10/25/2015

Tarixdə bu gün

Bu gün — 24 oktyabrFlag of the United Nations.svg BMT Beynəlxalq BMT günü.
Birləşmiş Millətlər Təşkilatının təsis edilməsi
  • Tarixdə bu gün
  • Bu gün — 24 oktyabr: Flag of the United Nations.svg BMT Beynəlxalq BMT günü.

  • Birləşmiş Millətlər Təşkilatının təsis edilməsi
  • 1648 — Katolik və protestant alman knyazlıqları arasında 30 il davam edən müharibə Vestfaliya sülhü ilə başa çatmışdır.
  • 1904 — Nyu-York metrosu açılmışdır.
  • 1919 — Naxçıvanda ABŞ general-qubernatorluğu təsis edilmişdir.
  • 1945 — BMT Əsasnaməsi qüvvəyə mindi və BMT fəaliyyətə başladı.
  • 1956 — SSRİ Macarıstana qoşun yeritdi.
  • 1960 — Baykonur kosmodromunda partlayış nəticəsində 7 nəfər, o cümlədən bir marşal həlak oldu. Bu səbəbdən ilk insanın kosmosa uçması təqribən 1 il gecikmişdir.
  • 1975 — Türkiyənin Fransadakı səfiri İsmayıl Ərəz erməni terrorçuları tərəfindən qətlə yetirildi
  • 1992 — ABŞ Konqresi "Azadlığa Dəstək" Aktına 907-ci düzəlişi qəbul etmişdir.
  • 2003 — Səsdənsürətli sərnişin təyyarəsi — "Concorde" sonuncu transatlantik uçuşunu həyata keçirdi.
  • 2008 — Prezident İlham Əliyevin andiçmə mərasimi keçirilmişdir.
  • Digər günlər: 23 oktyabr – 24 oktyabr – 25 oktyabr
  • 12/10/2014

    Tarixdə bu gün
    III Napoleon Bonapart
    III Napoleon Bonapart
    Bu gün — 10 dekabr: Ümumdünya insan hüquqları günü; Taylandda Konstitusiya günü.                                                                                                                  
    1848 — III Napoleon Fransa Respublikasının prezidenti seçilmişdir.
    1901 — İlk Nobel mükafatları öz sahiblərinə təqdim edilmişdir.
    1933 — Mir Cəfər Bağırov Azərbaycan Kommunist (bolşevik) Partiyasının birinci katibi seçilmişdir.
    1944 — SSRİ və Fransa arasında qarşılıqlı yardım və əməkdaşlıq haqqında saziş imzalanmışdır.
    1948 — BMT Baş Assambleyası "İnsan Hüquqları Bəyannaməsi"ni qəbu            
    1958 — Moskvada Məhəmməd Füzulinin 400 illiyi keçirilmişdir.
    1996 — Cənubi Afrika Respublikasında yeni konstitusiya qəbul edilmiş, bununla da aparteid rejiminə son qoyulmuşdur.


    Digər günlər: 9 dekabr – 10 dekabr – 11 dekabr

    11/30/2014

    Tarixdə bu gün


    Bu gün — 30 noyabr: * Qalileo Qaliley ilk dəfə Ay səthinin xəritəsini tərtib etmişdir (1609-cu il); * Fransada qadınlar səsvermə hüququ əldə etmişlər (1919-cu il); * Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günü.
    Əhəmiyyətli hadisələr
    1517 — Martin Lüter öz tezislərini elan etmişdir.
    1786 — Toskana vilayəti (İtaliya) tarixdə ilk dəfə ölüm hökmünü ləğv etmişdir.
    1840 — Napoleon Bonapartın cəsədinin qalıqları Müqəddəs Yelena adasından Parisə gətirilmişdir.
    1872 — Tarixdə ilk dəfə Qlazqo şəhərində İngiltərə və Şotlandiya milli yığma komandaları arasında beynəlxalq futbol oyunu keçirilmişdir.
    1920 — Azərbaycanda qadın komitələrinin yaradılmasına başlanılmışdır.
    1922 — RSFSR-in tərkibində Çeçenistan Muxtar Vilayəti yaradılmışdır.
    1925 — Azərbaycan Kommunist Partiyasının VII qurultayı işə başlamışdır.
    1939 — Sovet İttifaqı Finlandiyaya hücum etmişdir.
    1950 — Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti günləri keçirilmişdir.
    1999 — Avropa İnsan Haqları Məhkəməsi terrorçu Abdullah Öcalan barəsində çıxarılmış ölüm hökmünün icrasını dayandırmağı tələb etmişdir.
    1999 — Küveyt parlamenti qadınların səsvermə hüququnun tanınmasına dair qanun layihəsini rədd etmişdir.
    2007 — Tacikistan parlamenti Azərbaycan vətəndaşları üçün viza rejimini birdəfəlik ləğv etmişdir.
    Doğumlar
    1874 — Uinston Çörçill, Böyük Britaniyanın görkəmli dövlət xadimi.
    1900 — Oskar Uayld, yazıçı.
    Ölümlər
    E.ə. 30 — Kleopatra, Misir şahzadəsi.
    Digər günlər: 29 noyabr – 30 noyabr – 1 dekabr

    11/23/2014

    Tarixdə bu gün


    Tarixdə bu gün


    Bu gün — 23 noyabr:* İngiltərədə ilk dəfə poçt qutuları quraşdırılıb, (1852-ci il). * Böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun vəfatı, (1948-ci il).
     *Flag of Japan.svg Yaponiya — Əməyə Minnətdarlıq Günü (məhsul yığımının tamamlanması bayramı — Kinpo kansya-no xi).


    Əhəmiyyətli hadisələr
    1919 — Azərbaycan və Ermənistan hökumətlərinin rəhbərləri Tiflisdə görüşüb. Onlar bütün ziddiyyətli məsələləri sülh konfransında həll etməyi qərara alıb. Görüşdən sonra Azərbaycan ordusu Zəngəzurdan geri çağırılıb.
    1929 — Ümumittifaq Kommunist Partiyası Zaqafqaziya ölkə komitəsi kollektivləşməni sürətləndirmək barədə qərar verib.
    1980 — İtaliyada zəlzələ 5000-ə qədər insanın həyatına son qoyub.
    1987 — BMT İkinci Dünya müharibəsi canilərinə dair sənədlərin üzərindən məxfilik qrifini götürüb. Bununla da, tarixçilər o dövrün mənbələri ilə işləməm imkanı əldə ediblər.
    1996 — Terrorçular Efiopiya Hava Yollarına məxsus təyyarəni qaçırıb. Lakin yanacağı qurtaran təyyarənin Hind okeanına düşməsi nəticəsində 123 nəfər həlak olub.
    2009 — Maqindanao qətliamı
    Ölümlər
    1948 — Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyov - bəstəkar, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim.
    Bayramlar və xüsusi günlər
    Flag of Georgia.svg Gürcüstan — Georqoba bayramı.
    Cəzasızlığa Qarşı Beynəlxalq Gün.

    11/21/2014

    millinet.az millinet.az

    Tarixdə bu gün

    21 noyabr:

    Tarixdə bu gün

    Əhəmiyyətli hadisələr

    • 1905 — Eynşteyn məşhur E=mc2 düsturunu açıqlamışdır.
    • 1955 — İran, Türkiyə, İraq, Pakistan və Böyük Britaniya "Bağdad paktı"nı təsis edib.
    • 1957 — Xəzər dənizində fırtına nəticəsində Mixail Kaveroçkin və Süleyman Bağırovun rəhbərlik etdiyi 21 nəfərlik iki neftçi briqadası həlak olub.
    • 1958 — Şarl de Qoll Fransa prezidenti seçilmişdir.
    • 1990 — Naxçıvan Muxtar Respublikası Ali Məclisi20 yanvar hadisələrinə siyasi qiymət vermişdir.
    • 1991 — Fransız səyyahı Jerar Abovil ilk dəfə qayıqla Sakit okeanı keçmişdir. Yaponiyadan Vaşinqtonadək 10 135 km məsaəfni o, avar çəkməklə 134 günə qət etmişdir.
    • 1992 — Naxçıvanda "Yeni Azərbaycan Partiyası" yaradılıb.
    • 1994 — Parisdə keçirilən iclasda ATƏM-in adı dəyişilərək ATƏT oldu.
    • 1995 — Serbiya, Xorvatiya və Bosniya prezidentləri “Deyton sazişi”ni ratifikasiya etmişlər.

    10/18/2014

    19 oktyabr Əhəmiyyətli hadisələr

    19 oktyabr

    Əhəmiyyətli hadisələr

    1448 – Osmanlı sultanı II Murad Kosova diyarını imperiya ərazisinə qatmışdır.
    1781 – Amerika İstiqlal Müharibəsi ingilislərin Corc Vaşinqtona təslim olmaları ilə sona yetmişdir.
    1812 – Napoleon Moskvanı tərk etmişdir.
    1867 – Çar Rusiyası Alyaskanı Amerikaya sataraq yarımadadan imtina etmişdir.
    1872 – Dünyanın ən böyük qızıl külçəsi (215 kiloqram) AvstraliyadaNyu Sot Velzdə tapılmışdır.
    1875 – Mendeleyev ilk aerostatın ideyasını vermişdir.
    1934 Mübadilə Komissiyası öz vəzifəsini sona yetirmişdir. Anadolu Trakya rumları ilə Yunanıstan müsəlmanlarının mübadiləsinə nəzarət edən komissiya 7 oktyabr 1923-cü ildə qurulmuşdur.
    1925 – İtaliya Somalinin işğalını başa çatdırmışdır.
    1944 Amerika ordusu yaponları Filippindən qovmuşdur.
    1951 – Böyük Britaniya ordusu Süveyş kanalını ələ keçirmişdir.
    1956 – SSRİ Yaponiya birgə deklarasiya qəbul etmişlər. Bu deklarasiyada müharibənin qurtarması iki ölkə arasında diplomatik əlaqələrin qurulması nəzərdə tutulmuşdur.
    1960 ABŞ Kubaya qarşı embarqo tətbiq etmişdir.
    1962 – İlk Ceyms Bond filmi "Dr. No" ekranlara çıxmışdır.
    1987 – Qara Bazar günüBirja böhranı.
    1993 – Benazir Bhutto Pakistanın baş naziri olmuşdur.
    2004 – Moskvada ikinci ümumrusiya azərbaycanlıları konqresi keçirilmişdir.
    2005 – Bağdadda Səddam Hüseynin məhkəmə prosesi başlanmışdır.

    2006 – Pan Gi Mun BMT-nin baş katibi seçilmişdir.

    5/31/2014

    Uşaqların Beynəlxalq Müdafiəsi Günü

    Uşaqların Beynəlxalq Müdafiəsi Günü Bayrağı
    1924 -cü ildə ilk dəfə olaraq Uşaqların hüquqlarını təmin edən bəyənnamə qəbul edilmişdir. Bu bəyənnamədə deyilirdi ki, "bəşəriyyət məcburdur ki, uşaqları ən yaxşı şeylərlə təmin etsin". Bu bəyənnaməni qəbul edilməsində ilk işlər Eglantyne Djebb tərəfindən edilmişdir.

    Birinci dünya müharibəsinin dəhşətlərinin şahidi olan, Eglantyne Djebb müharibənin dəhşətlərindən sarsılaraq uşaqların xüsusi müdafiəyə ehtiyac duyduğlarını anladı. Bacısı Doroti Bakston köməyi ilə 1919-cu ildə, uşaqlara yardım, kömək göstərib, onların müdafiəsini təmin etmək üçün Londonda "uşaqlara yardım fondu"nun əsasını qoydu.
    1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb
    Eglantyne Djebb
    . Həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.

    Bu bayramla yanaşı BMT -nin Baş Assambleyası tərəfindən 20 noyabr tarixində Ümumdünya Uşaqlar Günü də qeyd olunur. "Ümumdünya Uşaqlar Günü" 1954-cü ildə BMT -nin Baş Assambleyasının №836 (IX) saylı qətnaməsində 1956-cı ildən bütün dövlətlərdə uşaqların şərəfinə keçirilməsi tövsiyyə olunan bayram kimi qeyd olunub.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-cil tarixli sərəncam imzalamışdır. Sərəncama görə 2009-cu il "Uşaq ili" elan olunmuşdur.

    Balaca qızcığazın gəlin olmaq arzusu ))


    SON ZƏNG

    Bu gün məktəblərdə "Son zəng" qeyd olunur.
     Dünən də beş günlük dərs günü olan məktəblərdə "Son zəng" qeyd olunmuşdu.

    "Son zəng"lə əlaqədar təhsil naziri Mikayıl Cabbarov da məzunları təbrik edib. Təbrik məktubunda deyilir:

    "Əziz məzunlar! Bu gün siz illərlə öyrəndiyiniz məktəb həyatından, doğma müəllimlərinizdən ayrılırsınız. “Vətən”, “Dostluq”, “Müəllim” kimi sözlərin mənasını hər birimiz məktəbdə kəşf edirik. Deməli, hər bir yeni ayrılıq anından, növbəti hədəfə gedən yol başlayır. Məktəb bizi doğmalarımız, ailəmiz və bütövlükdə Vətənimiz üçün faydalı insan edir.

    Əziz məzunlar! Biz sizə həm də peşəkar mütəxəssislər, gələcəyimizi quran, yurdumuzu sevən və qoruyan insanlar kimi baxırıq. Dövlətimizin möhkəm inkişaf təməli sizi, bizi və bütövlükdə hamımızı sabaha ümidli, gələcəyə inamlı edir. Bu nöqtədə bizi birləşdirən dəyər dövlətimizin gücü, insan inkişafına verdiyi önəm və sizin vətəndaşlıq, milli-mənəvi dəyərlərə olan sevginizdir. Siz yeni həyatın astanasında həmişə bu dəyərləri özünüzün gələcək yol xəritənizin əsas miqyas ölçüsü etməlisiniz.

    Əziz məzunlar! Bizi həyatda bir çox dəyərlər birləşdirir. Bunlar bizi həm də gələcəyə doğru aparır. Sizin həyatınızın yeni üfüqlər astanasında mükəmməl təhsil, peşəkar olmağı öyrənmək, yaradıcı düşüncə sahibi olmaq arzusu həm bizi ruhlandırır, həm də gələcək haqqında təsdiq formasında fikir yürütməyə imkan verir. Biz sabaha sizin addımlarınızla gedirik, sizin baxışlarınızla baxırıq.

    Sizi “Son zəng” münasibətilə təbrik edir, yeni həyatda uğurlar arzulayıram".