerlərində təkhörgüclü və ikihörgüclü dəvə cinslərinin geniĢ yayıldığını təsdiq edir. 
Azərbaycanın dağlıq bölgələrində inkiĢaf edən heyvandarlıq təsərrüfatı ailəvi 
tələbatı ödəməklə yanaĢı, satıĢ bazarını da malla təmin edirdi. Kəndlinin Ģəxsi 
təsərrüfatında qoyun, keçi, inək, öküz, at, ev quĢları vardı. Bahqçılıq, ovçuluq, arıçılıq 
kənd təsərrüfatının yardımçı sahələri idi. X əsrdə Azərbaycanda olmuĢ ərəb coğrafiyaçı-
səyyahları (əl-Ġstəxri, Ġbn Havqəl və b.) Kür və Araz çaylarından tutulan balıqların çox 
dadlı olduğunu qeyd edir, "Ģahmahı" adlanan, o zamanlar hətta qurudulmuĢ halda xarici 
ölkələrə daĢınan balıq növünü yüksək qiymətləndirirdilər. 
VII-X əsrlərdə istehsal məhsullarının ümumi inkiĢafı nəticəsində maldarlıq 
məhsulları istehsah da artdı. Bu dövrdə müxtəlif süd məhsullarının istehsalı və 
saxlanılması üçün istifadə edilən qabların keyfiyyəti yaxĢılaĢır. Gil süd badyaları ilə 
yanaĢı, mis sərniclər istifadə olunmağa baĢlanır. Yağın hazırlanması üçün gil, tuluq və 
ağac nehrələrdən istifadə olunurdu. O dövrə aid nehrələr əvvəlkilərdən yalnız böyük 
ölçüsü ilə deyil, eləcə də quruluĢu ilə seçilirdi. 
Bu dövrdə xırda buynuzlu mal-qaranın sayının artması daha çox yun, dəri, süd 
və süd məhsulları əldə etməyə imkan yaratmıĢdı. 
Beləliklə, mövcud material, tədqiq edilən dövrdə Azərbaycanda nəinki 
Qafqaz ölkələrinə, eləcə də bütün Ön Asiyaya xas olan yüksək mədəniyyətli əkinçilik 
və maldarlıq təsərrüfatlarının olduğunu təsdiq edir. 





§ 2. ƏRƏB HAKİMİYYƏTİ DÖVRÜNDƏ ŞƏHƏRLƏR VƏ ŞƏHƏR 
HƏYATI 

Ərəb müdaxiləsindən sonra Xilafət qoĢunlarının itaətə gəlməyən Ģimal 
vilayətlərinə etdikləri vaxtaĢırı yürüĢləri, eləcə də xəzərlərin və baĢqalarının bu yerlərə 
ardı-arası kəsilməyən hücumları ilə əlaqədar Azərbaycan ərazisində baĢ verən hərbi 
əməliyyatlar bu ölkənin Ģəhərlərinə və Ģəhər həyatına təsir göstərməyə bilməzdi. Yaxın 
ġərqin ərəblər tərəfindən "tez bir zamanda və çox vaxt sülh yolu ilə, iqtisadiyyata ciddi 
zərər yetirmədən" iĢğal edilən bir çox Ģəhərlərinə nisbətən Azərbaycanın xüsusilə 
xaricdən daha çox müdaxiləyə məruz qalan Ģimal hissəsi uzun sürən hərbi əməliy-
yatlar zamanı ciddi çətinliklərlə üzləĢmiĢ, bəzi hallarda isə dağıdılmıĢdı. Bütün bunlar 
Ģəhər təsərrüfatının böyük zərər çəkməsinə, hətta bir sıra Ģəhərlərin müvəqqəti 

tənəzzülünə gətirib çıxarsa da müharibələrarası dinclik dövründə köhnə Ģəhərlərin 
bəziləri yeni inkiĢaf yoluna qədəm qoymuĢ, bir neçəsi isə təzəliklə salınmıĢdı. 
Azərbaycana daha mütərəqqi ictimai münasibətlər gətirə bilməyən, buna 
görə də öz gəliĢləri ilə cəmiyyətin ictimai-iqtisadi əsaslarını dəyiĢməyən köçəri ərəblər 
məhsuldar qüvvələri məhv etməməyə, mövcud təssərrüfat sistemini, o cümlədən Ģəhər 
təsərrüfatını qoruyub saxlamağa çalıĢır, bununla yanaĢı, iĢğalın ilk dövründə siyasi 
iddialardan az üstün tutmadıqları maddi mənfəətlərini də yaddan çıxarmırdılar. Bu hal 
Azərbaycanın müxtəlif Ģəhərlərinin əhalisi ilə bağlanılan müqavilələrin məzmunu ilə 
də təsdiq olunur. Belə ki, Naxçıvan əhalisi ilə bağlanılmıĢ sülh müqaviləsinə görə bu 
Ģəhəri tutmuĢ ərəb sərkərdəsi Həbib ibn Məsləmə sakinlərin həyatına zamin olur, 
onların əmlakının, eləcə də kilsələrin, məbədlərin və Ģəhər divarlarının 
toxunulmazlığına təminat verirdi; əvəzində yalnız müəyyən edilmiĢ məbləğdə verginin 
vaxtlı-vaxtında ödənilməsi tələb olunurdu. 
ġəhərlərin təslim edilməsinin belə Ģərtləri yerli əhali üçün o qədər də ağır 
deyildi; bir də ki, təyin edilmiĢ vergilərin qədəri də əvvəlki dövrə nisbətən az idi. 
Ərəblər bu və ya digər Ģəhəri ələ keçirdikdə Ģəhərin tabeliyində olan bütün 
kənd və yaĢayıĢ məntəqələrinə də sahib olurdular. Ona görə də Ģəhərin əhalisi ilə 
bağlanılan müqavilə ərəblərin "rustaq" adlandırdığı bütün nahiyəyə aid edilirdi. Qeyd 
etmək lazımdır ki, hər hansı Ģəhəri mühasirəyə alan ərəblər dərhal hücuma keçmir, 
Ģəhərlilərin döyüĢsüz təslim olmalarını tələb edir, onların qarĢısında Ģərt qoyurdular, ya 
siyasi asılılığı boyunlarına götürmək və vergi verməklə - sülh, ya da müharibə. 
ġəhərlilərin mənfi cavabları həmin Ģəhərlərin "zor gücünə" (anvatan) iĢğalına, talan 
edilməsinə və döyüĢsüz təslim olanlara nisbətən daha ağır vergilərlə yüklənməsinə 
səbəb olurdu. 
Ərəb yürüĢləri ərəfəsində Azərbaycanda onlarla böyüklü-kiçikli Ģəhər vardı. 
Bu Ģəhərlərin bir çoxu iĢğaldan sonra da öz inzibati, siyasi, eləcə də iqtisadi əhəmiyyətini 
saxlamıĢdı. Lakin iĢğal dövrü Azərbaycan Ģəhərlərinin dəqiq sayını 
müəyyənləĢdirmək çox çətindir. Belə ki, orta çağ ərəb müəllifləri " mədinə" - Ģəhər 
termini ilə "karyə" kənd sözlərindəki fərqə çox varmır, bəzən "karyə" terminini həm 
Ģəhər, həm də kənd mənasında iĢlədirdilər. Xilafət dövrü tarixi tədqiqatçılarının 
(O.Q.BolĢakov və b.) fikrincə, "iĢğalla əlaqədar adları çəkilən Ģəhərlərin baĢqa 
yaĢayıĢ yerlərindən ayırd edilməsi üçün əsas amil onların siyasi əhəmiyyətidir; 
ərəblərlə müqavilə bağlayanlar, görünür, iri inzibati mərkəzlər, yəni Ģəhərlərdir". 
Yalnız sonrakı IX-X əsrlərdə ərəb müəllifləri "karyə" sözünü ancaq "kənd" mənasında 
iĢlətdilər. X əsrin ərəb coğrafiyaĢünas alimi əl-Müqəddəsi müsəlman Ģəhərini kənddən 
fərqləndirən əsas cəhəti müəyyənləĢdirməyə çalıĢır və bu fərqi Ģəhərdə came 
məscidinin olmasında görürdü. Tədqiqatçılar bunu came məscidinin Ģəhərin siyasi-
inzibati həyatında oynadığı mühüm rolda, ordakı minbərdən vacib siyasi 
əhəmiyyətli xütbələrin oxun masında görürlər. Əl-Müqəddəsinin mülahizəsinə görə 
Xilafət, o cümlədən Azərbaycan Ģəhərləri inzibati əhəmiyyətinə görə üç növə 
bölünürdü: "misr" - paytaxt, "qəsəbə" - vilayət mərkəzi, "mədinə" - vilayət Ģəhəri. 

Bu Ģəhərlərin qarĢılıqlı münasibətlərini o, təĢbehlərlə belə ifadə edirdi: " misr -
hökmdar, qəsəbə - hacib (hərbi rəis), mədinə isə döyüĢçü kimidir". 
Yazılı qaynaqların məlumatı və arxeoloji qazıntılar ərəb hakimiyyəti 
dövründə Azərbaycan və Arranda Ģəhərlərin bir neçə kateqoriyasını 
müəyyənləĢdirməyə imkan verir. Bu dövrdə ictimai əmək bölgüsü daha geniĢ 
zəmində həyata keçirilir, sənətlər kənd təsərrüfatından ayrılaraq Ģəhərlərdə 
mərkəzləĢir. ġəhərin kənddən ayrılması prosesi dərinləĢir, Ģəhər əhalisi a rtıq kənd 
təsərrüfatı ilə deyil, yalnız sənətkarlıq və ticarətlə məĢğul olur. 
Lakin ərəb iĢğalı ərəfəsində Azərbaycanın bütün Ģəhərləri mühüm ticarət -
sənaye mərkəzləri deyildi. Yalnız beynəlxalq tranzit ticarətinin ana yolları üzərində 
olan Bərdə, Beyləqan (Paytakaran), Dərbənd (Bab əl-Əbvab) kimi iri Ģəhərlər belə 
mərkəzlərdən idilər. Bu Ģəhərlərdə ruhani və dünyəvi əyanlar, tacirlər, sələmçilər, 
əkinçiliklə əlaqəni üzmüĢ sənətkarlar yaĢayırdılar. 
Böyüklüyünə görə orta ölçüdə olan ikinci kateqoriyaya aid Ģəhərlər 
sənətkarlıq və ticarət mərkəzləri idilər və Ģəhərin özünü, eləcə də ətraf nahiyəni 
zəruri məhsullarla təmin edirdilər. Karvan yolları üstündəki ticarət mərkəzlərindən 
fərqli olaraq, əldən-ayaqdan uzaq yerdə, əsas ticarət yollarından kənarda yerləĢən 
bu Ģəhərlər eyni zamanda böyük hərbi dəstələrin saxlanıldığı qalalar idi. ġəki, 
Qəbələ, Naxçıvan, Amaras, Ərdəbil, Girdiman belə Ģəhərlərdən olmuĢdur. Həmin 
Ģəhərlərin bəzilərində (məsələn, Girdimanda) yerli hakimlərin iqamətgahı, onların 
qoĢunları, daha sonralar isə onların xəzinəsi yerləĢirdi (məsələn, Naxçıvan 
yaxınlığındakı Əlincə qalasında). 
ġəhərlərin üçüncü kateqoriyasını kəndtipli Ģəhərlər, yəni feodal 
mülklərinin inzibati mərkəzləri təĢkil etsələr də, əkinçiliyə daha çox meyil edən, 
lakin ictimai-iqtisadi mənada Ģəhər olmayan yaĢayıĢ məntəqələrini də bu 
kateqoriyaya aid etmək mümkündür. Belə yerlərdə ictimai və əmlak cəhətdən 
təbəqələĢmə hələ kəskin nəzərə çarpmırdı. Onların natural təsərrüfat həyatı keçirən 
əhalisinin baĢqa bazarlarla, demək olar ki, heç bir əlaqəsi yox idi. 
Bəzi Azərbaycan Ģəhərlərinin əzəmətini və strateji əhəmiyyətini həmin 
Ģəhərləri əhatə edən qalın divar və bürclərin qalıqları sübut edir. Demək olar bütün qala 
divarları və bürclər yonulmuĢ iri daĢlardan hörülmüĢ, onların özülü isə biĢmiĢ 
kərpicdən qoyulmuĢdu. O dövrdə Ģəhər salarkən xaricdən ola biləcək hücumlardan 
yaxĢı müdafiə olunmaq üçün Ģəhərin qala divarları və bürclərinin yuxarı hissəsində 
mütləq mazğallar qoyur və ya baca açırdılar. 
Aydındır ki, orta əsrlərdə baĢqa yerlərdə olduğu kimi, Azərbaycanda da 
ölkənin siyasi və iqtisadi həyatında mühüm rol oynayan Ģəhərlər birdən-birə yarana 
bilməzdi. Bu Ģəhərlərin meydana gəlməsinin ilkin iqtisadi Ģərtləri hələ erkən orta 
əsrlərdə yaradılmıĢdı; lakin həmin dövrün yaĢayıĢ məntəqələrinin heç də hamısı iri 
feodal Ģəhəri səviyyəsinə yüksələ bilmirdi. Orta əsrlərin erkən mərhələsində Ģəhər 
təsərrüfatının ümumi inkiĢafı bu yaĢayıĢ məntəqələrinin tədricən orta çağ feodal 
Ģəhərinə çevrilməsi üçün zəmin yaratdı. Azərbaycanın ərəblər tərəfindən iĢğalı 
168  
haqqında məlumat verən mənbələr iĢğal dövrü üçün Ərdəbil, Muğan, Naxçıvan, 
Bərdə, Beyləqan, Qəbələ, ġəki, ġəmkir, Dərbənd, ġabran, ġamaxı, Qazaka və baĢqa bu 
kimi Ģəhərlərin adlarını sadalayır. IX-X yüzillərin müəllifləri isə bu siyahını onlarla 
Ģəhər və yaĢayıĢ məntəqəsinin adları ilə zənginləĢdirmiĢlər. Lakin ərəb mənbələrində 
adları çəkilən bu yaĢayıĢ məntəqələrinin heç də hamısı dövrümüzədək qalmamıĢ, 
çoxunun hətta adı da unudulmuĢdur. Əgər Bərdə, Beyləqan, Qəbələ, ġamaxı, Naxçıvan, 
Bakı, Dərbənd. Təbriz, Ərdəbil, ġəmkir, Gəncə, ġabran və b. Ģəhərlərin tarixi yer-
lərinin müəyyənləĢdirüməsi Ģübhə doğurmursa, mənbələrdə adları çəkilən bir çox Ģəhər 
və yaĢayıĢ məntəqələri hələ də arxeoloji baxımdan açılmamıĢdır. 
Ərəb iĢğalından xeyli sonra, VIII əsrdə də, Arran və Azərbaycan ərazisində 
davam edən ardı-arası kəsilməyən müharibələr Ģəhər və yaĢayıĢ məntəqələrinə xeyli 
zərər vurdu. Elə ona görə də çətin ki, bu dövrü iqtisadiyyatın çiçəklənməsi üçün 
əlveriĢli hesab etmək mümkün olsun. Arxeoloji tədqiqatların nəticələri ilə təsdiq olunan 
yazılı mənbələr ərəb iĢğalı, xəzər yürüĢləri, yerli əhalinin Xilafətə qarĢı çıxıĢları və s. 
ilə əlaqədar iki əsrdən çox davam edən nisbi iqtisadi durğunluq dövründən sonra, yəni 
təqribən IX yüzilin II yarısından, Azərbaycanda Ģəhərlərin, sənətkarlığın və ticarətin 
inkiĢaf etməyə baĢladığını göstərir. Bu dövrdən baĢlayaraq Ģəhərlər yenidən sənətkarlıq 
və ticarət mərkəzinə çevrilir, orada istehsal olunan məhsullara tələbat artır və Moisey 
Kalankatlının məlumatına görə, hətta təbii sərvətin istismarı da güclənir. 
Arxeoloji qazıntılar bir sıra Azərbaycan Ģəhərlərində (Gəncə, Qəbələ, 
Mingəçevir, Beyləqan-Örənqala, Dərbənd, Çoqa, Bakı, ġabran, ġamaxı) orta əsrlərə 
xas olan bütün əsas sənət növlərini (qab-qacaq emalı, qızıl və gümüĢ məmulatının 
hazırlanması, toxuculuq və s.) olduğunu göstərən mədəni təbəqələr aĢkar etmiĢdir. 
Sənətkarlar Ģəhər əhalisinin əsas kütləsini təĢkil edirdilər. Onların sayı kənd əhalisinin 
Ģəhərlərə axını hesabına daim artırdı. Sənətkarlar Ģəhərin sıx məhəllələrində 
ixtisaslarına görə yerləĢərdilər. Bazar mərkəzləri belə məhəllələri adətən hər tərəfdən 
əhatə edərdi. Bəzən sənətkar dükanları Ģəhərin kənarında, möhkəmləndirilmiĢ qala 
divarlarının yanında cərgə ilə düzülürdü. 
Qəbələ Ģəhəri ərazisində aparılan qazıntılar zamanı içərisində yerli istehsal 
məhsulu olan qızıl və gümüĢ Ģeylər, pullar, dulusçuluq məmulatı və s. tapılmıĢ bir neçə 
qəbir aĢkar olunmuĢdur. Mingəçevirdə açılmıĢ yeraltı sərdabədə toxucu dəzgahı 
hissələri, çəkməçilik ləvazimatı, cəhrədəki iy halqaları, ipək və yun parça qırıqları, xalça 
tikələri aĢkar olunmuĢ, yaĢayıĢ evlərindəki qazıntı nəticəsində torlar üçün daĢ və gildən 
qayrılmıĢ çoxlu lot tapılmıĢdır. Beyləqanda dulusçu kürələri, dulusçuluq alətləri, habelə 
istehsal zamanı zədələnmiĢ saxsı məmulatı aĢkara çıxarılmıĢdır. 
Məhz bu dövrdə Azərbaycanda metaliĢləmə sənəti özünün çiçəklənmə 
mərhələsinə qədəm qoyur, Sənətkarlar xeyli miqdarda dəmir əmək alətləri (oraq, 
dəryaz, balta, kotan, müxtəlif bıçaqlar və s.) hazırlayırdılar. Orta əsr Ģəhərlərində 
aparılan arxeoloji qazıntılar zamanı Gədəbəy, DaĢkəsən, Qarabağ, Naxçıvan və b. 
yerlərdə hasil olunmuĢ dəmir filizindən hazırlanan müxtəlif formalı alətlər aĢkar 
edilmiĢdir. 
169  
Ġpəkçiliyin və xalçaçılığın Arran və Azərbaycanda inkiĢafı haqqında yerli və 
ərəb-fars müəlliflərinin əsərlərindəki məlumata görə yun, ipək və pambıq parçalar 
emal edən yerli sənətkarlar həmin parçaları və onlardan tikilmiĢ hazır paltarları bazara 
çıxarırdılar. Gəncədə, ġəmkirdə, Mərənddə istehsal olunmuĢ yun paltarlar xüsusi Ģöhrət 
qazanmıĢdı. Bərzənddə, ərəb qaynaqlarında "qətifə" adı ilə qeyd edilən hamam 
dəsmalları, tirmə parçalar, örtüklər, çullar, Varsan və Naxçıvanda "zilu" adlanan xalılar, 
namaz xalçaları, Muğanda sumağ və palazlar, xalça çuvallar, Səlmasda ipək qaytanlar və 
s. hazırlanırdı. ġirvandan dünyanın hər yerinə qızılın əyarını müəyyənləĢdirmək üçün 
istifadə edilən daĢ (məhək) aparılırdı. Həmin daĢın istehsalı Arranda çıxarılan qiymətli 
metallardan məmulat hazırlayan yerli emalatxanalarla sıx bağlı idi. Elə ona görə də yerli 
salnaməçi "qızıl, gümüĢ, dəmir filizi və mis hasilatından baĢı çıxan cürbəcür 
sənətkarlar" haqqında söhbət açır. 
Mənbələr ġirvanda xeyli neft və duz çıxarılması, bu məhsulların quru və dəniz 
yolları ilə digər ölkələrə daĢınması haqqında da məlumat verir. Əl-Məsudinin yazdığına 
görə, Bakuyədə (Bakıda) "ağ və baĢqa növ neft mədənləri vardır. Dünyada buradan 
savayı, Allah bilir, ağ nefti olan baĢqa yer yoxdur. Bura ġirvan məmləkətinin sahil 
Ģəhəridir. Həmin neftverən yerdə vulkan vardır. Bu, alovunun dilləri həmiĢə göyə 
ucalan mənbədir". 
Bu dövrdə müstəqil həyat keçirən Azərbaycan və Arran Ģəhərləri Xilafətin 
yüksək rütbəli məmurlarının iqamətgahları yerləĢən inzibati mərkəzlər kimi də 
fəaliyyət göstərirdi. MərkəzləĢdirilmiĢ dövlət olan Xilafətin hüdudlarında 
birləĢdirilmiĢ bu Ģəhərlər yüksəldikcə onların olan-qalan daxili muxtariyyətləri də 
əldən gedirdi. Bu birlik ticarətin inkiĢafı üçün daha əlveriĢli Ģərait yaratdı, tacirlər üçün 
Xəzər dənizindən keçən ticarət yollarını açdı. 
Avropa, Asiya və Afrikanın müxtəlif yerlərində aĢkar olunmuĢ çoxsaylı pul 
dəfinələri Xilafət hökmranlığı dövründə ticarətin geniĢ miqyas aldığını, Azərbaycanın o 
dövrün bütün məĢhur ölkələri ilə ticarət əlaqələri saxladığını göstərir. Lakin ərəblərin 
hələ də davam etdirdikləri iĢğalçılıq müharibələri orta əsr Azərbaycanının iqtisadi 
həyatının inkiĢaf istiqamətlərinə təsir etdi; Xilafətin Bizansla aramsız apardığı 
müharibələr ġərq ölkələrinin Kiçik Asiya ilə ticarət əlaqələrinə son qoydu. Lakin 
Bizansın dünya ticarətində öz aparıcı rolunu itirməsindən sonra Xilafətin qonĢu 
ölkələrlə ticarət münasibətlərində Azərbaycan və Arran Ģəhərlərinin aparıcı mövqeyi 
gücləndi. Artıq Xilafətin ticarət əməliyyatları yeni məcraya yönəldildi, indi baĢqa 
Ģəhərlər həmin əməliyyatların əsas mərkəzləri oldu. Yeni inzibati mərkəzlər yarandı, 
bəzi ticarət yollarının istiqamətləri dəyiĢdi. Məhz bu dövrdə qədim Albaniyanın Qəbələ, 
ġəki, A maras Ģəhərləri ticarət mərkəzləri kimi öz əvvəlki əhəmiyyətlərini itirdilər. 
Beynəlxalq ticarətdə onları Xilafətin poçt idarəsinin (divan əl-bərid) ixtiyarındakı əsas 
poçt yolları üzərində yerləĢən Bərdə, Dərbənd, Ərdəbil, Marağa, Gəncə, ġamaxı və baĢqa 
bu kimi Ģəhərlər əvəz etdi. Nəinki ticarət, habelə strateji əhəmiyyətə malik olan bu 
yollarda sikkə (hərfən: "yol") adlanan xüsusi poçt-gömrük məntəqələri yerləĢdirildi. 
Ərəb coğrafiyaçılarının məlumatlarından görünür ki, artıq IX əsrin ortalarında 
170  
Azərbaycan ərazisindən keçən mühüm yol qovĢaqlarında əllidən artıq poçt-gömrük 
məntəqəsi vardı. Yolçular atlarını bu məntəqələrdə dəyiĢir, poçt torbalarını bu və ya 
digər yerə aparan qasidlər burada təyin edilir, gömrükxanalar burada olurdu. Lakin 
Xilafətin mərkəzindən, məsələn, Bağdaddan keçən yollarda bu məntəqələr arasındakı 
məsafə 1,5-1,7 fərsəx (9-12 km) idisə, mərkəzdən uzaqda olan Arranda bu məsafə 7-
11,5 fərsəxə (42-70 km) çatırdı. Belə ki, Bərdə-Tiflis yolunda 10, Bərdə-Dərbənd 
yolunda 15, Bərdə-Dəbil yolunda 7 poçt-gömrük məntəqəsi fəaliyyət göstərirdi. 
Nabələd yolçuların azmaması üçün yollarda növbəti Ģəhərədək olan məsafənin qeyd 
edildiyi xüsusi "mil daĢları" - yolgöstəriciləri də qoyulurdu. O dövrdə inzibati baxımdan 
Xilafətin Arran vilayəti tərkibində olan Tiflis yaxınlığında tapılmıĢ həmin daĢlardan 
birinin üzərində belə bir yazı həkk edilmiĢdi: "Allahın adı ilə! Tiflisdən üç mil aralı". 
Ərəb caniĢininin iqamətgahı Bərdəyə köçürüldükdən sonra Arran ərazisindən 
keçən ticarət və karvan yollarının baĢlıca qovĢaq məntəqəsinə çevrilmiĢ bu Ģəhər, 
mühüm ticarət mərkəzləri olan Bab əl-Əbvab (Dərbənd), Tiflis, Dəbil, Ərdəbil 
Ģəhərləri və onlar vasitəsilə baĢqa Ģimal və Ģərq ölkələri ilə birləĢirdi. 
Zəngin bazarları və yerli sənətkarların istehsal etdikləri müxtəlif çeĢidli 
məhsulları olan Azərbaycan və Arran Ģəhərləri ticarət əməliyyatlarında iĢtirak edərək, 
Xilafətin Avropa və Asiya ölkələri ilə ticarət əlaqələrinin artmasına səbəb olurdular. 
Azərbaycan ərazisində aparılan arxeoloji qazıntılar Orta Asiya, Rusiya, Bizans, Ġran, Çin, 
Suriya, Fələstin, Misir və b. ölkələrin maddi-mədəniyyət nümunələrini aĢkar etmiĢdir; 
görünür, həmin ölkələrdən Azərbaycana ĢüĢə, zərgərlik və toxuculuq məmulatı, 
gümüĢ qablar, bəzək Ģeyləri və s. gətirilirdi. 
Bu dövr ticarətinin inkiĢafında Xəzər dənizi mühüm rol oynayırdı. 
Bizanslıların Qara dənizdən keçən ticarət xətlərini qapamıĢ ərəblər yeni ticarət yollarını 
Xəzərə istiqamətləndirdilər. Bu isə Abaskun və Astrabaddan tutmuĢ Dərbəndədək 
Xəzərsahili Ģəhərlərin sürətli inkiĢafına səbəb oldu. Xəzər dənizi hövzəsinin cənub 
hissəsində gedən ticarət inkiĢaf etmiĢ sənətkarlıq istehsalına malik olan bir çox Asiya 
ölkələri ilə geniĢ əlaqələr saxlayan Bağdad, Buxara və Səmərqəndin iri bazarlarının 
yaxınlığı sayəsində daha da artırdı. Ərəblər əvvəllər Bizansın əlində olan Xəzər-Volqa 
ticarət yoluna nəzarət etməyə baĢladılar. Bizans imperiyasının arxalandığı xəzərlər isə 
ərəblər tərəfindən məğlub edildiklərinə görə yeni ana ticarət yolu üçün təhlükə təĢkil 
etmirdilər. Xəzər dənizinin ərəblərin əlində olan bütün liman Ģəhərlərinə Ġbn Havqəlin 
məlumatına görə "tez-tez bir limandan baĢqasına gedən tacir gəmiləri gəlirdi". 
Tranzit ölkəsi olan Azərbaycan digər ölkələrlə ticarətdə fəal iĢtirak edirdi. 
Azərbaycandan olan tacirlər, eləcə də yolları buradan keçən ərəb və b. ölkələrin tacirləri 
Volqa çayı ilə yuxarı qalxaraq Ģimala, bulqarların ölkəsinə gedib çıxırdılar. Tacirlər 
orada əllərində olan malın dəyərinin onda biri miqdarında gömrük haqqı ödəyir, 
xeyirli alıĢ-veriĢ edirdilər; çünki islam dinini qəbul etmiĢ bulqarlar onlarla həmdin olan 
bu tacirlərin sövdələrinə maneçilik törətmirdilər. Azərbaycanın, Arranın və eləcə də 
bütün Xilafətin bazarlarına bulqar və burtaslardan samur, dələ, tülkü xəzləri, dəri 
papaqlar, oxlar, qılınclar, zirehli geyimlər, balıq yapıĢqanı, qullar, bal, mum və s. 
171 
gətirilirdi. Arrandan o zaman məĢhur olan toxuma malları aparılırdı. Bu mallar toxucu 
müəssisələrinin məhsulları üçün bölüĢdürücü məntəqə olan Dərbənd vasitəsilə müxtəlif 
ölkələrə daĢınırdı. Bundan baĢqa Arran Xilafətin bütün bazarlarında çox tələb olunan 
keyfiyyətli boyaqlar və zəfəran ixrac edən ölkə idi. 
Nəinki Arranın, habelə bütün Qafqazın ən mühüm Ģəhəri olan Bərdə, akademik 
V. V. Bartolda görə, Qafqazdakı bütün ticarət yollarının və ərəblərin burada keçirdikləri 
ticarət əməliyyatlarının əsas mərkəzi və qovĢağı, Ģimalla tranzit ticarətinin mərkəzi 
idi. 
Ərəblərin Arranı iĢğalınadək Bərdədə Sasani mərzbanlarının iqamətgahı və 
alban katolikoslarının patriarxlıq taxtı yerləĢirdi. Xəlifə Os man (644-654) dövründə Ģəhər 
ərəblərin iĢğalına məruz qaldı. 654-cü ildə ərəb sərkərdəsi Həbib ibn Məsləmənin 
Qafqaza ikinci yürüĢündən sonra Xilafətin ġimal vilayətlərinin caniĢini öz 
iqamətgahını Dvindən Bərdəyə köçürdü. Bərdə ərəblərin Qafqazdakı cani-
Ģinliyinin mərkəzinə çevrildi. Lakin hələ Ġran-Bizans müharibələri dövründə 
xəzərlər tərəfindən dağıdıldığı üçün Əməvi xəlifələrinin təyin etdiyi caniĢinlər 
Ģəhərin yenidən qurulması haqqında əmr verirlər. Mənbələr Bərdənin bərpasını 
Xatim ibn Numan əl-Bəxili və ya onun oğlu Əbdüləziz ibn Xatimin adları ilə 
bağlayırlar. 
Abbasilərin hakimiyyət baĢına gəlməsi (750) ilə Bərdənin inzibati və
siyasi mərkəz kimi əhəmiyyəti daha da artır. 
Xilafətin zəifləməsi, A zərbaycanda separatist meyillərin güclənməsi ilə 
Bərdə Ģəhəri Xilafətin Cənubi Qafqazdakı inzibati mərkəzi statusunu itirir. Lakin 
bununla belə, Bərdə iqtisadi əhəmiyyətini saxlaya bilir; çox keçmədən Sacilərin, 
942-ci ildən isə Salarilərin əsas Ģəhərlərindən biri olur. 
X əsrin 20-ci illərində Bərdədə olmuĢ ərəb coğrafiyaĢünas -səyyahı əl-
Ġstəxri bir fərsəx (təqr. 6 km) eni, bir o qədər də uzunluğu olan bu böyük Ģəhər 
haqqında məlumat verirkən, "Ġraqla Xorasan arasında, Rey və Ġsfahandan sonra 
Bərdədən daha münbit torpaqlı, əlveriĢli mövqe tutan b aĢqa Ģəhər olmadığını 
bildirir. Əl-Ġstəxri dövründə "Fars və Xuzistanı ipəklə təchiz edən" Bərdədə 
sənətkarlıq və ticarətin inkiĢafı yalnız o dövr mənbələri ilə deyil, son illərdə 
Ģəhərdə aparılmıĢ arxeoloji qazıntıların nəticələrilə də təsdiq edilir. 
944-cü il Bərdə tarixinə ağır və müsibətli illərdən biri kimi daxil oldu. 
Gəmilərlə Xəzərdən Kür vasitəsilə Bərdəyə gələn ruslar1 Ģəhərin müdafiəsini təĢkil
etmiĢ Salari Mərzban ibn Məhəmmədin deyləmlilər və yerli könüllülərdən ibarət 

Bərdəyə olan hücum rus tayfalarının Azərbaycana ilk hücumu deyildi. Mütəxəssislər bu 
rusları bəzən normanlarla-skandinavlılarla, bəzən cənub-rus düzlərindən olan dəniz quldurlan 
("brodniki") ilə bağlayır, bəzən isə türkdilli tayfa hesab edir, hətta onların islamı qəbul etmiĢ olduqlarını 
iddia edirlər. Lakin müxtəlif mənbə və ədəbiyyatın təhlili göstərir ki, 944-cü ildə Bərdəyə hücum edən 
və mənbələrin "rus" adlandırdıqları bu iĢğalçılar rus knyazı Ġqorun (912-945) topladığı drujinasının və 
muzdlu qoĢununun döyüĢçüləri olublar. Toplu halında "rus" adlandırılan bu muzdlu qoĢunun tərkibində 
ruslarla yanaĢı, milliyyətcə baĢqa tayfalara, o cümlədən türklərə mənsub döyüĢçülər də ola bilərdi. 

172  
birləĢmiĢ qoĢununun müqavimətini qıraraq, Ģəhəri tutmuĢ, onu talan etmiĢ, müqavimət 
göstərənləri qılıncdan keçirmiĢ, arvad-uĢağı əsir almıĢdılar. Bərdə Ģəhərinin 
müqəddəratında həlledici rol oynamıĢ bu faciə haqqında XI əsrin əvvəllərində yaĢamıĢ 
Ġbn Misqəveyh, XIII əsr tarixçisi Ġbn əl-Əsir, eləcə də yerli alban müəllifi və b. məlumat 
vermiĢlər. Bu yürüĢ və onun nəticəsi olan qırğın, dağıntı və talan Bərdə Ģəhərinin 
tənəzzülünü sürətləndirdi, o vaxtacan tərifi dillərdən düĢməyən Bərdə tədricən 
əhəmiyyətini itirdi. 
Rusların yürüĢündən bir neçə il sonra, 40-cı illərin axırlarında Bərdədə olmuĢ 
ərəb coğrafiyaĢünas-səyyahı Ġbn Havqəl ondan əvvəl bu Ģəhərdə olmuĢ əl-Ġstəxrinin 
məlumatını təsdiq etsə də Bərdənin hələ də ağır günlər keçirdiyini bildirir: "Ruslarla 
müharibə zamanından baĢlayaraq hakim dairələrin təzyiqi, ölkəni ağılsız adamların idarə 
etməsi nəticəsində vaxtaĢırı baĢ verən və bu günədək davam edən basqınların törətdiyi 
dağıntılara baxmayaraq Bərdənin bazar, karvansara və hamamları çoxdur". Həmin əsrin 
sonlarında Bərdədə olmuĢ baĢqa bir ərəb səyyahı əl-Müqəddəsi isə on il ərzində, 
mənbələrin məlumatından göründüyü kimi, yalnız xarici iĢğalçıların deyil, ara 
müharibələrinin də əziyyətini çəkən, bununla belə hələ də əzəmətini itirməyən Bərdəni 
"həmin iqlimin Bağdadı" adlandırır. Lakin dağıntıların izləri artıq özünü göstərirdi: əl-
Müqəddəsi bu Ģəhərə gələrkən "onun kənarları artıq dağılmıĢ, əhalisi azalmıĢdı. 
Bərdənin qalası isə nizamsız halda idi". 
Ərəb müəlliflərinin (əl-Ġstəxri, Ġbn Havqəl, Yaqut əl-Həməvi və b.) Bərdədə 
istehsal və buradan ixrac edilən mallar, eləcə də bu nahiyənin kənd təsərrüfatı məhsulları 
haqqında məlumatları da maraqlıdır; onların yazdıqlarına görə, Bərdədən "bir fərsəxdən 
də az aralı olan bir yer var, adına əl-Əndərab deyirlər, Kurrah, Lasub və Naftan arasında 
bir günlük yoldan çox məsafədə olan bu yer bağ və bostanlarla örtülmüĢdür, hər yer 
meyvəlikdir. Orada əla fındıq (bunduk) yetiĢir, özü də Səmərqənd fındığından daha 
keyfiyyətlidir. Orada yetiĢən Ģabalıd (Ģahballut) ġam Ģabalıdından daha yaxĢıdır. Onların 
bir meyvəsi var, adına zoğal deyirlər, özü üvəzin meyvəsinə (əl-ğubeyra) oxĢayır, 
yetiĢdikdə dadı Ģirin, yetiĢmədikdə isə acı olur. Bərdəyə ənciri Lasubdan gətirirlər, bu, 
əncirin ən yaxĢı növüdür. Buradan çoxlu ipək aparırlar. Ġpəkqurdunu heç kəsə mənsub 
olmayan tut ağaclarında yetiĢdirirlər. Fars və Xuzistan bu ipəklə geniĢ təchiz olunur. 
Bərdənin üç fərsəxliyində Kür çayı axır. Ondan tumları əĢ-Ģurmahı (Ģahmahı-Ģamayı) 
[balığını] duzlayıb, baĢqa yerlərə aparırlar... Kür çayından tutulan baĢqa balığı da ixrac 
edirlər, ona əd-dəvakin (əz-zərəqan - qızıl balıq?) və əl-uĢub (əl-iĢubət) deyirlər. 
Hər iki balıq bu yerlərdə olan ən yaxĢı balıq növlərindəndir. Bərdənin Bab əl-Əkrad 
(Kürdlər qapısı) adlı darvazası yanında bazar günü açılan əl-Kurkiy adlı bazar var. O, bir 
fərsəx uzunluğunda, bir fərsəx enindədir. Hər həftənin bazar günləri hər yerdən, hətta 
Ġraqdan belə adamlar buraya axıĢır. Bu, hətta Ərdəbil yanındakı Kursurə bazarından da 
böyükdür. Əl-Kurkiy adı bazar gününün öz adına üstün gəlib, çoxları həftənin günlərini 
sayanda deyirlər: cümə, Ģənbə, əl-Kurkiy (bazar), bazar ertəsi, çərĢənbə axĢamı və 
beləliklə, həftənin günlərini sayırlar. Bərdənin beytülmalı (xəzinəsi), ġamda olduğu 
kimi, came məscidindədir. Bərdə beytülmalının qurğuĢundan damı, dəmir qapısı, 
173  
doqquz sütunu vardır. Hökmdarın evi Ģəhər içində, came məscidinin yanında, bazarlar isə 
Ģəhər kənarında - rabatdadır...". 
Xilafətin Ģimal ölkələri ilə ticarət mübadiləsində əhəmiyyətli mövqe tutan 
"Qapılar qapısı" Bab əl-Əbvab - Dərbənd Arranın ikinci böyük Ģəhəri idi. Ərəb 
xəlifələri Dərbəndin strateji və ticarət-ötürücü məntəqə kimi xüsusi əhəmiyyətini nəzərə 
alaraq, onun azad Ģəhər statusunu saxladılar, Ģəhəri əmirlər və ya rəislər Ģurası idarə 
etməyə baĢladı. Hələ 736-cı ildə xəlifə HiĢamın dövründə Əsəd ibn Zafir baĢda 
olmaqla, Dərbəndə göndərilmiĢ 400 dövlət məmuru bu idarəçiliyin əsasını qoydu. 
ġəhərin idarəsinə rəhbərlik edən rəislər rəisi nizamnamə çərçivəsində onun mühafızəsini 
təĢkil etməli, qanun-qayda və təmizliyi gözləməli idi. Dərbənd qalasında, eləcə də 
digər sərhəd qalalarında yerləĢdirilmiĢ hərbi hissələr xidmət müqabilində xəzinədən 
maaĢ almır, yerli ehtiyatlar hesabına saxlanılırdılar. Xəlifənin sərəncamı ilə sərhədyanı 
bölgənin "kafir" düĢmənlə üz-üzə qalan döyüĢçü - qazi əhalisinə vəqf payı kimi bütöv 
vilayətlərlə yanaĢı, AbĢeronun neft və duz yataqlarından əldə olunan gəlirlər verilirdi. 
Xəlifə Harun ər-RəĢid dövründə Ģəhərlilərin rifahını yaxĢılaĢdırmaq üçün Dərbəndə 
Rubas çayından bir neçə kanal çəkildi, burada bağ və bostanlar salındı, dəyirmanlar 
tikildi. 
Xilafətin Ģimal hüdudlarında sərhəd qalası olan Dərbənd Xəzər dənizinin 
ən mühüm limanı idi. ġəhər dənizin içərilərinə doğru uzanan daĢ hasarla əhatə 
edilmiĢdi. Bu Ģəhərdə olmuĢ əl-Ġstəxri və Ġbn Havqəlin məlumatına görə "Bab əl-
Əbvab sahil Ģəhəridir. Ortasında gəmilərin yan alması üçün körpü var. Körpü ilə 
dəniz arasında hər iki yandan qoĢa divar çəkilmiĢdir. Belə ki, gəmilərin giriĢ yolu 
dar və çox girintili-çıxıntılıdır. GiriĢ... zəncirlənmiĢdir... heç bir gəmi icazəsiz 
buraya nə daxil olur, nə də çıxır". 
VIII-IX əsrlərdə geniĢlənmiĢ ticarət Xilafət xəzinəsinə xeyli gəlir və 
mənfəət gətirirdi. Buna görə də Dərbəndin hakim dairələri ehtiyatı əldən vermədən 
Xilafətin yalnız hərbi-strateji deyil, ticarət mənafelərinin də keĢiyində dururdular. 
"Dərbəndnamə"dəki məlumata görə, ehtiyatlı dərbəndlilər Ģəhərin müdafiə 
sisteminin quruluĢunu gizlətmək məqsədilə xəzər xaqanının Dərbəndə göndərdiyi 
elçilərinin gözlərini bağlamıĢdılar. 
Ticarət məqsədilə Dərbəndə gələn yadellilərdən hələ xəlifə Ömər ibn əl-
Xəttabın fərmanında nəzərdə tutulmuĢ gömrük haqqı alınırdı. Bu fərmana görə 
"torpaqlarımıza qədəm basan yadelli tacirlərdən, baĢqa ölkələrdə müsəlmanlardan 
alınan gömrük haqqı məbləğində, 10 faiz haqq alınırdı. Zimmi (müsəlman olmayan 
yerli) tacirlərdən malının dəyərinin beĢdə birini, müsəlman tacirlərdən isə ümumi 
dəyəri 200 dirhəmə bərabər olan malına görə 5 dirhəm, yerdə qalan hər 40 
dirhəmlik malına görə 1 dirhəm gömrük haqqı" alınırdı. "Dərbəndnamə‖nin 
məlumatına görə, xəzərlərin ölkəsində ticarət etmək arzusunda olan hər hansı bir 
Dərbənd sakini ya malının onda biri dəyərində haqq ödəməli, ya da alveri atmalı 
idi. Ġdxal olunan malların, eləcə də qulların, mal-qaranın və hər cür baĢqa Ģeylərin 
üzərinə qoyulan bu gömrük haqları Xilafət xəzinəsinə hər il 100 mindən 1 milyon 
174  
dirhəmədək gəlir gətirirdi. 
Dərbənd tacirlərinin alverində yerli istehsal məhsulları (kətandan 
hazırlanmıĢ üst paltarları, zəfəran, qırmızı boyaq və s.) xüsusi yer tuturdu. Yerli
tacirlər Ģəhərdə istehsal olunan məhsullarla yanaĢı, "kafirlərin ölkələrindən" 
gətirilən qulların satıĢından da xeyli mənfəət gotürürdülər. ġimali Qafqazın bütün 
xammalı da (qoyun sürüləri, dəri və s.) Dərbənddən keçirdi. 
644-cü ildən ərəblər tərəfindən iĢğal edilərək, inzibati baxımdan Xilafətin 
Arran vilayətinin tərkibinə daxil edilən, uzun müddət müsəlman Cəfərilər 
əmirliyinə tabe olan, yalnız 1122-ci ildə gürcülər tərəfindən geri qaytarılan Tiflis
ərəb mənbələrində Arranın üç böyük Ģəhəri sırasında s adalanır. 
Yazılı mənbələrdəki məlumata və arxeoloji tapıntılara əsaslanan alimlər 
Beyləqan (Örənqala) Ģəhərinin eramızın V əsrinin sonunda, VI əsrinin əvvəlində 
təsis edildiyini göstərirlər. Azərbaycan ərazisində baĢ verən məlum hadisələr 
üzündən IX əsrə qədər Muğan düzündə olan bir çox Ģəhər və qalaların sıradan çıx-
ması, 944-cü ildə rusların Bərdə Ģəhərini dağıntı və talanlara məruz qoyması ilə 
Mil-Muğan düzündə Beyləqanın rol və əhəmiyyəti yüksəldi. Bərdəni Ərdəbillə, 
oradan isə Xilafətin digər inzibati ticarət mərkəzləri ilə birləĢdirən əsas yollardan 
biri üzərində yerləĢən bu Ģəhər tədricən sənətkarlıq və ticarətin əsas 
mərkəzlərindən birinə çevrildi. Bu tarixi gerçəklik Örənqala Ģəhərgahı ərazisində 
aĢkar edilən arxeoloji materiallarla yanaĢı, X əsrin ərəb-fars coğrafiyaĢünas-
səyyahlarının məlumatları ilə təsdiqlənir. 
Bərdə düĢəndən sonra onun yerini X əsrin II yarısında Arran vilayətinin 
mərkəzinə çevrilən Gəncə tutdu. Bərdə - Tiflis yolu üstündə yerləĢən Gəncə 
bölgənin yalnız siyasi həyatında deyil, ticarətində də fəal iĢtirak etməyə baĢladı. 
ġəhəri əhatə edən, qalınlığı orta hesabla iki metrə çatan üç cərgə qala divarları iri 
sənətkarlıq və gur ticarət mərkəzi kimi əhəmiyyəti günü-gündən artan Gəncənin 
sürətli inkiĢafını təsdiq edir. Köhnə Gəncənin ərazisində qazıntı iĢləri aparmıĢ 
arxeoloqlar müəyyən etmiĢlər ki, üç cərgə divarların qalıqları ilə əhatə olunmuĢ 
Ģəhərgahın sahəsi təqribən 250 hektara, ümumi sahəsi isə 9-10 kvadrat kilometrə 
yaxın olmuĢdur. Bununla yanaĢı, Ģəhərgahda aĢkara çıxarılmıĢ maddi-mədəniyyət 
qalıqları onun yaranma tarixini mənbələrdə göstərildiyi kimi VI -IX əsrlərə deyil, 
daha dərin dövrlərə aid edir (Ġ.Cəfərzadə). 
Bərdə-Tiflis yolu üzərində yerləĢən mühüm Ģəhərlərdən biri də ġəmkir 
(ġamkur) olmuĢdur. IX-X əsr ərəb müəlliflərinin Arranın Ģəhərləri sırasında adını 
çəkdikləri ġəmkir, əl-Balazurinin məlumatına görə, iĢğaldan sonra, təqribən bir 
əsrə yaxın, yəni VIII yüzilin ortalarınadək (köçəri savirlər - sevordiklər onu 
dağıdıb viran qoyanadək) "gur və abad Ģəhər" idi. 854-cü ildə xəlifə əl-Mutəsimin 
sərkərdəsi Böyük Buğa Ģəhəri bərpa edib, buraya islamı qəbul etmək istəyən 
xəzərlərdən və Ģəhər həyatını canlandırmaq, xüsusilə ticarəti inkiĢaf etdirmək üçün 
Bərdə tacirlərindən köçürtdü; bundan sonra ġəmkir o dövrdə hakimiyyətdə olan xəlifə 
əl-Mütəvəkkilin Ģərəfinə əl-Mütəvəkkiliyyə adlandırıldı. 
175  
IX əsrin ikinci yarısında Xilafətin zəifləməsi nəticəsində ġirvanĢahların 
hakimiyyətinin bərpa edilməsindən sonra yeni hakim sülalənin Ģərəfinə əl-Yəzidiyyə 
adını almıĢ qədim ġamaxı (ġamaxiyə) çox keçmədən, əl-Müqəddəsinin dili ilə desək, 
"binaları daĢdan və gildən, axar suları, bağları, seyrəngahları olan" bir Ģəhərə çevrildi. Bu 
dövrdə "ġirvan ölkəsinin baĢ Ģəhəri" kimi ad çıxarmıĢ ġamaxı beynəlxalq ipək ticarətində 
mühüm mövqe tutur, Azərbaycanın ən iri ticarət mərkəzlərindən biri kimi tanınırdı. 
MəĢhur ġamaxı ipəyi ġərq və Qərb bazarlarında layiqli yer tuta bilmiĢdi. 
Hələ Sasanilər dövründə inzibati mərkəz mövqeyində olan, hərbi-strateji 
əhəmiyyətli NəĢavə (Naxçıvan) Ģəhərində ərəb iĢğalından sonra hərbi qarnizon 
yerləĢdirilmiĢ, ilk dövrdə Ģəhər Arana məxsus əl-Busfurrucan vilayətinin mərkəzi 
olmuĢdur. 
Artıq X yüzildə Xəzər dənizi sahilində "bütün iqlimin yeganə limanı olan" Bakı 
dövrün mənbələrində ən keyfiyyətli nefti olan Ģəhər kimi tanınırdı. Hələ VIII - IX 
əsrlərdə burada hasil edilən neft və duz müxtəlif ölkələrə ixrac olunudu. 
Ərəb iĢğalı dövründə Cənubi Azərbaycanın ən böyük və əsas Ģəhəri Ərdəbil 
idi. VIII əsrin ortalarında baĢ verən hadisələri qələmə alan əl-Balazuri yazırdı: "Xəlifədən 
hücum əmri alan Huzayfa Azərbaycanın baĢ Ģəhəri Ərdəbilə yola düĢdü; əhalidən vergi 
toplayan Sasani mərzbanının iqamətgahı da burada idi". 
Ġlk vaxtlar ərəblər bu Ģəhərin siyasi və inzibati mərkəz statusunu saxladılar, 
hətta xəlifə Əli (656-661) dövründə Azərbaycan hakimi təyin edilmiĢ əl-ƏĢas ibn Qeys 
dövlətin təminatı hesabına yaĢayan ərəbləri Ərdəbildə yerləĢdirmiĢ, bu Ģəhəri 
abadlaĢdırmıĢ, burada məscid tikdirmiĢdi. Lakin ərəb-xəzər müharibələrinin 
baĢlanması ilə Ərdəbil və onun ətrafları da gərgin döyüĢ meydanına çevrildi. Məhz buna 
görə Ərminiyə və Azərbaycan hakimi Mərvan ibn Məhəmmədin (732 - 744) dövründə 
caniĢinin iqamətgahı və hərbi düĢərgəsi təzəliklə möhkəmləndirilmiĢ qədim Marağaya 
köçürüldü. IX əsrin sonu, X əsrin əvvəllərində Yusif ibn Əbu-s-Sac Ərdəbili Sacilər 
dövlətinin paytaxtı etdi. Elə bu dövrdə Ģəhər üç darvazası olan qala divarları ilə əhatə 
edildi. Burada olmuĢ Ġbn Havqəl yazırdı: "Hal-hazırda [Cənubi] Azərbaycanın ən 
mühüm vilayəti və böyük Ģəhəri Ərdəbildir. Hərbi düĢərgə və hökmdarlar sarayı 
buradadır. ġəhərin havası saf, satıĢ qiymətləri ucuzdur... ġəhər çox gözəldir. 
Ġçindən çaylar axır, su quyuları vardır. Çörək isə demək olar ki, həmiĢə bol 
olduğundan 1 dirhəmə 50 lavaĢ almaq olar. Ətin 1,5 mannını (1 mann təqribən 831 
q-N. V.) 1 dirhəmə verirlər. Bal, ərinmiĢ yağ, yarma, qoz, fındıq, kiĢ miĢ və baĢqa 
yeməli Ģeylər çox ucuzdur, demək olar ki, havayı verirlər. Ucuzluğu ilə Ģöhrət 
qazanmıĢ bir çox baĢqa yerlər, xətrin istədiyin hər Ģeyin bolluğu və yaxĢı yaĢamaq 
imkanına görə Ərdəbilə güzəĢtə gedirlər". 
Ərdəbil yaxınlığında yaxĢı möhkəmləndirilmiĢ böyük Kursura qalası 
vardı. Hər təzə Ay çıxanda burada böyük ticarət bazarı açılırdı. Hələ gəncliyində 
bu bazarda olmuĢ Ġbn Havqəlin təsvirinə görə, müxtəlif yerlərdən gələn adamlar 
buraya satmaq üçün "əmtəə və ticarət mallarından bez, səqat, bərbəhar [parçaları], 
ətir və sirkə, sərrac və misgərlərin məhsullarını, qızıl, gümüĢ, at, qatır, uzunqulaq, 
176  
iribuynuzlu mal-qara gətirirlər". 
Mənbələr Ərdəbildən sonra o dövr üçün Cənubi Azərbaycanın ən böyük 
Ģəhəri kimi Marağanın adını çəkirlər. Antik mənbələrə görə hələ eramızdan əvvəl 
Fraata (Fraaspa, Praaspa, ərəb mənbələrində Afraharuz) adı ilə tanınan bu qədim 
Ģəhərin yeni dirçəliĢ dövrü ərəblərin Azərbaycan və Ərminiyədəki hakimi Mərvan 
ibn Məhəmmədin adı ilə bağlıdır. Mənbələrin məlumatına gorə, bu qədim yaĢayıĢ 
məskənini öz himayəsinə alan Mərvan onu bərpa edib geniĢləndirmiĢ, bu yerin 
daha da məskunlaĢması üçün hər cür Ģərait yaratmağa çalıĢmıĢdı. Abbasilərin 
hakimiyyət baĢına gəlməsi ilə Marağa Əməvilərin baĢqa mülkləri ilə birlikdə yeni 
sülalə nümayəndələrinin ixtiyarına keçdi. VIII əsrdən baĢlayaraq Azərbaycanın 
əsas Ģəhərinə çevrilmiĢ Marağa qala divarları ilə möhkəmləndirilmiĢ, burada çoxlu 
qoĢun yerləĢdirilmiĢdi. ġəhərə gələn səyyahlar Marağanı "sağlam havalı, bağları, 
çayları, mədən suları, ləzzətli meyvələri, ərzağı və baĢqa Ģeyləri bol olan" Ģəhər 
adlandırırlar. 
Eyni adlı gölün sahilində yerləĢən Urmiya Ģəhəri dövrün mühüm yaĢayıĢ 
məntəqələrindən biri hesab edilirdi. Bir çox orta əsr ərəb müəlliflərinin (Ġbn 
Xordadbeh, əl-Balazuri və b.) "ZərdüĢtün vətəni" adlandırdıqları "bu əzəmətli 
qədim Ģəhər"ə gəlmiĢ Ġbn Havqəl onun haqqında yazırdı: "Urmiya sağlam havalı 
Ģəhərdir, üzümlüyü, Ģəhər içində axan bulaqları, əkin sahələri və rustaqları çoxdur. Hər 
cür malı və ticarət məhsulları da vardır". 
Artıq X əsrdən "Azərbaycanın ən məĢhur Ģəhəri"nə çevrilmiĢ Təbriz (Tibriz) 
iĢğalın ilk illərində çox da böyük olmayan bir yaĢayıĢ məntəqəsi idi. VIII əsrin ortalarında 
xəlifənin əmrilə öz qəbiləsi ilə Azərbaycana köçmüĢ yəmənli Rəvvad ibn Musanna əl-
Əzdi Təbrizdən Bəzzədək bütün torpaqlara sahib olmuĢdu. Əl-Balazurinin yazdığına görə, 
onun oğlu Vacnau ər-Rəvvad qardaĢları ilə birlikdə Təbrizdə müxtəlif binalar tikdirmiĢ, 
onu qala divarları ilə möhkəmlətmiĢdi. VIII əsrin sonu, IX əsrin əvvəllərində Təbriz 
Məhəmməd ibn ər-Rəvvadın əlində idi. Ölkədə yaranmıĢ siyasi vəziyyət onun da 
Xilafətdən ayrılmaq cəhdlərini gücləndirir. Lakin Mərənd hakimi Əbu-1-Bəis ilk 
Rəvvadilərə məxsus bir çox yerləri, o cümlədən Təbrizi tutmuĢ, IX əsrin ortalarınadək 
öz əlində saxlaya bilmiĢdi. Təbrizin IX əsrin II yarısından sonra baĢlanan çiçəklənmə 
dövründə bu Ģəhərdə olmuĢ əl-Müqəddəsi onu ġərqin ən gözəl Ģəhərlərindən də üstün 
tutur: "Nədir Təbriz? O bir saf qızıldır, nadir kimyadır, alınmaz qaladır, Mədinət əs-
Salamdan (Bağdaddan) üstündür. Ġslam əhli onunla fəxr edir. Qiymətlərin ucuzluğu və 
meyvənin bolluğu haqqında heç soruĢma. Came məscidi Ģəhərin ortasındadır, 
gözəlliyinin həddi-hüdudu yoxdur". 
Mənbələr ərəb iĢğalından sonra Ģəhər həyatının nisbi inkiĢaf yoluna düĢdüyü 
IX yüzilin ortaları və ondan sonrakı dövr üçün güneyin əl-Məyanic (Miyanə), əl-Xunəc 
(Xunə), Ucan, Dəxərrəqan, Xuvey (Xoy), Səlamas (Salmas), Mərənd, Təbriz, Varsan, 
Bərzənd, Muğan, Cabravan, ġiz, Sisər, Miməz, Əhər və s., quzeyin ġəki, Qəbələ, ġabran, 
ġirvan, Abxaz, (Layican?), Bərdic və baĢqa bu kimi "gözəl, eyni böyüklükdə" orta 
Ģəhərlərin adlarını çəkirlər. Ġbn Havqəl Cənubun bütün Ģəhərlərini onları xarakterizə 
177  
edən ümunıi cəhətlərdə belə birləĢdirirdi; "bu Ģəhərlərin hamısını ağaclar bürümüĢ, hər 
yer buğda zəmiləri və xurma ağacları ilə doludur. Bu yerlərdən heç biri çaylarına, 
bağlarına və yaĢayıĢ məntəqələrinə görə o birisindən əskik deyil, əksinə, hər cür mal-
nemətlə zəngin və allahın xeyir-bərəkəti ilə doludur. Meyvələri çox, yeməli Ģeyləri 
isə havayıdır". Arranın orta böyüklükdə olan Ģəhərlərini isə o, "gözəl, eyni böyüklükdə 
və məhsuldar, geniĢ, yararlı təsərrüfat sahələrinə malik" Ģəhərlər kimi xarakterizə edir. 
Lakin bu ümumi cəhətlərlə yanaĢı, mənbələr, hər bir Ģəhərin özünə aid olan xüsu-
siyyətini də qeyd edir, onların hər birinin mövqeyini və əhəmiyyətini bu və ya digər 
dərəcədə müəyyənləĢdirir. 
Bütün bu məlumatlar ərəb iĢğalı və baĢqa siyasi hadisələrlə bağlı nisbi 
tənəzzül dövrü keçirən Azərbaycan Ģəhərlərində baĢ verən siyasi-iqtisadi 
dəyiĢiklikləri, eləcə də IX əsrin sonlarından baĢlayan dirçəliĢ və çiçəklənməni əks 
etdirir. 
ĠĢğaldan sonrakı ilk yarım əsrdə yeni ərəb üsul-idarəsi Azərbaycan və 
Arranda ərəblərdən əvvəlki dövrdə iĢlədilən əski pul sistemini saxlamıĢdı. Əvvəllər 
Sasanilərin, qismən də Bizansın tabeliyində olan bu yerlərdə hələ də köhnə pul 
vahidləri - Sasani drahması və Bizans miliarisiyi qüvvədə idi. Qəribə də olsa, ərəb -
lərin hakimiyyəti dövründə də əski Sasani vilayətlərində, o cümlədən Azərbaycanda - 
II Xosrov və II Yəzdigərdin surətləri, eləcə də od məbədlərinin rəsmi olan sikkələr 
zərb edilirdi. Bunları əvvəlkilərdən fərqləndirən yalnız zərbolunma tarixləri, bir də 
ki, kufi xətti ilə bir Quran ayəsinin, eləcə də ərəb xəlifəsi ilə o yerə təyin edilmiĢ 
hakimin adlarının əlavə edilməsi idi.
Xilafətdə ilk pul islahatı keçirmək cəhdi 660-cı ildə xəlifə Müaviyəyə 
mənsubdur. Əməvilər hakimiyyət baĢına gələn kimi o, qızıl və gümüĢ pullar zərb 
etdirməyə baĢladı. Lakin yeni pul vahidləri əhalinin inamını qazana bilmədiyi üçün 
islahat cəhdi baĢ tutmadı. 
VII əsrin sonu, VIII əsrin əvvəllərində, xəlifə Əbdülməlikin dövründə (685-
705) həyata keçirilən yeni pul islahatı Xilafətin geniĢ ərazisində vahid pul sistemini 
tətbiq etdi. Qızıl Bizans, gümüĢ Sasani sikkələri ərəblərin qızıl dinarları və gümüĢ 
dirhəmləri ilə əvəz olundu. Yeni pulların üzərindəki "Bismillah"dan sonra, həmin 
sikkənin hansı xəlifənin dövründə və hansı Ģəhərdə zərb edildiyi gostərilirdi. Lakin 
yeni pullar Azərbaycana lazım olduğundan xeyli az gətirildiyinə görə tədavül üçün 
zəruri olan gümüĢ pula tələbat əski Sasani sikkələri, eləcə də yerli sikkəxanalarda 
kəsilən pullar hesabına ödənilirdi. Xilafətin ġimal vilayətlərində bu sikkələr yalnız 
caniĢinin daimi iqamətgahlarında (əvvəl Dəbildə, sonra Bərdədə) deyil, eləcə də onun 
bu və ya digər səbəbə görə (çox vaxt hərbi əməliyyatlarla bağlı) yerləĢdiyi müvəqqəti 
iqamətgahlarında da zərb olunurdu. Ərəb hakimiyyəti dövründə Arranda zərb edilən və 
üzərində "Arran" möhürü olan ilk sikkə Hicri 89 (707-708-cu) ilə aiddir. Numizmatik 
və yazılı mənbələrə görə zərbxanalar Bərdədə, Dərbənddə və ya ġamaxıda 
(Yəzidiyyə) fəaliyyət göstərə bilərdilər. Lakin xəlifə caniĢininin baĢ verən hadisələrlə 
əlaqədar tez-tez yerdəyiĢməsi zərbxananın o dövrdəki yerini dəqiqləĢdirmək imkanı 
178  
vermir. 
Ərəb - xəzər müharibələrinin qızıĢdığı 723-724-cü illərdə Azərbaycanın Ģimal 
vilayətlərinə yürüĢlər təĢkil edən ərəb caniĢini hərbi əməliyyatların gediĢindən asılı 
olaraq tez-tez müvəqqəti iqamətgahlardan istifadə etdiyi üçün zərb yeri sadəcə olaraq 
"Azərbaycan" kimi qeyd edilmiĢ dirhəmlər meydana çıxdı. ġəmkir, Qəbələ, Beyləqan, 
hətta Ərdəbil və Marağa belə pulların kəsildiyi yer ola bilərdi. 
Zərbxanaların Əməvi pullarını kəsməsi Hicri 131 (748-749-ci) ilədək davam 
etdi. Müxtəlif siyasi dairələrin mübarizəsi baĢa çatana, Abbasi sülaləsi nümayəndələri 
Azərbaycanda öz hakimiyyətlərini möhkəmləndirənədək məhəlli zərbxanalar fəaliyyət 
göstərmədi. Arran ərazisində zərb edilən ilk Abbasi sikkələri Hicri 140 (757-758-ci) ildə 
Yəzidiyyədə, iki il sonra isə Bərdədə kəsilən mis fəlslər olmuĢdur. 
Ġlk Abbasi xəlifələri dövründə Azərbaycan ərazisində qızıl pul kəsilməsə də, 
tədavülə xeyli gümüĢ sikkə buraxılmıĢ, mis sikkələrin zərbi artırılmıĢdı. 
Arxeoloqlarımız (Qara Əhmədov) Beyləqanda aparılan qazıntılar zamanı VIII əsrə və 
IX əsrin I rübünə dair "Arran" adı ilə kəsilmiĢ çoxlu mis pul aĢkar etmiĢlər; bunlardan 
785-787-ci illərdə Hazin ibn Xuzeymənin, 788/789, 791/792-ci illərdə Ubeydallah ibn 
əl-Mehdinin, 793/794-cü ildə Xalid ibn Yəzidin, 794/795-ci ildə Musa ibn Ġsanın, 
800-cü ildə Əsəd ibn Yəzidin, 802-ci ildə Məhəmməd ibn Yəzidin və b.-nın adına 
kəsilmiĢ mis pulları qeyd etmək olar. 
Kəsilən dirhəm və fəlslər öz əvvəlki ölçülərində qalmıĢ, lakin dirhəmlərin 
çəkisi bir qədər düĢmüĢdü; sonralar ümumi gümüĢ böhranı ilə əlaqədar onların çəkisi 
gah artır, gah azalırdı. 
Abbasilər dövründə çox vaxt artıq pul kəsilən yerin konkret adı deyil, 
zərbxananın yerləĢdiyi vilayətin (Azərbaycanın, Arranın və ya Ərminiyənin) adı 
göstərilirdi. A zərbaycan və Arranın zərbxanalarında kəsilən pulların ġərqi və Qərbi 
Avropanın (Rusiya, Almaniya, Ġsveç, Norveç, Pribaltika ölkələri və b.), eləcə də ġərqin 
müxtəlif ölkələrində aĢkar edilən dəfinələrdə tapılması bu ölkələrlə Azərbaycan 
arasında gedən qızğın ticarət əlaqələrinin olduğunu sübut edir. Pul tədavülünün artması 
isə mövcud ticarət münasibətlərinin daha da canlanmasına səbəb olmuĢdu. 














179  
§ 3. XĠLAFƏTĠN TORPAQ VƏ VERGĠ SĠYASƏTĠ

Yerli feodal cəmiyyəti üzərində hakim mövqe tutan Xilafət üsuli-idarəsi 
ərəblərin iĢğal dairəsinə düĢmüĢ bütün becərilən torpaqları müsəlman icmasının 
mülkiyyəti elan etdi. Bu torpaqlar, əsasən, öz rəiyyətlərinə qarĢı münasibətdə bütün 
hüquq və imtiyazlarını qorumuĢ əvvəlki sahiblərinin ixtiyarında saxlanılır, ərəblər isə 
bu sahibkarların müsəlman icması xəzinəsinə (beytülmala) boyun olduqları vergilərlə 
kifayətlənirdilər. Lakin Azərbaycanda, habelə ərəblərə qədər Sasanilərə tabe olan 
bütün baĢqa ərazilərdə əvvəllər hökmdara, onun qohumlarına və saray əyanlarına 
məxsus olan torpaqların bir hissəsi, eləcə də döyüĢlərdə öldürülmüĢ və ya Sasani 
dövlətinin devrilməsindən sonra öz torpaqlarını tərk etmiĢ knyaz (iĢxan) və 
dehqanların malikanələri iĢğaldan sonra sahibsiz qalmıĢdı. Bu kateqoriyadan olan 
torpaqlar (savafi) müsəlman icmasının baĢçısı kimi xəlifənin ixtiyarına keçir və ərəb 
istilaları nəticəsində artmıĢ dövlət fonduna aid edilirdi. ĠĢğalın ilk illərində vəzifəli 
Ģəxslərə, döyüĢçülərə və baĢqalarına torpaq payı bu fonddan verilirdi. Əgər "raĢidi" 
xəlifələr dövründə bu torpaq payları bilavasitə xəlifələrin özləri tərəfindən verilirdisə, 
artıq Əməvilər dövründə bu hüquq hər vasitə ilə torpaqları yerli sahibkarlardan 
qoparmağa çalıĢan caniĢinlərə də verilmiĢdi. Mənbələrin məlumatına görə, "ərəblər 
Azərbaycanda məskən saldıqda, onların Kufədən, Bəsrədən və ġamdan olan qohumları 
da buraya axıĢdılar. Hər biri bacardığı qədər torpaq zəbt etdi, bir hissəsi qeyri-
ərəblərdən torpaq satın aldı...". 
Beləliklə, tabe olunmuĢ əhalinin torpaqlarını zor-xoĢ əldə edən istilaçılar 
özləri torpaq sahiblərinə, kəndlilər isə bu torpaq sahələrinin icarəçilərinə çevrildilər. 
Qaynaqlar əvvəllər Əməvilərin, sonra isə Abbasilərin ixtiyarında olan 
aĢağıdakı torpaq kateqoriyalarını müəyyənləĢdirməyə imkan verir: 
1. Əməvilərdən Abbasilərə keçmiĢ xəlifə ya soltan torpaqları -vəfat etmiĢ 
və ya vəzifəsindən çıxarılmıĢ məmurların mülklərinin müsadirə edilməsi hesabına 
və ya satınalma yolu ilə tədricən artan bu torpaqlar böyük gəlirlər gətirirdi. Belə 
torpaqların idarəsi üçün bir neçə divan təsis edilmiĢdi. 
2. İqta (sözün ilkin mənası - paylaĢdırma, kəsilib ayrılma, pay) torpaqları 
- becərilən torpaqların əksəriyyətini təĢkil edən bu kateqoriya torpaqlar Abbasilər 
dövründə daha geniĢ yayılmıĢdı. Belə torpaqlar adamlara onlardan əldə edilən 
gəlirlə birlikdə xidmət müddətinə və ya ömürlük verilir, yəni torpaq iqta sahibinin 
mülkünə çevrilirdi. Lakin sahiblik hüququna heç də həmiĢə riayət olunmurdu; belə 
ki, mənbələrdə qeyd olunduğu kimi, iqta öz sahibinin əlindən alına və yenidən 
xüsusi divana verilə bilərdi. Ġqta sahibləri hərbi mükəlləfıyyət daĢımır, əvəzində 
vergi ödəyirdilər. Bununla yanaĢı, onlar öz torpaqlarında yerləĢən kanalları, yolları 
və körpüləri təmir etməli idilər. 
Sahiblik hüququndan asılı olaraq iqta torpaqları nəzəri cəhətdən iki 
kateqoriyaya bölünürdü: bağıĢlanan iqta (təmlik) Ģəxsin tam mülkiyyətinə keçir və 
irsən ötürülürdü. Bu növ iqta adətən becərilməmiĢ və ya varisi olmayan sahiblərin 
180  
ölümündən sonra baĢsız qalmıĢ torpaqlardan verilirdi; ikinci kateqoriya irsən 
keçməyən icarə iqtası idi. Belə torpaq payları adətən hərbiçilərə verilirdi. 
ĠĢdə isə iqtanın növü onun sahibinin vəziyyətindən asılı idi və mülki 
(Ģəxsi), xüsusi (xass), hərbi və xəlifə iqtalarına bölünürdü, Mülki iqta daha geniĢ 
yayılmıĢdı və məmurlara tutduqları vəzifəyə görə verilirdi. Belə ki, tutduğu yüksək 
vəzifəyə görə iqta almıĢ Ģəxs vəzifədən kənar edildikdə ona verilmiĢ torpaq payını 
da itirir, həmin torpaq payı bu adamın yerinə keçmiĢ Ģəxsə verilirdi. 
Xüsusi iqta xidmətlərə görə, Ģairlər istisna olmaqla xüsusi qabiliyyətə 
malik Ģəxslərə verilirdi. Əllərində olan mülkün tam sahibi olan bu Ģəxslər öz torpaq 
paylarını irsən ötürmək hüququna malik idilər. Abbasilər xilafətində bütöv 
vilayətlərin bağıĢlandığı müĢahidə olunurdu. Məsələn, Babək hərəkatı darmadağın 
edildikdən sonra ərəb xəlifəsi əl-Mütəsim Azərbaycan, Arran və Ermənistanı belə 
iqta adı ilə AfĢinə bəxĢ etmiĢdi. Xəlifə əl-Mütəvəkkil 851-ci ildə Məhəmməd ibn Xalid 
ibn Məzyədə belə bir iqta ayıraraq, ətraf nahiyələri ilə birlikdə Bab əl-Əbvab (Dərbənd) 
Ģəhərini ona vermiĢdi. "Xalidiyyə adlanan məĢhur malikanələri ilə birlikdə" Gəncə 
Ģəhəri də ona bəxĢ edilmiĢdi. 
Herik (dincə qoyulmuĢ) torpaqlar da elə bu iqta növünə daxil idi. Sahibkar 
becərmək üçün onu adətən, kəndlilərə icarəyə verir, onları toxum, kənd təsərrüfatı 
alətləri və suvarma vasitələri ilə təmin edirdi. O, özü Ģəxsən hər il xəzinəyə müəyyən 
məbləğ pul ödəyir, bunun əvəzində isə torpağa nəzarət etmək və onu irsən ötürmək 
hüququndan istifadə edirdi. Belə iqta sahibi digər vergilərdən azad olunurdu. 
Hərbi iqta baĢqa torpaq növləri - xass iqta, xəlifə mülkləri və xəzinə torpaqları 
hesabına verilirdi. QoĢuna da iqta vəqf torpaqlarından verilirdi. Hərbi iqta ömürlük 
olmur, irsən keçmirdi; o sahibinin mülkiyyəti deyildi. 
Erkən Abbasilər dövründə əslində yenilik olan iqta təsisatı yalnız X-XIII 
əsrlərdə inkiĢaf edərək tədricən benefisiyadan irsi lenə çevrilmiĢdi. 
3. Mülk torpaqları - Azərbaycanda yerli feodal əyanlarının irsi ixtiyarında 
olan və mülk adlanan xüsusi torpaq sahələri vardı. Bundan baĢqa, mərkəzi hökumətin 
həvəsləndirməsi və köməyi ilə "ölü" torpaqların dirçəldilməsi və bataqlıqların 
qurudulması, həmin torpaqların əkilməsi onların sahiblərinə tam sahiblik hüququ 
verirdi. Mülk torpaqlarının digər mənbəyi dövlət torpaqlarının satın alınması idi. 
Məmurlar və vəsaiti olan digər Ģəxslər xəlifə mülklərini (dövlət torpaqlarını) əldə 
edərək, onların daimi sahiblərinə çevrilir və bu torpaqlardan nisbətən sabit gəlir 
götürürdülər. Bu kateqoriyadan olan torpaqların sahibləri əlavə vergilər verməli və 
torpaqlarından keçən kanalların bərpası xərclərini ödəməli idilər. Mülk kateqoriyası 
Xilafətin yarandığı ilk gündən mövcud idi. Mülk torpaqlarını alıb-satmaq, özgəyə 
bağıĢlamaq, irsən vermək olardı. Bu torpaqların sahibləri hərbi xidmətdə olmurdular. 
4. Vəqf torpaqları - torpaq mülkiyyətinin əsas növlərindən biridir. Vəqf 
dedikdə, dini təsisatların ixtiyarına verilən torpaq mülkləri nəzərdə tutulurdu. Bu 
torpaqlar müqəddəs yerlər (Məkkə və Mədinə), qazilər ("din uğrunda mübarizlər"), 
məscid və qalaların tikilməsi, habelə digər ehtiyaclar üçün ayrılırdı. Bu torpaqlar sıra-
181 
sına keçmiĢ sahiblərində qalmasından və ya baĢqa kafirlərə (zimmilərə) verilməsindən 
asılı olmayaraq zor gücünə tutulmuĢ, lakin müsəlmanlar arasında bölüĢdürülmüĢ 
torpaqlar, eləcə də dinc yolla ələ keçirilmiĢ torpaqlar daxil idi. Vəqf "allahın mülkiyyəti" 
hesab olunduğu üçün adamlar onun üzərində heç bir Ģəxsi hüquqa malik olmur, bu 
mülkiyyətdən ancaq istifadə edə bilirdilər. Bir müddət bütün Azərbaycan da zor gücünə 
("anvatan") tutulduğu üçün vəqf torpağı sayılırdı. Müsəlmanların əlinə dinc yolla keçmiĢ 
torpaqlar da sonralar daimi vəqflərə çevrildi. 
5. İcma torpaqları dövlət torpaqları kateqoriyasına daxil idi; kənd sakinlərinə 
məxsus olan bu torpaqlar otlaqları, örüĢ yerlərini. yanacaq toplanan yerləri, 
qəbiristanlıqları və i. a. əhatə edirdi. 
Erkən Xilafət dövründə kəndli kütlələrinin Azərbaycanda geniĢ yayılmıĢ istismar 
formaları içərisində yardarlıq icarəsi xüsusi yer tuturdu. Torpaq sahiblərini sürətlə 
müflisləĢdirən çoxsaylı vergilər onları məcbur edirdi ki, torpağı xırda hissələrə bölüb, 
müzəraat, musakat və s. adlanan icarə Ģərtlərilə yardarlara versinlər. Torpaqlar 
həmçinin bütöv ərəb qəbilələrinin və ya ərəblərdən olan iri torpaq sahiblərinin və 
dövlət qulluqçularının himayəsinə də verilirdi. Torpaq məhsulun və /7 hissəsinə 
müqabil icarəyə götürülürdü. Torpağın əsil sahibləri məhsulun bir hissəsini hima-
yədarlara verir, əvəzində məmurların təzyiqindən mühafizə olunurdular. Məsələn, 
Marağa sakinləri öz torpaqlarını Mərvan ibn Məhəmmədin himayəsinə vermiĢdilər. 
Azərbaycanın bir çox baĢqa yerlərinin sakinləri də belə etmiĢ, öz kəndlərini və əkin 
sahələrini xoĢ-güc buraya köçürülmüĢ ərəb tayfalarının himayəsinə venniĢdilər. Əl-
Bəlazurinin məlumatına görə "onların (yəni azərbaycanlıların - N. V.) kəndləri ona görə 
həmin ərəblərin himayəsinə keçirdilər ki, [ərəblər] onları müdafiə etsinlər; bu kəndlərin 
sakinləri isə ərəblərin yardarları olurdular". 
Beləliklə, Azərbaycan ərəblər tərəfindən iĢğal edildikdən sonra yerli torpaq 
sahibləri öz müstəqilliklərini tamam əldən verərək. ərəb üsul-idarəsindən asılı 
vəziyyətə düĢdülər. ĠĢğalçı ərəblər tutduqları ölkələrin feodal ağaları ilə tez bir 
zamanda ümumi dil tapsalar da, özlərini onlardan həmiĢə ayırırdılar. 
Əsasən silah gücünə ələ keçirilmiĢ Ģimallı-cənublu Azərbaycanın tabe 
edilmiĢ əhalisi ilə qarĢılıqlı münasibətlər iĢğalçılarla yerli əhali arasında 
bağlanılmıĢ müqavilələrlə tənzimlənirdi. Hər bir belə müqavilə baĢqa Ģərtlərlə 
yanaĢı, birdəfəlik və illik vergilə rin ödənilməsi təəhhüdü haqqında maddəni də 
nəzərdə tutur, yerli əhaliyə məxsus torpaqları onun ixtiyarında saxlayırdı. Zimmi, 
yəni baĢqa dinə mənsub yerli adam statusunu qazanmıĢ bu sahibkarlar müsəlman 
icmasının himayəsində qalır, torpaq vergisi - xəracla yanaĢı, qeyri-müsəlmanların 
verdiyi can vergisi - cizyəni də ödəyirdilər. 
Torpaq vergisini müəyyənləĢdirərkən ərəblər bu və ya digər ərazinin zor 
və ya xoĢluqla alınmasını nəzərə alır, buna müvafiq olaraq tutduqları bütün 
torpaqları dörd kateqoriyaya bölürdülər: 1) müsəlmanların özlərinin diriltdiklə ri 
torpaqlar, 2) mülklərini saxlamaq naminə islamı qəbul etmiĢ sahibkarların 
torpaqları, 3) silah gücü ilə kafirlərdən zorla alın mıĢ torpaqlar; bu torpaqlar 
182  
qənimət kimi onları tutanlar arasında bölünməli idi, 4) haqqında müqavilə 
bağlanılan torpaqlar; belə torpaqlar iki növ olurdu: a) sahibləri tərk etdikləri üçün 
müsəlmanların döyüĢsüz sahib olduqları torpaqlar, b) öz yerlərində qalmıĢ və 
torpaq vergisi ödəmək Ģərti ilə torpaqlarının əllərində saxlanılması barədə 
müsəlmanlarla müqavilə bağlamıĢ sahibkarların torpaqları. 
Arran və Azərbaycanın baĢqa dinə mənsub əhalisi - zimmilər xəzinəyə iki 
cür vergi - cizyə və xərac ödəyirdilər; müsəlman qanunvericiliyinə-Ģəriətə görə 
cizyə hər il ancaq kiĢilərdən, özü də onların sənət və ya ticarətdən əldə etdikləri 
qazancdan asılı olaraq alınırdı; varlılar 48, ortabablar 24 və "öz əllərinin zəhməti 
ilə məĢğul olan yoxsullar" 12 dirhəm ödəyirdilər. Əgər can vergisi - cizyə ancaq 
qeyri-müsəlmanlardan almırdısa, torpaq vergisi - xərac həm müsəlmanlardan, həm 
də baĢqa dinlərə etiqad edənlərdən alınırdı, ancaq qeyri-müsəlmanlar bu vergini 
ikiqat həcmdə ödəyirdilər. Müsəlmanlardan isə sırf islam təəssübkeĢlərinə aid olan 
onda bir - uşr vergisi alınırdı. 
ĠĢğalın ilkin mərhələsində, yəni xəlifə Ömər ibn əl-Xəttabın dövründə, 
Azərbaycan əhalisindən alınan torpaq vergisinin - xəracın məbləği hələ Sasanilər 
tərəfindən müəyyənləĢdirilmiĢ qədərdən yüksək deyildi; ət-Təbərinin yazdığına 
görə, "onlardan Xosrov xəracı alınırdı". Can vergisinin - cizyənin məbləği isə, 
Utba ibn Farkadın Azərbaycan əhalisi ilə bağladığı birinci müqavilənin Ģərtlərinə 
görə, yerli əhalinin təminatından asılı olmalı idi ("onlar cizyəni imkanları daxilində 
ödəyəcəklər"), "qadınlar və uĢaqlar,həmçinin yaĢamaq üçün vəsaiti olmayan xroniki 
xəstələr, dünya malından heç nəyi olmayan zahid lər" cizyədən azad edilirdilər. 
Lakin artıq Muğanın istilası zamanı ərəblər "hər həddi-büluğa çatan" üçün can 
vergisinin qədərini "bir dinar və ya onun dəyərində" təyin edirlər. Az sonra Həbib 
ibn Məsləmənin Tiflis sakinləri ilə bağladığı müqaviləyə görə cizyənin məbləği, "hər 
həyətdən bir dinar" təsdiq edildi. Anili Samuilin məlumatına görə, Əməvilər hər 
həyətdən dörd dirhəm [pul], üç modi1 xəlbirlənmiĢ buğda, atlı üçün bir torba, tükdən 
[hörülmüĢ] ip və bir cüt əlcək" alırdılar. Beləliklə, erkən dövrlərdə əhalidən yığılan 
bacın natural hissəsinun pul hissəsindən üç dəfədən artıq çox idi (o dövrdə bir dinar 
təxminən 15 dirhəmə bərabər idi). 
Lakin müqavilələrdə əhalinin könüllü surətdə müsəlman qoĢunlarına daxil 
olan qisminin müvəqqəti olaraq cizyə ödəməkdən azad edilməsi kimi müstəsna hallar 
da nəzərdə tutulurdu. 643-cü ildə Azərbaycan əhalisi ilə bağlanılmıĢ müqavilədə də 
belə bir maddə var idi: "Onlardan kimsə hər hansı il [müsəlman qoĢununa] əsgəri 
xidmətə qəbul edilsə, ilin cizyəsi onun boynundan götürülür". Köçəri tayfaların 
basqınları təhlükəsi altında olan Dərbənd sərhəd vilayətinin sakinlərinə də belə bir 
imtiyaz verilmiĢdi. Belə ki, sərhəddə xidmət edib, müsəlmanları qoruyan 
dərbəndlilərin bununla öz vergi mükəlləfiyyətlərinin əvəzini çıxdıqları hesab olunurdu. 

Erkən Xilafət dövründə iĢlədilən çəki vahidi muddun (modinin) qəbul edilmiĢ  
Ət-Təbərinin məlumatına görə, müsəlman qoĢunu Sasanilərin Ģimal sərhədlərinin 
mərzbanı ġəhribərəz (ġəhriyar) tərəfindən idarə olunan Bab əl-Əbvab - Dərbənd 
hüdudlarına daxil olduqda, mərzban ərəb sərkərdəsi Əbd ər-Rəhman əl-Bəhilinin 
hüzuruna gəlmiĢ, ondan aman istəmiĢ, cizyədən azad etməyi xahiĢ etmiĢdi: "Mən 
quduz düĢmənə və əsli olmayan qaba xalqlara qarĢı durmuĢam. Qoy bizim sizə 
verəcəyimiz cizyə - köməyimiz və sizin buyuruğunuza əməl etməyimiz olsun. Bizi 
cizyə ilə alçaltmayın, əks təqdirdə onunla öz düĢmənimiz qarĢısında bizi 
zəiflədərsiniz". Bu məsələ barədə xəlifə Ömər ibn əl-Xəttabdan alınmıĢ razılıqdan 
sonra ərəblərlə ġəhribərəz arasında bağlanılmıĢ müqavilənin mətninə belə bir 
maddə əlavə edilir: "Ərminiyənin və əl-Əbvabın həm yerli, həm qərib1 sakinləri, eləcə 
də o həndəvərlərdə [yaĢayan] və onlarla birlikdə [sülh müqaviləsinə] qoĢulanlar 
yürüĢə getməli və qoĢun baĢçısının mühüm hesab etdiyi hər adi və qeyri-adi əmri 
yerinə yetirməlidirlər. Özü də cizyə ancaq səfərbərlik olanda və ancaq çağırıĢa 
qoĢulanların üzərindən götürülür; çünki xalq qoĢununda [xidmət] onların cizyələrinin 
əvəzidir. Bu [çağırıĢdan] azad olub [evdə] qalanların üzərinə isə Azərbaycan əhalisinin 
cizyə sarıdan boynuna düĢən öhdəliklər - [müsəlman azanda] yolun göstərilməsi və 
bir gün bir gecə saxlanılması qoyulur". 
Arran və Azərbaycanın xristian etiqadlı ruhaniləri də o dövrdə belə imtiyaza 
malik idilər. Belə ki, ərəb inzibati orqanları əhalini itaətdə saxlamaq üçün məhz onların 
köməyindən istifadə etmək istəyirdi. 
Vergilərin yığılması ilə adətən vergi məmurlarının xüsusi olaraq bu vəzifəyə 
təyin edilmiĢ müfəttiĢi məĢğul olurdu, lakin Xilafətin ucqarlarında, o cümlədən 
Azərbaycanda da vergi məmurunun iĢini caniĢinin özü yerinə yetirirdi. Məhz buna görə 
ilk caniĢinlər amil adlanırdı (sonralar amil termini ilə ancaq maliyyə agenti vəzifəsinin 
daĢıyıcıları ifadə edilirdi). Müqavilə ilə nəzərdə tutulan vergi yığıldıqdan sonra yerli 
hakimiyyət nümayəndələri tərəfindən Azərbaycanın ərəb caniĢininə, onun vasitəsilə 
Ġraq və ġam xəzinələrinə çatdırılırdı. 
VII yüzilin 90-cı illərinin əvvəllərində dövlətin vergi aparatını qaydaya 
salmaq istəyən xəlifə Əbd əl-Məlik (685-705) vergilərin alınması qaydalarında 
islahatlar edir. Tell Mahrlı Dionisiyin yazdığına görə, "1003 (691-92)-cü ildə Əbd əl-
Məlik [vergilərin alınmasında] dəyiĢiklik etdi. O, bir sıra sərəncamlar verərək, hər bir 
kəsə əmr etdi ki, adının, ata-babasına məxsus təsərrüfatın, üzümlüklərin, zeytun 
ağaclarının, əmlakının, uĢaqlarının və sahib olduğu hər Ģeyin siyahıya düĢməsi üçün öz 
doğma ölkəsinə, doğulduğu kəndə qayıtsın. Can vergisinin və xristianların baĢlarına 
gətirilən bütün pisliklərin özülü onda qoyuldu. O vaxtadək hökmdarlar vergini adamlara 
görə deyil, torpağa görə alırdılar. Bu, ərəblərin həyata keçirdikləri ilk siyahıyaalma 
idi". 
1
ətrafında ticarətlə məĢğul olan ermənilər nəzərdə tutulurdu: "Həmin dağların yamaclarında 
olan ölkədə elə hündür yerlər var ki, ermənilər o yerlərdə qalırlar, çünki onlar onun ətrafında 
yaĢayanlardır, özləri də gəlmədilər". 
184  
BağlanmıĢ müqavilələrə görə, xristian əhalisindən vergi heç bir təzyiqə yol 
verilmədən alınmalı idi. Lakin iĢdə əhalidən vergi yığılması zamanı hədsiz özbaĢınalıqlar 
olurdu. Can vergisi - cizyənin müsəlmanlardan yox, ancaq zimmilərdən alınması 
haqqında Quran göstəriĢi (9, 29) bir çox yerlərdə əməli olaraq tətbiq edilmədi. Nəticədə 
bütün Xilafətdə ərəb hakimiyyət orqanlarının vergi zülmünə qarĢı narazılıq artdı. Belə 
vəziyyət xəlifə II Öməri (717-720) yeni müsəlmanlardan, yəni məvalilərdən can 
vergisi almağı qadağan etməyə vadar etdi; etiraf olundu ki, islamı qəbul etmək yeni 
(neo) müsəlmanın "canını və pulunu xilas edir". Torpaq vergisi-xərac isə əvvəllər 
olduğu kimi, dinindən asılı olmayaraq bütün torpaq sahiblərindən yığılırdı. Lakin II 
Ömərin siyasəti özünə nüfuzlu tərəfdarlar və ardıcıllar tapmadı. Onun xələfi II Yəzidin 
zamanında (720-724) Cənubi Qafqazın xristian əhalisinə qarĢı böyük amansızlıq göstərildi; 
yerli qaynaqların yazdığına görə, II Yəzid bütün ikona və xaçları məhv etmək, Xilafət 
ərazisindəki bütün donuzları qırmaq əmrini vermiĢdi. 
Xəlifə II Ömərin yürütdüyü bütün müsəlmanların bərabərliyi siyasətinə qarĢı 
daha qətiyyətlə çıxıĢ edən xəlifə HiĢamın (724-743) dövründə dövlət vergi aparatı 
təbəələrdən xəlifə xəzinəsini dolduran pul vəsaitini amansızcasına qoparırdı; yerli 
tarixçi Gevondun sözlərinə görə, "o, (yəni xəlifə HiĢam - N.V.) Ömərin səxavətini 
pislədi və onu öz sələflərinin topladığı sərvətləri qanunsuz olaraq xərcləyib dağıtmaqda 
günahlandırdı". Ona görə də, xəlifə HiĢam dövründə, ərəblərin Azərbaycan və Arrandakı 
vergi siyasəti köklü dəyiĢikliyə məruz qaldı; buradakı Əməvi hakimləri cizyəni xəzinəyə 
böyük gəlir gətirən vergilərdən biri kimi fərqləndirməyə baĢladılar. 
725-726-cı ildə xəlifə HiĢamın sərəncamına görə, Azərbaycanda əhali, torpaq, 
mal-qara və hər cür baĢqa əmlakın yeni siyahıyaalınması keçirildi. Bu məqsədlə o, öz 
sərkərdəsi Haris ibn Əmri Arrana göndərdi. Moisey Kalankatlının məlumatına görə, ağır 
vergi qoyulmasına səbəb olan bu yeni siyahıyaalma "adamları, mal-qaranı və bütün 
ölkəni elə köləlik boyunduruğuna saldı ki, sonrakı ildə A rranda dəhĢətli aclıq 
baĢladı". 
Bu siyahıyaalmadan sonra tətbiq edilən yeni vergi sistemi vergi verən əhali ilə 
yanaĢı, rahiblərdən də vergi alınmasını nəzərdə tuturdu. Əhalinin üzərinə sənətkarlığa, 
kəbinə görə yeni əlavə vergilər qoyuldu. Ölkənin cənubunda xəlifə II Ömər zamanı 
ləğv edilmiĢ əvvəlki Sasani vergiləri, "Novruz və Mihrican hədiyyələri" bərpa edildi, 
Belə vergi sistemi təkcə yoxsulları deyil, hətta bir çox əyan və varlıları da səfalətə düçar 
etdi. Bu barədə Gevond aĢkar yazırdı: "O, elə çox fəlakətlərə səbəb oldu ki, hamı ağır 
zülmdən inləyirdi, [lakin bu] dözülməz fəlakətlərdən yaxa qurtarmağa heç bir imkan 
yox idi". 
Təbii ki, bu çətinliklər ilk növbədə təkcə ərəblərə deyil, öz sahibləri olan 
yerli feodallara da vergi ödəyən zimmilərə zərbə vurdu. Lakin vergi verənlərdən alınan 
böyük məbləğlər xəlifə xəzinəsinə bütövlükdə gedib çatmırdı, çünki əyalət əmirləri və 
məmurları onlara tapĢırılan əyaləti özlərinin Ģəxsi varlanma mənbəyi hesab edirdilər. 
Xəlifələr bu özbaĢınalıqların qarĢısını almağa çalıĢır və ara-sıra məmurlara qarĢı xeyli 
sərt tədbirlər həyata keçirirdilər. Ġlk Əməvi xəlifəsi I Müaviyənin dövründə (661-680) 
185  
yaradılmıĢ xüsusi nəzarət orqanı (dər əl-istixrac) əyalət məmurları arasında baĢ verən 
rüĢvətxorluq hallarını aĢkara çıxarmalı idi. Lakin bu tədbir çox da kömək etmirdi. 
Vergi məmurlarının özbaĢınalıqlarının qarĢısını almaq üçün ərəblərin yerinə bu 
vəzifələrə maliyyə iĢlərini yaxĢı bilən yerli feodalları təyin etməyə baĢladılar. Lakin bu 
tədbir də elə bir nəticə vermədi, belə ki, əksəriyyəti islamı yalnız zahirən qəbul etmiĢ 
yeni məmurlar çox keçmədən öz imtiyazlarını qoruyub saxlamaq xatirinə can-baĢla 
qulluq eləməyə baĢladıqları ərəblərdən də pis oldular; onlarla birlikdə özlərinin 
köhnə təbəələri olan əkinçiləri ikiqat istismar a ltına saldılar. 
Əməvilər dövründə Xilafətin Ģimal hüdudlarında istilaçı yürüĢlər hələ də 
davam etdirilirdi. Hər hansı bir vilayəti tutan ərəblər bütün vilayət üzərinə ancaq bac 
qoymaqla kifayətlənirdilər. Xəlifə HiĢamın dövründə Arran hakimi Mərvan ibn 
Məhəmməd Dərbənddən Ģimalda yerləĢən Sərir vilayətini ələ keçirdi. Bağlanılan 
müqaviləyə görə, Sərir hökmdarı xəlifəyə "hər il 1500 oğlan və 500 qız verməyə, əl-
Babın (Dərbəndin) taxıl anbarına 100 min mudd buğda gətirməyə" boyun oldu. 
Tumanın (Sərirdə nahiyə) sakinləri "hər il 150 qız və 50 oğlan verib, anbara 20 min 
mudd buğda" gətirməyə, Zirihgəranın (müasir Köbəçi) hakimi "hər il 50 oğlan verib, 
anbara 10 min mudd buğda gətirməyə" boyun oldular; Sindanın (ġəndanın) hökmdarı 
"sonralar belə öhdəlikdən azad olmaq Ģərtilə birdəfəlik 100 oğlan və qız verməyə və əl-
Babın anbarına ildə 5000 mudd taxıl gətirməyə", Lakzın hökmdarı isə "taxıl anbarına 
ildə 20 min mudd" taxıl verməyə boyun olmuĢdu və s. 
Əməvilərin hakimiyyətinin sonuna yaxın Xilafətin vilayətlərində, xüsusən 
Azərbaycan və Arranda elə bir vəziyyət yaranmıĢdı ki, hər bir hakim mərkəzi hakimiyyət 
qarĢısında, demək olar ki, heç bir hesabat vermədən öz vilayətində istədiyi kimi ağalıq 
edir, əhalini talayıb çapırdı. Vergi zülmünün ağırlığına dözməyən əhali kütləvi surətdə 
kəndləri tərk edir, suluklar adlandırılan torpaqsız kəndlilərə çevrilirdi. Bu kəndlilər 
atılmıĢ kəndli torpaqlarını tədricən öz əllərində cəmləĢdirən iri torpaq sahiblərinin 
yanına muzdurluğa gedirdilər. Azərbaycanda feodalizmin daha da geniĢlənməsinə səbəb 
olan bu proses Əməvilərin buradakı mövqeyinin zəifləməsinə gətirib çıxartdı, çünki 
mütəğəllib adlanan iri feodallar və torpaq sahibləri daha mərkəzi hakimiyyət 
nümayəndələri ilə hesablaĢmır və artıq ilk Abbasilər dövründə Xilafətin silahlı 
qüvvələri tərəfindən dərhal qarĢısı alınan separatizm nümayiĢ etdirməyə baĢlayırdılar. 
VIII əsrin ortalarında hakimiyyətə gəlmiĢ Abbasilər Azərbaycan və Arranın 
vergi verən əhalisinin vəziyyətini heç də yaxĢılaĢdırmadılar. Moisey Kalankatlının 
sözlərilə desək, "Abbasilərin hakimiyyətə gəliĢi ana yurdumuz Albaniya üçün böyük 
fəlakət idi, çünki taciklər (yəni ərəblər - N. V.) öz iyrənc qarətçilikləri ilə alban 
iĢxanlarından paytaxtımız Bərdəni aldılar və öz səltənətlərinin köhnə paytaxtı 
DəməĢqdə olduğu kimi indi də Alban torpağında -Bərdədə iqamətgah qurdular ki, 
torpağın bol nemətlərini sovursunlar". 
Əgər Əməvilər dövründə natura ilə ödənc vergilərin mühüm hissəsini təĢkil 
edirdisə, Abbasilər dövründə vergilərin ancaq bir hissəsi natura ilə ödənildi. Özü də bu 
natura içərisində zinət Ģeyləri və ərəblərdə az tapılan mallar üstünlük təĢkil edirdi. Bu 
186  
sistem ikinci Abbasi xəlifəsi əl-Mənsurun dövründə (754-775) xüsusən geniĢ tətbiq 
edilməyə baĢlamıĢdı. Onun dövründə misahə adlanan xərac əkilib-əkilməməsindən asılı 
olmayaraq torpaq sahəsinə görə pulla, yəni hələ Ömər ibn əl-Xəttabın qoyduğu 
qaydalar üzrə alınırdı. Bu vergi sistemi, əl-Mənsurun dövründə, kəndli kütlələrinin 
mütəĢəkkil qarəti Ģəklini aldı. Gevondun məlumatına görə, əl-Mənsur "zorakılıq və 
sıxıĢdırmaqla hamını əldən salmıĢ, hətta ölülərdən də vergi tələb etməklə əhalini dilənçi 
kökünə çatdırmıĢdı. O, ölkə əhalisini incidərək, elə dəhĢətli vergilər tələb edirdi ki, 
adambaĢına xeyli... gümüĢ düĢürdü... ĠĢxan nəslindən olanlar əjdahanın (yəni, xəlifənin 
- N. V.) ağzını yummaq üçün istər-istəməz bəxĢiĢ olaraq ona at və qatırlar, əla paltarlar, 
qızıl və gümüĢ gətirirdilər". 
Əl-Mənsurun varisi xəlifə əl-Mehdinin dövründə (775-785) vergi verən 
zümrənin vəziyyəti bir qədər yüngülləĢdi. Onun sərəncamına görə xərac alma sistemi 
dəyiĢildi. Misahə xəracı - torpağın sahəsinə görə alınan vergi əvəzinə müqasəmə 
xəracı - məhsula görə alınan vergi qoyuldu; özü də suvarılan torpaqlardan məhsulun 
yarısı, dəliyə və kirbə ilə suvarılan torpaqlardan, məhsulun -i, duləblə1 suvarılan 
torpaqlardan, məhsulun 1/4-i alınırdı. Lakin əl-Mehdinin dövründə meyvə ağaclarına, 
zeytun və üzüm bağlarına xərac qoyuldu. Bu ağır vergi idi və əl-CəhĢiyərinin sözlərinə 
görə, "təbəələrin əzablarını artırmıĢdı". 
Belə vəziyyət əhalinin kəskin narazılığına səbəb oldu və tezliklə Xilafətin 
Qafqaz bölgəsi ancaq xəlifə Harun ər-RəĢidin dövründə (786-809) yatırılması mümkün 
olan üsyanlara büründü. 788-ci ildə o, Yəzid ibn Məzyədi bu ölkələrin hakimi 
vəzifəsindən uzaqlaĢdırdı və əsrin sonunda - Yəzid ibn Məzyədi bu vəzifəyə yenidən 
təyin edənədək burada on beĢdən çox hakim dəyiĢdi. 
VIII əsrin sonuna yaxın Xilafətdə Avropa ölkələrindəki benefisiya sistemini 
xatırladan müqatiə (iltizam) sisteminin geniĢlənməsi kəndlilərin vəziyyətini daha da 
ağırlaĢdırdı. Əsasən, dövlət xəzinəsinin boĢalması üzündən tətbiq edilən bu sistemə görə, 
ayrı-ayrı nahiyə və vilayətlərin vergiləri iltizama verilirdi; bu zaman iltizam məbləğini 
öz üzərinə götürmüĢ Ģəxs, əvəzində həmin yerlərin vergilərini yığırdı. Yüksək 
vəzifəli Ģəxslər, o "cümlədən də ayrı-ayrı vilayətlərin caniĢinləri iltizama 
götürülmüĢ yerlərin həm də maliyyə baĢçısına çevrilən müqatiəçi-iltizamçılar ola 
bilərdilər. Xəlifə əl-Müqtədirin dövründə (909-932) onun vəziri Ġbn əl-Furat 
Azərbaycan və Ərminiyənin caniĢini təyin edilmiĢ Yusif ibn Əbu-s-Sacla bu 
vilayətlərin 120 min dinara Sacilərə iltizama verilməsi haqqında müqavilə bağlamıĢdı. 
Yusif hər il bu məbləği xəlifə xəzinəsinə keçirməli idi. 
Hakimiyyət orqanları iltizamçıların hərəkətlərinə nəzarət etməli və onların 
öhdələrinə götürdükləri xərcləri çəkmələrinə göz qoymalı idilər. Çünki qaydaya görə, 
onlar iltizama götürdükləri yerdə əkin-biçinin qayğısına qalmalı, arxların, körpülərin və s. 
sazlığına fikir verməli, eləcə də ictimai asayiĢə göz qoymalı idilər. Lakin müqatiəçilər 
əllərində olan hakimiyyətdən sui-istifadə edir. vergi verən əhalini əməlli-baĢlı soyub 
Dəliyə və duləb - suvarma çarxı növləri; kirbə (düz girab) - su tuluğu.

187  
talayırdılar. Onların hərəkətləri o qədər ölçüyə sığmaz idi ki, o dövrün məĢhur 
qanunĢünası Əbu Yusif xəlifə Harun ər-RəĢidə onun dövründə xüsusilə geniĢ yayılmıĢ 
iltizam sistemindən ümumiyyətlə imtina etməyi məsləhət görmüĢdü. Onun fikrincə, 
"iltizam məbləğindən xeyli artıq yığmağa can atan iltizamçı buna ancaq öz təbəələri ilə 
rəhmsiz rəftar etmək, onları ağır bədən cəzalarına məruz qoymaq, qızmar günəĢ altında 
saxlamaq, boyunlarından daĢ asmaq, onlara əzab, iĢgəncə vermək yolu ilə nail ola bilər...". 
Xəlifə Harunun hakimiyyət dövni üçün səciyyəvi olan bu amansızlıq, təbii ki, xalq 
kütlələrinin narazılığında və özünün parlaq ifadəsini tezliklə bütün Azərbaycanı bürümüĢ 
xürrəmilər hərəkatında tapan Xilafət əleyhinə üsyanlara gətirib çıxardı. Moisey 
Kalankatlının sözlərinə görə, "o, bizim ölkəmizi çox sıxıĢdırdı". Onun dövründə 
Azərbaycan və Arran sakinlərindən yığılan vergilər çox böyük hədlərə çatdı. Harunun 
qardaĢı, Xilafətin Ģimal vilayətlərinin caniĢini Übeydallah ibn Mehdi (788-791) tərəfindən 
Arran və Ərminiyənin hakimi vəzifəsinə təyin edilmiĢ Süleyman (788-790), "adamların 
üzərinə elə dözülməz vergi yükü qoydu ki, əhali özünün axırıncı var-yoxunu verdikdən 
sonra da onun zülmündən yaxa qurtara bilmədi". 
Beləliklə, göründüyü kimi, Xilafət güclü xərac sistemi üzərində dayanırdı; 
Xilafətin mülkiyyəti sayılan bütün torpaqlar xərac torpaqları idi; bu torpaqlar Bağdaddakı 
mərkəzi xərac divanında, eləcə də vilayət divanlarında qeydə alınır, onların gəliri xəlifə 
xəzinəsinə - beytülmala axırdı. 
Torpaq vergisi - xəracdan və can vergisi cizyədən əlavə aĢağıdakı vergilər 
alınırdı: xüms - mülkiyyətdən və əmlakdan alınan, gəlirin -nə bərabər olan vergi; 
zəkat - yoxsulların xeyrinə varlı müsəlmanların əmlakından tutulan vergi; zəkat əl-fitr - 
orucluğun baĢa çatması münasibəti ilə verilən pay - fitrə; sədəqə - yoxsullara verilən 
ianə; uşr - məhsulun 1/10-nə bərabər vergi. 
Cizyə vergisi qeyri-müsəlmanlardan, zəkat ancaq müsəlmanlardan, qalan 
vergi növləri isə müxtəlif miqdarlarda həm müsəlmanlardan, həm də özgə dinlərə 
etiqad edənlərdən alınırdı. 
Xüms - pul və ya natura Ģəklində dinc yolla ələ keçirilmiĢ əmlakdan, əmək 
haqqından, mədən və dəfinələrdən, kafir və ya zimminin müsəlmandan satın aldığı 
torpaqdan, əsirlər də daxil olmaqla hərbi qənimətlərdən alınırdı. Dəyəri ailənin illik 
xərcindən artıq olan əmlak satın alındıqda və ya müxtəlif peĢə sahiblərinin (tacir, 
sənətkar və s.) gəlirləri illik məxaricdən çox olanda xüms ödənilməli idi. 
Zəkat - ildə bir dəfə alınırdı; bu vergi dənli bitkilər (düyü və lobyadan baĢqa), 
giləmeyvələr, daĢ-qaĢ və ev heyvanları üzərinə qoyulurdu. Buğda və arpadan zəkat 
məhsul yetiĢəndən sonra alınır, üzüm üçün isə qora dövründə müəyyənləĢdirilirdi. 
Zəkat əl-fitr ildə bir dəfə, orucluq ayının baĢa çatması münasibətilə varlı 
müsəlman ailəsinin yetkinlik yaĢına çatmıĢ hər bir üzvünə görə ödənilirdi. Fitrə 
məhsul və ya pulla ödənilə bilərdi. Onun qədəri 3 kq buğdaya, arpaya və ya çəltiyə, 
xurmaya, kiĢmiĢə, qarğıdalıya və baĢqa məhsullara bərabər idi. 
UĢr - hər il əkinçilik, heyvandarlıq, balıqçılıq məhsullarından satıĢ üçün 
nəzərdə tutulan və qiyməti 200 dirhəmdən artıq olan baĢqa məhsullardan natura ilə 
188  
alınan onda bir vergisi idi. 
ġirvanda (Bakıda) bunlardan baĢqa neft və duz mənbələri üzərinə də vergi 
qoyulmuĢdu. Əl-Bəlazurinin məlumatına görə, hələ xəlifə əl-Mənsurun dövründə 
Azərbaycan hakimi Yəzid ibn Üseyd öz adamlarını ġirvanda neft və duz çıxaranların 
yanına göndərmiĢ və onlardan vergi aldırmıĢdı; vergilərin sonrakı yığımını isə o, xüsusi 
adamlara tapĢırmıĢdı. 
Ərəb mənbələri Azərbaycan, Arran və Xilafətin digər vilayətlərindən yığılan 
vergilərin məbləği haqqında yalnız IX əsrdən baĢlayaraq mülahizə yürütməyə imkan 
verir. Belə ki, Xilafətin paytaxtında müxtəlif illərdə baĢ vermiĢ yanğınlar zamanı hər bir 
vilayət üzrə xəzinəyə daxil olan gəlirlərin hesabatları yazılmıĢ sənədlər də məhv 
olmuĢdu. Qudamanın məlumatına görə hicri 204 (819-820)-cü il " xəlifə divanlarında 
hesabatların mövcud olduğu ilk il idi". 
Ġbn Xəldunun elmdə məlum olan və əl-CəhĢiyərinin təqdim etdiyi siyahıya 
əsaslanan vergi siyahısına görə, IX əsrin əvvəllərində Azərbaycan (Cənubi) vilayəti 
xəzinəyə 4 mln dirhəm verirdi; o dövrdə Xilafətin bütün Qafqaz torpaqlarını, o 
cümlədən də keçmiĢ Albaniyanı - Arranı özündə birləĢdirən ərəb Ərminiyə vilayəti isə 
vergini təkcə pulla deyil, həm də natura ilə ödəyirdi: on üç min dirhəm, iyirmi ədəd 
xalça (məhfurə), beĢ yüz səksən ratl parça (rakm), on min ratl duzlanmıĢ Ģahmahı 
balığı, on min ratl tirrix balığı, iki yüz qatır və otuz Ģahin quĢu. 
IX əsrin 20-ci illərində xəzinəyə daxil olan vergilər haqqında məlumat verən 
Qudamanın göstəricilərinə görə, Azərbaycanın xəracı ildə 4,5 mln dirhəmə, Ərminiyəninki 
isə 4 mln dirhəmə bərabər idi.
Bu göstərici əl-Yəqubinin aĢağıdakı məlumatı ilə də təsdiq olunur: 
Azərbaycanın xəracı 4 mln dirhəmdir; bu rəqəm "bir il çox, o biri il isə az olur". 
Lakin sonrakı xəlifə əl-Mütəsimin hakimiyyəti dövründə (833-842) 
Azərbaycandan alınan xərac Ġbn Xordadbehin məlumatına görə, iki dəfə azalmıĢ və 
cəmi 2 mln dirhəm olmuĢdur; Ərminiyənin xəracı isə əvvəlki səviyyədə (4 mln dirhəm) 
qalmıĢdır. ġübhəsiz, ərəb Ərminiyə vilayətinin tərkibinə daxil olan Arranın payı da 2 
mln dirhəmdən çox olmamıĢdır. Xəracın məbləğinin belə azalması ilk növbədə Xilafətdəki 
üsyanlar və bəzi vilayətlərin ondan ayrılması ilə, eləcə də hakimlərin separatizm meylinin 
güclənməsi ilə izah olunur. 
Sonralar bu məbləğ bölgədəki vəziyyətdən asılı olaraq gah azalaraq, 908-909-
cu ildəki kimi ildə 120 min dinara (yəni 1 mln 800 min dirhəmə), gah da artaraq 916-
917-ci ildəki kimi 220 min dinara (yəni 3 mln 300 min dirhəmə) bərabər olmuĢdu. 
Artıq IX əsrin sonu - X əsrin əvvəllərində Azərbaycan vilayətlərindən gələn 
vergilər ölkənin hakimləri olan Sacilərin, sonralar isə Salarilərin və baĢqalarının 
xəzinələrinə gedirdi. 

IX FƏSĠL 

XĠLAFƏTDƏ ƏMƏVĠLƏRƏ VƏ ABBASĠLƏRƏ
QARġI DĠNĠ-SĠYASĠ HƏRƏKAT. AZƏRBAYCANDA
XÜRRƏMĠLƏR - BABƏKĠLƏR HƏRƏKATI 
§ 1. XĠLAFƏTDƏ ƏMƏVĠLƏRƏ QARġI DĠNĠ-SĠYASĠ 
HƏRƏKATIN GÜCLƏNMƏSĠ 

632-ci ildə gələcək varisləri haqqında heç bir vəsiyyət qoymayan Məhəmməd 
peyğəmbər vəfat etdi. Bu qəfil hadisə müsəlman icmasının dini və dünyəvi rəhbərliyinə 
kimin haqqı çatması sualı ətrafında qızğın mübahisələrin yaranmasına səbəb oldu. 
Hakimiyyət uğrunda gedən açıq mübarizə müxtəlif dini-siyasi görüĢlərin 
formalaĢmasına gətirib çıxartdı. VII əsrin ikinci yarısında Əli tərəfdarları siyasi qrupu - 
"Ģiə"nin təĢəkkül tapması, sonralar islamda xüsusi dini-siyasi hərəkatın - Ģiəliyin 
yaranması üçün təkan oldu. Xəlifə Os manın dövründə ilk müsəlmanların köhnə 
düĢmənləri olan Məkkə əyanlarına Məhəmmədin tərəfdarlarına (ənsarlara) nisbətən 
geniĢ imkanlar açılması ələvilərin nüfuzunu daha da artırdı. Əvvəlki imtiyazlarından 
məhrum olmuĢ ənsarlarla yanaĢı, ictimai vəziyyətləri ağırlaĢmıĢ iranlı məvalilər, habelə 
Osmanın mənsub olduğu Əməvilər nəsli ilə köhnə ədavətləri olan ərəb tayfaları da 
ələvilərə qoĢuldular. Lakin müsəlman icmasının heç də bütün üzvləri Əlinin 
hakimiyyəti, eləcə də onun daxili siyasəti ilə razılaĢmırdılar. Bu müqavimət Osman 
öldürüldükdən sonra xəlifə seçilmiĢ Əlinin hakimiyyətinə qarĢı silahlı mübarizə Ģəklini 
aldı. Hərəkatın baĢında Məhəmməd peyğəmbərin arvadı AiĢənin də qoĢulduğu 
varlanmıĢ ənsarlardan Talha və əz-Zubayrın dəstəsi dururdu. 656-cı ildə Bəsrə 
yaxınlığında baĢ verən, tarixə "dəvə" vuruĢması adı ilə (bu ad vuruĢmada iĢtirak edən 
AiĢənin dəvə üzərində qoyulmuĢ kəcavədə oturması ilə əlaqədar verilmiĢdir) daxil olan 
qanlı döyüĢdə bu dəstə darmadağın edildi, baĢçılar (AiĢədən baĢqa) öldürüldülər. 
Əliyə qarĢı mübarizə aparan ikinci cəbhə - Əməvilərdən olan Suriya hakimi 
Əbu Sufyan oğlu Müaviyənin tərəfdarları daha böyük fəallıq göstərirdilər. Mübarizə 
edən tərəflər arasında 657-ci ildə Siffin yanında baĢ verən qanlı döyüĢün nəticəsi Əli 
tərəfdarları arasında təfriqənin, müsəlman dünyasında bir qədər sonra baĢ verəcək 
taleyüklü hadisələrin baĢlanğıcı oldu. Əli tərəfdarlarının nisbi üstünlüyü ilə keçən bu 
vuruĢmada qədim ərəb adəti üzrə "kimin haqq, kimin nahaq" olmasını 
müəyyənləĢdirəcək münsiflər məhkəməsinin olmasına razılıq verən Əlinin hərəkətinə 
qarĢı onun 12 nıin döyüĢçüsü hərbi düĢərgəni tərk edib getmiĢ və beləliklə, " xarici-
lər" (" xaric" - çıxıb gedən) hərəkatının əsası qoyulmuĢdu. 
Əli öldürüldükdən (661) sonra Əməvilərin hakimiyyət baĢına gəlməsi əsas 
dini-siyasi Ģüarı - hakimiyyətin peyğəmbər xanədanına (peyğəmbərin qızı Fatimənin 
və Əlinin övladlarına) qaytarılmasmı daha kəskin Ģəkildə qoydu. Ta qədimdən 

190  
hakimiyyətin nəsildən-nəslə, irsən ötürülməsi prinsipinin həyata keçirildiyi keç miĢ 
Ġran və Mesopotamiya dövlətləri əhalisi, o cümlədən azərbaycanlılar da əvvəllər 
Əməvilərə, sonralar isə Abbasilərə qarĢı yönəldilən bu Ģüara əlbəttə, öz mənafelərini 
də (yəni, yerlərdəki hakimiyyəti ələ keçirməyi) unutmadan haqq qazandırdılar. Heç 
Ģübhəsiz, burada ayrı-ayrı yerlərdə ortaya çıxan lokal xarakterli problemləri də nəzərə 
almamaq olmazdı. Yeni ictimai-siyasi qurumun - Xilafətin yaranması ilə bağlı labüd 
çətinliklərin meydana çıxması, qurtarmaq bilməyən tayfa davaları, vergi zülmündən 
xilas olmağa çalıĢan, lakin Əməvilərin gəliĢindən də yüngüllük hasil etməyən 
zəhmətkeĢ kütlələrin, eləcə də ərəblərəqədərki hakimiyyətləri əllərindən çıxmıĢ yerli 
feodalların mövcud vəziyyətləri - bütün bunlar, VIII əsrin əvvəllərindən baĢlayaraq 
iğtiĢaĢ və çaxnaĢmaların sayını artırdı. Bu iĢdə Əməvilərə qarĢı mübarizədə əsas rol 
oynayan Əli soyu tərəfdarlarının və ilk vaxtlar onların ideyaları ilə çıxıĢ edən və 
peyğəmbərin əmisi Abbasın nəslindən olan Abbasilərin Xilafətin hər tərəfinə, o 
cümlədən Qafqaza göndərdikləri təbliğatçıların fəaliyyətləri xüsusi əhəmiyyət 
daĢıyırdı. Əməvilərə qarĢı aparılan mübarizə prosesində özünü daha fəal və uzaqgörən 
siyasətçi kimi nümayiĢ etdirən Abbas nəsli tədricən bütün təbliğatı əlində cəmləĢdirdi, 
təbliğatın mərkəzini isə Əməvilərin sarayından və qoĢunundan uzaqda yerləĢən, 
siyasi gücünü hələ də əldən verməyən qüdrətli yerli feodal zümrəsinin olduğu 
Xorasana keçirtdi. Beləliklə, VIII əsrin ortalarında Abbasilər hakimiyyəti ələ 
keçirə biləcək yeganə real qüvvəyə çevrildilər. 







§ 2. AZƏRBAYCANDA ƏMƏVĠLƏRƏ QARġI ÇIXIġLAR 

734-741-ci illərdə Qafqaz cəbhəsində xəzərlərə qarĢı döyüĢlərdə 
müvəffəqiyyət qazana bilmiĢ ərəblər, Xilafətin baĢqa bölgələrində, xüsusilə Orta 
Asiya və ġimali Afrikada mərkəzi hakimiyyət əleyhinə yönəlmiĢ çıxıĢların 
qarĢısını almaqda çətinlik çəkirdilər. Hicri tarixlə 126 (743 - 744-cı ildə), xəlifə 
HiĢamdan sonrakı bir il ərzində, Əbdülməlikin üç nəvəsi (II Vəlid, III Yəzid və 
Ġbrahim) xəlifə taxtında biri digərini əvəz etdi. HiĢamın Qafqazda caniĢin olan 
qardaĢı Mərvan, məhz bu dövrdə Asim ibn Abdullah ibn Yəzid əl-Hilalini Bərdədə 
öz yerində qoyub ġama gedir və fəal surətdə hakimiyyət uğrunda mübarizəyə 
qoĢulur. 744-cü ildə o, Əməvilər sülaləsinin son xəlifəsi II Mərvan adı ilə 
fəaliyyətə baĢlayır. Lakin Xilafəti bürümüĢ dini-siyasi hərəkatın qarĢısını almaq 
artıq mümkün deyildi. Ġqtisadi vəziyyətin ağırlaĢması da mövcud Ģəraiti həddən 
artıq gərginləĢdirmiĢdi. 
191 
O dövr ictimai-siyasi tariximizin ən ətraflı Ģərhçilərindən biri olan IX 
yüzilin ərəb tarixçisi əl-Kufinin dili ilə desək, "Mərvan ibn Məhəmməd xəlifə olan 
kimi Azərbaycan və Ərminiyədə iğtiĢaĢlar baĢlandı". 
Ərəb üsuli-idarəsinə qarĢı Azərbaycanda artan hərəkatın baĢında əl-
Kufinin "beyləqanlı" kimi təqdim etdiyi "əl-Qəssab" (qəssab, ətçi) ləqəbli Müsafir 
ibn Kəsir (Küseyr) dururdu. O, hələ Mərvanın öz caniĢinliyi dövründə Dərbəndə 
hakim təyin etdiyi Ġshaq ibn Müslim əl-Uqaylinin köməkçisi idi. Xilafət 
mərkəzində hakimiyyət uğrunda gedən dini-siyasi çəkiĢ mədən öz mənafeləri üçün 
istifadə edən baĢqa yerli feodallar kimi, Müsafir də vergi zülmündən, aramsız 
müharibələrdən zara gəlmiĢ xalqın köməyi ilə hakimiyyəti ələ keçirmək, ərəb 
ağalığından qurtarmaq istəyirdi. 
Yuxarıda qeyd edildiyi kimi, məhz, bu qarıĢıq dövrdə, Abbasi emissarları - 
dailəri (dava- "dəvət" sözündəndir), yerlərdə mərkəzi hakimiyyətə qarĢı geniĢ təbliğat 
aparırdılar. Əməvilərə qarĢı yalnız peyğəmbər nəslinə mənsub olan Abbasilər və 
Ələvilər deyil, eyni zamanda bütün müxalif qüvvələr, o cümlədən "xaricilər" təriqətinə 
mənsub Ģəxslər də çıxıĢ edirdilər. Əl-Kufinin yazdığına görə, Müsafiri və onun 
tərəfdarlarını Xilafətə qarĢı qaldıran da Ġraqda Əməvilərin əleyhinə çıxmıĢ, xaricilər 
təriqətinə mənsub əd-Dəhhak ibn Qeys əĢ-ġeybani (128/745-746-cı ildə öldürülüb) 
olmuĢdu. Özlərini islamın "saflığı" uğrunda mübarizlər kimi qələmə verən, dinin vacib 
göstəriĢlərinin ciddi icrası ilə fərqlənən "xaricilər" ali hakimiyyət məsələsində həm 
xəlifənin yalnız qüreyĢilərdən seçilməsi Ģüarı ilə çıxıĢ edən sünnilərə, həm də 
hakimiyyətin Məhəmməd peyğəmbərin nəslinə irsən keçməsi və imamlığın (Xilafətin) 
dini mahiyyət daĢıması nəzəriyyəsini müdafiə edən Ģiələrə qarĢı çıxırdılar. "Xaricilər" 
dini icmanın-dövlətin baĢçısının qeyd-Ģərtsiz seçki yolu ilə seçilməsini qəbul edir, 
baĢçılığa namizədin mənĢəyinə heç bir əhəmiyyət vermirdilər. Görünür, "xaricilər"in 
məhz belə təlimləri yerlərdə hakimiyyət uğrunda mübarizə aparanları özünə daha çox 
cəlb edirdi. Onların təbliğatı ilə Azərbaycanda mərkəzi hakimiyyətə qarĢı ayağa 
qalxmıĢ beyləqanlı Müsafirin baĢçılığı ilə cərəyan edən hadisələri tarixçi əl-Kufi belə 
təsvir edir: "...həmin Müsafir ibn Kəsir onu dəstəkləyən adamların baĢında çox keç-
mədən Ərdəbilə çatır. Bu zaman burada da xəlifənin hakimiyyətindən cana doymuĢlar 
vardı. Onların sayı getdikcə çoxalırdı. Həmin vaxt Beyləqanda olan [vali] Asim ibn 
Yəzid əl-Hilali bu iĢdən xəbər tutur, qiyamçıların Beyləqan əhalisindən olan iki baĢ -
çısını yanına çağırtdırır. Onlardan birinin adı Aban ibn Maymun, o birininki isə 
Qüteybə ibn Sadaka idi. Vali onların ikisini də tutub, Beyləqan zindanına saldırır. Xəbər 
qiyamçıların baĢçısı, bu zaman Varsanda olan Müsafir ibn Kəsir əl-Qəssaba yetiĢir. 
Gecədən xeyli keçmiĢ o, bir dəstə tərəfdarı ilə Varsandan çıxıb Beyləqana gəlir. Onlar 
nərdivan qoyub, Ģəhər divarlarına çıxırlar. Ġsmət ibn Müslim Beyləqana birinci daxil 
olur. O, qarovul dəstəsinin rəisini tutub, elə divarın üstündəcə baĢını kəsir. Onlar 
Beyləqana girirlər. Əmir Asim ibn Yəzid əl-Hilali Bərdə Ģəhərinə çəkilir... 
Qiyamçılar Qüteybə ibn Sadaka və Aban ibn Maymunu zindandan azad edirlər... 
Beyləqana hər yerdən çoxlu adam axıĢır, tezliklə böyük bir ordu yığılır. Müsafirin 
192  
baĢçılıq etdiyi bu ordu Bərdəni tutmaq məqsədi ilə Beyləqandan çıxıb, çox keçmədən 
Yunana yetiĢir. Əmir Asim ibn Yəzid əl-Hilali bundan xəbər tutub, öz adamlarını 
toplayır və qoĢununu Bərdə qapıları yanında, Tərtər çayı boyunca yerləĢdirir. Müsafir, 
Asim ibn Yəzidin düĢərgəsinə yetiĢir. Qiyamçılar "Allahu əkbər" deyərək, Asimin 
ordusuna hücum çəkir və onu darmadağın edirlər. Bərdə əmiri Asim ibn Yəzidin özü 
və bir çox əsgərləri öldürülür. Asimin oğlu Zəfər qoĢunun qalıqları ilə çox pis halda 
özlərini Bərdəyə çatdırırlar..." 
Asim öldürüldükdən sonra xəlifə Mərvan Dərbənd hakimi Ġshaq ibn Müslim əl-
Uqaylini bütün Ərminiyəyə vali təyin edir. Əl-Kufinin məlumatına görə, o, Ġshaqın 
qardaĢı sərkərdə Əbdül Məlik ibn Müslim əl-Uqaylini isə Müsafirin baĢçılıq etdiyi 
hərəkatı yatırmaq və xəzinəyə çatası xəracı toplamaq məqsədilə Bərdəyə göndərir. 
Növbəti döyüĢ Bərdə ilə Yunan arasında baĢ verir. Əbdül Məlik özü öldürülür. 
QardaĢının yerini tutan Ġshaqla üsyançılar arasında qanlı döyüĢlər isə, qaynağın 
yazdığına görə, "Əbu Müslimin baĢçılığı ilə Xorasanda qara bayraqlılar zühur edənədək 
davam etdi". 
Doğrudan da Əməvilərə qarĢı mübarizə dalğası artıq bütün vilayətləri 
bürümüĢdü. Bu çıxıĢların ən qüdrətlisi 747-ci ildə Mərv vadisində Əbu Müslim 
Xorasaninin baĢçılığı ilə oldu. Üsyan tezliklə Qərbi Ġrandan Ġraq ərazisinə yayıldı. 
Dəclə çayının sağ qolu Böyük Zab çayı üzərində üsyançıların ordusu ilə II Mərvanın 
qoĢunu arasında baĢ verən döyüĢ xəlifə əsgərlərinin məğlubiyyəti ilə nəticələndi. II 
Mərvan bir dəstə yaxın adamları ilə ġama, sonra Fələstinə, oradan da Misirə qaçdı. 
Yeni ordu toplamaq cəhdləri boĢa çıxan Mərvan Məğribə keçmək istərkən öldürüldü. 
Beləliklə, Əməvilər sülaləsinin 90 illik ömrü baĢa çatdı. Xilafətdə hakimiyyət 
Məhəmməd peyğəmbərin əmisi Abbasın nəslinin əlinə keçdi. Ədəbiyyatda 
paytaxtının adı ilə Bağdad Xilafəti də adlandırılan Abbasilər sülaləsinin (750-1258) 
hakimiyyət dövrü baĢlandı. 




§ 3. AZƏRBAYCANDA ABBASĠLƏRƏ QARġI ĠLK 
ÇIXIġLAR 

Cənubi Qafqazın, o cümlədən Azərbaycanın strateji və siyasi əhəmiyyətini 
yaxĢı dərk edən ilk Abbasi xəlifəsi Əbu-l-Abbas (750-754) hakimiyyəti ələ alan
kimi qardaĢı, gələcək xəlifə Əbu Cəfəri Azərbaycan, Ərminiyə və əl-Cəzirənin 
valisi təyin etdi. Yeni vali bütün Cənubi Qafqazı bürümüĢ çıxıĢların qarĢısını 
almaq, xüsusilə bu zaman Azərbaycanın xeyli hissəsini öz hakimiyyətinə tabe edə 
bilmiĢ Müsafir ibn Kəsirin üsyanını yatırtmaq üçün buraya hakim təyin etdiyi 
Məhəmməd ibn Sulu qiyamçıların üzərinə göndərdi. IX yüzil ərəb tarixçilərinin 
yazdıqlarına görə, "Müsafirin və onun tərəfdarlarının müqavimətinə baxmayaraq, 
193  
yüzminlik Xilafət qoĢununun baĢında duran Məhəmməd ibn Sul, nəhayət, üsyanı 
yatıra bilir. Müsafir öldürülür, üsyançıların son sığınacağı olan Sisyandakı Kilab 
qalası alınır. Müsafirin və onun silahdaĢlarının kəsilmiĢ baĢları xəlifə sarayına 
göndərilir". 
Lakin üsyanın yatırılması mövcud ağır vəziyyəti düzəldə bilmədi. 
Yalnız milliyyətcə ərəb olanlara, xüsusilə Ģimal ərəb tayfalarına üstünlük 
verən və onlara arxalanan Əməvilərdən fərqli olaraq hakimiyyətə bilavasitə 
iranlıların köməyi ilə gələn və əsas etibar ilə cənub ərəb tayfalarına dayaqlanan 
Abbasilərin Xilafət taxtına çıxmaları yerlərdəki iğtiĢaĢı daha da artırdı. Ayrı-ayrı 
vilayətlərdə, o cümlədən Azərbaycanda yerli feodalların separatçılıq cəhdləri 
Əməvilərin dayağı olan Ģimal ərəb tayfaları ilə Abbasilərin arxası və təmsilçisi 
olan cənub ərəb tayfaları arasındakı hərc-mərcliyə qarıĢdı. Bu mübarizə Ģimal 
ərəblərinin çox olduğu Arranda özünü xüsusi büruzə verirdi. 
Müsafirin baĢçılığı ilə, ərəb müəlliflərinin həqarətlə "suluk" (səalik) 
"qaçaq-quldur, səfil" adlandırdıqları qiyamçıların çıxıĢı yatırıldıqdan sonra yeni 
ərəb üsuli-idarəsi keçmiĢ sülalənin təəssübkeĢlərini - A zərbaycan ərazisində 
məskunlaĢdıqları uzun illər ərzində az qala yerliləĢ miĢ Ģimal ərəb tayfalarını 
sıxıĢdırmağa baĢladılar. Dövrün mənbələri illər boyu davam edən bu mübarizə 
haqqında yazırdı: "[Abbasilər hakimiyyət baĢına gəldikdən sonra] Varsan 
Əməvilərdən alındı, [Abbasi xəlifəsi] əl-Mənsurun [754-775] qızı Ummu Cəfər 
Zübeydəyə verildi. Marağanın əhalisi Mərvana sığınmalı oldu. Sonra Əməvilərin baĢqa 
mülkləri ilə birlikdə [Abbasi xəlifəsi] Harun ər-RəĢidin qızlarından birinə verildi... 
Mərəndi... əvvəlcə Əbu-1-Bəis, sonra əl-Bəis, ondan sonra isə oğlu Məhəmməd 
möhkəmləndirmiĢdi... Urmiyanı... əl-əzd qəbiləsinin məvlası Sadaqa ibn Əli 
tutmuĢdu... Təbrizdə əvvəl ər-Rəvvad əl-Əzdi, ondan sonra Vacnau ibn ər-Rəvvad 
məskən salmıĢ, buranı abadlaĢdırmıĢ, qala divarları ilə möhkəmləndirmiĢ, 
həmqəbilələrini burada yerləĢdirmiĢdi. Əl-Məyanic və Cilbaya həmdanilərin məskən 
saldıqları yerdi. Bərzə nahiyəsini əl-avdilər tutmuĢdu... Nerizdə... Murr ibn Əmr ət-
Tainin uĢaqları məskən salmıĢ, yaĢamıĢ və buranı abad etdirmiĢdi... Səratda kində 
qəbiləsindən olanlar məskən saldılar...". ÇağdaĢlarının məlumatını yekunlaĢdıran tarixçi 
əl-Yəqubi yazırdı: "Yəməndən olan [cənub] qəbilələri [Ģimallı] nizarilətin yerlərini 
tutdular". 
Lakin Azərbaycanın Ģimal hissəsində olan Bərdə, Qəbələ, Dərbənd və bir çox 
digər yerlərdə yeni sülalənin nümayəndələri düĢ mən kimi qarĢılandılar. Bu müqavimət 
vaxtilə Dərbənd və onun ətraflarında məskunlaĢmıĢ ġamdan, Mosuldan və b. yerlərdən 
gəlmiĢ Ģimal ərəb tayfaları tərəfindən xüsusilə güclü idi, Arranda uzun müddət davam 
edən bu üzücü müqavimət Abbasiləri həmin bölgədə apardıqları yerlibazlıq siyasətini 
dəyiĢdirməyə, bəzi yerlərdə Ģimal ərəb tayfalarının üstünlüyünə dözməyə məcbur etdi. 
Hətta Harun ər-RəĢidin (786-809) hakimiyyətə gəldiyi dövrdən baĢ layaraq bu və ya 
digər ərəb tayfasının aid olduğu qrup məsələsinə (Ģimal və ya cənub qrupuna aid 
olmasına) artıq əhəmiyyət verilmədi. Əl-Yəqubinin məlumatına görə "[Harun] ər-
194  
RəĢid... Yusif ibn RəĢid əs-Suləmini [Arran hakimi] təyin etdi, o isə ölkəyə niza-
rilərdən (yəni Ģimallılardan - N.V.) köçürtdü; buna görə onun hakimliyi dövründə 
[Ģimal ərəblərinin] sayı xeyli artdı. Ondan sonra ər-RəĢid, Yəzid ibn Məzyəd əĢ-
ġeybanini [hakim] təyin etdi. O da hər yerdən bura rəbiiləri köçürtdü, odur ki, indi 
onlar Arranda olan ərəblərin əksəriyyətini təĢkil edirlər. Ondan (Yəziddən) sonra 
Zeyd ibn Xəttab əl-Ədəvinin nəslindən olan Əbu əl-Kəbir ibn Əbd əl-Həmid hakim 
təyin olundu, o da diyar mudar əhlindən bir dəstə ilə oraya yollandı". 
Beləliklə, çox keçmədən Azərbaycanda Ərəbistan yarımadasının hər 
yerindən müxtəlif tayfa və qəbilələrdən olan ərəblər məskunlaĢdı. Öz vətənlərində 
bir-birlərinə qarĢı çox da mehriban olmayan bu tayfalar köhnə ədavətlərini özləri 
ilə yeni məskənləri Azərbaycana da gətirdilər, burada da, indi? özgə torpağı 
üstündə hərc-mərcliklərini davam etdirdilər. Mənbələrin məlumatına görə, bu 
qarĢıdurmaya yalnız Yəzid ibn Məzyəd əĢ -ġeybaninin hakimliyi dövründə son 
qoyuldu. Onun gördüyü tədbirlər nəticəsində "əhali sakitləĢdi, qanun-qayda bərpa 
edildi, nizarilər yəmənilərlə bərabərləĢdirildi". 
Abbasilərin Xilafət taxtına sahib olması islam dünyasında böyük 
dəyiĢikliklərə səbəb oldu. Peyğəmbər nəslinin bu budağının qələbəsi həmin nəslin 
hakimiyyət uğrunda mübarizə aparan digər budağını - Əli tərəfdarlarını onlardan 
tamamilə ayırdı. Bu zamandan etibarən, soy kökləri ilə peyğəmbər xanədanına 
bağlı olan Abbas və Əli oğulları biri digərlərinə düĢmən kəsildilər. Artıq ikinci 
Abbasi xəlifəsi əl-Mənsurun dövründə Əli və Fatimə nəslinin, xüsusilə xəlifəliyə 
namizədliyi irəli sürülmüĢ Həsən tərəfdən olan nümayəndələrini açıq surətdə təqib, 
hətta edam etməyə baĢladılar. Öz hakimiyyətinin qanuniliyini əsaslandırmağa 
çalıĢan yeni sülalə ilə hakimiyyət iddiasında olan müxalif qüvvələr, xüsusilə 
Ələvilər arasında ideoloji mübarizə fəallaĢdı. 755-ci ildə Abbasilər sülaləsini 
hakimiyyətə gətirmiĢ Əbu Müslim Xorasaninin xəlifə əl-Mənsurun əmri ilə qətlə 
yetirilməsi hakim sülalə ilə müxalif qüvvələr arasında yaranmıĢ uçurumu daha da 
dərinləĢdirdi. Əbu Müslimi yalnız dövlət hakimiyyəti nümayəndəsi deyil, eləcə də 
özlərinin müəllimi hesab edən müxtəlif məzhəb baĢçıları Abbasilərə qarĢı çıxdılar. 
Maraqlıdır ki, bu çıxıĢ larda Xilafətin Ģərq vilayətlərinin müsəlman-Ģiə əhalisi ilə 
yanaĢı atəĢpərəst iranlı və azərbaycanlılar da iĢtirak edirdilər. 755-ci ildə NiĢapur 
Ģəhərinin rəisi, müsəlman mənbələrinin gavur (kafir) adlandırdıqları atəĢpərəst 
Sumbatın (Sunbadın) baĢçılığı ilə Xorasandan tutmuĢ Azərbaycanadək geniĢ bir 
ərazidə yayılan üsyanın baĢlanması məhz Əbu Müslimin edamı ilə bağlı oldu. Ət-
Təbərinin məlumatına görə, tez bir zamanda NiĢapuru, Kumisi və Reyi ələ 
keçirmiĢ, "Firuz isbahbed" adını qəbul etmiĢ, Ġbn əl-Əsirin qeydinə əsasən "xarici" 
təriqətlərinə mənsub olmuĢ bu atəĢpərəst, Nizamülmülkün verdiyi xəbərə görə, 
bilavasitə xürrəmdinilərlə bağlı idi. Onun yazdığına görə, hələ Məzdəkin arvadı 
Xürrəmənin vasitəsilə məzdəkiliyi qəbul etmiĢ və adamların xürrəmdinilər adlandırdığı 
"gavurlar" o zamandan bəri öz dinlərini açıq nümayiĢ etdirmək üçün münasib vaxt 
gözləyirdilər. Əbu Müslimin Bağdadda öldürülməsi həmin vaxtın yetiĢdiyini göstərdi. 
195  
Müəllif, Sunbadın baĢçılıq etdiyi üsyançılar arasında Ġmam Hüseynin nəvəsi Zeyd ibn 
Əlinin baĢçılıq etdiyi rafidilərin, digər Ģiə təriqətlərindən müĢəbbihilərin, eləcə də 
məzdəkilərin olduğunu qeyd edir. Əbu Müslimi allahın elçisi adlandıran Sunbad onun 
yenidən Məzdəklə birlikdə qayıdacağını elan edir, Abbasiləri məhv etmək məqsədilə 
yığıĢmıĢ bu müxtəlif etiqadlı adamların qəlbinə yol tapmağa çalıĢır, xürrəmdinilərə 
"Məzdək Ģiə olub, ona görə Ģiələrlə əlbir olun, Əbu Müslimin qanını alın", - deyir. On 
minlik xəlifə qoĢunu özəyi xürrəmdinilərdən olan və cəmi 70 gün davam edən bu 
üsyanı amansızlıqla yatırdı, üsyançıların çoxunu, o cümlədən Sunbadın özünü məhv 
etdi. 
Vergi yükünün ağırlığı, xəzərlərin 763-cü ildə yenidən baĢlanan hücumları 
əhalinin güzəranını daha da pisləĢdirmiĢ, üsyan və çıxıĢların sayını artırmıĢdı. Xəlifə əl-
Mənsurun oğlu əl-Mehdi dövründə (775 - 785) siyasi vəziyyət xeyli gərginləĢdi. 
Vəziyyətin bu həddə yetiĢməsində xəlifənin din sahəsində irəli sürdüyü yeni görüĢ və 
təlimatların rolu da az olmadı. Hakimiyyətin Əli övladlarına (o cümlədən, Əlinin oğlu 
Məhəmməd əl-Hənəfi və nəvəsi Əbu HaĢimə) deyil, peyğəmbərin əmisi əl-Abbasın 
nəslinə keçməsinin qanuniliyini irəli sürən əl-Mehdi, bu addımı ilə Abbasilərin hərbi-
siyasi qələbəsini ideoloji baxımdan möhkəmləndirməyə çalıĢır, bu sülalənin 
ələvilərə qarĢı yönəldilmiĢ siyasətini davam etdirirdi. ġiə qaynaqları əl-Mehdinin "əl-
Abbas [Məhəmmədin] əmisi, onun varisi və ən yaxın qohumu olub, Əbu Bəkr, Ömər, 
Osman, Əli və sonrakı xəlifələr iĢğalçı qəsbkarlardır..." sözlərini xüsusi qeyd edir. 
Bununla əl-Mehdi peyğəmbərdən sonra Abbas nəslinin birbaĢa qanuni varis olduğunu 
sübut etməyə çalıĢırdı. Onun tələbi ilə mövcud "kafir" (zındıq) təriqətlərin siyahısı 
tutuldu, onlara qarĢı "ciddi tədbirlər görüldü", kafirlərin təqibi üçün "sahib əz-zənadiq" 
və ya "arif əz-zənadiq" adlı yeni rəsmi vəzifə təsis edildi. Bütün bu tədbirlərdə 
daha çox siyasi məqsədlər güdən xəlifə əl-Mehdi tərtib edilən "kafir" siyahılarına 
onun hakimiyyəti üçün təhlükə ola biləcək siyasi əleyhdarlarının və onların 
mənsub olduqları dini təriqətlərin adlarını daxil etmiĢdi. 
Xəlifənin bu qərarı ideoloji mübarizənin fəallaĢmasına, hakimiyyət 
uğrunda mübarizənin yeni yollarının aranmasına gətirib çıxartdı. Bunlardan ən 
mühümü 794-cü ildə Beyləqanda baĢ verdi. Üsyanın baĢında Abbasi xəlifələri əl-
Hadinin və Harun ər-RəĢidin dövründə dəfələrlə üsyan etmiĢ, xaricilər təriqətindən 
olan, əl-Kufinin "əĢ-Ģəri" - Ģər (ĢərəĢur adam) adlandırdığı məĢhur qiyamçı Əbu 
Müslim dururdu. 
Beyləqan üsyanının baĢlanması üçün əsas bəhanə vergi zülmündən cana 
doymuĢ qonĢu bərdəlilərin ərəb amili (vergi rəisi) Əbussabbahı öldürmələri oldu. 
Xəlifə üsyançılara qarĢı Ġshaq ibn Müslim əl-Uqaylinin baĢçılığı ilə beĢ minlik 
iraqlı süvari yolladı. Varsan yanında baĢ verən qanlı döyüĢdə Xilafət ordusu 
darmadağın edildi. Bundan sonra xəlifə Harun ər-RəĢidin biri digərinin ardınca 
göndərdiyi daha iki qoĢun məğlubiyyətə uğrayır. Ġlkin uğurlara baxmayaraq Əbu 
Müslim sonrakı əməliyyatlarda müvəffəqiyyət qazana bilmir - Naxçıvanı ələ 
keçirsə də Dəbilin dördaylıq mühasirəsi baĢ tutmur. Sisəcanı (Sisyanı) keçərək, 
196  
Beyləqana qayıdıb, bu Ģəhərdə möhkəmlənən Əbu Müslimə qarĢı otuz minlik 
əsgəri olan üç ordu göndərilir. Yəhya əl-HəraĢi və Yəzid ibn Məzyəd əĢ-
ġeybaninin baĢçılıq etdikləri bu ordular hər tərəfdən Əbu Müslimə hücum edirlər. 
Lakin qaynaqdakı məlumata görə, hücum ərəfəsində Əbu Müslim ölür. Onun 
yerini tutmuĢ beyləqanlı əs-Səkin ibn Musa ibn Hayyan döyüĢdə məğlub edilir, 
onun oğlu Xəlil əsir düĢür. Çox keçmədən Yəzid ibn Məzyədin baĢçılıq etdiyi 
qoĢun üsyançıların son hücumunu da dəf edir. 
VIII yüzilin son illərində Harun ər-RəĢid Azərbaycan və Ərminiyəyə Səid 
ibn Səlm ibn Quteybə əl-Bəhilini vali təyin edir. Səidin ilk tədbirlərindən biri cizyə 
verməkdən imtina edərək, vergi məmurlarının bir hissəsini qıran, qalanını isə 
Ģəhərdən qovlayan dərbəndlilərin qiyamına cavab olaraq, Dərbənd ha kimi Nəcm 
ibn HaĢimi zindana saldırmaq, sonra isə boynunu vurdurmaq oldu. Nəcmin oğlu, 
dərbəndlilərə qahmar çıxan Həyyun bu tədbirlərin müqabilində Səidin 
Dərbənddəki məmuruna qarĢı eyni cəzanı tətbiq edir. Səid qoĢununu üsyan etmiĢ 
Dərbəndə yönəldir. Dərbənd hakiminin oğlu isə Xəzər xaqanını köməyə çağırır. 
Mənbələrin təsdiq etdiyinə görə, bu münasibətlə Arrana hücum etmiĢ xəzərlər, burada 
qaldıqları 70 gün ərzində ölkəni dağıdaraq, yüz min əsirlə geri dönürlər. 






§ 4. ABBASĠLƏRƏ QARġI DĠNĠ-SĠYASĠ 
HƏRƏKATIN GENĠġLƏNMƏSĠ. XÜRRƏMĠLƏR VƏ 
XÜRRƏMDĠNĠLƏR 

Xəlifə əl-Mehdinin dövründən baĢlayaraq, Əli tərəfdarları ilə Abbasilər 
arasında qəti hədd qoyuldu, rəsmi ideologiya olan sünniliyə qarĢı mübarizədə ona 
müxalif olan Ģiə hərəkatı daha da fəallaĢdı, bu hərəkatın zəminində bir çox təriqətlər 
(həsənilər, zeydilər, cəfərilər, ismaililər, ifratçılar və b.) meydana gəldi, Ģiə dini-siyasi 
ehkamlar sistemi formalaĢdı. Ġlk vaxtlar xəlifənin "kafir, zındıq" siyahısına düĢmüĢ 
Əbu Müslim Xorasani tərəfdarları bu mübarizədə daha fəal iĢtirak edirdilər. Orta əsr 
müsəlman ilahiyyatçılarının "ifratçı" ("ğali", cəmdə "ğulat") Ģiələrdən1 hesab etdikləri 
"əbumüslimiyyə" təriqətinin ardıcılları əvvəllər "ravəndilər" adlandırılan Ģiə 
Abbasilərə mənsub olsalar da, Əbu Müslim öldürüldükdən sonra (təqribən 760-cı ildə) 

Müsəlman ilahiyyatçılarının fikrincə, Əli və onun nəslini ilahiləĢdirənlər "ifrat" 
Ģiə təriqətlərinə mənsub idilər; onların təbliğ etdikləri ideyaların araĢdırılması göstərir ki, bu 
ideyalar haqq dini ilə bir araya sığmır və buna görə də Allahın birliyini, Məhəmmədin 
peyğəmbərliyini tanımağı əsas Ģüar edən islamı əslində inkar etmiĢ olur. 

197  
onlardan ayrılaraq müstəqil təriqət təĢkil etmiĢdilər. 
Ortaçağ ərəb alimlərinin (ən-Naubaxti, əl-Bağdadi, əĢ-ġəhrəstani və b.) 
məlumatına görə, bu təriqətin ardıcılları Əbu Müslimin ölümünü inkar edir, onu diri 
sayır, haramı halal bilir, bütün dini borclardan imtina edir, imanı yalnız imamı (yəni Əbu 
Müslimi) tanımaqda görürdülər. Maraqlı burasıdır ki, bəzi müsəlman ilahiyyatçıları (ən-
Naubaxti) ifratçı Ģiə təriqətlərini, o cümlədən "əbu-müslimiyə" ardıcılların ümumi 
"xürrəmdini" adı altında birləĢdirirdilər. Ən-Naubaxti hətta Azərbaycan 
üsyançılarının baĢçısı Babəki və onun xürrəmi silahdaĢlarını da ifratçı Ģiə birliyi kimi 
təqdim etdiyi xürrəmdinilərə aid edirdi. 
Qeyd etməliyik ki, Abbasilərin qələbəsinə gətirib çıxaran 747-750-ci illər Əbu 
Müslim üsyanı müxtəlif dinlərə etiqad edən, lakin eyni məqsədə - Əməvi üsul-idarəsini 
devirməyə xidmət edənləri birləĢdirmiĢdi; üsyançılar arasında müxtəlif Ģiə və sünni 
təriqətlərinə mənsub müsəlmanlar, eləcə də atəĢpərəstlik ideyalarını təbliğ edən 
xürrəmilər, məzdəkilər və baĢqaları da vardı. Bütün bu qüvvələrdən istifadə edən 
Abbasilər hakimiyyətə gəldikdən sonra öz əvvəlki havadarlarından yaxa qurtarmağa 
çalıĢdılar. Yeni sülalə ilə əvvəlkində ciddi bir fərq görməyən, eləcə də heç bir imtiyaz 
qazanmayan sıravi üsyançıların səbir kasası Əbu Müslimin qətli ilə son həddini aĢdı. 
Əməvilərə qarĢı siyrilmiĢ qılıncın ağzı Abbasilərə tərəf çevrildi. Beləliklə, hakim sülalə 
ilə mübarizə səhnəsinə etiqadları ayrı da olsa, məqsədləri yaxın olan təriqətlər atıldılar. 
Elə buna görə də müsəlman müəllifləri ideya baxımından yaxınlaĢmıĢ bu təriqətləri 
sadəcə olaraq bir-birinə qarıĢdırır, onları gah xürrəmi, gah məzdəki adlandırır, bəzi 
hallarda ifrat Ģiə təriqətlərinə aid edirdilər. Mənbələr Abbasilərin dövründə Ġran və b. 
yerlərdə müxtəlif atəĢpərəst - məzdəki təriqətlərinin fəaliyyət göstərdiklərini təsdiq 
edir. Ġbn ən-Nədim (X əsr) xürrəmiləri atəĢpərəst müxəmmirilərə1 -məzdəkilərə və 
babəkilərə ayırır. Əl-Bağdadi də islamaqədərki xürrəmiləri məzdəkilər, islam dövrü 
xürrəmilərini isə xürrəmdinilər adlandıraraq, sonuncuların ümumi adları müxəmmirə 
olan babəkilərə və məzyərilərə ayrıldıqlarını bildirir. 
ƏĢ-ġəhrəstani ifrat Ģiəçi kimi xarakterizə etdiyi, eyni ehkamlara riayət edən 
bu təriqətçilərin Ġsfahanda xürrəmilər və kuzilər, Reydə məzdəkilər və sunbadilər, 
Azərbaycanda bir yerdə dakulilər, baĢqa yerdə müxəmmirilər, Mavarannəhrdə 
mübayyidilər kimi tanındıqlarını bildirir. Ġslam dövrü məzdəkilərinin tarixi ilə xüsusi 
məĢğul olmuĢ Ġ.P.PetruĢevskinin fikrincə, burada söhbət yaxın ideologiyası və sosial 
proqramı olan qohum təriqətlər qrupundan gedir; buna görə də eyni təriqətlərin bəzən 
xürrəmi, bəzən məzdəki hesab edilməsi heç də təəccüb doğurmur. Onun rəyinə 
görə, burada erkən məzdəkilik inamları ilə "ifrat" Ģiə ideyalarının birləĢməsindən 
yaranmıĢ ümumi məzdəki-xürrəmi tipli təriqətlərdən danıĢmaq olar. 
Qeyd edilməlidir ki, xürrəmiləri və xürrəmdiniləri ifrat Ģiə təriqətləri kimi 
qiymətləndirən müsəlman filosofları içərisində bu təriqətlərin ardıcıllarını " ifrat"
Əli ibn əl-Məhəmməd ibn əl-Fəxrinin izahına görə miixəınmir ləqəbinin iki açımı 
var: 1) qırmızı rəngli paltar geyindikləri, 2) öz müxaliflərini uzunqulaq (xəmir) 
adlandırdıqları üçün. 
198  
Ģiə baxıĢlarına çox yaxın olan "batinilər" - is maililər təriqətinə aid edənlər də vardı. 
XI əsrdə yaĢamıĢ məĢhur filosof imam Əbu Hamid əl-Ğəzalı batinilərin səkkiz 
ləqəbləri sırasında is maililər və qarmatla rla yanaĢı, xürrəmiləri, babəkiləri, 
müxəmmiriləri də sadalayır. Elə oradaca batiniliyin mənası da açılır: Quranda və 
hədislərdə bütün aĢkar görünənlərin gizli (batini) mənası var; zahirdə olan yalnız 
simvoldur, gizlində qalan isə həqiqətə iĢarədir; gizlini dərk edənin üzərindən dini 
borclar götürülür. Xürrəmilərin və ya xurrəmdinilərin təlimindən bəhs edən əl-
Ğəzali bu etiqadda olanların da öz üzərlərindən dini qayda-qanunları, borcları 
götürmək cəhdində olduqlarını, Ģəhvət və ləzzətə qapıldıq larını, haram-halal 
bilmədiklərini göstərir. Onun fikrincə belələrinin məqsədi dini qayda-qanunu məhv 
etmək, dinin adın ı batırmaq, dinin əsaslarından uzaqlaĢ maqdır. 
Babək hərəkatının müasiri, ərəb alimi Əbu Hənifə əd-Dinəvəri (895-ci 
ildə vəfat edib) hələ o zamanlar Babəkin əsli və təlimi haqqında müxtəlif rəylər 
olduğunu göstərirdi. 
Həmin rəylərin müqayisəsi belə bir qənaətə gətirir ki, Babəkin baĢçılıq 
etdiyi xürrəmilər-babəkilər öz ideya və əməlləri ilə ifrat Ģiəçilərə və batinilərə 
yaxınlaĢan xürrəmdinilərdən fərqli olaraq əsası məzdəkiliklə bağlı yeni dini görüĢ 
yaratmıĢ, yalnız ərəblərin hakimiyyətlərinə qarĢı deyil, onların təbliğ etdikləri və o 
dövrdə Azərbaycanda hələ tam mənimsənilməyən ideologiyalarına qarĢı da 
çıxmıĢdılar. 
Dövrün qaynaqlarından gətirilən aĢağıdakı faktlar "irançılığın" dirçəlməyə 
baĢladığı bu dövrdə öz müsəlman Həsən adını bəlkə də ilk Sasani hökmdarı 
ƏrdəĢirin atası mobed Papakın adı ilə əvəz etmiĢ Babəkin baĢçılıq etdiyi 
xürrəmilər hərəkatının ideoloji baxımdan dövrün bütün Ģiəçilik hərəkatlarından 
fərqləndiyini göstərir: 1. MəĢhur ərəb alimi Ġbn ən-Nədim (X əsr) yazırdı ki, 
xürrəmilər mənĢələrinə görə məcusdurlar (yəni atəĢpərəstdirlər); onun dediyinə 
görə, Babək iddia edirdi ki, o, Allahdır. Yenə də onun yazdığına görə, ruhunun Babəkin 
bədəninə keçəcəyini vəsiyyət edən Cavidan öz ardıcıllarına belə deyirdi: "Babək sizin 
üçün elə iĢlər görəcək ki, ondan əvvəl heç kəs onu görməyib və ondan sonra da 
görməyəcək. O, torpaqlar ələ keçirəcək, zalımları məhv edəcək, məzdəkiliyi 
dirçəldəcəkdir". 2. Orta əsr ərəb alimi Əbu Mənsur əl-Bağdadinin yazdığına görə, 
"babəkilər öz dinlərinin meydana gəlməsini ġirvin adlı əmirə isnad verirlər ki, o da 
islamdan əvvəl olmuĢdur... Onlar iddia edirlər ki, Məhəmməd və digər 
peyğəmbərlərə nisbətən ġirvin daha ləyaqətli idi. Onlar dağda müsəlmanlar üçün 
məscid tikmiĢlər, öz uĢaqlarına Quranı öyrədir, lakin gizlicə namaz qılmır, oruc tutmur, 
kafirlərə qarĢı cihadı məcburi bilmirlər.... Məzyərin ardıcılları ... zahirdə islama 
pərəstiĢ edir, batində isə onu istəmədiklərini gizləyirlər". Batinilərin dini təbliğinin ilk 
dəfə xəlifə əl-Məmunun dövründə meydana çıxdığını göstərən bu tarixçi də 
"məzdəkilərin dini təlimini qəbul etmiĢ xürrəmilərin... batinilərlə əlbir olduğunu" qeyd 
edir. 3. Xürrəmdinilərlə batinilərin əlaqəsindən bəhs edən Nizamülmülk yazırdı: 
"Xürrəmdinilər və batinilər bir-birlərinə yaxındırlar, nə yolla olursa - olsun, islamı yox 
199  
etmək istəyirlər. Bu azmıĢlar adamları tora salmaq məqsədilə zahirən peyğəmbər ə. s. 
nəslinə sevgilərini göstərirlər, güc toplayıb adamları ələ aldıqdan sonra isə Ģəriəti 
məhv etməyə çalıĢırlar. Onlar peyğəmbər nəslinin düĢmənləridir, heç kəsə ürəkləri 
yanmır, kafirlər arasında onlar qədər zalımı yoxdur. Bir-birlərinə isə əl tuturlar". 4. Öz 
əsərində Babəkin Bizans imperatoru Feofilə olan məktubunun surətini verən ərəb 
tarixçisi ət-Təbəri yazırdı: "Mən (yəni Babək - N. V.) həqiqətdə xristian oğluyam və 
gizlicə xristianlığa sitayiĢ edirəm. Mən bütün tərəfdarlarımı məcbur edəcəyəm ki, 
xristianlığı qəbul etsinlər. Lakin onlara demək olmaz ki, bu saat bu dini qəbul edin, 
çünki mən bilirəm, onlar rədd edərlər. Mənim indiki dinim onların xoĢuna gəlir, çünki 
bu din onları islam dinindən ayırır. Mən ərəblərə qələbə çalandan sonra onların 
hamısı, hətta xəlifə də mənim dinimi qəbul edəcək və göstərəcəyim yol ilə gedəcəklər. 
Məhz o zaman onları xristianlığa dəvət edəcəyik, onlar da xristian olacaqlar". 5. Əbu 
Tahir əl-Məqdisi "Babək üzərində qələbəni ən böyük bir qələbə" hesab edir, "onun əsir 
alındığı günü müsəlmanların bayram günü" sayır və beləliklə də "kafir" Babəki və 
xürrəmiləri müsəlmanlardan ayırır. 6. Eyni fikir Nizamülmülkdə də öz əksini 
tapmıĢdır: "Əl-Mütəsimin üç qələbəsi oldu; hər üçü islamı Ģöhrətləndirirdi: birinci 
qələbə - Rum üzərində, ikinci qələbə - Babək üzərində, üçüncü qələbə 
Təbəristandan olan Məzyər Gavur üzərində oldu. Bu qələbələrdən biri belə baĢ tut-
masaydı, islam - məhv olardı". 
Orta əsr müəllifləri " xürrəm" termininin mənĢəyini izah etməyə cəhd 
göstərmiĢlər. Hələ əl-Məsudi, Yaqut və b. bu adı Ərdəbil yaxınlığında yerləĢən 
Xürrəm kəndi ilə əlaqələndirirdilər. Digər müəlliflər ( məsələn, əs -Səmani) belə 
hesab edirdilər ki, xürrəm adı həmin adamlara halal-haram bilmədikləri, Ģərab 
içməyi, qadınlarla əylənməyi xoĢladıqları, ümumiyyətlə fayda və ləzzət verən hər 
Ģeyi xeyirxah əməl hesab etdikləri üçün verilib. "Xür-rəm"in ərəb sözü olmadığını 
qeyd edən Əbu-1-Fərəc Ġbn əl-Cavzi, onun insanın zövqünü oxĢayan xoĢagələn və 
maraqlı Ģeyləri ifadə etmək üçün iĢlədildiyini bildirir. Onun açımına görə bu söz 
insanın hər hansı bir ləzzətə, ehtirasa meyilli olduğunu, cəmiyyətdəki əxlaq 
normalarına biganəliyini, dini qanunları tamamilə pozduğunu göstərir. Ġbn əl-Əsir 
isə xürrəmi adının onlara "anaları, bacıları və qızları ilə arvadları kimi yaĢadıqları 
üçün" verildiyini iddia edir. 
Onu da qeyd edək ki, bu cür haqsız baxıĢlar xürrəmiləri baĢdan-baĢa 
günah iĢlətməkdə və əxlaqsızlıqda ittiham edən bəzi müasir tədqiqatçılar (G.Vayl, 
Y.Manandyan, G.Flügel, V.Myur, Ġ.Velhauzen və b.) tərəfindən də 
dəstəklənmiĢdir. "Xürrəm" sözünün heç bir əsas olmadan yalnız zahiri mənasına 
görə (farsca "Ģad, xürrəm" ) yozan araĢdırıcılar həmin sözün tarixi və etimoloji 
köklərinə varmamıĢlar. Bir sıra tədqiqatçılar isə (məsələn, Həsən Ġbrahim Həsən) 
xəlifə və onun ətrafının mənəvi saflığını və qüsursuzluğunu nümayiĢ etdirmək, 
tarix qarĢısında onlara bəraət qazandırmaq üçün Xilafətin bütün əleyhdarlarına, o 
cümlədən Babəkə və xürrəmilərə qara yaxır, belələrini pozğunluqda və əyyaĢlıqda 
ittiham edirdilər. Azərbaycanda Xürrəmilər hərəkatının son araĢdırıcılarından olan 
200  
Ziya Bünyadov bu sözü qədim fars dilindəki " xur, xvar" - "od, günəĢ" anlayıĢı ilə 
əlaqələndirir. Onu da deməliyik ki, Sasani Ģahlarının qızıl, gümüĢ və b. qiymətli 
metal və daĢlarla bəzənmiĢ taxt-taclarından "yayılan" "mistik, anlaĢılmaz qüvvə" 
də "xvarna" (ərəb dilində müqabili "bərəkə"dir) adlanırdı. Qədim hind-iranlıların 
tapındıqları, əvvəllər müahidə, sonralar isə haqqın tərəfində döyüĢən müharibə allahı 
Mitranın ətrafında qruplaĢan "mücərrəd" allahlardan biri sayılan Xvarna (Xvarena) 
"hökmdarlara, qəhrəmanlara, peyğəmbərlərə xas olan, haqq danılanda əldən çıxan 
keyfiyyəti - ilahi neməti və Ģöhrəti təcəssüm edirdi". "Avesta"dakı məlumata görə, 
ZərdüĢt özündən sonra mömin bir Ģəxsin ("SaoĢyant‖ - hərfən "xeyir, yaxĢılıq gətirəcək 
adam") gələcəyini, onun insanları Ģər qüvvələrə qarĢı son döyüĢə aparacağını təlim 
edirdi. Həmin Ģəxsi ilahi nemət -xvarena müĢayiət edəcəkdi. Sasanilərin dövründə 
"Ġranın dövlət Ģöhrəti, hökmdar Ģöhrəti və qüdrəti" mənasını alan "xvarena" Ġran 
xalqları üçün rəmzə, özünəməxsus əlamətə çevrilmiĢ, "ĢahənĢah hakimiyyətinin 
sabitliyinin simvolu" olmuĢdu. Maraqlıdır ki, bu termin " xürrə" Ģəklində sonrakı fəlsəfi 
ədəbiyyatda "Avesta"dan götürülmüĢ "mənəvi iĢıq" mənasında baĢa düĢülmüĢdür. 
ĠĢraqilik fəlsəfəsi nümayəndələrindən biri yazır: "ZərdüĢtün dediyi kimi, xürrə 
Allahtaalanın mahiyyətindən çıxmıĢ iĢıqdır". 
Xürrəmiliyin ümumi məzmununa və "Avesta"dakı xihrə (xüaranah) termininə 
istinadən demək olar ki, Babək hərəkatının ideologiyası ilə "xünə" anlayıĢı arasında 
bir bağlılıq vardır: xürrəyə-kölgə (qaranlıq) ilə müĢayiət olunan ilk mücərrəd iĢığa 
tapınma dualist dünya görüĢündən irəli gəlir. Sonralar meydana çıxmıĢ iĢraqilik 
fəlsəfəsindən fərqli olaraq xürrəmilikdə iĢıqla qaranlıq arasında mövcud ziddiyyət 
xeyirlə Ģərin mübarizəsində özünü göstərir. Onların sosial təlimi iĢığın qüdrəti ilə 
yerdə ədalətli cəmiyyət yaratmağın mümkünlüyünə əsaslanırdı. 
Həm məzdəki, həm də xürrəmi hərəkatları hakim siniflərin və Xilafətin 
əleyhinə yönəldilmiĢdi. Xürrəmilərin icması, görünür, daxildəki qayda-qanun 
məsələlərini həll edən imamlar, eləcə də icmadan icmaya gedərək təbliğat aparan, 
icma üzvlərinə təlimin baĢlıca müddəalarını öyrədən təbliğatçı - mələklər tərəfindən 
idarə olunurdu. Xürrəmilər hülul (Tanrının insanda həll olması, təcəssüm etməsi) və 
tənasüx (ruhun ölməyib bir bədəndən baĢqasına keçməsi) təlimlərindən çıxıĢ 
edirdilər. 
Xürrəmilərin sosial bərabərlik ideyasını irəli sürmələri, torpaq və əmlak 
üzərində xüsusi mülkiyyəti qeyd etmələri orta əsrlər mühitində mühüm ictimai 
hadisə idi. 








201 
§ 5. XÜRRƏMĠLƏRĠN ĠLK ÇIXIġLARl 

755-ci ildə baĢ verən və sözsüz ki, xürrəmdinilərin də iĢtirak etdikləri 
Sunbad üsyanı nəzərə alınmazsa, mənbələrdə "əl-müxəmmirə" - "qırmızı 
geyinmiĢlər" adı ilə məĢhur olan xürrəmilərin ilk məlum çıxıĢ ı 162/778 -ci ilə aid 
edilir. 
Üsyanın baĢında "Əbd əl-Qəhhar adlı birisinin" durduğu haqqında xəbər 
verən ət-Təbəridən fərqli olaraq Nizamülmülk üsyan baĢçısının Əbu M üslimin 
oğlu Əbu əl-Qərra olduğunu, üsyançıların "[Ə]Bu Müslim sağdır. Məmləkəti 
tutaq!" Ģüarı ilə çıxıĢ etdiklərini dəqiqləĢ dirir. Onu da qeyd edək ki, Nizamülmülk 
üsyançıları "qırmızı geyinmiĢlər" əvəzinə, " xürrəmdinilərlə birləĢmiĢ" "qırmızı 
bayraq (sorxələm) batinilər" adlandırır. Müvəffəqiyyətsizliyə uğrayan bu üsyandan 
keçən az qala iyirmi illik nisbi sükutdan sonra mənbələr "qırmızı geyinmiĢlər" in 
180/796-797-ci ildə baĢ verən yeni çıxıĢı haqqında xəbər verir. Ət-Təbəriyə görə, 
həmin il Curcanda "zındıq" Əmr ibn Məhəmməd əl-Əmrakinin baĢçılığı ilə baĢ 
vermiĢ üsyan da müvəffəqiyyətsizliklə nəticələnmiĢ, xəlifə Harun ər -RəĢidin əmri 
ilə üsyan baĢçısı öldürülmüĢdü. 181/797-798-ci il hadisələrindən bəhs edən ət-
Təbəri həmin il "qırmızı geyinmiĢlər"in Curcanı tutmaları haqqında məlumat verir. 
Xürrəmilərin yeni çıxıĢını ət-Təbəri 192/808-809-cu ilə aid edir. 
Nizamülmülk üsyanın "Harun ər-RəĢidin Xorasanda olduğu vaxta" təsadüf etdiyini 
qeyd edir. Bu dəfə Ġsfahan, Rey, Həmədan və b. yerləri əhatə edən üsyan, ət -
Təbərinin məlumatına görə, Azərbaycanda baĢlanmıĢ, hər yerdən gələn yüz 
mindən artıq adam üsyana qoĢulmuĢdu. Lakin Abbasi üsuli-idarəsinə qarĢı 
yönəldilmiĢ bu çıxıĢ da uğursuzluqla nəticələnmiĢ, "saysız adam öldürülmüĢ", 
çoxlu əsir tutularaq, Harunun Karmisindəki qərargahına gətirilmiĢ, onların bir 
hissəsi məhv edilmiĢ, qalanları isə Bağdad bazarında satılmıĢdılar. 
Bu hadisədən sonra xürrəmilərin Xilafətə qarĢı çıxıĢları ara verdi. 
Mənbələrdən məlum olur ki, xürrəmilərin rəhbərləri olan Cavidan və Əbu Ġmran bu 
zaman ədavətə baĢlamıĢ, aralarındakı münasibətləri aydınlaĢdırmaqla məĢğul 
olmuĢdular. BaĢçılar arasında günü-gündən artan bu çəkiĢmə onları, habelə onların 
ardıcıllarını Xilafətə qarĢı mübarizədən yayındırırdı. 816-cı ilə qədər xürrəmilər 
mərkəzi hakimiyyəti yalnız adda-budda çıxıĢlarla narahat edirdilər. 816-cı ildə 
Cavidan və Əbu Ġmran açıq döyüĢdə bir-birini öldürdülər: Əbu Ġmran döyüĢ 
meydanında, Cavidan isə aldığı ağır yaradan üç gün sonra həlak oldu. Cavidanın 
ölümündən sonra xürrəmilərə rəhbərlik etməyə baĢlayan Babək hərəkatın 
məcrasını tamamilə Xilafətə qarĢı yönəltdi. Cavidanın, Miməz rustaqının Bilalabad 
kəndindən gətirdiyi Babək, sağlığında onun ən yaxın silahdaĢı idi. Mənbələrdən 
aydın olur ki, Babəkin xürrəmilərin baĢçısına çevrilməsində Cavidanın həyat 
yoldaĢı az rol oynamamıĢdı. Ərinin ölümündən sonra o, Cavidanın bütün 
tərəfdarlarına bildirmiĢdi ki, xürrəmilərə rəhbərliyi Cavidan özü Babəkə vəsiyyət 
edərək demiĢdi: "Mən bu gecə öləcəyəm. Mənim ruhum bədənimdən ayrılıb Babə-
202  
kin bədəninə keçəcək və onun ruhu ilə birləĢəcək. Onu öz yerimə, mənim 
ardıcıllarımın rəhbəri təyin edirəm". 
Bu hadisədən sonra Ərdəbildən Ģimal-qərbdə, dağlıq Qaradağ vilayətində 
yerləĢən və xürrəmi-cavidanilərin mərkəzi olan Bəzz Ģəhər-qalası babəkilərin 
istinadgahına çevrildi. 
Dövrün bütün çıxıĢları kimi, dini zəmində təĢəkkül tapan bu mübarizə 
siyasi mahiyyət kəsb edərək, tədricən ərəb əsarətinə, feodal istismarına, eləcə də 
islamın əsaslarına qarĢı yönəldilmiĢ ümumxalq hərəkatına, sözün əsil mənasında 
müharibəyə çevrildi. Onun əsas hərəkətverici qüvvəsi əldə etdikləri məhsulların 
təqribən yarısını vergi Ģəklində ərəblərə verən kəndlilə rdən ibarət olsa da, Ģəhər 
yoxsulları, sənətkarlar, habelə Xilafətdən narazı olan bəzi yerli feodallar da bu 
mübarizəyə qoĢuldular. 
Xilafət mərkəzində hakimiyyət uğrunda əl-Əmin və əl-Məmun qardaĢları 
arasında gedən mübarizədən yaranmıĢ mürəkkəb Ģərait Babəkə vəziyyətdən 
istifadə etməyə, Abbasilərdən narazı əhalini ərəb üsuli-idarəsinə qarĢı qaldırmağa 
kömək etdi.










§ 6. BABƏKĠN BAġÇILIĞI ALTINDA XALQ AZADLIQ 
MÜHARĠBƏSĠ 

Xürrəmilər icmasına rəhbərliyi qəbul etmiĢ Babək Cavidanın vəsiyyəti 
adlandırdığı müqəddəs vəzifəni elan etdi: xürrəmilər Babəkin rəhbərliyi altında 
"torpağa sahib olmalı, zalımları məhv etməli və məzdəkiliyi dirçəltməli" idilər. 
Təyin edilmiĢ vaxtda çıxıĢ iĢarəsi alan xürrəmilər Bəzz qalasına yaxın 
olan kəndlərdə ərəblərə və onların tərəfdarlarına hücum edib, hamısını qırdılar. 
Tədricən üsyan Bəzzin hüdudlarını aĢaraq, ətraf nahiyə və kəndlərə keçdi. 
Üsyançılar oralarda olan ərəbləri də məhv etdilər. 
Beləliklə məzdəkiliyin zəminində təĢəkkül tapmıĢ xürrəmi ideologiyası 
Babəkin baĢçılığı ilə yeni siyasi rəng alır. X yüzilin ərəb tarixçisi Ġbn ən-Nədim 
yazırdı ki, Babəkə qədər xürrəmilərin əqidəsində qətlə, əzaba və müharibələrə yer 
yox idi. Babək üsyanın baĢına keçdikdən sonra, xürrəmi icmasında qarĢıya qoyulan 
məqsədə uyğun olaraq dəyiĢikliklər baĢ verdi. 
Azərbaycanın və Arranın bütün guĢələrindən ərəblərdən narazı kəndlilər 
203  
Babəkin yanına axıĢ mağa baĢladılar. Qaynağın məlumatına görə, "Babəkin 
qoĢunlarının sayı o dərəcədə artdı ki, piyadalar istisna olunmaqla yalnız süvarilər 
20 min nəfərə çatdı". 
Çox keçmədən Azərbaycanın cənub torpaqlarının çoxunu ərəblərdən 
təmizləyən üsyan dalğası qonĢu vilayətlərə də yayılaraq, azadlıq müharibəsi Ģəklini 
aldı. Ġlk növbədə Beyləqan əhalisi üsyançılara qoĢuldu. Bu yerlərə Babəkin 
adamları göndərildi. Azadlıq müharibəsinin alovları Cibələ, Xorasana, ġimal 
caniĢinliyinin digər vilayətlərinə yayıldı. Daha sonra üsyan "müxəmmirə dininə 
etiqad edən" Məzyərin ardıcıllarının fəaliyyət göstərdikləri Curcan və Təbəristanı 
da əhatə etdi. Deyləm vilayəti əhalisinin əksəriyyəti və "dağlıq yerlərdə yaĢayan 
kürdlər" də babəkilərə qoĢuldular. Ərəb tarixçisi Əbu Mənsur əl-Bağdadinin
məlumatına görə, yalnız Azərbaycanda və Deyləmdə Babək tərəfdarlarının sayı 
300 min nəfər idi. 
Ərəblərə qarĢı mübarizədə məzlum kəndlilər, eləcə də bir sıra 
mülkədarlarla yanaĢı, Xilafətin bəzi tanınmıĢ xadimləri və əmirləri də Babəkə 
müttəfiqlik edirdilər. Bunlardan Babəklə məktublaĢan Təbəristan hakimi Məzyər, 
xürrəmilərin yardımından istifadə edən əmir Minkicəvr əl-Fərqani, Mərənd hakimi
Ġsma əl-Kürdi və baĢqa kürd əmirləri siyasi məqsədlər naminə hərəkata 
qoĢulmuĢdular. Bu məqsədlə Babəkə müraciət edənlər arasında ərəblərin Cənubi 
Qafqazdakı hakimi, Xilafətdən ayrılmağa cəhd edən Xatim ibn Hərsəmə (815 -818)
də vardı. Dövrün tarixçisi əl-Yəqubinin yazdığına görə, o, Babək və xürrəmilərə 
məktub yollayıb, onları inandırmağa çalıĢdı ki, burada (yəni Arranda) 
"müsəlmanların öhdəsindən asanlıqla gəlmək olar. Bu, Babək və xürrəmilərin 
hərəkətinə, Babəkin Azərbaycan vilayətində qələbəsinə səbəb oldu". Sonralar ərəb 
sərkərdəsi əl-A fĢin də Babəklə əlbirlikdə ittiham edilirdi. 
Hadisələrin bu gediĢi xəlifə əl-Məmunu 819-cu ildə Yəhya ibn Müəz ibn 
Müslim baĢda olmaqla, Xilafətin ilk nizami ordusunu Babəkə qarĢı göndərməyə 
məcbur etdi. Ərəblərlə xürrəmilər arasındakı döyüĢlər gah bu, gah da digər tərəfin 
üstünlüyü ilə baĢa çatırdı. 
820-ci ildə xəlifə, Ġsa ibn Məhəmməd ibn Əbu Xalidi A zərbaycanın və 
Ərminiyənin hakimi, habelə Qafqazdakı ərəb qoĢunlarının sərkərdəsi təyin etdi. 
Lakin 821-ci ildə baĢ vermiĢ elə ilk döyüĢdə o, basılaraq qaçmağa məcbur oldu. 
Elə həmin il Arranın ərəb üsuli-idarəsi tərəfindən sıxıĢdırılan yerli 
hakimləri Babəkdən yardım istədilər. Xürrəmilərin böyük uğurları bu hakimlərin 
separatizmini gücləndirmiĢdi. Babəkə qarĢı mübarizədə Xilafətin uğursuzluğu 
Arran və Ermənistanda yurd salmıĢ "mütəğəllib" adlandırılan ərəblərin ("qalib 
gəlmiĢ" mənasını daĢıyan ərəb sözüdür) mərkəzi hakimiyyətə qarĢı çıxıĢlarına 
səbəb oldu. Xürrəmilərin ələ keçirdiyi geniĢ torpaqlarla Xilafət ərazisindən u zaq 
düĢmüĢ mütəğəlliblər də separatçılıq nümayiĢ etdirməyə baĢ ladılar. Onların 
arasında görünür, ərəb mənĢəli Cəhhafilər nəslindən olan, yerli qaynaqlarda 
avaranşan ("quldur") ləqəbilə qeyd edilən Savada ibn Əbdülhəmid əl -Cəhhaf 
204  
xüsusilə fərqlənirdi. 821-ci ildə o, qarıĢıqlıqdan istifadə edərək vilayətin yerli 
hakimlərinə qarĢı çıxıĢ etdi; sonra isə, Moisey Kalankatlının məlumatına görə, 
"bütün ölkəni qarət edərək, Sünikə qayıtdı və Toquk vilayətinin ġalatu kəndindəki 
qalada möhkəmləndi". Sünik hakimi Vasaq kömək üçün Babəkə müraciət etdi, o 
da Savadanı Sünikdən qovdu. Həmin il Vasaq vəfat etdi, Babək isə onun qızı ilə 
evləndi. Bu zamandan etibarən Sünik, Beyləqan, Arsax və Uti əraziləri xürrə-
milərə tabe oldular. 
824-cü ildə Əhməd ibn Cüneyd əl-Əskafinin baĢçılıq etdiyi hərbi dəstə 
ərəblərin yeni təyin olunmuĢ sərkərdəsi Zureyq ibn Əli ibn Sadağa əl-Əzdinin 
köməyinə göndərildi. Lakin Babək Əhməd əl-Əskafini əsir aldı, Zureyqin ordusu 
isə xürrəmilərə müqavimət göstərə bilmədi. Onda xəlifə, Zureyqin yerinə 
Məhəmməd ibn Humayd ət-Tusini təyin etdi. Bu qərarla razılaĢmayan Zureyq yeni 
hakimə qarĢı çıxdı. Buna görə də Məhəmməd ət-Tusi əvvəl Zureyqi və onun 
tərəfdarlarını ram etməli və yalnız bundan sonra Babəkə qarĢı müharibəyə hazırlıq 
görməli oldu. Ət-Tusinin qoĢunları iki il xürrəmilərə qarĢı müvəffəqiyyətlə döyüĢdülər. 
Bu uğura Arranda baĢ verən hadisələr də Ģərait yaratdı. 
Onu da qeyd etməliyik ki, hələ 821-ci ildə Arsaxdakı monastırların birində 
Mihranilər sülaləsinin son nümayəndəsi III Varaz Tiridat və onun azyaĢlı oğlu 
Stepannos yerli qaynağın sünikli Nerseh adlandırdığı knyaz tərəfindən qətlə yetirildilər. 
Varazın qohumlarından olan Beyləqan hakimi Stepannos Ablasad kömək üçün Babəkə 
müraciət etdi. 826-cı ildə onun çağırıĢı ilə Beyləqan vilayətində baĢ verən qiyamı 
yatıran Babək, sonrakı il Qərbi Sünikdəki Gekarkuni vilayətini ələ keçirərkən 
qiyamçılara qarĢı amansızlıq nümayiĢ etdirdi. 
829-cu il iyunun 3-də HəĢtadsər dağı yaxınlığında xürrəmilərin Bəzz qalası 
uğrunda ərəblərlə babəkilər arasında həlledici döyüĢ baĢ verdi. Qanlı vuruĢma 
xürrəmilərin qələbəsi ilə baĢa çatdı. Xürrəmilər 30 minədək ərəb döyüĢçüsünü, o 
cümlədən Məhəmməd ət-Tusini məhv etdilər. 
Elə həmin il ərəb qoĢunlarının yeni komandanı təyin olunmuĢ Ġbrahim ibn əl-
Lays ibn əl-Fədl də Babək tərəfindən məğlub edildi. Xəlifə, bu dəfə Abdullah ibn Tahiri 
baĢ komandan təyin etdi. Lakin o, bu vəzifəni icra edə bilmədi; vəfat etmiĢ qardaĢını 
ona irsən çatmıĢ Xorasan vilayətinin hakimi vəzifəsində əvəz etməli oldu. 
Yenə həmin il xəlifə əl-Məmun öz sərkərdəsi Əli ibn HiĢamı Azərbaycan, 
Cibəl və Ġsfahanın hakimi təyin etdi. Lakin yeni hakim xürrəmilərə qarĢı mübarizə 
aparmaq əvəzinə vilayətdə özbaĢınalıqlar etməyə, əhalini sıxıĢdırmağa baĢladı. Xəlifə 
Yəmən hakimi Ucayf ibn Ənbəsəni ona qarĢı göndərməli oldu. Babəkin yanına 
qaçmağa cəhd göstərən Əli ələ keçirilib, Bağdada göndərildi və 830-cu ildə orada 
edam edildi. 
IX əsrin 20-ci illərinin sonlarına yaxın üsyan etmiĢ beyləqanlılar Arsaxın 
bir sıra kəndlərinə hücum etdilər, lakin Stepannos Ablasadın dəvətilə yenidən 
Albaniyaya gələn Babək tərəfindən məğlub olundular (mütəxəssislər - Ziya 
Bünyadov və b., haqlı olaraq, beyləqanlıların bu çıxıĢlarını hələ VII əsrdə meydana 
205  
çıxmıĢ bidətçi xristian "pavlikianlar" hərəkatının1 hələ də davam etməkdə olan 
təzahürü hesab edirlər). 
830/31-ci ildə beyləqanlıların rəhbərləri Davon və ġapuh "dostluq və sülh" 
Ģərtlərini pozaraq Babəki Arrana dəvət etdikləri üçün Stepannos Ablasadı qətlə 
yetirdilər. Bundan sonra artıq üçüncü dəfə ayağa qalxmıĢ beyləqanlılar Qoroz (müasir 
Gorus olduğu ehtimal edilir) qalasında möhkəmlənərək, bir neçə il Babəkin hərbi 
qüvvələrinə, eləcə də Ablasadın bacısı oğlu - Beyləqanın yeni hakimi Yesai Əbu 
Musanın (ərəb mənbələrində "Ġsa ibn uxt Ġstifanus", yəni Ġstifanusun - Stepannosun 
bacısı oğlu Ġsa) qoĢununa müqavimət göstərdilər. Moisey Kalankatlının məluma-
tından aydın olur ki, beyləqanlılar Ablasadın qohumları tərəfindən öldürülmüĢ 
rəhbərlərini - Davonu və ġapuhu itirmələrinə baxmayaraq, bir il Arsax və Utinin bəzi 
vilayətlərini öz nəzarətləri altında saxlaya bilmiĢdilər. Çox keçmədən, Babəkin 
köməkliyindən istifadə edən Yesai Əbu Musa Arranın həmin vilayətlərini geri qaytarır. 
Babək isə üsyançıların əllərində qalmıĢ Qoroz qalasını tutmaq məqsədilə Arazı 
adlayaraq, Amaras vilayətində qərarlaĢdı. Qalanın alınmaz olduğunu görən Babək 
üsyançılarla sülhə gəlməyə çalıĢdı, lakin buna nail olmadıqda, sərkərdələrindən biri 
olan Rüstəmə mühasirəyə alınmıĢ qalanın yanında qalmaq əmrini verərək, Bəzz 
qalasına qayıtdı. Babəkin qalaya hücum etməmək, üsyançıları xoĢluqla yola gətirmək 
tapĢırığına əməl etməyən Rüstəm qalanı ələ keçirməyə cəhd etdi, lakin məğlubiyyətə 
uğradı. Tədqiqatçıların fikrincə, bu hadisə, eləcə də Babəkin bidətçi 
beyləqanlılarla barıĢıq cəhdləri alban knyazları Səhl ibn Sumbat və Yesai Əbu Musanın 
ondan uzaqlaĢmasında mühüm rol oynadı. Təbiidir ki, xürrəmilər hərəkatı alban 
hakimlərinin də sinfi mənafeləri üçün ictimai təhlükə təĢkil edirdi. Onlar bu hərəkata, 
əlbəttə, siyasi hakimiyyətlərinin mühafizəsi naminə qoĢulmuĢ dular. ĠĢin gediĢatı isə 
sübut edirdi ki, Bizansadək geniĢ ərazini əhatə etmiĢ xürrəmilər hərəkatı hakim 
dairələrə bir elə xeyir verməyəcək. 
833-cü ildə xəlifə əl-Məmunun ölümündən sonra xürrəmilər hərəkatı yeni 
qüvvə ilə alovlandı. Nizamülmülkün məlumatına görə, üsyan Ġsfahan, Fars və bütün 
Kuhistanı bürüdü. Ġyirmi illik hakimiyyəti ərzində xürrəmilərə qarĢı daim mübarizə 
aparan xəlifə əl-Məmun taxt-tacın varisi, qardaĢı əl-Mütəsimə qoyub getdiyi vəsiyyə- 

VII yüzildən Kiçik Asiyanın bir çox ölkələrində (Albaniya, Ermənistan, Suriya, Bizans və 
b.) yayılmıĢ pavlikianlar hərəkatı artıq IX yüzildə feodallara qarĢı çevrilmiĢ ideologiya oldu. 
Onların ilkin təlimində xeyir dünyası ilə Ģər dünyası arasında mübarizə təsəvvürü əsas yer 
tuturdu. Allahı onlar yalnız mənəvi dünyanın - xeyir dünyasının yaradıcısı hesab edir, bütün 
maddi aləmi Ģeytan əməli - Ģər dünyası adlandırırdılar. Dövlətin dayağı olan kilsəni də onlar 
Ģeytan yuvası hesab edirdilər (Albaniyada ilk pavlikian çıxıĢları haqqında bax səh. 59). 
Mütəxəssislərin bilavasitə Beyləqanla əlaqələndirdikləri bu təriqət haqqında ərəb 
mənbələrində maraqlı məlumat vardır. Həmin mənbələrdə "naylaqani, nayqalani" (Qudama 
ibn Cəfər), "əlbəyaliqa" (əl-Məsudi) adlandırılan bu təriqət haqqında əl-Məsudi yazırdı: "Bu 
təriqət xristianlıq və atəĢpərəstlik arasında orta mövqe tutur. Hazırda onlar köçüb yunanlar 
(rumlar) arasında yaĢayırlar". 
206  
tində xürrəmilərdən ehtiyat etməyi tövsiyə edirdi: "Xürrəmilərə gəldikdə isə, onlara 
qarĢı müharibəyə qətiyyətli və amansız adam göndər, ona pulla, silahla, atlı və piyada 
qoĢunlarla səbrlə yardım et. Müharibə uzanarsa, tərəfdarların və yaxınlarınla özün 
onlara qarĢı get". Beləliklə, Xilafət taxtına çıxmıĢ yeni xəlifə mərhum qardaĢının 
vəsiyyətinə əməl edərək, xürrəmilərlə müharibəyə ciddi hazırlaĢmağa baĢladı. Əl-
Mütəsim anlayırdı ki, Azərbaycanı və digər vilayətləri bürümüĢ bu hərəkata qarĢı 
mübarizənin boĢ buraxılması Xilafətin öz varlığı üçün təhlükə törədə bilər. 
Elə həmin il Cibəl vilayətindən gələrək Həmədan bölgəsində düĢərgə salmıĢ 
yeni silahlı qüvvələr xürrəmilərə qoĢuldular. Xəlifə əl-Mütəsim Cibələ hakim təyin 
olunmuĢ Ġshaq ibn Ġbrahim ibn Musabın baĢçılıq etdiyi ordunu onlara qarĢı göndərdi. 
Həmədan yaxınlığında döyüĢdə ərəblər 60 min üsyançını həlak etdilər. Əzil miĢ 
xürrəmilərin 14 min nəfərdən ibarət olan qalıqları sərkərdə Nəsr baĢda olmaqla 
Bizansa qaçdılar. Mənbələrin məlumatından görünür ki, onlar Bizansda xristianlığı 
qəbul edərək, ərəblərə qarĢı aparılan hərbi əməliyyatlarda fəal iĢtirak etməyə 
baĢladılar. Həmədan yaxınlığında əldə edilən uğurdan sonra xəlifə əl-Mütəsim baĢa 
düĢdü ki, xürrəmilər kimi təhlükəli rəqib üzərində qələbə qazanmaq üçün Bizansa qarĢı 
aparılan fasiləsiz müharibəni dayandırmaq lazımdır. Bizans-ərəb sərhədində əldə 
edilmiĢ dörd illik (833-837-ci illər) sakitlik Babəkə qarĢı bütün Xilafət qüvvələrini 
səfərbər etmək imkanı verdi. Əl-Mütəsim həmçinin baĢa düĢürdü ki, sürətli qələbəyə 
ümid bəsləmək əbəsdir, bütün ehtiyatları səfərbər etmək, uzunmüddətli müharibəyə 
hazırlaĢmaq lazımdır. 
Xəlifə ilk növbədə Babəkin Zəncanla xəlifə ordusunun qərargahı olan Ərdəbil 
arasında dağıtdığı bütün qalaları yenidən bərpa etmək tapĢırığı almıĢ əmiri Əbu Səid 
Məhəmmədi gələcək döyüĢ bölgələrinə göndərdi. Əl-Mütəsim Zəncan - Ərdəbil yolu 
boyunca hərbi hissələrin yerləĢdirilməsini də əmr etmiĢdi. Ərdəbil və Samirə 
Ģəhərləri arasındakı rabitə sistemi yenidən bərpa olundu. Bu yolun hər fərsəxində 
istənilən məlumatı lazımi ünvana çatdırmağa hazır olan atlı qasidlər yerləĢdirildi. 
Yüksəkliklərdə qarovul postları quruldu. Bu yerlərdə duran gözətçilər bir-birlərini görə 
və atlı qasidlərin hərəkəti haqqındakı xəbəri bir-birlərini səsləməklə çatdıra bilirdilər. 
Bu yolla göndərilən xəbər çox tez - cəmi dörd günə baĢ komandanın qərargahından 
xəlifə sarayına çatdırılırdı. Xilafət tarixində ilk dəfə olaraq məhz bu müharibə zamanı 
rabitə vasitəsi kimi poçt göyərçinlərindən istifadə edilmiĢdir. Yalnız bu hazırlıq 
tədbirlərindən sonra, 835-ci ildə, xəlifə bizanslılara qarĢı Misirdə aparılan vuruĢlarda 
özünü mahir döyüĢçü, istedadlı sərkərdə kimi göstərmiĢ usruĢanalı AfĢin Heydər ibn 
Kavusu xürrəmilərlə döyüĢəcək bütün xəlifə qoĢunlarının baĢ komandanı təyin etdi. 
Mənbələrdən görünür ki, təkcə 837-ci ildə Babəklə müharibəyə bir milyon dirhəm 
xərcləmiĢ xəlifə əl-Mütəsim, hərbi əməliyyatlar olmayan günlərdə AfĢinin özünə 
xəzinədən hər gün 5 min dirhəm, "ata oturduğu", yəni döyüĢ günlərində 10 min dir-
həm ödənilməsini təmin etmiĢdi. A fĢinin ordusu ardı-arası kəsilmədən silah, ərzaq 
və baĢqa sursatla təchiz edilirdi. 
Ərdəbilə gələn AfĢin xürrəmilərin dağıtdığı s trateji əhəmiyyətli qalaların 
207  
bərpasının sürətləndirməsini, öz qərargahının isə Bəzzə daha yaxın yerə - Bərzəndə 
köçürülməsini əmr etdi. Yeni qərargahla Ərdəbil arasındakı qalalar da 
möhkəmləndirildi. Bütün bu vaxt ərzində xürrəmi dəstələri tez-tez ərəb hərbi 
hissələrinə hücumlar edirdilər. Müaviyənin baĢçılıq etdiyi bu dəstələrdən biri Əbu Səid 
Məhəmmədin dəstəsinin yerləĢdiyi qalaya hücum edərək, xeyli ərəb əsgərini əsir 
aldı, sonra isə Bəzz qalasına doğru yönəldi. Öz qoĢunlarını yenidən toplayan Əbu Səid , 
Sindəbəyə adlanan yerdə Müaviyənin dəstəsini haqladı və xürrəmilər ilk dəfə olaraq 
Xilafətin nizami qoĢunları tərəfindən məğlub edildilər. Ələ keçmiĢ xürrəmilər edam 
edildilər, baĢları isə Samirəyə göndərildi. Bu hadisə öz mülkləri üçün ehtiyat edən, 
eləcə də xürrəmilərin tezliklə darmadağın olunacağını hiss edən bir çox müttəfiqləri 
Babəkdən uzaqlaĢdırdı. Onlardan biri - Təbrizin və ġahi qalasının (Urmiya gölündəki 
adada) hakimi Məhəmməd ibn əl-Bəis, hətta öz qayınatası, Babəkin sərkərdəsi Ġsma ibn 
əl-Kürdinin dəstəsini darmadağın etdi, Ġsmanın özünü isə xəlifənin hüzuruna göndərdi. 
Verilən iĢgəncələrin təsiri altında Ġsma ibn əl-Kürdi Babəklə müharibədə ərəblərə 
kömək edəcək qiymətli məlumatlar verdi. Ət-Təbərinin fikrincə, bu, Babəkə 
endirilmiĢ ikinci məğlubiyyət zərbəsi idi. 
Bütün 835-ci il boyu AfĢin Bəzz qalası ətrafındakı məntəqələrin 
möhkəmləndirilməsi iĢini davam etdirdi. O, vaxtaĢırı xürrəmilərə qarĢı həmlələr edir, 
döyüĢlər gah ərəblərin, gah da üsyançıların qələbəsilə baĢa çatırdı. Doğma yerlərə yaxĢı 
bələd olan xürrəmilər ərəb qoĢunlarını sursatla təchiz edən yollarda maneələr yaradır, 
cənubdan gələn karvanları ələ keçirirdilər. AfĢinin Bərzənddə möhkəmlənmiĢ, lakin 
aclıq və susuzluqdan əziyyət çəkən adamları, mənbənin məlumatına görə "cismən və 
mənən zəifləmiĢdilər". Yalnız ġarvan (Siravan, Cənubi Azərbaycanda) hakiminin 
göndərdiyi ərzaq karvanı AfĢinin qoĢunlarını aclıqdan xilas etdi. 
836-cı ildə HəĢtadsər dağı yaxınlığında babəkilərlə ərəblər arasında yeni 
döyüĢ baĢ verdi. Ərəb ordusuna özündən xeyli razı sərkərdələrdən biri - Buğa əl-Kəbir 
(böyük) baĢçılıq edirdi. O, AfĢinin əmrini gözləmədən xürrəmiləri məğlub etməyi qərara 
almıĢdı. Lakin döyüĢ ərəblərin uğursuzluğu ilə baĢa çatmıĢ, Buğa özü canını zorla xilas 
edə bilmiĢdi. 
836-cı ilin qıĢında Babək ən yaxĢı sərkərdəsini, öz malikanəsində 
xəyanətkarcasına öldürülmüĢ Tarxanı itirdi. Onun ölümü xürrəmilərin fəaliyyətini xeyli 
mürəkkəbləĢdirdi, bundan sonra hərəkat iĢtirakçıları bircə dəfə də qələbə qazana 
bilmədilər. 
837-ci ildə xəlifə özünün türk sərkərdələrindən Cəfər ibn Dinar əl-Xəyyatı 
və Ġtahı AfĢinin köməyinə göndərdi. Vəziyyətlə tanıĢ olan sərkərdələr AfĢinin Babəkə 
qarĢı mübarizə üsullarını kəskin tənqid etdilər. Onu ləng hərəkət etməkdə 
təqsirləndirdilər; belə ki, ərəb ordusunu Bəzz qalasından ayıran son dörd fərsəx 
məsafə (təqribən 25 km) yalnız bir ilə qət edilmiĢdi. 
Mənbələrdə məlumat verilir ki, xürrəmilərlə müharibənin son ilində AfĢin 
Babəklə və Təbəristan hakimi Məzyərlə danıĢıqlara girməyə cəhdlər göstərdi. Bu, 
sonralar, Məzyərin və AfĢinin məhkəmə proseslərində aĢkara çıxdı. Lakin separatçı 
208  
məqsədlərə xid mət edən bu danıĢıqlar və yazıĢmalar uğursuzluqla nəticələndi. Yalnız 
bundan sonra AfĢin Bəzz qalasına qəti hücum haqqında əmr verdi. Xürrəmilərin qalasının 
mühasirəsi xeyli uzandı. Babəkin dəstələri qaladan çıxaraq həmlələr edir və ərəblərə 
gözlənilməz zərbələr endirirdilər. Lakin qüvvələr bərabər deyildi. Qala qapıları yanında 
yerləĢdirilmiĢ mancanaqlar qalaya daĢ yağdırır, ərəblərin iĢçi dəstələri qala 
divarlarından daĢları çıxararaq, onları dağıdırdı. Lakin xürrəmilərin cəsurluğu Bəzz 
qalasını mühasirədən qurtara bilmədi. Məğlubiyyətin labüd olduğunu anlayan Babək 
AfĢinlə Ģəxsi danıĢıqlara girdi. AfĢin Babəkə aman vəd etdi. Babək daha bir gün 
gözləməyi xahiĢ etdi; görünür, o, hələ də qalanı möhkəmləndirmək və ərəblərə 
müqavimət göstərmək ümidini itirməmiĢdi. Elə ona görə də Babək AfĢinin ikinci aman 
təklifini də rədd etdi. 
Bir neçə gün sonra Cəfər əl-Xəyyatın türk qvardiyası Bəzz qalasına soxuldu. 
Öncə aman təklifini rədd edən Babək bu dəfə AfĢinə müraciət edərək, ona və ailəsinə 
aman verilməsini xahiĢ etdi. AfĢin razılaĢdı, qabaqcadan qərarlaĢdırıldığı kimi, 
girovların göndərilməsi Ģərtini irəli sürdü. Lakin Babək həmin məqamda döyüĢ 
meydanında olan və AfĢinin girov kimi tələb etdiyi Ģəxsləri təslim etmək iqtidarında 
deyildi. 
Ərəblərin qalaya yaxınlaĢmıĢ neftatanlar dəstəsi Bəzzi artıq nəhəng məĢələ 
çevirmiĢdi. Ət-Təbərinin məlumatına görə, 837-ci il avqustun 26-da (dövrün məĢhur Ģairi 
Əbu Təmmama görə avqustun 31-də) xürrəmilərin istinadgahı ələ keçirildi. AfĢin Bəzz 
qalasının yerlə yeksan olunması haqqında sərəncam verdi. Nizamülmülk Bəzz 
alınarkən 80 mindən artıq xürrəminin öldürüldüyünü xəbər verir. Salamat qalmıĢ əhali 
əsir alınır. Babəkin oğulları və onların ailə üzvləri də əsir alınanlar arasında idilər. Əl-
Yəqubinin məlumatına əsasən Bəzzdə 7600 əsir ələ keçirilmiĢdi. Babəkin özü isə tacir 
paltarı geyərək, HəĢtadsər dağının yanındakı sıx ağaclar və kollarla örtülmüĢ bataqlıq 
dərəyə endi və burada gizləndi. AfĢin bütün yolları nəzarət altına aldı, Azərbaycan, 
Arran və Ermənistanın bütün qala və Ģəhərlərinin sahiblərinə xəbər göndərib, Babəki və 
onun adamlarını tutub verənə böyük mükafat vəd etdi. Elə bu vaxt Babəkə aman 
verilməsi haqqında xəlifə əl-Mütəsimin məktubu gəlib çıxdı. AfĢinin düĢərgəsində 
əsir saxlanılan Babəkin böyük oğlu atasına məktub yazaraq aman üçün gəlməsini xahiĢ 
etdi. Bu təklifi rədd edən Babək oğluna aĢağıdakı cavab məktubunu göndərir: "Əgər sən 
mənim davamçım olsaydın, öz sülalənin varisi olardın, çünki varislik irsən sənə 
keçərdi. Bir neçə gün əvvəl sən doğrudan da mənim oğlum sayılırdın. Lakin indi sənin 
yava ananın əxlaqsızlığı mənim üçün aydın oldu, ey fahiĢə oğlu! Ola bilər ki, mən bu 
gündən sonra çox yaĢamayım. Lakin mən "məlik" adını daĢıyıram, harada oluramsa-
olsun, məndən harada danıĢırlarsa danıĢsınlar, mən məlik olaraq qalacağam. Sən isə elə 
bir cinsdənsən ki, ondan bir nəfər də abırlısı çıxmayıb. [Hamıya] elan edirəm: sən 
mənim oğlum deyilsən. Çünki bircə gün baĢçı kimi yaĢamaq qırx il aciz qul 
olmaqdan yaxĢıdır". 
Babək ərzağı qurtaranadək bu dərədə qaldı. Anası, qardaĢları Müaviyə və 
Abdullah, axırıncı arvadı, Sünik hakimi Vasaqın qızı Ġbnət əl-Kələndəniyə, bir neçə 
209  
xidmətçisi də onunla idi. Babək buradan imperatoru ilə əlaqə saxladığı Bizansa 
keçmək istəyirdi. Hələ Bəzz qalasının mühasirəsi ərəfəsində o, imperator Feofilə 
məktub yazmıĢ, xəlifə qoĢunlarını zəiflətmək məqsədilə Bizansın Xilafətə qarĢı çıxıĢ 
etməsini israrla xahiĢ etmiĢ, gələcəkdə bütün tərəfdarlarını xristianlığa döndərəcəyini 
vəd etmiĢdi. Lakin güman etmək olar ki, bizanslılar ərəblərə hücum vaxtlarını qəsdən 
uzatmıĢ, yalnız Babək edam edildikdən sonra Xilafətə qarĢı növbəti çıxıĢ etmiĢdilər. 
Təqib olunduğunu bilməyən Babək, nəhayət, bataqlığı tərk edərək, bir 
bulağın yanında qərar tutdu. KəĢfiyyatçıları tərəfindən xəbərdar edilən AfĢin, o 
zamanlar xəlifənin ən yaxĢı sərkərdələrindən olan Əbu-s-Sacı Babəkin ardınca 
göndərdi. Əbu-s-Sacın dəstəsi Babəki məhz burada haqladı. Babək və onun qardaĢı 
Abdullah xidmətçilərdən biri ilə aradan çıxa bildilər. Qalanları isə ələ keçirilərək 
AfĢinin düĢərgəsinə gətirildilər. 
Babək və Abdullah bir müddət gizli yollarla Səhl ibn Sumbatın torpaqlarına 
yetiĢirlər. Nəhayət, aclıq onları dağlardan enməyə, xidmətçini ərzaq dalınca 
göndərməyə vadar edir. Onları görmüĢ adamlar Səhl ibn Sumbata dağlarda naməlum 
Ģəxslərə rast gəldikləri barədə məlumat verirlər. Vaxtilə Babəklə müttəfiq olmuĢ Səhl 
onu öz qalasına dəvət edir, yazda Bizansa yola salacağını vəd verir. Yorğun və ac Babək 
Səhlə inanaraq razılaĢır, lakin qardaĢı Abdullahı bir vaxt kömək göstərdiyi, keçmiĢ 
müttəfiqi, Beyləqan hakimi Yesai Əbu Musanın yanına göndərir. Səhl, Babəkin və 
qardaĢının yerini AfĢinə bildirir, lakin Babəkin qorxusundan ərəblər gələnədək ona qarĢı 
heç bir tədbir görmür. Mənbələrdə Babəkin ələ keçirilməsi hadisəsi müxtəlif Ģəkildə 
təsvir olunur; ət-Təbəriyə görə, Babək Səhlin təĢkil etdiyi ov zamanı ələ keçirilmiĢdi. 
Əl-Məsudi yazır ki, Babək nahar zamanı Səhlin onunla bir süfrə arxasında 
əyləĢməsindən qəzəblənmiĢ, Səhl isə buna görə onun zəncirlənməsi haqqında 
sərəncam vermiĢdi. Bəzi ərəb və erməni tarixçiləri (əd-Dinəvəri, əl-Yəqubi, 
M.Dasxurantsi və b.) Səhlin Babəki əsir tutması haqqında məlumat verirlər. 
Alban knyazı Səhlin xəyanətini Xilafət yüksək qiymətləndirdi: böyük pul 
mükafatı ilə təltif edilən Səhl, Moisey Kalankatlının məlumatına görə "Ermənistan, 
Ġberiya və Albaniya üzərində ali hakimiyyəti aldı". Lakin Tovma Artsrurinin qeydinə 
görə, ona tapĢırılan böyük səlahiyyətlərə baxmayaraq, Səhl iĢdə yalnız "ġəki hakimi" 
olaraq qalmıĢdı. 
Ərəb mənbələri 222-ci il Ģəvval ayının 10-da (15.9.837) Babəkin Bərzənd 
Ģəhərinə gətirilməsi haqqında məlumat verirlər. Babəkin və onun qardaĢının ələ 
keçirilməsi barədə əl-Mütəsimə xəbər göndərən AfĢin, çox keçmədən əsirlərin Samirə 
Ģəhərinə aparılması haqqında əmr alır. Lakin Ġraqa yola düĢməzdən əvvəl AfĢin 
Babəkin son xahiĢini yerinə yetirir: dağıdılmıĢ və yandırılmıĢ Bəzz qalasını ona göstərir. 
Mənbələrin əksəriyyəti Babəkin 223-cü il səfər ayının 3-də (4.1.838) Samirəyə 
gətirildiyi, elə həmiri gün də edam edildiyi haqqında məlumat versələr də, bəzi orta çağ 
müəllifləri bu hadisənin bir qədər fərqli tarixini (29.1; 14. III. və s.) də qeyd edirlər. 
Edam yerinə fil üstündə, Ģahlara layiq paltarda gətirilən Babək qısa sorğu-
sualdan sonra ağır əzablarla edam edilir. Əvvəl əl-ayaqları, sonra baĢı kəsilir. Mənbələrin 
210  
yazdığına görə, xalqı qorxutmaq üçün, edam olunmuĢ Babəkin baĢı Xorasana 
gondərilir, bədəni isə Xilafət paytaxtında çarmıxa çəkilir. 
Hətta təəssübkeĢ ərəb müəllifləri də edam zamanı Babəkin nümayiĢ 
etdirdiyi mərdlik və mətanətə heyran olduqlarını gizlədə bilməmiĢlər. Sağ əli 
kəsildikdən sonra Babək həmin əli ilə sifətini baĢdan-baĢa qana boyamıĢdı. Nə 
üçün belə etdiyini soruĢduqda, o, belə cavab vermiĢdi: "Sən (yəni xəlifə) əmr etdin 
ki, məni çarmıxa çəksinlər, mənim edamını sənin boynundadır. Lakin baĢım bədə-
nimdən ayrılanadək məndən axacaq qanın kəsilməyəcəyinə Ģübhə yoxdur. 
Qorxuram ki, bütün qanım axıb gedər, sifətim solar, adamlar elə əvvəldən ölümdən 
qorxduğumu zənn edərlər. Qanım axdığına görə deyil, bax elə buna görə mən belə 
etdim, sifətimi qana boyadım ki, rəngimin qaçdığı görsənməsin!" 
Orta əsr ərəb müəlliflərindən əl-Məqdisinin yazdığına görə, "Babək 
üzərində qazanılan qələbə Ġslamın ən böyük qələbəsi, onun əsir alındığı gün 
müsəlmanların bayram günü olmuĢdur" 
Doğrudan da, Azərbaycan xürrəmiləri üzərindəki qələbə Xilafətə çox baha 
baĢa gəldi. 20 ildən artıq müddət ərzində babəkilər Xilafətin 225 min döyüĢçüsünü 
və xeyli sərkərdəsini məhv etmiĢdilər. Xilafət tarixində baĢ verən dini-siyasi 
çıxıĢlardan ən əzəmətlisi olan, ərəb üsul-idarəsinə qarĢı xalq azadlıq müharibəsi 
səviyyəsində ucalan bu hərəkat əl-Məsudinin dili ilə desək "az qala Abbasilər 
dövlətini məhv edəcəkdi". 


§ 7. XÜRRƏMĠLƏR VƏ BABƏKĠLƏR 
HƏRƏKATININ SONRAKI ÇIXIġLARA 
TƏSĠRĠ VƏ TARĠXĠ ƏHƏMĠYYƏTĠ 

Azərbaycanlıların yadelli istismarçılara qarĢı qüdrətli çıxıĢına çevrilmiĢ 
xürrəmilər - babəkilər hərəkatı Xilafətin məzlum xalqlarla qarĢılıqlı 
münasibətlərini kəskinləĢdirdi, ərəb imperiyasının parçalanma prosesini 
sürətləndirdi. 
Babəkin xürrəmi ardıcılları IX yüzilin sonunadək Xilafətə qarĢı çevrilmiĢ 
bütün yeni çıxıĢlarda iĢtirak etdilər. X əsrdə onların bir çoxu ismaililərə qoĢuldular. 
Təsadüfi deyil ki, xürrəmilərin fəaliyyət göstərdiyi bölgələr sonralar batinilərin
istinadgahına çevrildi1. 
Ġsmaililər - altıncı imam Cəfər əs-Sadiqin oğlu Ġsmayılı yeddinci Ģiə imamı kimi 
tanıyanlar və onların tərəfdarlarıdır. Onların ideoloji sistemləri hamıya məlum olan "zahiri" 
və yalnız seçmə adamlara məlum olan "batini, gizli, örtülü" təlimlərdən ibarətdir. Buradan da 
müxtəlif qollara ayrılmıĢ ismaililərin batinilər adı meydana gəlmiĢdir. 

211 
Əbu Mənsur əl-Bağdadi (X əsr) məlumat verir ki, "hal-hazırda Məzyərin ardıcılları 
doğma dağlarında, özlərinin Curcandakı qonĢularının yardarlarıdırlar. Onlar islama 
zahirən etiqad edir və bu dinə qarĢı olduqlarını gizlədirdilər". 
838 - 839-cu ildə xürrəmilərin məğlubiyyətindən az sonra Təbəristanda 
Karin sülaləsindən olan axırıncı əmir Məzyərin rəhbərlik etdiyi üsyan baĢlandı. 
Ġsbahbez (spahbed) titulu almıĢ bu Ģəxs hələ 825-826-cı ildə xəlifə əl-Məmun 
tərəfindən Təbəristan, Ruyan və Dunbavəndin hakimi təyin edilmiĢdi. 
TəəssübkeĢ ərəb müəlliflərinin "kafir və satqın" kimi xarakterizə etdikləri 
Məzyərin baĢçılıq etdiyi bu üsyan da babəki Ģüarları altında davam etmiĢ, ərəb 
hakimiyyətinə qarĢı çevrilmiĢdi. 
Abdullah ibn Tahirin tutduğu Xorasan valisi vəzifəsini ələ keçirməyə 
cəhd göstərən sərkərdə AfĢin öz məqsədlərinə çatmaq üçün altdan -altdan Məzyərlə 
Tahirilər arasındakı pozulmuĢ münasibətlərdən istifadə edir, Məzyəri Xilafətə qarĢı 
qaldırmağa çalıĢırdı. Bu təbliğata uyan və vaxtilə Babəkə təəssübkeĢlik edən 
Məzyər kəndlilərə mülk sahiblərini məhv etmək, onların malikanələrini yandır-
maq tapĢırığı verdi. Ərəblərdən və yerli feodallardan alınmıĢ əmlakı o, öz xürrəmi 
qanunlarına əsasən bütün kəndlilər arasında bərabər bölüĢdürməyi əmr etdi. Əsasən 
ərəblərdən və məvalilərdən olan iri feodallardan torpaqları alaraq kəndlilərə 
paylayan Məzyər təkcə siyasi deyil, iqtisadi məqsədlər də güdür, son nəticə olaraq
ərəb hakimiyyətinin devrilməsinə çalıĢırdı. 
Beləliklə, xürrəmilər kimi qırmızı paltar geyən, Babəkin irəli sürdüyü 
prinsipləri, ehkamları açıq-aĢkar qəbul edən Məzyərin və onun tərəfdarlarının 
hərəkatı çox keçmədən ərəb əsarətinə qarĢı mübarizəyə qalxmıĢ xeyli imkansızı da 
birləĢdirdi. 
Xilafət üçün böyük təhlükəyə çevrilmiĢ bu üsyan 840-cı ilin avqustunda 
Xorasan hakimi Abdullah ibn Tahir tərəfindən yatırıldı. Məzyər əsir alınıb, Samirə 
Ģəhərinə göndərildi. ÇağdaĢ müəlliflərin məlumatına görə, o, burada xəlifə tərəfindən 
mühakimə edilib, həbsə alınmıĢ AfĢinlə üzləĢdirildikdən sonra döyə-döyə öldürüldü. 
838-839-cu ildə AfĢinin qohumu, onun öz yerinə Azərbaycan hakimi təyin 
etdiyi Minkicəvr əl-Fərqani də mərkəzi hakimiyyətə qarĢı üsyan qaldırdı. Mənbələrdə 
(ət-Təbəri və əl-Yəqubi) üsyanın gediĢi haqqında olan müxtəlif məlumatlara 
baxmayaraq, çıxıĢın məqsədi aydın idi: Xilafətdən ayrılmaq, öz hakimiyyətini qurmaq. 
Əvvəlki çıxıĢlar kimi, bu üsyan da yatırıldı. Xəlifə sərkərdəsi Böyük (əl-
Kəbir) Buğanın baĢçılıq etdiyi qoĢunlara qarĢı aparılan ağır döyüĢlərdən sonra 
Minkicəvr 840/41-ci ildə məğlub edilib, Samirəyə göndərildi. 
Nizamülmülkün məlumatına görə, xəlifə əl-Vasiqin dövründə (842-847) 
Ġsfahan tərəflərdə xürrəmdinilər yenidən baĢ qaldırdılar. Bir neçə il davam edən, "heç bir 
qoĢunun müqavimət göstərə bilmədiyi" bu çıxıĢ da nəhayət, yatırıldı. Maraqlı burasıdır 
ki, Nizamülmülk xürrəmdini çıxıĢlarının (yəqin ki, burada söhbət ümumiyyətlə 
batinilərin çıxıĢlarından gedir) 300 (912/13)-cü ilədək davam etdiyini qeyd edir. 
MəĢhur filosof əl-Ğəzalinin xürrəmilər və onların ideologiyası haqqında 
212  
məlumatını verən əl-Fəxri babəkilər icmasının sonralar Ġraq və Yəmənin bəzi 
vilayətlərində fəaliyyət göstərdiyini qeyd edir. 
Xürrəm-babəkilərin Azərbaycandakı çıxıĢı Xilafətin Qafqaz vilayətlərində 
yerli feodalların güclənməsi üçün zəmin yaratdı, Xilafətin ayrı-ayrı dövlətlərə 
parçalanmasını müəyyənləĢdirən əsas siyasi qüvvələrdən biri oldu. Abbasilər dövlətinin 
əsaslarını sarsıtmıĢ məhz bu üsyandan sonra mərkəzi hakimiyyətdə yaranmıĢ çətin-
liklərdən istifadə edən yerli hakimlər müstəqillik qazanmağa çalıĢdılar. 
Dövrün ən iri çıxıĢlarından olan xürrəmi-babəkilər hərəkatının 
uğursuzluğuna baxmayaraq, o xalqların hafizəsində dərin izlər qoymuĢ, Xilafətin 
sonrakı siyasi hadisələrinin əsaslı dəyiĢməsinə Ģərait yaratmıĢ, yerli hakimlərin 
separatçı meyillərini gücləndirmiĢdi. Xürrəmilərin və Babəkin təliminin izlərinə daha 
sonrakı tarixi dövrdə - XV əsrdə təsadüf edilir. Səfəvilər sülaləsinin banilərindən biri 
olan ġeyx Heydər üsyan zamanı "Babək xürrəminin dini qanunları"nı da təbliğ 
edirdi. 






























213  
X FƏSĠL

VII ƏSRĠN II YARISI - X ƏSRLƏRDƏ AZƏRBAYCAN 
MƏDƏNĠYYƏTĠ 

§ 1. MADDĠ MƏDƏNĠYYƏT

Azərbaycanda aparılmıĢ arxeoloji qazıntılar zamanı VII əsrin II yarısı - X 
əsrlərə aid xeyli maddi mədəniyyət qalıqları aĢkara çıxarılmıĢdır. Həmin əsrlərə aid 
yerüstü abidələr çox az qaldığı üçün qazıntı materiallarının əhəmiyyəti böyükdür. Bu 
materiallar əsas etibarilə, yaĢayıĢ məskənləri olan Ģəhərlərdə (Qəbələ, Beyləqan, 
Gəncə, Bakı, ġamaxı, Naxçıvan, ġabran, Xarabagilan və s.), qismən qalalarda 
(Gülüstan, Qız qalası) və kəndlərdə (Dərəzarat, Sərkərtəpə və s.) aparılan qazıntılardan 
tapılmıĢdır. Bunlara Ģəhərlərin və qalaların müdafiə istehkamları, yaĢayıĢ tikintiləri, 
təsərrüfat və mədəni-məiĢət qurğuları, ictimai və dini binaların qalıqları, sənətkarlıq 
ocaqları və saysız-hesabsız əĢyavi materiallar - əmək alətləri, qab-qacaq, bəzək Ģeyləri, 
pullar, yazılar və s. daxildir. ġəhərlərdə həmin materiallar tapılan mədəni təbəqələrin 
qalınlığı bəzən 3 metrə çatır. 
O dövrün Azərbaycan Ģəhərlərinin, demək olar, hamısı möhtəĢəm qala 
divarları ilə əhatə olunmuĢdu. Onların yerüstü niĢanələrini Ģəhər xarabalarında aydın 
görmək olur. Qəbələ Ģəhərinin Qala adlanan hissəsində cənub divarları və qala darvaza 
bürcləri bütün möhtəĢəmliyi ilə bu günə qədər qalmıĢdır. Bünövrə hissədə iri puç 
(əhəng) daĢdan, yuxarısı isə əhəng məhlulu ilə biĢmiĢ kvadrat kərpicdən hörülmüĢ bu 
qala divarları orta əsr Ģəhərimizdən zamanımıza qədər qalmıĢ yeganə yerüstü 
istehkamdır. Beyləqanda hələ ilk orta əsrlərdə iri çiy kərpiclə hörülmüĢ qala divarlarının 
IX-X əsrdə biĢmiĢ kvadrat kərpiclə bərpa olunmuĢ hissələri qazıntılar zamanı aĢkara 
çıxarılmıĢdır. Gəncədə həmin dövrə aid kirəc məhlulu ilə biĢmiĢ kərpic və 
çaydaĢından hörülmüĢ qala divarları qalıqları öyrənilmiĢdir. Bütün hallarda divarlarda 
müdafiəçilərin yerləĢdiyi və hərəkət etdiyi üst hissələr uçub dağıldığından bu günə 
qədər saxlanılmamıĢdır. Beyləqan qazıntılarından tapılmıĢ bir ədəd bürc formalı qabın 
quruluĢu əsasında həmin hissənin görünüĢünü bərpa etmək mümkündür. Görünür, 
onların da üstü, qabda olduğu kimi, diĢli düzəldilmiĢ, mazqallar və "gözlük"lərlə 
əhatələnmiĢdir. 
ġəhərlərdə tikintilərin sıx və davamlı tikildiyi müĢahidə olunur. Su Ģəbəkəsi və 
kanalizasiya qurğularından istifadə olunur. Yerli Ģəraitə uyğun olaraq quyu suyundan, 
kəhrizlərdən, kanal və arxlardan Ģəhər əhalisi və Ģəhər təsərrüfatı su ilə təchiz edilirdi. 
Artıq bu dövrdə sənətkarlıq ocaqları və emalatxanaları yerləĢən məhəllələr Ģəhərin qala 
divarlarından kənarda suyun bolluğu, küləyin istiqaməti nəzərə alınmaqla xüsusi 
yerlərdə salınırdı. Beyləqanın sənətkarlar məhəlləsi Ģəhərin cənub-qərbində, 
Qəbələnin dulusçuluq emalatxanaları Ģəhərin Ģimal-Ģərqində salınmıĢdı. ġəhərlərin 
214  
sənətkarlar məhəllələrində saxsı qab və kərpic biĢirilən kürələr, dəmirçixana, ĢüĢə 
istehsalı qalıqları və digər emalatxanalar aĢkara çıxarılmıĢdır. Qəbələdə ikigözlü iri 
düzbucaqlı formada kərpic kürələri, Beyləqanda qab biĢirilən dairəvi kürələr aĢkar 
edilmiĢdir. 
Dəmirçilik əĢyalarından xüsusi formalı kəlbətin, dəhrə, ox ucluqları, kərki ağzı, 
nizə ucluqları, ərsin, qarmaq, halqa və zəncir qırıqları, müxtəlif mismarlar və s. qeyd 
etmək olar. Misgərlik sənətinə aid Beyləqanda toqqa baĢlıqları, biz, iy və sancaqlar, qab 
qırıqları, Ģamdan ayağı və s. tapılmıĢdır. Zərgərlik əĢyalarından mis üzük, bilərzik və 
döĢ bəzəklərini göstərmək olar. Beyləqanda dulus emalatxanalarını təchiz edən biĢmiĢ 
kərpicdən hörülmüĢ su arxları üzə çıxarılmıĢdır. Artıq bu dövrdə sənət sahələri xeyli 
geniĢlənmiĢdi. 
Çox böyük dəyiĢiklik dulusçuluq sənətində baĢ verir. Saxsı qab istehsalında 
metal tozlarından hazırlanmıĢ Ģirdən geniĢ istifadə olunur. Qazıntı materialları 
göstərir ki, bu dövrdə, demək olar ki, hər yerdə ayaqla hərəkətə gətirilən dulus çarxı 
tətbiq olunur, gilin hazırlanması, qabların biĢirilməsi xeyli yaxĢılaĢır, onların çeĢidi 
çoxalır. Dövrün əsas gil qab növləri qazan, küp, səhəng, sərnic, bardaq, dopu, goduĢ, 
küpə, aftafa, boĢqab, sini, təknə, dolça, silbiç, xeyrə, kasa, duzqabı, qənddan biçimli 
vazlar, badya və s.-dən ibarətdir. Yeni formalı, o cümlədən, Ģar - konusvari qablar 
meydana gəlir. ġirsiz qablar içərisində ən çətin hazırlanan və biĢirilməsi böyük 
ustalıq tələb edən belə qabların istehsal olunması dulusçuluğun nailiyyəti kimi 
qiymətləndirilməlidir. Beyləqanda Əhməd və onun oğlu Fəzlun Ģar-konusvari qab 
istehsalı ilə ixtisaslaĢmıĢdılar. Beyləqanın sənətkarlar məhəlləsində belə qabları 
biĢirmək üçün istifadə edilmiĢ nalvari yığcam quruluĢa malik xüsusi kürələrin 
qalıqları aĢkar edilmiĢdir. ġirin tətbiqi saxsı qabların bədii iĢlənməsinə böyük imkan açır. 
Bu dövrlər üçün Ģabalıdı, yaĢıl, sarı və firuzəyi Ģirlərlə örtülmüĢ, yaxud bu Ģirlərin 
müxtəlif çalarları ilə naxıĢlanmıĢ qablar səciyyəvidir. Əsasən həndəsi naxıĢlardan isti-
fadə olunurdu. Lakin Beyləqanda bu dövrə aid bir böyük kasanın içərisində bir qədər 
sxematik olsa da, ov səhnəsi təsvir olunmuĢdur. ġəhərlərdə aparılan qazıntılar zamanı 
Ģirli qab biĢirilən zaman kürədə istifadə olunan gil çubuqlar, üçayaqlılar, S-ə bənzər 
qarmaqlar və kiçik konuslar tapılması artıq IX-X əsrlərdə Azərbaycanda Ģirli qab 
istehsalının geniĢ yayıldığına əsaslı dəlildir. Kürələrin yanlarında Ģirsiz qablarla bərabər 
Ģirli qab çıxarlarına da tez-tez təsadüf olunur. Bu dövrdə baĢlıca olaraq mətbəx qabları 
Ģirlənirdi. Dövrün sonlarında Ģirli qablarda bəzən çox ötəri çəkilmiĢ dayaz qrafik 
(cizgili) naxıĢlardan da istifadə olunmağa baĢlanır. 
Qazıntılardan tapılan ĢüĢə məmulatı - qablar və bəzək əĢyaları, onların çıxarları 
tədqiq edilən dövrdə Azərbaycan Ģəhərlərində (Qəbələ, Bərdə, Beyləqan, ġabran və s.) 
ĢüĢə istehsalının artdığını, keyfiyyətinin yaxĢılaĢdığını, çeĢidinin çoxaldığını nümayiĢ 
etdirir. Onların əksər hissəsi texniki və bədii cəhətdən yüksək səviyyədə durur. ġir 
istehsalında tətbiq olunan rənglər ĢüĢə istehsalında da istifadə olunur. Bu dövrdə müxtəlif 
çalarlı ĢüĢə qablarla yanaĢı çəhrayı, göy və qara rəngli ĢüĢə qablara və bəzək Ģeylərinə 
təsadüf edilir. Üfurmə üsulu daha geniĢ tətbiq olunur. Qulplu və lüləkli qablar meydana 
215  
çıxır. Ən çox yayılan bərni, vaz, flakon və badə formalı qablardır. Bəzək Ģeyləri 
içərisində əsas kütləni bilərziklər təĢkil edir. Dairəvi tilli bilərziklərlə yanaĢı eĢmə 
bilərziklər meydana gəlir. Əksəriyyətinin bitiĢən yeri ilan baĢı Ģəklində düzəldilmiĢdir. 
ġüĢədən üzük, metal üzüklərə qaĢ və müxtəlif muncuqlar hazırlamıĢlar. 
Qazıntılar daĢiĢləməyə aid zəngin material verir. BaĢlıca tapıntılar memarlıq 
hissələri - sütunaltlıqları, divar və karniz bəzəkləri, yazılı daĢlar və s.-dir. DaĢ qablara da 
təsadüf olunur. Dəyirman və kirkirə daĢları, bülöv və kart daĢları, daban daĢları adi 
tapıntılardır. 
Orta əsr abidələrinin bu dövrünə dair təbəqələrindən qazıntılar zamanı 
miĢarlanmıĢ, lakin hələ istifadə olunmamıĢ heyvan sümükləri və buynuzlarına tez-tez 
təsadüf edilir. Sümükdən və buynuzdan ipəyirən, daraq, bıçaq sapı, düymə və digər 
alət və bəzək Ģeyləri hazırlanırdı. 
Qazıntılardan tapılan aĢılanmıĢ gön qalıqları (Beyləqan), toqqa baĢlıqları, 
yüyən, tapqır halqaları və s. göniĢləmə sənətinin, iynə və qıyıqlar dərziçiliyin, biz - 
pinəçiliyin, boyaq qalıqları isə boyaqçılığın arxeoloji niĢanələridir. 
Azərbaycanda arxeoloji qazıntılar zamanı VIII-X əsrlərə aid mədəni 
təbəqələrdən külli miqdarda sikkə qalıqları, təsadüfi tapıntılar da çoxdur. Sikkələrə 
dəfinə Ģəklində və ya tək-tək rast gəlinir. 
Orta əsr abidələrində aparılmıĢ qazıntılarda yazılı maddi mədəniyyət 
qalıqlarına da az təsadüf olunmur. Memarlıq abidələrindəki yazılar bu və ya digər 
tikintini tikdirən Ģəxsin və yaxud tikən ustanın adları, inĢa tarixi ilə bizi tanıĢ edir. 
Pullardakı yazılar vasitəsilə onları zərb etdirən hökmdarın, zərb olunduğu yerin adlarını, 
zərb tarixini müəyyən edə bilirik. Saxsı və metal qab üzərindəki yazılar isə qab 
ustalarının adlarını saxlamıĢlar. Ərəb əlifbası ilə olan yazıların ən qədim nümunələri 
pullar üzərindəki yazılardır. IX - X əsrlərdə ərəb əlifbasının əsasən kufi xətti ilə yazılmıĢ 
maddi mədəniyyət nümunələrinə təsadüf olunur. Pullardakı yazıların hamısı möhürlə 
zərb olunmuĢdur. DaĢ üzərindəki yazılar baĢlıca olaraq fonları oyulmaqla nəqĢ edilirdi. 
Beyləqan Ģəhərində Ģar-konusvari qablar üzərində (IX əsrin ortaları) və Ģəhərin 
yaxınlığında yerləĢən "Peyğəmbər" adlı qəbiristanlıqda qəbir daĢında (X əsrin 
əvvəlləri) tapılmıĢ yazılar hələlik, həmin dövrün daĢ və qab üzərində olan ilk 
nümunələri hesab edilir. Qab üzərindəki yazılar qab çiy ikən möhürlə basılmıĢ (Fəzlunun 
möhürü) və ya ucu ĢiĢ qələmlə cızılmıĢdır (Əhmədin yazısı). Bir qab üzərindəki yazı qab 
biĢirildikdən sonra qazılıb yazılmıĢdır (Cəfərin yazısı). Elə bu dövrün sonlarında Ģirli 
qablarda fırça ilə yazılmıĢ yazı nümunələrinə də təsadüf olunur. 








216  
§ 2.ELM VƏ FƏLSƏFĠ FĠKĠR 

Ərəb istilası və Xilafətin Azərbaycanda uzun sürən ağalığı ölkənin
mədəni həyatında da dərin iz qoydu. Bu vəziyyət, müvəqqəti də olsa, məhsuldar 
qüvvələrin in kiĢafını və ölkənin mədəni tərəqqisini ləngitsə də, Azərbaycanın geniĢ 
ərazili Xilafət tərkibinə daxil edilməsi obyektiv olaraq onu ümumi müsəlman 
mədəniyyətinə cəlb etdi, tədqiq olunan dövrün son əsrlərindən baĢlayaraq is lamın 
burada geniĢ vüsət tapmasına Ģərait yaratdı. Lakin Yaxın və Orta ġərqin bir çox 
ölkələrində (Ġranda, Orta Asiyada və s.) olduğu kimi, tarixi A zərbaycan ərazisində 
də bu proses yerli ədəbi dillərin inkiĢafına ara verdi. Orta əsr ərəb mədəniyyəti 
tarixində ən məhsuldar çağın baĢlandığı bu dövrdə "ərəb" ifadəsi öz məzmununu 
dəyiĢdi. Xilafətin ərəb dilini həm ədəbi, həm danıĢıq dili kimi qəbul edərək, son 
nəticə olaraq "ərəbləĢmiĢ" xalqları (suriyalılar, misirlilər və b.) ərəb -müsəlman
mədəniyyətinin yaranması prosesinə fəal surətdə qoĢulub, bu mədəniyyəti qədim 
ġərq və antik dünya xalqlarından onlara irs qalmıĢ ənənələrlə zənginləĢdirdilər. 
Bununla yanaĢı, Xilafətin ərəbləĢ məyib, yalnız müsəlmanlaĢ mıĢ bir çox xalqı, o 
cümlədən azərbaycanlılar, tədricən ərəblərin dini ilə birlikdə onların dillərini də 
mənimsəyərək, az qala, XI əsrədək elmi, dini və ədəbi yaradıcılıqda bu məqsədlə 
latın dilindən istifadə edən avropalılar kimi ərəb dilini iĢlətməyə baĢladılar. Buna 
Ģimallı-cənublu Azərbaycan ərazisində müxtəlif dillərdə danıĢılması, dil 
vahidliyinin olmaması, dar çərçivədə tətbiq edilən alban əlifbası nəzərə alınmazsa, 
ümumi əlifbasızlıq üzündən ərəb əlifbasının qəbul edilməsi ilə yanaĢı, baĢqa 
obyektiv amillər də xeyli kömək etdi. 
Xəlifə Əbdülməlikin (685-705) islahatları nəticəsində kargüzarlığın ərəb 
dilində aparılması dövlət idarələrində iĢləyən yerli azərbaycanlı məmurlar üçün bu 
dili bilməyi vacib etmiĢdi. Ərəb dilini bilməyənlərə hətta adi vəzifələr də 
verilmirdi. Tədricən ərəb dilinin iĢğalçının dili olduğu unuduldu. Artıq bir-iki 
əsrdən sonra bu dili bilmək mədəniyyət göstəricisinə çevrildi. Quranın yalnız 
yazıldığı dildə öyrənilməsi də ərəb dilinin iĢlənilmə və mənimsənilmə arealını 
geniĢləndirdi. Hər bir müsəlman (bəzən də müxtəlif mənafeli qeyri-müsəlman) 
millətindən asılı olmayaraq Xilafət xalqlarının ünsiyyət dilinə çevrilmiĢ ərəb dilini 
öyrənməyə çalıĢırdı. Ümumiyyətlə, o dövrdə hər bir müsəlman hər Ģeydən əvvəl dini 
icmanın üzvü, ondan sonra isə bu və ya digər yerin sakini, hər hansı millətin 
nümayəndəsi idi. Ona görə də milli-etnik sərhədlər tədricən zəifləyir, yox dərəcəsinə 
çatır, dini mənsubiyyət isə çox iĢdə əsas amil hesab olunurdu. Bəzən mənĢəcə ərəb 
olmayan, lakin əsərlərini ərəb dilində yazan hər hansı alimin və ya yazıçının etnik 
mənsubiyyətini müəyyənləĢdirmək və üzə çıxarmaq çətin, hətta qeyri-mümkün olurdu. 
Belələrinin Xilafətin mənəvi həyatında iĢtirakı ümumi ərəb-müsəlman mədəniyyətinin 
inkiĢafına səbəb olur, onlar həm ərəb, həm də öz milli mədəniyyətlərinin nümayəndəsi 
kimi çıxıĢ edirdilər. 
Ġslamı qəbul etmiĢ bütün xalqlar kimi o zaman dini-etnik anlamlı ümumi 
217  
"müsəlman" məfhumu ilə birləĢmiĢ azərbaycanlılar da IX əsrin ortaları - X əsrlərdə 
tərəqqi, X-XII əsrlərdə çiçəklənmə dövrünü keçirən müsəlman mədəniyyətinin 
inkiĢafı prosesində iĢtirak edirdilər. Ərəb ġərqinin mədəni mərkəzləri olan Bağdad, 
Kufə, Bəsrə, DəməĢq, Qahirə və baĢqa Ģəhərlərə təhsil almaq üçün çoxlu azərbaycanlı 
gedirdi. 
Beləliklə, kargüzarlıq, dövlət və Ģəxsi yazıĢmaları kimi dini və dünyəvi 
xarakterli elmi əsərlər də ərəb dilində yazılırdı. Ərəblərin özləri iĢğaldan sonra tədricən 
ərəbləĢmiĢ və müsəlmanlaĢmıĢ Xilafət xalqları ilə birlikdə islamaqədərki zəngin mədəni 
ənənələri bir yerə cəmləĢdirərək ümumi ərəb-müsəlman mədəniyyətinin yaranmasında 
iĢtirak edirdilər. Azərbaycan ərazisinə köçürülmüĢ və ya köçüb gəlmiĢ ərəb qəbilələri 
doğma ərəb dilinin Xilafətin bu bölgəsində də aparıcı rol oynamasından istifadə edərək, 
yerli əhali arasında ərəb dilinin və bəzi hallarda ərəb kitab mədəniyyətinin yayılmasına 
(xüsusilə Quran, onun təfsirləri, sərf-nəhv kitabları və s. vasitəsilə) kömək edirdilər. 
Artıq IX əsrdən baĢlayaraq Xilafətin ən böyük Ģəhərləri DəməĢq, Bağdad, Hələb, 
Bəsrə, o cümlədən Azərbaycanın Ərdəbil, Marağa, ġamaxı və b. təhsil ocaqları, kitab-
xanaları, məscidləri olan mədəni mərkəzlərə çevrildilər. 
Bu mərkəzlərdə fəaliyyət göstərən məktəb və mədrəsələr də ərəb dilinin 
öyrənilməsində az rol oynamırdı. Lakin, əlbəttə, ərəb dilinin geniĢ yayılmasına səbəb 
olan ən baĢlıca amil azərbaycanlıların baĢqa Ģərq xalqları ilə IX əsrdən sonra 
geniĢlənməkdə olan və sonrakı əsrlərdə davam edən ticarət-iqtisadi, siyasi və 
mədəni münasibətləri oldu. 
Azərbaycanın da bir vilayət kimi daxil olduğu Ərəb dövlətinin - Xilafətin 
əhalisinin dini və etnik müxtəlifliyi ilk Abbasi xəlifələrini bu müxtəlifliklə hesablaĢmağa 
vadar etdi. Alimlərin fikrincə, məhz bu hesablaĢma Xilafətdə IX əsrin ortalarından 
dünyəvi elmlərin inkiĢafı üçün Ģərait yaratmıĢ, ortodoksal islamın təriqətçilərlə, sünni və 
Ģiələrlə geniĢ mübahisələri və s. isə dini nəzəriyyələrin və müsəlman hüququnun - fiqhin, 
məntiqin və fəlsəfənin inkiĢafına səbəb olmuĢdu. 
Ġlahiyyat və fiqh adətən məscidlərdə tədris edilirdi. Lakin ziddiyyətli fikirlər 
artdıqca "Allahın evi"ndə mübahisə açmaq istəməyən alimlər xüsusi dini təhsil 
müəssisələrinin - mədrəsənin əsasını qoydular. Mənbələrdən aydın olur ki, ilk mədrəsə 
X yüzilin sonunda NiĢapurda açılmıĢ, daha sonra isə müsəlman dünyasının demək olar 
bütün böyük Ģəhərlərinə yayılmıĢdı. Bu mədrəsələrdə dərs deyən alim-ilahiyyatçılar 
təhsili özlərinin tərtib etdikləri ədəbiyyat əsasında qurur, təhsil baĢa çatdıqda öz 
tələbələrinə "icazə" adlandırılan "Ģəhadətnamə" verirdilər. Ona görə də "elmli adam" 
adını qazanmaq istəyən hər bir tələbə peyğəmbərin "lap Çində də olsa, elmin dalınca 
get" kəlamına riayət edərək, dövrün nüfuzlu alimlərini dinləmək üçün Ģəhərdən-Ģəhərə 
gəzir, əldə etdiyi "icazə" vərəqələri isə artıq onun özünün də ilahiyyat və hüquq 
sahəsində müəyyən mənsəb tutmasına imkan yaradırdı. 
VII-X əsrlərdə Azərbaycanda ədəbiyyat, hüquqĢünaslıq və baĢqa ictimai 
elmlərlə birlikdə təbiətĢünaslıq, riyaziyyat, astronomiya və b. dəqiq elmlərin yayılması 
üçün əlveriĢli Ģərait vardı. IX əsrin əvvəllərindən etibarən müsəlman Ģərqində mövcud 
218  
elmi ədəbiyyatın xarici dillərdən ərəbcəyə tərcümə olunması elmlərin inkiĢafını xeyli 
sürətləndirmiĢdi. Hələ Harun ər-RəĢid dövründə Bağdadda təsis edilmiĢ, elm və 
mədəniyyətin inkiĢafına daha böyük imkanlar yaratdığı üçün xəlifə əl-Məmunun adı ilə 
bağlı "Dərul-hikmə" və ya "Xizanət əl-hikmə" ("Hikmət evi" və ya "Hikmət xəzinəsi") 
adlandırılan elmi mərkəz müxtəlif (xüsusilə yunan və siryani) dillərdə yazılmıĢ 
əsərlərin ərəb dilinə tərcümə edilməsi sahəsində mühüm iĢlər gördü. Xilafət 
ölkələrindən olan və əsərlərini ərəb dilində yazan müsəlman və qeyri-müsəlmanlar 
Xilafətin mədəni və elmi həyatına qoĢuldular. Platon, Aristotel, Hippokrat, Qalen 
və baĢqa alimlərin əsərlərinə Ģərhlər yazılır, onlara müqabil elmi və fəlsəfi 
traktatlar yaranırdı. Məhəmməd ibn Musa əl-Xarəzmi (öl. 847) ilk dəfə olaraq sabit 
məntiqi qaydalar əsasında cəbr elminin bünövrəsini qoymuĢ, Əbubəkr Məhəmməd 
ər-Razi (865-925) tibbə, Əbu Abdullah əl-Bəttani (858-929) astronomiyaya dair 
qiymətli əsərlər yazmıĢdı. Kimya ilə məĢğul olan ərəbdilli alimlər bu elmin sonrakı 
inkiĢafı üçün qiymətli olan bir sıra iĢlər görmüĢdülər. Onlar gümü Ģ nitrat (ma əl-
fıdda), sulfat turĢusu (zit əz-zac) və i.a. kimyəvi birləĢ mələri hazırlamıĢ, naĢatır 
spirti (ruh ən-nuĢadir), sülema (əs-süleymani), spirt (əl-kühul), potaĢ (əl-qily), 
arsen (əz-zirnic), bura (əl-bura) və b. maddələr kəĢf etmiĢlər. Distillə etmə, 
süzgəcdən keçirmə, büllurlaĢdırma kimi proseslərin izahını ilk dəfə ərəbdilli 
kimyaçılar vermiĢlər. Bu alimlər kimyəvi maddələrdən dərmanlar hazırlamıĢlar. 
Təbiət elmləri IX əsrdən etibarən Azərbaycanda da əhəmiyyətli dərəcədə 
inkiĢaf etmiĢdi. O dövrdə Azərbaycanda olmuĢ səyyahlar və coğrafiyaĢünaslar 
burada bacarıqlı həkimlərin yaĢadıqlarını xəbər verirlər. 
Əldə edilmiĢ elmi nailiyyətlər təkcə bu və ya digər ölkə daxilində 
qalmayıb, bütün müsəlman ġərqi xalqlarının, sonralar isə bütün bəĢəriyyətin elm
və fikir xəzinəsinin ümumi sərvətinə çevrilmiĢdi. 
Ərəb istilasınadək Azərbaycanda rəsmi dini dünyagörüĢləri olan 
atəĢpərəstlik və xristianlıqdan əlavə bəzi digər dini əqidələrə (məsələn, Ģamanizmə 
və b.) tapınanlar da vardı. Ərəblərin iĢğalı ilə islam əvvəlki dini əqidələri aradan 
qaldırmağa baĢladı. Ġslamın keçmiĢ etiqadlara nisbətən mütərəqqi cəhətləri, 
xüsusən azadfikirlilik meyillərinə dözümlülüyü ona qarĢı rəğbəti artırırdı. Lakin 
əvvəlki dini əqidələr birdəfəlik yox olmamıĢ, özünün bir sıra müddəalarını və 
prinsiplərini xalq adət-ənənələrinə qoĢaraq əsrlər boyu yaĢatmıĢdır. Ölkədəki 
maddi mədəniyyət abidələri - atəĢgahlar, alban kilsələri də keçmiĢlə bağlılığı 
möhkəmlətmiĢdir. Əski etiqadlar zehinlərdən tamamilə silinməmiĢ, bəzən siyasi 
hərəkatda açıq Ģəkildə, bəzən də rəsmi ideologiya ilə bir araya sığmayan bidət 
formasında təzahür etmiĢdir. Ərəb istilaçılarına qarĢı yönəldilmiĢ Babək 
hərəkatının ideologiyası - xürrəmilik qədim dini-fəlsəfi fikir, xüsusən zərdüĢtilik 
zəminində təĢəkkül tapmıĢdı. 
Ġslam dini təliminin müqəddəs kitabına "Quran" (mənası: "qiraət"), onun 
tərəfdarına isə "müslim" (təslim olmuĢ, tabe olmuĢ), yaxud həmin mənada 
"müsəlman" deyilir. Quran 114 surədən (fəsildən) ibarət olub, ayələrə bölünür. Bu 
219  
müqəddəs kitab yalnız dinin deyil, hüququn, Ģəriətin və bütünlükdə müsəlman 
xalqlarının ideologiyasının əsasını təĢkil edir. Orta əsrlərin fəlsəfi, ictimai, siyasi, 
etik, estetik və s. görüĢlərini Qurandan təcrid edilmiĢ halda təsəvvür etmək olmaz; 
hər bir ideoloji cərəyan, təlim bu və ya digər dərəcədə onunla bağlıdır. 
Xilafətin geniĢlənib inkiĢaf etməsi ilə əlaqədar olaraq hüquqi 
münasibətlər formalaĢırdı. Ġdarəetmədə əvvəllər təkcə Qurandan istifadə edildiyi 
halda sonralar sünnə (hədislər toplusu), icma (din xadimlərinin yekdil qərarı) və 
qiyas (məntiqi müqayisə üsulu) da müsəlman hüququnun - fiqhin əsaslarından 
oldu. Birinci iki əsasda ortodoksiya, sonrakı əsaslarda rasionalist meyillər özünə yer 
tuturdu. Bu əsaslardan nə dərəcədə istifadə edilməsindən asılı olaraq hənəfilik, 
malikilik, Ģafiilik və hənbəlilik kimi sünni hüquq məzhəbləri (məktəbləri, təlimləri) 
yaranmıĢdı. Əks qütblərdə dayanan hənəfilikdə fikir sərbəstliyi, hənbəlilikdə 
mühafizəkarlıq güclü idi. Sünni fəqihlər - hüquqĢünas alimlər A zərbaycanda da 
fəaliyyət göstərirdilər. Əl-Müqəddəsi bu alimlərin əsasən hənbəli məzhəbinə 
mənsub olduqlarını qeyd edir. Əslində müxtəlif hüquq məktəblərinin hamısının 
Azərbaycanda nümayəndələri vardı. Hənəfilərdən Əbusəid Əhməd ibn Hüseyn əl-
Bərdəi (öl. 929), malikilərdən Əbubəkr Məhəmməd ibn Abdullah əl-Əbhəri (902-
985), Ģafiilərdən Yəqub ibn Musa əl-Ərdəbili (öl. 941) və baĢqa azərbaycanlı 
hüquqĢünas alimlərin adına bir sıra mötəbər mənbələrdə rast gəlmək olur. 
Əhməd ibn Harun əl-Bərdəi əl-Bərdici (844-914), Məkki ibn Əhməd əl-
Bərdəi (öl. 965), Cəfər ibn Məhəmməd əl-Maraği (889-967), Əbdüləziz ibn Həsən 
əl-Bərdəi (öl. 935), Musa ibn Ġmran əs-Səlmasi (öl. 990) kimi mükəmməl təhsil 
görmüĢ alimlər hüquqi baxıĢların mündəricəsini özlərinin topladıqları hədislər 
əsasında geniĢləndirdiklərinə görə bütün müsəlman ġərqi ölkələrində sayılmıĢlar. 
Bərdənin 14 fərsəxliyində yerləĢən Bərdic Ģəhərində anadan olmuĢ 
Əbubəkr Əhməd ibn Harun əl-Bərdici doğma yurdunda dövrünün zəruri biliklərinə 
yiyələndikdən sonra müxtəlif yerlərə -Ġran, Ġraq, Suriya, Misir, Əlcəzair, Hicaz və baĢqa 
ölkələrə səyahətlər etmiĢ, təhsilini artırmıĢdır. Mənbələrin verdiyi məlumata görə o, 
sakin olduğu yerlərdə həm öyrənir, həm də öyrədirmiĢ. Əhməd əl-Bərdici nüfuzlu 
müəllim sayılanda hələ iyirmi beĢ yaĢı tamam deyilmiĢ. Bir tarixçi yazır: Əbu Əmr əl-
Müstəmlinin xəttində oxudum ki, o, Əhməd ibn Harun əI-Bərdicini 255 (869)-ci ildə 
Zəhli məscidində dinləmiĢdir. 
Əhməd əl-Bərdicinin yaradıcılığı dini ideologiyaya həsr olunmuĢdur. 
Əbülhəsən əd-Darəqütni (918-995) onu "hədis dayaqlarından biri" sayıb, "inanılmıĢ", 
"nüfuz sahibi" adlandırmıĢdır. Xətib əl-Bağdadi (1002-1071) və Əbu Səd əs-Səmani 
(1113-1167) onun haqqında "fəzilətli", "zəkalı" və "hafiz" (Quranı əzbər bilən) sözlərini 
iĢlətmiĢlər. Ġbn əl-Ġmad əl-Hənbəli (öl. 1078) yazır ki, Əhməd əl-Bərdici "axırıncı 
nüfuz sahiblərindən və dünya alimlərinin məĢhurlarından idi". BaĢqa mənbələrdə isə 
o, "təkzibedilməz nüfuz sahibi", "müsəlman hüququnu dərindən bilən" alim kimi təqdim 
olunur. 
Tarixi mənbələrdə Əhməd əl-Bərdicinin əsərlərindən üçü haqqında xüsusi 
220  
məlumat verilir: "Mən rəvaan in-Nəbi (s) fi-1-kəbair" ("Böyük günah barədə Peyğəmbər 
əleyhissəlamın sözlərini nəql edənlər"), "Mərifət əl-müttəsil min əl-hədis və-l-mursəl 
və-l-məqtu va bəyan at-turuq as-sahiha" ("Hədis, mürsəl və məqtudan ayrılmamıĢın 
idrakı və düzgün yolların bəyanı") və "Təbəqat əl-əsma əl-müfrədə min əs-sahabə 
va-t-tabiin və əshab əl-hədis" ("Əshablar, ardıcıllar və hədis müəlliflərindən nadir 
adların təbəqələri"). Bunlardan axırıncı əsər daha məĢhurdur. Burada 426 Peyğəmbər 
əshabının, ardıcılının, davamçının və hədis aliminin adı, onlann mənsub olduqları yerlər 
göstərilir. Əhməd əl-Bərdici traktatın əvvəlində onun yeniliyinə iĢarə edərək yazır: 
"Mənim [araĢdırdığım] nadir adlardır. Onlar Peyğəmbər əleyhissəlamın əshablarıdır. 
Alimlərdən heç birinin həmin adlardan hansınısa çəkmiĢ olduğunu bilmirik". 
Bu əsər uzun müddət islam ideoloqlarının marağını doğurmuĢdur. Ġbn 
Bukeyr əl-Bağdadi (938-998) ona Ģərh və kiçik əlavələr verməklə özünün "Nəqd 
təbəqat əl-əsma əl-müfrəda" ("Nadir adların təbəqələrinin tənqidi") traktatını qələmə 
almıĢ, bir sıra hüquqĢünas, ilahiyyatçı alimlər ilk mənbə kimi ondan geniĢ 
bəhrələnmiĢlər. 
Sünni fəqihlər, xüsusən hənbəlilər belə bir fikri qızğın müdafiə edirdilər 
ki, imam (baĢçı, xəlifə) ancaq Peyğəmbərin mənsub olduğu qüreyĢ qəbiləsinin 
üzvlərindən seçilməlidir. Peyğəmbərin əmisi oğlu və kürəkəni Əli ibn Əbu Talibin 
tərəfdarlarına - Ģiələrə gəldikdə, onlar yalnız Əli nəslinin baĢçılığını qanuni 
sayırdılar. Ġlahinin insanda təcəssüm etməsini, həll olmasını, bir ruh kimi ayrı-ayrı 
Ģəxslərə keçməsini qəbul etmək ifrat Ģiə (ğali) firqələri üçün demək olar ki, 
səciyyəvi cəhətdir. Ġfratçılıq və is maililik öz bidətçi ideyaları ilə məĢhurdur. 
Məhəmməd əĢ-ġəhrəstani yazır ki, ğalilərə Ġsfəhanda xürrəmilər və kuzilər, Reydə 
məzdəkilər və sunbadilər, Azərbaycanda dəqulilər və s. deyilirdi. Ġfrat Ģiələrin 
əksəriyyəti bütün müsəlmanlar üçün zəruri ayinləri, ibadətləri icra etmir, cənnəti 
də, cəhənnəmi də həyatın özündə görərək, dünyanın əbədiliyinə inanırdılar. 
Ġsmaililiyə gəldikdə, o, Ģiəliyin ən mürəkkəb qolu idi. Mənbələrdə göstərilir ki, 
həmin firqəyə müxtəlif yerlərdə batinilər, məzdəkilər, təlimilər, mülhidlər 
(dinsizlər) adları verilmiĢdir. Əlbəttə, bu adlanma ismaililiyin müxtəlif təlimləri 
müəyyən dərəcədə özündə birləĢdirməsi ilə əlaqədardır. 
Vaxtilə dördüncü xəlifə Əli ibn Əbu Talibdən siyasətdə narazılığa görə üz 
döndərmiĢ xaricilərin adı ilə bağlı hərəkat da orta əsrlərdə müsəlman ölkələrində, o 
cümlədən Azərbaycanda yayılmıĢdı. Bütün Əməvi və Abbasi xəlifələrinə qarĢı 
çıxmıĢ xaricilər sonralar elm ilə də məĢğul olmuĢ, hüquqa, ilahiyyata və tarixə dair 
kitablar yazmıĢlar. Ġbn ən-Nədim (936-995) xaricilərin görkəmli azərbaycanlı 
nümayəndələrindən Əbubəkr Məhəmməd əl-Bərdəi haqqında məlumat vermiĢdir: 
"Əbubəkr əl-Bərdəini (adı Məhəmməd ibn Abdulladır) 340-cı (951-952) ildə 
gördüm; mənimlə etdiyi ünsiyyətdə mütəzili təliminə mənsubiyyəti aydınlaĢdı. O, 
xaricilərdən olub, onların fəqihlərindən idi". Mütəfəkkir təxminən 350-ci (961) ildə 
vəfat etmiĢdir. Ġbn ən-Nədim Əbubəkr Məhəmməd əl-Bərdəinin on dörd traktatının 
adını çəkmiĢdir: "Kitab əl-mürĢid fi-l-fiqh" ("Fiqhə dair düzgün yol göstərən 
221 
kitab"), "Kitab ər-rədd alə əl-müxalifin fi-l-fiqh" ("Fiqhdə müxaliflərə cavab 
kitabı"), "Kitab təzkirət əl-ğərib fi-l-fiqh" ("Qəribin fiqhə dair yaddaĢ kitabı"), 
"Kitab ət-təbəssür li-l-mütəallimin" ("Öyrənənlər üçün düĢüncə kitabı"), "Kitab əl-
ihticac alə əl-müxalifin" ("Müxaliflərə qarĢı etiraz kitabı"), "Kitab əl-cami fi üsul 
əl-fiqh" ("Fiqhin əsaslarına dair toplu"), "Kitab əd-dua" ("Dua kitabı"), "Kitab ən-
nasix va-l-mənsux fi-l-Quran" ("Quranda əvəz edən və əvəz olunan ayələr 
haqqında kitab"), "Kitab əs-sünnə va-l-cəmaa" ("Sünnə və yekdillik kitabı"), 
"Kitab əl-imamə" ("Ġmamətə dair kitab"), "Kitab nəqd kitab Ġbn ər-Ravəndi fi-l-
imamə" ("Ġbn ər-Ravəndinin imamətə dair kitabına tənqid kitabı"), "Kitab təhrim 
əl-muskir" ("Məstedici maddəni qadağan etmək haqqında kitab"), "Kitab ər-rədd 
mən qalə bi-l-muta" ("Siqəni təsdiqləyənə cavab kitabı"), "Kitab əl-iman va-n-
nüzur" ("Ġman və vəd kitabı"). 
Xaricilərin təliminə görə, hakimiyyət baĢçısı üçün ümdə Ģərt onun ədalətli 
və haqq tərəfdarı olmasıdır. Hakim buna dönük çıxarsa, taxtdan dərhal salınmalı, 
günahı böyük olarsa öldürülməlidir. Bu prinsip onları bəzi mütəzililərlə həmfikir 
edirdi.
VIII əsrdə Bəsrədə meydana çıxmıĢ mütəzililik elə həmin vaxtdan 
etibarən Azərbaycanda yayılmıĢdı. Əbubəkr Məhəmməd əl-Bərdəidən baĢqa 
Əbusəid əl-Bərdəi və Əbülhəsən əl-Bərdəi mütəzili kimi məĢhur olmuĢlar. Xətib 
əl-Bağdadi yazır: "Əbusəid Əhməd ibn Hüseyn əl-Bərdəi, Əbu Hənifən in 
məzhəbinə (hənəfiliyə) mənsub fəqihlərdən və mütəzililərin təlimlərini izləyən 
mütəkəllimlərdən biridir". Tarixçi sonra IX əsrin sonu - X əsrin əvvəllərində 
yaĢamıĢ Əbülhəsən əl-Bərdəi haqqında "mütəzililərin təlimlərini izləyən 
mütəkəllimlərdən biri" ifadəsini iĢlədərək, onun həmin cərəyanın görkəmli 
nəzəriyyəçilərindən Məhəmməd ibn Əbdülvəhhab əl-Cübbai (849-916) və 
Əbumücalid Əhməd ibn Hüseynlə yaxın müsahib olduğunu yazmıĢdır. 
Əhməd ibn Yəhya ibn Mürtəzanın (1363-1437) 'Təbəqat əl-mütəzilə" 
("Mütəzililərin təbəqələri") kitabında Əbülhəsən əl-Bərdəi haqqında söhbət 
gedərkən deyilir: "Əbülhəsən Əhməd ibn Ömər ibn Abdulla əl-Bərdəi... nəcib və 
görkəmli alim idi". Mənbədə "əl-Bərdəinin çoxlu disputları, kitabları və ardıcılları" 
olduğu qeyd edilir. Bütün mütəzililər kimi, həmin azərbaycanlı mütəfəkkirlərin də 
əsərləri ortodoksal islam ideoloqları tərəfindən qadağan edilmiĢ, itib batmıĢdır. 
Müxalifətçi s xolastika olan mütəzililikdə ayrı-ayrı məsələlərə 
münasibətdə ciddi fikir ayrılıqları vardı. Ən böyük ixtilaf imamət barədə idi. 
Mütəzililərdən bəziləri xaricilərlə həmfikir idilər, bəziləri onlara zidd gedərək, imamın 
yalnız qüreyĢilərdən seçilməsini təkid edirdilər, bəziləri isə ifrata vararaq ədalətli 
cəmiyyət üçün baĢçını artıq sayırdılar. əl-Əsəmm adlı bir mütəzili göstərirdi ki, "insanlar 
bir-birlərinə zülm etməkdən əl çəksələr imama ehtiyac yoxdur". 
Orta əsr müəllifləri mütəzililərin təlimində ümumi cəhətləri, prinsipləri, 
əsasları (əl-üsul) də müəyyənləĢdirmiĢlər. Onlardan "ət-tauhid" və "əl-ədl" mütəzililər 
üçün daha səciyyəvidir. Mütləq monizm mövqeyində duran mütəzililər "ət-tauhid" 
222  
(tovhid, Allahın birliyinin qəbulu) məsələsində sifatilərə zidd idilər. Sifatilik firqəsinin 
nümayəndələri bilavasitə Qurana və hədislərə əsaslanaraq, Allahın bilik, qüdrət, dirilik, 
iradə, eĢitmə, görmə, danıĢma və baĢqa əzəli atributlara malik olduğunu söyləyirdilər. 
Onlardan bəziləri, hətta ifrata vararaq Allahı insana bənzədir, maddiləĢdirirdilər. 
Məsələn, kərramilik firqəsinin banisi Əbu Abdulla Məhəmməd ibn Kərram demiĢdir: 
"Allah cisimdir, onun həddi və sonu vardır..." Müşəbbihə firqəsinin tərəfdarı Davud 
Cəvaribi isə demiĢdir: "Məbud cisimdir, ətdir və qandır. Onun hissələri, uzun əzaları, 
ayaqları, baĢı, dili, gözləri və qulaqları var..." Sifatilər israrla deyirdilər ki, Quran Allahın 
kəlamıdır, yaradılmamıĢdır. 
Mütəzililər iddia edirdilər ki, əzəlilik Allahın mahiyyətinin ən xüsusi vəsfidir. 
Onlar əzəli atributları əslən inkar edib demiĢlər: "O, bilik ilə, qüdrət ilə, dirilik ilə yox, 
özü-özlüyündə biləndir, özü-özlüyündə qüdrətlidir, özü-özlüyündə diridir". BaĢqa cür 
söyləmək tovhidə ziddir: "Çünki atributlar ən xüsusi vəsf olan əzəlilikdə [Allaha] Ģərik 
olsaydılar, ilahilikdə də ona Ģərik çıxardılar". Beləliklə, mütəzililərin fikrincə, Allahın 
"əzəldə nə bir adı, nə də bir atributu olmuĢdur". 
Ardıcıl monist olan mütəzililərin təliminə görə, Allahın atributları əzəli olmadığı 
üçün onun kəlamı (danıĢığı), baĢqa sözlə, Quran da sonradan meydana çıxmıĢdır. 
Mütəzililər iradə azadlığı məsələsində cəbərilərə qarĢı olub, qədərilik 
mövqeyindən çıxıĢ edirdilər. "Əl-Ədl" ("ədalət") prinsipinə görə, Allah zülm etməz. O 
adildir. Ġnsan özünün xeyir və Ģər əməllərinin müqtədir yaradıcısıdır, yaxĢılığı və 
yamanlığı əql ilə dərk etmək, xeyir iĢlərə qoĢulmaq, Ģərdən saqınmaq mümkündür. 
Mütəzililərin bu prinsipi həyatda insanın məsuliyyət hissini artırmaqla bərabər, belə bir 
nəticəyə gəlməyə əsas verirdi ki, hər bir iĢ yalnız insanın özündən asılıdır, ilahi 
qüvvənin ona müdaxiləsi yoxdur. 
Yunan fəlsəfəsi ilə yaxından tanıĢ olan mütəzililərin yaradıcılığında təbii-elmi 
fikirlər, o cümlədən ruh haqqında, substansiya haqqında, cisim haqqında, atom haqqında 
maraqlı fikirlər, mülahizələr irəli sürülmüĢdür. 
Mütəzililər - baĢqa sxolastlar kimi kreatsionizmi (dünyanın heçdən xəlq 
edilməsi haqqında əqidəni) qəbul edib, dini dünyagörüĢünü fəlsəfi planda əsaslandırmaq 
məqsədini güdsələr də məntiqi mühakimələrin axarında bəzi ehkamlara qarĢı çıxdıqları 
üçün ortodoksal islam ideoloqlarının ciddi narazılığmı doğurmuĢlar. Onların əleyhinə xeyli 
kitab və məqalə yazılmıĢdır. Ġdeya mübarizəsi bəzən həddini aĢır, açıq vuruĢmalara 
gətirib çıxarırdı. Ərəb tarixçisi və coğrafiyaĢünası Əhməd əl-Yəqubi (IX əsr) o dövrdə 
Bərdədə sünnilərlə mütəzililər arasında baĢ vermiĢ çəkiĢməni təsvir edərək yazırdı: 
"Bərdədə mütəzililərlə təəssübkeĢ müsəlmanlar arasında dava düĢdü. Onlar bir-birini az 
qala qırıb qurtarana qədər vuruĢdular". 
Azərbaycanda ideoloji mübarizənin gediĢini izləmiĢ coğrafiyaĢünas-səyyah 
Ġbn Havqəl (öl. 977) yazırdı ki, orada kəlamın və nəzəri elmlərin təəssübkeĢlərinə 
yer verilmir, məntiqi küfr, mübahisə sənətini insanı vacib iĢlərdən ayıran, idarəçiliyə 
mane olan məĢğuliyyət hesab edirlər. 
Mütəzililik IX əsrin ortalarından etibarən hakim dairələr tərəfindən bidət elan 
223  
edilərək öz yerini tədricən ortodoksal islam sxolastikasına - əşəriliyə tərk etmiĢdir. 
Əbülhəsən əl-ƏĢəri və onun ardıcılları olan əĢərilər də məntiq və fəlsəfə 
istilahlarından istifadə edirdilər. Bununla belə, onlar Allahın atributlarının əzəliliyini 
təsdiqləyir, lakin sifatilər kimi Ġlahiyə insan surətini isnad vermirdilər. 
Hüquq təlimlərində, mütəzililikdə və əĢərilikdə dini və dini-fəlsəfi baxıĢların 
sxolastika aspekti iĢlənib hazırlanmıĢdır. Ġslam ehkamlarının mistik planda Ģərhi qismən 
Ģiəlikdə, daha geniĢ surətdə sufizmdə verilmiĢdir. Sxolastlarla mistiklərin gəldikləri 
nəticələr əsas etibarilə uyğun olsa da (məsələn, mütəzililər kimi ismaililərdən də Allahın 
atributlarının əzəliliyini inkar edənlər vardı) onların tədqiqat üsulları, metodları baĢqa-
baĢqa idi; mistiklər məntiqi sübutlara, dəlillərə deyil, mistik halda intuitiv idrak 
sayəsində alınan "biliklərə", "həqiqətlərə" arxalanırdılar. 
Sufizm (sufilik, təsəvvüf) VIII əsrdə zühd (asketizm) əsasında formalaĢıb, 
müsəlman ölkələrində sürətlə yayılmıĢdır. Xilafətdə gedən təbəqələĢmə, hakim 
dairələrdə varlanmaya, dəbdəbəli həyat sürməyə güclü meyil göstərilməsi müsəlman 
icmasının aĢağı təbəqələrində ciddi narazılığa səbəb olmuĢdu. Bu, öz ifadəsini ən əvvəl 
passiv formada zühddə tapdı. Zahidlər (asketlər) zəngin həyat tərzinə nifrət bəsləyərək, 
mənəvi kamilliyi maddi sərvətə qarĢı qoyurdular. Sufizmdə zühddən əlavə fəqirlik 
prinsipi də mühüm yer tutur. Burada fəqirlik Allaha ehtiyac hissini ifadə edir: "Fəqirlik 
haqdan savayı heç Ģeyə möhtac olmamaqdır". 
Sufı (əs-sufı) termininin mənĢəyi müxtəlif cür izah edilmiĢdir. Orta əsr 
müəlliflərinin, xüsusən sufi mütəfəkkirlərin əksəriyyətinin fikrincə, bu termin suf (əs-
suf - "yun, qaba yun") sözündən götürülmüĢdür: sufilər ilahiyyatla daha dərindən 
məĢğul olmaq üçün qaba yundan paltar geyməklə özlərini həyati həzzlərdən məhrum 
etməyə çalıĢırdılar. 
Sufizm bütövlükdə islam zəminində yaranıb inkiĢaf etmiĢdir. Ona təsir edən 
ideya mənbələrinə gəldikdə, burada Ģamanizm, buddizm, zərdüĢtilik, xristianlıq, 
neoplatonizm və baĢqa təlimlərə oxĢar ünsürlər tapmaq olar. Sufizm yarandığı dövrdən 
ortodoksal islama qarĢı müxalifətçi cərəyan kimi tanınmıĢdır. Onun nümayəndələrinin 
müddəaları öz yeniliyinə və panteist əhval-ruhiyyəsinə görə bütün müsəlman ġərqi 
ölkələrində böyük sürətlə yayılmıĢdır. Əbu Yəzid əl-Bistaminin (öl. 874) "Mən 
Allaham, məndən baĢqa ilahi yoxdur" ("Ənə Allah, la ilahə illa Ənə"), Hüseyn ibn 
Mənsur əl-Həllacın (858-921) "Mən haqqam" ("Ənə əl-haqq") ifadələri bütün dinlərə 
açıqdan-açığa zidd görünürdü. Sufi mütəfəkkirlər Ģiələrdən fərqli olaraq ilahinin 
konkret Ģəxsdə - peyğəmbərdə, imamda, yaxud onun övladlarından birində deyil, mistik 
özünükamilləĢdirmə yolunu keçmiĢ hər hansı insanda təcəssüm etdiyini söyləyirdilər. 
Orta əsrlərin mötəbər mənbələrində IX-X yüzillərdə yaĢamıĢ çoxlu 
Azərbaycan sufilərinin adları çəkilir: Hüseyn ibn Cibril əl-Mərəndi, Əbubəkr əz-
Zəncani, Ġbrahim ibn Yəhya ət-Təbrizi, Əbülfərəc Əbdülvahid əl-Varsani, Səid ibn 
Qasim əl-Bərdəi, Əli ibn Ġbrahim əl-Urməvi, Əbdülhüseyn əz-Zəncani, Əbuzürə əl-
Ərdəbili, Məhəmməd əl-Bakuvi və b. Həmin mütəfəkkirlərdən bəziləri guĢəniĢin ömür 
sürmüĢ, bəziləri isə ideoloji həyatda fəal iĢtirak etmiĢdir. 
224  
Məhəmməd əl-Bakuvi Hüseyn ibn Mənsur əl-Həllacın qızğın 
təbliğatçılarından sayılır. Əbu Abdulla Məhəmməd ibn Abdulla babası Übeydullaya 
görə əl-Bakuvi və Ġbn Bakuyə, yaxud Ġbn Baku (Bakılı), ġirazda yaĢadığına görə 
ġirazi kimi tanınmıĢdır. O, "Böyük Ģeyx" ləqəbli sufi Ġbn Xəfifin (öl. 982) tanınmıĢ 
müridlərindəndir. Məhəmməd əl-Bakuvi həm sufi hekayətlər, həm də hədislər 
toplamaqla məĢğul olmuĢdur. Onun mövcud əsərləri sufizm mövzusundadır: 
"Bidayət hal əl-Həllac və nihayətuhu" ("Həllacın həyatının baĢlanğıcı və sonu"), 
"Hikayat əs-sufiyyə" ("Sufilərin hekayətləri"), "Əxbar əl-arifin" ("Ariflərin xəbərləri") 
və "Əxbar əl-Ğafilin" ("Qafillər haqqında xəbərlər"). 
Birinci traktatı L. Massinyon fransızcaya tərcüməsi ilə birlikdə 1914-cü ildə 
Parisdə çap etdirmiĢdir. Ġkinci traktatın əlyazma nüsxələrindən biri Ġstanbulun 
Ayasofiya kitabxanasında saxlanılır. Bəzi mənbələrdə Məhəmməd əl-Bakuvi 
əĢəriliyin nümayəndəsi kimi də göstərilir. Mütəfəkkirin hədislər toplaması faktı da eyni 
zamanda onun hüquqĢünas alim və s xolast olmasını söyləməyə əsas verir. 
Məhəmməd əl-Bakuvi ömrünün axır çağlarında ġiraz yaxınlığında bir 
mağaraya çəkilib orada yaĢamıĢdır. Uzun ömür sürüb, 1029-cu ildən sonra vəfat etmiĢ 
mütəfəkkirin həmin yerdə məzarı "Bakuhi", yaxud "Baba Kuhi" adlanır.1 
Elmi-fəlsəfi fikir təbiət elmləri ilə vəhdətdə inkiĢaf edirdi. PeĢəkar filosoflar 
eyni zamanda təbiətĢünas alimlər idi. Yəqub əl-Kindi və Əbunəsr əl-Farabinin əsərləri, 
habelə “Saflıq qardaĢları” (―Ġxvan əs-səfa‖) cəmiyyətinin hazırladığı traktatlar o dövr 
fəlsəfi fikrinin qiymətli nümunələridir. 
Azərbaycanda elmi-fəlsəfi fikrin inkiĢafı o dövrdə ən çox ―Saflıq 
qardaĢları‖ cəmiyyətinin fəaliyyəti ilə bağlı olmuĢdur. Üzvləri Orta Asiya, 
Azərbaycan, Suriya və baĢqa yerlərdən toplanmıĢ bu gizli cəmiyyət X əsrin 
sonlarında Bəsrədə (Ġraq) yaran mıĢdı. "Saflıq qardaĢları" camaat arasında təbii-
elmi bilikləri yayır, dini fəlsəfiləĢdirməyə, mümkün qədər fəlsəfə ilə əvəz etməyə 
çalıĢırdılar. Onların fikrincə, "Ģəriət cəhalətlərlə korlanmıĢ, yanılmalarla
qarıĢmıĢdır. Onun təmizlənməsi və paklaĢdırılması yalnız fəlsəfə ilə mümkündür". 
ġəriət fəlsəfə ilə nizamlansa kamillik hasil olar. Bu məqsədlə onlar "Saf lıq 
qardaĢlarının və vəfa munislərinin traktatları" ("Rəsail Ġxvan əs-səfa və xüllan əl-
vəfa") adlı geniĢ mündəricəli bir ensiklopediya yaratmıĢdılar. Onun məlum beĢ 
müəllifindən biri azərbaycanlı Əbülhəsən Əli ibn Harun əz-Zəncanidir. 
Dörd hissədən ibarət bu ensiklopediya, mənbələrdə göstərildiyi kimi, 51 
(mövcud nüsxələrdə 52) traktatı əhatə edir. Onlardan on üçü (on dördü) riyaziyyat,
on yeddisi təbiyyat, onu metafızika və on biri ilahiyyat məsələlərinə həsr 
olunmuĢdur."Saflıq qardaĢları"nın təlimi qədim yunan filosoflarının və orta əsr 
ġərq mütəfəkkirlərinin ideyalarının təsiri altında formalaĢmıĢdır. Mütəzililər kimi, 
onlar da özlərini "ədalət əhli" ("əhl əl-ədl") adlandırırdılar. Lakin onlar müxalifətçi 
1
təxəllüslü Ģair Əli ġirazinin bir divanını səhvən Bakuviyə mənsub bilmiĢdir. 

225  
sxolastlardan fərqli olaraq elmi dünyagörüĢünə malik idilər. "Saflıq qardaĢlarının 
traktatları" orta əsrlərdə təəssübkeĢ islam ideoloqları tərəfindən yandırılmıĢ 
kitablardan idi. Bununla belə, bütün müsəlman ölkələrində geniĢ yayıla bilmiĢdir. 
Xilafətə tabe digər ölkələrdəki kimi, VII-X əsrlərdə ideologiya 
Azərbaycanda da ümumislam mədəniyyəti ilə bağlı inkiĢaf etmiĢdir. Hüquqi, dini, 
dini-fəlsəfi və fəlsəfi məsələlər bütün islam aləmi üçün, demək olar ki, eyni 
olduğundan Azərbaycanın ideoloji həyatı baĢqa yerlərdəkindən məzmunca o qədər 
də fərqlənmirdi. Bununla belə, yerli adət-ənənələr, əski düĢüncələr, xalqın 
xarakterindən irəli gələn xüsusiyyətlər ədəbiyyat, incəsənət, elm və mədəniyyət 
sahələrində öz təsirini göstərməyə bilməzdi. Xürrəmilikdə iĢığa vurğunluq, 
Ģuubilikdə el-obasının üstünlüyü ilə fəxr etmə, azadfikirlilik meyilləri Azərbaycan 
gerçəkliyi üçün səciyyəvi idi. O dövrdə Azərbaycanda, ümumiyyətlə müsəlman 
ġərqində dini və dini-fəlsəfi təlimlər (s xolastika və mistika) ilə yanaĢı elmi fəlsə-
fənin (ġərq peripatetizminin, "Saflıq qardaĢlarının" fəlsəfəsi) olması bəĢər fəlsəfəsi 
tarixi üçün böyük nailiyyət sayılmalıdır. Çünki elmi fəlsəfə xristian aləmində 
mövcud deyildi, orada " kilsə ehkamı hər cür təfəkkürün çıxıĢ momenti və əsası 
idi". 
VII-X əsrlərdə Azərbaycanda yaranmıĢ ideoloji təlimlərdən çoxu öz 
inkiĢafını davam etdirərək sonrakı dövrlərin ideologiyasının əsası olmuĢdur. 




§ 3. ƏDƏBĠYYAT
Ərəb iĢğalı nəticəsində Xilafət tərkibinə qatılmıĢ bütün ölkələrdə olduğu 
kimi, VIII yüzilin əvvəllərindən Azərbaycanda da rəsmi dövlət dilinin ərəb dili 
olması, bu dilin tabe edilmiĢ xalqların ünsiyyət vasitəsinə çevrilməsi, onun çox 
keçmədən ədəbi-elmi yaradıcılıqda da hakim dil olmasına gətirib çıxartdı. Lakin 
əhalisinin çox böyük faizi türkdilli olan Azərbaycan ərazisində ictimai-siyasi və 
əxlaqi fikirlərlə zəngin folklor da mövcud idi. Məzmun və deyim etibarilə 
müsəlmançılıqdan əvvələ aid atalar sözləri, zərbi-məsəllər və baĢqa ədəbi 
nümunələr sırasında el ozanı Dədə Qorqudun dili ilə söylənilən dastanlar daha çox 
Ģöhrət qazanmıĢdı. Tədqiqatçıların "Azərbaycan Ģifahi və yazılı ədəbiyyatının 
babası" adlandırdığı bu oğuz dastanı Ģifahi Ģəkildə VI -VIIl əsrlərdə formalaĢ mağa 
baĢlamıĢ, VII-IX əsrlərdə tam təĢəkkül tapmıĢdır. 
Maraqlı burasıdır ki, tarixçi Əbu Bəkr Aybək əd-Davadari (XIV əsr) öz 
xronikasında VI əsrdə Sasani hökmdarı ƏnuĢirəvanın vəziri Buzurq-Mehruya 
məxsus türkcədən farscaya çevrilmiĢ, "Oğuznamə" kimi tanınan "Uluxan Ata 
Bitikçi dastanı"nın xəlifə Harun ər-RəĢidin dövründə ərəb dilinə tərcümə 
edildiyini, özünün də bu tərcümədən istifadə etdiyini bildirmiĢdir. "Kitabi-Dədə 
226  
[m] Qorqud"un bəzi boylarını (fəsillərini) əhatə edən bu əsərin, məlumatdan 
göründüyü kimi, VIII əsrin sonu, IX əsrin əvvəllərində ərəb dilinə tərcümə 
edilməsi, artıq həmin dövrdə "Oğuznamə"nin bizə gəlib çatmayan yazılı 
nüsxələrinin olduğunu, yerli Ģifahi xalq yaradıcılığının artıq yüksək bədii 
mərhələyə çatdığını sübut edir. Əsrlərdən əsrlərə keçdikcə dəyiĢikliyə uğrayan, dil 
cəhətdən əvvəlki "Oğuznamə"lərdən fərqlənən "Kitabi-Dədə Qorqud" "böyük bir 
ədəbi abidə olmaqla bərabər, həm də mədəni tarixi biryadigardır". Əsərin 
müqəddiməsində deyilir: "Rəsul əleyhissəlam zamanına yaxın Bayat boyından 
Qorqut ata diyərlər, bir ər qopdı. Oğuzın, ol kiĢi təmam bilicisiydi, nə diyərsə, 
olurdı. Qaibdən dürlü xəbər söylərdi. Həq təala anın könlinə ilham edərdi". 
Alimlərin (V.V.Bartold, A.Y.Yakubovski, V.M.Jirmunski və b.) ümumi 
rəyinə görə əsasən Azərbaycan ərazisində baĢ verən hadisələrin təsvir edildiyi bu 
dastanlarda oğuzların islamiyyətə qədərki maddi və mənəvi həyatını əks etdirən 
ünsürlər, adət-ənənələr, əxlaq-etika, ədəb-ərkan normaları və s. öz əksini tapmıĢdır. 
Burada təbiətə, cəmiyyətə və ağla-zəkaya dair baxıĢlarda rasional fikirlər irəli 
sürülür, xeyirlə Ģərin mübarizəsində nikbin əhval-ruhiyyəyə üstünlük verilir, iĢıqlı 
gələcəyə möhkəm inam aĢılanırdı. 
Bütün türk ədəbi-bədii fikrinin ən qədim və zəngin qaynaqlarından biri 
olan "Kitabi-Dədə Qorqud" tarixi mənbə kimi də dəyərə malikdir. 
Ərəb dilinin həm rəs mi, həm də elmi-ədəbi dilə çevrilməsi nəticəsində 
yerli əhali içərisindən bu dildə yazan və ərəb ədəbiyyatı ənənələrini kamilliklə 
mənimsəyən Ģair və yazıçılar çıxdılar. Ġlk əvvəllər onlar - məvla (cəmdə: məvali) 
adlanan, islamı qəbul edib, hər hansı ərəb qəbiləsinin, nəslinin və ya adlı-sanlı bir 
ərəbin himayəsini əldə edən sabiq qullar idi. Sonralar mənĢəcə ərəb olmayan, hər 
hansı ərəb qəbiləsinin və ya yüksək mövqeli Ģəxsin himayəsini qəbul etmək istəyən 
azad adamlar da məvali olurdular. Onlardan çoxu VIII əsrin I yarısında Ġran 
xalqları arasında meydana çıxan vətənpərvər "Ģuubiyyə" ("Ģuub" - "xalqlar") 
cərəyanının tərəfdarı idilər. 
Ədəbiyyatda "Ģuubilik" - " xalqçılıq" meyilləri özünü islamaqədərki yerli 
mədəni ənənələri ərəb mədəniyyəti dairəsinə daxil etmək yolu ilə qoruyub 
saxlamaq cəhdində göstərirdi. Bu Ģair və ədiblərin yaratdığı ərəbdilli ədəbiyyat, 
Ģübhəsiz, ərəb ədəbiyyatının da bir parçasıdır. Bunsuz VIII - IX əsrlər ərəb 
ədəbiyyatını, xüsusilə onun Abbasilərin IX əsrin ilk rübünün sonunadək olan 
dövrünü əhatə edən və ədəbiyyatda "əl-hərəkət ət-təcdidiyyə" -" YeniləĢdirmə 
hərəkatı" adlandırılan dövrünü təsəvvür etmək mümkün deyil. Bununla yanaĢı, 
əsasən iranlılar (o cümlədən azərbaycanlılar) tərəfindən yaradılmıĢ ərəbdilli 
"Ģuubi" ədəbiyyatı müəyyən dərəcədə islamaqədərki yerli bədii ənənələri, bu 
xalqların Xilafətə qarĢı yönəldilmiĢ "Ģuubi" meyillərinin əks etdirdiyi, 
vətənpərvərlik ruhu ilə aĢılandığı üçün ona Ġran, eləcə də Azərbaycan ədəbi 
prosesinin tərkib hissəsi kimi baxmaq olar. 
Bu cərəyan ərəblərin assimilyasiya siyasətinə, onların Xilafətdə aparıcılıq 
227  
iddialarına qarĢı tabe xalqların təbii etirazından doğdu. "ġuubiyyə"nin mühüm 
xüsusiyyətlərindən biri özünü hər Ģeydən əvvəl və daha çox ədəbiyy atda, xüsusilə 
poeziyada göstərməsidir. Bu cərəyanın ardıcılları ədəbiyyata yeni, cahiliyyə 
(islamaqədərki) dövrü ərəb poeziyası üçün xarakter olmayan mövzu və ideyalar 
gətirdilər. 
Qurandakı " Ey insanlar, biz sizdən xalqlar (şuub) və qəbilələr (qəbail) 
yaratdıq ki, bir-birinizi tanıyasınız, A xı sizlərdən ən ləyaqətlisi Allah qarĢısında ən 
Ģərəflisidir" [49, 13] ayəsindən mənəvi qida alan "Ģuubilər" ərəblərin müsəlman 
dövlətində xüsusi mövqe iddialarını inkar edirdilər. Yerli feod al əyanları ərəb 
qəbilə aristokratiyası ilə bərabər eyni siyasi mövqe əldə etməyə çalıĢır, onun öz 
mədəni üstünlüyünü dərk edən daha radikal hissəsi isə ümumiyyətlə əcnəbi 
ağalığından qurtarmağa cəhd edir, hər yolla ərəbləĢməyə müqavimət göstərirdi. 
Xilafətin müxtəlif yerlərində ayrı-ayrı formalarda təzahür edən bu hərəkat 
ġərq vilayətlərində (o cümlədən Azərbaycanda), daha çox siyasi-dini Ģəkil almıĢdı. 
Məsələn, iranlılar daha çox Ģiəçiliyə, müxtəlif formalı təriqətçiliyə və hətta açıq 
zındıqlığa meyil göstərirdilər. Bəzi hallarda "Ģuubiyyə" mədəniyyətin forması kimi 
doğma dili saxlamaq cəhdində təzahür edirdi. Tədqiqatçıların qeydinə görə, 
nəbatilərdə (Suriyanın arami əhalisi belə də adlandırılırdı) Ģuubiyyə - oturaq əkinçi 
əhalisinin köçəri bədəvilərə düĢmənçiliyi Ģəklində idi; Əndəlusda Ģuubilər 
bütövlükdə ərəb mədəniyyətini qəbul edib, ədəbi dili yaxĢı bilmələri ilə fəxr etsələr 
də, ərəblərin yalnız siyasi ağalığına qarĢı çıxırdılar. 
Beləliklə, A zərbaycan qarıĢıq bütün müsəlman dünyasında baĢ qaldırmıĢ 
və VIII yüzilin ikinci yarısında xüsusilə geniĢlənmiĢ bu siyasi-dini mübarizə ərəb-
müsəlman ədəbiyyatının yeni dövrü ilə sıx bağlı idi. 
Tədqiqatlar nəticəsində müəyyən olunmuĢdur ki, A zərbaycanın ən erkən 
ərəbdilli Ģair və ədiblərinin yaradıcılığı VII-VIII əsrlərin hüduduna aiddir. Ġki 
mədəniyyətlərin - öz milli A zərbaycan və ərəb mədəniyyətinin təmsilçisi olan bu 
Ģairlərdən Musa ġəhəvat, Əbu-l-Abbas əl-Əma, Ġsmayıl ibn Yasar, eləcə də onun 
oğlu Ġbrahim və qardaĢı Məhəmməd haqqında IX - X əsrlərdə yaĢamıĢ və yaratmıĢ ərəb 
filoloqları Ġbn Quteybənin, Əbu-l-Abbas əl-Mübərrədin, Məhəmməd əl-
Mərzubaninin və ən çox Əbu-l-Fərəc əl-Ġsfahaninin və baĢqalarının əsərlərində 
məlumat verilir. 
Müasir tədqiqatçıların bəzən "iranlı" hesab etdikləri bu Ģairlərin mənĢəcə 
Azərbaycandan olmaları etibarlı mənbə kimi qiymətləndirilən Ġbn Quteybənin məlumatı 
ilə təsdiq edilir. Musa ġəhəvata həsr etdiyi bölmədə məĢhur ərəb filoloqu yazırdı: "Onun 
əsli Azərbaycandandır ("va asluhu min Azrabican"); Ġbn Quteybənin sonrakı qeydi 
ədəbiyyat tariximizin aĢkarlaĢması üçün daha maraqlıdır: "Əbu-l-Yəkzan (ərəb Ģəcərə 
tarixçisi) Cuveyriyyinin sözlərini xatırlayaraq dedi: Mədinədə məvali Ģairlərdən eləsi 
yoxdur ki, onun əsli Azərbaycandan olmasın; sonra o, Ġsmayıl ibn Yasarın, onun qar-
daĢının, Musa ġəhəvatın və Əbu-l-Abbasın adlarını çəkdi" ("Va zəkərə Əbu-l-Yəqzan 
an Cuvayriyyi kalə: leysə bi-l-Mədinə Ģair min əl-məvali illə va asluhu min Azrabican; 
228  
Summə addə Ġsmail ibn Yasar və əxuhu, Musa ġəhəvat və Əbu-l-Abbas"). 
Bu Ģairlər haqqında Yaqutun sonrakı əsrlərdə yazılmıĢ "Mucəm əl-üdəba" 
("Ədiblərin əlifba üzrə göstəricisi"), Əbdül Qadir əl-Bağdadinin "Xizanət əl-ədəb va 
lubb lubab lisanul-arab" ("Ədəb xəzinəsi və ərəb dilinin incisi") əsərlərində toplanılan 
məlumat əsas etibarilə Əbu-l-Fərəcin adını çəkdiyimiz "Kitab əl-əğani" ("Nəğmələr 
kitabı") əsərindən götürulmüĢdür. 
Azərbaycan mənĢəli bu ərəbdilli Ģairlərin yaradıcılığı Xilafətdə ayrı-ayrı siyasi 
və dini qüvvələrin arasında baĢ qaldıran gərgin mübarizə dövrünə təsadüf edir. Həmin 
mübarizəyə cəlb olunmuĢ Ģairlər bu və ya digər dəstənin tərəfini saxlayır, bu dəstənin 
ardıcıllarını mədh edir, onun əleyhdarlarını isə həcv atəĢinə tuturdular. 
Məhz "Nəğmələr kitabı" Ģair Musa ġəhəvatın azərbaycanlı mənĢəyi, onun 
ləqəbinin etimologiyası, Hicazdakı həyatı, Musanın tez-tez doğma Azərbaycana gedib, 
oradan qənd və baĢqa Ģirniyyatla qayıtması barədə məlumatları qoruyub saxlaya 
bilmiĢdir. Bu xəbərləri araĢdıran tədqiqatçılar (M.Mahmudov, G.BaxĢəliyeva) belə bir 
nəticəyə gəlmiĢlər ki, VII əsrin ikinci yarısında yaĢayan Ģair sonrakı yüzilin 30-cu 
illərində hələ sağ imiĢ və Ģeir yazmağı davam etdirirmiĢ. ġairin Ģöhrəti tez-tez 
qəbulunda olub, öz Ģeirlərini oxuduğu xəlifə Süleyman ibn Əbdülməlikin (715-717) 
hakimiyyəti dövrü xüsusilə artır. Əbu-l-Fərəc əl-Ġsfəhani özünün "Nəğmələr kitabı"nda 
Musa ġəhəvatın yaradıcılığından bir çox nümunələr gətirmiĢdir. Xəsislik və qorxaqlığı 
tənqid edən, mərdlik və səxavəti yüksək qiymətləndirən bu Ģeirlər Ģairin yüksək bədii 
ustalığına və istedadına dəlalət edir. Onun yaradıcılığında insan varlığının faniliyi barədə 
fəlsəfı əhvali-ruhiyyə və həyatın ani sevinclərindən istifadə etməyin vacibliyi parlaq 
ifadə edilmiĢdir. Ərəb dilinin zənginliklərindən məharətlə istifadə edən Musa ġəhəvatın 
Ģeirlərində ərəb ruhu ilə yanaĢı, milli ruh da özünü büruzə verir. Bu, Ģairin iĢlətdiyi 
aforizmlərdə, məsəllərdə özünü xüsusi nəzərə çarpdırır. Əməvilərin təəssübkeĢi olan 
Musa ġəhəvat öz poeziyası ilə onların müdafiəsində durmuĢ, onları ĢöhrətləndirmiĢdi. 
Ġsmayıl ibn Yasar haqqında Ġbn Quteybə və əl-Mərzubaninin adda-budda və çox 
qısa məlumatları yenə də Əbu-l-Fərəc əl-Ġsfəhaninin verdiyi daha ətraflı məlumatla 
tamamlanır. Məhz "Nəğmələr kitabı"nın sayəsində Ģairin yaradıcılığının ayrı-ayrı 
nümunələri qorunub qalmıĢ, onun yaĢadığı təxmini tarix, "Ģuubiyyə" tərəfdarı olduğu 
müəyyən edilmiĢdir. Məlum olmuĢdur ki, "o, əcəmlərin qızğın tərəfdarı olmuĢ, onlarla 
fəxr etmiĢ, buna görə də daim təqiblərə məruz qalmıĢ, döyülmüĢ və söyülmüĢdür". 
Mədinənin yeddi məĢhur fəqihlərindən biri, Abdullah ibn Zubeyrin qardaĢı 
Urvanın himayəsində yaĢayan Ġsmayıl, lazım gəldikdə, Əməviləri mədh edən Ģeirlərlə də 
çıxıĢ edirdi. Lakin xəlifə HiĢam ibn Əbdülməliklə (724-743) onun arasında baĢ verən 
konflikt Ģairin Hicaza sürgün edilməsi ilə nəticələnmiĢdi. Ġsmayılın Əməvilərin son 
xəlifəsini də gördüyü, lakin Abbasilərin hakimiyyəti günlərinədək yaĢaya bilmədiyi 
haqqında məlumat verən əl-Ġsfəhani "çox sağlam və zahirən xoĢagəlimli olan bu ehtiyatlı, 
hazırcavab, yaxĢı Ģeirlər" yazan adamın xəlifə II Mərvanın (744-749) hakimiyyətinin son 
illərində, ixtiyar yaĢında vəfat etdiyini göstərir. 
Ġsmayıl ibn Yasarın "Ģuubi" əhvali-ruhiyyəsi onun yaradıcılığında parlaq əks 
229  
olunmuĢdur. Ərəblərin kobudluq və qabalığına istehza və kinayə ilə gülən Ģair 
əcəmlərin, yəni qeyri ərəblərin mədəniyyətini yüksəklərə qaldırdığı "siyasi poeziya" 
janrlı Ģeirlərinin birində yazırdı: 

Ey adamlar, bizim qarşımızda özünüzü dartmayın, 
Nahaqqı bir yana qoyub, haqqla danışın. 
Əgər biz və özünüz barədə məlumatınız yoxdursa,
Soruşun ki, keçmiş vaxtlarda biz necə yaşamışıq.
Biz öz qızlarımızı boya-başa çatdırdığımız vaxt, 
Siz düşünmədən onları torpağa basdırırdınız. 

Ġsmayıl ibn Yasarın məhəbbət lirikası özünün ali hissləri ilə nəzəri cəlb 
edir; yazdığı mədhiyyə və elegiyalar isə səmimiliyi və riqqəti ilə seçilir. 
Əl-Ġsfəhani bizə daha iki ziyalımız - Ġs mayıl ibn Yasarın qardaĢı 
Məhəmməd və oğlu Ġbrahim haqqında qiymətli məlumat çatdırır. Onun yazdığına 
görə Məhəmməd "öz qardaĢına bərabər" səviyyəli Ģair idi. Məhəmməd ibn Yasarın 
çoxlu Ģeir yazdığını, bu Ģeirlərin bəzisinə musiqi bəstələndiyini xəbər verən əl-
Ġsfəhani, onun böyük qəsidəsindən iki beyt nümunə gətirməklə yanaĢı, Ġs mayılın 
oğlu Ġbrahimin də Ģair olduğunu qeyd edir, onun dövrünə qarĢı etiraz dolu 
beytlərini misal çəkir. Əl-Ġsfəhaninin qeydinə görə, bu böyük qəsidədə də atasının 
yolu ilə gedən Ġbrahim əcəmlərlə, yəni milliyyətcə ərəb olmayan öz əcdadları ilə 
fəxr etdiyini gizlətmir. 
VIII yuzilin ortalarında yaĢayıb yaradan baĢqa bir ərəbdilli Ģair Əbu-l-
Abbas əl-Əma haqqında mənbələrin verdiyi məlumat, onun Abbasi xəlifəsi əl-
Mənsurun (754-775) hakimiyyəti zamanı hələ sağ olduğunu bildirir. 
Azərbaycandan çox uzaqlarda, Xilafətin dini mərkəzi olan Məkkədə yaĢamasına 
baxmayaraq, ömrünün sonunadək sadiq qaldığı Əməvilərin Ģərəfinə böyük 
ustalıqla yazdığı Ģeirlər, bu sülalədən olan xəlifələrin ona DəməĢqdən hədiyyələr 
göndərməsinə səbəb olur. Əməvilərə həsr olunmuĢ mədhiyyələrdə Əbul-Abbas 
onları səxavətli, igid hökmdarlar, islamın qeyrətli müdafiəçiləri kimi təqdim edir. 
Hətta Abbasilər sülaləsi dövründə də Ģair öz Əməvi himayədarlarını mədh edərək, 
onların rəqiblərini, xüsusilə öz həmvətəni Ġsmayıl ibn Yasarın ardıcılı olduğu 
zubeyriləri kəskin tənqid atəĢinə tutur. 
Əbu-l-Abbas əl-Əma hədis bilicisi kimi də tanın mıĢdı. 
Ərəbdilli azərbaycanlı Ģairlərin yaradıcılığını tədqiq edən alimlər 
(G.BaxĢəliyeva və b.) onların poeziyasında ərəblərə xas olmayan sırf milli 
xüsusiyyətləri də üzə çıxarmıĢlar. AĢkar edilmiĢdir ki, bu Ģairlərin istifadə etdikləri 
Ģeir ölçüsü klassik ərəb poeziyasında geniĢ iĢlənilən ölçülərdən tamamilə seçilir. 
Qədim ərəb mədəniyyətinə mükəmməl sahib ola bilmiĢ bu Ģairlər əruz vəzninin o 
zamankı ərəb Ģairləri arasında iĢlənilən təvil, mədid, bəsit, kamil bəh rlərindən 
deyil, az iĢlənən xəfif, səri və b. bəhrlərindən istifadə edir, bəzən də klassik ərəb 
230  
Ģeri qaydalarına zidd olaraq eyni Ģerin iki beytinin hərəsini bir ayrı bəhrdə 
yazırdılar. 
Bütün bunlar tədqiqatçıları belə bir nəticəyə gətirmiĢdir ki, erkən ərəbdilli 
azərbaycanlı Ģairlər Musa ġəhəvat, Ġsmayıl ibn Yasar, Əbu-l-Abbas əl-Əma 
Azərbaycanda anadan olmuĢ, burada böyümüĢ, ilk təhsillərini doğma diy arda 
almıĢ, öz xalqlarının mədəniyyətini, o cümlədən Ģifahi xalq ədəbiyyatının heca 
vəznini tam mənimsəmiĢdilər. 
Onların poeziyasından dövrümüzə çatan nümunələr sübut edir ki, iki 
mədəniyyətin sintezindən qidalanmıĢ, ümummüsəlman mədəniyyətinin ilk poetik 
səhifələrini yaradan bu Ģairlər doğma heca vəzninin təsirilə ərəb ədəbiyyatında 
özlərinə məxsus yeni cığır açmıĢlar. Bu həmçinin sübut edir ki, Azərbaycanın da 
bir vilayət kimi daxil olduğu böyük imperiyanın - Xilafətin söz ustaları sırasında 
görkəmli yer tuta bilmiĢ azərbaycanlı Ģairlər vətəndən uzaqlarda yaĢasalar, ərəb 
dilində yazsalar da, doğma diyara, doğma elə, doğma mədəniyyətə bağlı olmuĢ, 
bunlardan bəhrələnmiĢlər. 

§ 4. AZƏRBAYCAN ATABƏYLƏRĠ DÖVLƏTĠNĠN SĠYASĠ 
QURULUġU VƏ ĠDARƏ SĠSTEMĠ 
Səltənət taxt-tacı uğrunda gedən mübarizədə öz mövqelərini 
möhkəmləndirmək üçün Səlcuq hökmdarları hərbi iqta sistemini yaradaraq, bu iqta 
paylarını sədaqətli hərbi rəislər arasında bölüĢdürdülər. Nəticədə, soltanlığın bütün 
əyalət və vilayətləri on minlərlə qoĢuna nəzarət edən hərbi baĢçılar və əmirlər 
arasında paylanıldı. Ġraq soltanlığında Abbasi xəlifələrinin qızıĢdırdığı səlcuq 
əmirlərinin bir-biri ilə düĢmənçilik edən qrupları arasında hakimiyyət uğrunda gedən 
vuruĢmalar zamanı, yenicə Arran valisi təyin olunmuĢ ġəmsəddin Eldəniz əsasən 
309  
müĢahidəçi mövqeyində duraraq, yalnız öz xeyri üçün əlveriĢli fürsət gözləyirdi. 
Mirxondun məlumatına görə, bu dövrdə ġəmsəddin Eldəniz ġirvanı öz 
hakimiyyətinə tabe etdi; soltan Məsudun Azərbaycandakı caniĢini Çavlının ölümündən 
(1146-cı il) sonra isə qarıĢıqlıqdan istifadə edərək, Naxçıvan vilayətini də öz mülklərinə 
birləĢdirdi. Eldəniz öz paytaxtını Naxçıvana köçürtdü və beləliklə, Azərbaycanın böyük 
hissəsinin sahibi oldu. 
1161-ci ildə soltan SüleymanĢahın taxtdan salınmasından sonra Eldənizin 
himayəsində olan ArslanĢah soltan elan edildi. Yeni soltanın atabəyi "böyük atabəy" 
ləqəbi aldı. Eldənizin oğulları -Cahan Pəhləvan böyük əmir - hacib, Qızıl Arslan isə ali 
baĢ komandan vəzifəsinə təyin olundular. 
Beləliklə, ġəmsəddin Eldəniz Ġraq soltanlığının həqiqi baĢçısına çevrildi. 
Soltan ArslanĢah isə, yuxarıda qeyd etdiyimiz kimi, dövlətin yalnız formal baĢçısı idi. Bu 
zamandan etibarən "vəliəhd Ģahzadənin tərbiyəçisi" mənasını daĢıyan "atabəy" ləqəbi 
ilkin anlamını itirərək, yeni məzmun kəsb etdi, hökmdarın ali tituluna çevrildi. Bu sözü 
adi mənasından fərqləndirmək üçün isə ləqəbə "ən böyük, əzəmətli" (əl-əzəm) sözü 
artırıldı. Atabəy əmirlərin, iqta sahiblərinin, valilərin süzereni idi və feodal 
iyerarxiyasında daha yüksək pillə tutur, formal olaraq soltandan sonra ikinci adam hesab 
edilirdi. Özünün "əzəmətli" titulu ilə Eldəniz digər atabəylərin (Ģahzadələrin 
atabəylərinin) süzereni olduğunu bir daha təsdiqləyir, bununla yanaĢı, bu süzerenliyin 
təkcə titula görə, yəni formal olmadığını nümayiĢ etdirirdi. Hərbi qüdrəti və siyasi 
nüfuzu isə Orta ġərq ölkələri hökmdarları arasında onun birinciliyini təmin edirdi. Onu 
da qeyd edək ki, öz qəbilə üzvləri ilə köçəri həyat keçirən səlcuq qəbilə baĢçıları zaman 
keçdikcə islamın və müsəlmanların soltanlarına çevrilirdilərsə, atabəylərin heç bir 
qəbilə əlaqələri yox idi. Eldənizin özü, məmlükdən soltan mətbəxinin nəzarətçisi 
vəzifəsinədək yüksələrək, saray məmuruna çevrilmiĢ, sonra əmir, atabəy və nəhayət, 
müstəqil hökmdar olmuĢdu. Dövlət iĢlərində həlledici səs Eldənizə məxsus idi. DaĢıdığı 
"məlik" titulu onun hakimiyyətinin irsi olduğunu bildirirdi. Eldəniz xarici siyasətə görə 
məsuliyyət daĢıyır, müharibə və qoĢun məsələlərini həll edirdi. O, adına pul 
kəsilməsi, xəlifə və soltandan sonra adının xütbələrdə çəkilməsi haqqını da əldə edə 
bilmiĢdi. Atabəy Eldəniz adətən qoĢunları özü döyüĢlərə aparır, bəzən isə bu iĢi naibinə 
həvalə edirdi. 
Azərbaycan Atabəylərinin dövlət aparatında atabəydən sonra ikinci Ģəxs vəzir idi. 
Bütün bürokratik aparatın rəhbəri sayılan vəzir dövlət baĢçısının birinci müĢaviri idi. 
Atabəylərin vəzirləri də səlcuq soltanlarının vəzirləri kimi bir qayda olaraq milliyyətcə 
türk deyil, məmurlar mühitinin ərəb-fars mənĢəli qulluqçularından olurdular. Ġnzibati-
maliyyə aparatındakı qalan vəzifələri də qeyri-türklər tutmuĢdu. Ali dövlət məmuru 
olan vəzir yalnız hökmdar qarĢısında məsuliyyət daĢıyırdı. Divanxana iĢçilərinin 
(əshab əd-divan) baĢçısı olan vəzir məmurları vəzifəyə təyin etmək və vəzifədən 
kənarlaĢdırmaq, təqaüdləri (ərzaq) və məvacibləri müəyyənləĢdirmək, vergi idarəsinə 
və xəzinəyə nəzarət etmək hüqııqlarına malik idi. Vəzir daim öz hökmdarının 
yanında olur, onu səfər və yürüĢlərdə müĢayiət edir, özü qoĢun göndərə və ona 
310  
baĢçılıq edə bilirdi. Dövlətdə böyük hörmətə malik olan vəzirlər vəzir, sadr, dəstur, 
xocayi-bozorq titullarını daĢıyırdılar; mürək-kəbqabı (dəvat) və müəyyən 
mahuddan hazırlanmıĢ çalma onların vəzifə əlamətləri idi. 
Dövlət əhəmiyyətli üçüncü vəzifə "böyük" və yaxud "ulu hacib" vəzifəsi 
idi. Bu mühüm vəzifəni icra edən Ģəxs əmir əl-hacib əl-kəbir və yaxud hacib əl-
xass əl-həzrət rütbəsini daĢıyırdı. Hökmdarın Ģəxsi xadimi olan hacib dövlət 
baĢçısına aid olan mühüm iĢlər haqqında ona məlumat verir, onun tələbatları 
qayğısına qalır, saray mərasimlərini müəyyənləĢdirirdi. Hacib hökmdarın gös-
təriĢlərini icra olunmaq üçün Ģifahi surətdə vəzirə çatdırır, hökmdarla əyanlar 
arasında əlaqə yaradırdı. 
Bəzən haciblər qoĢuna və hərbi əməliyyatlara da rəhbərlik edirdilər. 
Hökmdarın bütün əmlakını divan əl-xass (Ģəxsi divan) idarə edirdi. Divan 
mülkiyyətin müxtəlif kateqoriyaları (məsələn torpaq mülkləri, malikanələr və s.) 
ilə bağlı maliyyə haqq-hesabını aparır, onların gəlirini hesablayırdı. 
Taxt-tac əmlakı hökmdarın Ģəxsi malı idi; o, öz torpaqlarını iqta payı kimi 
qoĢun baĢçıları və digər Ģəxslərə, mülk kimi hakim sülalənin üzvlərinə verə bilərdi. 
Bütün Səlcuq hökmdarlarında olduğu kimi, atabəylərin də xəzinəsi 
(xizanət əl-xass) bilavasitə taxt -taca bağlı müəssisə idi. Xəzinə daim atabəyin özü 
olan yerdə yerləĢdirilirdi; baĢ xəzinə isə adətən Naxçıvan yaxınlığındakı Əlincə 
qalasında saxlanılır, dövlətin bütün gəlirləri bura daĢınırdı. 
Səlcuqilərdə olduğu kimi, atabəylər dövlətinin həyatında da Ģahzadələr 
(məliklər) böyük rol oynayırdılar. Hələ yetkinlik yaĢına çatmamıĢ əsas vilayətlərin 
caniĢinləri təyin edilən bu Ģahzadələrin öz sarayları olurdu. Artıq Cahan 
Pəhləvanın hakimiyyəti dövründə onun qardaĢı Qızıl Arslan Azərbaycan və 
Arranın caniĢini təyin edilmiĢdi. Sonra bu vəzifəni Cahan Pəhləvanın oğlu 
Əbubəkr tutdu. Rey, Ġsfahan vilayətlərində, Ġraqın bir hissəsində Azərbaycan ata -
bəyinin o biri oğlu Qutluq Ġnanc Mahmud, Həmədanda isə Özbək caniĢin təyin 
edildilər. Atabəy Özbəyin oğlu Qızıl Arslan XamuĢ onun Azərbaycandakı, Cahan 
Pəhləvanın qızı məlikə Cəlaliyyə isə onun Naxçıvandakı caniĢinləri idilər. Bütün bu 
caniĢinlərin öz sarayları ilə yanaĢı vəzirləri və hacibləri də var idi. 
Cahan Pəhləvan dövründən baĢlayaraq, Azərbaycan atabəyləri dövlətinin 
idarə edilməsi məqsədilə baĢda vəzir olmaqla ali idarə (divan əl-alə) yaradılmıĢdı. Bu 
idarənin nəzdində dövlət dəftərxanası (divan əl-inşa və yaxud divan ət-tuğra), maliyyə 
idarəsi və ya xəzinədarlıq (divan əl-istifa) var idi. Dövlət dəftərxanası həm daxili, 
həm də xarici yazıĢmaları aparırdı. Bu dəftərxananın baĢçısı "münĢi" və ya "tuğrayi" 
adlanırdı. Bu vəzifə irsi olmuĢ, onu icra edən Ģəxslər və onların sonrakı nəsilləri "ət-
tuğrayi" ləqəbini daĢımıĢdılar. 
Maliyyə idarəsinə və ya xəzinəyə rəhbərlik edən ali maliyyə məmuru 
(mustoufi əl-mamalik) dövlətin maliyyə idarələri sisteminin baĢında dururdu. 
Dövlətin əsas idarələrindən olan hərbi idarəyə (divan əl-ceyş və ya divan əl-
ərz) sahib divan əl-ərz (və yaxud ariz) baĢçılıq edirdi. O, hərbi iqtalara nəzarət edir 
311 
(lakin onları paylamaq hüququna malik deyildi), bütün rütbələrdən olan hərbi 
qulluqçuların maaĢ və xərclərinin ödənilməsi iĢlərinə baxırdı. Hərbi vəzifələr, eləcə 
də ordu ilə bağlı hər Ģey xidmətdə olan türk əyanlarının əlində idi. Dövlətdə mövcud 
olan poçt idarəsi, Xilafət poçtu kimi, özünün birbaĢa vəzifəsindən əlavə yuxarı 
təĢkilatlar üçün hər cür məlumatı toplamaqla və hətta casusluqla məĢğul idi. 
Azərbaycan Atabəyləri dövləti müxtəlif vaxtlarda bir sıra iri əyalət və 
vilayətlərdən ibarət idi. Həmin ərazilərin adətən dəqiq müəyyənləĢdirilmiĢ sərhədləri 
yox idi. Azərbaycan, Arran (Naxçıvan), Fars Ġraqı, Rey və Həmədan vilayətləri həmiĢə 
bu dövlətin tərkibində olmuĢlar. 
Hər bir vilayətin baĢında duran vali ölkə hökmdarının müavini və öz 
vilayətindəki bütün idarə iĢləri üçün məsul idi. Səlcuqilərin və atabəylərin 
hakimiyyətləri dövründə valilər, demək olar, həmiĢə türk olmuĢ, bu vəzifəni tutmazdan 
əvvəl çox vaxt qoĢun əmirləri kimi fəaliyyət göstərmiĢlər. Ġslamın qoyduğu qayda-
qanunlara riayət etmək, təbəələrinə qarĢı qayğıkeĢ və ədalətli olmaq, asayiĢ və əmin-
amanlığı qorumaq və s. valinin xidməti vəzifələrindəndi. Vali öz vilayətinin dünyəvi 
hakimi idi. Dini hakimlər - qazılar valinin tabeliyində idilər. Qazı vəzifəsi də, atabəylər 
dövründə olan bir çox baĢqa vəzifələr kimi əsasən irsi idi, yəni bu vəzifəni bir 
ailənin üzvləri daĢıyırdılar. Vilayətin bütün məmurlarının rəisi, onun ali baĢ 
komandanı olan valiyə maliyyə idarəsi də tabe edilmiĢdi. 
Validən sonra vilayətdə vəzifə cəhətdən ikinci Ģəxs onun vəziri idi. 
Valinin adından Ģəhərləri rəislər idarə edirdilər. Bir qayda olaraq, tanınmıĢ yerli 
nəsildən olan Ģəhər rəislərinin vəzifəsi irsi idi. ġəhərin ətraf nahiyə və kəndlərinin
rəisləri bu rəislərə tabe olurdular. Rəis məmurlarla əhali arasmda vasitəçi kimi 
çıxıĢ edir, Ģəhər və kənd camaatının qayda-qanuna riayət etmələri üçün hökmdar 
qarĢısında cavabdehlik göstərirdi. Rəisin özünün vəzifəyə qoyduğu və vəzifədən 
götürdüyü xəfıyyə rəisləri də ona tabe idilər. Rəislər tabeliklərində olan ərazilərin 
dünyəvi hakimləri olsalar da, Ģəriətə görə, dini hakim və imamlarla razılaĢırdılar. 
BaĢ Ģiə qazısından baĢqa dövlətin hər bir Ģəhər və kəndində yerli qazılar da vardı. 
Onu da qeyd etməliyik ki, Azərbaycan Atabəyləri dövlətində inzibati 
idarəçilik sistemi Ġraq səlcuq soltanlığında olduğu kimi qalmıĢdı. 












312  
§ 5. AZƏRBAYCAN ATABƏYLƏRĠ DÖVLƏTĠNĠN 
MÖHKƏMLƏNMƏSĠ 
Böyük atabəy ġəmsəddin Eldənizin Ölüm xəbəri o zaman Həmədanda
olan Cahan Pəhləvana yetiĢəndə o, dərhal Naxçıvana gəldi, dövlət xəzinəsini və 
taxt-tacın əmlakını, eləcə də bütün qoĢunları öz nəzarəti altına aldı. 
Eldənizin siyasətindən narazı olan Ġraq əmirləri Cahan Pəhləvanın 
Həmədanı tərk etməsindən istifadə edərək, soltan ArslanĢahı böyük ordu ilə 
Azərbaycana hücum etməyə təhrik edirlər. Lakin Zəncanda xəstələnərək, yenidən 
Həmədana qayıdan soltan, Cahan Pəhləvanı da paytaxta dəvət edir, onunla barıĢır, 
dövlətin idarəsini ona tapĢırdıqdan az sonra vəfat edir. Mənbələrin məlumatı 
ArslanĢahın Cahan Pəhləvanın sərəncamı ilə zəhərlənməsi faktını təsdiq edir. Bu 
yolla rəqibini aradan götürən atabəy, ArslanĢahın 7 yaĢlı oğlu III Toğrulu soltanlıq 
taxtmda əyləĢdirir, özü də onun atabəyi olur. 
Bundan az sonra Cahan Pəhləvan onun tabeliyindən çıxmıĢ vassalı, 
Xuzistan hakimi Aydoğdu ġimlənin çıxıĢını yatırmalı oldu. Atabəy Eldəniz öz 
sağlığında xəlifənin həmlələrinin qarĢısını almağa qadir qüvvəyə malik olan bu 
vassalına həmiĢə qoĢunla yardım etmiĢdi. Bu dəfə ġimlə, çoxdan gözü tutduğu 
Nihavəndə hiylə yolu ilə daxil olaraq, Ģəhəri talan edir, Ģəhər qazısını və rəisini isə edam 
etdirir. Bundan sonra o, Azərbaycan atabəylərinin vassalları olan türkman-əfĢarların 
məskənlərinə hücum edir. Cahan Pəhləvanın göndərdiyi qoĢun ġimlənin ordusunu 
darmadağın edir, ağır yaralanmıĢ ġimlə isə əsir alınır. Ġki gün sonra ġimlə ölür; onun 
Xuzistanın yeni hakimi təyin edilmiĢ oğlu ġərəfəddin Əmiran, ürəyindəki ədavətə 
baxmayaraq, Azərbaycan atabəyinə tabe olmaq məcburiyyətində qalır. 
Soltan III Toğrulun o zaman Xuzistanda yaĢayan əmisi Ģahzadə Məhəmməd 
soltanlığın taxt-tacına yeganə ciddi iddiaçı idi. Lakin onun hakimiyyəti ələ keçirmək 
üçün göstərdiyi bütün silahlı cəhdlər uğursuzluqla nəticələnir. Cahan Pəhləvandan asılı 
olan əmirlərdən heç biri, o cümlədən təqib olunan Məhəmmədin sığınacaq istədiyi 
Xuzistan, Vasit, Fars hakimləri Ģahzadəyə yiyə durmur və nəhayət onu Azərbaycan 
atabəyinə təslim edirlər. 
Son rəqibini də aradan götürən Cahan Pəhləvan bundan belə Ġraq Səlcuq 
sülaləsinin son nümayəndəsi olan azyaĢlı soltan III Toğrul ibn ArslanĢahın adından inamla 
fəaliyyət göstərə bilərdi. 
1177-ci ilin iyulunda soltanlığın tabeliyində və vassal asılılığında olan bütün 
torpaqlarında 7 yaĢlı III Toğrulun adına xütbə oxundu. Dövlət hakimiyyəti əməli olaraq 
soltanlığın bütün iĢlərini idarə edən Cahan Pəhləvanın əlinə keçdi. Tabe olan 
hakimlərdən və vassallardan heç biri buna etiraz etmədi, çünki o dövr müəlliflərinin dili 
ilə desək, "bütün hakimlər Pəhləvandan qorxurdular". Soltanın adına pul kəsildi, onun 
sərəncamları dərhal yerinə yetirilirdi. 
Cahan Pəhləvanın özü qardaĢı Qızıl Arslanı Azərbaycan və Arranda caniĢin 
vəzifəsinə təyin edərək, Həmədana gedir, mərkəzi hakimiyyətin möhkəmləndirilməsi 
313  
üçün mühüm tədbirlər görməyə baĢlayır. O, itaətsizlik göstərən əmirləri, xüsusilə Ġran 
(əcəm) Ġraqı əmirlərini ram edir, fərsiz qoĢun baĢçılarını və məmurları vəzifəsindən 
uzaqlaĢdırır, onları özünə sadiq Ģəxslərlə əvəz edirdi. Ən mühüm dövlət vəzifələrinə 
yetmiĢə yaxın Ģəxsi məmlükünü təyin edən atabəy onların hər birinə iqta payı kimi 
müəyyən vilayəti və ya Ģəhəri vermiĢdi. Öz məmlüklərinin köməyilə dövlət idarəçili-
yinin özünəməxsus sistemini meydana çıxartmıĢ Cahan Pəhləvan məmlük elitasını 
yaratdı; bu elita atabəyin ölümündən 30 il sonra da ictimai-siyasi hadisələrdə aparıcı rol 
oynayırdı. 
Atabəyin inzibatçılıq qabiliyyəti və amansız tələbkarlığı dövlət idarəçilik 
sisteminin hər bir sahəsində möhkəm qayda-qanunun yaranmasına səbəb oldu. 
Hakimiyyətdə olduğu 10 il müddətində dövlət heç bir xarici müdaxiləyə məruz qalmadı. 
Əl-Hüseyni yazır ki, məhz Cahan Pəhləvanın hakimiyyəti illərində "gürcülər onun 
tələblərini qəbul edərək, sülh bağladılar". Təhlükəli Ģərq qonĢusu -xarəzmĢah TəkiĢlə 
(1172-1200) də dostluq münasibətləri yaranmıĢdı. 
Cahan Pəhləvan istər xəlifə əl-Müstədi, istərsə də abbasi xəlifələri arasında ən 
qüdrətli hökmdarlardan biri olan ən-Nasirlə (1180-1225) elə münasibətlər saxlayırdı ki, 
bu münasibətlər ona müsəlmanların ruhani baĢçısına hörmət pərdəsi altında Bağdaddan 
asılı olmayan siyasət yeritmək imkanı verir, xəlifənin onun dövlətinin daxili iĢlərinə 
qarıĢmasının qarĢısını alırdı. 
Atabəy Cahan Pəhləvanın ən böyük uğurlarından biri Ağsunqur əl-
Əhmədilinin varislərinin əlində olan Təbrizin Eldənizlər dövlətinin ərazisinə 
birləĢdirilməsi idi. Belə ki, 1175-ci ilin yayında Təbriz və onun ətrafındakı yerlərin 
hakimi Arslan Aba ibn Ağsunqur vəfat etdikdə, Cahan Pəhləvan Ruindej qalasını, daha 
sonra isə Marağanı, atabəyin qardaĢı Qızıl Arslan isə Təbrizi mühasirə etmiĢdi. Əldə 
edilmiĢ saziĢ nəticəsində Cahan Pəhləvan Təbrizi alıb, iqta payı kimi qardaĢına verdi. 
Marağa isə, razılığa görə əvvəlki sahiblərinin - Ağsunqurilərin ixtiyarında qaldı. 
Misirin və Suriyanın məĢhur hökmdarı, Əyyubilər sülaləsinin banisi 
Səlahəddin Yusifin (1169-1193) böyük fəallıq göstərdiyi qərb sərhədlərində asayiĢi 
təmin etmək atabəy Cahan Pəhləvanın xarici siyasətində ən çətin problemlərdən biri idi. 
Səlahəddinin Ġraq Səlcuqilərinin hakimiyyəti altında olan vilayətlərə hücumları nəti-
cəsində meydana çıxan mübahisəli məsələlərdə Cahan Pəhləvan dəfələrlə barıĢdırıcı 
və vasitəçi olmuĢ, himayəsi altında olanlara hərbi kömək göstərmiĢdi. 
Atabəyin müasiri tarixçi Ġbn əl-Əsir onu "xoĢ xasiyyətli, ədalətli, müdrik və 
səbirli hakim" kimi qiymətləndirsə də, baĢqa mənbələr (Sibt ibn əl-Cavzi və b.) onun 
amansızlığından da yazırlar. Cahan Pəhləvanın digər müasiri Ravəndi atabəyin ailəyə 
bağlılığını xüsusi qeyd etmiĢdir. Atabəyin dörd oğlu və bir neçə qızı vardı. O, qızlarını 
qonĢu hakimlərə və əmirlərə ərə vermiĢdi. Bütün oğullarını hakim görmək istəyən Cahan 
Pəhləvan hələ öz sağlığında türk qızı Qüteybə xatundan doğulmuĢ oğlu Əbubəkri Azər-
baycan və Arran hakimi təyin etmiĢ, onun tərbiyəsini isə əmisi Qızıl Arslana 
tapĢırmıĢdı. Rey, Ġsfahan vilayətlərini və Ġraqın qalan hissəsini Rey hakiminin qızı Ġnanc 
xatundan doğulmuĢ oğlanları Ġnanc Mahmud və Əmir Əmiran Ömər üçün, Həmədan 
314  
vilayətini isə kənizi Zahidə xatundan doğulmuĢ oğlu Özbəy üçün nəzərdə tutmuĢdu. 
Ölümqabağı, 1186-cı ilin əvvəlində, Cahan Pəhləvan uĢaqlarına əmiləri Qızıl 
Arslana tabe olmağı, soltan Toğrula xidmət etməyi vəsiyyət etdi. Lakin atabəyin qəfil 
ölümü onun qoyduğu qayda-qanunu pozdu. Varisi Qızıl Arslan yalnız soltan III Toğrulun 
deyil, eləcə də qardaĢının dul arvadı Ġnanc Xatunun və onun Ġraq əmirləri arasındakı 
tərəfdarlarının müqavimətləri ilə üzləĢməli oldu. 






§ 6. AZƏRBAYCAN ATABƏYLƏRĠ DÖVLƏTĠNĠN 
TARĠXĠNDƏ "MƏMLÜK" DÖVRÜNÜN 
BAġLANMASI 
Böyük bir dövlətin idarəsini təkbaĢına nəzarəti altında saxlayan atabəy Cahan 
Pəhləvanm ölümü soltanlığın hakim dairələrində çaĢqınlıq və narahatlığa səbəb oldıı. 
Dövlət əyanları və atabəyin yaxın adamları (Ġnanc xatun və onun tərəfdarları) Cahan 
Pəhləvanın ölümünü bir neçə ay gizlədərək, bu müddətdə varis məsələsini həll etməyə 
çalıĢırdılar. Nəhayət, onlar soltan III Toğrulun yanına gedib, Qızıl Arslanın iqta mülkü 
olan Azərbaycan və Arranı onun ixtiyarına verməyə və qoĢunların baĢ komandanı 
vəzifəsini də ona tapĢırmağa razı salmaq qərarına gəlirlər. 
Ġnanc xatunun inadına baxmayaraq, əmirlərin əksəriyyəti belə bir nəticəyə 
gəlirlər ki, Cahan Pəhləvanın varisi məhz Qızıl Arslan olmalıdır. Onlar sədaqətlərini 
Qızıl Arslana bildirərək, ondan Həmədana gəlməyi və dövlətin idarəsini öhdəsinə 
götürməyi xahiĢ edirlər. 
Vəziyyəti xeyli səbatsız olan soltan III Toğrul da Qızıl Arslanı özünün 
atabəyi təyin etməyə məcbur olur. 
Cahan Pəhləvanın, demək olar, bütün sabiq məmlükləri Qızıl Arslanın 
tərəfində idilər. Hələ Cahan Pəhləvanın sağlığında özlərini müstəqil aparan bu 
məmlüklər yüksək mövqe tuta bilmiĢdilər; onlar öz iqta paylarını istədikləri tərzdə 
idarə edir, tabeliklərində olan vilayətdə adlarına pul kəsdirir, xütbə oxutdururdular. 
Tarixçi Ravəndinin məlumatına görə, məmlüklər dövlət reyestrlərini (siyahılarını) və 
sərəncamlarını saxtalaĢdıraraq, öz adlarını, ləqəblərini, uydurduqları nəsil Ģəcərələrini 
vəqflərdən oğurladıqları kitablara əlavə etdirir, vəqf qeydlərini saxtalaĢdırırdılar. 
Qızıl Arslana olan bu münasibət, mövqeyinin möhkəmlənməsi Ġnanc xatunu 
heç də qane etmirdi. O, mərhum ərinin sabiq məmlükləri Əmir Camal əd-Din Ay Aba 
və Seyfəddin Rusla gizli danıĢığa girərək, onların soltan III Toğrulun tərəfinə 
keçmələrinə nail olur. Zəncan, Əbhər və Marağa hakimləri də onlara qoĢulurlar. Onların 

315  
birləĢmiĢ qüvvələri 1187-ci ildə Həmədan yaxınlığında Qızıl Arslanın ordusu ilə 
üzləĢir; bir neçə gün davam edən döyüĢlərdən sonra Qızıl Arslanın ordusu geri 
çəkilir. 
Elə bu zaman rəqib cəbhəsində ziddiyyətlər baĢ qaldırır: əvvəlcə Əmir Rus, 
onun ardınca Qızıl Arslana qarĢı çıxıĢdan imtina etmiĢ Ay Aba öldürülürlər. Bu 
hadisələrdən sonra, soltanın əmri ilə onun tərəfdarları Qızıl Arslanla əlaqədar olanlara 
divan tutmağa baĢladılar. Bu, yerli hakimlərin soltanla olan əlaqələrinin kəsilməsinə 
gətirib çıxartdı. 
Hadisələrdən xəbər tutan Qızıl Arslan qisas məqsədi ilə soltanın bütün 
tərəfdarlarını həbs etmək əmrini verir və kömək üçün xəlifə ən-Nasirə müraciət edir. 
Bu müraciətdə Ġraq soltanlığını birdəfəlik zəiflətmək, öz hakimiyyət və nüfuzunu 
gücləndirmək imkanını görən xəlifə, 1188-ci ilin mart ayının əvvəlində vəzirin 
baĢçılığı ilə təchiz olunmuĢ böyük ordunu III Toğrula qarĢı çıxıĢ edən Qızıl Arslanın 
köməyinə göndərir. Soltan qoĢunlarının gücünü lazımınca qiymətləndirməyən vəzir, 
yolda yubanmıĢ Qızıl Arslanı gözləmədən, onsuz Həmədanı ələ keçirmək qərarına 
gəlir. Lakin müvəffəqiyyət qazana bilmir. 
Xəlifənin həmin ilin sonunda təchiz etdiyi ikinci ordu III Toğrulun qoyub 
getdiyi Həmədan Ģəhərini ələ keçirir. Həmədana gəlmiĢ Qızıl Arslan təntənə ilə 
qarĢılanır, ona xəlifənin caniĢini təyin olunması haqqında xəlifə fərmanı - mənĢur təqdim 
edilir. Bu. Qızıl Arslanın soltan vassalı deyil, müstəqil hökmdar olduğunun etiraf edilməsi 
idi. Bağdadda onun adına "hökmdar, möminlər ənıirinin köməkçisi" {əl-məlik ən-nasir 
əmirəl-möminin) xitabı ilə xütbə oxunur. Xəlifə qoĢunları Qızıl Arslanın tabeçiliyinə 
keçirilir, o, özü isə Həmədanda soltan taxtına əyləĢdirilir. 
Qızıl Arslanın Azərbaycanda olmamasından istifadə edən soltan III Toğrul öz 
qoĢunu ilə UĢnu, Xoy, Urmiya və Səlmas Ģəhərlərinə soxulub, hər yeri talan edir. Sonra o, 
Səlahəddin Əyyubiyə müraciət edərək, yardım göstərməsini xahiĢ edir. Səlahəddin, 
Qızıl Arslanı onun anabir qardaĢının oğlu III Toğrulla barıĢdırmağa cəhd gostərir. Lakin 
əvvəl barıĢığa razı olan III Toğrul, yenidən əmisinə qarĢı müharibə etmək qərarına gələrək, 
1190-cı ilin oktyabrında Qızıl Arslana hücum edir. Toğrulun inadına yaxĢı bələd olan Qızıl 
Arslan özünü, digər rəqibi - Ġnanc xatun və onun tərəfdarları tərəfdən təhlükəsizləĢdirən 
bir sıra tədbirlər görür: Ġnanc xatunun oğulları ilə barıĢıq imzalayır, onları öz yanında 
xidmətə götürür və nəhayət mərhum qardaĢının dul qalmıĢ arvadı Ġnanc xatunla evlənir. Yalnız 
bu tədbirlərdən sonra soltana qarĢı çıxıĢ edən Qızıl Arslan, türkman dəstələrinin yardımına 
baxmayaraq, III Toğrulu məğlubiyyətə uğradır. 
Rəqiblərin son toqquĢması Həmədan yaxınlığında baĢ verir. Hücuma keçən 
soltan qoĢunları yenidən məğlub edilir, soltan özü isə əli qandallı Azərbaycan 
qalalarının birinə salınır. 
Atabəy Qızıl Arslanla soltan III Toğrul arasındakı mübarizənin qızğın çağında 
Ġsfahan, Rey və baĢqa Ģəhərlərdə atabəyin tərəfdarları ilə əleyhdarları arasında qanlı 
toqquĢmalar gedirdi. Atabəylərin əleyhdarlarına, hələ Cahan Pəhləvanın sağlığında 
Azərbaycan atabəylərinə qarĢı çıxmıĢ Ġsfahan Ģəfiilərinin rəisi baĢçılıq edirdi. Cahan 
316  
Pəhləvanın ölümündən sonra III Toğrulun tərəfinə keçmiĢ bu rəis Qızıl Arslanın 
Ġsfahandakı bütün tərəfdarlarını qılıncdan keçirmək əmrini vermiĢdi. Rəisin bu əmrinə 
etiraz əlaməti olaraq, atabəyin tərəfdarları Ġsfahanda iki-üç il ərzində bir neçə min Ģəfiini 
qətlə yetirirlər. 
Bütün bu hadisələrdən sonra Qızıl Arslan Həmədana qayıdır. Burada xəlifənin 
adından onun ünvanına xütbə oxunur. Beləliklə. Ġraq soltanlığının mütləq hakiminə 
çevrilən Qızıl Arslan Azərbaycan, Arran, Həmədan, Rey vilayətlərinə, həmin 
vilayətlərə bitiĢik olan ərazilərə sahib olur. Fars və Xuzistan hakimləri isə bir 
vassal kimi ona tabe edilir. 
Lakin hakimiyyət zirvəsinə yetiĢən Qızıl Arslan gerçək hakimiyyətinin 
möhkəmləndirilməsi üçün mövcud olan bütün imkan lardan istifadə etmədi. Onun 
sarayında özbaĢınalıq hökm sürür, fitnə-fəsad baĢ alıb gedirdi. Nəhayət, Qızıl 
Arslana qarĢı qəsd təĢkil olundu; ərinə etibar etməyən Ġnanc Xatun bu qəsddə fəal 
rol oynayırdı. 1191-ci ilin sentyabr ayında QIZIL Arslan öldürüldü. 




§ 7. SON ELDƏNĠZLƏR
Qızıl Arslan öldürüldükdən sonra Cahan Pəhləvanın Qüteybə xatundan 
olan oğlu Əbubəkr Azərbaycana yola düĢür və çox keçmədən Naxçıvana, Əlincə 
qalasına gəlir. Cahan Pəhləvanın o biri dul arvadı Zahidə xatunun sərəncamında 
olan dövlət xəzinəsi bu qalada yerləĢirdi. Əbubəkr qalanı və xəzinəni ələ keçirir. 
Bütün yerli hakimlər onun ali hakimiyyətini tanıyırlar. Əl-Hüseyninin məlumatına 
görə, Əbubəkr bir Ģəhərdən digərinə gedir, hamı ona təslim olurdu; beləliklə, o, 
bütün Azərbaycana və Arrana sahib olur. QoĢunlar onun ətrafında cəmləĢir və o, 
atasının və babasının yerində bərqərar olur. 
Ġnanc Xatunun oğulları - Qutluq Ġnanc və Əmir Əmiran isə Həmədan və 
ona qonĢu vilayətlərdə hakimiyyəti ələ keçirirlər. Ġnanc Xatunun özü Reydə qalır.
Beləliklə, dövlət Cahan Pəhləvanın oğulları arasında bölünür. 
1192-ci ildə Cahan Pəhləvanın sabiq silahdaĢı və məmlükü Mahmud Anas
oğlu, soltan III Toğrulun saxlanıldığı qalanın valisi ilə dilbir olub, onu azad etdirir. 
Azadlığa çıxmıĢ III Toğrul çox keçmədən kiçik bir dəstə ilə Təbrizə 
müvəffəqiyyətsiz hücum edir. 1192-ci ilin iyulunda Qəzvin yaxınlığında III Toğrul 
və Qutluq Ġnancın qoĢunları arasında döyüĢ baĢ verir. Qalib gəlmiĢ III Toğrul 
təntənə ilə Həmədana daxil olaraq, yenidən soltan taxtına əyləĢir. Məğlubiyyətə 
uğrayaraq, Reydə anasının yanında gizlənmiĢ Qutluq Ġnanc isə yardım xahiĢi ilə 
xarəzmĢah TəkiĢə müraciət edir. 
Ġraqdakı vəziyyətin qeyri-müəyyənliyindən istifadə edən xarəzmĢah TəkiĢ 
1193-cü ilin yanvarında öz qoĢunlarını ora göndərir. XarəzmĢahın ordusu Reyi və 
317  
Təbarək qalasını tutaraq, ölkədə özbaĢınalıq və azğınlığa baĢlayır. Vəziyyəti 
sabitləĢdirmək məqsədi ilə III Toğrul öz qızını TəkiĢin qardaĢı Yunis Xocaya ərə 
verməli olur. Lakin iĢ elə gətirir ki, məhz bu vaxt Xərəzmdə TəkiĢə qarĢı qardaĢı 
SoltanĢah üsyan edir; TəkiĢ Reydə və Təbarək qalasında hərbi hissələr yerləĢdirərək, 
vətənə yollanır. Hadisələrin bu dönümü soltanı xarəzmĢahın vassalı edə biləcək vəziyyəti 
düzəldir. 
XarəzmĢah TəkiĢin getməsindən sonra III Toğrul Reyə və Təbarək qalasına 
hücum edərək, xarəzmlilərin qoĢun hissələrini darmadağın edir. Hadisələrin belə Ģəkil 
alması Ġnanc Xatunu III Toğrula münasibətdə siyasəti dəyiĢməyə vadar edir: o, III Toğrula 
müraciət edərək, dostluq münasibətləri və özünün sərvətləri müqabilində onunla kəbin 
kəsdirmək təklifıni qəbul etməyi xahiĢ edir. Lakin soltan Toğrulun razılıq verdiyi bu 
izdivac uzun sürmədi; Ġnanc Xatunun onu zəhərləmək məqsədində olduğundan xəbər 
tutan soltan onun üçün hazırlanmıĢ zəhərli badəni qadının özünə içirdir. Atabəylər 
dövlətinin bu dövr siyasi həyatında baĢ verən çoxsaylı qəsd və fəsadlarda məĢum rol 
oynamıĢ Ġnanc Xatunun ömrü belə sona yetir. 
Ġnanc Xatunun ölümündən sonra onun oğlanları qoĢun toplayaraq, Təbrizi ələ 
keçirir və Azərbaycanla Arranın hakimi Əbubəkrə qarĢı hərbi yürüĢə hazırlaĢmağa 
baĢlayırlar. Onların arasında baĢ verən döyüĢdə Əbubəkr qələbə qazanır. Əmir Əmiran 
ġirvana, Qutluq Ġnanc isə Zəncana qaçırlar. Qutluq Ġnanc xarəzmĢah TəkiĢə müraciət 
edərək, soltan III Toğrula qarĢı mübarizədə yardımçı olmasını xahiĢ edir. III Toğrulun 
hakimiyyəti altında olan bütün torpaqların xarəzmĢaha iqta kimi bağıĢlanması haqqında 
fərmanı ona göndərən xəlifə ən-Nasir də TəkiĢə eyni xahiĢlə müraciət edir. Bu 
mübarizədə iĢtirakından qazana biləcəyi xeyri əldən vermək istəməyən XarəzmĢah 
qoĢununu hərəkətə gətirdi. Qutluq Ġnanc öz tərəfdarları ilə ona qoĢuldu. XarəzmĢahın 
çıxıĢından xəbər tutan III Toğrul rəqiblərinə qarĢı mübarizəyə giriĢ məyi qərara aldı. 
O, xeyirxahlarının və müĢavirlərinin ağıllı məsləhətlərinə qulaq asmayıb, əsas qüvvələrin 
yaxınlaĢmasını gözləmədən, 1194-cü ilin martında az qüvvə ilə xarəzmlilərin Rey 
yaxınlığındakı ön dəstəsinə hücum etdi. Bu dəstəyə Qutluq Ġnanc baĢçılıq edirdi. 
DöyüĢ zamanı yaralanan soltan, Qutluq Ġnancın əli ilə öldürülür, onun kəsilmiĢ 
baĢı isə TəkiĢin hüzuruna gətirilir. 
Tarixçi Sədrəddin əl-Hüseyni yazır: "Sonuncu Səlcuq hökmdarı soltan III 
Toğrul öldürüləndə, Səlcuq nəslinin közərmiĢ kömürlərindən yalnız kül qaldı, onu 
da külək sovurub apardı". 
III Toğrulun ölümündən sonra, 1194-cü ilin iyulunda, xarəzmĢah TəkiĢ 
Həmədanı, Fars Ġraqın ın əksər Ģəhərlərini ələ keçirərək, tutulmuĢ torpaqları öz 
əmirləri arasında bölüĢdürdü. O, Ġsfahanı Qutluq Ġnanca verərək, onu Ġraqın baĢ 
əmiri təyin etdi. Həmədan -əmir Qaragöz əl-Atabəyiyə, Rey - TəkiĢin oğlu Yunis 
xana verildi; əmir Mayaçuq Yunis xanın atabəyi təyin olundu. 
Soltana qarĢı aparılan hərbi əməliyyatlarda vəzir Ġbn əl-Qəssabın baĢçılığı 
altında xəlifə qoĢunları da iĢtirak edirdilər. Lakin III Toğrulun torpaqları TəkiĢin 
əmirləri arasında bölüĢdürülərkən, xəlifə "unuduldu". Bu isə son nəticə olaraq 
318  
xəlifə ilə xarəzmĢahın münasibətlərini pozdu. 
1195-ci ilin əvvəlindən xəlifənin vəziri Ġbn əl-Qəssab Xuzistan hakiminin 
ölümündən sonra onun varisləri arasında baĢlanan ara çəkiĢmələrindən istifadə 
edərək, Xuzistanın Ģəhərlərini ələ keçirdi, hakimin bütün oğlanlarını əsir tut ub, 
Bağdada göndərdi. Bu hadisədən sonra xəlifə öz vəzirinə Fars Ġraqı torpaqlarını 
zəbt etmək əmrini verdi. 
Məhz bu dövrdə Zəncan yaxınlığındakı döyüĢdə məğlubiyyətə uğramıĢ 
Qutluq Ġnanc müttəfiqi xarəzmĢahla münasibətləri pozaraq, Ġbn əl-Qəssabın 
tərəfinə keçir. Onların birləĢ miĢ qüvvələri tezliklə bütün Həmədan vilayətini 
tutaraq, Rey yaxınlığında xarəzmliləri məğlubiyyətə uğradır, bütün Fars Ġraqını 
xarəzmlilərdən təmizləyirlər. 
Bir neçə ay sonra xarəzmĢah TəkiĢ xəlifə qoĢunlarının Fars Ġraqından 
çıxarılmasını tələb edir. 1196-cı ilin iyulunda, vəzirin ölümündən sonra, xəlifə 
qoĢunları içərisində baĢlanan ixtilafdan istifadə edən xarəzmĢah Həmədanı ələ 
keçirir, bir qədər sonra isə barıĢığa razı olan Qutluq Ġnancı tora salaraq, onu da 
aradan götürür. 
Beləliklə, Əbubəkrin hakimiyyət iddiasında olan rəqiblərindən biri - öz 
qardaĢı Qutluq Ġnanc siyasi meydandan çıxarılır. Cahan Pəhləvanın o biri oğlu, 
ĢirvanĢah birinci A xsitanın sarayına sığınmıĢ Əmir Əmiran Ömər ĢirvanĢahın qızı ilə 
evlənir. Çox keçmədən qoĢun toplayaraq, öz qardaĢı atabəy Əbubəkrə qarĢı birgə çıxıĢ 
etmək üçün gürcü ordusu ilə birləĢ mək qərarına gəlir. 
Əmir Əmiranın simasında Əbubəkrə qarĢı mübarizədə müttəfiq tapan gürcü 
hökmdarı Tamar Arrana və Azərbaycana hərbi yürüĢ üçün qoĢun toplanması haqqında 
sərəncam verdi. Əbubəkrdən narazı olan bəzi Arran əmirləri və türkman dəstələri də 
birləĢmiĢ gürcü-ġirvan qoĢununa qoĢuldular. 
1194-cü ilin iyununda ġəmkir yaxınlığında baĢ verən döyüĢdə atabəy Əbubəkr 
məğlubiyyətə uğradıldı. ġəmkir, ətraf Ģəhər və qalalar Əmir Əmiranın ixtiyarına 
verildi. Tezliklə Əbubəkrin geri çəkilərək qərarlaĢdığı Beyləqan yaxınlığında atabəy 
qoĢunları ikinci məğlubiyyətə uğradılır. Əbubəkrin özü canını zorla qurtarıb, Naxçıvana 
qaçır.
Beyləqan yaxınlığındakı döyüĢdən sonra, gürcü-ġirvan qoĢunları Gəncəyə 
yaxınlaĢıb, Ģəhər əhalisindən təslim olmağı tələb edirlər. Lakin Əmir Əmiranla yanaĢı 
onların üzərinə dəfələrlə hücum etmiĢ düĢmənlərini görən gəncəlilər ilk əvvəl bu tələbi 
yerinə yetirmirlər. Sonra isə Əmir Əmiranla birlikdə onun müĢaviri sifəti ilə Ģəhərə 
yalnız bir neçə gürcü qoĢun baĢçısının daxil olacağı Ģərti ilə irəli sürülmüĢ tələblərə 
müsbət cavab verirlər. Əmir Əmiran öz qoĢunu, üç gürcü hərbiçisi və yaxın adamları ilə 
Ģəhərə daxil olaraq, onların köməyi ilə vaxtilə soltan Məhəmməd Təpərin qurdurduğu 
taxt-taca sahib olur. 
ġirvanĢah I Axsitan kimi gürcü hökmdarından vassal asılılığını qəbul edən Əmir 
Əmiran, gürcü qoĢunları Gəncəni tərk etdikdən sonra Ģəhərin müsəlman əhalisini 
sıxıĢdırmağa, Gəncəli Kirakosun dediyi kimi, xaçpərəstlərə iltifat göstərməyə baĢladı. 
319  
Elə buna görə də 22 gündən sonra Ģəhər əyanları Əmir Əmiranı öldürərək, təcili 
Gəncəyə gəlmək xahiĢilə Əbubəkrə müraciət göndərirlər. Əl-Hüseyninin 
məlumatına görə "Əbubəkr Ģəhərdəki iĢləri qaydaya salaraq, Gəncəni öz oğlunun 
ixtiyanna verir... və Naxçıvana qayıdır". 
Bu elə bir dövr idi ki, Qutluq Ġnanc artıq öldürülmüĢ, xarəzmĢah TəkiĢin 
qoĢunları isə Həmədanı ələ keçirmiĢdilər. TəkiĢ Cahan Pəhləvanın Fars Ġraqında 
özbaĢınalıq edən, heç bir hökmdarın ali hakimiyyətini tanımaq istəməyən 
məmlüklərinə qarĢı Əbubəkri göndərmək istəyirdi. Buna görə də o, soltanlığın 
idarəsini Əbubəkrə həvalə etmək qərarına gəlir. Lakin Əbubəkr gürcülər tərəfdən 
təhlükə gözlənildiyinə isnad edərək, onun yanına qardaĢı Özbəyi göndərir. Beləliklə, 
bütün ölkənin idarə iĢi Özbəyə tapĢırılır. 
XarəzmĢah TəkiĢin öz vətəninə gediĢindən sonra Cahan Pəhləvanın 
məmlükləri onunla mübarizəyə baĢlamaq haqqında bəzi Ġraq əmirləri ilə razılığa 
gəlirlər. Bu ittifaqın baĢında məmlük əmir Ġzzəddin Əbülmüzəffər Gökçə ibn Abdallah 
ət-Türki durur. Onun tərəfdarları Reyi və onun nahiyələrini ələ keçirərək, xarəzmliləri 
qovmaq məqsədi ilə Ġsfahana doğru hərəkət edir, lakin Ġsfahanın məmlük Seyfəddin 
Toğrul baĢda olmaqla xəlifə qoĢunları tərəfindən ələ keçirildiyindən xəbər tuturlar. 
Çox keçmədən bu birləĢmiĢ qoĢunlar bütün Fars Ġraqını iĢğal edirlər. Rey öz nahiyəsi ilə 
birgə, Savə, Qum və KaĢan Gökçənin, Ġsfahan, Həmədan, Zəncan və Qəzvin isə xəlifə 
ən-Nasirin tabeliyinə keçir. Gökçənin ələ keçirdiyi Ģəhər və vilayətlərin onun 
hakimiyyəti altında qalmasını öz fərmanı ilə təsdiq edən xəlifə həmin yerlərdən alınan 
vergilərin xəlifə xəzinəsinə göndərilməsi haqqında əmr verir. Bununla yanaĢı, xəlifə 
Özbəklə Gökçə arasındakı gərgin münasibətlərdən öz xeyri üçün istifadə etmək 
fikrinə düĢür. Hakimiyyət və imtiyazlarını saxlamaq üçün o, XII əsrin son iki onilinin 
ardı-arası kəsilməyən çəkiĢmələrindən bacarıqla istifadə edərək, hakimiyyət iddiasında 
olan Ģəxsləri məharətlə bir-birinə qarĢı qaldırırdı. O, özbəyi güzəĢtlər hesabına öz 
tərəfinə çəkməyə çalıĢır. Bu məqsədlə xəlifə öz sərkərdəsi Əbülheyca tərəfindən 
aralarında baĢ vermiĢ hərc-mərclik üstə əsir alınmıĢ Özbəyin təcili buraxılmasını əmr 
edir, ona fəxri xələt və qızıl qılınc göndərir. 
Tezliklə Özbəyin Həmədandakı mövqeyi sarsılır. O, xəlifə qoĢunlarına etibar 
etməyərək, yardım üçün qardaĢı Əbubəkrin yanına - Azərbaycana yollanır. 1197-ci ilin 
ortalarında Özbək yenidən Həmədana qayıdır. Həmədan vilayətinin idarəsi Gökçəyə 
həvalə edilir. Lakin o da Ģəhər əhalisinə olmazın zülm verir. Bu xəbər Əbubəkrə 
çatanda o, etibar etdiyi Ģəxslərdən birini - qazı Ġbn Zeynəddini Özbəyin caniĢini və 
vəziri səlahiyyətləri ilə Həmədana göndərir. Lakin həmin Ģəxs də özünü fərasətsiz 
hakim kimi nümayiĢ etdirir, gününü ziyafətlərdə və təntənəli qəbullarda keçirir. 
1200-cü ildə vəfat etmiĢ xarəzmĢah TəkiĢin yerini soltan Əlaəddin Məhəmməd 
(1200-1220) tutur. Yeni xarəzmĢahın ölkənin daxili iĢləri ilə məĢğul olmasından istifadə 
edən Ġraq əmirləri bir sıra Xarəzm hərbi hissələrinə hücum etdilər və onları ölkədən 
qovdular. Özbək, Gökçə və Azərbaycandan gəlmiĢ Əbubəkr bu iĢlərdə xüsusi fəallıq 
göstərdilər. Əbubəkr Həmədanı Özbəyə tapĢırır, Reyi nahiyələri ilə birgə Gökçənin 
320  
ixtiyarına verir, Ġsfahanı isə öz mülklərinə qatır. Beləliklə. Fars Ġraqının torpaqları rəsmi 
surətdə bölüĢdürülür. Lakin günlərini eyĢ-iĢrətdə və keyf məclislərində keçirib 
zəifləyən, Gökçənin günü-gündən artan qüdrəti qarĢısında acizlik göstərən Əbubəkr 
Həmədandan Ġsfahana köçür, ordusunun böyük hissəsi isə təntənəli surətdə Həmədana 
daxil olan Gökçənin tərəfinə keçir. Çox keçmədən Əbubəkrin tərəfində olan Ġraq əmir-
lərinin qalan hissəsi də xəyanət edərək, öz qoĢunlarını Gökçənin ixtiyarına verirlər. 
Əbubəkr Azərbaycana qayıdır. Təsvir olunan hadisələrin Ģahidi olan tarixçi Ravəndi 
Əbubəkrin Azərbaycana köçməsini səhv addım kimi qiymətləndirərək təəssüflə yazırdı: "O, 
ağzınadək sərvətlə dolu, əmin-amanlığın bərqərar olduğu ölkəni ən alçaq adamların 
ixtiyarına verdi. Mən bu adamların cinayətlərini necə təsvir edim? Vəzirin yerini, əmirin 
vəzifəsini elələri tutmuĢlar ki, adam hətta onların adlarını çəkməyə belə utanır". 
Azərbaycana qayıtması da günlərini eyĢ-iĢrətlə keçirən, öz dövlətinin 
təhlükəsizliyinə az fikir verən atabəy Əbubəkrin həyat tərzini dəyiĢ mədi. 
Bu zaman gürcü qoĢunları Ġvane Mxarqrdzelinin baĢçılığı altında Gəncəni 
mühasirəyə alırlar. Gürcü hökmdarı Tamara və ġirvanĢah I Axsitan da buraya gəlirlər. 25 
günlük mühasirədən sonra Gəncə Ģəhərini tuta bilməyən gürcülər mühasirədən əl 
çəkərək Naxçıvana doğru hərəkət edirlər. 
1202-1203-cü illərdə gürcü qoĢunları Azərbaycan atabəylərinin tabeliyində olan 
Dvin Ģəhərinə hücum edib, uzun sürməyən mühasirədən sonra onu ələ keçirirlər. 
Salnamələrdən məlum olur ki, Dvini qarət edən gürcülər Ģəhərdə elə dəhĢətli qırğın 
törədirlər ki, "bundan insanın bədənindəki tüklər ürpəĢirdi". 
Gürcülərin Dvin Ģəhərini ələ keçirməsindən xəbər tutan Əbubəkr, onların ölkənin 
içərilərinə soxulacağından ehtiyat edərək, Naxçıvandan Təbrizə yollanır. YaranmıĢ 
çətin vəziyyətə baxmayaraq, o, dövlət iĢləri ilə məĢğul olmağı, demək olar bir tərəfə 
qoyur, qoĢunların qayğısına qalmır, sərxoĢluqdan baĢı ayılmayan əyyaĢ a çevrilir. 
1204-1205-ci illərdə gürcülər A zərbaycanın içərilərinə soxulurlar. Ġbn əl-
Əsirin yazdığına görə, onlar Azərbaycanda "xeyli zorakılıq, dağıntı törətdilər, 
qarətçilik etdilər, bir çoxlarını əsir tutub apardılar". Sonra gürcülər Xilat və 
Malazgirtə yürüĢ edib, çox keçmədən yenidən həmin yerlərə, o cümlədən ƏrciĢə 
soxulurlar. Burada, gürcülərlə yerli hakimlərin qoĢunları arasında baĢ verən 
döyüĢdə gürcü ordusu məğlubiyyətə uğradılır. 
Sonrakı il gürcü qoĢunları yenidən Azərbaycanın qərb vilayətlərinə 
hücum edib, bir çox məskənləri xarabazara çevirdilər; bir daha Xilatı tutmağa cəhd 
göstərsələr də, yenidən darmadağın edildilər. Əl-Hüseyni və Ġbn əl-Əsirin 
məlumatına görə, öz hacib və əmirlərinə gürcülərin hərəkətləri haqqında ona heç 
bir məlumat verməməyi tapĢırmıĢ Əbubəkr gürcü hücumunun qarĢısını almaq 
məqsədi ilə, nəhayət, gürcü hökmdarının qızı ilə evlənir. Mənbələrdən aydın olur 
ki, bu izdivacdan sonra "gürcülər ölkəni qarətdən, yürüĢlərdən və adamları 
qırmaqdan əl çəkdilər". 
Gürcülərin tez-tez A zərbaycana hücum etməsindən və Əbubəkrin 
zəifliyindən istifadə edən Marağa hakimi Əlaəddin Körpə Arslan və Ġrbil hakimi 
321 
Müzəffərəddin Göybari Azərbaycan atabəylərinin tabeliyində olan əraziyə 
soxuldular və Əbubəkrin olduğu Təbrizə doğru hərəkət etdilər. Əbub əkrin xahiĢi 
ilə Cahan Pəhləvanın məmlükü ġəmsəddin AydoğmıĢ onun köməyinə gəldi. Hələ 
1204-cü ildə, o, Gökçənin hakimiyyətinə qarĢı çıxaraq, aralarında baĢ vermiĢ 
döyüĢdə onu öldürmüĢ, Rey, Həmədan və əl-Cibəli ələ keçirmiĢdi. O zaman onunla 
birlikdə çıxıĢ etmiĢ Ģahzadə Özbək qardaĢı Əbubəkr tərəfindən ələ keçirilmiĢ 
ərazilərin hakimi elan olunmuĢdu; bununla belə dövlətdəki bütün iĢlərin 
sərəncamçısı (müdəbbiri) məmlük AydoğmıĢ olmuĢdu. 
Təbrizə çatan AydoğmıĢ Ġrbil hakiminə xəbərdarlıq məktubu göndərərək, 
onu hədələyir. AydoğmıĢ ilə üzləĢməkdən çəkinən Ġrbil hakimi müttəfiqi Marağa 
hakiminin onu dilə tutmasına baxmayaraq, vətəninə qayıdır. 
AydoğmıĢ və Əbubəkrin qoĢunları Marağanı mühasirəyə alırlar; qısa 
müddətli mühasirədən sonra barıĢıq imzalanır. BarıĢığa əsasən Marağa hakiminin 
qalalarından biri Əbubəkrə, Əbubəkrin nəzarətində olan UĢnu və Urmiya Ģəhərləri 
isə Körpə Arslana verilir. 
Bundan sonra AydoğmıĢın Ġraq ərazisindəki hakimiyyəti möhkəmlənir. O, 
xəlifədən təmtəraqlı "ulu xaqan, ən böyük padĢah, dövlətin və dinin günəĢi, islamın 
və müsəlmanların dayağı, ġərqin və Qərbin hökmdarlar hökmdarı AydoğmıĢ" 
ləqəbini alır. 
1208-ci ilin ortalarında Ağsunqur əl-Əhmədilinin nəslindən olan Marağa 
hakimi Körpə Arslan vəfat edir. Bir qədər sonra onun azyaĢlı oğlunun ölümü ilə əl-
Əhmədili nəsli sona çatır. 
Bundan istifadə edən atabəy Əbubəkr Marağanı və əl-Əhmədili nəslinin 
Ruindej qalasından baĢqa bütün torpaqlarını tutur. Ruindej qalasını Körpə Arslanın 
bütün sərvətlərini mənimsəmiĢ xacəsi ələ keçirmiĢdi. Elə bu vaxt xarəzmĢah 
TəkiĢin oğlu Tacəddin ƏliĢah Əbubəkrin torpaqlarına hücum edir, lakin Əbubəkr 
bu hücumu dəf edə bilir. 
1210-cu ildə atabəy Əbubəkr vəfat edir. Dövrün müsəlman tarixçilərinin 
(Ġbn əl-Əsir, əl-Hüseyni) ona qarĢı aĢkar qərəzçilik münasibətlərinə baxmayaraq, o, 
hər halda Azərbaycanda, xüsusilə Marağanı tutduqdan sonra, ö z mövqelərini 
möhkəmləndirə bilmiĢdi. Əbubəkrin gürcü hökmdarı ilə qohumlaĢ ması barədə Ġbn 
əl-Əsirin açıq kinayəsinə baxmayaraq, məhz bu izdivac müvəqqəti də olsa, 
atabəyin hakimiyyəti altında olan torpaqlara gürcü yürüĢlərinin qarĢısını almağa 
kömək etmiĢdi. 
Əbubəkrin ölümündən sonra onun tabeliyində olan mülkləri qardaĢı 
Müzəffərəddin Özbək idarə etməyə baĢlayır. Onun hakimiyyətinin ilk ilində (1210-
1211) gürcü qoĢunları yenidən Azərbaycana hücum edirlər. Bu, gürcülərin 
Azərbaycana təĢkil etdikləri ən böyük hərbi yürüĢlərdən idi. Əvvəlcə Naxçıvana 
hücum edən gürcülər, Ģəhəri ələ keçirə bilməyərək, Culfaya doğru yönəlirlər və 
Dərədüz dərəsini keçib, Mərəndə yaxınlaĢırlar. Əhali Ģəhəri tərk edir. Mərəndə 
girən gürcülər orada talanlar törədir, sonra isə Təbrizi mühasirəyə alırlar. ġəhərin 
322  
hakimi atabəy Cahan Pəhləvanın arvadı Zahidə xatun Ģəhər rəisləri ilə 
məsləhətləĢərək, gürcülərə çoxlu pul, qiymətli daĢ -qaĢ və mal verməklə Ģəhəri və 
Ģəhərliləri xilas edir. ÇağdaĢ müəllifin sözlərinə görə, "bac elə yüksək məbləğdə idi 
ki, böyüklü-kiçikli bütün gürcülər varlandılar". 
Təbrizin ətrafını qarət edən gürcülər Miyanəyə doğru yollandılar. ġəhər 
hakimi təbrizlilər kimi hərəkət edərək, gürcülərə "qızıl, gümüĢ və qiymətli daĢ-qaĢ" 
verməklə, miyanəlilərin canlarını qurtara bildi. Gürcülər Miyanədə hərbi hissə 
yerləĢdirib, Ģəhəri tərk edirlər. Onlar gedən kimi Ģəhər əhalisi həmin hərbi hissəyə 
hücum edib, bütün gürcü əsgərlərini qətlə yetirir. Bunun əvəzi olaraq, gürcülərin 
Miyanəyə göndərdiyi cəza dəstəsi məliki və onun ailə üzvlərini öldürmüĢ, Ģəhəri 
qarət edib, sonra isə yandırmıĢdı. 
Gürcü qoĢunlarının bir hissəsi Miyanədən Zəncan tərəfə üz tutur. ġəhər 
sakinləri palçıqdan düzəlmiĢ qala divarlarını möhkəmləndirərək, düĢmənlə döyüĢə 
giriĢirlər. Lakin bir neçə gündən sonra gürcü qoĢunları divarın altından lağım ataraq, 
Ģəhərə soxulurlar; əhali əsir edilir, xeyli qənimət ələ keçirilir. Sonra gürcülər Qəzvin və 
Əbhəri də mühasirəyə alır, ələ keçirir və talayıb çapırlar. 
Gürcü qoĢunlarının digər hissəsi Təbrizdən Ərdəbilə doğru yürüyür. Yol üstü 
gürcülər Uçanı mühasirəyə alırlar. ġəhər əhalisi qiymətli hədiyyələrlə talan və 
qarətlərdən xilas ola bilir. Sonra Ərdəbil mühasirə edilir. Gürcü mənbəyindən 
("Tacidarların tarixi və mədhi") aydın olur ki, gürcü süvariləri sübh tezdən "Ģəhərə 
soxularaq, onu döyüĢsüz ələ keçirir", Ģəhər hakimi və onun ailəsi əsir alınır; "Ģəhərin 
saysız-hesabsız sərvətlərini" ələ keçirən gürcülər onun xilas olmağa can atan 12 min 
sakinini qılıncdan keçirir. 
Gürcü tarixçisi daha sonra qeyd edir ki, Zaxare Mxarqrdzelininin baĢçılığı 
altında olan qoĢunlar Xəzər dənizinin Ģərq sahillərinə, o cümlədən Gürganadək 
irəliləyərək, həmin əraziləri talayıb çapırlar. Geri qayıdarkən gürcülər "bir çox qalaları 
ələ keçirir, Naxçıvan və Beyləqan Ģəhərləri üzərinə xərac qoyurlar. Dvini və onun 
qalalarını ələ keçirən gürcülər yenidən Mərəndə hücum edib, zor gücünə onu tutur, 
kiĢilərini qırıb, qadınlarını əsir aparırlar". 
Bu zaman Fars Ġraqında vəziyyət dəyiĢməyə baĢlayır. Atabəy Cahan 
Pəhləvanın sabiq məmlükü Nəsirəddin Menqli böyük qoĢun toplayaraq, AydoğmıĢa qarĢı 
çıxıĢ edir. 1212-ci ilin noyabrında baĢ verən döyüĢdə AydoğmıĢ məğlubiyyətə uğrayaraq, 
Bağdada qaçır. Həmədan, Rey, Ġsfahan və baĢqa vilayətləri ələ keçirən Menqli isə öz 
adına xütbə oxutduraraq, pul kəsdirməyə baĢlayır. 
1212-ci ilin axırına yaxın xəlifə ən-Nasir Menqliyə qarĢı böyük ordu 
hazırlayır. Lakin Menqli yaranmıĢ Ģəraitdən istifadə edərək, AydoğmıĢı sıradan 
götürür, sonra isə xəlifəyə kəskin məktub yazaraq, onun Fars Ġraqındakı iĢlərə 
qarıĢmağa haqqı olmadığını bildirir. 
Xəlifə ən-Nasir yenə də adəti üzrə yaranmıĢ vəziyyətdən istifadə etməyə 
çalıĢır; Özbəklə özünü müstəqil hökmdar kimi aparan Menqli arasındakı 
düĢmənçilik münasibətlərini qızıĢdıraraq, Özbəyi atasının məmlükünə qarĢı 
323  
müharibəyə təhrik edir. 
1215-ci ilin sentyabrında xəlifənin, eləcə də Ġrbil, ġəhrəzurvə digər vilayət 
hakimlərinin birləĢmiĢ qoĢunları Həmədana doğru hərəkət edirlər. Həmədan 
yaxınlığında baĢ verən döyüĢdə məğlubiyyətə uğrayan Menqli, öncə Kərəc 
yaxınlığındakı dağlarda gizlənir, sonra isə Savəyə yollanır və orada öldürülür. 
Menqlinin öldürülməsindən və Ġraqda olan qoĢunlarının darmadağın 
edilməsindən sonra onun tabeliyində olan torpaqlar xəlifə, is maililər və Özbək 
arasında bölüĢdürülür. Özbək öz caniĢini vəzifəsinə əvvəllər xarəzmĢah Əlaəddin 
Məhəmmədin xidmətində olmuĢ OğlımıĢı təyin edir. OğlımıĢ dərhal xarəzmĢahın 
adına xütbə oxutdurmağa baĢlayır. Atabəy və xəlifə xütbəyə etiraz etməsələr də 
xəlifə ən-Nasir bunu hər halda xəlifə hüquqlarının pozulması kimi qiymətləndirir 
və 1217-1218-ci ildə is maililərin köməyi ilə artıq "qorxulu" adam saydığı OğlımıĢı 
qətlə yetirtdirir. Ġraqda xarəzmĢahın adına xütbə oxunmasına son qoyulur. Bu 
hadisə xarəzmĢahın kəskin narazılığına səbəb olur. O, yüz minlik ordu ilə Ġraqa
doğru irəliləyir. Bu zaman OğlımıĢın ölümündən istifadə edən Özbək və onun 
vassalı fars hakimi Səd ibn Zəngi eyni bir vaxtda Fars Ġraqının ərazisinə hücum 
edirlər. Özbək Ġsfahanı, Səd ibn Zəngi isə Rey, Qəzvin, Xuvar və Simnanı ələ 
keçirirlər. Bundan xəbər tutan xarəzmĢah qoĢun göndərib, əvvəl Sədi, sonra isə 
Özbəyin baĢqa bir vassalı olan, onun əmri ilə atabəyin qoĢunu və varidatı ilə 
birlikdə Təbrizə doğru geri çəkilmək istəyən Əhər hakimi Nüsrətəddin Məhəmməd 
ibn PiĢtegini əsir ala bilir. Özbək özü iki yüz qulamı ilə Azərbaycan dağlarında
gizlənir. 
XarəzmĢah, Özbəyin yanına elçi göndərib, atabəyin hakimiyyəti altında 
olan bütün vilayətlərdə öz adına xütbə oxutdurulmasını və pul kəsilməsini tələb 
edir. Ən-Nəsəvinin məlumatına görə, "ġirvan Dərbəndinədək Arranın və 
Azərbaycanın minbərlərindən soltanın Ģərəfinə xütbələr oxunur". Özbək 
xarəzmĢahın vassalı hesab olunmağa baĢlayır. 
Gürcülərin atabəy mülklərinə yeni müdaxiləsi Özbəyi xarəzmĢaha 
Ģikayətlənmək məcburiyyətində qoyur, XarəzmĢah gürcü hökmdarına xəbərdarlıq 
məktubu göndərməklə yanaĢı, Gürcüstan yürüĢü üçün 50 min süvari ayırır. 
Gürcü hücumlarının arasının kəsilməsindən istifadə edən Özbək öz 
mülklərində iĢləri qaydaya salmaq qərarına gəlir. Bu məqsədlə o, 1214/15-ci ildə 
atabəy xəzinəsinə vergiləri ödəməkdən imtina etmiĢ yerli hakimləri cəzalandırmaq 
üçün Qarabağa (Xaçına) yürüĢ edir. XIII əsrin anonim müəllifinin məlumatına görə, 
atabəyin "qoĢunları qələbə çalaraq, hamını qılıncdan keçirtdilər. Onlar xeyli pul və 
zəngin hərbi qənimət gətirdilər. Həmin çoxallahlıların bütün evlərini və məskənlərini 
yandırdılar". 
Gürcü hökmdarı IV Georgi LaĢa xarəzmĢahın Gürcüstana hərbi yürüĢünün 
qarĢısını almaq məqsədi ilə onun sarayına qiymətli hədiyyələrlə elçilər göndərir. Lakin 
bu yürüĢ onsuz da baĢ tutmur. Öz dövlətini oğulları arasında bölüĢdürmüĢ xarəzmĢah 
çox keçmədən Fars Ġraqını da oğlu Rüknəddin Qursancdıya verir. Özü isə Bağdadı ələ 
324  
keçirmək, bu Ģəhəri səlcuqlar dövründə olduğu kimi öz dövlətinin paytaxtına çevirmək 
məqsədilə Ərəb Ġraqına yürüĢ edir. 1217-ci ilin payızında baĢlanmıĢ bu yürüĢ 
xarəzmĢah Məhəmməd üçün uğursuzluqla nəticələnir; Xulvan yaxınlığındakı Əsədabad 
aĢırımında Xarəzm qoĢunu qarlar altında qalır. Xeyli döyüĢçü və bütün mal-qara məhv 
olur, geri çəkilənlərin çoxunu köçərilər qətlə yetirirlər. 
Çoxminlik Xarəzm ordusunun Xulvan yaxınlığındakı dəhĢətli uğursuzluğu o 
dövrün islam dünyasında Abbasilər sülaləsinə zərər yetirməyə cəhd göstərənlərin 
Allahın cəzasına məruz qalması faktı kimi qiymətləndirildi. Cuveyni yazırdı ki, 
"Abbasilər əleyhinə təĢkil olunmuĢ bu yürüĢ soltana qarĢı çevrildi". Bəzi orta çağ müəl-
lifləri (Ġbn əl-Əsir, əl-Məqrizi, Əbülfida, Mirxond və b.) xəlifə ən-Nasirin xarəzmĢaha 
qarĢı monqollardan istifadə etməsinə açıq-aĢkar iĢarə vururdular. Ġbn Vasilin baĢqa 
mənbələrdəki məlumatla təsdiq olunan sözlərinə görə, "xarəzmĢah Bağdada doğru 
hərəkət edərkən, xəlifə tatarların hökmdarı Çingiz xana məktub göndərib, onu 
xarəzmĢahın ölkəsinə hücum etməyə təhrik edir". 
Hadisənin beləliyindən asılı olmayaraq, monqollar doğrudan da 1219-cu ilin 
yayının sonunda XarəzmĢahlar dövlətinə hücum etdilər. Yerli əhaliyə böyük bəla 
gətirən bu hücumun nəticəsində biri digərinin ardınca Otrar, Buxara, Səmərqənd, 
NiĢapur, Urgənc kimi iri Ģəhərlər süqut etdi. Monqolların əlindən canını götürüb, 
bir Ģəhərdən o birinə qaçan xarəzmĢah Məhəmməd ömrünü Xəzər dənizinin 
adalarından birində, Ģərəfsiz baĢa çatdırdı. 
Xarəzm dövlətinin əsas torpaqlarının monqollar tərəfindən ələ 
keçirilməsindən sonra xarəzmĢahın varisləri olan oğlanları, eləcə də bu dövrdə ad 
çıxarmıĢ feodallar, bir-birilə amansız ara müharibələri aparan müxtəlif qrupların 
baĢında durdular. Bu ara müharibələri monqollara qarĢı mübarizə üçün hətta 
müvəqqəti birləĢ məyi də imkansız etdi. Feodal dəstələri monqol talanından salamat 
çıxmıĢ əhalini qarət etməyə baĢladılar, ən-Nəsəvinin dili ilə desək, "onlar Ġraqda 
tatarlardan sonra salamat qalmıĢ mal-qaranı qırdılar, ölkəni viran qoydular... 
Kəndlilər isə kömək üçün dad etdilər, ancaq hay verən olmadı". Orta Asiyanın 
monqol qoĢunları olmayan yerlə rində, eləcə də ġimali Ġran və Azərbaycanda da 
vəziyyət belə idi. 






Azərbaycanlı tarixçilər



Abbasqulu ağa Bakıxanov — tarixçi, şair, maarifçi. 1820-1830-cu illərdə çar Rusiyası ordusunda qulluq edib, Türkmənçay(1828) və Gülüstan müqavilələrinin(1813) imzalanmasında tərcüməçi kimi iştirak edib. "Gülüstani-İrəm" əsəri ilə Azərbaycan tarixşünaslığının əsasını qoyub. "Qüdsi" təxəllüslü ilə şeirlər yazıb.
Abbasqulu ağa Bakıxanov 1794-cü il iyun ayının 21-də Bakı şəhəri yaxınlığında [[Əmircan [Əmirhacıyan](Suraxanı)|Əmircan]] (köhnə adı Xilə) kəndində varlı bir ailədə anadan olmuşdur. Onun atası II Mirzə Məhəmməd xan Bakı xanları nəslindən, anası Sofiya xanım isə müsəlmanlığı qəbul etmiş gürcü qızı idi. Bakıxanov səkkiz yaşına qədər Bakıda yaşamış, uşaqlığının ilk dövrünü Abşeronun Əmircan,MaştağaBalaxanıRamana kəndlərində keçirmişdir. 1802-ci ildə atası xanlıq taxtı uğrunda vuruşmalarda öz əmisi oğlu Hüseynqulu xana məğlub olduğuna görə məcburiyyət qarşısında qalaraq Qubaya, vaxtı ilə dayısı Fətəli xanın ona bağışladığı Əmsar kəndinə köçməli olmuşdur. Abbasqulu ağa 1819-cu ilədək QubadaƏmsar kəndində yaşamış, yarımçıq qalan təhsilini davam etdirmişdir. Burada o ərəb və fars dillərini mükəmmək öyrənmiş, bu dillərdə yazılmış xeyli ədəbiyyat oxumuşdur. 1819-cu ildə Bakıxanov o zamankı Qafqazın baş hakimigeneral Yermolovun dəvəti ilə Tiflisə gəlib Qafqaz Baş Hərbi İdarəsində şərq dilləri tərcümanı vəzifəsinə qəbul olunmuş və 26 il bu vəzifədə çalışmışdır. Tflis mühiti, Avropa və rus şair və ziyalıları ilə görüş onun dünyagörüşündə dərin iz buraxmışdır. Belə ki,əvvəllər onun dünyagörüşü üçün dini sxolatika və mistika səviyyəvi idisə, "Meraci-xəyal"("Xəyalın uçuşu"),"Məclisi-firəng"("Firəng məclisi") kimi əsərlərinə dini mistikadan əsər-əlamət belə yoxdur.Həmçinin burada o [A.S.Qriboyedovla] tanış olmuşdur; həttə sonuncu özə əsərlərinin ilkin variantını A.Bakıxanova oxumuşdur. Həmin dövrdə Tfilsdə yaşamış alman şairi [Fridrix Bodenştdent] özünün "Şərqdə min bir gün" adlı əsərində A.Bakıxanov yaradıcılığına yüksək qiymət verir. Onun "Tatar nəğməsi" adlı şeiri polyak şairi [Lado Zablotski] tərəfindən polyak dilinə çevrilmişdir.Ömrünün sonlarında o, Yaxın Şərqi səyahətə çıxmışdır. 1847-ci ildə Abbasqulu ağa Bakıxanov Məkkədən Mədinəyə gedərkən Vadiyi-Fatimə adlanan yerdə vəba xəstəliyinə tutulub vəfat etmiş və həmin yerdə dəfn olunmuşdur.


Elmi fəaliyyəti və pedaqoji xidmətləri

Abbasqulu ağa Bakıxanov Azərbaycan elmi tarixində mühüm rolu olan böyük alimdir."Qanuni-Qüdsi", "Əsrarül-mələküt", "Təhzibül-əxlaq", "Eynül-mizan", "Gülüstani-İrəm" kimi əsərləri il ə böyük şöhrət qazanmışdır. Abbasqulu ağa Bakıxanovun dil, coğrafiya, tarix, astronomiya, məntiq, psixologiya və sair elmlərə aid əsərləri onun hərcəhətli bir alim olduğunu göstərməkdədir. Onun birinci elmi əsəri fars dilinin qrammatikasına aid yazdığı "Qanuni-Qüdsi" əsəridir.Əsər [1828]-ci ildə yazılmışdır. Fars dilinin qanunlarını öyrədən bu əsər müəllifin kiçik, lakin dərin məzmunlu girişindən, "Hərflər"[fonetika], "Kəlmələr" [sintaksis] və "Cümlə" [morfologiya] adları altında ayrı-ayrı üç fəsildən ibarətdir. Girişdə müəllif dilin yığcam elmi tərifini verdikdən sonra, bu əsəri nə münasibətlə, nə kimi şəraitdə və hansı prinsiplər əsasında yazdığı haqqında qısa və aydın elmi izahat verir. Həmin girişdən yenə aydın görünür ki, müasir dilçilik elminin tələbləri nöqteyi-nəzərindən çıxış edən alim bu əsərini yazarkən fars dilinin qanunlarını kitablardan deyil, canlı danışıq dilindən öyrənmişdir.
1826-1828-ci il Rusiya – İran müharibələri zamanı o tez-tez İrana gedərək bu dil üzərində müşahidə aparmış və zəngin material toplamışdır. "Qanuni-Qüdsi"də fars dilinin qanunları haqqında çıxardığı hökm və nəticələrini həmin materialdan istifadə edərək, bu dilin təbiətinə uyğun şəkildə vermişdir.

Elmi əsərləri

"Qanuni-Qüdsi" əsərindən sonra Abbasqulu ağa Bakıxanov coğrafiya və astronomiya elmləri ilə məşğul olur. Böyük alimin Rusiyaya səyahətinin və müxtəlif ölkələri gəzməsinin bir səbəbi də coğrafiyaya olan meyl və marağı idi. Coğrafiya elminə aid onun iki əsəri var. Bunlardan biri "Kəşfül-qəraib", o birisi "Ümumi coğrafiyadır"dır. Hər iki əsər fars dilində yazılmışdır. İki fəsildən ibarət olan "Kəşfül qəraib" Amerikanın [Xristofor Kolumb] (1451-1506) tərəfindən kəşf olunmsından və Yer kürəsinin qərb hissəsini təşkil edən bu qitənin vəziyyətindən bəhs dir. Yarımçıq qalan "Ümumi coğrafiya" əsəri haqqında müəllif özü belə məlumat verir: "Bu əsər farsca olub, dünyanın riyazi, təbii və siyasi əhvalından, əcramın vəziyyətlərindən, ünsürlərin xassələrindən, məvalidin məhsulatından, iqlimlərin hüdüdunu təyin etmək və Yer kürəsi əhalisinin siniflərini müəyyən etməkdən və hər bir ölkənin yaşayış tərzindən bəhs edir".
"Kəşfül-Qəraib" - Amerikanın kəşfinə dair olan bu əsəri Abbasqulu ağa Bakıxanov "Məriz" təxəllüslü şair-alim Mirzə Məhərrəm ilə birlikdə fars dilində yazmışdır: Əsər təkcə Amerikanın kəşfi hadisəsi ilə bitmir. Burada Xristofor Kolumbun (1451-1506) başına gələn əhvalatlar, o zamankı Amerika ərazisində yaşayan qəbilələrin ənənə və mərasimlərindən, əxlaq normalarından, coğrafi və iqlim şəraitindən geniş bəhs edilir. Əsər sadə xalq dilində qələmə alındığından maraqla oxunur və tarixi oçerk təsiri bağışlayır.
"Ümumi coğrafiya", fars dilində yazdığı bu qiymətli əsəri əlimizdə yoxdur. "Gülüstani-İrəm"də verilən məlumatdan aydın olur ki, alim bu əsərində dünyanın təbii və siyasi əhvalından, cəmiyyət quruluşundan, qitə və sərhədlərdən, maddələrin tərkib və vəziyyətindən... bəhs etmişdir. Bakıxanovun yaradıcılığı ciddi tədqiq edildikdə aydın oldur ki, müəllif ərəb dilində "Əsrarül-Mələkut"u yazarkən özünün "Ümumi coğrafiya" əsərindən müəyyən qədər istifadə etmişdir.
"Əsrarül-mələküt" əsərinin müqəddiməsində həmin əsərin "Ümumi coğrafiya" kitabının "riyazi hissəsindən" götürüldüyü qeyd olunur. Bu əsər [ərəb] dilində qələmə alınmışdır.Əsərdə müəllif islamın ehkamlarının əksinə olaraq [heliosentrik] nəzəriyyəyə tərəfdar çıxmışdır. 30-cu illərdə Abbasqulu ağa Bakıxanov kainatın quruluşu və vəziyyətindən bəhs edən əsərlərlə maraqlanır, qədim yunan və ərəb alimlərinin bu sahədə yazdıqları əsərləri mütaliə edir. Yeni inqilabi kəşfləri ilə məşhur olan Nyuton, Qaliley, Kopernik, Kepler və s. məşhur alimlərin əsərləri ilə tanış olur. Maraqlıdır ki. o bu əsəri 1832 -ci ildə yazmış və özü ilə 1846-cı ildə [Türkiyə]yə aparmış və [Osmanlı] sultanı Sultan [Əbdülməcidə] təqdim etmişdir.Əsər [1848] -ci ildə Türkiyədə "Əfkarül-cəbarut fit əsrarül-məlakut" İstanbulda nəşr olunmuşdur.O bu çapı görə bilməmişdir.Müəllifin qeyd etdiyinə görə əsərin farsca da variantı olmuşdur.Lakin həmin variant əlimizdə yoxdur.Onun ərəb dilində yazılmış digər elmi əsəri "Eynəl-mizan" adlanır.Əsər məntiq elminə həsr olunub.
A.Bakıxanov [şair] kimi də tanınmışdır. Onun şeirlər külliyatı "Mişkatül-ənvar"adlı [poeması],avtobiorafik şeirləri,mənzum hekayələri,[qəsidə], [qitə], [qəzəl], [rübai], [məsnəvi]ləri əhatə edir. Abbasqulu ağa Bakıxanov pedaqoji məsələlərlə bir alim kimi məşğul olmuş, uşaqların və gənclərin tərbiyəsi ilə əlaqədar olan iki əsər yazmışdır ki, bunlardan biri "Təhzibül-əxlaq", digəri isə "Kitabi-nəsihət"dir. "Təhzibül-əxlaq" əsəri [1831]-ci ildə yazılmışdır və onu Abbasqulu ağa Bakıxanovun əsas əxlaqi-fəlsəfi əsəri hesab etmək olar. Bu əsərdə o, cəmiyyət haqqındakı fikirlərini bir sistem şəklində şərh edərək, gənclər arasında nəcib əxlaq normalarını, onun gözəl cəhətlərini təbliğ edir. Əsər müqəddimə və xülasədən başqa 12 fəsildən ibarətdir.
Müqəddimədə kitabın yazılma səbəbləri və hikmət qanunları, xülasədə isə bilik əldə etməyin sirləri haqqında danışılır. Fəsillərin adlarından aydın olur ki, A.Bakıxanov bu əsəri yazarkən klassik Şərq ədəbiyyatında bu səpkidə yazılmış bir çox kitabları araşdırmışdır. O, əsərdə bir əxlaq müəllimi kimi faydalı məsləhət və nəsihətləri ilə oxucunu düz yola dəvət edir, onu əməyə rəğbət, dostluğa sədaqət, böyüklərə hörmət, təvaze və ədalətə çağırır. İnsan qəlbini ləkələyən, onu cəmiyyət içərisində xar edən tənbəllik, riya, paxıllıq, nankorluq, yalançılıq kimi alçaq sifətlərdən çəkindirməyə çalışır və öz fikirlərini elmi surətdə, dərin fəlsəfi izah və sübutlarla möhkəmləndirir, bir çox məsələlərdə dünyəvi əxlaq cəbhəsində duraraq ümumbəşəri əxlaq normalarını təbliğ edir. Əsərdə yeri gəldikcə Şərqin Sənai, Əttar, Rumi, Sədi, Hafiz kimi məşhur şairlərinin şerlərindən istifadə edir və əxlaq gözəlliyi ifadə olunmuş bu şer parçaları ilə oxucunun qəlbinə daha çox təsir göstərməyə çalışır.
"Təhzibül-əxlaq" müəllifin pedaqogika və psixoogiyaya aid elmi və nəzəri məsələləri əhatə edən fəlsəfi əsəridir. Əsər fars dilində yazılmış müqəddimə, on iki fəsil və nəticədən ibarətdir. "Təhzibül-əxlaq" əsərinin əsas məqsədi gəncləri pis əməllərdən çəkindirmək, onlarda nəcib və gözəl əxlaqi normaları tərbiyələndirməkdir. Şəxsiyyətin bütövlüyü, vicdan təmizliyi, doğruluq, ədalət, mərdlik, yoxsul və məzlumlara hamilik, insanlarla yaxşı rəftar, düşkün ehtiraslardan özünü saxlamaq, dünya malına tamah salmamaq, şöhrətpərəstlikdən çəkinmək, təvazökarlıq, zəhməti sevmək, elm və maarifin bayrağını hər şeydən uca tutmaq, vətənə və xalqa məhəbbət və s. bu əsərin irəli sürdüyü əsas əxlaqi məsələlərdəndir.
"Təhzibül-əxlaq" əsərində müqəddimədən sonra gələn "E`tidala riayət", "Yaxşı işlərin fəziləti", "Can sağlığının qazanılması", "Şöhrətin bəyanı" fəsilləri əxlaq nəzəriyyəsi onun insanlığa, vətənə və xalqa olan məhəbbəti, maarifi və demokratik dünyagörüşü ilə bağlıdır. O bu nəzəriyyəsi ilə gənclərdə elə gözəl əxlaqi sifətlər tərbiyə etmək istəyir ki, onlar müasir cəmiyyətin faydalı və xeyirxah üzvləri olsunlar, onlardan xalqa zərə yetişməsin.
Bu əsərdə Abbasqulu ağa Bakıxanov nəzəriyyə ilə təcrübənin qarşılıqlı əlaqə və münasibətini təyin etməyə çalışır. Elmlə əməlin bir-birindən asılı olduğunu izah edərkən, elmə üstünlük verir. Kainat və ilahiyyat məsələlərinin qısa fəlsəfi şərhindən ibarət olan "Xatimə"də müəllif kainatın maddi bir varlıqdan ibarət olduğunu, əşya və maddənin haldan-hala keçərək dəyişməsini, varlıqda yoxluğun olmamasını təsdiq edir. Burada Abbasqulu ağa Bakıxanovun qədim yunan materialist filosofları Demokrit və Empedoklun əsərləri ilə tanış olduğu aydın hiss olunmaqdadır. Lakin bu materialist dünyagörüşü onda müntəzəm və ardıcıl surətdə axıra qədər davam etmir, idealist dünyagörüşü ona qalib gəlir.
"Təhzibül-əxlaq"dan sonra Abbasqulu ağa Bakıxanovun ikinci pedaqoji əsəri "Nəsayeh", "Kitabi-nəsihət" və ya "Nəsihətnamə"dir.Bu əsəri "Təhzibi-əxlaq"dan çıxarış da hesab etmək olar. "Kitabi-nəsihət"də 103 nəsihət vardır. Əsər müəllifin kiçik müqəddiməsindən sonra dini nəsihətlərlə başlnır. Dini nəsihətlərdən sonra dövlət başçısına, ata-anaya, böyüklərə itaət və ehtiramın vacibliyinə aid, daha sonra isə həyat və məişət məsələləri ilə əlaqədar olan əxlaqi nəsihətlər verilir. Əxlaqi nəsihətlərin əksəriyyəti "Təhzibül-əxlaq"dakı əxlaqi nəzəriyyə ilə sıx bağlıdır. "Kitabi-nəsihət"in girişində müəllifin əsərinin izlədiyi əsas məqsəddən danışarkən tərbiyə və təlimə dair yazılan kitabların uyğunsuzluğundan, çətin dildə yazılmasından şikayət edir.
Uşaqların əxlaqının yaxşılaşdıran və onlarda nəcib xasiyyətlərin yaranmasını təmin edən belə nəsihətlər bu gün də öz əhəmiyyətini itirməmişdir.

"Gülüstani-İrəm" əsəri

Azərbaycan və Dağıstan xalqlarının tarixinə aid olan "Gülüstani-İrəm" Abbasqulu ağa Bakıxanovun ən böyük elmi əsəridir. Əsər ilk məxəzlər əsasında, müəllifin uzun illər bu sahədə apardığı ciddi tədqiqatın nəticəsində yazılmışdır. Müəllif özü dövlət başçısına və müasirlərinə yazdığı müraciətnamələrində əsər haqqında "mənim uzun illər zəhmətimin məhsuludur" – deyə qeyd edirdi. Müəllif bu əsərini yazarkən bir neçə dəfə arxeoloji tədqiqat işləri aparmış, tarixi abidələrdən, köhnə binaların qalıqlarından, sikkələrdən, padşahların və xanların fərmanlarından, milli əfsanələrdən, dini kitablardan, "Avesta"dan, qoca kişilərin nağıl və rəvayətlərindən, səyyahların verdiyi xəbərlərdən, gürcü və ləzgi salnamələrindən, çoxlu şərq mənbələrindən, qədim yunan, RomaAzərbaycan, erməni və rus alimlərinin əsərlərindən istifadə etmişdir ritsil.
Bu əsəri də Abbasqulu ağa Bakıxanov müqəddimə ilə başlayır. Müəllif yığcam, lakin dolğun məzmunlu bu müqəddimədə tarix elminə qısa bir tərif verir, onu cəmiyyət və xalq üçün ən faydalı elmlərdən sayır. Tarixə müasir elmin tələbləri nöqteyi-nəzəri ilə yanaşan müəllif bəşəriyyətin keçmiş həyatını təcrübə adlandırır. Hazırkı və gələcək həyatı yaxşı qurmaq üçün, bu təcrübədən istifadə etməyi lazım bilir.
"Gülüstani-İrəm"in müqəddiməsində Azərbaycanın və Dağıstanın qısa coğrafi təsviri, qədim yunan, erməni, ərəb və rus mənbələrinə istinad edilərək bu ölkələrin xalqlarının mənşəyi, dili və dinləri haqqında maraqlı məlumat verilir. Azərbaycan və Dağıstan xalqlarını tarixini Abbasqulu ağa Bakıxanov bu xalqların öz daxili həyatlarına və tarixin ümumi inkişafına görə deyil, mühüm tarixi hadisələrə görə 5 dövrə ayırmış və buna əsasən də əsərini 5 fəslə bölmüşdür:
  1. İslam dövlətinin zühurundan ərəb qoşunlarının gəlməsinə qədər Şirvan və Dağıstan ölkələrində baş verən qədim hadisələr.
  2. Ərəb qoşunlarının Azərbaycana gəlməsindən başlayaraq monqolların istilasına qədər.
  3. Monqol istilasından Səfəvilərin zühuruna qədər. Şirvanşahlar sülaləsi və onların səltənətinə aid hadisələr.
  4. Səfəvilər dövlətinin zühurundan Nadir şahın vəfatına qədər.
  5. Nadir şahın vəfatından "Gülüstan" adlı yerdə Rusiya və İran dövlətləri arasında bağlanan sülh müahidəsinə qədər.
Əsərin birinci fəslində "Tarixi-Təbəri", "Tarixi-güzidə", "Nizamüt-təvarix", "Kitabi-məsalikül-məmalik", "Xəritətül-əcaib" kimi qədim Şərq mənbələrinə istinadən Nuhun tufanı, onun övladları, Yasəf, Ham və Sam nəsilləri, Yəcuc və Məcuc, skiflər, massagetlər, xəzərlər, Sasani hökmdarlarının Azərbaycandakı hakimiyyəti və s. haqqında yarımelmi, yarıməfsanəvi məlumat verilir. Bu fəsil müqəddiməyə və əsərin sonrakı fəsillərinə nisbətən zəif işləmişdir.
Əsərin ikinci fəsli Azərbaycan və Dağıstan ölkələrinin ərəb işğalçıları tərəfindən istila olunması, ümumiyyətlə, ərəblərin bu ölkələrdəki hakimiyyəti dövrünün tarixinə həsr olunmuşdur. Həmin fəsildə ərəb xəlifələrinin buraya göndərdiyi hakimlər, ərəblərin xəzərlərlə vuruşmaları, xarici işğalçıların istilasına qarşı Babəkin mübarizəsi, onun Bağdadda əziyyətlə öldürülməsi və s. haqqında məlumat vardır. Lakin məşhur Babək üsyanı haqqında verilən məlumat həm müxtəsər, həm də çox ruhsuz və sönükdür. Bu məlumat uzun illər ərəb işğalçılarına qarşı qarşı amasızcasına vuruşan və ərəb xəlifəsinin əmri ilə zülm və işgəncələrlə öldürülən bu cəsur xalq qəhrəmanının fəaliyyəti tarixini qətiyyən işıqlandıra bilmir. Bunun səbəbi müəllifin tarixi hadisələrə xalq azadlıq hərəkatı nöqteyi-nəzərindən yanaşa bilməməsidir.
Abbasqulu ağa Bakıxanov "Gülüstani-İrəm"də məşhur Azərbaycan coğrafiyaşünası Zeynalabdın Şirvaninin "Riyazüs-səyahə" əsərinə əsaslanaraq, Azərbaycan sözünü Babəkinadı ilə əlaqələndirir. Üçüncü fəsil hülakülərin və teymurilərin hakimiyyəti dövrünü işıqlandırır və Şirvanşahların səltənət və nəsibinə dair tarixi məlumat verir. Bu fəsildəAğqoyunlular və Qaraqoyunluların mənşəyi və məşhur alim Xacə Nəsirəddin Tusi haqqında da məlumat vardır. Əsərin ən böyük bir hissəsini təşkil edən dördüncü fəsil Səfəvi padşahlarının və onların süqutundan sonra [[İran[[ taxtına oturan Nair şah Əfşarın hakimiyyəti tarixinə həsr olunur.
"Fütuhati-Əmini", "Tarixi-aləm-arayi-Abbasi", qolikovun "Böyük Pyotrun fəaliyyəti", Ustryalovun "I Pyotrun səltənət tarixi" və s. rus, fars və osmanlı mənbələrindən istifadə edilərək, fəsildə I Şah İsmayılI Şah Abbas və Nadir şahın hərbi səfərləri, Rusiya və Türkiyə qoşunlarının Dağıstan və Azərbaycan ölkələrinə hücumları, Sultan Səlim Yavuzun qoşunları iləI Şah İsmayılın qoşunları arasında Təbrizin yaxınlığında gedən məşhur "Çaldıran" döyüşü, bəhs olunan dövrdə yerli əmir və hakimlərin fəaliyyəti haqqında zəngin məlumat toplanılmışdır.
"Gülüstani-İrəm"in beşinci və son fəsli Nadir şahın ölümündən (1747) ta 1813-cü ildə Rusiya və İran dövlətləri arasında bağlanan "Gülüstan" sülh müqaviləsinə qədər 60 ildən artıq bir dövrü əhatə edir. Beşinci fəsil "Gülüstani-İrəm"in ən orijinal hissəsidir. Xanlıqlar dövrünün işıqlandırılması nöqtəyi-nəzərindən beşinci fəslin böyük elmi əhəmiyyəti vardır. "Gülüstani-İrəm" "Nəticə" adı ilə gedən sonluqla bitir. Lakin bu "Nəticə" əsərdə verilən məlumatın yekunu və ya xülasəsindən ibarət deyildir. Bu əsərdə sadəcə bir əlavədir. əlavədə Azərbaycanın məşhur alimi, yazıçı və şairləri haqqında qısa məlumat verilir.

Azərbaycan və rus dillərində nəşr edilmiş bu əsər sonrakı dövrdə yaşayan tarixçilərimizin stolüstü kitablarından olub, əsasən islamın meydana gəlməsindən tutmuş 1813-cü ildəRusiya ilə İran arasında bağlanan sülh müahidənaməsinə qədərki dövrdə xalqımızın tarixini tədqiq və təhlil etmək işində mühüm mənbələrdən biridir.O bu əsəri Lado Zablotski ilə birlikdə rus dilinə tərcümə etmişdir. 





Adil Baxşəli oğlu Baxşəliyev (d. 1959) — tarix elmləri doktoru, professor.

Həyatı
Baxşəliyev Adil Baxşəli oğlu 1959-cu ildə Ağdam şəhərində anadan olub. 1976-cı ildə Ağdam şəhər 3 nömrəli orta məktəbi "əla" qiymətlərlə bitirib. 1977-ci ildə Xankəndi Pedaqoji İnstitutunun Tarix fakültəsinə daxil olub, 1981-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. Həmin ildən də Əsgəran rayonunun Xocalı kəndində ilk pedaqoji fəaliyyətinə başlayıb. 1983-cü ildə indiki AMEA-nın Tarix İnstitutuna dissertant qəbul olunub. 1990-cı ildə Azərbaycan Pedaqoji İnstitutunun Şuşa filialına müəllim vəzifəsinə təyin edilib.

1996-cı ildə "XVII əsrin 40-cı illərində Azərbaycanın sosial-iqtisadi vəziyyəti və mədəni həyatı (E.Çələbinin "Səyahətnaməsi" əsasında)" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsinə layiq görülüb. 2005-ci ildə isə "Səfəvilər dövründə Azərbaycanın cənub şəhərləri (dövrün səyyah gündəlikləri əsasında)" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsini alıb.

2006-cı ildən professordur. Bir monoqrafiyanın, üç dərs vəsaitinin, beş tədris-metodik vəsaitin, 70-dən artıq elmi məqalənin müəllifidir.

2000-ci ildən Sumqayıt Dövlət Universitetində işləyir. Hazırda Tarix fakültəsinin dekanı və Azərbaycan tarixi və tarixin tədrisi metodikası kafedrasının müdiri vəzifələrində çalışır. Yeni Azərbaycan Partiyasının fəal üzvlərindəndir.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il tarixli sərəncamı ilə əməkdar müəllim fəxri adına layiq görülmüşdür.

Ailəlidir. İki övladı, bir nəvəsi var.





Alı Məhəmməd oğlu Balayev 

Alı Məhəmməd oğlu Balayev – tarix üzrə fəlsəfə doktoru, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun böyük elmi işçisi

Həyatı
Alı Məhəmməd oğlu Balayev 1966-cı ildə Bakı şəhərində anadan olub, 1973-cü ildə 1-ci sinfə gedib. 1983-cü ildə məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix, əlavə Sovet Hüququ fakültəsinə qəbul olunub.
1985-87-ci illərdə ordu sıralarında xidmətdə olub. Ordudan tərxis olduqdan sonra təhsilimi davam etdirib. 1990-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix, əlavə Sovet Hüququ fakültəsini fərqlənmə diplomu ilə bitirib.
1990-91-ci illərdə Marksizm-Leninizm İnstitutunun arxivində arxivarius vəzifəsində işləyib.
1992-94-cü illərdə “Cənub” kiçik müəssisəsində direktor müavini, 1994-96-cı illərdə Azərbaycan İqtisad Universitetinin siyasi tarix kafedrasında laborant işləyib.
1994-97-cı illərdə Azərbaycan MEA A.A.Bakıxanov adına Tarix İnstitutunun aspiranturasında “Vətən tarixi” üzrə təhsilini davam etdirib.
1996-cı ildə Azərbaycan Beynəlxalq Universitetinin Hüquq fakültəsinə qəbul olub. 2000-ci ildə həmin Universitetin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib.
1996-2001-ci illərdə Milli Təhlükəsizlik Nazirliyinin sərhəd qoşunlarında xidmət edib.
2003-cü il oktyabrın 29-nda “Azərbaycanda ictimai-iqtisadi və siyasi vəziyyət (1985-1995-ci illərdə)” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Hazırda «Azərbaycan Respublikası ictimai-siyasi həyatı (1995-2006-cı illər)» adlı doktorluq dissertasiyası üzərində işləyir.
1 monoqrafiyası, 2 proqramı və 40 elmi məqaləsi çap olunub.
Hazırda A.Bakıxanov adına Tarix İnstitutunun “Əliyevşünaslıq” şöbəsinin böyük elmi işçisi vəzifəsində işləyir.

Kitabları
Azərbaycanda ictimai-iqtisadi və siyasi vəziyyət (1985-1995-ci illər). Bakı, Nurlan, 2005. -190 s.
Respublikada nəqliyyat və rabitənin inkişafı. Heydər Əliyev iki cilddə. Həmmüəllif. 1-ci cild. Bakı, 2013, s.156-170.
Proqramlar
Dünya dinləri fənni üzrə proqram. Bakı, 2003, 16 s.
Konfliktologiya fənni üzrə proqram. Bakı, 2008, 19 s.
Məqalələr
Azərbaycan 80-ci illərdə ictimai-iqtisadi və siyasi vəziyyət //Xəbərlər ADPU.Humanitar elmlər ser. – 1996. - №1. - s. 61-63.
Azərbaycan diasporu və mənəvi birlik problemi //Elmi əsərlər bülleteni. Təfəkkür Universiteti. - 1996. -№1. - s. 216-222.
Qarabağ problemi: millətçilik, şovinizm və torpaq iddiaları (1988-1995) //Xəbərlər.Humanitar elmlər seriyası. (ADPU). -1997. - s. 78-84.
XX əsrin 90-cı illərində SSRİ-də iqtisadi-siyasi böhranı daha da dərinləşdirən amillər, müttəfiq respublikaların müstəqilliklərinin reallaşması // Ekologiya, fəlsəfə, mədəniyyət. – 1997. - №15. - s.32-34.
Azərbaycanlılara qarşı aparılan ermənipərəst siyasət //Deportasiya. - Bakı, 1998. - s. 207-211. - /Balayev Məhəmməd).
«Yenidənqurma» şəraitində Azərbaycanda qeyri-formal təşkilatların yaranması və fəaliyyəti məsələsinə dair (1985-1990) // Ekologiya, Fəlsəfə, Mədəniyyət. – 1999. - №20. - s. 101-105.
Müstəqil Azərbaycanın xarici dövlətlərlə siyasi, iqtisadi və mədəni əlaqələrinin yaranması //Filologiya məsələlərinə dair tematik toplu. – 2001. - №1-2 (13-14). - s. 197-204.
2001-ci ildə Azərbaycanda iqtisadi, siyasi və mədəni əlaqələri //AXC-nin 84-cü ildönümünə həsr olunmuş Respublika Elmi Konfransının Materialları. – Bakı: Ağrıdağ, 2002. – s. 76-78.
Terror //Aydın. – 2002. - №2. – s. 35-42.
Azərbaycanda antikommunist əhval-ruhiyyənin güclənməsi //AXC-ni 86-cı ildönümünə həsr olunmuş Respublika Elmi Konfransının materialları. – Bakı-Nurlan, 2004. – s. 146-154.
Ermənistanın Azərbaycana qarşı təcavüzünün respublikamızda siyasi proseslərə təsiri //Tarix İnstitutu. Əsərlər. – 2004. - №1.- s. 354-377.
Azərbaycan-Türkiyə münasibətləri //Renessans. – 2006. - №3-4. – s. 61-63.
Çağdaş dövrdə Azərbaycan Respublikasının sosial- iqtisadi durumuna dair //Xəbərlər. (ADPU). – 2006. - №4. – s. 391-397
Azərbaycanda XX əsrin 80-ci illərində ictimai iqtisadi və siyasi vəziyyət //Azərbaycan Beynəlxalq Universitetin elmi konfransının Materialları (10-11 may 2006). – Bakı: ABU, 2006. – s. 9-10.
Azərbaycan Respublikasının beynəlxalq əlaqələri (1991-1992-ci illər) //Renessans. – 2008. - №6(6). – s. 33-39.
Azərbaycan XX əsrin 90-cı illərinin ortalarında //Renessans. – 2008. - №7(7). – s. 48-50.
Heydər Əliyev və Azərbaycan Respublikasının xarici siyasətinin formalaşması tarixindən. Xəbərlər. (Pedaqoji psixoloji elmlər siyahısı). ABU. № 1. Bakı- 2008, s. 168-171.
H.Ə.Əliyev və XX əsrin 90-cı illərinin birinci yarısında Azərbaycan Respublikasının siyasi və sosial iqtisadi böhranına qurtuluş yolları. Pedaqoji Universitet xəbərləri Humanitar elmlər siyahısı (ADPU). – 2008 № 5 s. 133-139.
XX əsrin 90-cı illərinin ortalarında Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətləri. Pedaqoji Universitet Xəbərləri (Humanitar elmlər seriyası). ADPU. 2009, №1, s.47-53.
Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətlərinə ümumi bir baxış (1996-1998-ci illər). Tarix və onun problemləri. Nəzəri, elmi, metodik jurnal. Bakı Dövlət Universitetinin 90 illik yubileyinə həsr olunmuş xüsusi buraxılış. Bakı-2009, №3. s.260-265.
Azərbaycan Respublikasında turizm və onun inkişaf amilləri. Pedaqoji Universitet Xəbərləri (Humanitar elmlər seriyası). ADPU, 2009, №6, s.78-82.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli və ölkənin ərazi bütövlüyünün bərpa olunması sahəsində görülən tədbirlər (1994-2002-ci illər). Tarix və onun problemləri. Nəzəri, elmi, metodik jurnal. Bakı, 2009, №4, s.107-112.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması uğrunda Azərbaycan Respublikasının diplomatik səyləri (2003-2006). Pedaqoji Universitet Xəbərləri. Humanitar Elmlər Seriyası. Bakı. №2, 2010, s.62-66.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində növbəti mərhələ (2003-2006-cı illər). Dirçəliş, XXI əsr, №143-144/2010, s. 292-297.
Azərbaycan Respublikasında insan hüquqları üzrə müvəkkil (Ombudsman) təsisatının təşəkkül tapması. AMEA «Məruzələr», 66-cı cild, №3, 2010, Bakı, «Elm» nəşriyyatı, s.139-145.
Azərbaycanda hüquqi islahatlar və demokratik cəmiyyət quruculuğu (XX əsrin 90-cı illəri). Pedaqoji Universitet Xəbərləri. Humanitar Elmlər Seriyası. Bakı. №3, 2011, s.162-168.
Azərbaycan Respublikasının xarici siyasəti tarixindən (XX əsrin sonları). AMEA Tarix institutu, Elmi Əsərlər, 38-ci cild, Bakı, 2011, s. 446-451.
İnsan hüquqları sahəsində Azərbaycan qanunvericiliyi və beynəlxalq standartlar. Dirçəliş, XXI əsr, №160-161/2011, s. 263-270.
Azərbaycan Respublikası regionlarının inkişafında dövlət proqramının roluna dair. Azərbaycan və Arxeologiyası və Etnoqrafiyası, №1, 2012, s.159-164.
Neft Azərbaycan Respublikasının ictimai-siyasi həyatında başlıca faktor kimi (1992-1999). Tarix və onun problemləri. Nəzəri, elmi, metodik jurnal. Akademik Ziya Musa oğlu Bünyadovun 90 illik yubileyinə həsr olunur. Xüsusi buraxılış. Bakı, 2012, №2, s. 123-127.
Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasındakı münasibətlərin inkişafına dair (1992-2005-ci illər). Heydər Əliyev və Azərbaycan təhsili. Respublika elmi konfransının materialları. Bakı, 7-8 may, 2013, s.34-37.
Деятельность руководства Азербайджанской Республики по урегулированию Карабахского конфликта (1993-2000 гг.). Современные гуманитарные исследования, № 6(31), 2009 г. с. 26-30.
Терроризм в политике //Стратегический анализ. - Баку, 2002. - с. 97-102.
Развитие сотрудничество Азербайджанской Республики с международными организациями в области прав человека. Кавказ и Мир. Международный научный журнал. №7. Тбилиси. 2010, с. 48-53.
Достойный сын всех свободолюбивых народов. Дагестан в истории Кавказа и России. Материалы международной научно-практической конференции. г.Махачкала, 25 ноября 2011 г. Махачкала, 2012. с.83-86.
Взаимоотношения между Азербайджанской Республикой и Российской Федерацией на современном этапе. Роль России в исторических судьбах народов Кавказа. Материалы международной научной конференции 26-27 февраля 2013 г. г. Махачкала, с. 46-49.




Aslan Xəlilov
 (d.14 fevral1962) - azərbaycanlı alim, tarixçi, tarix üzrə fəlsəfə doktoru.

Həyatı

Xəlilov Aslan Xası oğlu 14 fevral 1962-ci ildə Şamaxı rayonunda dünyaya gəlmişdir. 1980-1982-ci illərdə hərbi xidmətdə olmuşdur.1982-1985-ci illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsində əyani təhsil almışdır.
1985-1988-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsində təhsilini davam etdirmişdir. Təhsil aldığı illərdə Lenin təqaüdçüsü olmuşdur. 1989-cu ildən 2003-cü ilədək Bakı Slavyan Universitetinin tarix kafedrasında müəllim, baş müəllim və dosent vəzifələrində çalışmışdır.
1996-cı ildə Azərbaycanda ilk dəfə olaraq "1917-1920-ci illərdə Zaqafqaziyanın müsəlman əhalisinə qarşı soyqırımı tarixi mənbələrdə" adlı dissertasiya müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Bir monoqrafiya, 60-dan çox elmi-publisistik məqalənin müəllifidir.
2003-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2 il müddətinə, 2007-ci ildə daha 6 il müddətinə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmişdir.
Evlidir. İki övladı var.





Aydın Qasımlı (Mədətoğlu) — türkoloq, filologiya elmləri namizədi, dosent.

Həyatı
1946-cı ildə Ordubad rayonunun Kələki kəndində anadan olub. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsini bitirmiş, elə həmin il Şərqşünaslıq fakültəsinin Elmi Şurasının zəmanəti ilə Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar Fondunun (indiki M.Füzuli Adına Əlyazmalar İnstitutu) əyani aspiranturasına müsabiqə yolu ilə daxil olmuş, 1976-cı ildə namizədlik dissertasiyası müdafiə edərək “filologiya elmləri namizədi” alimlik dərəcəsi almışdır. 1980-ci ilə qədər Əlyazmalar Fondunda baş elmi işçi vəzifəsində çalışmış, 1980-ci ildə müsabiqə yolu ilə Naxçıvan Dövlət Pedaqoji İnstitutuna (indiki Naxçıvan Dövlət Universiteti) Azərbaycan dili müəllimi seçilmiş, 1993-cü ilə qədər orada əvvəl müəllim, sonra isə baş müəllim və dosent kimi “Azərbaycan ədəbi dili tarixi” və “Müasir Azərbaycan dili” fənlərindən dərs demişdir.

1993-cü ildə özü tərəfindən saxta hesab olunan ittihamlarla 12 il müddətinə azadlıqdan məhrum edilmiş, Avropa Şurası tərəfindən siyasi məhbus statusu aldıqdan sonra 2002-ci ildə dövlət başçısının əfv fərmanı ilə vaxtından əvvəl (8 il yarımdan sonra) azadlığa buraxılmışdır. Həbsdən sonra çoxsaylı şifahi müraciətlərinə baxmayaraq heç bir yerdə işlə təmin olunmamışdır.

Elmi və publisistik yaradıcılığı
Türk tarixi və mədəniyyəti, həmçinin fəlsəfi və milli-ideoloji mövzularda dəyərli əsərləri var və öz tədqiqatlarını uğurla davam etdirir. Yüzlərlə elmi, elmi-metodiki və publisistik məqalənin və 5 kitabın müəllifidir. Hazırda “Tüküstan qəzrti”nin daimi yazarıdır.

İctimai-siyasi fəaliyyəti
1980-ci illərin axırlarında Azərbaycanda formalaşmış milli azadlıq hərəkatının fəal iştirakçılarından olmuşdur. Hazırda Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) sədrinin strateji məsələlər üzrə müavini, İdarə Heyətinin üzvüdür.

Kitabları
1. Güney Azərbaycan: dünən, bu gün, sabah. Bakı-2005.

2. Dünyanın tacı türklər. Tarixi, siysi-ideoloji əsər. Bakı, “Zərdabi LTD”, 2006. 352 s.

3. O və biz. Bakı, “Elm”, 2009. 464 s.

4. Güney Azərbaycan türkləri son 100 ildə. Bakı, “Adiloğlu”, 2012. 204 s.

5. Türklər. Tarixi oçerklər. Bakı, “E.L.”, 2012. 532 s.


Babək Xürrəminin doğum tarixi dəqiq məlum deyil, lakin dolayı məlumatlara əsaslanan tədqiqatçılar belə hesab edirlər ki, bu, 798-800-cü illərə təsadüf edir. Onun atasının adı Abdulla idi. Əbu Hənifə Dinavərin "Əxbar-ət tival" adlı əsərində isə belə yazır: “Babək Əbu Muslimin qızı Fatimənin oğlu Mutəhərrin övladından biridir.  Xurrəmiyidən olan Fatimiyə qəbiləsi ona mənsubdur”. Bu ad sırf ərəb mənşəli olduğundan belə güman edilir ki, o, müsəlman olub. Babəkin atası Azərbaycanda yaşayır və bitki yağı alveri ilə məşğul olurdu. Babəkin anası ilə də o, yağ satarkən Bilalabad kəndində tanış olmuşdu. Abdulla evləndikdən sonra da Azərbaycanın hər yerində yağ alveri edirdi. Bir dəfə Ərdəbil yaxınlığında ikən quldurların hücumuna məruz qalır və evə qayıdandan sonra aldığı yaralardan vəfat edir. Onun dul qadını iki uşağı — Həsən və Abdulla ilə tək qalır. Böyük oğlu Həsən sonralar Babək adı ilə məşhurlaşır.

Babək on yaşına çatanda anasına kömək etmək üçün naxıra gedir. Bir neçə il sonra Babək karvanlara qoşulub, Azərbaycanın hər tərəfini gəzir. Bu gəzintilər zamanı ölkənin coğrafiyasına yaxından bələd olması sonralar ona ərəblərin nizami orduları ilə vuruşlarda çox kömək eləyir. Az sonra Babək Təbrizə gedir. Burada xürrəmilərin təlimi ilə tanış olur. On səkkiz yaşında Təbrizi tərk edərək, anasının yanına Bilalabada qayıdır.

Bilalabad yaxınlığındakı Bəzz adlanan keçilməz dağ qalasında varlı vilayət hakimi, Cavidan ibn Sührək deyə çağrılan bir xürrəmi yaşayırdı. O, yerli xürrəmi təşkilatına başçılıq edirdi. Əbu İmran adlı qonşu feodalla (o da xürrəmi idi) daimi düşmənçiliyi Cavidanı həmişə döyüş hazırlığı vəziyyətində saxlayırdı. Bir dəfə qış vaxtı Zəncanda mal-qarasını satıb qalaya qayıdarkən Cavidan yolda qar fırtınasına düşür. Onun dəstəsi sığınmaqdan ötrü Bilalabada dönür və təsadüf üzündən Babəkin anasının evinə düşürlər. Babəklə görüşü Cavidanı bərk təəccübləndirir. O, ucqar kənddəki bu kasıb kəndli daxmasında öz yaşından çox-çox qabağa getmiş belə yüksək fərasətli bir cavanla rastlaşacağını gözləmirdi. Buna görə də götür-qoy etmədən Babəki öz dəstəsinə dəvət edir. Babək anasının tənhalığını səbəb gətirərək, bu təklifə razılaşmır. Onda Cavidan Babəkin anasına oğlunu buraxmasından ötrü ağız açır və ayda ona beş-on dirhəm göndərəcəyini vəd edir. Anası razı olur və səhər tezdən Babək döyüşçü yoldaşları ilə Bəzz qalasına yola düşür
.Babək buradakı malikanələrin idarəçisi işlədiyi az bir vaxtda Cavidanın və yoldaşlarının böyük hörmət və rəğbətini qazanır. Belə ki, Cavidan Əbu İmranla toqquşmalarının birində həlak olarkən onun xanımı döyüşçülərin hamısını toplayaraq, Cavidanın vəsiyyətini çatdırır: "Yoldaşlarıma xəbər ver-bilirəm ki, bu gecə ölməliyəm - de ki, ruhum mənim cismimdən Babəkin bədəninə keçir. Onun ruhuna qovuşur və o sizin yardımınızla elə qüdrətin sahibi olacaq ki,bizim heç birimiz hələ yetə bilməmişik, dünyanın ən güclü şəxslərini yenəcək, sizin aranızdakı ən mağmınlar iftixar, alçaldılmışlar yüksəliş tapacaq."

Ərəb tarixçisi Məhəmməd ibn İshaq baş verənləri belə təsvir edir: "Döyüşçülər xanımdan soruşdular: "Nəyə görə ölümqabağı o, bunları özü bizə söyləmədi?" O cavab verdi: "Siz hərəniz bir kəndə səpələnmişdiniz. Əgər o hər birinizin ardınca çapar göndərsəydi, ərəblər bundan xəbər tutar və onun can üstə olmasından istifadə edərdilər. Buna görə də o, mənə tapşırdı ki, sizi yığım, vəsiyyəti eşidəsiniz və əməl edəsiniz." Kəndlilər dedilər: "Danış, sağikən biz ona tabe olmuşuq, öləndən sonra da onun iradəsinin ziddinə getməyəcəyik." Dul qadın sözünə davam etdi: "Onun son sözləri budur: mən bu gecə ölməliyəm, ruhum bu gəncin, qulluqçumun (o, Babəki göstərdi) cisminə qovuşacaq. Mən öz silahdaşlarım üzərində rəhbərliyi ona vermək qərarına gəlmişəm. Kim buna qarşı çıxsa və mənim iradəmə zidd getsə, qoy ona lənət olsun." Onda hamı bir ağızdan dedi: "Biz razıyıq". O, hamını bir-bir çağıraraq, dedi: "Bir tikə çörək götür, suya batırıb ye və söylə: -Ey Bəbəkin ruhu, mən sənə əvvəllər Cavidanın ruhuna inandığım qədər inanıram. Sonra Babəkin əlini əlinə al, əyil və öp." Hamı belə etdi. Bu 816-cı ildə baş verdi."
Fəaliyyəti
Üsyana rəhbərliyi

Cavidanın varisi olduqdan sonra o, Bəzzdə yerləşən xürrəmilər icmasına başçılıq edir və özünə Babək adını götürür. Cavidanın dövründə Azərbaycan bu mübarizənin mərkəzinə, Bəzz isə xürrəmilərin paytaxtına çevrilmişdi.

Xürrəmi icmasının rəhbəri olduqdan sonra Bəbək qətiyyətli fəaliyyətə keçir. O, öz xürrəmiləri qarşısında ərəbləri qovmaq və ədaləti bərpa eləmək vəzifəsi qoyur. Şərtləşdirilmiş işarə üzrə Babəkin tərəfdarları Bəzz qalasının əhatəsindəki bütün ərəblərin və onların tərəfində duranların başlarını kəsirlər. Bundan sonra üsyan o biri vilayətlərə də yayılır. Az sonra təqribən bütün Azərbaycan ərazisi xürrəmilərin əlinə keçir. Buradan dalğa şimala-Arrana və Cənub-Şərqə - Cibəl və Xorasana yayılır. Babək hər yerdə eyni ssenari üzrə hərəkət edir. Bütün tutulmuş mövqelər dağıdılır, hərbi qarnizon, ərəb əhalisi və onlara tərəf duranlarsa amansızlıqla qılıncdan keçirilir. Babəkə qarşı çıxan yerli feodallar da məhv edilirlər.

Babəkin belə asanlıqla uğurlar qazanmasında Azərbaycanı düşmən istilasından azad etmək arzusunda olan qəhrəman xalqın böyük köməyi olmuşdur. Məmun ardıcıl məğlubiyyətlərə məruz qaldı və hakimiyyəti itirmək qorxusu altında, siyasi kursunu dəyişib, 819-cu ildə paytaxtı Xorasandan Bağdada keçirir.

Xəlifə Məmun Babəkin üstünə nizami ordu göndərir. Lakin iş çox qəlizləşdiyindən Babəkə qarşı döyüşmək artıq asan deyildi. Məmun beş dəfə özünün ən say-seçmə döyüşçülərini hücuma göndərir və beş dəfə onun sərkərdələri məğlub olurlar. Məmun bir-birinin ardınca ali qoşun başçılarını dəyişib yeni-yeni ordular yaratsa da, cəhdləri nəticəsiz qalır. Babək yenilməzlik şöhrəti qazanır. Məmunun Babəkin üzərinə göndərdiyi ilk qoşuna Yəhya ibn Məaz ibn Müslüm başçılıq edirdi. Onların arasında ilk döyüş 819-cu ildə baş verdi və tərəflərin heç birisi əhəmiyyətli qələbə qazanmadı. 820-ci ildə Məmun onun yerinə məşhur sərkərdə İsa ibn Məhəmməd ibn Əbu Həmidi təyin edir və eyni zamanda qərbi Azərbaycan və Azərbaycan hakimliyini də ona verir. Yeni hakim öz qoşunu ilə dağ cığırlarından keçərək, Bəzz qalasına doğru irəliləyir. Babək onu yolda qarşılayaraq, əzir. Müasirlər danışırlar ki, hazırcavab əskərlərdən biri arxasına baxmadan qaçan İsadan soruşur: "Ey Əbu Musa, hara belə?" O isə belə cavab verir: "Biz onlarla vuruşa bilmərik, biz ancaq müsəlmanları qorxutmağa qadirik." Sonrakı qoşun başçısı Züreyk ibn Əli ibn Sədəq əl-Əzdi də uğur qazana bilmir.

Bu illərdə Babəkin sərkərdəlik məharəti də üzə çıxır. Sayca az olan və heç də yaxşı təlim görməyən qoşunu ilə o, yerli şəraitə dərindən bələd olmasından istifadə edərək, yeni və ağıllı taktiki fəndlər işlədərək xürrəmilər hərəkatının ciddiliyini hələ də yaxşı anlamayan, Babəkin sərkərdəlik bacarığını düzgün qiymətləndirməyən özündən müştəbeh ordu başçılarına asanlıqla qələbə çalır. Nəhayət, vəziyyətin ciddiliyini qiymətləndirməyə məcbur olan Məmun götür-qoy etdikdən sonra bir neçə qoşun dəstəsini birləşdirərək, təcrübəli sərkərdə Məhəmməd ibn Hüməyd ət-Tusinin sərəncamına verir və yenə də onu eyni zamanda Ərməniyyə və Azərbaycan hakimi təyin edir. Güclü ərəb qoşununun təzyiqi altında Babək Bəzz qalasına doğru geri çəkilmək məcburiyyətində qalır. Qələbənin yaxında olduğunu zənn edən Hüməyd öz qoşunu ilə qalanın yaxınlığında düşür. 829-cu ilin 3 iyununda döyüşə girməzdən qabaq Babək ən say-seçmə döyüşçülərindən ibarət dəstəsini dağların arxasında gizlədərək, özü düzəngaha baxan qayalardan birində mövqe tutur. Babək qayalardan enərək, düzəngaha gəlir və gərgin döyüş başlayır. Əgər Babəkin ehtiyatda saxladığı dəstə olmasaydı, bu döyüşdən kimin qalib çıxacağını müəyyənləşdirmək olmazdı. Döyüşün gərgin çağında həmin xürrəmi dəstəsinin ərəblərin arxasından hücuma keçməsi məsələni həll edir. Xilafət ordusu pərən-pərən olub, qaçışır, Məhəmməd ibn Hüməyd isə ölür.

Bir il sonra ərəblərin yeni komandanı İbrahim əl-Leys ibn Fəzl də xürrəmilərə məğlub olur. Məmun təzə ordu toplamaq istəsə də, Bizansla müharibə onu Babəklə mübarizədən yayındırır. Babək bir müddət rahatlaşır və öz daxili problemləri ilə məşğul olur.

Xürrəmilərin üsyanı İsfahan, Fars və Kuhistana da yayılır. Bu məsələ Xorasanda da yetişməyə başlayır. Babəkin qoşunları döyüşlərdə ələ keçirdikləri qəniməti Bəzz qalasına aparır. Qadınlar kişilərlə bərabər hüquq sahibi kimi üzləri açıq gəzir, hərəmxanalarda gizlənmir, öz istəklərinə görə ərə gedə bilirlər.

833-cü ildə xəlifə əl-Məmun öz taxtına qardaşı əl-Mötəsimi əyləşdirərək, dünyadan köçür. Qardaşına qoyduğu vəsiyyətdə Məmun yazırdı:
"Xürrəmilərə gəlincə, onlara qarşı göndərdiyin qoşunun başına qətiyyətli, amansız bir adam qoy, səbrlə ona silah, yeni süvari və piyadalar, silahlar göndər. Əgər bu iş çox uzansa, özün ən yaxın adamlarınla onların üzərinə get."

— Ət-Təbəri, III, 1163; İbn əl-Əsir, VI, səh. 158

Mötəsim hakimiyyətə gələn kimi, ordunu yenidən qurmağa başlayır. 0, başlıca olaraq, türklərdən yığılmış muzdlu qoşun təşkil edir. Bəbəkin ordusunda da türklər çoxluq təşkil edirdi. Bunlardan biri də qabiliyyətli sərkərdə Tərxan idi. Çətin həyat şəraitinə öyrəşmiş gözəl hərbçilər olan türklər Mötəsimin Babək üzərində qələbə çalmasında əvəzsiz rol oynayırlar.

Mötəsim xilafətin paytaxtını Bağdaddan türk əhatəsində yerləşən Samirəyə köçürür. Ordusunu yenidən quran və təzə-təzə türk dəstələri ilə möhkəmləndirən Mötəsim Həmədan yaxınlığında Babəklə döyüşə girir. Bu döyüşdə ərəb ordusuna əl-Cibəl hakimi İshaq ibn İbrahim ibn Müsab başçılıq edirdi. Babək özünün ənənəvi döyüş metodunu-partizan müharibəsi metodunu dəyişərək, açıq meydanda vuruşa girir. Təbii ki, Babəkin təlim keçməmiş, süvari dəstələri muzdlu nizami ordunu yenə bilməzdi və məğlubiyyətə uğramalı idi. Əlli mindən artıq kəndli döyüşçü öldürülür, qalanlarsa canlarını qaç-maqla qurtarırlar. Çoxları Roma imperiyası hüdudlarına qaçıb gizlənir. Babək özü də qaçıb, birtəhər Bəzzə çatır və yeni dəstələr toplamağa başlayır.

Həmədan yaxınlığındakı məğlubiyyət Babəkin nüfuzuna ciddi zərbə vurur. Mötəsim öz əmirlərindən biri olan Əbu Səid Məhəmmədə Babəkin sığınacağını mühasirəyə almaq, giriş və çıxış yollarını bağlamaq, silah, ərzaq daşınmasına imkan verməmək, vaxtilə Babəkin dağıtdığı ərəb istehkamlarını bərpa etmək əmri verir. Babəkin sürsat dalınca göndərdiyi bir neçə dəstə Əbu Səidin qoşunları tərəfindən darmadağın edilir. Bundan sonra xəlifə xürrəmilərlə haqq-hesabı bitirməkdən ötrü yenidən qoşun toplanışı keçirərək, ordunun başına ən istedadlı və çevik sərkərdələrdən birini- Heydər ibn Kavus əl Afşini gətirir. Eyni zamanda onu Azərbaycan, Ərməniyyə, Arran, Muğan və Cibəl hakimi təyin edir.

836-cı ilin yazında Afşin Azərbaycana daxil olur. Çətin keçilən dağ cığırları ilə dırmanaraq, nəhayət, Bəzz qalasına aparan yola çıxa bilir. Həmədan yaxınlığındakı məğlubiyyətdən sonra Babək açıq döyüşə girmir, qaladan çıxmadan düşməni gözləyir.

Qışın axırına doğru Mötəsim Afşinə köməyə daha doqquz min türk muzdlusu göndərir. Bu dəstəyə türk sərkərdələri İtax və Cəfər ibn Dinar başçılıq edirdilər. Babəkin vəziyyəti çətinləşir. Bəzz qalasına yaxınlaşan Afşin öz mövqelərini üç qayada möhkəmləndirir. Qalanı uzun müddət mühasirədə saxlamaq məqsədilə düşərgəsini daşlarla hördürür. Afşinin hücumundan qabaq Babək sərkərdələrindən birinin başçılıq elədiyi dəstəni yaxınlıqdakı dağa göndərir və onlar meşədə gizlənirlər. Afşin öz kəşfiyyatçılarından bu hiyləgər hərəkəti bilib, gecə ikən qoşunlarını üç tərəfdən Babəkin qoşunlarının gizləndiyi meşəyə yeridir, Cəfərə isə qalaya hücuma keçmək əmri verir. Sabahısı gün Babəkin ordusu tamamilə məhv edilir.
Son günləri

Ərəblər Bəzzi aldıqdan sonra Babək tacir paltarı geyib Araz çayından keçərək Arran tərəfə qaçdı. Afşin Babəkin qaçdığını bilən kimi Azərbaycan, Arran, Beyləqan və Ərmən (İrəvan xanlığı) hökmdarlarına xəbər verdi ki, "Babək bir neçə adamla və dərəyə çatmışdır, oradan isə Ərmən tərəfə yollanmışdır və sizin yanınızdan ötüb keçəcəkdir". Onlara əmr etdi ki, bütün şübhəli adamları tutub saxlasınlar.

Babək Bizans ərazisinə gedib çatmağı düşünürdü, çünki Bizans imperatoru ilə çox yazışırdı. Ərəb mənbələrində Babəkin Feofil ilə necə əlaqə saxladığı və Bizansın xürrəmilərə necə təsirli kömək göstərdiyi barəsində məlumat verilir. Ət-Təbəri 837-838-ci illərin hadisələrini şərh edərkən bildirir: "Həmin ildə bizanslıların hakimi Feofil Mixail oğlu Zibatra əhalisinə hücum edərək onları əsir aldı və onların şəhərini talan etdi. Sonra o, sürətlə müsəlman qalalarından keçdi, müsəlman qadınlarını [bəziləri deyirlər ki, onların sayı min nəfərdən çox idi] əsir aldı və əlinə keçən müsəlmanlara işgəncə verdi; o, əsirlərin gözlərini qızmar dəmirlə yandırır, qulaq və burunlarını kəsirdi."

Feofilin Xilafət ərazisinə hücumu Bəzzdə mühasirə olunmuş Babək tam çarəsiz vəziyyətdə olduğu barəsində Feofilə məktub yazandan sonra başlamışdı, çünki Babəkin məktubundan sonra ərəblər Bəzzi darmadağın etmişdilər. Ət-Təbəri Bizans qoşunlarının qəflətən hücumunun səbəbini belə də izah edir: "O (Babək), ölümə yaxın olanda, öz gücsüzlüyünü, habelə öz qoşununun gücsüzlüyünü yəqin edəndə, Bizans padşahı Georgi oğlu, Mixail oğlu Feofilə yazıb bildirdi ki, ərəblərin padşahı bütün ordularını, hətta öz dərzisi və aşpazı daxil olmaqla bütün döyüşçülərini onun əleyhinə göndərmişdir, belə ki, onun qapısında (Bizans sərhədində) daha heç kəs qalmamışdır. Buna görə "əgər sən [onun ərazisinə] soxulmaq istəsən, bil ki, heç kəs sənin yolunu tutmayacaq və sənə mane olmayacaqdır". O (Babək), Feofilə məktub göndərərkən belə ümid edirdi ki, bu məktub Bizans padşahını ciddi əməliyyata başlamağa vadar edəcək və bunun nəticəsində o, [özünün] bəzi fəlakətlərindən xilas olacaqdır, çünki Mötəsim onun müqabilində duran qoşunlardan bir hissəsini geri çağırıb bizanslıların padşahına qarşı göndərməyə məcbur olacaqdır, beləliklə də onun başı onunla (Babəklə) deyil, bizanslılarla qarışacaqdır".

Babək Feofilin Xilafətə qarşı hücuma keçməsini sürətləndirmək üçün hətta yalan vədlər verməkdən çəkinməmişdi.. Necə olsa da, Feofil 100 min nəfərlik ordu ilə ərəblərin üstünə getdi. Ət-Təbəri bildirir ki, o, Zibatranın üstünə həmin Mühəmmirə ilə birlikdə getmişdi ki, onlar Cibalda üsyan edəndə və İshaq ibn İbrahim ibn Müsəb onlarla vuruşanda bunların bir hissəsi bizanslıların yanına qaçmışdı (onların rəisi Barsis idi). Bizans padşahı onlara təqaüd təyin edib onları evləndirdi, özünə əsgər etdi və özünün ən mühüm işləri üçün onlardan istifadə etdi.

Feofil, gec də olsa, Babəkə qoşunla kömək etdi və bu qoşunun içərisində xürrəmi hissələri də var idi; ola bilər, imperator üsyanın müvəffəqiyyətlə nəticələnəcəyi və Xilafət üzərində qələbə əldə ediləcəyi halda, Babəkin tərəfdarları içərisində dəyişiklik əmələ gələcəyi ümidində idi. Afşin Babəki tutmaq üçün bütün yollara dəstələr göndərdi, lakin Babəkin izinə düşməyin qızğın çağında, birdən Xilafət paytaxtından xəlifənin qızıl möhürü ilə bir məktub gəldi, Mötəsim Babəkə aman bəxş edirdi, Afşin bu əhvalatdan lap çaşıb qaldı. O, Babəkin əsir edilən böyük oğlunu yanına çağırıb dedi: "Mən bunu Əmir əl-Möminindən heç gözləmirdim və onun (Babəkin) indiki vəziyyətində aman haqqında ona şəxsən özüm bir şey yazmaq fikrində deyiləm".

Lakin Babəkin oğlu atasına xəlifənin məktubunu aparıb verməkdən imtina etdi. Əsir düşmüş iki xürrəmi göndərildi. Onlar xəlifənin məktubundan əlavə, Babəkin oğlunun məktubunu da apardılar; bu məktubda o, atasından xahiş edirdi ki, xəlifənin verdiyi amanı qəbul edib həyatını saxlasın. Oğlunun məktubunu oxuyan kimi, Babək bərk qəzəbləndi, qasidlərdən birini öldürdü.Babək öz oğluna belə cavab yazdı: "Əgər sən mənim ardımca gəlsəydin, öz sülalənin varisi olardın və vərəsəlik sənə keçərdi, bir neçə gün bundan əvvələdək sən mənim oğlum sayılırdın. Ola bilər mən bu gündən sonra az yaşayım, lakin mənim üstümdə padşah (məlik) adı vardır və harada olsam, ya da mənim barəmdə harada nə desələr, mən padşah olaraq qalıram. Sən isə elə bir cinsdən əmələ gəlmişsən ki, ondan bir nəfər ləyaqətli [adam] çıxmamışdır və mən [ucadan hamıya] deyirəm ki, sən mənim oğlum deyilsən, çünki qırx gün alçaq kölə kimi ömür sürməkdənsə, bir gün rəhbər kimi yaşamaq yaxşıdır"

Belə bir rədd cavabı Afşinin, xoşuna gəldi, çünki, Babəklə danışıqlarından xəlifənin xəbəri olduğu haqqında şübhələnməyə başladı. O, Babəki və onun yoldaşlarını axtarmağı davam etdirmək haqqında sərəncam verdi. Babək, azuqəsi qurtaranadək "Azərbaycandan Ərmənə gedən" dərədə (Sunikdə)gizlənirdi. Babəklə birlikdə onun iki qardaşı - Müaviyə və Abdullah, anası, İbnət əl-Kələndaniyyə adlı sonuncu arvadı və bir neçə xidmətçi onun yanında idi. Yəqin ki, İbnət əl-Kələndaniyyə Sünik knyazı Vasakın qızı idi və Babək Vasaka ərəblərə qarşı kömək edəndən sonra onun qızı ilə evlənmişdi, Babək 828-ci ildə ərəbləri darmadağın etdikdən sonra "onun [Vasakın] qızı ilə evləndi və öz hakimiyyətini bu vilayətə (Sünikə) də şamil etdi

Babəkin məhz bu arvadı onu dilə tutmuşdu ki, Bizansa qaçmaq üçün yolu onun vətənindən salsın. Babək və onunla gedənlər heç şübhələnmirdilər ki, onları təqib edib güdürlər; yolda dincəlmək üçün bir yerdə dayandıqları zaman Afşinin göndərdiyi dəstə gözətçilərin işarəsi ilə onlara hücum etdi. Babək, Abdullah və xidmətçilərdən biri qaçıb aradan çıxdılar. Müaviyə, Babəkin arvadı, anası və qalan xidmətçilər isə ələ keçdilər. Babək ilə qardaşı gizlicə çox yol getdilər, nəhayət, aclıq onları vadar etdi ki, açıq yola çıxsınlar. Bir əkinçini görəndə ərzaq əldə etmək üçün xidmətçini onun yanına göndərdilər. Bu yerdən bir az aralı sərhəd qarovulxanası var idi və həmin vilayətin (Şəkinin) hökmdarı knyaz Səhl ibn Sumbatın mühafizə dəstəsi burada keşik çəkirdi. Buraya gələn Səhl vaxtilə ümumi mənafeyi bir olan Babəki tanıdı. Babəkin Bizansa getdiyini öyrənən Səhl onu öz qalasına dəvət edərək dedi: "Bu sənin öz evindir və mən sənin nökərin. Bu qışı burada qal, sonra nə edəcəyini qət edərsən"

Ac və yorğun olan Babək Səhlin sözlərinə inandı və onun təklifi ilə razılaşıb dedi: "Mənim və qardaşımın bir yerdə qalmağımız yaxşı deyildir, çünki birisi ikimizdən birinin izinə düşərsə, o birisi sağ qalar. Mən sənin yanında qalaram, qardaşım Abdullah ibn İstifanusun yanına gedər, çünki nələr ola biləcəyini bilmirik, bizim isə sülaləmizi davam etdirə biləcək xəlifimiz yoxdur. Ət-Təbəri, III, səh. 1223-1224 Səhl Afşinə xəbər verdi ki, Babək onun yanındadır; bir neçə gündən sonra isə, Səhlin düzəltdiyi ovda Babək tutuldu; Səhl ona görə belə etmişdi ki, Babəkin tutulmasında ondan şübhələnməsinlər"

Az sonra Afşinin tələbinə görə ibn İstifanus Babəkin qardaşı Abdullahı da təslim etdi. Səhl ibn Sumbat "öz səyinə görə saraydan (xəlifə sarayından) böyük mükafat aldı: Ermənistan, İberiya və Albaniya üzərində ali hakimiyyət ona verildi, o da bütün bu yerlərə padşah kimi hökmranlıq etdi."

Afşin Babəkin və onun qardaşının əsir alındığını Mötəsimə xəbər verdi, xəlifə onların paytaxta gətirilməsi üçün əmr verdi. Afşin İraqa qayıtmağa hazırlaşarkən Babəkə dedi: "Mən səninlə [İraqa] yola düşmək niyyətindəyəm, buna görə Azərbaycan torpağında istədiyin şeyə axırıncı dəfə baxa bilərsən". Babək belə cavab verdi: "Mən öz şəhərimə baxmaq istərdim".837-ci il 15 setyabrda Babək dağıdılmış və yandırılmış Bəzzə baxdıqdan sonra Bərzəndə Afşinin yanına gətirildi. Babək və onun qardaşı 838-ci il 4 yanvarda Samarraya gətirildilər.

Məsudinin dediyinə görə, xəlifə Babəkin əsir alındığını xəbər alan kimi "onu sevinc bürüdü və o öz sevincini açıq bildirdi. Qələbə 9Babək üzərində qələbə) haqqında ölkənin hər yerinə xəbər göndərildi". Babək müxtəsər dindiriləndən sonra şaqqalandı, onun başı, əhalini qorxutmaq üçün Xorasana göndərildi, bədəni isə Samarrada asıldı.

Orta əsr mənbələrinin məlumatına görə, bu dövr ərzində xürrəmilər 225500 nəfər əsgər və çoxlu ərəb sərkərdəsini məhv etmişlər.

Xürrəmilər üzərindəki qələbə Xilafət üçün asan bir iş olmadı. Bunun üçün əsasən öz yüksək döyüş keyfiyyətlərinə görə ərəblərdən fərqlənən türk hərbi birləşmələrin səfərbərliyə alınmışdı. Bundan əlavə, Babəkin üsyanını yatırmaqda "Xilafət qoşunları ilə birlikdə erməni naxararları da öz qoşunları ilə iştirak edirdilər". Babəkin rəhbərliyi ilə xürrəmilərin üsyanı Azərbaycan tarixində ən parlaq səhifələrdən biridir. M.Kazımbəyin sözlərinə görə, Abbasilər xilafətində xalq üsyanlarının müvəffəqiyyətləri "qısamüddətli və keçici olsa da, heyrətli idi" Babəkin üsyanı müvəffəqiyyətsizliyə uğramasına baxmayaraq, Xilafətin şimal vilayətlərində yaşamış xalqların şüurunda dərin iz buraxdı. Babəkin ardıcılları IX əsrin axırınadək Xilafətdə baş verən bütün yeni üsyanların özəyi oldular. Xürrəmilərdən bir çoxları X əsrdə ismaililərin təbliğatına uydular və təsadüfi deyildir ki, İranın şimalşərq və şimal-qərb, Xəzər dənizi sahili və Kuhistan rayonları sonralar xürrəmilərin ardıcılları olan batinilərin dayağı oldu.


Şah İsmayıl 


 Şah İsmayıl Şeyx Heydər oğlu Şeyx Cüneyd Səfəvi – Səfəvi təriqətinin rəhbəri, Azərbaycan hökmdarı, Səfəvilər dövlətinin banisi və ilk şahı, klassik Azərbaycan şairi. Azərbaycan türkcəsi tarixdə ilk dəfə dövlət dili kimi Şah İsmayıl Xətai zamanı istifadə olunmuşdur. Şeirlərini "Xətai" təxəllüsü ilə yazmışdır.
Həyatı
Şah İsmayıl 1487-ci il 23 iyulda Ərdəbil şəhərində anadan olmuşdur. Şeyx Səfiəddin nəslindəndir, atası Şeyx Heydər, anası Ağqoyunlu hökmdarı Uzun Həsənin qızı Aləmşah Həlimə bəyimdir.

1488-ci il 9 iyulda atası Şeyx Heydər Tabasaranda Şahdağın ətəyində Şirvanşahın birləşmiş qüvvələri ilə qızılbaşlar arasında baş verən döyüşdə öldürüldükdən sonra, Sultan Yaqub tərəfindən İsmayıl anası və qardaşları — Sultanəli və İbrahim ilə birlikdə Şiraz yaxınlığındakı İstəxr qalasında həbsdə 5 il saxlanılır. Onda İsmayılın hələ iki yaşı tamam olmamışdı. Bir müddətdən sonra Uzun Həsənin nəvəsi Rüstəm Mirzə onları həbsdən azad etdirib müstəqil hakim kimi Sultanəlini Ərdəbilə qaytardı. Baysunqur Mirzəyə qarşı yürüşdə Sultanəli də Rüstəm paşa ilə birlikdə çıxış etdi. Əhər yaxınlığındakı bu döyüş Rüstəm Mirzə ilə Səfəvilərin birləşmiş qüvvələrinin qələbəsi ilə nəticələnir. Baysunqur öldürüldü. Sultanəli qələbə ilə Təbrizə qayıtdı. Ərdəbildə Səfəvi tərəfdarlarının güclənməsi Rüstəmi qorxuya saldı. Onlara qəsd təşkil edildi. Qəsdin üstü açıldı. Sultanəli qardaşları və yaxın adamları ilə birlikdə Təbrizi tərk edərək Ərdəbilə doğru irəlilədi. Rüstəm onların arxasınca 5 min süvari göndərdi. Döyüş başlanana qədər Sultanəli sufi əmirlərinin yığıncağında İsmayılı Səfəviyyə ordeninin başçısı kimi xələfi təyin etdi. Qardaşlarını Ərdəbilə yola saldı, özü isə düşmən tərəfə döndü. Şəməsi adlanan yerdə (Şəməsi döyüşü) döyüşdə (1494) qızılbaşlar məğlub oldular. Sultanəli həlak oldu.

1494-1495-ci illərdə Rüstəm yenidən Ərdəbili və Səfəvilərin digər mülklərini zəbt etdi. Ağqoyunlu sərkərdəsi Əbih Sultan Ərdəbilə daxil olan kimi, Səfəvilərin xeyli hissəsini qılıncdan keçirdi. Lakin qızılbaş tərəfdarları şahzadələri, xüsusən İsmayılı xilas edə bildilər. Səfəvi müridləri İsmayılı Lahicana-Gilanın Biyəpiş vilayətinin hakimi, Kərkiyə sülaləsindən olan Mirzə Əlinin sarayına apardılar.

Rüstəm Mirzə dəfələrlə Kərkiyə Mirzə Əliyə hədələyici məktub göndərib İsmayılı tələb etdi. O isə İsmayılı zənbildə sıx yarpaqlı ağacdan asdı və Qurana and içib onun Gilan torpağında olmamasını 300 süvari ilə gəlmiş Qasım bəyə bildirdi.

Gilana gələndə İsmayıl yeddi yaşında olur. Burada o, Həsən xanın himayəsi altında Lələ Hüseyn tərəfindən tərbiyə olunur. İsmayıl təqribən 6 il burada qalır, tanınmış əmir və alimlərdən dünyəvi, hərbi və dini biliklər öyrənir.

İsmayıl 6 il Lahicanda qaldı. Rumdan, Qaracadağdan(Qaradağ vilayəti), Ərdəbildən yanına çoxlu tərəfdar gəlir, onunla həmrəy olduqlarını bildirirlər. Ağqoyunlularla döyüşdən qabaq Şah İsmayılın dilə gətirdiyi belə bir söz var idi ki, "Ölümə gedən yolda qalibiyyət yoxdursa, ölüm vardır!"
Siyasi fəaliyyəti 
 1499-cu ilin avqust ayında 12 yaşlı İsmayıl özünün yaxın tərbiyəçisi və məsləhətçisi olan bir neçə qızılbaş tayfa başçısı ilə birlikdə qoşun toplamaq üçün Ərdəbilə yollanır, ancaq şəhər hakimi tərəfindən təqib olunur. O, 1500-cü ilin yazında Şamlı və Rumlu tayfalarından, habelə Qaradağ və Talış əhalisindən ona qoşulmuş 2 minə yaxın qızılbaşla Qarabağ, Çuxursəd, Şuragil, Kağızman, Tircan yolu ilə Ərzincana gəlir.

Ərzincanda keçirilən müşavirəsində Səfəvilərin irsi düşməni Şirvanşah Fərrux Yasarla müharibəyə başlamaq qərara alındı və əmirlərinin Gürcüstana bir neçə basqınından sonra İsmayıl Anadoluda topladığı təqribən 7 min nəfərlik tərəfdarı ilə 1500-cü ilin axırlarında Şirvana hücum edir. Cabanı döyüşündə Fərrux Yasar məğlub edildi və şirvanşah öldürüldü. İsmayıl üç gün düşərgəsində qaldıqdan sonra Şamaxıya daxil oldu. Burada onu seyidlər, qazılar, rəislər və şəhər əyanları qarşıladı. Şamaxıya girən İsmayıl şəhərdə yalnız bircə gün qaldı. Burada öyrəndi ki, Şirvanşahın döyüş meydanından qaçıb canını qurtarmış oğlu II Şeyx İbrahim (Şeyxşah) Xəzər dənizinin sahilindəki Şəhrinou qalasındadır və atasının qoşunlarının salamat qalmış hissələrini ətrafına toplamışdır. İsmayıl sərkərdəsi Hülafə bəyə qoşun hissəsi ilə oraya göndərdi, duruş gətirə bilməyəcəyini görən Şeyxşah yaxın adamları ilə birlikdə qaçdı. Müqavimətə rast gəlməyən Hülafə bəy, Şəhrinouda düşərgə saldı. Ertəsi gün İsmayıl özü buraya gəldi. İsmayıl Şəhrinounu tutduqdan sonra Mahmudabada qışlağa getdi. Burada ona məlum oldu ki, Bakı şəhərinin əhalisi qalalarının möhkəmliyinə bel bağlayaraq xərac verməkdən imtina edir və müqavimət göstərirlər. İsmayıl uzun çəkməyən mühasirədən sonra 1501-ci ilin baharında Bakını aldı.

Şirvanşah qoşunlarının vuruşmadan sonra salamat qalmış hissələri Gülüstan qalasına cəkilmişdi. İsmayıl Bakını aldıqdan sonra Gülüstan qalasını tutmağa getdi. Lakin tezliklə Gülüstanın mühasirəsini buraxaraq, əmirlərinə bunu yuxuda imamdan tapşırıq alması ilə izah etmişdir, Ağqoyunlu Əlvəndlə mübarizəyə yollandı. Rəvayətə görə İsmayıl qızılbaş əmirlərini məşvərətə yığaraq onlardan soruşur: "Siz nə istəyirsiniz, Azərbaycan taxt-tacını, yoxsa "Gülüstan" qalasını?" Onlar yekdilliklə Azərbaycanı üstün tuturlar.

İsmayıl öz qoşunu ilə Naxçıvan istiqamətində hərəkət edir. 1501-ci ilin ortalarında Əlvənd Mirzə onları Şərur düzündə qarşılayır. Şərur döyüşündə Əlvənd Mirzənin 30 minlik ordusu İsmayıl 7 minlik qoşunu tərəfindən darmadağın edilir. Vahiməyə düşüb qaçan döyüşçülərini saxlamaq və rəqibin arxadan zərbələrini dəf etmək məqsədilə bir-birinə zəncirlənmiş dəvələrdən istifadə etmək cəhdi də Əlvənd Mirzəyə kömək etmir.

İsmayıl bu döyüşdə də öz yaşına görə qeyri-adi dərəcədə sərkərdəlik qabiliyyəti və şəxsi igidlik nümunəsi göstərir. O özü şəxsən Ağqoyunlu qoşununun sayılan əmirlərindən Karqiçay bəyi qılınc döyüşündə məğlub edir. Digər məşhur sərkərdələr də öldürülmüş və başları özgə düşmənlərə görk olmaq üçün qızılbaş döyüşçülərinin tutduğu yüksəkliklərdə qoyulmuşdur. Əlvənd özü isə döyüş meydanından güclə qaçaraq, canını qurtarmışdır. Beləliklə, İsmayıl xeyli qənimət qazanmışdır və ən əsası isə Təbrizə yol açıqdır.

1501-ci ilin payızında Təbrizə daxil olan İsmayıl özünü şah elan etdi. Bununla da paytaxtı Təbriz olan Azərbaycan Səfəvilər dövlətinin əsası qoyuldu.

I Şah İsmayılın tabe olmaq təklifini rədd edən Ağqoyunlu hökmdarı Sultan Muradla 1503-cü il iyunun 21-də Həmədan yaxınlığında döyüş Şah İsmayılın qələbəsi ilə nəticələndi və Ağqoyunlu dövləti süqut etdi.

Çox qısa müddətdə şah İsmayıl Şeybani xanın özbək dövlətindən tutmuş Osmanlı imperiyasının sərhədlərinə qədər uzanan möhtəşəm bir dövlət yarada bilir.

Özbək Şeybani xan İsmayıl üçün strateji əhəmiyyət daşıyan İsfahanı tutarkən ona göndərdiyi "Mən İran və Azərbaycan sərhədlərinə gələrək, oranı tutandan sonra İraqi-Ərəbə və Hicaza gedəcəyəm" məktubana cavab olaraq Şah İsmayıl öz qoşunlarını Xorasana yeridir. Şeybani xan Mərv qalasında gizlənir, lakin İsmayıl aldadıcı manevr edərək, onu qaladan bayıra çıxarır və 1510-cu il 2 dekabrda Mahmudi kəndi yaxınlığında şah İsmayılla Şeybani xanın qoşunları arasındakı Mərv döyüşü şah İsmayılın tam qələbəsi ilə başa çatır. Bütün gün ərzində davam edən bu ağır döyüşdə məğlub olan Şeybani xan qaçmaq istədikdə şah İsmayılın döyüşçüləri və öz mühafizəçiləri tərəfindən qətlə edilir. Şeybani xanın başını şaha gətirirlər. Əmrə əsasən, onun kəlləsini qızıl suyuna çəkib, qədəh düzəldirlər.Bu döyüşdən sonra o, Herat, Mərv və Bəlx şəhərlərini tutur. Bütün Şabran, Xorasan vilayəti şah İsmayılın hakimiyyəti altına keçir. Sonrakı illərdə Şah İsmayıl bütün İranı,İraqi-Ərəbi Səfəvilər dövlətinə qatdı. Onun dövründə Səfəvilər dövləti Yaxın Şərqin qüdrətli dövlətlərindən birinə çevrldi.Səfəvi dövləti öz yüksəlişinin zirvə nöqtəsinə çatır. Onun ərazisinin sahəsi 2 milyon 800 min kvadrat kilometrə çatırdı.

Şah İsmayıl

Səfəvi dövləti kimi güclü bir dövlətin yaranması Osmanlı sultanlarını narahat edirdi. Şah İsmayıl da geniş əraziləri əhatə edən şiə dövləti qurmaq istəyirdi. Anadoludakı türklər İsmayıla rəğbət bəsləməklə qalmır, bölgəni geniş xalq üsyanları bürüyür. Osmanlı ərazisindəki narazı əhali kütləvi surətdə Səvəfi dövlətinə köçməyə başlayır. Bütün bunlar Səvəfi ideologiyasının təkcə şərqi Anadoluda deyil, mərkəzi Anadoluda böyük təsirə malik olduğunu göstərir.

Beləliklə siyasi səbəbdən yaranan Səfəvi-Osmanlı qarşıdurması gələcəkdə uzun sürəcək və din pərdəsi arxasında aparılan müharibələrin səbəbi idi. İlk dəfə Çaldıran döyüşündən əvvəl Qızılbaşların kafir kimi öldürülməsinə fətva alan I Səlimin başlatdığı bu dini müharibə gələcəkdə onun oğlu I Sülymanın dövründə Osmanlı şeyxül islamı Müfti ƏL-HƏMZƏ tərəfindən verilən fetva ilə qızılbaşların öldürülüb malları ilə birgə arvad və uşaqlara shib olmalarını halal elan dövlət ideologiyasına çeviriləcək.

Çaldıran döyüşü (1514)

1513-cü ildə Anadoluda 40-45 min uşaqlı-böyüklü qızılbaşı qılıncdan keçirtdirən Səlim Yavuz Səfəvi dövlətinə hücum etdi. Səlimin təhqiramiz farsca yazdığı məktublara türkcə cavab yazan İsmayıl məsələni sülh ilə həll etməyə cəhd etsə də bu alınmadı. 1514-cü ildə Sultan I Səlimin (1512-1520) başçılıq etdiyi Osmanlı ordusu ilə baş vermiş Çaldıran döyüşüdə Şah İsmayılın qoşunları məğlub oldu. Bu döyüşdə osmanlılar sayca çox idilər. Bundan başqa onların daha bir üstünlüyü də 300-ə qədər topun olması idi. Bütün bunlar döyüşün gedişinə təsir göstərməyə bilməzdi. Şah İsmayıl şəxsi igidlik və cəsurluq nümunələri göstərib, özünün qeyri-adi gücü və döyüş bacarığı ilə məşhur olan TURƏLİ bəy Məlkoçoğlunu təkbətək döyüşdə şəxsən məhv etmişdir. Şah İsmayıl qılıncla ona elə bir zərbə endirir ki, dəbilqəsi və başı iki yerə paralanır. İsmayılın qılıncı ƏLİ bəyin sinəsinə qədər işləyir. Döyüşün qızğın çağında İSMAYIL azsaylı dəstəsi ilə düşmənin artilleriyasına doğru can atır, lakin bu zaman onun atı büdrəyib yıxılır. Şah İsmayıla çox bənzəyən Soltanəli Mirzə Əfşar: "Şah mənəm", deyə qışqırmaqla onu əsir düşməkdən xilas edir və beləliklə yaralanan şah ata qalxaraq döyüş meydanından qaça bilir. I Sultan Səlim Xoy, Mərənd və Təbriz şəhərlərini tutur. Buna baxmayaraq, o, Təbrizdə çox qala bilməyib, 6 gündən sonra şah İSMAYIL tacı, əlbisələri və bəzək əşyaları da içində olmaqla xeyli qənimət götürərək, Təbrizi tərk edir.

Çingiz Mehbaliyev - Şah İsmayıl hücumda (şəxsi kolleksiyada saxlanılır.)

Tarixdə belə bir olay olub. Şah İsmayıl Çaldıran döyüşündə topları bir-birinə bağlayan zəncirləri kəsərkən bir anda onun qüvvətli zərbəsi topun lüləsinə tuş gəlir və top iki yerə bölünür. Çaldıran döyüşündən uzun müddət sonra Sultan Səlim Şah İsmayıldan həmin qılıncı ona göndərməsini istəyir. Şah həmin qılıncı Sultana göndərir. Sultan Səlim neçə dəfə cəhd göstərsə də topu kəsə bilmir. O Şaha məktubunda deyir : "Sən məni aldadırsan , bu həmin qılınc deyil.". Şah İsmayıl cavab məktubunda ona belə cavab verir : "Qılınc həmin qılıncdı , qol o qol deyil.".


Məktublarında göründüyü kimi Şah İsmayılın savadı hər yerdə özünü göstərir. O Çaldıran döyüşündə Sultan Səlimə məğlub olmasına baxmayaraq , məktublarında daima onu dərrakəsi ilə məğlub edib. Şah İsmayılın göndərdiyi məktublarda Sultan aciz qalır cavab yaza bilmirdi. Sultan Səlim Şahın heç bir məktubuna cavab yazmayıb. Bu da Şah İsmayılın dövrünə görə çox savadlı və ağıllı bir şəxsiyyət olduğunu sübut edir.


Sultan Səlim qənimətlə birlikdə özü ilə İstanbula sonradan Türkiyənin incəsənət və sənətkarlıqının inkişafında müstəsna rol oynamış bir çox incəsənət xadimlərini və sənətkarları da aparır. Dünyanın ən zəngin muzeylərindən sayılan İstanbul Topqapı sarayında, Əsgər muzeyində Azərbaycan tətbiqi sənətinin Çaldıran döyüşündən sonra buraya gətirilmiş ən nadir nümunələri nümayiş etdirilməkdədir.


Tarixçilərin bildirdiyinə görə, Çaldıranda, döyüş meydanında kişi paltarı geyib, öz ərləri ilə birlikdə vuruşan xeyli qadın meyidi tapılmışdı.

Şah İsmayılı Mərv döyüşündə Şeybani xanla döyüşərkən təsvir edən miniatür (Çəhəl Sütun Sarayı)

Sonrakı illərdə Şah İsmayıl Şəki hökmdarlığını, Şirvanşahları, gürcü çarlarını Səfəvilərdən asılı vəziyyətə saldı. Hakimiyyətinin son illərində şah İsmayılla Şirvanşah Şeyxşah arasında dostluq və qohumluq münasibətləri yaranır. Əvvəlcə Şah İsmayıl qızı Pərixan xanımı Şeyxşahın oğlu Sultan Xəlilə ərə verir, sonra isə özü Şirvanşahın qızlarından biri ilə evlənir. Şah İsmayılın toyu 1523-cü il 5 noyabrda Təbriz yaxınlığında olur.
Ölümü

Şah İsmayıl

1524-cü ilin baharında – Novruz bayramından az sonra, Şah İsmayıl böyük qoşunla Qarabağ düzündə cərgə üsulu ilə öv edə-edə Şəki hökmdarlığının ərazisinə daxil olur. "Şəki valisi Həsən bəy onu qarşılamağa çıxıb, (şaha) təzim etmək şərəfinə nail oldu və zəmanə hökmdarına bol-firavan peşkəşlər təqdim etdi. Əlahəzrət şah ov etmək sevdasına və dağlara tamaşa etmək həvəsinə malik olduğu üçün hökm verdi ki qazilər və Şəki əyanları Gürcüstanla Şəki arasında yerləşən və Şahdağı (adı) ilə məşhur olan yerdəki cüyürləri və digər vəhşi ov heyvanlarını qovub bir yerə toplasınlar. Belə nəql edirlər ki, keçmiş sultanlar o vilayətdə Şahdağına pənah aparan ovun ardınca getməzdilər və buna görə də o dağda çoxlu cüyür vardı. Heç bir kəs o cüyürlərə dəyib-dolaşa bilmirdi. Çünki onların (Şahdağında) ovlanması uğursuzluq əlaməti hesab olunurdu. Bu məsələni (şaha) ərz etsələr də, o həzrət buna məhəl qoymadı və ovun başlamasını əmr etdi. Elə ki cərgə ovu tərtib olundu, hökmdar çoxlu cüyür və saysız-hesabsız vəhşi heyvanları Şahdağında ovlayıb, Ərdəbilə tərəf geri qayıtdı". Lakin yolda ağır xəstələnir və Ərdəbildən tələm-tələsik Təbrizə yola düşür. Sərab yaxınlığındakı Mənqutay adlı yerdə halı o qədər ağırlaşır ki düşərgə salmalı olurlar. Həkimlərin müalicəsi bir fayda vermir. Şah ismayıl 23 may 1524-cü ildə vəfat edir. Nəşini Ərdəbilə gətirib Şeyx Səfi məqbərəsində dəfn edirlər.
Qısa ömrünün qiymətləndirilməsi

Şah İsmayıl Xətai 36 yaşında, həyatının, yaradıcılığının, arzularının ən qaynar bir çağında dünyadan köçür, lakin qısa ömrü müddətində gördüyü işlər ona ölməzlik qazandırmış, onu Azərbaycan xalqının siyasi və mədəni tarixinin ən parlaq səhifələrindən birinin yaradıcısı kimi tanıtdırmışdır. Şah İSMAYILIN yüksək hərbi istedadı haqqında K. Marks yazmışdır: "Səfəvilər xanədanının banisi Şah İsmayıl fateh idi. O, on dörd illik hakimiyyəti dövründə on dörd əyalət fəth etmişdi".
Şah İsmayıl şəxsiyyəti

Xətai divanı

Şah İsmayıl hələ uşaq yaşlarından idman oyunlarına, cıdır yarışlarına böyük həvəs göstərir, tez-tez ova gedirdi. Sərkərdəliyi dövründə o bir neçə zorxana açdırmışdı ki, burada bayram şənlikləri düzənlənər və pəhləvanlar öz güclərini sınayardılar. Şah İsmayıl həm də rəssamlıq və xəttatlıq bacarığı ilə də seçilir, kitab oxumağı çox sevirdi. Uzun Həsənin Təbrizdə yaratdığı məşhur kitabxananın nəzdində o, yeni tipli geniş bir kitabxana açdırmışdı ki, buradan həm öz ölkəsinin əhalisi və alimləri, həm də qonşu ölkələrin alimləri istifadə edirdilər.

Şah İsmayıl Xətai

Venesiyadan olan bir tacir 1518-ci ildə yol qeydlərində özünün şah İsmayılla Təbrizdəki görüşlərini belə xatırlayır: "İndi onun 31 yaşı var. Ortaboylu, olduqca gözəl və mərd bir kişidir. Saqqalını qırxır, bığ saxlayır. Ona qız kimi vurulmaq olar. Solaxay olsa da bütün əmirlərdən güclüdür. Oxatma məşqləri zamanı adətən musiqi çaldırır. Rəqsi çox sevir və rəqqasələr oynarkən ayaqlarını yerə döyərək, İsmayıla həsr olunan mahnılar da oxuyurlar. O, hər gün əmirlərlə oxatma yarışları keçirmək üçün meydana çıxır və həmişə də günün qaliblərinə mükafatlar verir. Bu yarışlar vaxtı onun şərəfinə çalıb-oxuyur, rəqs edirlər. Bu sufi öz təbəələri, xüsusilə də əskərlər tərəfindən Allah kimi sevilir və pərəstiş olunur. Onun əskərlərindən bir çoxu döyüşə yalın əllə-dəbilqə və zirehsiz girirlər, onlar əmindirlər ki, İsmayıl onları döyüşdən salamat çıxaracaq."

Müqəddəs Roma İmperiyası və Səfəvilər İmperiyası ittifaqı.(Solda V Karl,sağda Şah I İsmayıl)

Şah İsmayıl həm də gözəl səsə də malik idi. Bərbəd adlanan alətdə gözəl çalır və oxuyurdu. O, uşaq yaşlarından şeir yazmağa başlamışdı.


Rəvayətə görə, Şah İsmayıl dərviş paltarı geyinib məmləkəti gəzib dolaşar və xalqın dərd-səri ilə maraqlanarmış.


O, Azərbaycan türkcəsini dövlət dilinə çevirmiş, ölkənin siyasi, ictimai, iqtisadi və mədəni inkişafı üçün bölük işlər görmüşdür.


Xalq arasında indiyə qədər dildən-dilə gəzən əfsanədə də şah İsmayılın qeyri-adi fiziki qüvvəsindən danışılır. Əfsanədə deyilir ki, şah İsmayılın öz qılıncı ilə düşmən toplarının lüləsini yarması xəbəri türk sultanına çatır. Maraqlanan sultan şah İsmayıla ismarış göndərib xahiş edir ki, qılıncını ona göndərsin. Tezliklə onun bu xahişinə əməl olunur. Lakin Sultan həmin qılıncla topun lüləsini yarıb keçə bilmir və İsmayılı günahlandırır ki, guya o, həqiqi qılıncı göndərməyibmiş. Şah İsmayıl məcburiyyət qarşısında yazdığı məktubda məsələnin nə yerdə olduğunu anladığına işarə edir və yazır ki, qılınc həmən qılıncdır, vuran əl isə həmənki olmayıb.
Ədəbiyyatda rolu

Xətai divanı

Xətai (Maral Rəhmanzadə)

Azərbaycanda Xətai irsinin öyrənilməsi sovet hakimiyyəti illərindən başlanmışdır. Azərbaycanın tarixçi və ədəbiyyatşünas alimlərindən S. Mümtaz, H. Araslı, M. Quluzadə, Ə. Məmmədov, O. Əfəndiyev, M. Abbaslı kimi mütəxəssislərin bu yöndə apardıqları araşdırmalar və yürütdükləri mülahizələr xüsusilə diqqəti cəlb edir.

İsmayıl Xətai az yaşamasına, vaxtının çoxunu dövlət işlərinə sərf etməsinə baxmayaraq zəngin və çoxcəhətli bir irs yaratmışdır. O, həm əruz, həm də heca vəznində, həm epik, həm də lirik janrlarda qələmini işlətmiş, yaddaqalan, nümunə, örnək ola bilən əsərləri ilə Azərbaycan ədəbiyyatını zənginləşdirmişdir. Onun səmimi, ürəkdən qopub gələn, zamanın qarşıya qoyduğu tələblərə cavab kimi meydana çıxan poeziyası çox vaxt siyasi-ictimai fəaliyyəti ilə birləşmişdir. Bu poeziya gah qılıncla bərabər döyüş meydanlarına getmiş, gah müdrik el ağsaqqallarının, təriqət şeyxinin öyüdlərinə çevrilmiş, gah da dünyaya və insana məhəbbətlə dolu bir qəlbin tərcümanı olmuşdur. Bu poeziya qəhrəmanlığa, gözəlliyə, mənəvi saflığa məhəbbətlə, şərə, eybəcərliyə, əqidəsizliyə, dönüklüyə, sədaqətsizliyə, cılızlığa nifrətlə doludur. Bu poeziya, hər şeydən əvvəl, mənəvi azadlığı təsdiq edir. Din və şəriətin mənəvi əsarətini bu poeziya qəbul etmir. Dünyagörüşü etibarilə panteist olan şair Mənsur Həllac və İmadəddin Nəsimi kimi "ənəlhəq" ("mənəm allah") şüarına, ideyasına tərəfdar çıxıb özünü "vəhdət gülzarının bülbülü" adlandırır:

Çün Xətaidir bu gün gülzari-vəhdət bülbülü,
Dəxi ol zaği-siyəh gülzarə gəlməsün.

Bütün kainatı ilahi, mütləq varlıqla bir sayan, yaradıcı ilə yaradanı, insanla allahı eyniləşdirən və bu eyniliyi vəhdət gülzarı, özünü isə bu vəhdət və birlik gülzarının bülbülü, şairi adlandıran Xətai özünü "mütləq həqiqət" ("həqqi-mütləq") deyə vəsf edir:

Xətai divanı

Ənəlhəq sirri uş könlümdə gizli
Ki, həqqi-mütləqəm, həq söylərəm mən.

Böyük mütəfəkkir şair Nəsimi kimi Xətai də görünən hər şeydə, o cümlədən insanın simasında ilahi varlığı görməyə çağırır:

Yəqin bil əhli-iqrarın yanında
Yerü gög cümlə həqdir, olma gümrah…
Ta səni gördü Xətai valehi şeydayidir,
hansı gözdür həq üzün görcək ki, bidar olmadı?


Şairin sufi olması onun poeziyasına da güclü təsir göstərmiş, ona daha cəsarətli humanist ruh vermişdir. Lakin bu cəsarət Xətainin yaradıcılığını sırf təriqət poeziyasına çevirməmişdir. O, bütün məqamlarda real həyat və real insan haqqında düşünmüş, real insana müraciətlə yazıb yaratmış, real insandan və onun hisslərindən, qayğılarından söhbət açmışdır.


Onun şerlərində xeyir və şər anlayışları ilə bağlı fikirlər də vardır. Bu məsələdə Xətai Azərbaycan ədəbiyyatının dühası Nizami Gəncəvi ilə həmfikirdir. O da belə hesab edir ki, insan yaxşı-yaman nə iş tutsa, onun bəhrəsini görəcək, pis əməl sahibi öz əməlləri üçün xəcalət çəkəcəkdir. Ancaq xeyir işlər, əməllər arxasınca gedənlər hər cür xəcalət, peşmanlıq hisslərindən uzaq olacaqlar.


Xətainin şerlərində insan, lirik qəhrəman məğrur, azad fikirli, öz qüdrətinə inanan bir varlıq kimi tərənnüm olunur, onun ölməzliyi, əbədiliyi, ən ağıllı bir şəxs olması, düşmənlərin canına vəlvələ salmağa qadir olduğu dönə-dönə nəzərə çatdırılır.


Hələ XII əsrdə Nizami Gəncəvi sufizmə rəğbətlə yanaşmış, sufiləri ürəkdən xəbərdar olan adamlar kimi təqdim etmişdir. Şairin "Sirlər xəzinəsi" əsərində müxtəlif xarakterlərə malik sufi surətləri yaradılmışdır. Xətai də sufiləri halal və haram yola gedənlər adı ilə iki yerə ayırır. O, ən yüksək insani keyfiyyətləri əsl sufilər arasında axtarır, öz müridlərini əsl sufi kimi hərəkət etməyə, sufi – insan adını uca tutmağa çağırır:

Sufi isən, alıb-satma,
Halalına haram qatma,
Yolun əyrisinə getmə,
Doğru yola nəzər eylə.

Şairin nəzərində həqiqi sufi əsl insandır. Onda alıb-satmaq, harama meyl etmək, əyri yola getmək kimi hərəkətlər, sifətlər ola bilməz. Əgər hər hansı bir sufi bu sifətlərə malik deyildirsə, o sufilikdən də, insanlıqdan da uzaq bir adamdır. Xətai belə sufiləri rədd edir.

Xətainin poeziyasında ehkamçılığa, mövhumatçılığa, insan mənəviyyatını buxovlayan zəncirlərə qarşı güclü bir etiraz vardır. Xətai şerinin əsas obyekti insan, əsas qayəsi insana məhəbbətdir. Xətai dövründə islam dininin insan idealı ilə humanist ziyalıların insan idealı bir deyildir. Dindar insan hər cür istək və arzularını buxovlayıb cənnət xəyalı ilə yaşayırdısa, humanist ziyalıların ideal insanı əsl cənnəti bu dünyada axtarır və tapırdı. İnsansız dünyanı və cənnəti barsız bağa bənzədir, insansız cənnəti istəmirdi:

Neylərəm ol cənnəti, içində dildar olmasa?!
Qoy onu viranə qalsın – bağçada bar olmasa.

Şair insanı yer üzünün ən qiymətli gövhəri saydığından insansız olan, insana zidd olan, insanın sədaqətinə mane, buxov, əngəl olan hər şeyi rədd edir.

Xətainin şerlərində gah real insani sevgi tərənnüm olunur, gah da məhəbbətdən geniş fəlsəfi bir kateqoriya kimi söhbət açılır. Hər iki halda məhəbbətin tərənnümü onun humanizmi, fikir sərbəstliyi ilə bağlıdır.

Üzün gördüm sənin, ey yari-məhru,
Könüllər afəti, ya üzmüdür bu?

Dodağın həsrətindən xəstə haləm,
Axıtdı gözlərim yaşı be hər su.

Həbəşdir kim, müsafir Rumə düşmüş
Üzün səfhindəki ol xali-hindu.

Gözündən ahu tək dağlara düşdüm,
Nə sehr etdi mənə ol iki cadu?

Xətai dər üzün xurşidə nisbət,
Sözü rövşən dedim üzünə qarşu.

İnsan gözəlliyi bu şerdə romantik bir dillə, heyranlıqla qələmə alınmışdır. Buradakı bədii suallar, bənzətmələr aşiqin qəlbindəki təlatümləri, həyəcanları təbii, səmimi şəkildə oxucuya çatdırır.

Xətainin məhəbbət poeziyası güclü kədərdən, qəmdən bir qayda olaraq uzaqdır. Xətai yaradıcılığını tədqiq edənlərin fikrincə bu isə onun daha çox cəmiyyətdə tutduğu ali mövqe ilə əlaqədardır. Çünki, şah heç zaman maddi və ya digər sərvətlərdən əksiklik görməmişdir ki, şikayətlənsin.

Şairin təbiət təsvirinə həsr edilmiş şerlərində şux, şad əhvəli-ruhiyyə hökm sürür:

Bahar oldu ki, aləm gülşən oldu,
Gözün aç, gör cahan nə rövşən oldu.

Bəzəndi hər bir ağac bir gül ilə,
Ağaclar cümlə gül pirahən oldu.

Açıldı yazlar, bitdi çiçiklər,
Gül ilə şol bənövşə susən oldu.

İrişdi vədəsi badi-baharın,
Behər su gül hezaran-xərmən oldu.

Xətainin aşiqanə qəzəllərində sevgi duyğuları bir çox hallarda o qədər səmimi, təbii verilir ki, boyalarının, ifadələrinin əlvanlığı və sadəliyi ilə insanı heyran edir, tilsimləyir. "Qızıl gül, bağü bustanım, nə dersən?" misrası ilə başlanan məşhur qəzəli yada salaq. Bu qəzəldəki hər beyt, hər parça saf, həssas bir qəlbdən qopan sevgi harayı kimi səslənir:

Qızıl gül, bağü bustanım, nə dersən?
Fəda olsun sənə canım, nə dersən?

Qərarü səbrü aramım tükəndi,
Kəsildi külli-fərmanım, nə dersən?

Əridi iliyim, qaldı sümüyüm,
Bu təni tərk edər canım, nə dersən?

Əgər yatsam min il torpaq içində
Dürüstdür əhdü peymanım, nə dersən?

Xətai can ilə çün səni sevdi,
Sevən ölsünmü, sultanım, nə dersən?

Real insanın, real insani hisslərin, arzuların, düşüncələrin romantik şəkildə tərənnümü, həm də Xətaiyə məxsus bir tərzdə tərənnümü XVI əsrin birinci rübü üçün qiymətli yeni bir hadisə idi. Nəsiminin, Kişvərinin, Həbibinin, Hamidinin poeziyasından qidalanan bu şerlərdə yeni, orijinal, ancaq Xətaiyə məxsus cəhətlər də çoxdur.

Xətainin çoxcəhətli poeziyasında epik əsərlər də mühüm yer tutur. Onun "Nəsihətnamə" məsnəvisi və "Dəhnamə" poeması epik şerin qiymətli nümunələridir. "Nəsihətnamə" adından da göründüyü kimi, nəsihətamiz, fəlsəfi poemadır. Burada ardıcıl nəql edilən hadisə yoxdur. "Nəsihətnamə" sufizmin panteist müddəalarını şərh edən fəlsəfi bir əsər olmaqla bərabər insan haqqında qabaqcıl humanist düşüncələri də əks etdirir.

"Dəhnamə" Xətainin həcm, fikir və sənətkarlıq baxımından ən mühüm əsəridir. Bir yandan klassik ədəbiyyatdan, bir yandan da xalq yaradıcılığının zəngin xəzinəsindən, nağıl və dastanlardan istifadə ilə yaradılan bu poema başqa "Dəhnamə"lərdən forma və məzmun əlvanlığı ilə seçilir. Xətainin özünəməxsusluğu: hissləri səmimi, inandırıcı, təbii ifadə etmək, təbiəti duymaq, məhəbbətin həyəcanlarını dolğun əks etdirmək, xalq ədəbiyyatından şüurlu şəkildə bol-bol faydalanmaq keyfiyyətləri bu əsərdə də göz qabağındadır.

Dəhnamə on məktub deməkdir. Zahirən əsər on məktubdan ibarət olsa da, poemanın məzmununu məktublar yox, daha çox həmin məktublarla əlaqədar hadisələr təşkil edir.

Xətai mövzunun imkanlarından bacarıqla istifadə edib rəngarəng təbiət lövhələri, insan duyğularının təbii, səmimi ifadəsi üçün müxtəlif boyalar tapıb işlədir. Sıx-sıx lakin yerli-yerində verilmiş qəzəllər poemadakı lirizmi daha da gücləndirir. Şairin yaratdığı təbiət təsvirlərindən biri poemanın başlanğıc hissəsində verilmişdir. Bu təsvirlər o qədər dəqiqdir ki, rəssamlar onun əsasında heç bir çətinlik çəkmədən çoxlu lövhələr yarada bilərlər.

Azərbaycan ədəbiyyatşünaslığında bahariyyə adlı janra bir qayda olaraq Xətainin həmin təsviri ən səciyyəvi nümunə kimi göstərilir. Ədəbiyyatımızda çoxlu təbiət təsviri yaradılmasına baxmayaraq Xətainin yaratdığı həmin təsvir bu tipli təsvirlər içərisində müstəsna yer tutur:

Qış getdi, yenə bahar gəldi,
Gül bitdi vü laləzar gəldi.

Quşlar hamısı fəğanə düşdü,
Eşq odu yenə bu canə düşdü.

Sərvin yenə dutdu damənin su,
Su üstə oxudu faxtə ku-ku.

Qönçə dəhəni çəməndə xəndan,
Gülməkdən ənar açıldı dəndan.

Durna uçuban həvayə düşdü,
Laçın aluban ovayə düşdü…

Bu təsvirdə təbiət insandan təcrid olunmur. Şən, şad bir qəlbin təbiətdən aldığı həzz, sevinc addımbaşı özünü hiss etdirir. Şair quşların fəğanə düşməsini deyən kimi insan həyatı barədə araya tez bir söz atır, "Eşq odu yenə bu canə düşdü" deyərək təbiətlə insan həyatını vəhdətdə götürdüyünü nəzərə çatdırır.

Təbiətdə gül açıb quşlar nəğmə oxuyanda insan qəlbində də sevgi duyğularının oyandığını söyləyir.

Təbiət təsvirləri ilə yanaşı poemada Aşiqin mənəvi iztirablarını əks etdirən qəzəllər də əsərin bədii təsir gücünü artırmağa xidmət edir.

"Dəhnamə" mövzusunda Xətaidən əvvəl başqa Azərbaycan şairləri – Hümam Təbrizi, Marağalı Əvhədi də əsərlər yazmışdır. Bu ənənəvi süjeti Xətai vəziyyət və hadisələrə uyğun olaraq yaratdığı lövhələr və başqa poetik tapıntılar vasitəsilə yeniləşdirə bilmişdir. Həmçinin Xətainin "Dəhnamə"si ana dilində yaranan ilk epik əsərlərdəndir.

Epik əsərdə lirik janrlardan, o cümlədən qəzəllərdən istifadəyə Füzulidən, hətta Həqiridən əvvəl Xətai poemasında rast gəlirik. Xətai bu poemanı hakimiyyət uğrunda mübarizələrinin ən gərgin çağlarında, 1506-cı ildə, iyirmi yaşında olanda yazmışdır. O, həyatının bu gənc çağlarında təkcə Azərbaycan Səfəvi dövlətinin əsasını qoymaqla məşğul olmamış, həm də epik şerimizə "Dəhnamə" kimi orijinal keyfiyyətlərə məxsus bir əsər bəxş etmişdir.

Xətai ədəbi irsinin mühüm bir hissəsini heca vəznində xalq şeri formalarında yazılmış əsərlər təşkil edir. Heca vəznli şerimizin tarixi Xətai ilə başlayır. Düzdür, bu forma xalq arasında Xətaidən əvvəl də olmuşdur, lakin onu yazılı ədəbiyyata gətirən Xətaidir. Hökmdar şair fikirlərini daha çox xalq şeri ənənələri əsasında tərbiyələnən, nisbətən az savadlı, və ya tam savadsız olan geniş kütlələrə, müridlərə, qızılbaş əsgərlərə çatdırmaq üçün doğma janrların daha əlverişli olduğunu duymuş, onların sevdiyi, başa düşdüyü formalardan istifadə etməyi özünə borc bilmişdir. Bu şerlərdə xalq ruhuna və zövqünə yaxınlıq xüsusi yer tutur. Xətainin siyasi, əxlaqi, estetik baxışları bu şerlərdə son dərəcə aydın və sadə bir tərzdə ifadə olunur. Ümumiyyətlə, Xətai şerinə xas bir keyfiyyət olan sadəlik və aydınlıq onun heca vəznli şerlərində daha qabarıq şəkildə nəzərə çarpır. Xətainin heca vəznində yazdığı qoşma, gəraylı, varsağı, bayatı, nəfəs və ilahilər indi də öyrənmək, ibrət almaq üçün nümunə olmaq dərəcəsindədir. Şair oxucularını diqqətli, ehtiyatlı olmağa, əqidə, məslək yolunda sədaqətlə yürüməyə çağırır:

Dərindir bizim dəryamız, boylanmaz,
Min bir kəlam desəm, biri anlanmaz.
Kişi iqrarsız yollara bağlanmaz,
Yolları qoynunda yürüyüb gedər.

Bu parçalarda oxucunu, dinləyicini doğruçu və cəsarətli olmağa, orda-burda qeybətlə, dedi-qodu ilə məşğul olmaqdan əl çəkməyə çağırır, həqiqət yolundan azmış insanlara qarşı dərin nifrətini bildirir.

Bədii söz haqqında danışmaq, ona münasibətini bildirmək orta əsrlərdə yaşamış sənətkarlarımızın yaradıcılığında pozulmaz bir ənənə kimi yayılmışdır.

Nizaminin, Füzulinin, Saib Təbrizinin, Qövsi Təbrizinin, Vaqifin və başqa Azərbaycan sənətkarlarının söz haqqındakı şerləri, fikirləri bu həqiqəti bir daha təsdiq etməkdədir. Xətainin "Bir söz" rədifli gəraylısı Füzulinin "Söz" rədifli qəzəli kimi yadda qalan qiymətli sənət əsərlərindən biridir:

Sözünü bir söyləyənin
Sözünü edər sağ bir söz.
Pir nəfəsin dinləyənin
Yüzünü edər ağ bir söz.

Söz vardır kəsdirər başı,
Söz vardır kəsər savaşı,
Söz vardır ağulu aşı
Bal ilən edər yağ bir söz.

Xalq şerinin bayatı şəkli də Xətainin məhəbbətlə, məharətlə müraciət etdiyi formalardandır. Şair bayatılarının axıcılığına, yığcamlığına, atalar sözləri və xalq məsəlləri kimi aforistik məna daşımasına xüsusi diqqət yetirmişdir:

Xətai, işin düşər,
Gəlib-gedişin düşər.
Dişləmə çiy loğmanı,
Yerinə dişin düşər.

Xətainin istər heca, istərsə də əruz vəznində yazdığı əsərlər klassik yazılı ədəbiyyatımızın ən qiymətli nümunələrindən sayılır. Şairin irsi sonrakı dövrlərin ədəbiyyatı üzərində dərin izlər buraxmışdır. Füzuli kimi dahi sənətkar Xətainin bir sıra şerlərinə cavab yazmış, ilk böyük əsəri olan "Bəngü Badə"ni ona ithaf etmişdir. Görkəmli el sənətkarı, hökmdar şairin müasiri Aşıq Qurbani onu "Mürşidi-kamilim, şeyx oğlu şahim" deyə tərənnüm etmişdir. Şah İsmayıl Xətainin əsərləri istər əlyazmaları, istərsə də şifahi şəkildə geniş yayılmış, məclislərdə musiqi havalarının müşaiəti ilə ifa olunmuşdur. Onun həyat nə mübarizəsi ilə bağlı məşhur Şah İsmayıl dastanı yaranmışdır. Bu dastan əsasında Müslüm Maqomayev eyni adlı opera bəstələmişdir. Yazıçı Ə. Cəfərzadənin "Bakı-1501", F. Kərimzadənin "Xudafərin körpüsü", Ə. Nicatın "Qızılbaşlar" romanları və bir sıra bədii əsərlər son illərdə Şah İsmayıl Xətainin həyatı və şəxsiyyətinə olan güclü marağın ifadəsi kimi meydana çıxmışdır.

Manna

e.ə. IX əsr — e.ə. VII əsr 

Manna dövlətinin tarixi ərazisi
Paytaxt İzirtu
Dil(lər) manna dili
Din politeizm
Əhalisi mannalar, saklar, skiflər, kutilər, madaylar
Sülalə Mannalar
Varislik
← Kuti
Midiya →
Sak çarlığı →


Manna, Minni və ya Manas — Tarixi Azərbaycan ərazisində, Urmiya gölünün sahilində yazılı mənbələrdə qeyd olunan ilk mərkəzləşdirilmiş dövlət. Manna dövləti qədim ənənələri olan bir ərazidə, qədim tarixin çox böyük bir kəsiyində iqtisadi və mədəni cəhətdən öndə gedən bir rayonda meydana gəlmişdi. Manna e. ə. III-II minilliklərdə bu regionda mövcud olmuş kuti, lullube, turukki tayfalarının, digər tayfaların və tayfa ittifaqlarının bilavasitə varisi idi.

Manna dövləti e. ə. 615-613-cü illər arasında Midiyaya birləşdirilmişdir. Prof. Q. Qeybullayev qeyd edir ki, qədim türk xalqlarının tarixində Manna ilk türk dövlətidir. Azərbaycanlıların dövlətçilik ənənəsinin tarixi Mannadan başlanır.
Adı

Mannanın adı mixi yazılı mənbələrdə ilk dəfə e.ə. 843 – cu ildə III Salmanasar kitabəsində "Munna" formasında зəkilir. Adətən assurlar Mannanı "Manneylər olkəsi", Mannaş, urartulular isə Mana olkəsi adlandırırdılar.

S. Qaşqay qeyd edir ki, Manna adı mənşəcə yerli ad idi. Ehtimal edilir ki, bu ad əvvəlcə Urmiya yanı tayfalardan birinə məxsus olmuş, sonralar mannalılar ərazi və tayfaları birləşdirdikdən sonra bu ad butun dovlətə şamil edilmişdir.

III Salmanasarın hakimiyyətinin XVI ilindəki (e.ə. 843) yürüşü təsvir edilərkən məlumat verilirdi ki, car Daxili Zamuada məskənləri tuta-tuta Munna olkəsinə çatmışdılar. Lakin səlnamədə Manna dovlətinə yuruşdən və ya bac alınmasından heçnə bəhs edilmir. Mümkündür kü, assurlar ya Mannanı istila edə bilməmiş, ya da yalnız Mannanın sərhəddinə kimi irəliləmiş və daha sonra yolunu dəyişərək qonşu Allarabia olkəsi uzərinə yerimişlər.

E. ə. 829-cu ilin salnamələrində Mannanın adı darmadağın edilmiş ölkələrin adları sırasında çəkilir. III Salnamasar artıq qocalmışdı və Assuriya qoşunlarına bu dəfə sərkərdə Dayan-Aşşur başçılıq edirdi. Assuriya kitabəsində yazılmışdır: "Mən mannalı Udakinin məskənlərinə yaxınlaşdım. Mannalı Udaki mənim silahımın parıltısından dəhşətə gəlib, canını qurtarmaq üçün öz çar şəhəri Zirtanı tərk etdi. Mən onun dalınca düşdüm. Saysız-hesabsız qaramalını, qoyunlarını, mülkiyyətini apardım. Şəhərlərini viran qoydum, dağıtdım, od vurub yandırdım"
Tarixi coğrafiyası
S. Qaşqay qeyd edir ki, mənbələrin məlumatlarına əsasən, Manna dövlətinin möhkəmlənməsini və tarixi coğrafiyası müəyyən dərəcədə izləmək mümkün olmuşdur. Atçılıq və dəvəçiliklə məşğul olan, qaramal və davar saxlayan cəngavər tayfanın (və ya tayfaların) yaşadığı Mes/s/i (Misi, Misu) ölkəsinin böyük əhəmiyyəti var idi. Messinin adı Zamua, Maday, Gizilbunda və Parsua ilə bir çəkilir. Daha sonrakı qaynaqlardan məlum olur ki, bu vilayət Mannanın cənub qurtaracağında idi və Manna sonralar onu işğal edib öz ərazisinə qatmışdı. Lakin Messi hökmdarları onda da özlərini müstəqil aparmağa cəhd etmişlər. Messi vilayətinin boyun əyməyən əhalisinin gizləndiyi dağ qalası Mesunun adını II Aşşurnasirapal e. ə. IX əsrin 80-ci illərində çəkir. Bu ölkəyə sonra III Salmanasar, V Şamşi-Adad, II Adadnerari[30] yürüşlər etmişdilər. Assurların verdiyi məlumata görə, bu vilayətin ərazisi olduqca geniş idi. Manna hökmdarı Ullusunu dövründə Missi əyaləti artıq Mannaya birləşdirilmişdi. Onun sərhədində Sirdakka (Zirdiakka) qalası inşa edilmişdi. Q. A. Melikişvili belə hesab edir ki, Taştəpədəki Urartu kitabəsində adı çəkilən bu Menua tərəfindən işğal edilmiş Meişta şəhəri Missi ərazisində yerləşmişdir və belə güman edir ki, onun əhalisi etnik cəhətdən mannalılarla qohum olmuşdur.

Urmiya gölü hövzəsində Allabria çarlığının böyük əhəmiyyəti vardı. Allabrianın adı ilk dəfə IX əsrin ortalarında çəkilir. III Salmanasar Allabrianın qala şəhəri Şurdirranı və orada olan var-dövləti ələ keçirməsi haqqında məlumat verir. Hökmdar Yanziburiaş dövründə Allabria cəmiyyəti haqqında müəyyən fikir söyləməyə imkan verən maraqlı məlumat vardır. Assuriya Allabrianı sonralar özünə tabe etmişdi, hərçənd məlum olduğuna görə, II Sarqon zamanında mannalı Ullusunu ölkənin hökmdarı İttini dilə tutub "Urartuya xidmət etməyə" razı salmış və İtti onun fitvası ilə Assuriyaya qarşı üsyan qaldırmışdı. Lakin Assuriya əleyhinə koalisiya darmadağın edilmiş, çar İtti isə öz ailəsi ilə birlikdə Suriyadakı Amatiya şəhərinə sürgün edilmişdi. Allabria hökmdarı Belapaliddina dövründə onlar Assuriyaya bac verirdilər. Sonralar çar Ahşeri zamanında və ya hətta bir az əvvəl assurlar tərəfindən istila edilmişdi.

Mannanın şərq sərhədlərində "dağlıq diyar" adlanan Gizilbunda vilayəti yerləşirdi.Artıq e. ə. IX əsrin son rübündə assurlar bu ölkədə olmuşdular. Gizilbunda hökmdarları arasında birlik yox idi. Ölkənin ayrı-ayrı rayonlarının hökmdarları bac verərək V Şamşi-Adadı (e. ə. 823-810) rəhmə gətirməyə çalışdıqları halda, çar Pirişati müqavimət göstərməkdə davam edirdi. Assuriya hökmdarı bunun üstündə ölkəni dağıdıb viran qoydu. O, ətraf məskənlərin əhalisinin daldalandığı "möhkəmləndirilmiş şəhər" Uraşı işğal etdi, "şəhərin küçələrini onun döyüşçülərinin qanına boyadı... 6000 döyüşçünü qırdı, çar Pirişatini 1200 döyüşçüsü ilə birlikdə diri-diri tutdu. Əsirlər apardı, onların əmlakını, var-dövlətini, qaramalını, davarını, atlarını, gümüşdən, saf qızıldan və tuncdan qayrılmış saysız-hesabsız əşyalarını qarət etdi. Dağıtdı, viran qoydu, od vurub yandırdı...". III Adadnerarinin (e. ə. 805-782) kitabələrindən birində onun başqa ölkələrlə bərabər "Gizilbundanı ta hüdudlarınadək" istina etdiyi haqqında məlumat verildiyinə baxmayaraq Gizilbunda öz suverenliyini qoruyub saxlamışdı, hətta II Sarqon, gizilbundalıları "öz güclərinə güvənən, başının üstündə hökmranlıq tanımayan" adamlar adlandırır. Gizilbundanın ayrı-ayrı hökmdarları bac versələr də, assurlar onları tam itaət altına ala bilməmişdilər.

Zikertu əyaləti müasir Miyanə – Ərdəbil şəhərləri rayonu ilə lokalizə edilir.O, mənbələrdə artıq Mannadan asılı ərazi kimi xatırlanır. II Sarqonun verdiyi məlumata görə Zikertunun başında mannalıların canişini dayanırdı. Bu canişin çox güman ki, Mannadan asılı olan və Manna tərəfindən təsdiqlənən Zikertunun öz hakimi olmuşdur. Zikertu əyalətinin özünün Parda "hökmdar şəhəri" var idi. Zikertunun adını antik mənbələrdə xatırlanan saqartilərin adı ilə eyniləşdirirlər.Zikertu ola bilər ki, həqiqətən də həmin dövrdə İran tayfaları ilə məskunlaşmışdı. Mixi yazılı mənbələrdə 100-200 il əvvəl adları çəkilən qonşu əyalətlərlə müqayisədə bu əyalətin adı çox-çox sonralar çəkilir. II Sarqon öz hakimiyyətinin 3, 6 və 8-ci illərində (yəni e. ə. 719, 716 və 715-ci illərdə) Manna hökmdarı Azaya qarşı çıxmış Zikertuya hərbi yürüşlər edir. O, ətraf yaşayış məskənləri ilə birlikdə üç möhkəmləndirilmiş şəhəri ələ keçirməsi və paytaxt Pardanı qarət etməsi haqqında məlumat verir. Görünür Zikertu əyaləti Mannaya yenidən II Sarqonun e. ə. 714-cü ildə 8-ci yürüşü zamanı tabe edilmişdir. II Sarqon həmin yürüş zamanı Zikertuya dağıdıcı zərbə endirmiş, onun 13 şəhərini, 84 ətraf yaşayış məntəqələri ilə birlikdə müdafiə divarlı 12 möhkəmləndirilmiş məntəqəsini qarət etmişdi.

Mannanın şərq sərhədlərində ən uzaq əyalət Qızılüzən çayı hövzəsinin aşağı və orta hissəsində yerləşən Andiya əyaləti idi. Andiyanın ilk dəfə adı qoşunları Andiyaya gedib çıxmış və andiyalılardan xərac alan III Salmanasarın hakimiyyətinin sonlarına aid olan kitabələrdə çəkilir. III Adadnerari işğal etdiyi ölkələr arasında "Günəşin batdığı böyük dənizə"dək uzanan Andiyanın da adını qeyd edir. Bu dəniz Xəzər dənizi hesab olunur. Manna dövləti görünür özünün ən qüdrətli dövründə Andiyanı aşşurlulardan geri almış və onu özünün təsir dairəsinə daxil etmişdir. Hökmdar Azanın və Ullusunun dövründə andiyalılar digər əyalətlərlə birlikdə öz müstəqilliklərini qaytarmaq məqsədilə mannalılara qarşı çıxdılar.Mənbələrdə Andiyanın hakimi Telusinanın adı çəkilir. Hürricə hesab edilən bu ada, və Hürri-Urartu şəkilçisi vasitəsilə düzəldilmiş Andiya əyalətinin öz adına görə Andiya əhalisini hürridilli etnik qruplara aid edirlər.

Mannaya tabe əyalətlər arasında müasir Marağa rayonu ərazisində yerləşən Uişdiş (aşşurca — Uisdis, Urartuca — Ugisti) əyalətinin də adı çəkilir. Onun da başında Manna canişini dururdu. Uişdiş əyaləti Zikertu və Andiya əyalətləri ilə birlikdə mannalı Azaya qarşı çıxmışdı. Lakin, o, aşşurluların köməyilə yenidən Mannaya tabe edildi. Urmiyanı hövzənin şimali-şərq hissəsində Manna ilə Urartu sərhədləri hüdudunda Subi və Bari əyalətləri yerləşirdi. O, həm də Sanqibutu adlanırdı. Bu əyalətlər vaxtaşırı gah bu, gah da digər tərəfə tabe olurdu. II Sarqon Bari əyalətində yaxşı möhkəmləndirilmiş, at tövlələri, arpa dolu anbarları ilə zəngin olan Tarun və Tarmakis (Təbriz ) qalalarının adını çəkir. Mannanın cənubi-şərq torpaqları və ona tabe əyalətlər madayların məskunlaşdığı ərazi ilə sərhəddə yerləşirdi.

Əhalisi

Yazılı mənbələrdə Urmiyayanı hövzə ərazisindən e. ə. III minilliyin ikinci yarısından bəhc olunur. Göstərilən əraziyə aid ən qədim etnik ad kuti adıdır. Mənbələrdə ilk dəfə yad edildikləri dövrdə əsas məşğuliyyətləri maldarlıq olan kutilərdə artıq tayfa ittifaqı təşəkkül tapmışdı. İ. H. Əliyev kuti dilini Qafqaz-hürri dil qrupuna, aid edir.İ. M. Dyakonov belə hesab edir ki, kuti dili, "hardasa müəyyən dərəcədə, bütün Zaqroş əyalətinə yayılmış elam dilləri qrupuna yaxın" ola bilərdi. Digər tərəfdən o, kuti dilinin mürəkkəb fonetik tərkibə malik olan hürri dili ilə yaxınlığı imkanını da güman edir.Sonrakı dövrün araşdırmaları onu Şərqi Qafqaz dilləri ailəsinə aid etmişdir. Q. A. Melikişvili kuti dilini "zaqroş-elam" qrupuna aid edir. Akad. M. İsmayılov, Prof. Q. Qeybullayev, Prof. F. Cəlilov və başqaları kutiləri türkdilli heesab edirlər.

Urmiya gölündən cənub-şərqdə yerləşən əyalətlər haqqıpda məlumat verən e. ə. III minilliyin sonlarına aid Akkad mənbələrində lullubum (Lullupum, Luilume, Lullu) tayfasının adı çəkilir. Q. A. Melikişvili lullubu və elam dillərinin qohumluğu iddia etmişdir. O, öz növbəsində "zaqroş-elam qrupu" dillərini müasir Qafqaz dilləinə yaxın hesab edir. Lakin Q. Qeybullayev lulubi etnonim, teonim və toponimlərini tədqiq edərək onların türk dilli ola biləcəkləri ehtimalını irəli sürmüşdür.


Urmiyayanı hövzə əhalisinin etnik cəhətdən formalaşmasında e. ə. III minilliyin sonlarından məlum olan hürrilər mühüm rol oynamışlar. Onlar Mesopotamiyanın şimalından və Suriyadan tutmuş Urmiya gölünədək Ön Asiyanın geniş bir ərazisində yayılmışdılar. Həmin ərazidə, habelə Zaqafqaziyanın və Şimal- Qərbi İranın xeyli hissəsində yayılmış Kür-Araz mədəniyyətini hurrilərin səpələnmələri ilə əlaqələndirirlər. Hürri dilində müxtəlif dövrlərə aid bizə xeyli miqdarda yazılı abidələr gəlib çatmışdır. Son illərdə aparılmış linqvistik tədqiqatlar nəticəsində hürri və ona yaxın olan Urartu dilinin Şimali Qafqaz dillərinın şərq qoluna mənsub olduğunu sübut edən yeni dəlillər əldə edilmişdir.
E. ə. I minilliyin əvvəllərində Urmiya gölündən cənubdakı ərazi Zamua adı ilə tanınmağa başladı. Bu ad lullubi tayfalarından birinə mənsub yerli ad hesab edilir. Sonralar həmin ərazi hissələrində mannalılar yüksəldi. Bu ad altında şübhəsiz ki, ayrı-ayrı qohum tayfalar birləşir.Lakin, xeyli sonralar da, hətta Manna dövləti özünün yüksəliş dövrünə çatdıqda da bu ərazi "Lullubu" adını saxlamışdı. O, arxaik forma kimi Aşşur hökmdarlarının orakullara müraciətində və ya sinonim kimi özlərinin Urmiyayanı əyalətlərə hərbi yürüşlərini yüksək üslubda təsvir etdikdə işlədilirdi.

İ. M. Dyakonov Manna dövlətinin Diyala çayının yuxarı axarınadək cənub əyalətlərinin əhalisini kuti-lullubi etnik qrupuna, Diyala və Kərxa çaylarının yuxarı axarındakı əhalini isə kassi etnik qrupuna aid edir. Mixi yazılı və antik mənbələrin materiallarını tədqiqata cəlb edən İ. H. Əliyev e. ə. III-I minnlliklərdə Cənubi Azərbaycan ərazisində məskunlaşmış xalqların dil və etnik-mədəni cəhətdən Zaqroş-Elam və hürri etnosları ilə yaxınlığını əsaslandırmağa çalışır.

R. M. Böhmer Manna əhalisini hürri hesab edir. O, Manna dövlətinə aiddiyyatı olan Aşşur və Urartu mətnlərində qeyd edilən şəxs adlarının və coğrafi adların tam siyahısını göstərir. Bu adları təhlil edərək o, belə nəticəyə gəlir ki, onların əksəriyyəti hürrilərə, bəziləri kassilərə, ancaq bir neçəsi isə irandillilərə aiddir.

Q. A. Melikişvili hesab edir ki, şərqə doğru xeyli uzaqlara irəliləmiş hürri ünsürləri Dağlıq Zaqroşda adacıqlar şəklində Zaqroş-Elam dil qrupuna mənsub əhali arasında mövcud idilər. Lakin Manna dövlətinə hürri təsirini hürri etimologiyasının seçildiyi bəzi şəxs adlarına və toponimik adlara görə izləmək mümkündür.

Mannada çoxluq təşkil edən tayfa olan mannalılar ilə bərabər, digər tayfalar, məsələn, sunbilər, taurlalılar, dalilər də vardı. Lakin etnik konsolidasiya nişanələri artıq nəzərə çarpmaqda idi. Məsələn, Manna çarı nəinki Urartu çarının istila etdiyi torpaqları geri almaq qayğısına qalır, həm də "...pərən-pərən salınmış mannalıların öz yerinə qaytarılmasına" çalışırdı.

1957-1958-ci illərdə Həsənluda aşkar edilmiş sümük materiallarının, eləcə də O. Steynin 1936-cı ildə burada qazdığı materialların tədqiqi yerli sakinlərin əsasən uzunbaşlı, Aralıq dənizi tipli olduğunu göstərir. T. A. Ratbun belə nəticəyə gəlir ki, uzun bir dövr ərzində burada əhalinin fiziki tipi yekcins və sabit olmuş, həm də müxtəlif mədəniyyətlər dövrünün nümayəndələri arasında elə bir fərqlənmə əlaməti müşahidə edilməmişdir. R. Dayson da bu tipin e. ə. I minilliyin əvvəllərində Həsənluda, Göytəpədə və s. yayılanlarla uyğun gəldiyini göstərir. O, qeyd edir ki, yalnız e. ə. IX-VIII əsrlərdə Təpə Sialkda, həmçinin Xəzər dənizi sahilində I Şahtəpədə qısabaşlı, hətta lap qısabaşlı fərdlər görünməyə başlayır.

Həsənlu qazıntıları zamanı tapılmış müxtəlif bədii sənət əşyaları üzərində insan təsvirləri aşkar edilmişdir. İnsan fiqurlarına naxış vasitəsi kimi qablarda, möhürlərdə və bir tunc dəstəkdə təsadüf olunur. Onların enli burnunun üstü alınla düz birləşmiş, gözləri aralı olmuş; qısa saqqal və çiyinlərədək tökülən uzun saç saxlamışlar. Skelet qalıqlarına əsasən V. Krouford belə nəticəyə gəlir ki, onlar orta boylu (təqribən 165 sm) olmuşlar. T. A. Ratbun daha dəqiq ölçü göstərir: kişilərin orta boyu -168,32 sm, qadınlarınkı – 159,55 sm110.
Kimmerlərin Azərbaycana köçü
E. ə. VIII əsrin sonlarına aid Aşşur yazılı mənbələrindən aşşurların "gimirrai" adlandırdıqları köçəri kimmerlərin axınlarının baş verdiyini bilmək olur; onların, ardınca isə tezliklə mənbələr[86] (e. ə. VII əsrin əvvəli) skiflərin asguzai/isguzai adını çəkir. Herodotun məlumatına görə, kimmerlər Qara dəniz sahili boyunca, Qafqazdan keçərək, skiflər isə "Qafqaz dağlarını sağda qoyub" Xəzər dənizinin qərb sahili boyunca hərəkət etmişlər. Kimmerlərin və skiflərin Qafqazdan keçərək Cənubi Rus çöllərindən Ön Asiyaya hərəkət yolları barədə Herodotun verdiyi məlumatı arxeoloji dəlillər də təsdiqləyir. Y. İ. Krupnov öz tədqiqat işində bu tayfaların hərəkət yollarını izləyir və belə hesab edir ki, onlar yolun bütün əlverişli keçidlərindən – Meotida Kolxida sahilboyu yolu, Dəryal keçidi ilə hərbi Gürcüstan yolu, Mamison keçidi ilə hərbi Osetin yolu və Dərbənd keçidindən istifadə edərək hərəkət etmişlər. Aşşur hökmdarları da Urartu və Manna hökmdarları kimi kimmer və skiflərdən öz məqsədləri üçün istifadə etməyə səy göstərirdilər; lakin mənbələrin göstərdiyi kimi daha çox düşmənçilik münasibətində olmuşlar. Qimirra ölkəsi Van hökmdarlığından şimali-qərbdə, Kappadokiyanın şərq hissəsində lokalizə edilir. B. B. Piotrovski e. ə. VIII əsrin sonunda kimmerlərin dağıdıcı təsirini və onların urartulular əleyhinə daim hərbi fəaliyyət göstərdiklərini qeyd edir. Onlar Frikiya hökmdarlığını darmadağın edərək İoniya şəhərlərini viran qoyub Aşşur sərhədlərıni təhdid etdilər.
Farsdilli əhalinin Azərbaycana köçü

S. Qaşqay qeyd edir ki, Manna ərazisinin etnik xarakteristikasını vermək üçün farsdilli tayfaların İran yaylasına soxulması dövrünü və onların gəlmə yolları məsələsini aydınlaşdırmaq lazımdır. Bu məsələ barədə dünya tarixşünaslığında müxtəlif mülahizələr mövcuddur. Tədqiqatçıların bir qismi bu tayfaların Orta Asiyadan çıxmalarını, digərləri isə Qafqazdan keçərək gəldiklərini söyləyirlər. Lakin bütün tarixçilər farsdillilərin sözü gedən ərazidə aborigen olmadıqlarını birmənalı şəkildə qəbul edirlər.

Assur mənbələrindən məlum olan Güney Azərbaycanın Urmiya gölü ətrafı ərazilərində şəxs adlarının təhlilinə əsaslanan E. A. Qrantovski göstərir ki, farsdilli əhali Güney Azərbaycanda ən azı e.ə. IX-VIII əsrlərə qədər yayılmamışdı. Bu nəticə ona farsdilli tayfaların Orta Asiyadan yox, Şimaldan, Qafqazdan keçərək İran yaylasına doğru irəliləmələrini söyləməyə imkan verir.

R. Girşmana görə farsdilli tayfalar İran yaylasına iki yolla daxil olmuşlar: onların Qərb qolu Qafqazdan, Şərq qolu isə Orta Asiyadan gəlmişdir. Urmiyayanı hövzəyə onlar Qafqazdan gəlmişlər. Cənuba doğru irəliləyən qolu müqavimətə rast gələrək Qərbə doğru dönmüşdür.Lakin onların irəliləmələri burada da keçilməz Zaqroş silsiləsi və xeyli inkişaf etmiş yerli mədəniyyətlərin müqaviməti nəticəsində çətin olmuşdur.R. M. Boehmer. Zur Lage von Parsua im IX Jahthundert von Christus.

S. Qaşqay qeyd edir:
Yazılı məmbələrdə adı çəkilən farsdilli tayfaların lokalizəsi və e.ə. IX – VIII əsrlərə aid mixi yazılı mənbələrdə qeyd edilən Azərbaycan onomastik materialların təhlili göstərir ki, Urmiyayanı hövzədəki əyalətlərdə və hətta bir qədər Cənuba və xeyli Şərqə doğru farsdilli tayfalar məskunlaşmamışdılar. Farsdilli tayfalar Manna dövlətinin əhatə etdiyi ərazilərdən xeyli uzaqda məskunlaşmışdılar və Urmiyayanı hövzəyə soxula bilməmişdilər. Hətta bəzi tədqiqatçıların söylədiyi kimi e.ə. I minilliyin əvvəllərini farsdilli köçərilərin Ön Asiyaya gəlmələrinin erkən tarixi kimi qəbul edildikdə də onların öz mühacirətlərinin erkən dövrlərində yerli türk mənşəli tayfalara (mannalılar və digərlərinə)elə bir mühüm təsir göstərmələri ilə razılaşmaq olmaz.

— Solmaz Qaşqay – Manna dövləti, Bakı, 1993, səh 156
Tarixi
Assuriya qaynaqlarında Urmiyaboyu ərazisinin Cənub hissəsi uzun müddət Zamua adı altında tanınır. İlk dəfə onun adı II Adadnerari (e. ə. 911-891) yazılarında zəbt etdiyi dövlətlər sırasında çəkilir. Artıq e. ə. IX əsrin əvvəlində burada bütün Zamuanı, yaxud hər halda onun xeyli hissəsini əhatə edən birləşmə əmələ gəlir, onun başında Daqara vilayətinin tayfa başçısı Nur-Adad dururdu. Daqara vilayətn şimal-şərq və şərq ölkələrinin bir növ qapısı idi, buna görə də assurlar onu işğal etməyə xüsusi maraq göstərirdilər. E.ə. 881-ci ildə Zamua üzərinə yeriyən II Aşşurnasirapal (e. ə. 883-859) məlumat verir ki, zamualılar istilaçıların yolunu kəsmək üçün Babit aşırımında (indiki Dərbəndi Bazian) müdafiə divarı hörmüşlər. Lakin onlar basqının qabağını ala bilməmişlər və II Aşşurnasirapal Daqara "ölkəsinin" Birutu, Uze və Laqalaqa qalalarını ətraf məskənlərlə birlikdə işğal etmiş, çoxlu qənimət ələ keçirmiş və əsirlər tutub aparmışdı. Assurların Daqaraya tərəfdar olan qonşu vilayətlərə hücum edib, Bara, Bunasi və Larbusa şəhərlərini tutmasından istifadə edərək, Nur-Adad öz mövqelərini möhkəmləndirir. Lakin assurlar yenidən qalib gəlir və bu dəfə Birutu qalasını yandırırlar.

E. ə. 880-ci ildə Zamua əhalisi yenidən yürüş edən II Aşşurnasirapalın qoşunları ilə mübarizə aparırlar. Bu zaman Zamuanın başında artıq Ameka dururdu. Qaynaqlar onu "çar" adlandırır və paytaxtın – Zamri şəhəri olmağı haqqında məlumat verir. Ameka istilaçılara inadlı müqavimət göstərirdi, lakin məğlubiyyət qarşısında paytaxtı "çar şəhəri" Zamrini tərk edib qoşunla birlikdə Etini dağlarına çəkildi. II Aşşurnasirapal təqibi davam etdirərək ölkəni viran qoydusa da çarın özünü ələ keçirə bilmədi. Kitabədən bəlli olur ki, Ameka imkan tapıb Sabua dağında yerini möhkəmlətmişdi. Gorünür, Amekanın ərazisi kifayət qədər geniş idi. Etini və Sabua dağları bir-birindən uzaqda yerləşirdi, çünki Aşşurnasirapal Lallu və Edir çaylarından, Su və Elaniu dağlarından keçməli olmuşdu. Assurlar nəticə etibarilə Amekanı ram edə bilmədilər. Kitabədə Zamuanın paytaxtı Zamrinin, Arazitku, Ammaru, Parsindu, İritu, Suritu qalalarının 150 ətraf məskənlə birlikdə tutulmasından danışılırsa da, Ameka üzərində qəti qələbə çalındığı haqqında məlumat verilmir. Əhali Aziru və Simaki dağlarına çəkilir, Mesu şəhərində yerini möhkəmlədir.


İstehkamlarla möhkəmləndirilmiş Ammali şəhərinin başında duran Araştua assurlara qarşı Ameka ilə birgə çıxış edir. Kitabədə verilən məlumata görə, adları çəkilən şəhər-qalalardan başqa, daha bir neçə şəhər-qala da işğal olunmuşdu. Bunlar sabininin idarə etdiyi Kisirtu şəhəri və onu əhatə edən on məskən, habelə Kirtiaranın idarə etdiyi bareanlıların şəhərləri idi. Ehtimal ki, onlar da Araştuaya tabe idilər, çünki kitabədə bu şəhərlərin qarət edildiyi bildirildikdən sonra deyilir ki, Aşşurnasirapal Araştuanın şəhərlərindən çıxıb getmişdir. Lakin, görünür, Araştua özü ondan xeyli güclü olan Amekadan asılı idi; assurlar yalnız Amekanı "çar" adlandırırdılar. Amekanın çar şəhərlərində ələ keçirilmiş qənimət başqa şəhərlərdə ələ keçirilən qənimətə nisbətən daha zəngin və daha rəngarəng idi. Assurlar dəfələrlə məlumat verirlər ki, Zamridə "onun (Amekanın) əmlakıvə mülkiyyəti", çoxlu "mis əşya, vaza, qab-qacaq, mis cam, məcmeyi, qızıl suyuna çəkilmiş sini, onun sarayının sərvətləri, onun topladığı xəzinə" ələ keçirilmişdir.
Ameka çarlığında şəhər-qalalardan əlavə, "çar" şəhəri Zamri olması, ələ keçirilmiş qənimətin təsvirindən və siyahısından görünən yüksək dərəcədə inkişaf etmiş professional sənətlər göstərir ki, Zamua vilayətlərində sinfi cəmiyyət və ilkin dövlət quruluşu əmələ gəlmişdir. II Aşşurnasirapal Zamua zonasında uzun müddət qaldığına görə burada düşərgə salır və Zamua ərazisinin ayrı-ayrı şəhərlərinə vaxtaşırı basqınlar edir. Assurlar Zamuanın zəbt olunmuş hissəsində əyalət yaradır və daimi nəzarət üçün Dur-Aşşur qalasını tikirlər. Onlar ölkənin bu hissəsini sonralar Zamua və ya Mazamua adlandırırlar. Vilayətin qalan hissəsinə isə Daxili Zamua deyilirdi (Zamua sa bitani).

Nikdiaranın adı yenidən V Şamşi-Adadın (e. ə. 823-810-cu illər) kitabəsində Mekdiara formasında çəkilir. Kitabədə Mekdiaranın oğlu Şarsinaya qarşı mübarizədən bəhs olunur. V Şamşi-Adad e. ə. 821-820-ci illərdə apardığı hərbi yürüşlər zamanı Şarsinanın 300 yaşayış məskənini ələ keçirir. E. ə. IX əsrdə Urmiyayanı rayonunun qərbində mühüm bir siyasi qurum çar II Tukulti-Ninurtanın (e. ə. 890-894-cü il) səlnamələrində adı ilk dəfə çəkilən Gilzan dövləti idi.

Aşşurnasirapalın Zamuaya qarşı yürüş etdiyi zaman Gilzan Xubuşkiya və Hartiş "ölkələri" ilə birlikdə assurlara bac verərək qarətlərin, dağıntının, kütləvi qırğının qarşısını almışlar130. Assuriya hökmdarlarının Gilzan üzərinə çox tez-tez yürüş etmələri bu ölkənin assurlar üçün necə böyük əhəmiyyətə malik olduğunu göstərir. Ölkəni çarlar idarə edirdilər. Burada e. ə. IX əsrin birinci yarısında və ortalarında Asu, sonra isə Upu hökmdar idi. Uzun müddət hökmranlıq etmiş Asu e. ə. 856-cı ildə III Salmanasarın pişvazına "öz qardaşları və oğulları ilə birlikdə" çıxır. Bu, sübut edir ki, Asu artıq tayfa başçısı deyil, suveren irsi hökmdardır. III Salmanasarın Gilzandakı məbədə zəfər sütunu stelasını qoymağına baxmayaraq assurlar elə bu dəfənin özündə də ölkəni qarət etməmiş, bac olaraq davar, qara-mal, at, ikihürgüclü dəvələr, şərab və s. almaqla kifayətlənmişdilər.

IX əsrin axırlarında güclənmiş Urartu dövləti Gilzanı işğal edib öz ərazisinə qatdı. Yuxarıda adı çəkilən qurumlar hələ Aşşur təcavüzünə qarşı dura bilmirdi; məğlubiyyətə uğrayır və ondan asılı vəziyyətə düşürdü. Lakin, onların aşşurlulara qarşı mübarizədə müvəffəqiyyət qazanmaları da mümkün idi — Aşşur mənbələri rəqiblərin qələbələri haqqında heç vaxt məlumat vermir. Bəzi əyalətlərin birgə çıxışları, onların uzunmüddətli müdafiələri e. ə. I minilliyin əvvəllərində Urmiyanı əyalət ərazilərinin birliyini və müstəqil hərbi siyasi mövcudluqları imkanını təmin edən iqtisadi səviyyənin artıq xeyli möhkəm olduğunu göstərir.

Həsənludan qazıntılar zamanı tapılmış əşyaların tipoloji müqayisəsi, həmçinin radio-karbon təhlil qədim qalada binaların əksəriyyətinin təqribən e. ə. 1000-ci ildə tikildiyini göstərir.Həsənluda aşkar edilmiş şəhər mixi yazılı mənbələrdə adı çəkilən şəhərlərdən hələ heç biri ilə eyniləşdirilmir. Lakin qazıntılar həmin dövrdə göstərilən ərazidə yüksək tikinti texnikasına və sənətkarlıq istehsalına malik olan möhtəşəm şəhər-qalanın mövcudluğunu — bu ərazinin mədəni-iqtisadi cəhətdən xeyli inkişaf etdiyini söyləməyə imkan verir. Arxeoloji tapıntıların, mixi yazılı mənbələrin məlumatları ilə müqayisəsi Urmiyayanı əyalətlərdə erkən dövlət qurumlarının hələ çox əvvəllər təşəkkül tapdığını göstərir.
Mərkəzləşmiş dövlətin yaranması
E.ə. I minilliyin əvvəllərindən yazılı mənbələrin də təsdiq etdiyi kimi indiki Güney Azərbaycan ərazisində mərkəzləşmiş dövlət yaranması prosesi başlayır. Mixi yazılı mənbələrdən bizə müxtəlif tayfaların adları, daha güclü qonşularından asılı vəziyyətə düşüb tədricən qaynayıb – qarışan çoxlu xırda birliklər məlumdur. E.ə. IX əsrdən bu ərazidə Manna hökmdarlığı fərqlənməyə başlayır. Sonralar bu dövlət Güney Azərbaycanın bütün ərazilərini öz tərkibində birləşdirdi, Assuriya və Urartunun işğalçılıq yürüşlərinə qarşı fəal mübarizə apardı.

E.ə. I minilliyin əvvəllərini R. Girşman İran yaylası tarixində qaranlıq dövr adlandırır. E. ə. I minilliyin ilk əsrləri arxeoloji baxımdan müxtəlif mədəniyyətlərə məxsus ünsürlərin qaynayıb – qarışması, keramika və metal məmulatlarının hazırlanmasında yeni cizgilərin meydana çıxması ilə səciyyələnir. Yazılı mənbələrdə bu, əvvəllər burada yaşamış etnik qrupların dillərindən fərqlənən dildə meydana çıxmış şəxs adlarında və etnotoponimik adlarda öz əksini tapmışdır.

Bütün bu dəyişikliklər e.ə. I minilliyin əvvəllərindən bu əraziyə sonrakı yüzilliklərdə əhəmiyyətli rol oynamağa başlamış müxtəlif etnik qrupların – farsdillilərin soxulması ilə əlaqədar idi. Lakin bu hadisələrdən xeyli əvvəl, e.ə. I minilliyin əvvəllərində Urmiyayanı Zaqroş zonasında müxtəlif birləşmələr yaranması burada ilk iri siyasi birləşmənin – Manna dövlətinin meydana gəlməsi üçün zəmin hazırlayır. Manna dövləti Azərbaycan tarixində ilk mərkəzləşdirilmiş dövlət hesab edilir.

Manna dövləti qədim ənənələri olan bir ərazidə, qədim tarixin çox böyük bir kəsiyində iqtisadi və mədəni cəhətdən öndə gedən bir ərazidə meydana gəlmişdi. Manna e.ə. III – II minilliklərdə bu regionda mövcud olmuş Kuti, Lulubi və kassilərin bilavasitə varisi idi.
Udakinin mərkəzləşdirmə cəhdləri

III Salmanasarın hökmranlığının on altıncı ilindəki (e. ə. 843-cü il) yürüş təsvir edilərkən məlumat verilirdi ki, çar Daxili Zamuada məskənləri tuta-tuta Manna ölkəsinə çatmışdır. Lakin salnamələrdə Mannanın qarət və işğal edilməsindən, yaxud ondan bac alınmasından bir kəlmə də danışılmır. Görünür, assurlar ya Mannanı istila edə bilməmişdilər, ya da bu ölkənin yalnız sərhədlərinə gedib çatmış, sonra dönüb qonşu Allabrianın üzərinə yerimişdilər. E. ə. 829-cu ilin salnamələrində Mannanın adı darmadağın edilmiş ölkələrin adları sırasında çəkilir.
III Salnamasar artıq qocalmışdı və Assuriya qoşunlarına bu dəfə sərkərdə Dayan-Aşşur başçılıq edirdi. Assuriya kitabəsində yazılmışdır:
"Mən mannalı Udakinin məskənlərinə yaxınlaşdım. Mannalı Udaki mənim silahımın parıltısından dəhşətə gəlib, canını qurtarmaq üçün öz çar şəhəri Zirtanı tərk etdi. Mən onun dalınca düşdüm. Saysız-hesabsız qaramalını, qoyunlarını, mülkiyyətini apardım. Şəhərlərini viran qoydum, dağıtdım, od vurub yandırdım"

Məğlubiyyətə baxmayaraq Manna təslim olmadı, baç vermədi. Assurlar ancaq qənimət ələ keçirməklə kifayətləndilər. III Salmanasarın dövründən başlayaraq mixi yazılı mənbələrdə ardıcıl olaraq Manna hökmdarlarının adı və onların paytaxtı Zirta şəhərinin (sonralar bu şəhər İzirtu adı ilə qeyd olunur) adı çəkilir.
İranzunun hakimiyyəti

Hökmdar Udakidən sonra e. ə. 737-ci il yüruşləri ilə əlaqədar III Tiqlatpalasarın və II Sarqonun e. ə. 718-ci ilə aid kitabələrində Manna hökmdarı İranzunun adı çəkilir. Manna özünün ən parlaq çiçəklənmə dövrünə, görünür hökmdar İranzunun sələfləri və onun öz hakimiyyətinin əvvəllərində çatır. İranzunun sələflərinin adları bizə məlum deyildir, belə ki, həmin dövrdə Manna ilə daha çox toqquşan Urartu hökmdarı öz kitabələrində Manna hökmdarlarının adlarını çəkmirlər. Onlar ümumiyyətlə nadir hallarda öz rəqiblərinin adlarını çəkirlər. Lakin həmin dövrdə Mannanın Urartu əleyhinə hücuma keçməsi faktının özü Mannanın gücləndiyini göstərir. Buna Aşşurun Mannada hərbi əməliyyatlar aparmaması da şərait yaradırdı. Aşşur hökmdarı III Tiqlatpalasar artıq Aşşuru xeyli dərəcədə narahat edən madaylarla mübarizə ilə məşğul idi. III Tiqlatpalasarın e. ə. 744 və e. ə. 737-ci illərdə madaylar əleyhinə apardığı hərbi yürüş marşrutlarının İ. M. Dyakonov tərəfindən aparılmış təhlili göstərir ki, bu yürüşlərin yolları Mannanın şərq sərhədləri boyunca keçmiş, lakin onun ərazisinə toxunmamışdır.
Bu Mannanın bir hərbi qüvvə kimi varlığını, eləcə də onun Aşşur ilə dostluq münasibətlərini göstərir. III Tiqlatpalasar həmin dövrdə Urartu ilə də mübarizə aparırdı və bu mübarizədə sonuncunun zəifləməsi nəticəsində Mannanın vəziyyəti yüngülləşdi. Manna dövlətinin böyüklüyü barədə biz II Sarqonun nəzarətindən azad olmağa çalışan asılı əyalətlər və onun tabeçiliyində qalan əyalətlər haqqındakı müfəssəl məlumatına əsasən təsəvvür yarada bilərik. Urartu görünür öz qüvvələri ilə Manna ilə bacara bilməmişdir və ona görə də Mannaya tabe olub müstəqilliyə cəhd göstərən əyalətlər arasında özünə dayaq axtarmışdır. Naxçıvan və Manna ərazilərində aşkar edilmiş arxeoloji materiallarda izlənilən sıx mədəni əlaqələr belə deməyə imkan verir ki, görünür müəyyən dövrlərdə Mannanın sərhədləri Araz çayından şimala uzanmış və Manna dövləti özünün gücləndiyi dövrlərdə geniş bir ərazini əhatə etmişdir. İranzunun hakimiyyətinin sonunda Manna hökmdarının mövqeyi bir qədər zəifləyir. Zikertu əyaləti ilə birlikdə Şuandaxul və Durdukka şəhərləri də onun əleyhinə çıxır. II Sarqonun köməkliyilə onlar yenidən Mannaya tabe edildilər.
Azanın hakimiyyəti

İranzunun ölümündən (e. ə. 719 və 716-cı illər) sonra onun oğulları arasında hakimiyyət uğrunda mübarizə başlandı. Atası İranzunun siyasətini davam etdirən və Aşşur tərəfdarı olan böyük oğlu Aza hakimiyyətə keçdi. Lakin o çox az hakimiyyət sürdü və tezliklə Urartu ilə ittifaq tərəfdarları tərəfindən məğlubiyyətə uğradı. Urartu ilə ittifaq bağlamış Manna canişinləri uişdişli Baqdatti və zikertulu Metatti Azanın əleyhinə çıxdılar. Aza öz dövləti ərazisində müdafiəyə çəkilməyə məcbur oldu. O, "çıxılmaz Uauş dağı"nda (Səhənd) möhkəmləndi, lakin düşmənlərini yənə bilmədi və öldürüldü. Azanın öldürülməsindən qəzəblənən Assur hökmdarı II Sarqon qatilləri cəzalandırmaq üçün e.ə. 716-cı ildə Mannaya yürüş etdi. Bu haqqda Dur Şarukkin (Xorsabad) sarayının V zalındakı divar yazısında deyilir:
"...Hakimiyyətimin altıncı ilində Urartulu Ursa, Mannalılar ölkəsinin canişinləri Uişdişli Baq [dattini və] Zikertulu [Metattini] Şarrukinin (Assuriyalı) və hökmdarlarının oğlu Azanın əleyhinə qaldırdı.Mannalılar ölkəsində qiyam edib, sıldırım  dağda öz hökmdarları Azanın meyitini atdılar. Manna ölkəsinin intiqamını almaq və onu Assuriyanın tabeliyinə qaytarmaq üçün Aşşura, mənim ağama əllərimi ucaltdım və Uauş dağında, Azanın meyitinin atıldığı yerdə Baqdattinin dərisini soydum və Mannalılara göstərdim. Ullusununu, onun (Azanın) qardaşını taxta əyləşdirdilər, mən də ona bütün  Mannalılar ölkəsini tabe etdim."
Ullusununun hakimiyyəti

Azanın ölümündən sonra hakimiyyətə onun qardaşı Ullusunu keçirildi. Aşşurlular, əlbəttə müttəfiq dövlətni itirilməsi ilə razılaşa bilməzdilər və II Sarqon öz hakimiyyətinin VI, VII və VIII illərində Mannanın özünü və ondan ayrılmış əraziləri tabe etmək üçün yürüş edir. II Sarqon sonra Mannanın özünün paytaxtı İzirtunun üzərinə hucuma keçdi, mannalılarla qanlı döyüş təşkil etdi, İzirtu yaxınlığında yerləşən Zibia və Armait qalalarını ələ keçirdi. Görünür həmin qalalar İzirtuya girəcəyi qoruyurmuşlar. Bu haqqda II Sarqonun Dur – Şarukkin sarayındakı kitabəsində deyilir:
"Mannalı Ullusunu Urartulu Ursaya arxalandı və Karallalı Aşşurleni və Allabriyalı İttini mənim əleyhimə qaldırdı, Urartuya qulluq etməyə çağırdı. Ürəyimin qəzəbi ilə çəyirtkə kimi mən bu ölkəni bürüdüm. Mən İzirtunu, Mannalılar ölkəsində olan onun çar şəhərini məhv etdim, qartal kimi onlara böyük qırğın törətdim, İzirtunu yandırdım və Zibiya ilə Armait (şəhərlərini) zəbt etdim. Mannalı Ullusunu və onun bütün ölkəsi bir nəfərə kimi yığışıb ayaqlarımı qucaqladılar; mən (onları) əfv etdim, Ullusununun günahlarını bağışladım və [atasının] hökmdar taxtına (əyləşdirdim). Allabriyalı İttini ailəsi ilə birlikdə köçürdüm; Niksamanm vilayətini mən zəbt etdim."

Mannada daxili çətinliklərdən istifadə edən urartulu I Rusa Ullusunun 22 qalasını tutdu və mannalı canişini Dayaukkunu ona qarşı qaldırdı.. E. A. Qrantovski müəyyən etmişdir ki, digər canişinlərlə birgə qiyam edən Dayaukku Mannaya tabe olan Missi ölkəsinin hakimi idi.Ullusunu olduqca ağır vəziyyətə düşdü. O, Aşşurun himayəsindən qurtulmaq və Urartu tərəfindən yardım almaq istəyindən əl çəkməli oldu. II Sarqon onu bağışladı, "bütün günahlarından keçdi" və Manna taxtında saxladı. Həmin dövrdən Ullusunu II Sarqonu müdafiə etdi və Urartu ilə mübarizədə ona yardım göstərdi. Mannalılar Aşşur qoşunlarını taxıl məhsulları, ot-ələf, at, iri və xırdabuynuzlu heyvanlarla təchiz edirdilər. II Sarqonla Ullusunu arasında müqavilə bağlandı. Bu müqaviləyə əsasən sonuncu özündən əvvəlki hökmdarlara nisbətən Aşşurdan müəyyən imtiyazlar aldı. II Sarqon məlumat verir:
"...Hakimiyyətimin yeddinci ilində Urartulu Rusa Mannalı Ullusunuya xəyanət edib, onun 22 qalasım zəbt etdi. O, Manna canişini Dayukkunun oğlunu zamin götürdü və Ullusunu haqqında yalan söz deyib şübhə yaratdı. Aşşura, [mənim ağama] əllərimi ucaltdım, bu 22 qalanı mən mühasirəyə aldım, zəbt etdim və Assuriyanın hüdudlarına daxil etdim. Mən Dayukkunu ailəsi ilə birlikdə köçürdüm, məzlum olmuş Mannalılar ölkəsini bərpa etdim. Nairi hökmdarı Yanzudan onun Hubuşkiya şəhərində bac (aldım). Urartulu Ursanın vilayətində 9 şəhərini  onların mal-qarasını , qalalarını, ətraflarındakı məskənlərlə birlikdə , Andiyalı Telusinanın vilayətində [....] zəbt etdim. 4200 adamı mal-dövləti ilə birlikdə əsir apardım; bu qalaları mən sökdüm, dağıtdım, [od vurdum]. Öz hökmdar heykəlimi hazırlatdım, onun üstündə mənim hakimim Aşşurun qələbəsi haqqında yazdırdım və İzirtuda, Manna[lılar ölkəsinin hökmdar şəhərində ucaltdım]."

II Sarqonla Ullusunu arasında müqavilə bağlandı. Bu müqaviləyə əsasən sonuncu özündən əvvəlki hökmdarlara nisbətən Aşşurdan müəyyən imtiyazlar aldı. II Sarqon məlumat verir: "onların ağası, hökmdar Ullusunuya fəxri süfrə açdım, onun taxtını atası İranzununkundan hündur yüksəltdim".Görünür, müqaviləyə əsasən II Sarqon urartulular tərəfindən zəbt edilmiş və öncə Aşşura birləşdirilmiş 22 qala və iki möhkəmləndirilmiş şəhəri Mannaya qaytarmalı olmuşdur. Urmiya gölündən cənubda yerləşən bu qalalar Dayaukkunun tabeliyində idilər. Urartu koalisiyasının məğlubiyyəti ila nəticələnən Uauş dağı yaxınlığındakı döyüşdən sonra II Sarqon Urmiya gölünün şimal sahilləri boyu yürüşünü davam etdirdi. Subi əyalətindəki bir çox qalalar, eləcə də Sanqibutu (Qədim zəngi boyunun yaşadığı vilayət) əyalətindəki zəngin Ulxu (Ulxunun Mərənd vadisində yerləşdiyi güman olunur. Mərənd vadisinin şərq hissəsində Livar kəndi yaxınlığında e. ə. VIII əsrə aid edilən şəhər tipli böyuk Urartu qalası aşkar edilmişdir.) şəhəri Mannaya qaytarıldı.
Ahşerinin hakimiyyəti
 Manna dövləti e.ə. IX-VIII əsrlərdə

Ullusununun hakimiyyəti dövründə Mannanın vəziyyəti elə möhkəmləndi ki, artıq II Sarqonun varisləri dövründə o Aşşurun üstünlüyünü tanımaqdan imtina etdi və hətta bəzi Aşşur yaşayış məskənlərini ələ keçirə bildi. Aşşur hökmdarı Sinaxxerib (e. ə. 705-681-ci illər) Mannaya hücum etməli oldu. Lakin bu hərbi yürüş görünür o qədər də müvəffəqiyyətli keçməmişdir. Belə ki, Sinaxxerib ancaq əsir ələ keçirməklə kifayətlənməli olmuşdur.

Eyni zamanda Urartu da şərq əyalətlərinə olan iddialarından əl çəkməmişdi. I Rusanın oğlu II Argiştinin dövründə Urartu bu istiqamətdə öz hərbi yürüşlərini yenidən həyata keçirdi. Bunu Savalan dağının cənub yamacındakı qayaüstü iki kitabə də təsdiq edir. Kitabələrdə Arxu əyalətinə hərbi yürüşdən, çaya qədər Uşulu və Buku ölkələrinin işğalından bəhs olunur. Geri qayıdanda urartulular üzərinə xərac qoyulmuş Qirduni, Qituxani, Tuişdu ölkələrini və Rutumni şəhərini zəbt edirlər. Ələ keçirilmiş qalalardan biri Argiştiirdu ("Argiştinin canişini") adlandırılır.

Mannanın növbəti hökmdarı Ahşerinin adı Asarxaddonun (e. ə. 680-669-cu illər) məlumatlarından birində çəkilir. Aşşurla mübarizədə Ahşeri "Mannalılar ölkəsinın əyalətlərində" yerləşən kimmerilərin və skiflərin yardımından istifadə edirdi." Asarxaddon özünü "Mannalılar ölkəsinin əhalisini, ram edilməyən kutiləri pərən-pərən salan, onları xilas edə bilməyən müttəfiq-skif İşpakanın qoşununu qılıncdan keçirən" kimi qələmə versə də Manna ona tabe olmamışdı.

Aşşur allahının orakuluna verilən sorğularda Asarxaddon addımbaşı soruşur ki, atlar və qoşunla birlikdə aşşur rəisləri Midiya ölkəsindən xərac toplamağa gedəndə mannalılar onun xərac toplayanlarına hücum edəcəklərmi. Ahşerinin hakimiyyəti dövründə Aşşur əleyhinə midiyalılar üsyan qaldırdıqda mannalılar onlarla birlikdə çıxış etdilər. Güman edildiyi kimi Kaştaritinin başçılıq etdiyi madayların birliyi xalq hərəkatı nəticəsində yaranmışdı.


II Sarqon Urartu ilə mübarizəsi haqqında ilahi Aşşura yazdığı məktubda (e.ə. 714-ci il) mannalıların onun torpaqlarına basqın edib – etməyəcəklərini soruşur

Kaştaritinin, mannalıların və müttəfiq kimmerlərin qoşunları Aşşurla mübarizədə qələbə çaldılar. Orakula sorğularda Kaştaritinin, kimmerlərin və mannalıların birləşmiş qoşunlarının tutmaq istədikləri müxtəlif şəhərlər sadalanır. Sorğulardan birindən görünür ki, Asarxaddon öz düşmənləri ilə danışıqlar aparmaq qərarına gəlir; məqsəd onların birliyini parçalamaq idi. O, madayların və ehtimal ki, mannalıların da yanına qasid göndərir; öz qızını skif hökmdarı Partatuaya ərə verib verməmək məsələsini müzakirə edir. Digər məlumatdan görürük ki, o kimmerləri öz tərəfinə çəkməyə cəhd göstərərək mannalılar əleyhinə çıxmaq qərarına gəlir. Lakin aşşurlular öz qüvvələrinə o qədər də əmin deyildilər. Aşşur hərbi başçılarından biri Asarxaddona müraciətnaməsində məsləhət görür ki, ordunun hamısını birdən Manna ərazisinə yeritməsin, təklif edir ki, hər ehtimala qarşı geri çəkilmək hadisəsi baş verərsə qoşunun sığına bilməsi üçün hərbi əməliyyatlar rayonunda qala tikilsin.

Ahşeri Aşşurbanapalın (e. ə. 669-627-ci illər) daha güclü təzyiqinin sınağından keçməli oldu. Həmin dövrdə Manna, Aşşurdan o qədər də gücsüz deyildi. Əvvəlcə Aşşurbanapal hətta sülh müqaviləsi vasitəsilə Manna tərəfindən zəbt edilmiş Aşşur qalalarının qaytarılmasına cəhd göstərir. Orakula müraciətində Aşşurbanapal soruşur: "Xocələrin rəisi Nabuşarrunusur adamlar, atlar və Aşşur hökmdarı Aşşurbanapalın hərbi qüvvələri ilə (birlikdə) mannalıların tutduqları Aşşur qalalarını (qaytarmaq üçün getməyə yığışır); (əgər o getsə), istər xeyirxah sözlə, (dostluq) müqaviləsilə, (istər savaş, döyüş, dava etməklə), istər hər hansı bir insan hiyləhərliyi ilə, nə olur-olsun, bu qalaları o qaytaracaqmı-sənin böyük tanrılığına məlumdur". Lakin Aşşur torpaqları sülh yolu ilə qaytarılmadı. Ahşerinin və Aşşurbanapalın qoşunları arasınla döyüş baş verdi və mannalılar məğlubiyyətə uğradılar. "Saysız-hesabsız kiçik yaşayış məskənləri ilə birlikdə səkkiz möhkəmləndirilmiş şəhər Ayuciaş, Paşa (...) Su, Busutu, Aşdiaş, Urkiyamun, Sixua, Naziniri, o cümlədən Urmeyate, Uzbia qalalarını və paytaxt İzirtunu əhatə edən yaşayış məskənləri" oda tutuldu və qarət olundu.

Aşşurlular çoxdan onlara mənsub olan, lakin Mannalılar tərəfindən ələ keçirilmiş Allabria əyalətini və Aşşurla qonşuluqda yerləşən digər əraziləri özlərinə qaytardılar. Aşşurbanapal məlumat verir ki, o Ahşerinin əyalətlərini talayıb dağıtdı, onun bütün ölkəsini kiçiltdi, böyük qənimət və hədiyyələrlə sağsalamat Aşşura qayıtdı.

Bu məğlubiyyətdən sonra mannalılar Ahşerinın əleyhinə çıxdılar. Mənbələrin məlumatına görə "ölkə əhalisi" (nise mati) onun meyidini öz şəhərinin küçəsinə tullayıb cəsədini sürütlədilər. Onun qardaşlarını, ailəsini, nəslini qılıncdan keçirdilər. İ. M. Dyakonov bu üsyanı istismarçılar əleyhinə yönəldilmiş xalq üsyanı hesab edir. İ. H. Əliyev onun səbəbini hökmdar hakimiyyətinin despotik idarəyə çevrilməsində görür. Q. A. Melikişvili güman edir ki, narazılığa "Manna hökmdarlarının skiflər və kimmerlərlə iqtifaqa aludəçiliyi" və sonuncuların Manna torpaqlarında məskunlaşması səbəb olmuşdur.Bu üsyan Mannanın məğlubiyyətindən dərhal sonra baş vermişdir.
Uallinin hakimiyyəti

Aşşurbanapalın Ahşerinin bütün nəslinin "qılıncdan keçirilməsi" barədəki məlumatının əksinə olaraq Ahşeri öz oğlu Ualli ilə əvəz olunmuşdu. Ahşerinin əleyhdarları Aşşurlarla ittifaq tərəfdarları idilər və üsyan da onun köməkliyi olmadan hazırlana bilməzdi. Ahşerinin hətta öz paytaxtı İzirtunu tərk etdikdən sonra da, bir kitabəyə görə İştatti, digərinə görə isə Atran qalasında möhkəmlənərək aşşurlara kəskin müqavimət göstərirdisə Ahşerini öldürən qiyamçılar aşşurlara daha çox kömək göstərmiş oldular. Ahşernnin oğlu Ualli Aşşurun qələbəsini etiraf etdi, aşşurluların iddia etdikləri bütün xəracları ödədilər və əlavə olaraq daha 30 at verdilər. O, oğlu Erisinini və qızını hökmdara girov göndərdi. Buna cavab olaraq Aşşurbanapal Mannaya özünün sülh elçisini göndərir.

Aşşurbanipalın "B silindri"ndəki kitabəsində Uallinin hakimiyyətə gəlməsi haqqında deyilir:
"[Aşşur və] İştar mənim hökmdarlığıma hörmət etməyən Ahşerini onun qullarının əlinə verdilər. Onun [ölkə adamları] ona garşı qiyam qaldırdılar və onun meyitini küçəyə atdılar. Sonra onun oğlu Ualli onun taxtına əyləşdi."
Dövlətin süqutu

Manna dövlətinin adı çəkilən mixi yazılı mənbələrdə göstərilir ki, o, e. ə. 616-cı ildə Aşşurun Babillə son müharibəsinədək Aşşurun müttəfiqi olaraq qalmaqda idi. "Gedd salnaməsi" məlumat verir ki, Aşşuru ağır məğlubiyyətə uğradan Babil hökmdarı Nabopalasar (e. ə. 605-ci ildə ölmüşdür) aşşur əyanlarını və onlara köməyə gələn mannalıları əsir aldı.
Aşşuru qəti olaraq tamamilə məğlubiyyətə uğradan madaylar Yaxın Şərqdə rəqabətsiz bir qüdrətli dövlətin əsasını qoydular. Onlar Manna dövlətini çox güman ki, e. ə. 615-610-cu illər arasında özlərinə tabe etmişlər.Lakin hələ bir müddət Midiyadan asılı bir dövlət kimi də olsa Manna öz müstəqilliyini saxlamışdı. Mannanın adı çəkilən sonuncu yazılı mənbə Bibliyadır. İeremiya kitabında Urartu dövləti, Manna və skiflər e. ə. 593-cü ildə madaylarla birlikdə Babil əleyhinə çıxışa çağrılırlar.
Dövlət strukturu
Mannada hökmdarlıq təsilatı irsi imiş. Bir-birinin ardınca hökmdarlıq edən Aza və Ullusunu İranzunun oğulları idilər. Aşşur hökmdarı Asarxaddonun müasiri Ahşeridən sonra Mannanı onun oğlu Ualli idarə edirdi.

Dövlətin başında irsi hakimiyyətə malik hökmdar dururdu. Dövlətin ərazisi hökmdarın təyin etdiyi canişinlər tərəfindən idarə olunan əyalətlərə bölünürdü. Q. A. Melikişvilinin göstərdiyi kimi bu canişinlərın bəziləri hətta irsi hakimiyyətə malik olmuşlar.Mannada hökmdar hakimiyyəti, görünür, qeyri məhdudluğa doğru gedirdi; hər halda onlar sərbəst hakimiyyətə can atmışlar. Məhz bu, hökmdarın və onun yürütdüyü siyasətin tərəfdarları və əleyhdarları arasında daimi mübarizəyə gətirib çıxarmışdır. Manna siyasət kursunu dəyişmək üçün sui-qəsdlər edilir, mövcud hökmdarlar hakimiyyətdən salınır və özlərinə yarayanlar hakimiyyətə gətirilirdi.Sui-qəsdlərin başında çox zaman hökmdarın oğlu və ya qardaşı dururdu. Məsələn, Aşşur tərəfdarı olan Azanı Urartu ilə müttəfiqlikdə olan qardaşı Ullusunu hakimiyyətdən salmışdı. Eyni zamanda II Sarqonun məlumatından görünür ki, Ullusunu "özünün böyükləri, ağsaqqalları, məsləhətçiləri, nəslinin nümayəndələri, canişinləri, ölkəsini idarə edən zadəganları", yəni hökmdar hakimiyyətini məhdudlaşdıran ağsaqqallar şurası sayılanlarla birlikdə II Sarqonu qarşılamağa çıxmışdı.

Hökmdar artıq hakimi mütləq idi. II Sarqonun dövrünə aid məlumatdan gördüyümüz kimi Manna hökmdarının tabeliyindən azad olmağa çalışan, "onun ölkəsini idarə edən canişinlərin və başçıların" sərbəstlik cəhdləri sıxışdırılır və məhdudlaşdırılırdı, onlar artıq özlərinə tabe ərazilərdə elə bir müstəqil hakimiyyətə malik deyildilər.

Yuxarıda göstərilən məlumatla II Sarqon qeyd etmək istəyir ki, Ullusunun özünün bütün qohum-əqrabası və Manna zadəganları ilə onu qarşılaması ona öz hörmət və dostluğunu göstərmək idi. Mətnin ardından məlum olur ki, Ullusunu özunün təhlükəsizliyini təmin etmək üçün hətta girov da götürmür əksinə II Sarqon üçün "özünün böyük oğluna hədiyyələr verməyi tapşırır". O, öz hökmdarlığını möhkəmləndirmək üçün Aşşur hökmdarına stella həsr edir.

Q. A. Melikişvilinin fikrincə Manna hökmdar oğullarının aşşurlara girov verilməsi faktı Manna hökmdarlarının da suveren hakimlər olduğunu göstərir.Hökmdar hakimiyyətinin möhkəmlənməsi, onun əyanlar tərəfindən müdafiə olunması, inkişaf etmiş iqtisadiyyat Mannanın Yaxın Şərqin iri dövlətlərındən birinə çevrilməsinə imkan verdi.
Din
Həsənli yaşayış yerində aşkar olıman, e.ə. IX əsrin axırlarına aiddaş qabın üzərindəyazılıb: "İda ölkəsinin çarı Baurinin (ya Kauri) imarəti. Günəş ilahisi Uşişiyə həsr olunur."

Manna əhalisinin dini baxışları haqqında yazılı mənbələrin məlumatı son dərəcə məhduddur, bu qaynaqlarda Urmiya gölü hövzəsinin qədim sakinlərinin sitayiş etdikləri tanrıların adı çəkilmir, məbədlərin adı göstərilmir. Əldə olan bir neçə məlumat belə güman etməyə əsas verir ki, mannalıların şəhərlərində ayrı-ayrı məbədlər varmış və bu məbədlərdə tanrıların heykəlləri qoyulubmuş. II Aşşurnasirapal Zamuada alınan qəniməti sadalayanda zamualı Amekanın paytaxtı Zamridə ələ keçirilən bütlərdən də xəbər verir. II Sarqon deyir ki, mannalılar çar Ullusunu ilə birlikdə Aşşura və öz tanrılarına təşəkkür duası oxumuşlar: "Onlar mənim səltənətimə Aşşurun və yaşadıqları ölkənin tanrılarının hüzurunda xeyir-dua vermişlər".

Arxeoloqlar Həsənlidə qazıntı zamanı aşkara çıxarılmış məskənin binalarından birini məbəd hesab edirlər; bu binanın ortasında kərpic meydança vardı, güman ki, gətirilən qurbanları burada yandırırlarmış. Divarlardan birinin dibində pilləkanlı səki aşkar edilmişdir; səkiyə üçayaqlı dəmir çıraq qoyulmuşdu.

Yerli əhalinin dini görüşləri haqqında maddi mədəniyyət abidələri daha çox məlumat verir. Dəfn adətləri, keramika və metal məmulatının, silindrik möhürlərin və digər əşyaların üzərindəki təsvirlər əhalinin mənəvi həyatının xüsusiyyətlərini əks etdirir.

Həsənlidən tapılmış qızıl camın yuxarı registrindəki təsvirlər tanrılara sitayişi və qurbanlar verilməsini xüsusilə parlaq şəkildə nümayiş etdirir. Qatırlar və öküz qoşulmuş üç döyüş arabasını ətəyi uzun, qolu qısa olan saçaqlı paltar geymiş allahlar sürürlər. Onların saçları bellərinə çatır. Tanrılara tərəf iki fiqur gəlir, ehtimal ki, kahinlərdir – biri qədəhdən şərab tökmək mərasimini icra edir, digəri ibadət edirmiş kimi əllərini qabağında tutmuşdur. İki xidmətçi onların ardınca qurbanlıq qoyunlar gətirir. Onlar da tanrılar və kahinlər kimi geyinmişlər, lakin saçları çiyinlərinədək kəsilmişdir.

Bu təsvir kompleksi allahlara şərab nəziri vermək mərasiminin icrasından, havaların məhsul üçün əlverişli olması naminə yalvarış və qurbanlar kəsilməsindən bəhs edən məhsuldarlıq mifləri ilə əlaqələndirilir.Camın üzərində təsvir edilmiş tanrıların baş geyimində qanadlara və buynuzlara bənzər şeylər vardır. Həsənlidə minalı divar üzərində buynuzlu tanrının başının relyefli təsviri aşkar edilmişdir. Qanadların olması bu ərazidə geniş yayılmış hurri ənənəsi sayılır.

Qızıl camın üzərində təsvir edilmiş, öküz qoşulu döyüş arabasını sürən ilk tanrını tufan, hərb tanrısı ilə eyniləşdirmək olar ki, onun da atributu öküzdür. Bu tanrı aşşurluların tanrısı Adada, urartuluların tanrısı Teyşebaya, hurrilərin tanrısı Teşşəba (Teşuba) uyğundur.Qatırlar qoşulmuş döyüş arabalarının sürücüləri Mesopotamiya tanrıları olan Günəş tanrısı Şamaş və Ay ilahəsi Sin ilə tutuşdurulur.Mesopotamiya təsvirlərindən göründüyü kimi, bu tanrılar tez-tez Adad tanrısını müşayiət edirlər. Bunlar üçü birlikdə təbiətin xeyirxah qüvvələrinin təcəssümü olan tanrılar üçlüyünü təşkil edirlər. Adətən mifik rəvayətlərdə xeyirxah qüvvələr şər qüvvələrlə qarşılaşdırılır və şər qüvvələrlə daim mübarizə aparılır.

Qədim əhali vəhşi və ev heyvanlarına fövqəltəbii qüvvələr kimi isnad edir, bəzilərini tanrıların rəmzi, müttəfiqi və ya əksinə, düşməni sayırdılar.

Mesopotamiya və Kiçik Asiya tanrıları ilə yaxınlıq, Urmiya gölü hövzəsinin vilayətləri ilə həmsərhəd ərazilər arasında mövcud olmuş qonşuluq münasibətləri və əlaqələr sayəsində mümkün olmuşdur. Lakin nəzərdən keçirilən ərazidə Aşşur və ya Urartu tanrılarının tam eyni olan tanrı təsvirləri tapılmamışdır.Məlumdur ki, qədim xalqların demək olar ki, hamısında təbiət qüvvələrinə sitayiş geniş yayılmışdı, lakin bu qüvvələr hər dəfə yerli şəraitə və adətlərə müvafiq olaraq təsvir edilirdi.

Nəzərdən keçirilən ərazinin qədim əhalisinin etiqadlarında dirilik ağacına sitayiş böyük yer tuturdu. Bu, Həsənlinin, Mərlikin, Ziviyənin qədim əhalisinin incəsənətində də öz əksini tapmışdır. Sənətkarların hazırladıqları bir çox metal və sümük əşyalarda, möhürlərdə dirilik ağacı və yanlarında ayaq üstə durmuş və yaxud diz çökmüş heyvanlar təsvir olunur. Həsənlidən tapılmış qab parçalarından birində, Mərlikdən tapılmış möhürlərdə ağacın qabağında dayanan dağ keçisinin təsviri vardır.

Mərlikdə aşkara çıxarılmış qədəhin üzərindəki təsvirdə də dirilik ağacının yanında qanadlı öküzlər dayanmışdır. Ziviyədə aşkara çıxarılmış qızıl pektoralın yuxarı registrində stilləşdirilmiş dirilik ağacı, onun yanında qabaq ayaqlarını qaldırmış dağ keçiləri, aşağı registrdə qanadlı öküzlər təsvir edilmişdir.

Dirilik ağacına sitayiş Yaxın Şərqdə geniş yayılmış motivdir. Dirilik ağacı təbiətin ölməsi və dirilməsi ideyasını, qədim əhalinin əhyaya və axirətə inamını təcəssüm etdirirdi. Müvafiq dövrün dəfnləri də buna sübutdur. Ölünü sağlığında nədən istifadə eləmişdisə və o dünyada ömrünü davam etdirmək üçün nə lazımsa hamısı ilə təmin edirdilər. Qəbirlərə silah, bəzək şeyləri, içində yemək-içmək olan çoxlu qab-qacaq qoyulurdu; bəzən qazıntı zamanı bu yemək-içməyin qalıqları tapılır. Qəbirlərə hökmən qoyulan əşyalardan biri də, ehtimal ki, dini mərasimlərdə işlədilən və içərisinə müqəddəs su doldurulan uzunlüləli qablar idi. Mərhumun baş tərəfində qurbanlıq heyvanlar yerləşdirilirdi.

Bu dövrdə əhalinin həyatında at xüsusi yer tuturdu. At, sözsüz, ilahiləşdirilirdi. Mərlik, Kaluraz və Şahtaxtı nekropolundan tapılmış materiallar sübut edir ki, atlar ayrıca qəbirlərdə basdırılırdı.

Əfsanəvi xüsusiyyətlərə malik olduqları güman edilən atların təsvirlərinə sənətkarların qayırdıqları əşyalarda da rast gəlinir. Materiallar göstərir ki, Urmiyaətrafı vilayətlərdə tanrılar panteonu varmış, əhali tanrılara sitayiş edirmiş, məbədlərdə ibadət olunur, qurbanlar kəsilir, dini ayinlər icra edilirmiş.
Dəfn adətləri

Həsənlu nekropolu həmin dövrdə qala divarlarından kənarda təpənin şimal yamacında yerləşirdi. Qəbiristanlıq ərazisindən V və VI dövrlərdə uzun bir müddət ərzində istifadə olunmuşdur. Qəbiristan ərazisində ilk qazıntıları 1947-ci ildə M. Rad və A. Hakemi aparmışlar. Sonralar R. Daysonun rəhbərlik etdiyi ekspedisiya artıq sistematik qazıntılar aparmışdır, qazılmış qəbirlər xronoloji baxımdan yaşayış məskəninin təbəqələri ilə ardıcıl olaraq uzlaşır. Qəbirlər göstərir ki, bu qalanın əhalisi dəfn zamanı hansısa müəyyən bir istiqamət tutmamışlar. Ölülər böyrü üstə, bükülü vəziyyətdə birbaşa torpaqda basdırılmışlar.

Kişilər xəncər, nizə, ox ucluqları, qadınlar isə qol və ayaq bilərzikləri, üzüklər, muncuqlar və baş geyimləri ilə birlikdə dəfn olunmuşlar. Bundan əlavə bütün qəbirlərə müxtəlif miqdarda saxsı qablar (güman ki, içinə yemək və içmək qoyulubmuş) dəsti qoyulmuşdur. Bütün qəbirlərdə mütləq uzunlüləli çayndanlarla (həmin çaydan V dövrün içki qablarını əvəz edir). təsadüf edilir. Görünür bu qablar mərasim əhəmiyyəti daşımışlar. Ölülərə heyvan qurban vermişlər. Qəbirlərdə mərhumun başı yanında qoyun sümükləri vardır. Qəbirlərdən birınin divarları çaydaşılardan səylə haşiyələnmişdir. Burada əsas ölü ilə yanaşı daha bir ölü də basdırılmışdır.

R. Dayson belə hesab edir ki, bu, cəmiyyətdə sosial iyerarxiyanın mövcudluğunu əks etdirir. Mərlik qəbirləri ictimai təbəqələşməni daha parlaq əks etdirir. "Hökmdar qəbiristanlığı" adlandırılan bu qəbiristan öz zənginliklərinə və görünür mövqelərinə görə də bir-birindən xeyli fərqlənən zadəganlara məxsus olmuşdur. Bəzi qəbirlər başqalarına nisbətən müxtəlif avadanlıq və qiymətli əşyalarla daha çox təmin olunmuşdur. Dəfn üçün qazılmış quyuların hamısının divarları gil məhlulu ilə, daşla örtülmüşdür. Dəfn adəti Həsənlu qəbirlərində olduğu kimidir.
Şəhərlər və şəhər həyatı
E. ə. II minilliyin sonuna məxsus abidələr göstərir ki, mannalılar öz məskənlərini düşmənin əli çatmayan, eyni zamanda asan müdafiə edilən təbii yüksəkliklərdə və strateji cəhətdən əlverişli olan yerlərdə salmağa başlayırlar. E. ə. I minilliyə yaxın bu məskənlər tədricən qalın divarlar arasına alınır və əsl qalalara çevrilir.

Arxeoloji cəhətdən bu proses Həsənlunun V və IV dövrləri arasındakı keçid mərhələsi ilə əyaniləşir. Təpənin başında beşinci dövrə aid orta ölçülü tikili qalığı aşkar edilmişdir. Onun divarları 38×38×16 ölçülü kvadrat formalı çiy kərpiclərdən hörülmüşdür. Ölçülər göstərir ki, kərpiclərin ölçüsü sonrakı yüzilliklər boyu dəyişməmişdir. Bəzən bütöv kərpic sıraları yarım kərpiclərlə tamamlanmışdır. Məhz buna görə də bəzi yerlərdə divarın eni təqribən 60 sm-ə çatmışdır. Bu tikinti texnikasından IV dövrdə də istifadə edilmişdir. Lakin artıq həmin dövrdə tikililər möhkəm divarlarla dövrələnmişdir.
Manna dövlətinin yaşayış məntəqələrinin adını çəkən Aşşur mənbələri onları uzun mübarizədən sonra ələ keçirdikləri (bəzən də onlar buna müvəffəq olmurdular) möhkəmləndirilmiş qala şəhərlərə ("alani dannuti") və bu qalaların ətrafında yerləşən yaşayış məskənlərnnə ("alani sehruti sa limetisunu") ayırırlar. Urartu məskənləri də ələ keçirilmiş əyalətlərdə qalaların mövcudluğunu qeyd edir və onları alu — adi yaşayış məntəqələri və möhkəmləndirilmiş qalalar E. GAL agununi manu adlandırırlar.

Lakin şəhər-qalaların heç də hamısı yaşayış məntəqələri deyildi. Görünür, onların bəzisi yalnız mühüm strateji məntəqələrdə qərar tutan və daha vacib yaşayış mərkəzlərinin yollarını qoruyan müdafiə qurğuları imiş. Düşməndən müdafiə üçün bu qala-şəhərlərdə müəyyən qədər qoşun saxlanırdı. Habelə mühasirə təhlükəsi yarandıqda mal-qara buraya sürülür, yaxın kəndlərin sakinləri urada daldalanırdılar. Həmin qalalar təpənin başında divarla dövrələnmiş kiçik bir sahədə yerləşirdi. Görünür, Zibia (Uzbia, İzzibiya) da qədimdə bu cür qalalardan idi. Onun xarabaları hündürlüyü 90 metr olan təpədədir. Təpənin çox məhdud bir sahəni tutan, ətrafına çiy kərpicdən hasar çəkilmiş yuxarı hissəsində tikililərin qalıqları vardır.
R. Dayson özü belə güman edir ki, onu əhalinin daimi yaşayış yeri olan şəhər hesab etmək mümkün deyildir.A. Qodar Zibia qalasını indiki Ziviyə kəndi yaxınlığında dəfinə tapılmış yerin yaxınlığındakı təpə ilə lokalizə edir. Aşşur mənbələrində Zibia ilə yanaşı adı çəkilən Armait (Urmeyate) qalası isə ona yaxın, indiki Sahab kəndinin ərazisində lokalizə edilir. A. Qodar 5 km-də yerləşən Qaplantu şəhər yerini İzirtu ilə eyniləşdirir. Lakin İ. M. Dyakonov buna şübhə ilə yanaşır.

Assuriya qaynaqlarına görə Mannanın paytaxtı İzirtu bu qalaların bilavasitə yaxınlığındaymış. Onların adları həmişə birgə çəkilirdi və assurlar İzirtuya Zibia və Armait qalaları dağıdıldıqdan sonra yaxınlaşırdılar.
Həsənlu yaxınlığındakı Əqrəbtəpədə də qazıntı zamanı eynilə bu tipdən olan kiçik bir qala aşkar edilmişdir. Bu qalanın da ətrafına qabarıq bürcləri olan hasar çəkilmişdir. Qala iki dəfə yandırılmış, lakin dağıdıldıqdan sonra ilkin plan əsasında bərpa edilmişdir. Ola bilsin, Əqrəbtəpədə qurulmuş istehkam qədimlərdə Həsənlu təpəsində yerləşmiş şəhərin giriş yollarında bir maneə imiş. Düşmənin yaxınlaşdığını xəbər verən xüsusi bürclər də müdafiə məqsədlərinə xidmət edirdi. Əldə olan məlumata görə, Mannanın Saiqibutu vilayətində belə bürclər varmış: "Dağ zirvələrində bürclər ucaldılmışdı, tonqal yandırılıb-yandırılmadığına gecə-gündüz göz qoyur və uzaqda olan çoxsaylı düşmən yaxınlaşdıqda xəbər verirdilər".

Giriş yolları müdafiə edilən şəhər-qalalar (alani dannuti) çox böyük bir ərazini əhatə edən və ən əlverişli mövqe tutan məskənlər idi. Bunlar daha ciddi möhkəmləndirilirdi, içqalaları, sarayları, məbədləri və digər memarlıq qurğuları vardı. Şəhər-qalaların bəzisi "çar şəhəri" (al sərruti) adlanırdı və çarın, əyanların, vilayət rəislərinin yaşayış yeri idi. Bu şəhərlər mədəniyyət, din və sənət mərkəzləri idi. Kiçik qalalar və onların ətrafında olan məskənlər dağıdılanda orada yalnız malqara zəbt edilirdisə, iri şəhərlərdən mal-qara sürülür, anbarların ehtiyatda olan taxıl, gümüş, mis, qızıl, sənətkar əməyinin məhsulları aparılırdı. Assuriya relyeflərində verilmiş bu cür qalaların zahiri görkəmini təsəvvürdə canlandırmağa kömək edir. Manna qalalarının tutma səhnələri Xorasabadda II Sarqon dövrünə aid relyeflərdə təsvir olunmuşdur.

Torpaqqalada Aşşur relyefinin qüllələrinə bənzər qülləciklər təsvir edilmiş, tunc lövhələrdən hazırlanmış üçmərtəbəli binanın modeli tapılmışdı Karmirblurda da sümükdən kəsilib düzəldilmiş belə bir qülləcik tapılmışdır. Mannanın Uşkaya qalasını II Sarqon belə təsvir edir: "Mən güclü silahımın hünərinə bu qalaya qalxdım, onun bol əmlakını qarət edib düşərgəmə daşıtdırdım. Qayaya söykənən bünövrəsini, səkkiz qulac qalınlığında qalanın möhkəm dinarını onun diş-diş olan üst hissəsindən ta hündür özülünədək birnəfəsə söküb yerlə-yeksan etdim. Qalanın içində olan evlərə od vurdum, onların uzun tirlərini yandırdım".

Ən mühüm qalaların müdafiəsini möhkəmlətmək üçün onların ətrafında dövrələmə xəndəklər qazır, torpaq bəndlər qururdular. Tarui və Tarmakisa belə qalalar idi.
Həsənlu təpəsində qazıntı zamanı tapılmış şəhər böyük təpəni tuturdu və o təpənin başında binalar tikilmişdi. Təpəni əhatə edən möhkəmləndirilmiş divarın salamat qalmış özülünün qalınlığı 3 metr 20 santimetrdir ki, bu da II Sarqonun kitabəsində deyilən təqribən 8 qulaca uyğun gəlir. Divarların özülü iri daş tavalardan hörülmüşdür. Divarın tamamilə salamat qalmış özülünün hündürlüyü 2 metr 60 santimetrə yaxındır. Qala divarının qalan hissəsi isə kvadrat şəkilli çiy kərpicdən tikilmişdi. Güman edirlər ki, divarların hündürlüyü 10 metrə yaxın ola bilərdi. Qalanın bütün çevrəsi boyunca bir-birindən 30—35 metr aralı, hərəsi 10 kvadratmetr olan on bir ədəd kvadratşəkilli, qabarıq bürc tikilmişdi. Bürclər arasındakı divar 3×0,5 metr ölçülü iki dayaq divarla möhkəmləndirilmişdi. Qalanın mərkəzində onun qalan hissəsindən hündür olan içqala vardı. Binaların arasından yerinə iri daşla döşənmiş küçə keçirdi. Binalar iki və ya üç mərtəbə idi. Yuxarı mərtəbələrə pilləkan vardır.

Binaların kərpic divarları da daş binövrənin üstündə hörülürdü. Kərpiclər 38×38×16 santimetr ölçüdə kvadrat şəkilli çiy kərpiclər idi. Divar bir cərgədə bütöv kərpicdən və bir cərgə yarım kərpicdən hörülürdü, beləliklə qalınlığı təqribən 60 santimetrə çatırdı. Yaşayış binalarının dəhlizi, ona bitişik yan otaqları, pillə suvanmış daş özüllər, üzərində diametri yarım metr olan ağaç sütunlar vardı. Divarların qalıqlarına görə güman edirlər ki, sütunların hündürlüyü 7 metrdən çox imiş. Zalın divarları boyunca çiy kərpicdən tikilib gillə suvanmış skamyalar, zalın ortasında ocaq vardı. Saray kompleksinin ayrı-ayrı otaqlarında divarlara şirələnmiş kərpicdən üz çəkilmişdi. Yerə daş tavalar döşənmişdi. Qapılar dabanlıqlara söykənən mehvər ətrafında fırlanırdı. II Sarqonun məlumatından məlumdur ki, çar saraylarının üstü sərv ağacından yonulmuş tirlərlə örtülür və bunların xoş ətri otaqları bürüyürdü.
Mannaya qonşu olan Allabria vilayətinin III Salmanasarın salnaməsində verilmiş təsviri, otaqlar haqqında müəyyən təsəvvür yaradır: "Mən allabrialı Yanziburiaşın möhkəmləndirilmiş Şurdira şəhərini, qızıl qapısını, saray kənizlərini, xeyli mülkiyyətini ələ keçirdim".Buna müvafiq olaraq biz Manna şəhər-qalalarındada "saray kənizləri" üçün ayrıca zəngin bər-bəzəkli otaqlar olduğunu təsəvvürümüzə gətirə bilərik, xüsusilə də ona görə ki, Həsənlu qalasının sütunlu zala bitişik otaqlarının birindən eyni vaxtda tələf olmuş üzüklü, bilərzikli, dekorativ sancaqlı 44 qadının skeletləri tapılmışdır. Aşkar edilmiş silahdan məlum olur ki, çar əhatəsinin hərbi nümayəndələri üçün sarayda xüsusi otaqlar varmış.Tanrılara ibadət etmək üçün məbədlər tikilirdi. Məbədin baş otağının ortasında kərpic meydança var idi, güman ki, qurbangah imiş. Divarlardan birinin dibində pilləvari alçaq çəki düzəldilmiş və səkiyə üçayaqlı çıraq qoyulmuşdu. Yerə tava döşnmişdi; tavaların altından su axıdan boru keçirdi.

Təsərrüfat ehtiyacları üçün əsas binalara bitişik çoxlu köməkçi otaq tikilirdi: bunların bir qismindən taxıl və şorab saxlanan nəhəng qablar tapılmışdır. Şəhər-qalada əhalini sənətkarlıq məmulatı ilə təmin edən ustalar da yaşayırdı. Ustalara məxsus otaqlardan tökmə üsulu ilə tunc məmulat-balta, bəzək şeyləri və i. a. hazırlamaq üçün birtaylı və ikitaylı qəliblər tapılmışdır. Keramika məmulatını bişirmək və qurutmaq üçün evin qabağında sobalar qurulmuşdu, hazır məmulat evlərin yastı damlarında saxlanırdı. Qalanın ətrafında aşağılarda kiçik məskənlər (alani şihruti) yerləşirdi. Bunların sakinləri əkinçilik və heyvandarlıqla məşğul olur, şəhər-qalanı ərzaqla təchiz edirdilər. Bəzən bir şəhərin ətrafında xeyli məskən olurdu. Adətən mixi yazılarda düşmən şəhərləri üzərində qələbənin təsviri edilərkən "yaxşı möhkəmləşdirilmiş şəhər-qalanı və onun ətrafında olan kiçik məskənləri zəbt etdim" trafaret bir formuldan istifadə olunur. Bir çox əskənlərin əhalisi düşmənin hücumu zamanı yaxınlıqdakı qalada daldalanır, öz əmlakını buraya daşıyır, mal-qarasını sürüb gətirirdi.Qala mühasirəyə alınanda onun müdafiəsində qoşunlardan başqa, burada daldalanan əhali də iştirak edirdi. Kiçik məskənlər talan edilir və yandırılırdı, möhkəmləndirilmiş şəhər-qalaları isə işğal etmək heç də həmişə mümkün olmurdu, buna görə də onların bəzisi bir neçə dəfə mühasirəyə alınırdı. Lakin inşaat texnikası o qədər mükəmməl idi ki, dağıdılmış qalalar tez bərpa olunur, orada həyat davam edir, müdafiə qaydaya salınırdı.
Memarlıq
Manna dövləti ərazisində müxtəlif yaşayış yerlərində arxeoloji qazıntılar aparılmış və müxtəlif qala – şəhərlər aşkarlanmışdır. Bu tipli yaşayış məskənləri ən çox Qərbi Azərbaycanda tədqiq olunmuşdur. Burada Urartu memarlıq cizgiləri ilə səciyyələnən qara vulkan daşından tikilmiş dördbucaqlı tikili olan Siyahtəpə qalası aşkar edilmişdir.

Yaxınlıqda isə Oğluqala adlı qala yerləşir. Urmiya gölünün sağ sahilində Kazımbaşı təpəsindəki xarabalıqda da qala divarlarının qalıqları aşkar edilmişdir. Mərənddən 19 km Şimal – Qərbdə, Livar təpəsində qala divarlarının qalıqları aşkar edilmişdir. Güclü yanğın izləri qalmış evlər yonulmamış daşlardan hörülmüşdür. Küncləri bürclü və geniş meydançalı qala divarlarının bir hissəsi saxlanılmışdır. Qazıntılar nəticəsində çoxlu Urartu keramikası (e.ə.VIII əsrədək) üzə çıxarılmışdır. V.Klayss gümün edir ki, Livar qalasının mövcudluğu Urartu dövründə Mərənd düzənliyinin sıx məskunlaşdığını göstərir və çox güman ki, II Sarqonun yürüş yolu bu vadidən keçmişdir.

Araz çayı vadisində Türkiyə – Azərbaycan – İran sərhədlərinin qovşağında Qala Sərənc adlanan qala aşkar edilmişdir. Müdafiə divarları Qərb tərəfdə yaxın, Şərq tərəfdə isə seyrək yerləşdirilmiş bürclərə malikdir. Uşpu – Nəgadehdən 8 km Şimal – Şərqdə keramika tapıntılarına görə Urartu dövrünə aid edilən istehkamın qalıqları aşkar edilmişdir. İstehkamın divarları yonulmamış sal daşlardan tikilmişdir. İndi bürc çıxıntıları gözə dəymir. Bu tikili çox güman ki, Uşnu vadisindən Urmiya düzənliyinə gedən yol üzərində keşikçi istehkamı olmuşdur.

Uşnudan 15 km Şərqdə çox böyük və dik bir təpədə qalatgah xarabalıqları yerləşir. Bəzi yerlərdə yaxşı yonulmuş sal daşlardan tikilmiş müdafiə divarları qalmışdır. Təpənin ən yüksək nöqtəsindən bütün Uşnu vadisi və Sulduz vadisinin bir hissəsi görünür.Qalatgah tapıntıları Həsənli III dövrünə uyğun gəlir. Keramika Həsənli və Ziviyə tapıntılarında olduğu kimi sadə və üçbucaqlarla cızılıb haşiyələrlə bəzədilmiş oyma oturacaqlı qırmızı və boz monoxrom gil məmulatı ilə təmsil olunur. Bundan əlavə bir neçə zərif, diqqətlə şüyrələnmiş Urartu tipli qırmızı keramika qalıqları da aşkar edilmişdir.Burada ağ daşdan hazırlanmış qaçan heyvan təsvirini stilizə edən Urartu tipli çökük silindrvari möhür də tapılmışdır. Silindrin asmaq üçün ilgəyi də var. Buradan sındırılmış daş blok üzərində Urartu kiitabəsi də aşkarlanmışdır. Mətndə Urartu hökmdarları İşpuini və Menuanın adları çəkilir.

Makudan Cənub – Şərqdə, Ağçay çayı vadisində, Bastam kəndi yaxınlığında böyüklüyünə görə az qala Van qalası və Torpaqqala ilə müqayisə ediləcək qədər möhtəşəm və yaxşı qalmış qala aşkar edilmişdir. Bir qədər əvvəl bu rayondan aşkar edilmiş və hazırda Tehran Arxeolji Muzeyində saxlanılan kitabəsin sayəsində müəyyən edilmişdir ki, qala Urartu hökmdarı II Rusa (e.ə.685-645) dövründə tikilmişdir. Kitabədə "Rusanın kiçik şəhəri"nin Xaldi tanrısına həsr olunmuş məbədin tikintisi barədə məlumat verilir. Təpənin ətəyində qala ilə eyni dövrdə mövcud olmuş, yaşayş məskəni yerləşirdi. Tikili qalıqları göstərir ki, burada binalar daş bünövrələr üzərində çiy kərpicdən tikilmişdilər. Buradan üzərində silindrvari möhür izi və mixi yazı olan gil bulla tapılmışdır. Yaşayış məskəni də qala ilə eyni vaxtda məhv olmuşdur. V.Klayssa görə qala və yaşayış yerləri təxminən e.ə. 600-cü ildə məhv edilmişdir.
Metalişləmə
Qədim sənətkarlar əsasən, təbii ehtiyatların onlara verdiyi imkanlardan faydalanmışlar. Puluadi əyaləti ilə yaxın qonşuluqda yerləşən Mərlik tapıntıları onların metal məmulatı istehsalında necə bir sənətkarlıq və məharətə nail olduqlarını göstərir. Aşşur hökmdarları göstərilən ərazilərdən metallarla yanaşı, onlardan hazırlanmış əşyaları da ələ keçirir va ya xərac kimi alırdılar. II Aşşurnasirapal Zamualı Amekanın "çoxlu əşyalar, mis səhənglər, mis kasalar, mis məcməyilər, onun sarayının xəzinəsini, toplanmış varidatını ələ keçirdiyi barədə məlumat verir. III Salmanasar Gilzandan bac kimi gümüş, qızıl, qurğuşun, həmçinin mis qablar alır. V Şamşi-Adad Gizilbundada gümüş qablar, əla qızıl və mis ələ keçirir.

Həsənlu, Mərlik, Ziviyə və Naxçıvan zonasında aparılmış qazıntılar nəticəsində əldə edilən əşyalar, habelə Cənubi Azərbaycan ərazisindən e. ə. I minilliyin əvvəllərinə aid edilən təsadüfi tapıntılar bu ərazidə yaşamış əhalidə sənətkarlıq istehsalının yüksək səviyyəsi barədə mixi yazılı mənbələrə əsaslanan fikri təsdiqləyir. Bundan əlavə tapılmış əşyaların bəzilərinin qeyri-adi incəliyi və zərifliyi də sənətkarların çox böyük zövqə malik olduqlarını göstərir.

Hələ II Aşşurnasirapal məlumat verirdi ki, öz paytaxtı Kalxuya bu vilayətlərdən sənətkarlar aparırdı. Tapıntılar göstərir ki, sənətkarlar əl çatan bütün material növlərindən istifadə edir, metal, ağac, sümük, gil və daşdan məmulat hazırlayırdılar. Buradan tapılan əşyaların bəzisində Assuriya, Urartu və ya skif sənətlərinin təsiri nəzərə çarpırdı, ayrı-ayrı məmulatlar isə naşı təqliddən başqa bir şey deyildi. Yaxın Şərqin böyük bir hissəsində yayılmış təsvirlərin ümumi mürəkkəb süjetləri var idi.
Lakin sənətkarlıq məmulatının əsas qismi mükəmməlliyi və forma rəngarəngliyi ən qədim vaxtlardan burada inkişaf edən yerli sənətin özgünlüyünü göstərir. Oxşarlıq əlamətlər və təqlid ünsürləri müxtəlif vilayətlər və dövlətlər arasında qədimdən mövcud olan qarşılıqlı əlaqənin qanunauyğun nəticəsi idi. Mövcud quru yollarından başqa, Diyala və Xabur çayları kimi su yolları da Assuriya ilə əmtəə mübadiləsinə, şübhəsiz çox kömək edirdi. Yaxın Şərqi Egey sahilləri ilə birləşdirən yollar arasında Azərbaycandan Trabzona, oradan da Qara dənizlə qərbə gedən yollar böyük əhəmiyyətə malik idi.Azərbaycandan Kiçik Asiyanın qərb sahillərinə gedən yol münasib, asan yoldur və bu yolda mədəni mübadilə üçün, hətta təkərli nəqliyyat üçün də elə bir maneə yoxdur.Həsənludakı qədim qalanın ərazisində qazıntı zamanı sənətkar emalatxanası, emalatxanada isə tökmə üsulu ilə tunc dirəkciklər, baltalar hazırlamaq üçün qəliblərin qırıqları, habelə bəzək şeyləri hazırlamaq üçün qəliblər tapılmışdır.

Mannanın metal üzrə sənətkarlarının iş texnikasına birtaylı və ikitaylı açıq qəliblərdə tökmə işləri, naxışvurma, ştamplama və həkkaklıq daxil idi. Kənd təsərrüfatında həm tunc, həm də dəmir toxalardan, dəmir tiyəli oraqlardan istifadə edilirdi. Bunların bir neçə nümunəsi qazıntı zamanı Həsənludan tapılmışdır. Tunc kotan modelləri Mərlik qəbirlərində aşkar edilmişdir.Yuxarıda göstərilən obyektlərin hamısında aşkara çıxarılmış qəbirlərdə, habelə Həsənlu qalasında silah daha çox tapılmışdır.

Döyüş zamanı Həsənlu qalası dağıdılmış, vuruşan tərəflərin silahları onun xarabalıqları altında qalmışdı. Bu silahlar tunc və dəmirdəndi, bəzisi qızıl və gümüşlə zəngin bəzədilmiş, habelə inkrustasiya edilmişdi. Tuncdan və dəmirdən qayrılmış ensiz və yastı ox ucları bu dövr üçün səciyyəvidir.

Bu məntəqələrdə e. ə. VIII əsrin ortalarından Yaxın Şərqdə külli miqdarda meydana çıxan "skif" tipli ox ucluqlarına ümumiyyətlə təsadüf olunmamışdır. Tiyəsinin yuxarı hissəsində qabarıq aypara təsviri verilmiş xəncərlər Həsənlu qızıl camının üzərində təsvir edilmiş xəncərlərə bənzəyir. Döyülmüş dəmirdən hazırlanan "açıq aypara" tipli iri xəncərlər və qılınclar da geniş yayılmışdı. Bəzi xəncərlərin qəbzələri məharətlə bəzədilmiş, xəncərlərdən birinin qəbzəsi metal məftillə köbələnmişdi. Sümük və ağacla naxışlanmış qəbzələr də vardır. Bir xəncərin qəbzəsi həndəsi ornamentli zərvərəqlə örtülmüşdü. Üç-üç düzülən, gözləri sümükdən olan doqquz ədəd qabarıq insan başı ilə bəzədilmiş tunc toppuz maraq doğurur.
Həsənlu xarabalıqlarında iki tip – şiş və daraqlı döyüşçü dəbilqələri tapılmışdır. Tunc daraqlar tunc papaqlara yaxud toxunma və dəri papaqlara bərkidilirdi. Daraqlı dəbilqələrdən birinin darağında aydın həndəsi rəsm və papağında ilan təsvirləri var idi. Şiş, konusvari dəbilqələr Assuriya qoşunu üçün səciyyəvi idi. E. ə. I minilliyin daraqlı kaska-dəbilqələr qoyan Urartu döyüşçüləri də artıq II Sarduri dövrünə yaxın Assuriya dəbilqələri tipində dəbilqələr qoymağa başlamışdılar. Biri tuncdan, digəri dəmirdən olan iki yanaqlıq da tapılmışdır.

Qədim Həsənlu məskəni çox ehtimal ki, şiş dəbilqəli assurlar və ya urartulular tərəfindən dağıdıla bilərdi, deməli, güman etmək olar ki, daraqlı dəbilqəni yerli əhalinin döyüşçüləri qoyurmuşlar. Bunu ondan da yəqin etmək mümkündür ki, III Salmanasarın Balavat darvazasında daraqlı dəbilqə qoymuş dağ camaatı ilə vuruşan şiş dəbilqəli assurlar göstərilmişdir.

Mərlikdə nadir bir dəbilqə tapılmışdır. Güman edilir ki, bu dəbilqə hər hansı bir çara məxsus ola bilərdi və cah-cəlallı dekorativ görkəminə baxmayaraq ondan əməli surətdə istifadə olunurdu. Dəbilqə özü tuncdan idi, onun üstünə çəkilmiş qızıl və gümüş quramada şərab nəziri vermək ayinini icra edən saqqallı tanrı, əllərini qaldırıb ibadət edən ilahələr və onların başı üzərində qanadlarını açmış quş təsvir edilmişdi. Dəbilqənin arxa tərəfində lələkləri və ya tükdən olan daraqları sancmaq üçün lüləcik var idi. Bu dəbilqənin formasında e. ə. VII əsrin ortalarına aid Assuriya relyefində təsvir edilən Elam döyüşçüsünün başından yerə düşmüş dəbilqəyə oxşarlıq tapırlar.

Döyüşçünün geyiminə dəriyə və ya parçaya bənd etmək üçün deşikləri olan tunc çiyinliklər də daxil idi.Metal məmulat parçalara sancılan xeyli miqdarda müxtəlif qabarıq bəzək şeyləri ilə, həmçinin düymələr, pərçimlər, sancaqlar və i. a. ilə təmsil olunmuşdur. Ştamplama üsulu ilə rəsmlər basılmış tunc və dəmir zolaqlar aşkara çıxarılmışdır. Ehtimal ki, bunlar dəri kəmərlərə bərkidilmiş, bəzən tunc zolaqların pərçimləri dəmirdən, dəmir zolaqların pərçimləri isə tuncdan olurdu. Həsənluda tapılmış qızıl və gümüş məmulat da sənətkarların yüksək məharətinə gözəl misaldır. Yuxarıda adını dəfələrlə çəkdiyimiz qızıl cam, bir də gümüş qədəh xüsusilə maraqlıdır. Qızıl camın üzərində allahlara qurbanvermə mərasimi, miflərdən və ya görünür əhali arasında geniş yayılmış dastandan ayrıayrı səhnələr təsvir edilmişdir.

R. Dayson onun e. ə. IX əsrdən xeyli əvvəl – e. ə. I minilliyin əvvəllərində qayrıldığını qəbul edir. E. Porada bu camı daha əvvəllərə – e. ə. XII – X əsrlərə aid edir.R. Daysonun fikrincə üzərində hürrilər dövrü mesopotamiyalıları və suriyalıları xatırladan təsvirlər olan bu cam göstərilən əyalətlər üçün nadir əşyadır və o, buraya xaricdən gətirilə və yaxud mannalıların hərbi əməliyyatları zamanı ələ keçirilə bilərdi. Lakin digər əyalətlərdə aşkar edilmiş əşyalarla oxşarlığa malik olsa da Həsənlu qızıl camı təsviri üslub cizgilərinə və hazırlanmasının texniki xüsusiyyətlərinə görə hamısından fərqlənir. Həsənlunun özündə aşkar edilmiş tapıntılar və Mərlikdə yüksək sənətkarlıqla hazırlanmış çoxlu miqdarda zərgərlik əşyaları tapıntıların yerli mənşəli olmasını və inkişaf etmiş özünəməxsus zərgərlik sənəti məktəbinin mövcudluğu barədə fikir yürütməyə imkan verir. Gümüş qədəhin üzərində qızılla gümüş qatışığından – elektrondan düzəldilmiş relyefli təsvirlər vardır və bunlar ehtimal ki, qələbə səhnəsini əks etdirir: məğlublar cəng arabasının dalına düşüb gedirlər. Hər iki məmulatdakı təsvirlərdə eyni kompozisiya üsulundan istifadə edilmişdir.

Üzərində qrifonların və qanadlı öküzlərin qorelyef təsvirləri olan Mərlik qızıl qabları maraqlıdır. Qızıl qabların biri xüsusilə seçilir. Onun üzərində dirilik ağacının yanlarında dal ayaqları üstə qalxmış, qanadları olan dörd öküzün başlarının qabarıq təsviri vardır; bu heyvanların 2 santimetr qabağa çıxan relyefli başları ayrılıqda hazırlanmamış, qabın gövdəsi ilə birlikdə döymə üsulu ilə bütöv bir əşya kimi düzəldilmişdir.

Eyni bir əşyanı bir neçə metaldan hazırlamaq metodu məharətlə tətbiq edilirdi: Mərlikdə gövdəsi gümüş, lüləsi qızıl qab tapılmışdır. Ziviyə dəfinəsinin əşyaları arasında qızıl işləməli gümüş boşqab vardır. Metal qab tapıntılarından heyvan başı formasında hazırlanmış ritonları qeyd etmək olar. R. Girşmanın qeyd etdiyi kimi heyvan formalı ritonlar Qərbi Asiyada geniş yayılmışdı. Onlara Aşşur, Urartu, İran, mili həm də Manna ərazilərindəki qazıntılarda təsadüf olunur. R. Girşman ritonları üç növə ayırır: heyvan bədənli ritonlar (e. ə. VIII əsrədək), heyvan başlı ritonlar (e. ə. VIII əsrdən başlayaraq və Midiya dövründə) və Əhəmənilər dövrünə aid buynuz ritonlar.

E. ə. I minilliyin əvvəllərinə aid muxtəlif formalı ritonlar daha çox Qərbi İranda yayılmışdır.Həsənlu tapıntıları onların mannalılar arasında da yayıldığını göstərir. Qazıntılar zamanı buzov və at başı formalı pis saxlanılmış ritonlar, həmçinın qoyun başı formalı kiçik mis riton aşkar edilmişdir. Qoyunun gözləri, qaşları və burun pərələrinin üzərindəki zolaqlar Misir mavi pastası ilə bəzədilmişdir. Ritonun çənbəri heyvanın təsviri olan gümüş frizlə tamamlanır. Qoyunun buynuzu da gümüş vərəqlə örtülmüşdür.
Zərgərlik məmulatından mis, tunc, gümüş və qızıl boyunbağılar, sırğalar, bilərziklər, kəmərlər, qızıldan, serdolikdən, balıqqulağından düzəldilmiş çoxlu muncuq vardır. Bu bəzək şeyləri müxtəlif üsullarla: ştamplama, oyma, tökmə, deşmə üsulları ilə hazırlanır, həmçinin, burulmuş tunc və qızıl məftildən istifadə olunurdu.

Həsənluda qadınlar həlak olmuş bir binadan mis üzüklər, uzanmış şirlər formalı dəmir ilgəcli xeyli iri tunc sancaqlar aşkar edilmişdir. Onlardan bəzilərinə mis zəncirlər bərkidilmişdir. Buradan boyunbağının qızıl asmaları da tapılmışdır. R. Dayson onları Aşşurnasirapal dövrü relyeflərinin təsvirləri ilə müqayisə edir. E. O. Negahban Mərlikdən tapılmış yeddi guşəli ulduz təsviri olan relyefli qızıl asmanı da bu təsvirlərlə müqayisə edir.


Atropatena və Alban dövləti 


B.e.ə. 328-ildə Makedoniyalı İsgəndər Atropatı Midiya satrapı təyin edir. Atropat İsgəndərin hörmətini qazanır və onun ən nüfuzlu sərkərdəsi olan Perdikki ilə qohum olur. 
B.e.ə. 323-cü ildə İsgəndər ölür. B.e.ə. 321-ci ildə isə Perdikki öldükdən sonra Atropat tam müstəqil olur və Atropatena dövlətinin əsasını qoyur. Bu dövlət Şimali Azərbaycanın bəzi cənub rayonlarını və Cənubi Azərbaycanı əhatə edirdi.
Atropatena tayfaları bunlar olmuşdur: Kaddusilər, maqlar, miqlər, kaspilər. Dövlətin paytaxtı Qazaka şəhəri idi.
B.e.ə. 323-cü ildə İsgəndərin ölümündən sonra Suriya (Selevkilər) dövləti meydana gəlmişdir. B.e.ə. 223-cü ildə Suriya hökmdarı Antiox Atropatenanı özündən asılı edir. B.e.ə. 190-cı ildə romalılar Suriyanı məğlub etdikdən sonra Atropatena müstəqil olur. Bundan sonra isə Roma Parfiya dövləti üzərinə hücum edir. Atropatena Roma dövləti ilə yaxınlaşmağa başlayır. Həmçinin onu da qeyd edək ki, b.e.ə. 20-ci ildə Atropatenada hakimiyyətə gələn II Ariobarzan 10 ilə yaxın Romada yaşamışdır. O, Romanın köməkliyi ilə bir müddət Ermənistan hökmdarı olmuşdur. B.e.ə. 20-ci ildə Atropatena Parfiya dövlətinin tərkibinə qatıldı.
Atropatenada Zərdüşt dini hakim olmuşdur. (Zərdüşt peyğəmbərin adı ilə bağlıdır). Zərdüşt peyğəmbər b.e.ə. VII əsrin II yarısında yaşamışdır. Zərdüştlüyün müqəddəs kitabı “Avesta”dır. Makedoniyalı İsgəndər Əhəmənilərin Persopoldakı sarayını b.e.ə. 330-cu ildə yandıranda “Avesta”nın ilkin variantı məhv olmuşdur. Lakin bizə kitabın sasanilər dövründə yığılan hissəsi gəlib çatmışdır. Avropanı “Avesta” əsəri ilə 1771-ci ildə fransız alimi Anketil Düperron tanış etmişdir.
İsgəndər b.e.ə. 331-ci ildə III Daranı məğlub etdikdən sonra b.e.ə. IV əsrin sonu-III əsrin əvvəllərində Alban dövləti yarandı. Dövlət İberiya ilə Xəzər dənizi arasında yerləşirdi. Dövlətin tərkibinə indiki Azərbaycan Respublikası, Dağıstanın cənub rayonları, Gürcüstanın Alazan vadisi daxil idi.

Alban dövlətinin tərkibində 26 müxtəlif dildə danışan tayfalar yaşayırdılar: leqlər, kaddusilər, amardlar, utilər, udinlər (Nic kəndində), xınalıqlar (Quba), buduqlar (Quba) və s. Albaniya dövlətinin paytaxtı Kabalaka (Qəbələ) olmuşdur.

B.e.ə. I əsrdə Roma sərkərdəsi Pompey şərqə yürüş etmiş, Xəzər dənizindən Hindistana keçmək üçün Albaniyaya hücum etmişdir. B.e.ə. 66-cı ildə Kür çayı sahilindəki döyüşdə Pompey qalib gəlir və bundan sonra İberiyaya doğru yürüş edir. Lakin albanlar onları təqib etməyə başlayırlar. B.e.ə. 66-cı ildə Qanıx çayı sahilində yenidən döyüş baş verir. Bu dəfə də Pompey qalib gəlir. Lakin albanlar yenə də təqibi davam etdirirlər. Romalılar işin çətin olduğunu görüb Albaniyadan və İberiyadan əl çəkirlər.

B.e.ə. I əsrin sonlarında da Romanın kiçik hərbi hissəsi yenə Albaniyaya gəlib çıxmışdır. Lakin bizim eranın I və II əsrlərində Roma və Albaniya arasında artıq diplomatik və ticarət əlaqələri yaranmışdır. Bunu Qobustanın daş kitabələri də sübut edir.



Azərbaycan dövlətçiliyinin bərpası

IX əsrdə xilafət zəiflədi və xırda feodal əmirlikləri yarandı. Əmirlikləri ərəb canişinləri idarə edirdi. Belə bir şəraitdə Azərbaycan torpaqlarında Şirvanşahlar, Sacilər, Səlarilər, Şəddadilər və Rəvvadilər dövlətləri yarandı. Şirvanşahlar dövləti (861-1538). Ərəb xilafətindən sonra Azərbaycan torpaqlarında ilk olaraq Şirvanşahlar dövləti yarandı. Şirvan bir vilayət kimi Dərbənddən Kür çayına qədər Xəzər sahili əraziləri əhatə edirdi. Dövlətin mərkəzi Şirvan şəhəri idi. 861-ci ildə ərəb mənşəli Məzyədilər sülaləsinin nümayəndəsi Heysam İbn Xalid Şirvanın müstəqilliyini elan etdi və Şirvanşah titulunu daşımağa başladı. 918-ci ildə Şirvanşah Əbu Tahir qədim Şamaxını bərpa etdirib, paytaxtı Şamaxıya köçürdü. X əsrin axırları Şirvanşahlar dövləti Qəbələni, Bərdəni, Dərbəndi ələ keçirdi. Şəki və Sənariyə də Şirvanşahlardan asılı oldu. 1066-ci ildə isə Şirvanşahların Səlçuqlardan asılı vəziyyətə düşməsi ilə Azərbaycan Səlcuq imperiyasının tərkibinə qatıldı. Bu, türklərin Azərbaycana üçüncü axını idi. Səlcuq imperatorluğu (1038-1157) Səlcuqlar oğuz boyu olmuşlar. Səlcuq bəy dəstə başçısı olmuş, onun nəvəsi Toğrul, qəznəvilərlə mübarizə aparmışdır. O, Xorasana girərək Səlcuq dövlətini elan etdi. Ərazisi Mərkəzi Asiyadan Aralıq dənizinə, Dərbənd keçidindən İran körfəzinədək uzanırdı. Paytaxt Nişapur şəhəri idi. Səlcuqlar 1040-ci ildə qəznəviləri məğlub etdilər və Toğrul sultan elan edildi. 1055-ci ildə o, Bağdadı tutdu. I Toğruldan sonra Alp Arslan (1063-1072) hakimiyyətə gəldi. Məqsədi Anadoluya girmək idi. Bizans qoşunlarını məğlub edərək Anadolunu türk torpağına çevirdi. Abbasi xəlifəsi Alp Arslanı dinin təməli adlandırırdı. Alp Arslandan sonra Məlik şah Konya, Ankara, Urfa, Qüds və Suriyanı (1072-1092) ələ keçirdi. XI əsrin sonunda Səlcuq imperiyası tənəzzülə uğramağa başladı. Sultan Səncərdən (1118-1157) sonra Səlcuq imperatorluğu dağıldı. Şirvanşahlar Səlcuq türkləri ilə əlaqəni pozub gürcülərlə yaxınlaşdı. XII əsrin 30-60-cı illərində Şirvanşah özünün qüdrətli dövrünü yaşadı.1192-ci ildə Şamaxıda zəlzələ baş verdi və paytaxt Bakıya köçürüldü. Sacilər dövləti (879-941). Bu dövlətin əsasını türk nəslindən olan Sacilər qoymuşdur. Afşin bu nəslin nümayəndəsi olmuşdur. Ərəblər Azərbaycanın idarəçiliyini Sacilərə həvalə etmişdilər. IX əsrin sonlarında Əbu Sac Divdadın oğlu Məhəmmədin adı ilə pul kəsilirdi. Məhəmmədin qardaşı Yusif 912-ci ildə ərəblərə xərac ödəməkdən imtina etdi və X əsrin əvvəllərində Zəncandan Dərbəndə qədər, Xəzərdən qərbə, Ani və Dəbil şəhərlərinədək ərazicə Sacilər dövləti yarandı. Paytaxtı Marağa, sonra Ərdəbil oldu. Gilan hakimi Mərzban İbn Məhəmməd 941-ci ildə sonuncu Saci hökmdarı Deysəmi taxtdan saldı və Salarilər dövlətini yaratdı. Salarilər dövləti (941-981). Salarilər dövlətinin paytaxtı Ərdəbil şəhəri idi. Dövlətin sərhəddi Dəclə və Fərat çayınadək uzanırdı. Mərzban İbn Məhəmməd öldükdən sonra dövlət süquta uğradı, Rəvvadilər və Şəddadilər dövləti yarandı. Paytaxt yenə Ərdəbil şəhəri idi. Rəvvadilər dövləti (981-1054). Təbriz, Marağa, Əhər hakimi Əbülhica Salari hökmdarı İbrahimi taxtdan saldı və Rəvvadilər dövlətinin əsasını qoydu. Bu sülalənin banisi Əl-Rəvvad Xəlifə Əlinin dövründə Bəsrə və Kufədən Azərbaycana köçürülmüşdür. Bu dövlət Azərbaycanın cənubunu əhatə edirdi. Sonra Muğan hakimliyini də ələ keçirdi. 1028-ci ildə Qəznəvi hökmdarı Sultan Mahmud Qəznəvi tərəfindən sıxışdırılan 2000 oğuz ailəsi Rəvvadilər dövlətinə köçürüldü. Qəznəvi dövləti (962-1187) əsasını Alptəkin qoymuşdur. Dövlətin paytaxtı Qəznə şəhəri idi.Sultan Mahmud Qəznəvinin dövründə ərazilər artdı. Qərbi İran Qəznəvi dövlətinin tərkibinə keçdi. Hindistanın şimalı və şimal-qərbi 1026-cı ildə işğal edildi. Dövlət Hindistandan Xəzərə qədər ərazini əhatə edirdi. Burada hökmdar sultan adlanırdı. XI əsrin I yarısında Sultan Məsudun dövründə dövlət zəiflədi. Verginin çoxluğuna görə daxili çəkişmələr artdı. 1040-cı ildə Dəndənəkan döyüşündə Səlcuqlar tərəfindən məğlub edilən Qəznəvilərin əlində yalnız Əfqanıstanın bir hissəsi və Pəncab qaldı. 1187-ci ildə Qəznəvi hökmdarı Xosrov Məliki əsir alan qurlular bu dövlətin varlığına son qoydu. Şəddadilər dövləti (971-1086) Məhəmməd ibn Şəddad 951-ci ildə Dəbil əmirliyini yaratdı və 971-ci ildə Gəncəni tutaraq Şəddadilər dövlətinin əsasını qoydu. Paytaxtı Gəncə şəhəri idi. Fəzl İbn Məhəmməd 1027-ci ildə Xüdafərin körpüsünü saldı. Bir sıra yürüşlər nəticəsində Şəddadilər səlcuqlardan asılı vəziyyətə düşdü. Bu dövrdə slavyanların da qarətçi yürüşləri olurdu. Kiyev knyazı İqorun dəstəsi bir sıra yürüşlər edirdi. Azərbaycanın vahid tam dövlət olmaması slavyanlara qarşı mübarizəni çətinləşdirirdi. Atabəylər (Eldənizlər) dövləti. Böyük Səlcuq imperatorluğu parçalandıqdan sonra onun bir hissəsində İraq-Səlcuq Sultanlığı yarandı. Ərazilərində yeni yaranan dövlətlərdən biri də Atabəylər dövləti oldu. Dövlətin banisi Şəmsəddin Eldəniz olmuşdur. O, II Toğrulun oğlu Arslan şahın "atabəyi" təyin edilmişdir. 1136-cı ildə aran hakimi təyin edilən Şəmsəddin Eldənizlər Atabəylər dövlətinin əsasını qoymuşlar. Şəmsəddin Eldəniz II Toğrulun ölümündən sonra onun dul qadını Möminə xatunla evlənmişdir. O, 1160-cı ildə oğulluğu Arslan şahı sultan elan etdirdi, özü də Səlcuq sarayında Böyük Atabəy titulunu aldı. Beləliklə, İraq Səlcuq sultanlığı Atabəylərin hakimiyyəti altına düşdü. Sonra Şirvanşahlar və Ermənistan da ondan asılı vəziyyətdə oldular. XII əsrin axırlarında dövlətin daxilində çəkişmələr baş verməyə başladı. Hakimiyyətə gələn (1210-1225) Özbəyin vaxtında Atabəylər dövləti zəifləməyə başladı.


Böyük Səlcuq imperiyası

XI əsrin ortalarında Yaxın və Orta Şərqin tarixində çox mühüm bir hadisə olan Böyük Səlcuq imperatorluğunun əsası qoyuldu. Səlcuqlar oğuz türklərinin üç ox qolunun Qınıqboyuna mənsub idilər. Bu tayfa öz adını Dukak bəyin oğlu Səlcuğun adından götürmüşdü. Oğuz dövlətində subaşı (türk dövlətlərində çox da böyük olmayan hərbi dəstənin başçısı; sülh vaxtı şəhərlərdə və qalalarda asayişə nəzarət edən rəis) Səlcuq bəyin Oğuz yabqusu ilə münasibətləri pisləşdiyi üçün öz tayfasını toplayaraq, Seyhun (Sırdərya) çayının sol sahilində yerləşən Cənt şəhərinə gəlmişdi. Bu narazılığın əsas səbəbi yaşadıqları ərazinin səlcuqlar üçün darlıq etməsi idi. Səlcuq İslam dinini qəbul etdi və Oğuz yabqusuna illik xərac verməyi dayandırdı. Bu hadisə Səlcuğun nüfuzunu daha da artırdı. Səlcuq türkləri burada Qaraxanlılarla toqquşdular. Bu mübarizdə onların müttəfiqi Samanilər idi. Samanilər dövlətinin dağılmasından sonra təklənmiş oğuzlar Qaraxanlıların asılılığını qəbul etməyə məcbur oldular. Qəznəvi hökmdarı Sultan Mahmud Mavəraənnəhri (Orta əsrlərdə qərbdən Aral gölü, cənubdan Amudərya, şimaldan Sırdərya, şərqdən Fərqanə ilə əhatə olunan ərazi) ələ keçirdikdən sonra 1009-cu ildə Səlcuğun oğlanları Mikayıl və İsraili həbs etdi, səlcuq tayfalarını isə Xorasanvilayətində yerləşdirdi. Mikayılın oğlanları Çağrı bəy və Toğrul bəy qəznəvilərə qarşı mübarizəyə başladıar. Səlcuqlar Sultan I Məsuddan yeni ərəzilər tələb etməyə başladılar. Onlar I Məsudun Hindistana yürüş etməsindən istifadə edərək Bəlx, Tus, Mərv şəhər-lərini tutdular. 1038-ci ildə isə Sultan I Məsud məğlub edildi və səlcuqlar Xorasanın əsas şəhəri olan Nişapura daxil olaraq öz dövlətinin yaradıldığını elan etdilər. Böyük Səlcuq imperatorluğunun (1038-1157) əsası qoyuldu. Dəndənəkan döyüşü. Nişapurun əldən çıxması sultan I Məsudun 50 minlik qoşun və 300 döyüş fili ilə Xorasana yürüş etməsinə səbəb oldu. Toğrul bəyin göstərişi ilə Səlcuqların hərbi dəstələri geri çəkildi. Qəznəvilərin saysız-hesabsız vergilərindən cana doymuş əhali səlcuqlara rəğbət bəsləyir, Qəznəvilərə heç bir köməklik göstərmirdi. 1040-cı il mayın 23-də Dəndənəkan döyüşündə səlcuqlar milli döyüş üsulundan istifadə etdilər. Bu üsula əsasən ordu qollara ayrılırdı. Bir qol vuruşduqdan sonra geri çəkilir, onu digəri əvəz edirdi. Qəznəvilər ordusundan 3000 nəfər oğuz türkünün səlcuqlar tərəfinə keçməsi nəticəsində Çağrı bəyin başçılıq etdiyi səlcuq ordusu qəznəvilər üzərində parlaq qələbə qazandı. Oğuz qəbilələrinin qurultayında Toğrul bəy sultan elan edildi (1040-1063). Qəznəvi dövlətinin daxilindəki ziddiyyətlər, İran dehqanlarının müxalifətdə olması, xalqın narazılığı və türk qulamlarının onlarla qohum olan səlcuqlara rəğbət bəsləməsi Dəndənəkan məğlubiyyətinin əsas səbəblərindən idi. Bu qələbə səlcuqların siyasi həyatında dönüş nöqtəsi oldu, onlar Xorasanın tam sahibinə çevrildilər. İran və İraqa gedən yol açıldı. Bu döyüş oğuz ellərinin tabeliyində, Mərkəzi və Ön Asiyanın, eləcə də orta əsr Avropasının sonrakı tarixi inkişafında mühühm mərhələ oldu. Mərv qurultayında Şərqdə və Qərbdə yeni işğallara başlamaq qərara alındı. Qəznəvilər və Qaraxanlılarla toqquşmaq səlcuqlar üçün əlverişli olmadığı üçün əsas hücum istiqaməti kimi dağınıqlıq dövrü keçirən İran, Bizans, Cənubi Qafqaz, o cümlədən Azərbaycan əraziləri seçildi. Bu məqsədlə paytaxt 1043-cü ildə Nişapurdan Reyə köçürüldü. Rey şəhəri Ön Asiya və Cənubi Qafqaza doğru hərəkət etmək üçün dayaq məntəqəsi oldu. Səlcuq yürüşləri nəticəsində 1040-1054-cü illərdəSistan, Bəlx, Xarəzm, Həmədan, Qərbi İran, o cümlədən İsfahan, Əhvaz, Xuzistan və Bəsrə ələ keçirildi. Səlcuqların Yaxın və Orta Şərqdəki təhlükəli rəqiblərindən olan Buveyhilər dövlətininvarlığına son qoyuldu. Səlcuqların 1054-cü ildə Cənubi Qafqaza yürüşündə əsas məqsəd burada olan müsəlman dövlətlərini-Şəddadiləri, Şirvanşahları, Tiflis müsəlman əmirliyini öz tərəfinə çəkmək və onlardan Bizansa qarşı gələcək mübarizədə yardımçı kimi istifadə etmək idi. Şəddadi hökmdarı ilə səlcuq sultanı arasında bağlanmış müqaviləyə əsasən Bizans imperatoruna və erməni-gürcü feodallarına qarşı birgə ittifaq yaratmaq barədə razılıq əldə olundu. Sultan I Toğrul yeni yaratdığı dövləti Bağdad xəlifəsinin mənəvi nüfuzu ilə gücləndirmək məqsədilə 1055-ci ildə Bağdada daxil oldu. Xəlifə onu «Şərqin və Qərbin hökmdarı» elan edərək ona Rükniddin, yəni «dinin təməli» titulunu verdi. Sultan Toğrul Bağdadı fəth etdikdən Sonra Van gölünün şimalındakı bir neçə qalanı ələ keçirdi və Malazgird yaxınlığında düşərgə saldı. Bununla da bu ərazi Kiçik Asiyanın fəthi üçün istinadgaha çevrildi. 1059-cu ildə Səlcuq dövlətinin sərhədləri Mavəraənnəhrdən Mesopotamiyaya və Hindiquşa qədər böyük bir ərazini əhatə edirdi. Artıq XI əsrin 60-cı illərinin əvvəlində Səlcuq dövləti dövrünün ən qüdrətli imperatorluqlarından birinə çevrilmişdi. Sultan I Toğrul Bağdad şəhərində olarkən onun qardaşı İbrahim Yınal və əmisi Qutalmışın qaldırdıqları qiyam Alp Arslanın tərəfindən yatırıldı. Səlcuq dövlətinin yaranmasında, möhkəmlənməsində, yeni ərazilərin fəthində Sultan I Toğrulun çox böyük xidmətləri oldu. I Məlikşahın dövründə (1072-1092) səlcuqların yeni ərazilər ələ keçirməsi prosesi başa çatdı. Konya və Ankara şəhərləri alınması Qara dəniz boğazlarına və Egey dənizinədək olan ərazilərin türklərin əlinə keçməsi demək idi. Suriya zəbt edildi. Urfa şəhəri Bizansdan, Qüds şəhəriFatimiliərdən qoparıldı. I Məlikşahın hakimiyyəti illəri Səlcuq imperatorluğunun çiçəklənməsi dövrü idi. Dövlətin belə qüdrətli olmasında Alp Arslanın və I Məlikşahın vəziri görkəmli alim, siyasətçi və dövlət xadimi Xacə Nizamülmülkün böyük rolu oldu. Məlikşah paytaxtı Reydən İsfahana köçürüldü. Sosial-iqtisadi tədbirlər. Səlcuq imperatorluğunda iqtisadiyyatın inkişafında xeyli müsbət irəliləyişlər baş verldi. İqta torpaq mülkiyyəti forması üstün mövqe tutdu, həm də onun məzmunu dəyişdi. İqtanın qoşun başçılarına xidmət haqqı kimi paylanması genişləndi. Bu zaman ondan gələn gəlir pula çevrilərək hesablanırdı. Vəzir Nizamülmülkün vaxtında iqtadar öz iqtasında olan vilayətdə dövlətin nqümayəndəsi hesab edilirdi. Mərkəzi hakmiyyətin zəifləməsindən istifadə edən iqta sahibi müstəqilliyini tədricən artırırdı. Məlikşahın dövründə iqta xidmət haqqı kimi geniş yayılmışdı. Azərbaycan, İraq və başqa ölkələrdə səlcuqların işğal etdikləri torpaqlar I Məlikşahın 46 min döyüşçüsünə paylanmışdı. Səlcuqlar dövündə meydana gələn toprpaq mülkiyyəti formalarından biri də uc torpaqları idi. Bu torpaq sahibliyi imperiyanın ucqar sərhədlərini qorumaq müqabilində sərkərdələrə paylanma nəticəsində yaranmışdı. Uc torpaq sahibliyi mahiyyət etibarilə Böyük Karl tərəfindən Frank imperiyasının sərhədləri boyunca yaradılmış və makqraflıqlar adlandırılşan möhkəmləndirilmiş sərhəd məntəqələri ilə oxşarlıq təşkil edirdi. Feodalizmin inkişafı nəticəsində əhali arasında da ciddi təbəqələşmə gedirdi. Tədricən asılı kəndlilərin miqdarı artır, onları istismar etmək üçün yeni formalar yaranırdı. Kəndlilərin iqta, vəqf və mülk torpaqlarında istismarının əsas forması icarədarlıq idi. Onların verdiyi başlıca vergi uşradlanırdı. Kəndlilərdən müharibə dövründə əlavə vergilər də alınırdı. Səlcuq hökmdarları ticarətin inkişaf etdirilməsinə və ticarət yollarının qaydaya salınmasıa xüsusi diqqət yetirirdilər. I Məlikşahın hakimiyyəti dövründə ticarət daha çox inkişaf etmişdi. Vahid ölçü, çəki və pul sisteminin yaradılması, karvan yollarının təhlükəsizliyinin təmin edilməsi tədbirləri bu inkişafa təsir edən amillərdən idi. Beynəlxalq ticarətin canlanması üçün I Məlikşah 1087-ci ildə bütöv bölgələrin tacirlərini bəzi ticarətrüsumlarından azad etmək barədə fərman da vermişdi. Şəhərlərin, şəhər sənətkarlığının inkişafı, əmtəə-pul münasibətlərinin kənd təsərüfatına geniş surətdə daxil olması, geniş ticarət şəbəkəsinin mövcudluğu Səlcuq imperator-luğunda ticarət-iqtisadi əlaqələrin genişlənməsi üçün əlverişli şərait yaradırdı. Səlcuq imperatorluğunun parçalanması. Əmtəə-pul münasibətlərinin başlıca iqtisadi əlaqə formasına çevrilməməsi, natural təsərrüfatın hökm sürməsi Böyük Səlcuq imperatorluğunun əhatə etdiyi ərazilərin və xalqların vahid iqtisadi və siyasi mərkəz ətrafında sıx birləşməməsinin, qüdrətli mərkəzləşdirilmiş dövlətə çevrilməməsinin əsas səbəbi idi. Uğurlu müharibələr zamanı oğuz-səlcuq hərbi-siyasi birliyinə əsaslanan Səlcuq dövləti XI əsrdə işğallar ara verdikdə zəiflədi. Səlcuq sultanları öz əyanlarına bütöv vilayətləri, mahalları iqta kimi bağışlayırdılar. Zaman keçdikcə onlar irsi hakimlərə çevrilir, mərkəzi hakimiyyətə tabe olmaq istəmirdilər. Mövcud qaydaya görə hər bir şahzadənin özünə xanədan tələb etmək hüququ va idi. Sultan I Məlikşahın və Nizamülmülkün ölümündən sonra Səlcuq imperatorluğunda mərkəzi hakmiyyətə tabe olmamaq cəhdləri gücləndi. Sultan Mahmud (1092-1094) və Sultan Börküyarığın (1094-1104) hakimiyyətləri illərində dövlət tədricən tənəzzülə uğradı, ayrı-ayrı əmirlər arasında bölünmə təhlükəsi ilə üzləşdi. Uzun sürən ara müharibələri və ismaililərin qiyamları dövləti zəiflədirdi. Buna görə də Qərbi Avropa səlibçilərinin qarşısını almaq mümkün olmadı. Onlar Suriyanı keçərək, Qüdsü işğal etdilər. Börküyarıqdan sonra haki-miyyətə II Məlikşah (1104-1105) gəldi. Lakin onun hakimiyyəti çox qısa oldu. Sultan Məhəmməd Təpər (1105-1117) mərkəzi hakimiyyəti möhkəmləndirməyə çalışdı. İsmailillərə qarşı mübarizəyə başladı. Mosulu almış Aqadolu Səlcuq sultanıI Qılınc Arslanı məğlub etdi, Suriyadakı səlibçilər üzərinə ordu göndərdi. Məhəmməd Təpər Səlcuq imperatorluğunun bütün ərazisi üzərində öz suverenliyini bərpa etsə də, sonuncu Səlcuq sultanı Səncər(118-1157) zamanı dövlətin ərazi bütövlüyü yenidən pozuldu. Səncər Qəznə şəhərini qəznəvilərdən, Mavəraənnəhri qaraxanlılardan alsa da, qarakitayların Mavəraənnəhrə hücumunun qarşısını ala bilmədi. 1141-ci ildə Səmərqənd yaxınlığında məğlub oldu və bütün Mavəraənnəhri itirdi. Bu uğursuzluq daxili qiyamlarla nəticələndi. Vergilərin çoxluğundan nrazı olan oğuzlar üsyan qaldırdılar. Səncər onlarla döyüşdə məğlub oldu və əsir düşdü. Səncərdən sonra Böyük Səlcuq imperatorluğu dağıldı. Onun ərazisində Kirman, Konya, Suriya sultanlıqları, Kiçik Asiyada bir sıra əmirliklər yarandı. Səlcuq imperatorluğunun mövcudluğunun əhəmiyyəti: Səlcuq imperatorluğunun yaradılması oğuz türklərinin tarixində çox mühüm dönüş nöqtəsi oldu. Bu dövlətin yaradılması ilə İslam aləmində siyasi hakimiyyət oğuzların əlinə keçdi. Eyni zamanda Anadolu və ona qonşu ölkələr türk yurduna çevrildi. Səlcuq axanlırı ilə bağlı olaraq, oğuz-türk tayfaları bütün Cənubi Qafqaz və Ön Asiyada başlıca etnik və siyasi amilə çevrildi. Bu amil Yaxın və Orta Şərqin bütün sonrakı tarixində mühüm rol oynadı. Oğuz türkləri X əsrin əvvəllərindən etibarən İslam dünyasının zəifləməsindən istifadə edərək, Cənubi Qafşazda türk-İslam dünyasının yeganə istehkamı olan Azərbaycana qarşı Bizansın hazırladığı məkrli planı puça çıxardılar. Səlcuqların həyata keçirdikləri sosial-iqtisadi tədbirlər Şərq ölkələrində, eləcə də dünya miqyasında inkişaf etmiş feodalizmə keçid üçün şərait yaratdı. Səlcuq imperatorluğu dövründə türk xalqları yenidən öz əvvəlki qüdərətlərini bərpa etmiş, İslam dünyasının və İslam mədəniyyətinin inkişafının yeni mərhələsi olan türklük mərhələsi başlanmışdı.



Ağqoyunlu dövləti

Ağqoyunlular — 1284-1291-ci illər arasında, Xorasandan Anadoluya köçmüş oğuz türklərinin tayfa birliyi olub, Azərbaycan, Bayburt, Harput, Diyarbəkir, Bitlis bölgələrində məskunlaşmışlar. Səlcuqlar dövlətinin zəifləmıəsi, Anadoluda Elxanlilər sülaləsinin hökmranlığının sona çatması və bəyliklərin formalaşması dövründə Ağqoyunlu dövləti qurulmuşdur. Ağqoyunlu dövlətinin yaranması XIV əsrin sonunda Oğuz türkləri Ağqoyunlu tayfa ittifaqının başçısı Bayandur tayfasından Pəhləvan bəy idi(1370-1388). Qara Yuluq Osman Bəy isə (1394-1435) mərkəzi Diyarbəkr olan Ağqoyunlu bəyliyinin əsasını qoymuşdur və adına pul kəsdirmişdir. Ondan sonra bəyliyə onun övladları Cahangir Mirzə və 1453-cü ildə Həsən bəy (Uzun Həsən) Bayandur başçılıq etmişdir. 1467-ci ildə Muş döyüşündə Qaraqoyunlular*ın məğlub edilməsi ilə Bağdada qədər olan geniş ərazi Ağqoyunluların əlinə keçir. 1468-ci ildə Uzun Həsən Ağqoyunlu dövlətinin əsasını qoyur. Dövlət quruluşu Həsən bəy Bayandur (Uzun Həsən) Osmanlı və Teymuri hökmdarları kimi sultan titulunu qəbul etmişdir.Sonrakı Ağqoyunlu dövlət başçıları padişah titulunu daşıyırdılar. Dövlətdə baş komandan əmir-əl-üməra adlanır, padişahdan sonra ikinci şəxs sayılırdı. Sonrakı yeri mövlana adı daşıyan sədr-əzəm tuturdu.O, ruhanilərə, vəqflərə, mədrəsə, dini məsələlərə və məhkəmə işlərinə başçılıq edirdi. Sonra baş vəzir gəlirdi. O,daxili idarə vəxarici işlərə, maliyyə məsələlərinə nəzarət edirdi. Bü şəxs həm də padişahın möhürdarı və sahibi-divan idi.Orduda ali rütbəli şəxs əmir adlanırdı. Ölkə əyalət-vilayət, tümən və nahiyələrə bölünürdü. Dövlətin paytaxtı Təbriz şəhəri idi. Xarici dövlətlərlə münasibət Ağqoyunlu dövləti Avropa ilə geniş əlaqə yaratmışdı. Ağqoyunlu dövlətinin Qərb ölkələri ilə belə geniş əlaqə yaratmaqda məqsədi beynəlxalq ticarət əlaqələrini, ilk növbədə ipək ticarətini səhmana salmaq və ordunu müasir silahlarla təchiz etmək idi. Ağqoyunluların xarici siyasətində əsas istiqamət Osmanlı imperiyası ilə münasibətlər təşkil edirdi. Sultan II Mehmet Fateh ipəyin daşındığı Avropa-Şərq ticarətində vasitəçiliyin Osmanlı dövlətinə keçməsinə çalışırdı.II Mehmet tərəfindən Kiçik Asiyanın şərqinin tutulması Ağqoyunlu dövləti üçün ciddi təhlükə törətdi.Münasibətlərin kəskinləşməsində Trabzon məsələsi də az rol oynamadı. Həsən bəy Bayandur Trabzon imperiyasının (1204-1461) imperatoru IV İohanın qızı Feodora (Dəspinə xatun) ilə evlənmişdi. Ağqoyunlular Trabzona öz mülkləri kimi baxırdı.Trabzon Ağqoyunlu tacirlərinin Qara dənizə yeganə çıxış yolu idi. II Mehmet Ağqoyunlu ilə müharibəyə Trabzon üzərinə hücumla başladı. Uzun Həsən Trabzonun müdafiəsinə qalxdı. 1461-ci ildə Trabzona hücuma keçən osmanlılarla ağqoyunlular arasında Qayluhisar adlanan yerdə ilk döyüş oldu. Osmanlı ordusuna ağır zərbə vuran Uzun Həsən anası Sara xatunu II Mehmetlə danışıqlara göndərdi.Onun bu danışıqda iki məqsədi vardı. * II Mehmeti Ağqoyunlular üzərinə hücumdan daşındırmaq * Trabzona hücum fikrindən döndərmək. Sultan öz düşərgəsində Bolqar dağında Sara xatunu hörmətlə qarşıladı.Onlar bu danışıqlarda bir-birinə "Ana"-"oğul" deyə müraciət edirdilər.Sara xatun birinci vəzifənin öhdəsindən gəlsə də II Mehmet Trabzona hücum etmək fikrindən əl kəçmədi.1461-ci ildə 30 günlük mühasirədən sonra 1461-ci il avqustun 15-də trabzonu tutdu.1461-ci ildə bağlanmış Yassıçəmən sülhü Ağqoyunluların sarayında təzələndi.Trabzonun osmanlılar tərəfindən fəthi ilə Ağqoyunlular öz müttəfiqini və Qara dənizə yeganə çıxış yolunu itirdilər.Qara dəniz sahillərindəki Genuya tacirləri ilə əlaqə kəsildi. Uzun Həsən Osmanlı dövlətinə zərbə endirmək üçün Avropa ölkələri ilə diplomatik əlaqələr yaratmağa başladı. Avropanın xristian dövlətləri Osmanlını zəiflətmək üçün Uzun Həsəndən istifadə edirdilər. Uzun Həsən Qaraman bəyliyi, Kipr, Rodos kimi xırda dövlətlərlə və Venesiya respublikası ilə ittifaqa girmişdir. 1472-ci ildə Venesiya respublikası və Ağqoyunlu dövləti arasında Osmanlı dövlətinə qarşı hərbi ittifaq bağlanmışdır. Venesiya ilə Ağqoyunlu arasında müqaviləyə etbar edərək 1472-ci ilin yazında Ağqoyunlular Osmanlı dövlətinə hücum etdi. Döyüşdə Osmanlı ordusuna qalib gələrək Aralıq dənizi sahillərinə çıxdı.Lakin Venesiyanın vəd etdiyi odlu silah və artilleriya mütəxəssislərini gətirəcək gəmilər gəlib çıxmadı. Venesiya bu zaman Osmanlıdan ticarət imtiyazları almaq üçün gizli danışıqlar apardı.Şahzadə Mustafanın başçılıq etdiyi 60 minlik Osmanlı ordusu Ağqoyunlu ordusunu Beyşehir yaxınlığında məğlubiyyətə uğratdı.1473-cüilin yazında Osmanlı ilə Ağqoyunlular arasında hərbi əməliyyatlar yenidən başladı.1473-cü ilavqustun 1-də Fərat çayı sahilində baş vermiş Malatya döyüşündə Uzun Həsən qalib gələrək Osmanlı sultanı II Mehmetin sülh təklifini rədd etdi. 1473-cü il avqustun 11-də Otluqbeli (Tərcan) döyüşündə Uzun Həsən odlu silahlarla təchiz olunmuş osmanlılar tərəfindən məğlub oldu. Bu döyüşdə Osmanlı yeniçəri alayları xüsusilə fərqləndilər. 1474-cü ildə Uzun Həsənin oğlu Uğurlu Məhəmmədin Şirazda qaldırdığı qiyam yatırıldı. Uğurlu Məhəmməd İstanbula qaçdı və II Mehmet qızını ona ərə verdi. Onu Azərbaycan-Türkiyə sərhəddindəki Sivasa hakim təyin etdi. Uzun Həsən oğlunu ələ keçirib edam etdirdi. II Mehmet qızını və nəvəsi Əhmədi İstanbula apardı. Uzun Həsən Osmanlılara qarşı müharibədə Ağqoyunlulara kömək etmədiyinə görə 1474-1477-ci illərdə Gürcüstana yürüş edərək qalib gəldi. Bağlanan sülhə görə, Tiflis də daxil olmaqla Şərqi Gürcüstan Ağqoyunlu dövlətinin hakimiyyəti altına düşdü. 1478-ci ildə Uzun Həsənin ölümündən sonra oğlu Yaqub taxta çıxdı. Atasının siyasətini davam etdirən sultan Yaqub Şirvanşahlarla daha da yaxınlaşıb qohum oldu. Ancaq eyni zamanda Ərdəbil hakimləri ilə münasibətlər pisləşdi. Ağqoyunlu hökmdarları * Pəhləvan Bəy * Tur Ali Bəy - 1300 - 1360 (Pəhləvan Bəyin oğlu) * Kutlu Bəy - 1360 - 1389 (Tur Ali Bəyin oğlu) məzarı indiki Bayburt Sinor (Çayıryolu) kənddindədir * Əhməd Bəy - 1389-1403 (Kutlu Bəyin oğlu) * Qara Yuluq Osman Bəy - 1403 - 1435 (Kutlu Bəyin oğlu) * Cəlaləddin Əli Bəy (Qara Yuluq Osman Bəyin oğlu) * Nurəddin Həmzə Bəy (Qara Yuluq Osman Bəyin oğlu) * Cihangir Mirzə (Cəlaləddin Əli Bəyin oğlu) * Uzun Həsən (Cəlaləddin Əli Bəyin oğlu) * Xəlil Bəy (Uzun Həsənin oğlu) * Yaqub Mirzə (Uzun Həsənin oğlu) * Baysungur Bey (Yaqub Mirzənin oğlu) * Rüstəm Bəy (Məqsud Bəyin oğlu-Uzun Həsənin oğlu) * Əhməd Bəy (Uğurlu Məhəmməd Bəyin oğlu-Uzun Həsənin oğlu) * Murad Bəy (Yaqub Mirzənin oğlu)---Ərəb iraqı, Kirman * Məhəmməd Bəy (Yusif Mirzə oğlu-Uzun Həsənin oğlu) --- Fars * Abdul Müzəffər Nur Əlvənd Bəy (Yusif Mirzə oğlu-Uzun Həsənin oğlu)--- Azərbaycan


1 комментарий:

  1. Анонимный10.08.2020, 19:46

    Yaxşı bir etibarlı kredit şirkətinin mənim üçün etdiyi işlər barədə ifadələrimi bölüşmək üçün buradayam. Adım Nikita Tanya, rus dilindəyəm və 3 uşağın sevimli bir anasıyam. Mənə və övladlarım üçün bu qədər çətin olan bir kredit almaq istəyində pulumu itirdim, kredit istəməyə onlayn müraciət etdim. Bu yaxınlarda çox dürüst bir adam cənab Benjamindən bir kredit götürən bu dostumla tanış olduğum günə qədər itirdim. 5 iş günü ərzində kredit almağımda kömək edən bu vicdanlı kredit mütəxəssisi cənab Benjaminlə tanış etdi. Yenidən ayağa qalxmağımda kömək etdiyim üçün cənab Benjaminə sonsuz minnətdaram. E-poçt vasitəsilə cənab Benjaminlə əlaqə saxlaya bilərsiniz: Lfdsloans@outlook.com onlar mənim bunu etdiyimi bilmirlər, ancaq bunu etmək məcburiyyətindəyəm, çünki kredit yardımına ehtiyacı olan çox sayda insan var. bu vicdanlı insana və siz də xilas ola bilərsiniz .WatsApp: (+ 1 989-394-3740)

    ОтветитьУдалить